Azəri
Wednesday 26th of July 2017
code: 81093
Nardaran “işi”-2. İsa Şükürov: "İdealım İmam Hüseyndir"

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Martın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə ŞƏRLƏNƏN şəxslərdən "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin növbəti qondarma məhkəmə iclası keçirilib.

Şərlənərək həbs olunan "Müsəlman Birliyi" Hərəkatının üzvü Vüsal Alış məhkəmə iclasında öncəki proseslərdə toxunulmayan dəhşətli məsələlərə toxunaraq deyib: "Kərim Əlimərdanov mənə dedi ki, "Bandotdel" "bezpridel" idarədir. O, bildirdi ki, tapşırığı yuxarıdan alıblar. Deyirdi: "Görəcəksiniz, Nardaran əməliyyatında iştirak edənlərə fəxri adlar veriləcək. Talehi narkotik ittihamı ilə həbs edəcəkdik. Lakin o, Aşurada çox şey danışdı. Ona görə plan dəyişdi. Ssenari də bundan ibarətdir ki, güya sizə silahları Abbas verib. Talehin Əli Kərimli, Cəmil Həsənli ilə əməkdaşlığı olub. Əgər sən bizim dediklərimizi eləməsən, ailəni də gətirərik bura. Biz tapşırığı elə yerdən almışıq ki, bunlar sizin adınıza yazılmalıdır".

Vüsal Alış daha sonra deyib ki, 2015-ci il noyabrın 30-da marketə gedən zaman mülki geyimli şəxslər onu saxlayıblar:

"Onlar mənə yaxınlaşıb əlimə qandal vurdular və özlərini təqdim etmədilər. Daha sonra mənimlə birlikdə evə getdilər. 15 dəqiqə axtarış apardıqdan sonra güya yataq otağından silah çıxdı. Evdə axtaış aparan şəxslər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları - Teyyub, Müzəffər, Ceyhun, Rövşən, Hətəm və Mirzə adlı şəxslər idi. Mən onlara "Kim bu silahı qoyubsa, Allah onun bəlasını versin" dedim. Onlar da cavabında "Allah sizi cəzalandırır" - dedilər. Bütün bunlar dörd yaşlı övladımın gözü qarşısında olub. Daha sonra məni "Bandotdel"ə gətirdilər. Yolda təhqir edirdilər. İdarədə gördüm ürəyim ağrıyır, xahiş etdim qandalı açsınlar, açmadılar. Daha sonra evdə qanuni axtarış aparılması haqqında sənədə qol çəkməyimi istədilər. Mən razı olmayanda dedilər "Bandotdel"i polis bölməsi ilə səhv salma. Bizim işgəncə otaqlarımız var. Hətta kişilikdən də məhrum edə bilərik. İstədiyimiz şəxslərdən istədiyimiz ifadəni alırıq. Bizdən heç kim hesab sora bilməz. Xoşluqla imza elə". Mən şokda idim. Elə bil erməni əsirliyində idim. Mən görürdüm ki, saxlanılan şəxsləri gecələr döyürlər, üstlərinə nəcis tökürlər. Bunlardan və ailəmin həbsindən qorxub dedikləri sənədləri imzaladım. İstintaq zamanı verdiyim bütün ifadəm yalandır və həqiqətə uyğun deyil. 28 gün mən "Bandotdel"də qaldım. Həmin müddətdə ailəm harada olduğumu bilmədi. Dərman olmasaydı, iki dəfə mən infarkt ola bilərdim. Nəzarətçilər gecələr yatırdılar. Biz dərman istəyəndə də nalayiq sözlər işlədirdilər. "Bndotdel" 21-ci əsr Azərbaycanı üçün biabırçılıqdır. Kriminal aləmdə də deyirlər ki, "Bandotdel"dən çıxanları çox sorğu-sual etməyin, çünki onlar təzyiqə məruz qalıb. Həmin idarə İsgəndər Həmidov tərəfindən yaradılıb və sonra özü də həmin idarəyə düşüb. Arzu edirəm bizə bunları edənlər də ora düşsün. Bugünə qədər 420 ərizə yazmışam. Nəsimi rayon Məhkəməsinə "Bandotdel"də olan qanunsuzluqlarla bağlı şikayət etmişəm. Lakin bütün ərizələrə formal cavablar verilib. Təcridxanada nəzarətçilər deyir gör hansı zamana gəlmişik ki, sizi də həbs edirlər".

Daha sonra Vüsal Alış həbslərini şərti hesab edərək vurğulayıb:

"Əslində kişilik, ləyaqət, şərəf, həbs olunub. Azərbaycanda nə qədər şərəfli insan var bu hamısının başın gələcək. Onlar da hazırlaşsınlar. Bir qrup şəxs bu xalqa düşmən kəsilib. Xalqı yazıq gündə görmək istəyirlər. Artıq kameralarda yer yoxdur. 6 nəfərlik kameraya 20 nəfər salırlar. Mədət Quliyevə də "Bandottel"lə bağlı müraciət etmişəm. Onların fəaliyyəti araşdırılsın görək bunlar hansı xarici kəşfiyyat orqanı ilə əməkdaşlıq edirlər. "Bandotdel"dəkilər ermənidən betərdi. Əgər Talei tutmaq istəyirdilərsə, niyə Nardaranı üç gün blokadada saxladılar? Bu soyqırımıdır. Biz dəyərlərimiz üçün qurban olmuşuq. Hər zaman şərəfsizlər şərəflilərə görə yaşayıblar. Burada həbs edilənlər canlı şəhid və korifeylərdir. Tarix bundan yazacaq. Biz hər bir halda qalibik".

