Azəri
Thursday 18th of July 2024
0
نفر 0

IKi məKtəbin birinCi hiCri əsrində Peyğəmbər ¡ hədisinin yayIlmasI

2-IKi məKtəbin birinCi hiCri əsrində Peyğəmbər ¡ hədisinin yayIlmasI barəsindəKI nəzərləri

Yuxarıda qeyd olunanlara bunu da əlavə etməliyik ki, bu iki məktəbin böyük şəxsiyyətləri özlərinə məxsus olan çər‌çi‌və və məhdudiyyət daxilində hədisi yaymağa başlamışlar. Bir mək‌təbin xəlifələri Peyğəmbər ¡ hədisinin yazılıb-ya‌yıl‌masının qarşısını aldığı vaxt, digər məktəbin ardı‌cıl‌ları bütün var-qüvvələrini hədisin yayılmasına sərf et‌miş, xüləfa məktəbi də bunun qarşısını alaraq ciddi müba‌ri‌zəyə qalxmışdır. Bu hadisə Peyğəmbəri Əkrəm ¡-in hə‌ya‌tının son anlarından başlamışdı. O həzrət «Mənə ka‌ğız-qələm gətirin, sizin üçün bir şey yazım ki, məndən sonra heç vaxt azğınlığa düşməyəsiniz» – dedikdə, orada hazır olan‌lardan bə`ziləri demişlər: «Peyğəmbər sayaqlayır!»[1]

Buxari başqa bir hədisdə ibni Abbasın dilindən bu sö‌zün kim tərəfindən deyilməsini araşdırıb yazır: «Pey‌ğəm‌bər ehtizar halına düşdükdə otaqda olan kişilərə – on‌lar‌dan biri də Ömər idi – buyurdu:

ائْتُونِي بِكِتابٍ اَكْتُبْ لَكُمْ كِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ اَبَدًا

"Mənə bir vərəq gətirin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt azğın‌lığa düşməyəsiniz!"

Bu zaman Ömər dedi: «Peyğəmbərin ağrısı şiddət‌lən‌miş‌dir! Allahın Kitabı sizin yanınızdadır, Allahın Kitabı bi‌‌zə kifayətdir!» Bu söz evdə olanların arasında ixtilafa sə‌bəb oldu: Bə`ziləri Ömərin sözünü təkrarladılar. Ixtilaf şid‌‌dət‌lənən zaman Peyğəmbər ¡ buyurdu:

قُومُوا عَنِّي وَلا يَنْبَغِي عِنْدِي التَّنَازُعُ

"Mənim yanımdan qalxın! Mənim yanımda mübahisə etmək rəva deyil‌dir!"[2]

Digər bir rəvayətdə mübahisənin necə olması Ömərin di‌lin‌dən bəyan edilir. O deyir: «Peyğəmbərin yanında idik. Bi‌zi‌m‌lə qadınların arasından bir pərdə asılmışdı. Pey‌ğəmbər buyur‌du:

اغسلوني بسبع قرب، واتوني بصحيفة ودواة اكتب لكم كتابا لن تضلوا بعده

 "Məni yeddi məşk su ilə yuyarsınız: Mənə kağız və mürəkkəb gə‌ti‌rin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt yolunuzu az‌ma‌yasınız." Qadınlar dedilər:[3] «Peyğəmbərin istədiyi şeyi gə‌ti‌rin!» Ömər deyir: Mən dedim: «Sakit olun! Siz onun zövcə‌lə‌ri‌siniz! O qadınlarsınız ki, əgər xəstələnsə, göz yaşı axı‌darsınız, əgər sağalsa, yaxasından tutarsınız.» Peyğəmbər buyur‌du: «Onlar sizdən çox-çox yaxşıdır!»[4]

