Azəri
Thursday 28th of March 2024
0
نفر 0

beş islami istilah

beş islami istilah

«Islami şəriət mənbələri» bəhsini Qur`an, sünnə, bid`ət, fiqh və ictihad kimi beş islami istilahın araşdırılması ilə başlayacaq, daha sonra iki məktəbin onların barəsindəki nə‌‌zərlərini qeyd edəcəyik. Bununla yanaşı, bu bəhslərlə əla‌qə‌‌dar digər istilahları da, Allahın köməyi ilə, araş‌dı‌ra‌ca‌ğıq.

1-Qur`an

Qur`an peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd Mustafa ¡-ə tədrici şəkildə nazil olan Allah kəlamıdır. Bu da ərəb dilində şe`r və nəsrin müqabilidir. Buna əsasən, ərəb dili üç qisimdir: Qur`an, şe`r və nəsr.[1]

«Şe`r» kəlməsinin həm şairin divanına, həm onun bir qə‌sidəsinə, həm də bir beytinə və ya bir sətrinə aid edilməsi düz‌gün olduğu kimi, «Qur`an» kəlməsinin də Qur`anın bü‌tün‌lük‌də hamısına, onun bir surəsinə və hətta bir ayəsinə belə, aid edilməsi düzgün olacaqdır. Belə ki, bə`zən onun bir ayə‌si‌nin bir hissəsi olan "və mimma rəzəqnahum" kimi cümləsinə də («Bə‌qərə», 2) Qur`an deyilir. Bu mə`naya olan Qur`an islami bir is‌tilah və şər`i həqiqətdir. Çünki bu cür işlənmə Qur`‌an‌dan və şərif Peyğəmbər ¡ hədisindən əxz olun‌muş‌dur.

Qur`anIn diGər adlarI

Islam alimləri elə Qur`anın özündən bu şərif kitab üçün digər bə`zi adlar da çıxarmışlar ki, həqiqətdə bir şe‌yin öz sifətləri ilə təqdim olunması qəbilindəndir. Onun ən məhşuru «Kitab» kəlməsidir. Mütəal Allah «Bəqərə» surə‌si‌nin ikinci ayəsində buyurur: "O Kitabda heç bir şəkk-şübhə yox‌dur". Bu ayədə «Kitab» dedikdə məqsəd müsəlmanların səmavi kita‌bı olan və yəhudilərin Tövratı və məsihilərin Incili mü‌qa‌bilində qərar tutan Qur`andan ibarətdir. Kitab dedikdə məq‌sədin hansı kitab olması müəyyənlik bildirən «əlif-lam» (ال) artiklı ilə bəyan olunmuşdur. Bə`zən də kitab kəl‌məsi Töv‌rata aid edilir. Belə ki, buyurulur: "Və bundan əvvəl Musanın ki‌tabı..." Burada kitab kəlməsinin Musa kəlməsinə izafə şək‌lində bəyan edilməsi ilə məqsədin nə olduğu aydın‌la‌şır.

Nəhv (ərəb ədəbiyyatı) alimlərinin nəzərində «Sibəveyhin ki‌‌tabı» dedikdə məqsəd «əl-Kitab» adı ilə məşhurlaşan ki‌tab‌‌dır. Belə ki, Hacı Xəlifə «Kəşfuz-zünun» kitabının «ki‌‌tab» babında yazır: "Nəhv alimlərin yanında Kitab kəl‌məsi Sibəveyhin kitabı üçün, onun fəzilətli və məşhur ol‌ma‌sına görə xüsusi ada çevrilmişdir. Belə ki, hər vaxt Bəs‌rə‌də "Filankəs Kitabı oxumuşdur" – deyilirsə, ondan məq‌sə‌din Sibəveyhin kitabını oxuduğu aydınlaşır. Hər vaxt "Ki‌ta‌bın yarısını oxumuşdur" – deyilsə, heç kəs onun Sibə‌vey‌hin kitabını oxumasında şəkk etmir..."

