Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

Satirik şairin anası: Tofiqə pulsuzluqdan yemək göndərə bilmirəm

Əhlibeyt (ə) Xəbər Agentliyi abna-Şair Tofiq Həsənli artıq iki ildir ki, həbsdədir. Anası Zərifə Cəlalova oğlunun həbsindəki narkotik satışı ittihamını qəbul etmir. Ana deyir ki, Tofiq Həsənli söz üstündə, yazdığı şeirlərə görə həbs olunub. Ananı isə bu həbsdən daha çox oğlunun şərlənmiş olması yaralayır. “Sən mənim balamı bir kəlimə söz üstə tut, üstünə də dərman qoy. Mənim balam “dərman işi"nə baxmayıb. “Dərman” satanın evi bu cür olar? 30 ildir mən ev tikmişəm, hələ üstünü bağlaya bilmirəm”. Zərifə Cəlalova 110 manat pensiya alır. O, oğlunun ehtiyaclarını qarşılaya bilmədiyi üçün narahat olduğunu deyir.

“Orada birinin bir tikəsi olanda bir yerdə yeyirlər. Amma gərək mən də balam üçün nəsə göndərəm axı”.

84 yaşlı ananın istəyi oğlunu tezliklə azadlıqda görməkdir

"Ay nənə” deyən kimi tez gəlib soruşurdu, nə olub. Başın ağrayır? Qolunu-qıçını ovum? Məni infakt vurdu, pampersimi əynimə keçirirdi. Tofiq belə uşaqdır. Tofiqin azad olunmağını, əlbəttə, istəyirəm”.

Vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, avqustun 14-də Tofiq Həsənliyə işgəncə verilməsi faktı ilə bağlı Səbail Rayon Məhkəməsində keçiriləcək proses ayın 22-dək təxirə salınıb. Tofiq Həsənli 2015-ci il, avqust ayının 12-də saxlanılıb. Ona 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il həbs cəzası verilib.

Qərardan verilən apelyasiya və kassasiya şikayətləri təmin olunmayıb. Tofiq Həsənli vəkili Elçin Sadıqova bildirib ki, verilən ittihamları qəbul etməsi üçün ona Lənkəran Polis İdarəsində işgəncə verilib. İttihamları qəbul etməyəcəyi təqdirdə butulka ilə zorlayacaqlarını deyiblər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Azərbaycan Respublikasının xaricdə dini təhsilə qarşı yeni addımı
Dünyanın 80 ölkəsi Quran xətmi layihəsinə qoşulub
Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb
İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu
İntifada davam edir, yəhudi işğalçıları 3 fələstinlini Şəhid etdi

 
user comment