Zəhmət olmasa gözləyin

Müqəddəs Quran - Surə الرحمن - جزء بيست و هفتم - Surə رحمن - Surə واقعة - Səhifə 534

Mətn parametrləri
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
الرحمن 
Surə واقعة 
الحديد 
فِيهِمَا فَاكِهَةٌ وَنَخْلٌ وَرُمَّانٌ ٦٨ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٩ فِيهِنَّ خَيْرَاتٌ حِسَانٌ ٧٠ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧١ حُورٌ مَقْصُورَاتٌ فِي الْخِيَامِ ٧٢ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٣ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ ٧٤ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٥ مُتَّكِئِينَ عَلَىٰ رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ ٧٦ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٧ تَبَارَكَ اسْمُ رَبِّكَ ذِي الْجَلَالِ وَالْإِكْرَامِ ٧٨
بسم‌الله
إِذَا وَقَعَتِ الْوَاقِعَةُ ١ لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ ٢ خَافِضَةٌ رَافِعَةٌ ٣ إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا ٤ وَبُسَّتِ الْجِبَالُ بَسًّا ٥ فَكَانَتْ هَبَاءً مُنْبَثًّا ٦ وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً ٧ فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ ٨ وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ ٩ وَالسَّابِقُونَ السَّابِقُونَ ١٠ أُولَٰئِكَ الْمُقَرَّبُونَ ١١ فِي جَنَّاتِ النَّعِيمِ ١٢ ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ ١٣ وَقَلِيلٌ مِنَ الْآخِرِينَ ١٤ عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ ١٥ مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ ١٦
Orada (o iki cənnətdə) növbənöv meyvələr, xurma və nar vardır. (68) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (69) Orada (o cənnətlərin hamısında, dördündə də) xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. (70) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (71) Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır. (72) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (73) Onlara (ərlərindən) əvvəl heç bir ins-cins toxunmamışdır. (74) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (75) Onlar (mö’minlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar. (76) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! (77) (Ya Peyğəmbər!) Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər ucadır (nə qədər uludur)! (78) Qiyamət vaqe olacağı (qopacağı) vaxt (1) Onun vaqe olmasını heç kəs təkzib edə (dana) bilməz! (2) O (kimini) alçaldacaq, (kimini də) ucaldacaqdır. (3) Yer hərəkətə gəlib şiddətlə titrədiyi, (4) Dağlar parça-parça olub ovxalandığı (5) Və toz kimi səpələndiyi zaman (6) Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız: (7) Sağ tərəf sahibləri (əməl dətərləri sağ əllərinə verilənlər). Kimdir o sağ tərəf sahibləri? (Nə uğurludur onlar!) (8) Sol tərəf sahibləri (əməl dətərləri sol əllərinə verilənlər). Kimdir o sol tərəf sahibləri? (Nə uğursuzdur onlar!) (9) Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər! (Nə xoşbəxtdir onlar!) (10) Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir. (11) Onlar Nəim cənnətlərində olacaqlar. (12) (Öndə olanların) çoxu əvvəlkilərdən (keçmiş peyğəmbərlərin ümmətlərindən), (13) Biz azı da axırıncılardandır (Muhəmməd əleyhissəlamın ümmətindəndir). (14) (Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, (15) Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. (16)