O deyir: «Sibəveyhin kitabını Ibni Xəruf Əndəlusi adı ilə məşhur olan Əli ibni Məhəmməd (609-cu hicri ildə və‌fat edib) şərh etmiş və onu «Tənqihul-əlbab fi şərhi ğəva‌mi‌zil-Kitab» adlandırmışdır. Eləcə də Əbül-Bəqa Əbdüllah ib‌ni Hüseyn Əkbəri Bağdadi Hənbəli (616-cı ildə vəfat edib) onun beytlərini şərh edərək kitabının adını «Lübabül-Ki‌tab» qoymuşdur. Məhəmməd ibni Həsən Zübeydi Əndəlusi (380-ci ildə vəfat edib) o kitaba yazdığı şərhini «Əbniyətül-Ki‌tab adlandırmışdır.»[2]

Buna əsasən, kitab kəlməsi nə Qur`ani Kərimdə, nə də mü‌səl‌manların arasında Qur`anın xüsusi adı deyildir.

Qur`anın digər adlarından biri də «Nur» kəlməsidir ki, mü‌tə‌al Allah «Nisa» surəsinin 174-cü ayəsində buyurur:

﴿وَأَنزَلْنَا إِلَيْكُمْ نُورًا مُّبِينًا

"Biz, sizə aşkar bir nur göndərdik".

Bu əziz kitabın bir adı da «Moizə» kəlməsidir ki, «Yu‌nus» surəsinin 57-ci ayəsində bu barədə buyurulur:

﴿قَدْ جَاءتْكُم مَّوْعِظَةٌ مِّن رَّبِّكُمْ

 "Həqiqətən, Pərvərdigarınız tərəfindən sizin üçün bir moizə gəl‌di."

Həmçinin, «Vaqiə» surəsinin 77-ci ayəsində buyurulan «Kərim» kəlməsi də Qur`ana işarə edir:

﴿إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ

"Həqiqətən o, Kərim (kəramətli) olan bir Qur`andır."

Qur`anda gələn bu adlar, alimlərin də buyurduqları kimi, bu səmavi kitaba məxsus olan adlar deyil, əksinə, onlar yal‌nız Qur`anın bə`zi sifətlərini tə`bir etmək məqamında gəl‌mişdir.

Xüləfa məktəbində Qur`anın adlarından biri də «Müs‌həf»dir ki, bu kəlmə Qur`ani-Kərimdə və şərif Peyğəmbər ¡ hədislərində gəlməmişdir.

Zərkeşi və başqaları rəvayət edərək deyirlər: «Əbu Bəkr Qur`anı bir yerə toplayan zaman ətrafındakılar dedilər: «Ona bir ad seçin.» Bə`ziləri dedilər: «Onun adını Incil qoyaq.» Bu söz bəyənilmədikdə başqaları dedilər: «Onun adını Sifr» qoyaq. Bu adı da – yəhudilərə məxsus olduğuna görə – qəbul etmədilər. Ibni Məs`ud dedi: «Mən həbəşilərin yanında bir kitab gördüm ki, onu «Müshəf» adlandırırdılar. Buna görə də onu «Müshəf» adlandırdılar.»[3]

Buna əsasən, Qur`anın «Müshəf» adlandırılması islami bir istilah və şər`i bir həqiqət deyil, yalnız müsəlmanların ad‌q‌oyması və onların istilahı növündəndir. Buna görə də bu cür adqoymada «Müshəf» kəlməsi xəvaricin arasında «şari» kəl‌məsinin vəziyyəti ilə eynidir. Belə ki, onlar bu kəlməni mü‌səl‌manlarla müharibəyə hazırlaşan bir kəs barəsində iş‌lə‌dirdilər, halbuki, bu kəlmə xəvariclərdən başqasının ya‌nın‌da müştəri və alıcı mə`nasına işlənir. Biz hər vaxt xəva‌ricdən başqa bir dəstənin yanında «şari» kəlməsinin işləndiyini görsək, müştərinin nəzərdə tutulduğunu biləcək və bu kəlmə ilə müsəlmanlarla müharibəyə hazırlaşan bir şəxsi heç vaxt nəzərdə tutmayacağıq.

Eləcə də Suriya və Iraq əhalisinin nəzərində «məbsut» kəl‌‌məsini qeyd etmək olar; bu kəlməni iraqlılar «vurulmuş şəxs» mə`nasına, suriyalılar isə «sevincli, şad şəxs» mə`‌na‌sı‌‌na işlədirlər. Əgər bu kəlmə suriyalıların sözlərində iş‌‌lə‌nərsə, sevincli şəxs nəzərdə tutulduğu aydın olur. Amma əgər iraqlılar onu işlədərsə, məqsədin «vurulmuş adam» ol‌duğu mə`lum olur.

