Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Abbas Hüseynov cərimə təcridxanasına salınıb - SƏBƏB

erdiyi xəbərə əsasən, İlham Əliyevin bir-başa başçılığı ilə 2015, 26 Qanlı Nardaran hadisələri zamanı səbəsiz yerə həbs olunmuş Abbas Hüseynov iyunun 7-də cərimə təcridxanasına salınıb. Bakı rejimi hadisəyə səbəb kimi onun saxlandığı kamerad
Abbas Hüseynov cərimə təcridxanasına salınıb - SƏBƏB

erdiyi xəbərə əsasən, İlham Əliyevin bir-başa başçılığı ilə 2015, 26 Qanlı Nardaran hadisələri zamanı səbəsiz yerə həbs olunmuş Abbas Hüseynov iyunun 7-də cərimə təcridxanasına salınıb. Bakı rejimi hadisəyə səbəb kimi onun saxlandığı kamerada çörək kəsmək üçün nəzərdə tutulan ətrafı itilənmiş qaşığın aşkar edilməsi olduğunu bildirib.

Vəkil Fariz Namazlının Meydan TV-yə verdiyi məlumaya görə, həmin qaşıq barədə təcridxana əməkdaşlarının məlumatı olub: “Belə ki, hər gün kameralarda səhər yoxlanışı zamanı qaşıq stolun üstündə olub, nədənsə 7 iyunda təcridxana əməkdaşları həmin qaşığa görə kamerada saxlanılan Abbasla birlikdə digər 3 nəfəri də cərimə təcridxanasına salıblar. Abbas Hüseynova 5 gün müddətinə cərimə təcridxanasında saxlanılması nəzərdə tutulsa da, həmin müddət həftə sonuna düşdüyündən onu bazar ertəsi, yəni 13 iyuna qədər cərimə təcridxanasında saxlayıblar. Səbəb kimi rəisin bazar günü təcridxanada olmaması ilə izah ediblər”.

Vəkil deyir ki, cərimə təcridxanasında saxlanılarkən qanunvericiliyin tələbləri pozulub, belə ki, A.Hüseynova gün ərzində yalnız bir dəfə 15 dəqiqə olmaqla gəzintiyə çıxmağa icazə veriblər. Həmçinin ona gündəlik istifadə üçün şəxsi gigiyenik əşyalar verməyiblər: “Cərimə təcridxanası saxlanmaq üçün tamamilə yararsız vəziyyətdə olub, belə ki, tarakan və digər həşəratlar cərimə kamerasında saxlanılan şəxslərlə otağı bölüşüblər.

İstintaq Təcridxanalarının Daxili İntizam Qaydalarına görə, cərimə təcridxanasında yerləşdirilən həbs edilmiş şəxslər hər gün ən azı 1 saat gəzinti hüququna malikdirlər .
Qaydanın 34.2-ci maddəsinə görə, cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərin səhhətinə tibbi-sanitariya məntəqəsinin tibb işçiləri tərəfindən gündəlik nəzarət edilir. Bu barədə həbs edilmiş şəxsin tibb kitabçasında və təcridxana jurnallarında müvafiq qeydlər aparılmalıdır.

34.4-cü maddəyə görə, cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslər fərdi çarpayı və yataq ləvazimatı ilə təmin edilməlidir. Onlara özləri ilə əl-üz dəsmalı, sabun, diş məcunu, diş fırçası, tütün məmulatları, kibrit və müəyyən olunmuş sayda kitab (jurnal) və ədəbiyyat istisna olmaqla, ərzaq məhsulları və digər şəxsi əşyaları götürmək qadağandır. Cərimə təcridxanasına yerləşdirilmiş həbs edilmiş şəxslərə isti üst paltarı yalnız onlar gəzintiyə çıxarılarkən verilməlidir.

Bu normalar təcridxana əməkdaşları tərəfindən pozulub. Təbii ki, Penitensiar Xidmətin və ya Bakı İstintaq Təcridxanasının səlahiyyətli nümayəndəsi bu xəbəri təkzib edəcək, cərimə təcridxanasının müasir standartlara uyğun gəldiyini və orada Abbas Hüseynovun hər hansı hüququnun pozulmadığını bildirəcək. Məsləhət görərdim ki, belə açıqlama verməzdən əvvəl həmin şəxslər ən azından Abbas Hüseynovla söhbət etsinlər”.

Penitensiar Xidmətdən Meydan TV-nin bununla bağlı sualını cavablandırmaq istəməyiblər.

 



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Məkarimin ruhanilərə müraciəti
Hələb həqiqətlərini suriyalı qaçaın qadının naləli dilindən eşidin
Ümümdünya Qüds Günü ilə əlaqədar Əhli Beyt (ə) Assambleyasının bəyanatı
Berluskoni İslama hörmtəsizlik etdiyi üçün məhkəməyə çağrıla bilər
Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu
Tale Bağırzadə "kars"a salınıb
Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək

 
user comment