İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)
Müaviyənin dövründə qiyamın maneələri
İmam Hüseyn əleyhissəlamın Müaviyə ilə mübarizələri
Aşura inqilabının səbəbləri və mahiyyəti
Xanım Zeynəb (səlamullahi əleyha) ibn Ziyad sarayında
İmam Səccad əleyhissəlamın Şam məscidində buyurduğu xütbə
Aşura inqilabının nəticələri
İmam Hüseyn əleyhissəlamın həyatı barədə qısa məlumat
Üçüncü məsum İmamımız Həzrət Hüseyn (əleyhissəlam) hicrətin dördüncü ili Şəban ayının üçü (ya dördü) Mədinə şəhərində dünyaya gəlmişdir. O, Həzrət Əli (əleyhissəlam) və Peyğəmbər qızı xanım Zəhranın (səlamullahi əleyha) ikinci övladı idi.
İmam Hüseyn əleyhissəlamın Müaviyəyə yazdığı tarixi cavab
İmam Hüseyn (əleyhissəlam) Müaviyənin məktubunun cavabında belə yazdı:
«Sənin məktubunu aldım. Yazmısan ki, mənim barəmdə sənə bəzi xəbərlər çatır və sən məni o işlərə layiq görmürsən. Bunu deyim ki, insanı yaxşı işlərə tərəf cəlb edən və yaxşı işlər görməyə kömək edən yalnız Allahdır. Mənim barəmdə sənin qulağına çatmış xəbərlərin hamısı boş və əsassız sözlərdir. Bu sözləri sənin yalan danışan yaltaqların özlərindən deyirlər. Bu dinsiz yalançılar yalan demişlər. Mən sənə qarşı nə döyüş tədarükü görmüşəm, nə də sənə qarşı qiyam etmək məqsədim var. Sənin özünün və dinsiz, zalım və Şeytanın qardaşları olan dostlarının əleyhinə qiyam etməməyimin səbəbi də Allahdan olan qorxumdur.
Hicr ibn Ədiyy və dostlarının qatili sən deyilsən? Onların hamısı namaz qılan, Allaha itaət edən insanlar idi. Onlar bidətlərə qarşı mübarizə aparan şəxslər idi. Onların işi yalnız əmr be-məruf və nəhy əz-münkər idi. Sən onlara aman verdikdən, keçmiş işlərinə görə onlara heç bir əziyyət verməyəcəyinə and içdikdən sonra andını pozaraq onları vəhşicəsinə qətlə yetirdin. Bu işinlə Allaha hörmətsizlik edib öz əhdini pozdun.
Təqvalı müsəlman, ibadətin çoxluğundan bədəni zəifləmiş Əmr ibn Həmiqi sən öldürmədinmi? Sən onlara əziyyət verməyəcəyin barədə söz verib əhd bağladıqdan sonra onları öldürdün. Əgər o əhd-peymanı çöl ceyranlarına da versəydin, dağlardan aşağı enərdilər.
(Süməyyənin oğlu) Ziyadı özünə qardaş edən və onu Əbu Süfyanın oğlu qələmə verən sən deyilsənmi? Halbuki Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: «Uşaq ataya bağlıdır, zinakar isə daşqalaq edilməlidir.» (Ziyad da zinadan olmuş bir insan idi.) Kaş iş bununla sona yetəydi. Ancaq belə olmadı. Hələ bu azmış kimi Süməyyənin oğlunu özünə qardaş elan etdikdən sonra müsəlmanların başı üstünə gətirdin. O da sənin gücünə arxalanaraq müsəlmanları öldürdü. Əl-ayaqlarını kəsdi, onları xurma ağaclarından asdı.
Ey Müaviyə! Sən müsəlmanların vəziyyətini elə çətinləşdirdin ki, elə bil heç sən bu ümmətin adamı və bu ümmət də sənin camaatın deyil.