Buna əsasən, xüləfa məktəbində adqoyma növündən olan «Müs‌‌həf» kəlməsi hər vaxt onların kəlamında gəlsə, Qur`ani-Kə‌‌rim mə`nasınadır; lakin hər vaxt Əhli-beyt ¢ mək‌təbi‌nin ardıcıllarının kəlamında gəlsə və «Müshəfi Fati‌mə » deyilsə, məqsəd «Fatimə -ın kitabı» olacaqdır.

Belə ki, Imam Səccad -ın məşhur dualarının çap olun‌‌duğu kitab «Səhifeyi-Səccadiyyə», yə`ni «Imam Səccad -ın kitabı» adlanmışdır (səhifə və müshəf eyni kökdən‌dir-müt.).

2–sünnə

Sünnə və bid`ət iki islami istilahdır və hər birinin mə`‌na‌sının tanınması digərinin tanınmasına bağlıdır. Mü‌əm‌malı və anlaşılmaz hallarda isə bir-biri ilə müqayisə olun‌malıdır.

Bu iki istilahın şərhi aşağıdakı kimidir:

Sünnə

Sünnə lüğətdə üslub və sirə mə`nasınadır – istər yaxşı ol‌sun, istərsə də pis.[4] Islami şəriətdə isə Peyğəmbəri Əkrəm ¡-in əməl və sözlərindən ibarət olan və Qur`a‌ni-Kərimdə aşkar şəkildə qeyd olunmayan əmrlər, nəhy‌lər və yol göstərmələr mə`nasınadır.[5] Həmçinin, Peyğəmbəri Əkrəm ¡-in bir şeyi müşahidə edib onu təsdiqləməsinə də şa‌mil olur. Yə`ni Peyğəmbər ¡ hər hansı bir müsəl‌man‌dan gördüyü bir işi onun üçün qadağan etməyibsə və həqiqətdə öz sükutu ilə o əməli təsdiqləmişsə, sünnə ona da şamil ola‌caqdır.[6] Buna görə də «Kitab» və «sünnə» kimi şər`i də‌lil‌lərə Qur`an və hədis də deyilir.[7]



[1] Bu da Qur`ani-Kərimin mö`cüzə yönlərindən biridir. Çünki bəşər kəlamı hamı‌lıq‌la və bütün dillərdə ya şe`r formasındadır, ya da nəsr. Qur`ani-Kərim isə ərəb di‌lin‌də nə şe`rdir, nə də nəsr. Əksinə, bu əziz Kitab mübin (aşkar) ərəb dilindədir, Al‌la‌hın kəlamıdır və insan kəlamı növündən deyildir.

[2] «Kəşfuz-zünun» (Hacı Xəlifə), 2-ci cild, səh.1427 və 1428

[3] «Əl-bürhan fi ülumil-Qur`an», Zərkeşi (794-cü ildə vəfat edib), Qahirə çapı, 1-ci cild, səh.273, 276, 282; «Əl-itqan», Süyuti, (911-ci ildə vəfat edib), Qahirə çapı, 1368-ci il, səh.63

[4] «Əl-mö`cəmül-vəsit», sünən madəsi.

[5] «Nihayətül-lüğət», Ibni Əsir, sünən maddəsi.

[6] «Sünəni Əbu Davud», 2-ci cild, səh.274-275. Səhl ibni Sə`d deyir: «Peyğəmbərin yanında yerinə yetirilən hər bir şey sünnədir.»

[7] «Nihayətül-lüğət», sünən maddəsi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xəlifə sülaləsi verdikləri işgəncələr nəticəsində bir bəhreynli Şiə ...
Həzrət Əbbas (ə) Briqadasının Komandiri Ali Təqlid Mərcələri ilə görüşüb
"Əl-Əzhar" Universiteti "Charlie Hebdo"nun yeni karikaturalarını pisləyib
İmam Həsən Əskəri əleyhissəlamın dövründə siyasi-ictimai vəziyyət
Nardaran işi: “Dustaqlar Kürdəxanıdan çıxarılır, amma məhkəməyə ...
183 nəfərə edam qərarı
Ölmək yaşamaqdan bahadır
İslam İnqilabının Böyük Rəhbərinin nüvə anlaşmasının icrası haqda İran ...
İşğalçı Səudiyyə rejimin qırıcıları Saleh əl Simadın dəfn mərasimini ...
Bu gün AİP liderinin apellyasiya şikayətinə baxılacaq

 
user comment