Zəhmət olmasa gözləyin

Müqəddəs Quran - Surə البينة - جزء سي ام - Surə بينة - Surə زلزله - Surə عاديات - Səhifə 599

Mətn parametrləri
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
Şrift növü
Şrift ölçüsü
Şrift rəngi
البينة 
Surə زلزله  Surə عاديات 
القارعة 
جَزَاؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ ٨
بسم‌الله
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا ١ وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا ٢ وَقَالَ الْإِنْسَانُ مَا لَهَا ٣ يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا ٤ بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا ٥ يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ ٦ فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ ٧ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ ٨
بسم‌الله
وَالْعَادِيَاتِ ضَبْحًا ١ فَالْمُورِيَاتِ قَدْحًا ٢ فَالْمُغِيرَاتِ صُبْحًا ٣ فَأَثَرْنَ بِهِ نَقْعًا ٤ فَوَسَطْنَ بِهِ جَمْعًا ٥ إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ ٦ وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ ٧ وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ ٨ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ ٩
Onlardan öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne’mətlər) Rəbbindən qorxanlar üçündür! (8) Yer özünə məxsus bir şiddətlə lərzəyə gəlib titrəyəcəyi zaman; (1) Yer öz yükünü çıxardıb atacağı zaman; (2) İnsan (təəccüblə): “Buna (bu yerə) nə olub?” – deyəcəyi zaman - (3) Məhz o gün (yer) öz hekayətini söyləyəcəkdir - (4) Çünki (bunu) ona sənin Rəbbin vəhy etmişdir (buyurmuşdur)! (5) O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün (qəbirlərindən məhşərə) dəstə-dəstə çıxacaqlar! (Cənnətliklər sağ tərəfə, cəhənnəmliklər isə sol tərəfdə olacaqlar). (6) Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır). (7) Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir). (8) And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara; (1) And olsun (dırnaqları ilə daşdan) qığılcım qoparan atlara; (2) And olsun sübh çağı hücum edən atlara; (3) And olsun o vaxt (və ya: o yerdə) toz-duman qopardan atlara; (4) Sonra da onunla (tozanaqla) dəstəyə (düşmən dəstəsinə) təpinən atlara ki, (5) İnsan öz Rəbbinə qarşı çox nankordur. (6) Və o özü də buna şahiddir. (7) Həqiqətən, insan var-dövlətə çox hərisdir! (8) Məgər o bilmirmi ki, qəbirlərdə olanlar (dirilib) çıxardılacağı; (9)