Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə sanksiyaların götürülməsi ilə bağlı ünvanladığı məktubda vurğ
İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu

- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Seyyid Əli Xamenei İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə sanksiyaların götürülməsi ilə bağlı ünvanladığı məktubda vurğulayıb: “ABŞ –ın hiyləsindən ehtiyatlı olun və öhdəliklərinə əməl etməsini izləyin.”

İslam İnqilabının Ali lideri ilk növbədə Həsən Ruhani administrasiyası, xüsusilə də nüvə müzakirəçilərinə təşəkkür edib və bildirib ki, iranlıların müqaviməti, nüvə alimlərinin təlaşı və müzakirəçilərin səyi bu sanksiyaların götürülməsinə səbəb olub.

Müsəlman Dünyasının Ali Lideri Seyyid Əli Xamenei cənabları nüvə anlaşması barədə Həsən Ruhani qarşısında 5 şərt qoyub.

1- Ehtiyatlı və diqqətli olun ki, qarşı tərəf öz öhdəliklərinə tam şəkildə əməl etsin.

2- Ölkə rəsmilərinə bildirilsin ki, iqtisadi problemlərin həlli müqavimət və mübarizə iqtisadiyyatı istiqamətind əgöstərilən intensiv və məntiqli səylərdən ibarətdir. Sanksiyaların götürülməsi xalqın rifahında və ölkə iqtisadiyyatının inkişafı üçün tənha amil deyil.

3- Hamı bilsin ki, bu müqavilədə əldə edilənlər bizə baha başa gəlib. Bu həqiqəti gizlədənlər və onu gizlətməyə səy edənlər, bu məsələdə özlərini Qərbə məmnun kimi göstərənlər millətin fikrinə zidd olduqlarını və səmimi rəftar etmədiklərini bilsinlər.

4- Hegomon və qolu zorlu cəbhənin qarşısında bu əndazədə naliyyət əldə etmək müqavimət sayəsindədir. İslam Respublikasının bütün məsələlərində hamı bunu böyük dərs kimi yadda saxlasın.

5- Yenə də təkid edirəm hegomonların xüsusilə də Amerikanın hiyləsindən qafil qalmayın və öhdəliklərinə əməl etməsini izləyin.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment