Zəhmət olmasa gözləyin

Müqəddəs Quran - Surə التين - جزء سي ام - Surə تين - Surə علق - Səhifə 597

Mətn parametrləri
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
الشرح 
Surə تين  Surə علق 
القدر 
بسم‌الله
وَالتِّينِ وَالزَّيْتُونِ ١ وَطُورِ سِينِينَ ٢ وَهَٰذَا الْبَلَدِ الْأَمِينِ ٣ لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ ٤ ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ ٥ إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ ٦ فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ ٧ أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ ٨
بسم‌الله
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ ١ خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ ٢ اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ ٣ الَّذِي عَلَّمَ بِالْقَلَمِ ٤ عَلَّمَ الْإِنْسَانَ مَا لَمْ يَعْلَمْ ٥ كَلَّا إِنَّ الْإِنْسَانَ لَيَطْغَىٰ ٦ أَنْ رَآهُ اسْتَغْنَىٰ ٧ إِنَّ إِلَىٰ رَبِّكَ الرُّجْعَىٰ ٨ أَرَأَيْتَ الَّذِي يَنْهَىٰ ٩ عَبْدًا إِذَا صَلَّىٰ ١٠ أَرَأَيْتَ إِنْ كَانَ عَلَى الْهُدَىٰ ١١ أَوْ أَمَرَ بِالتَّقْوَىٰ ١٢ أَرَأَيْتَ إِنْ كَذَّبَ وَتَوَلَّىٰ ١٣ أَلَمْ يَعْلَمْ بِأَنَّ اللَّهَ يَرَىٰ ١٤ كَلَّا لَئِنْ لَمْ يَنْتَهِ لَنَسْفَعًا بِالنَّاصِيَةِ ١٥ نَاصِيَةٍ كَاذِبَةٍ خَاطِئَةٍ ١٦ فَلْيَدْعُ نَادِيَهُ ١٧ سَنَدْعُ الزَّبَانِيَةَ ١٨ كَلَّا لَا تُطِعْهُ وَاسْجُدْ وَاقْتَرِبْ ۩ Vacib səcdə ١٩
And olsun əncirə və zeytuna; (1) And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; (2) And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə) ki, (3) Biz insanı ən gözəl biçimdə yaratdıq! (4) Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! (5) Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları münnətsiz (saysız-hesabsız) mükafat gözləyir. (6) (Ey kafir insan! Bu qədər öyüd-nəsihətdən) sonra səni dini (haqq-hesab gününü) yalan saymağa vadar edən nədir?! (7) Məgər Allah hakimlərin hakimi (ən ədalətli, ən üstün hakim) deyilmi?! (8) (Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu! (1) O, insanı laxtalanmış qandan yaratdı. (2) (Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! (3) O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (4) (O Rəbbin ki) insana bilmədiklərini öyrətdi. (5) Xeyr, insan azğınlıq edər, (6) Özünün dövlətli olduğunu gördüyü üçün! (7) Axı sənin axır dönüşün Rəbbinədir! (8) Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur (9) Bir bəndəyə (sənə) namaz qıldığı vaxt? (10) Bir de görək, əgər o doğru yoldadırsa, (11) Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?! (12) (Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə, (13) Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?! (14) Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik - (15) Özü də yalançı, günahkar kəkilindən! (16) Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın! (17) Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq! (18) Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş! (19)