Canlı Şəhid Vüsal Alış hakim Mayıl Bayramova müraciət edib:

"Siz bu məsuliyyətin altındasınız. Biz günahsız yerə buradayıq. Siz işə ədalətsiz baxsanız, Allahın qəzəbinə tuş gələ bilərsiniz. Biz günahsızlığımıza əminik".

 

Bütün ifadələrimdən imtina edirəm

Daha sonra digər təqsirləndirilən şəxs Seymur Aslanov ifadə verib. Qısa çıxış edən S. Aslanov deyib ki, 2015-ci il noyabrın 26-da mənzilində axtarış aparılıb: "Güya evdən silah çıxıb. "Bandotdel"də Kərim Əlimərdanov tələb etdi kameranın qarşısında deyim ki, silahı mənə Tale verib. Orada mənə işgəncə verilib. Bütün ifadəmdən imtina edirəm və mənə verilən işgəncələrdən danışmaq istəmirəm".

İclasda çıxış edən "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov isə deyib ki, danışdıqlarına görə həbs ediliblər:

"Bütün ittihamlar əsassızdır. Mən buradan deputatlara müraciət edirəm. Onlar qanunları sifarişlə qəbul edirlər. İstəyirəm yeni qanun qəbul etsinlər. Sabunçu rayon Polis İdarəsində mənə deyirdilər: "Sən Maştağadansan, düşmüsən ortaya, qanundan danışırsan, get göyərtini ək". Deputatlar qanun qəbul etsinlər ki, bakılalar ancaq göyərti əkə bilər. Ancaq göyərtini də bəzi oliqarxlar öz nəzarətlərinə götürüblər. Hər şeyi ələ alıblar. Mən AXCP-nin qurultayında iştirak etmişəm. Orada 6 dəqiqəlik çıxış etmişəm. Orada iştirak etmək də qadağan deyil. Əgər qadağandırsa, Milli Məclis bununla bağlı da qanun qəbul etsin. "Bandotdel"də çəkiliş edib bizi AXCP, Milli Şura ilə birlikdə dövlət çevrilişində ittiham etmək istəyirdilər. "Bandotdel"də Şahlar Cəfərov əlində notbuk gəldi Kərim Əlimərdanovun yanına, dedi ki, rəis tapmışam. Dedim görən nəyi tapıb. Baxdım AXCP-nin qurultayında olan çıxışımdır. 6 dəqiqəlik çıxışı qoyub baxdılar. Həmin müddətdə də mənə işgəncə verdilər. Dedim, yaxşı ki, 36 dəqiqə çıxış etməmişəm. Yoxsa məni öldürərdilər. Mənə təklif edirdilər ki, AXCP və Milli Şura ilə əməkdaşlığı etiraf etsəm, 3 il şərti cəza ilə buraxacaqlar".

Daha sonra E. Qasımov hakimə müraciət edib: "İstəyirəm bu prosesi saxlayasınız. Görürsünüz ki, heç birimiz günahı yoxdur. Təklif edirəm siz Azərbaycan tarixinə şanlı insan kimi düşəsiniz".

“Hakim” isə onun sözünü kəsib.

 

İdealım İmam Hüseyndir (əleyhi səlam)

Təqsirləndirilən şəxslərdən İsa Şükürov da qısa çıxış edib. O bildirib ki, "Bandotdel"də başına baseball topu ilə vurublar:

"Kərim Əlimərdanov mənə "Varovskoy molla" deyirdi. Soruşdum, bu, nə ifadədir? Dedi: "Sənə hamı İsa Lənkəranlı deyir. Sən Rövşən Lənkəranskini özünə ideal seçmisən". Mən də dedim: "İdealım İmam Hüseyndir". Hər kim onu özünə ideal bilsə, qalib olar. Tale Bağırzadə ilə bağlı sənədə qol çəkdirib onun üzünə durmağımı istəyirdilər. Allah bilir orada nə əziyyət çəkmişəm".

Məhkəmə prosesi martın 10-da davam edəcək.

Adları çəkilən şəxslərin bir qismi "Müsəlman Birliyi" Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

user comment
 

latest article

  Tale Bağırzadə "kars"a salınıb
  ABŞ polisi öldürdüyü şəxsin ailəsinə 15 milyon dollar ödəyəcək
  Əliyevlər rejiminə xəyanətdə ittiham olunan İnqilab Əhədov apellyasiya şikayəti Verdi
  BMT Yəməndə vaksin layihəsini dayandırdı
  Benqazi azad oldu! Libiya xalqı bayram edir
  Çağırın, sizə cavab verim!
  İlk dəfə insan yandıran kimdir ?
  Nə üçün "Vadiüs-salam" məzarlığı müqəddəsdir?
  Filippində vəhabi terrorçular məktəbə hücum etdi
  Qədr gecələrinin müştərək əməlləri