Digər bir rəvayətdə isə deyir: Peyğəmbərin zövcəsi Zeynəb de‌di: «Eşitmirsiniz ki, Peyğəmbər sizdən nə istəyir?» Onlar səs-küy saldıqları zaman Peyğəmbər ¡ «qalxın!» - deyə buyur‌du. Onlar qalxdıqdan (və getdikdən) sonra Peyğəmbər ¡ öz yerində vəfat etdi.»[5]

Bə`zi hədislərdən aydın olur ki, onlar bu hadisədən öncə, elə Peyğəmbərin sağlığında o həzrətin hədisini yazmağın qar‌şısını almaq üçün özlərini hazırlamışdılar. Belə ki, Əb‌dül‌lah ibni Əmr ibni As deyir: Mən Peyğəmbərdən eşit‌diyim hər bir şeyi yazırdım. Qureyş məni bu işdən çəkin‌di‌rə‌rək dedilər: «Sən Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazır‌san, halbuki, Peyğəmbər də bir bəşərdir: həm qəzəb‌lə‌nən‌də, həm razı olan halda danışır!» Mən hədis yazmağı sax‌ladım və onu Peyğəmbər ¡ üçün dedikdə o, ağzına işa‌rə etdi və buyurdu:

اُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا خَرَجَ مِنْهُ اَلَّا حّقٌّ

"Yaz: çünki canım əlində olan Allaha and olsun, bu ağızdan haqdan başqa heç nə çıxmaz!"[6]

Bəli! Onlar özlərinin Əbdüllah ibni Ömər ilə olan söz‌lə‌rində öz batini niyyətlərini aşkar edərək, hədisi yazmağa mane olmalarının səbəbini bəyan etmişdilər. Bu da Peyğəm‌bə‌ri Əkrəm ¡-in bir-birilə fərqli olan iki qrup ara‌sın‌da dediyi sözlərdən ibarət idi: Razı olduğu halda cama‌a‌tın bir qrupu haqqında danışdığı söz, qəzəb halında başqa bir qrup haqqında danışdığı söz. Biz elə burada onların Pey‌ğ‌əmbərin həyatının son anlarında vəsiyyətini yazmasına ma‌ne olmalarının səbəbini dərk edirik. Belə ki, o həzrətin və‌fat etdiyi vaxta qədər onun yanında səs-küy salınması əvvəl‌cədən tə`yin olunmuş bir hiylə və məkr idi. Belə ki, öz höku‌mətləri dövründə bu işi davam etdirdilər və Peyğəm‌bərin hədisinin yazılmasının qarşısını aldılar!

3-BirinCi hiCri əsrinin axIrlarIna qədər Peyğəmbər ¡nnəsinin yazIlmasInIn qarşIsInIn alInmasI

Əbu BəKrin dövründə

Zəhəbi rəvayət edir ki, Əbu Bəkr Peyğəmbərin vəfatından son‌ra camaatı çağıraraq dedi: «Siz özünüz Peyğəmbərdən müəyyən sözlər nəql edərək onun barəsində ixtilafa düçar olur‌sunuz. Sizdən sonra gələnlər daha artıq ixtilaf edə‌cək‌lər. Belə isə, Peyğəmbərdən heç bir şey nəql etməyin; əgər bir şəxs sizdən bir şey soruşsa, cavabında deyin: «Allahın Ki‌ta‌bı sizin aranızdadır, onun halalını halal, haramını ha‌ram bilin.»[7]

Ömərin dövründə

Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Peyğəmbərin hə‌dis‌ləri Ömər ibni Xəttabın dövründə genişlənib sür`ətlə ya‌yıl‌mağa başladı. O, camaatdan istədi ki, üzərində hədis ya‌zıl‌‌dığı hər bir şeyi onun yanına gətirsinlər. Onlar gətir‌dikdə, hamısının yandırılmasına dair hökm verdi.»[8]

Xüləfa məktəbi birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡-in hədisinin yazılmasının qarşısını al‌dı‌lar. Kaş bununla kifayətlənəydilər! Amma onlar Peyğəmbər ¡ hədisinin rəvayət edilməsinə də maneçilik törət‌di‌lər. Belə ki, Qərzət ibni Kə`b deyir: «Ömər bizi Iraqa gön‌dər‌‌diyi zaman Sirar məntəqəsinə qədər bizi müşayiət etdi və son‌ra dedi: – Sizi nə üçün müşayiət etdiyimi bilirsinizmi?