Həzrəmini öldürən sən deyilsənmi? Onun günahı bu idi ki, Ziyad sənə xəbər vermişdi ki, o, Əli əleyhissəlamın şiələrindəndir. Əli əleyhissəlamın dini elə əmisi oğlu Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) dinidir. İndi sən həmən din adı ilə camaata başçılıq edirsən. Əgər bu din olmasaydı, sən və əcdadın indi də cahiliyyət içində yaşayardınız. Sizin ən şərəfli işiniz ildə iki dəfə - yayda və qışda Yəmən və Şama getmək idi. Ancaq Allah biz Əhli-beytin sayəsində sizi bu acınacaqlı yaşayışdan qurtardı.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, deyirsən mən camaat arasında ixtilaf və fitnə yaratmayım. Mən bu ümmət üçün sənin hökumətindən böyük fitnə tanımıram.
Sözlərindən bir başqası bu idi ki, deyirsən rəftarımdan muğayat olum və öz dinimi və Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ümmətinin dinini qoruyum. (Mən öz vəzifəmi düşünüb özümün və Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ümmətinin dininə fikir verəndə) səninlə vuruşmaqdan böyük vəzifə görmürəm. Bu vuruş Allah yolunda cihad olacaq. Əgər (bəzi səbəblər üzündən) sənə qarşı qiyam etməkdən çəkinirəmsə, bunun üçün Allahdan üzr istəyirəm. (Çünki ola bilər mənim bu səbəblərim Allah dərgahında üzürlü sayılmaya.) Allahdan istəyirəm ki, məni Өzü razı olan işə yönəltsin.
Ey Müaviyə! Sənin sözlərindən biri də bu idi ki, əgər sənə pislik etsəm, sən də mənə pislik edəcəksən, səninlə düşmənçilik etsəm, sən də mənimlə düşmənçilik edəcəksən. Qoy bunu deyim ki, bu dünyada yaxşı insanlar daima pis insanların düşmənçiliyi ilə üzləşiblər. Mən ümid edirəm ki, sənin düşmənçiliyin mənə bir ziyan vurmayacaq, pis fikirlərinin ziyanı hamı özünə deyəcək və öz əməllərini məhv edəcək. Elə isə nə qədər bacarırsansa, düşmənçilik et.
Ey Müaviyə! Allahdan qorx, bil ki, bütün günahların, istər böyük, istərsə də kiçik Allah yanında qorunub saxlanır. Bunu da bil ki, Allah sənin törətdiyin cinayətləri, sırf güman nəticəsində camaatı qətlə yetirməyini, ittiham edərək onları tutub həbs etməyini, şərabxor və itbaz bir uşağı hökumət başına gətirməyini heç vaxt unutmayacaq. Sən bu işinlə özünü fəlakətə saldın (öz başına iş açdın), öz dinini əlindən verdin və millətin hüququnu tapdaladın.»
2) İmam Hüseyn əleyhissəlamın böyük həcc mərasimində ifşaedici və sərt çıxışı
Müaviyənin ölümündən bir (ya da iki) il qabaq onun hökumətinin şiələrə qarşı əzab-əziyyət və işkəncələrinin kulminasiya nöqtəsinə çatdığı bir dövrdə İmam Hüseyn (əleyhissəlam) həcc ziyarətinə getdi. Abdullah ibn Abbas və Abdullah ibn Cəfər də o Həzrətlə idilər. O vaxt camaat arasında təqva, xeyir və paklıqla tanınan Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) səhabələri, tabein və bütün Bəni Haşim nümayəndələri İmam Hüseyn əleyhissəlamın Minadakı çadırına yığışmaq istədilər. İki yüz nəfər Peyğəmbər səhabəsi və yeddi yüz nəfər tabein İmam Hüseyn əleyhissəlamın çadırının yanına toplaşdı. İmam Hüseyn (əleyhissəlam) ayağa qalxıb aşağıdakı məzmunda bir çıxış etdi:
«Gördünüzmü bu zalım və qəddar kişi biz və şiələrimizlə necə rəftar etdi? Mən indi bəzi məsələlərə toxunmaq istəyirəm. Əgər (dediklərim) düz olarsa, təsdiq edin, yox əgər yalan olarsa, təkzib edin. Mənim sözlərimi eşidin və danışığımı yazın. Elə ki, öz şəhərlərinizə qayıtdınız, mənim sözlərimi etibarlı və inanılmış şəxslərə çatdırın və onları bizə tabe olmağa dəvət edin. Mən bundan qorxuram ki, bu məsələ (camaatın biz Əhli-beyt tərəfindən idarə olunması) tamamilə unudula və haqq məğlub olub aradan gedə.»
