Beynəlxalq şöbə: İslam iqtisad qurultayı İslam inkişaf bankının təşəbbüsü ilə Qabon Respublikasının paytaxtı Libervol şəhərində tir ayının 14-dən 16-na kimi keçiriləcək.
İran Quran Xəbər Agentliyi : “Gaboneco” xəbər bürosunun məlumatına əsasən, bu qurultay iqtisad nazirliyi və Qabon Respublikasının ticarət şöbələrinin, İslam inkişaf bankının həmkarlığı ilə həyata keçiriləcək.
Bu üç günlük qurultayın keçirilməsində əsas məqsəd Qabon Respublikasının islam banklarının fəaliyyətindəki rolunu, maliyyə qaydalarının şəri üsulda aparılmasını və bu ölkənin maliyyə baxımından çətinliklərinin aradan qaldırılması yollarını müəyyənləşdirməkdən ibarətdir.
Qabon Respublikası Mərkəzi Afrikanın qərbində, Atlas okeanının şərq sahillərində yerləşən bir ölkədir. Konqo, Kamrun və Gine ölkələri ilə həmsərhəddir. Bu ölkənin əhalisinin 1\3-ni müsəlmanlar təşkil edir.
source : ایکنا