Görüntüdə iddia olunan "Əbu Bəkr Bağdadi" ilk öncə Suriyanın şərqində yerləşən əl -Bağuzə şəhəri uğrundakı döyüşlərdən və İŞİD terrorçularının bu şəhərdən qovulmasından söz açır. O deyir: "əl Bağuzə döyüşü də sona çatdı. Ancaq biz düşmənə qarşı tükənmə müharibəsinə davam etdirəcəyik."
00:00Current time02:19
Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün sosial şəbəkələrdə ABŞ, Qərb ittifaqı və sionist rejimi tərəfindən yaradılmış qondarma "İŞİD" adlı terror təşkilatnın öldürülmüş lideri Əbu Bəkr Bağdadinin iddia olunduğu yeni görüntüləri yayımlanıb.
İŞİD terror təşkilatının əsas media resurslarından biri olan “Furqan” bu görüntüləri Telegram kanalında paylaşıblar. Videonun yazılma tarixi dəqiq məlum deyildir.
Görüntüdə iddia olunan "Əbu Bəkr Bağdadi" ilk öncə Suriyanın şərqində yerləşən əl -Bağuzə şəhəri uğrundakı döyüşlərdən və İŞİD terrorçularının bu şəhərdən qovulmasından söz açır. O deyir: "əl Bağuzə döyüşü də sona çatdı. Ancaq biz düşmənə qarşı tükənmə müharibəsinə davam etdirəcəyik."
Yeni peyda olmuş əl Bağdadi daha sonra iddia edib ki, Şri- Lankada keçirilən Pasxa Bayramı zamanı baş verən terror hadisəsi İŞİD qüvvələrinin Suriyanın əl Bağuzə şəhərindəki məğlubiyyətinin cavabı idi.
Daha sonra terrorçuların “vilayətlərindəki” vəziyyət barədə hesabat verilir. O, Şri Lanka terrorçularının biətini qəbul etdiyini bildirir.
Bundan əlavə, görüntülərdə Rusiyada fəaliyyət göstərən “Qafqaz Vilayəti” terror qruplaşması və yeni “Türkiyə Vilayəti” qovluqları görünür.