Sonra İmam (əleyhissəlam) atasının və Əhli-beytin parlaq sabiqəsini, onların fəzilətlərini sadaladı və Müaviyənin hökumətinin bidətlərini, cinayətlərini və İslama zidd olan hərəkətlərini açıqladı. Beləliklə də, Müaviyənin pozğun hökumətinə qarşı böyük bir təbliğ edərək qiyam üçün zəminə yaratdı.
Dördüncü əsrin (hicri tarixi ilə) görkəmli alimi Həsən ibn Əli ibn Şübə «Tühəfül-üqul» kitabında İmam Hüseyn əleyhissəlamdan tarixi və harada söylənildiyi məlum olmayan bir xütbə qeyd etmişdir. Ancaq bəzi nişanələrdən və xütbənin məzmunundan məlum olur ki, bu xütbə elə İmam Hüseyn əleyhissəlamın Minada (həcc mərasimində) buyurduğu xütbədir. İndi həmən xütbəni mövzumuza münasib bilib bəzi hissələrinin tərcüməsini oxucuların nəzərinə çatdırırıq:
«...Ey qüdrətli kişilər! Siz camaat arasında elmlə, xeyirxahlıqla tanınmış adamlarsınız. Siz Allahın dini sayəsində camaatın qəlbində yer tapmısınız. Şərəfli insanlar sizlərdən ad aparır, zəiflər sizə hörmət edirlər. Sizinlə bərabər olan insanlar onlara heç bir minnətiniz olmadığı halda, sizi özlərindən üstün hesab edirlər...
Mən (sizin keçmişinizdən və imanınızdan xəbərdar olub) sizin Allahın boynuna minnət qoyduğunuz üçün Allah tərəfindən sizə əzab gəlməsindən qorxuram. Çünki siz başqalarının çatmadığı böyük məqamlara çatmısınız. Buna görə də, başqalarından üstünsünüz. Yaxşı və pak insanlara hörmət etmirsiniz. Halbuki, siz özünüz Allaha xatir camaat arasında hörmət sahibi olmusunuz.
Allahın qayda-qanunlarının, əhdinin pozulmasını siz öz gözlərinizlə görürsünüz. Ancaq bundan heç qorxmursunuz. Өz atalarınızın əhd-peymanının pozulmasından təşvişə düşürsünüz, ancaq peyğəmbərin əhdinin pozulmasından, ona qarşı hörmətsizlik olmasından heç narahat olmursunuz. Kor, lal, çolaq insanlar İslam ölkəsində başsız qalmış və onlara heç bir rəhm olunmur. Siz öz məqam və mövqeyinizin müqabilində heç bir iş görmür, bu yolda öz vəzifəsini yerinə yetirən adama da kömək etmirsiniz. Zalımlarla saziş bağlayıb özünüzü rahat edirsiniz. Allah, pis işlərdən çəkinməyi və camaatı pisliklərdən qorumağı əmr etmişdir, ancaq siz bundan qafilsiniz. Siz - ümmət alimlərinin müsibəti hamıdan çoxdur. Çünki din alimlərinin məqamı qəsb olunmuşdur. Kaş ki, bunu başa düşəydiniz.
Hökuməti Allahın ehkamından xəbərdar olan, halal-haramı tanıyan adam ələ almalıdır. Bu məqama siz layiq olduğunuz halda, onu sizin əlinizdən alıblar. Bu məqamı o vaxt sizin əlinizdən aldılar ki, siz haqqın ətrafından uzaqlaşdınız. Açıq-aşkar sübutlar ola-ola Peyğəmbər sünnəsində ixtilaf yaratdınız. Əgər Allah yolunda müşkülata qatlaşıb əzab-əziyyətə dözsəydiniz, indi hökumət sizin əlinizdə olar və bütün işlərə siz nəzarət edərdiniz. Ancaq siz zalımları öz işlərinizə rəhbər tutdunuz və Allahın əmanətini (hökuməti) onlara verdiniz. Onlar da halalı harama qatıb öz həvayi-həvəslərinə məşğul oldular. Onları hökumətə gətirən ancaq sizin ölümdən qaçıb bir-iki günlük həyata bel bağlamağınız oldu. Siz vəzifənizdə bu cür tənbəllik etməklə məzlumları onlara əlaltı etdiniz. Onlar da bunun nəticəsində bir dəstəni özlərinə nökər, xidmətçi, bir dəstəni isə daima acınacaqlı həyat sürməyə məcbur etdilər. Onlar zalımlara itaət edərək Allah qarşısında süstlük etmək nəticəsində hökuməti öz meylləri əsasında idarə edib həvayi-həvəsə tabe oldular. Onlar bütün şəhərlərdə (öz məqsədlərinə nail olmaq üçün) minbər başına təbliğatçılar göndərirlər. İslam ölkəsi tamamilə onların ixtiyarındadır. Əlləri hər yerdə açıqdır və camaat onların nökərinə çevrilmişdir. Bu çarəsiz camaata hər hansı istədikləri zülmü edirlər, camaat isə özünü müdafiə edə bilmir. Onların bəziləri elə zalımdırlar ki, hər bir məzluma əziyyət verir, bəziləri elə hakimlərdir ki, heç insanı dirildən və öldürən Allaha da etiqadı yoxdur.
Bu vəziyyət çox təəccüblüdür! Necə təəccüb etməyim, halbuki ölkə zalım və dılğır bir şəxsin ixtiyarındadır və o möminlərə ürəyi yanmadan və rəhmsizcəsinə başçılıq edir. Aramızdakı bəzi ixtilaflara Allah Өzü hakimdir və Өz hökmü ilə qəzavət edir.
İlahi! Bizim hərəkətimiz (qiyamımız) nə hökumət başına gəlmək üçündür, nə də mal-dövlətə yiyələnmək üçün. Məqsədimiz yalnız budur ki, Sənin dininin nişanələrini camaata göstərək və islahatı İslam ölkəsində həyata keçirək. Qoy bunun nəticəsində məzlum bəndələr zalımlar əlindən amanda olsunlar və Sənin ehkamın və peyğəmbərin sünnəsi həyata keçsin.
İndi (ey ümmətin qabaqcılları) əgər siz mənə kömək etməsəniz, zalımlar sizə qalib gələcək və peyğəmbərimizin nurunu söndürmək üçün çalışacaqlar...»
3) Dövlət əmlakının müsadirə edilməsi
Elə həmən günlərdə bir qədər beytül-mal daşıyan bir karvan Yəməndən çıxıb Mədinəni keçərək Şama tərəf gedirdi. Bundan xəbər tutan İmam Hüseyn (əleyhissəlam) karvanın qarşısını kəsib malları müsadirə edərək onu Bəni–Haşim yoxsulları və digər yoxsullar arasında bölüşdürdü. Sonra aşağıdakı məzmunda Müaviyəyə bir məktub yazdı:
«Yəməndən gələn karvan buradan keçirdi. Onlar sənin üçün pul, müxtəlif parçalar və ətriyyat gətirirdilər ki, sən onları alıb Dəməşq xəzinəsinə tökəsən və sonra onları qarın və cibləri indiyədək beytül-mal yeməkdən dolan qohumların arasında bölüşdürəsən. Mənim o mallara ehtiyacım var idi, ona görə də, onları müsadirə etdim. Vəssəlam!»
Müaviyə İmamın bu hərəkətindən bərk narahat olub İmama qəzəbli bir məktub yazdı.
Şübhəsiz ki, İmamın bu hərəkəti Müaviyənin hökumətinin qanunsuz və qeyri-şəri tanıtdırması yolunda atılmış aşkar addım hesab olunur. Elə bir zamanda da belə bir hərəkəti görməyə İmam Hüseyn əleyhissəlamdan başqa heç kim cürət etməzdi.
Aşura inqilabının mahiyyəti və səbəbləri
İmam Hüseyn əleyhissəlamın inqilabı barədə bir sıra suallar vardır ki, o Həzrətin inqilabının səbəblərinin aydın olması məhz o sualların cavabından asılıdır. Suallar belədir:
1.Əgər Yezid İmam Hüseyn əleyhissəlamdan beyət almaq üçün onu sıxışdırmasaydı, İmam Hüseyn (əleyhissəlam) yenə qiyam edəcəkdi?
2.Kufə camaatı İmam Hüseyn əleyhissəlamı Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi?
- Bu qiyam və çevriliş bu günkü zəmanədə materialistlərin irəli sürdüyü kor-korana və hesabsız ictimai partlayışdır, yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?
Bu sualların cavablarının aydın olması üçün əvvəlcə bunu qeyd etməliyik ki, adətən təkmahiyyətli olan təbii şeylərdən fərqli olaraq ictimai hadisələr ola bilsin bir neçə mahiyyətə malik olsun. Məsələn, bir filiz eyni zamanda həm qızıl, həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti ola bilər və həm də onun meydana çıxmasında bir neçə vasitə təsir göstərə bilər. Məsələn, bir inqilab ola bilər bir işə qarşı reaksiya olsun, yəni, onun mahiyyəti bir işə qarşı reaksiyadan ibarət olur. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik reaksiya mahiyyəti daşıdığı anda ola bilər bir hadisəyə qarşı mənfi reaksiya versin, digər bir hadisəyə isə müsbət reaksiya.
İmam Hüseyn əleyhissəlamın inqilabı da bu cür hadisələrdən idi və bu cəhətlərin hamısı onda mövcud olmuşdur. Çünki həmən inqilabın müxtəlif səbəbləri olmuşdur. İndi həmən səbəbləri sizin nəzərinizə çatdırırıq.
İmam Hüseyn əleyhissəlamın inqilabının səbəbləri
Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseyn əleyhissəlamın inqilabında böyük təsiri olmuşdur:
1.İmam Hüseyn əleyhissəlamdan Yezid üçün beyət almaq və bu məqsədlə İmam Hüseyn əleyhissəlama təzyiqlər göstərmək;
2.Kufə camaatının İmam Hüseyn əleyhissəlamı İraqa (Kufəyə) dəvət etməsi;
3.Əmr be-məruf və nəhy əz-münkər amili. İmam Hüseyn əleyhissəlamın Mədinədən çıxdığı andan şüarı da məhz bu olmuşdur.
İndi bu səbəblərin hər birini ayrı-ayrılıqda izah edəcəyik. Bununla da, İmam Hüseyn əleyhissəlamın inqilabının bu səbəblərini nəzərə alaraq hansı mahiyyət daşıdığını və bu səbəblərin inqilabın yaranmasında nə qədər təsir göstərdiyini biləcəyik.
- Yezidə beyət etməyə qarşı müxalifət
Zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın inqilabının ilk səbəbi, Yezidin hökuməti tərəfindən İmam Hüseyn əleyhissəlamdan beyət istəmək və o Həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, İmam Hüseyn əleyhissəlamdan onun üçün beyət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyn əleyhissəlamı çağırtdırıb onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan İmam Hüseyn (əleyhissəlam) bu dəfə də beyətdən boyun qaçırtdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bir bidəti təsdiqləmək demək idi.
Mədinənin hakimi tərəfindən bir neçə gün təzyiqlər davam etdi. Ancaq bu təzyiqlər Hüseyn ibn Əli əleyhissəlamın müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində İmam Hüseyn (əleyhissəlam) rəcəb ayının iyirmi səkkizində ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şəban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseyn əleyhissəlamın öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.
İmam Hüseyn əleyhissəlamın inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı. Өzü də qeyri-şəri bir istəyə qarşı mənfi reaksiya. Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir, amma İmam Hüseyn (əleyhissəlam) da buna razı olmurdu. Hər necə olur-olsun, bu məsələ məlumdur ki, İmam Hüseyn əleyhissəlamı Kufə əhalisi dəvət etməzdən qabaq o Həzrət Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməyəcəkdi.
- Kufəlilərin dəvəti
İmam
Bu müzakirədən sonra Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseyn əleyhissəlama məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin altımışıncı ili ramazan ayının onunda İmam Hüseyn əleyhissəlama çatdı.
Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, İmam Hüseyn əleyhissəlama təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı. İmam Hüseyn (əleyhissəlam) camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər (İraq) Kufə camaatı əməldə, yazdıqlarına vəfalı qalacaqdılarsa, İmam (əleyhissəlam) özü də ora yola düşəcəkdi.
Göründüyü kimi İmam Hüseyn əleyhissəlamın kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki, İmam Hüseyn əleyhissəlamın Məkkədə Yezidin hökumətinə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. (Yəni, beyət etməkdən imtina etmişdi.) Ancaq Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn (əleyhissəlam) üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil İmam Hüseyn (əleyhissəlam) belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə, onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, əgər vəfa etməsələr, onda yenə də Məkkəyə qayıdaram, ya da başqa bir İslami məntəqəyə gedərəm.
Buna əsasən, zaman nöqteyi-nəzərindən İmam Hüseyn əleyhissəlamın Yezidə beyət etməkdən imtina etməsi kufəlilərin dəvətindən qabaq olmuşdur. Kufədən gəlmiş ilk məktub İmam Hüseyn (əleyhissəlam) Məkkəyə çatdıqdan qırx gün sonra yetişmişdir. Məsələ belə deyil ki, Kufə camaatı İmamı dəvət etdiyi üçün İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməkdən imtina etmişdi və Kufə olmasaydı, camaat məktub göndərməsəydi, İmam Yezidə beyət edəcəkdi. Xeyr, hətta yer üzünü İmama darısqal etsəydilər də, yenə İmam Hüseyn (əleyhissəlam) Yezidə beyət etməyəcəkdi.
- Əmr be-məruf və nəhy əz-münkər amili
İmam Hüseyn (əleyhissəlam) ilk gündən Mədinədən əmr be-məruf və nəhy əz-münkər şüarı ilə hərəkət etmişdi. Bu cəhətdən məsələ belə deyildi ki, İmam Hüseyn əleyhissəlamdan beyət tələb olunduğuna görə o inqilab etmişdi. Xeyr, İmamdan beyət istəməsəydilər belə, yenə İmam inqilab edəcəkdi. Həmçinin, məsələ belə deyildi ki, Kufə camaatı İmamı dəvət etdiyinə görə İmam inqilab etmişdi. Bundan əvvəl qeyd edildiyi kimi İmamın beyətdən imtina etməsindən bir ay yarım sonra Kufə camaatının məktubları gəlməyə başlamışdı. Bu baxımdan İmam Hüseyn əleyhissəlamın məntiqi İslama zidd olan hökumətə qarşı yönəlmiş etiraz və hücum məntiqidir. İmam Hüseyn əleyhissəlamın məntiqi bu idi ki, İslam aləmini fəsad bürüdüyü və hakimiyyət fəsadın mənbəyinə çevrildiyi üçün o, öz şəri və Allah qarşısında olan borcunu yerinə yetirməkdən ötrü inqilab edir.
Өncə də qeyd etdiyimiz kimi bu üç səbəbin hər birinin İmam Hüseyn əleyhissəlamın inqilabında rolu olmuş, onların hər biri İmam üçün yeni bir təklif və vəzifə irəli çıxartmışdı. İmam Hüseyn əleyhissəlamın bu üç amilə nisbət mövqeyi bir-birindən fərqli olmuşdur.
Birinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) müdafiə rolunu oynayırdı. Çünki ondan zorla beyət istəyirdilər, o da bundan imtina edirdi.
İkinci amil baxımından İmam Hüseyn (əleyhissəlam) köməkçi rolunu ifa edirdi. Çünki onu (Kufə camaatı) həmkarlığa dəvət etmiş, o da bu dəvətə müsbət cavab vermişdi.
Üçüncü amil baxımından isə İmam Hüseyn (əleyhissəlam) etiraz edərək hücuma keçmişdi. Çünki İmam Hüseyn əleyhissəlamdan heç beyət istəməsəydilər də o, hökumətə qarşı inqilab edib onu qeyri-İslami hökumət adlandıracaqdı.
Hər üç amilin öz dəyəri