“İmam Əli (ə), bəşər hüququ və ədaləti” adlı seminar aban ayının 7-si Hindistanın Otarperadeş əyalətinin Ləkhənu şəhərinin Qandehi Behun ictimai salonunda keçiriləcək.
İran Quran Xəbər Agentliyi : Qərbi və Cənub Asiya şöbəsinin məlumatına əsasən, bu seminar bu gün yerli vaxtla 15:30-da «Global Integration & peace foundation Lcknow» -da keçiriləcək.
Bu seminar Hindistanın müsəlman təşkilatının rəhbərinin müavini Seyyid Kəlb Sadiq Nəqvinin, İran İslam Respublikasının Dehlidəki mədəniyyət mərkəzinin rəhbəri Əbdülkərim Nəcəfinin və bir sıra Hindistan alim və dövlət xadimlərinin iştirakı ilə keçiriləcək.
Qeyd olunmalıdır ki, bu proqram Müqəddəs Qurani-Kərim ayələrinin məşhur qarilər tərəfindən tilavəti ilə başlanacaq və davamında alimlər müxtəlif mövzularda çıxışlar edəcəklər.
source : ایکنا