Zəhmət olmasa gözləyin

Müqəddəs Quran - Surə الإخلاص - جزء سي ام - Surə اخلاص - Surə فلق - Surə ناس - Səhifə 604

Mətn parametrləri
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
المسد 
Surə اخلاص  Surə فلق  Surə ناس 
 
بسم‌الله
قُلْ هُوَ اللَّهُ أَحَدٌ ١ اللَّهُ الصَّمَدُ ٢ لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ٣ وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ ٤
بسم‌الله
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ ١ مِنْ شَرِّ مَا خَلَقَ ٢ وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ ٣ وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ ٤ وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ٥
بسم‌الله
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ١ مَلِكِ النَّاسِ ٢ إِلَٰهِ النَّاسِ ٣ مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ ٤ الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ ٥ مِنَ الْجِنَّةِ وَالنَّاسِ ٦
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); (1) Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) (2) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) (3) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!” (4) (Ya Peyğəmbər!) De: “Pənah aparıram sübhün Rəbbinə! (1) Yaratdıqlarının (insanların, cinlərin, vəhşi heyvanların) şərindən; (2) Zülmətə bürünməkdə olan gecənin (və ya: batan ayın, ziyası sönən ulduzların) şərindən; (3) (Ovsun oxuyub) düyünlərə üfürən (yaxud: cadu edib iplərə düyün vuran) qadınların şərindən; (4) Və bir də paxıllığı tutanda paxılın şərindən!” (5) (Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə; (1) İnsanların ixtiyar sahibinə; (2) İnsanların tanrısına; (3) Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- (4) O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (5) (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! (Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!)” (6)