Azəri
Thursday 18th of July 2024
0
نفر 0

DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir

DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir

 

 


DEVAMM - Dİni Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir. Belə ki, avqustun 11-nə olan məlumata görə, islamazeri.az internet-qəzetinin baş redaktoru Hacı Ramin Bayramov, ilahiyyatçı Hacı Abgül Süleymanov, AİP funksioneri Kərbəlayi Arif Qəniyev müxtəlif anlaşılmaz ittihamlarla həbs edilmişlər. Müqəddəs Ramazan ayında edilən bu həbslər, inanclı insanları xüsusilə sarsıdır.

 

Digər tərəfdən, dini mühitdə oruc tutan, namaz qılan kimi, ibadət əhli kimi tanınan insanların narkotik saxlama və qəbul etmə, silah-sursat tədarük etmə kimi mümkünsüz ittihamlarla həbs edilməsi insan haqlarının pozulması halı olmaqla bərabər, mənəvi dəyərlərə qarşı sayğısızlıq kimi də qiymətləndirilir.

 

DEVAMM olaraq hesab edirik ki, bu təqib və həbslər sözügedən şəxslərin özünüifadəsi ilə bağlıdır və faktiki olaraq, onlara inkriminasiya edilən ittihamlara heç bir aidiyyətləri yoxdur.

 

DEVAMM olaraq, Hacı Ramin Bayramovun, Hacı Abgül Süleymanovun, Kərbəlayi Arif Qəniyevin, eləcə də həbsdə olan digər ilahiyyatçıların və dindarların təcili azadlığa buraxılması üçün çağırış edirik.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...

 
user comment