Dedik: – Bizim qəlbimizi ələ almaq və hörmət etmək istə‌yirdin.

Dedi: – Bundan əlavə, digər bir istəyim də vardır: Siz elə şəxslərin yanına gedirsiniz ki, onların Qur`an səsləri bal arısının səsi kimi ucalır. Siz Peyğəmbər ¡ hə‌di‌sini nəql etməklə onları bu işdən saxlamayın, bilin ki, mən sizə nəzarət edirəm.

Qərzət deyir: «Mən bundan sonra Peyğəmbərdən heç bir hə‌dis və söz rəvayət etmədim!»

Digər bir rəvayətdə isə deyilir: Qərzət ibni Kə`b daxil ol‌duqda camaat dedi: «Bizim üçün Peyğəmbərdən bir söz (hədis) danış.» O dedi: «Ömər bizi bu işdən çəkindirib!»[9]

Bəli, səhabələrin arasında Qərzət ibni Kə`b kimi şəxslər var idi ki, xüləfanın sünnəsinə tabe olur, amma Peyğəm‌bər¡-in sünnəsinin yayılıb bəyan olunmasından imtina edir‌di‌lər. Bunların müqabilində də birinci dəstədən Əbdül‌lah ibni Ömər, Sə`d ibni Əbi Vəqqas kimiləri də var idi. Belə ki, Darəmi özünün «Sünən» kitabında (1-ci cild, səh.84-85) «fətva verməkdən qorxan şəxslər» adlı babında Şə`bidən rə‌vayət edərək deyir: «Bir il Ibni Ömərlə oturub-durdum, am‌ma onun Peyğəmbərdən bir şey rəvayət etdiyini eşitmədim.»

Digər rəvayətdə deyir: «Iki il, yaxud il yarım Ibni Ömərlə oturub-durdum, lakin ondan Peyğəmbər ¡ hədisi barəsində bir şey eşitmədim. Yalnız bu hədisi!»

Saib ibni Yəziddən rəvayət edir ki, o belə deyirmiş: «Sə`d ib‌ni Əbi Vəqqasla birlikdə Məkkəyə getdik. Mədinəyə qayı‌dın‌ca Peyğəmbərdən bir hədis belə söylədi‌yi‌ni eşit‌mədim!»

Xüləfanın sünnəsi ilə müxalifət edərək Peyğəmbər ¡ sünnəsini rəvayət edən və bu yolda ağır əzab-əziy‌yət‌lə‌rə, işgəncələrə qatlaşan ikinci qrupdan Əbdüllah ibni Hü‌zey‌fə, Əbu Dərda, Əbuzər və Əqəbə ibni Amir kimilərin ad‌la‌rını qeyd etmək olar ki, «Kənzül-ümmal» kitabında Əb‌dür-Rəhman ibni Ovfun belə dediyi rəvayət olunur: «Ömər ibni Xəttab öz ölümündən qabaq Peyğəmbər ¡ səhabə‌lə‌rin‌dən Əbdüllah ibni Hüzeyfə, Əbu Dərda, Əbuzər, Əqəbə ibni Ami‌ri ətraf yerlərdən öz yanına çığırıb dedi: «Ətraf nahi‌yə‌lər‌də Peyğəmbərin tərəfindən yaydığınız bu hədislər nə‌dir?!» Onlar dedilər: «Bizi bu işdən çəkindirirsənmi?!» Ömər dedi: «Xeyr! Siz mənim yanımda qalın, Allaha and ol‌sun ki, sağ olduğum vaxta qədər məndən ayrılmayacaqsınız. Biz daha ağıllıyıq: sizdən alır və sizin əleyhinizə qaytarırıq!» On‌lar ömürlərinin axırına qədər Ömərin yanından başqa yerə getmədilər.»[10]

Zəhəbi rəvayət edərək deyir: Ömər, ibni Məs`udu, Əbu Dər‌da‌nı, Əbu Məs`ud Ənsarini həbs edib dedi: «Siz Peyğəmbərin sözlərini lazım olan həddən artıq rəvayət edirsiniz!»[11]

Ömər həmişə səhabələrə deyirdi: «Əməli hökmlərdə Pey‌ğəm‌bərin sözlərini rəvayət etməyi azaldın!»[12] Bu rəvayət hə‌dəf baxımından Əbdüllah ibni Əmr ibni Asın rəvayəti ilə eyni vəziyyətdədir: Qureyş onu Peyğəmbərin sözlərini yazmaqdan çə‌kin‌dirmişdi.



[1] «Səhihi-Buxari», cihad kitabı, 2-ci cild, səh.120, cizyə kitabı, 2-ci cild, səh. 126; «Səhihi Müslüm», tərkül-vəsiyyət babı, 5-ci cild, səh.75-də onu 70 sənədlə rəva‌yət et‌mi‌şlər; «Müsnədi-Əhməd», Əhməd Məhəmməd Şakirin təhqiqi, 1-ci cild, səh.222, hədis:935; «Təbəqati ibni Sə`d», Beyrut çapı, 2-ci cild, səh.244, «Tarixi Təbəri», 3-cü cild, səh.193. Bə`zi ibarələrdə belə qeyd olunur: «Ona nə olmuşdur?! Sayaqlayırmı?!» Di‌gər rəvayətlərdə isə belə qeyd olunur: «Peyğəmbər yalnız sayaqlayır!»

[2] «Səhihi-Buxari», elm kitabı, elm babı, 1-ci cild, səh.22

[3] «Əmtaul-Əsma» kitabının 546-cı səhifəsində qeyd olunur ki, bu sözü Zeynəb binti Cəhş və Peyğəmbərin zövcələri demişdir.

[4] «Təbəqati ibni Sə`d», Beyrut çapı, 2-ci cild, səh.243-244; «Nihayətül-irəb», 18-ci cild, səh.357; «Kənzül-ümmal», 1-ci çap, 3-cü cild, səh.138, 4-cü cild, səh.52.

[5] «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.241-242.2.44

[6] «Sünəni Darəmi», 1-ci cild, səh.125; «Sünəni Əbu Davud», 2-ci cild, səh.126; «Müs‌nədi-Əhməd», 2-ci cild, səh.162, 192, 207, 215; «Müsdədrəki Hakim», 1-ci cild, səh.105-106; «Camiu bəyanil-elm», Ibnu Əbdil-Birr, 2-ci çap, Qahirə, 1388-ci il, 1-ci cild, səh.85. Əbdüllah ibni Əmr ibni As Qürəyşi Səhmi 63, yaxud 65-ci ildə Məkkədə dün‌yadan getmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.23, «Siyəru ə`la‌mun-nübəla», 3-cü cild, səh.56, «Təhzibut-təhzib», 5-ci cild, səh.327-də gəlmişdir.

[7] «Təzkirətül-hüffaz», Əbu Bəkrin tərcümeyi-halı, 1-ci cild, səh.2-3.

[8] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.140, Qasim ibni Məhəmməd ibni Əbu Bəkrin tərcümeyi-halı.

[9] «Camiu bəyanil-elm», ibni Əbdül-Birr, 2-ci cild, səh.147; «Şərəfu Əshabil hə‌dis», Xətib Bağdadi, səh.88; «Təzkirətül-Hüffaz», Zəhəbi 1-ci cild, səh.4-5; «Usdul-ğa‌bə»‌də (2-ci cild, səh.203) deyilir: Qərzət ibni Kə`b Ənsari, Ömərin Əmmar ilə bir‌lik‌də Kufəyə gördərdiyi on nəfərdən biri idi. Ühüd müharibəsində və ondan sonrakı mü‌ha‌ribələrdə iştirak etmiş, 23-cü hicri qəməri ilində Rey şəhərini fəth etmiş və Imam Əli Cəmələ gedən zaman onu Kufəyə vali tə`yin etmişdi. O həzrətin xila‌fəti dövründə həmin yerdə vəfat etmişdir.

[10] «Kənzül-ümmal», 1-ci çap, 5-ci cild, səh.239, hədis:4865, 2-ci çap, 10-cu cild, səh.80, hədis:1398 «Müntəxəbü Kənzül Ümmal», 4-cü cild, səh.62.

Əbdür-Rəhman ibni Ovf Qürəyşi Zəhri. Peyğəmbər ¡ onunla Osman arasında qardaşlıq siğəsi oxumuş, Ömər də altı nəfərlik şurada xəlifə tə`yin edilməsini onun öhdəsinə qoymuşdu. O isə Osmanla bey`ət etmişdir. 31, yaxud 32-ci hicri ilində Mədinədə dünyadan getmişdir. «Səhih» müəllif‌ləri ondan 65 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Cəvamiüs-sirə», səh.279 və «Əbdüllah ibni Səba», 1-ci cilddə qeyd olunmuşdur.

Əbdülah ibni Hüzeyfənin tərcümeyi-halını heç bir kitabda görmədik. Bəlkə də o, Əbdüllah ibni Hüzeyfə Qurəyşidir ki, mühacirlərdən öndə gedən‌lər idi və Osmanın xilafəti dövründə Misirdə vəfat etmişdir. («Təqribüt-Təhzib», 1-ci cild, səh.409)

Əbu Dərda, Üveym, yaxud Amir ibni Malik Ənsari. Islamı axır vaxt‌lar‌da qəbul etmiş və Xəndək müharibəsində və ondan sonrakı hadisələrdə iş‌ti‌rak etmişdir. Peyğəmbəri Əkrəm ¡ onunla Salman arasında qardaş‌lıq əqdi bağlamışdı. Osmanın dövründə Dəməşqin qazisi oldu və 32, yaxud 33-cü ildə vəfat etdi. «Sihah» müəllifləri ondan 79 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.159 160, 187 və 188 «Cəvamiüs-sirə», səh.277-də qeyd olunmuşdur.

Üqbə ibni Amir adla iki nəfər vardır: biri Cühənidir ki, «Sihah» müəllifləri ondan 55 rəvayət nəql etmişlər. Digəri isə Ənsari Səlmidir. «Usdul-ğabə», 3-cü cild, səh.417; «Cəvamiüs-sirə», səh.179.

[11] «Təzkirətül-hüffaz», 1-ci cild, səh.7, Ömərin tərcümeyi-halı.

Əbdüllah ibni Məs`ud islamı qəbul edən ilk şəxslərdən idi və Məkkədə, kafirlərin arasında Qur`anı uca səslə oxumuşdu. Buna görə onu o qədər döymüşdülər ki, burnundan qan açılmışdı. Sonra Həbəşistana, daha sonra Mədinəyə hicrət etmiş, Bədr və ondan sonrakı hadisələrdə iştirak etmişdi. Osman onun beytul-maldan olan maaşını iki il müddətində kəsmişdi. Çünki o, Kufənin valisi Vəlidin törətdiyi yaramaz işlərə görə onunla çarpışmışdı. 32-ci hicri ilində vəfat edərkən vəsiyyət etmişdi ki, Osman ona namaz qılmasın. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.256-260; «Müstədrəki-Hakim», 3-cü cild, səh.315-320-də qeyd olunmuşdur.

Əbu Məs`ud Ənsari, Əqəbət ibni Əmr Bədrinin tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.296-da qeyd olunmuşdur.

[12] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.107.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment