Azəri
Tuesday 10th of December 2024
0
نفر 0

Müctehid qadın Ümmül-mö`minin Ayişə

ğ) Müctehid qadın Ümmül-mö`minin Ayişə

Ibni Teymiyyə Əllamə Hillinin Ümmül-mö`minin Ayi‌şə‌yə tutduğu irada belə cavab verir: «Onun dediyi «Ayişə mütəal Allahın hökmü ilə müxalifət etmiş və Qur`anın buyurduğu "vəqərnə fi buyutikunnə və la təbərrəcnə təbərrücəl-ca‌hi‌liyyətil-ula" ayəsinin hökmünü görməməzliyə vurmuşdur»[1] ira‌dı da yersizdir. Çünki o, rəziyəllahu ənha, əvvəlki cahi‌liy‌yət dövranında olduğu kimi özünü göstərməmişdir, evində qal‌ması və aramlaşma fərmanı da məsləhət üzündən olan qi‌yam‌la ziddiyyətli deyildir.[2] Əgər Peyğəmbər qadınlarının məs‌ləhət üzündən olan səfəri Ayişə üçün caiz olsa, o, tə`‌vil və ictihad etmiş və bu səfəri müsəlmanların məs‌ləhə‌ti‌‌nə bilmişdir. Xətakar müctehidin xətası bağış‌landı‌ğı‌na görə müctehid Ayişə üçün də bəxşiş və bağışlanmaq ona, öz evində qərarlaşmadığına görə daha layiqdir. Bu izahla Ayi‌şə rəziyallahu ənhanın qiyamına cavab verilir. Əgər müc‌tehid xətakar olsa, bu xəta Allahın Kitabında və Pey‌ğəm‌bərin sünnəsində bağışlanır.»[3]

Qurtubi deyir: «O, haqqa çatan və düz iş görən bir müc‌te‌hid idi, onun etdiyi tə`bir və ictihadda ona savab veri‌lir. Çünki əhkamlarda müctehid olan hər şəxs haqqa çatır və əməli salehdir.»[4]

d) Müaviyə ibni Əbu Süfyan

«O əvəz çıxmayan bir müctehid və həddini aşmayan bir alim‌dir!»[5]

e) Müaviyənin vəziri Əmr ibni As

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Müaviyə və onun yoldaşları əcr alan xətakar müctehidlər idilər ki, bir əcr və savab qazanırlar.»[6]

O bir daha Müaviyə ilə Əmr Ası xatırlayıb deyir: «Bu iki şəxs qan və qan axıdılması kimi məsələlərdə ictihad et‌mişlər. Necə ki, bu barədə fətva verənlər ictihad edir‌di‌lər. Fətva verənlərin bə`ziləri sehrkarı qətlə yetirməyi va‌cib bildiyi, bə`ziləri isə belə bir nəzərə malik olma‌dıq‌la‌rına görə bu ictihadlarla Müaviyə, Əmr As və başqa‌la‌rı‌nın ictihadları arasında – əgər cəhalət və qəlbin kor‌luğu, eləcə də bilməməzlik üzündən qarışıqlıq baş verərsə – onda nə fərqi var?![7]»

Ibni Teymiyyə də Müaviyə və onun gördüyü tədbirlərə üzr və bəhanə gətirərək belə deyir: «O, müctehid idi.» Sonra deyir: «O, bu barədə eynilə Əli ibni Əbitalib kimidir.»

Ibni Kəsir deyir: «Müaviyə müctehiddir və ona savab verilib, inşaallah.»[8]

Əmr ibni As ilə Əbu Musa Əş`əri arasında baş verən həkəmiyyət hadisəsini qeyd etdikdən sonra deyir: «Əmr Müaviyəni hökumətdə saxladı. Çünki onu məsləhət bilirdi. Ictihad da həm xataya gedə bilər, həm də düz çıxa bilər.»[9]

Ibni Həcər Heysəmi «Səvaiq» kitabında yazır: «Əhli-sün‌nət və cəmaətin əqidəsi budur ki, Müaviyə Əlinin döv‌ra‌nında xəlifə deyildi. Əksinə, sultanlardan biri idi və ic‌ti‌hadına görə bir savab qazanır. Lakin Əliyə iki savab verilir: Biri ictihadına görə, biri isə haqqı düzgün ayırd etdiyinə görə verilən savab.»

O, digər bir kitabı olan «Təthirul-cinan vəl-lisan ənil-xuturi vət-təfəvvuhii bi səlbi səyyidina Müaviyət ibni Əbi Süfyan»[10] adlı kitabında deyir: «Müaviyə ictihad et‌di‌yinə görə ona savab veriləcək. Çünki hədisdə deyilir ki, müctehid hər vaxt ictihad edib haqqa çatsa, iki savab qa‌za‌n‌ır. Əgər ictihad edib xətaya yol versə, bir savab qaza‌nır.» Müaviyə şübhəsiz, müctehid idi, əgər bu ictihadında xəta‌ya yol vermiş olarsa, ona bir savab verilir və ona heç bir irad yoxdur.»[11]

O, öz kitabında Müaviyənin ictihadını isbat etmək üçün uzun bir fəsil gətirmişdir.

«Baği» (iğtişaşçı, qiyamçı) kəlməsinin tə`vil və mə`na‌sın‌da deyir:

«Əl-ənvar» kitabında son zamanın alimlərinin kitab‌la‌rın‌dan nəqlən belə deyilir: «Bağilər və qiyamçılar fasiq və ka‌fir deyildirlər, lakin tutduqları yol və rəftarda xəta‌kar‌dırlar, Müaviyəni tənqid edib eyblərini demək caiz deyildir, çünki o böyük səhabələrdən idi.»[12]

Şeyx Əbdül-Vəhhab Əbdül-Lətif «Təthirül-lisan» kita‌bı‌na yazdığı haşiyədə – «Dirasatül-ləbib» kitabından nəql et‌dik‌dən sonra – demişdir: «Səhabələrdən çoxu Müaviyənin bid`‌ət‌lərini rədd edərək yersiz hesab etmişlər» sonra deyir: «O, nümunə üçün, elə hadisələri və fətvaları xatırlat‌mış‌dır ki, onların hamısının qayıdış yeri müctehidlərin fət‌va və nəssə elmli olmamaları ilə əlaqədar ixtilaflara qayı‌dır. Bunun da oxşarı həm səhabə, həm də qeyrilərəri üçün baş verir ki, bu da Müaviyəni müctehidlik cərgəsindən xaric et‌mir.»[13]

i) Əmmarın qatili müctəhid Əbül Ğadiyə

Ibni Həzm «Əl-fəsl» kitabında yazır: «Əbül Ğadiyənin əli ilə qətlə yetirilən Əmmar Bey`əti-Rizvanın iştirakçı‌la‌rın‌dan, Allahın batini niyyətlərini təsdiqləyib Öz aram‌lı‌ğı‌nı onlara nazil etdiyi və onlardan razı olduğu şəxslərdən idi. Əbül Ğadiyə də (rəziyəllahu ənh) da mütəəvvil müctehid idi ki, səhv üzündən ona zülm etmişdi və eyni zamanda Allah dər‌gahında mükafata layiqdir. O, Osmanın qatilləri kimi deyil‌dir. Çünki onlar Osmanı qətlə yetirməkdə ictihad maca‌lı tapmamışdılar.[14]

Ibni Həcər də «Əl-isabə» kitabında Əbül Ğadiyənin tər‌cü‌meyi-halında eynilə belə demiş və onu müctehid səhabələri sıra‌sında qeyd etmişdir.

k) Ümumi şəkildə olan müctehidlər

Ibni Teymiyyə Əllamə Hillinin dediyi «Bu camaata vuru‌lan tə`nələr elədir ki, bütün alimlər onun bir çox hissələ‌ri‌ni nəql etmişdir. Kəlbi[15] səhabələrin eybləri barəsində xü‌su‌si bir kitab yazmışdır. Həmin halda, Əhli-beytdən bir iş‌kal (eyb) belə, onlarda gəlməmişdir» sözünün cavabında deyir: «On‌lardan baş verən bu işlərin çoxunda üzr və bəhanə var‌dır ki, onu günah dairəsindən çıxararaq ictihadi hallar cər‌gəsində qərar verir. Elə bir ictihad ki, əgər müctehid on‌da haqqa çatarsa, iki mükafat, əgər səhvə yol verərsə, bir müka‌fat alacaq. Raşidin xəlifələri barəsində nəql olunan‌ların hamısı da bu qəbildəndir.»

O, «Minhacus-sünnə» kitabının 3-cü hissəsinin 19-30-cu sə‌hi‌fə‌lərində bu barədə uzun-uzadı bəhs aparmışdır. Daha son‌ra isə Əllamənin böyük səhabələrə tutduğu iradlara cavab verə‌rək deyir: «Bunların hamısı ictihad hallarındandır.»[16]

Ibni Həcər Əbül Ğadiyənin tərcümeyi-halında yazır: «Bü‌tün bu müharibələrdə səhabələr barəsində bizim gümanımız bu‌dur ki, onlar tə`vil (və ictihad) əhli olmuşlar, səhvə yol ve‌rən müctehid bir savab alır. Əgər bu qayda camaatın hər bi‌ri‌nin haqqında sübuta yetərsə, onun səhabələr barəsində sübu‌ta yetməsi daha layiqdir.»[17]

Şeyx Əbdül-Vəhhab Əbdül-Lətif «Səvaiq»in haşiyəsində yazır: «Əlinin dövründə olan bütün səhabələr ya onunla bir‌likdə döyüşdülər, ya da onun əleyhinə çıxdılar, yaxud da hər iki ordudan kənara çəkilib bitərəf oldular və onunla müha‌ri‌bə etmədilər. Belə ki, Ibni Məs`udun səhabələri, Sə`d ibni Əbi Vəqqas və sairləri onunla müharibə aparmaqdan imtina etdilər. Hüzeyfə, Ibni Məsləmə, Əbuzər, Imran ibni Həsin, Əbu Musa Əş`əri kimilər də hər iki dəstədən kənara çəkildilər. Onların hamısı da tə`vil (ictihad) əhli idilər, onlardan baş verən işlər onları ədalətdən çıxarmır.»[18]

Bəli, xüləfa məktəbinin ardıcılları beləcə ikinci hic‌ri əsrindən bu günkü günə (on beşinci əsrin əvvəllərinə) qə‌dər bu məsələ barəsində fikir birliyində olub deyirlər: «Bü‌tün səhabələr adildir və sübhan olan Allah, onların etdiyi hər bir işə: düşmənçilik, kin-küdurət, bir-birini qırmaq və qan axıtmaqla əlaqədar onların hamısına mükafat verəcək‌dir!» Yə`ni Allah nəinki onların günahlarını əməl dəftə‌ri‌nə yazmır, əksinə, onların pis işlərinə də mükafat verir!!

Onların təsəvvürlərinə görə bu Allah necə də ədalətli qazi‌dir! Bizi günahlarımıza görə cəzalandırır, onları isə günah‌larına görə mükafatlandırır!!!

Onlar səhabələrin haqqında olan bu sözlər barəsində – Mü‌a‌viyənin əsrinə qədər – fikir birliyində olmuş, onlardan bə`‌zi‌ləri demişdir: «Bu qayda Yezidin əsrinə qədər də cərə‌yan‌dadır.» Belə ki, Ibni Xəldun Yezidin dövründəki səha‌bə‌lər barəsində yazır: «Onlardan bə`ziləri Yezidin işini nala‌yiq bir əməl kimi qiymətləndirir, bə`ziləri onunla müharibə apar‌mağı vacib bilirdilər...» Sonra yazır: «Və bu bütün mü‌səl‌manlara layiq bir iş idi, hamısı müctehid idilər, iki qrup‌dan heç birinə irad gəlmir, onların yaxşılıq etməkdə və haqqı axtarmaqda olan hədəfləri mə`lumdur. Allah-taala on‌lara iqtida etməkdə bizə tovfiq versin.»[19]

Mən bilmirəm: Əgər onların hamısı Peyğəmbərlə yoldaş ol‌du‌ğuna görə müctehiddirlərsə, onda Osmanın qatillərinin və‌ziy‌y‌əti necə olar?! Nə üçün onlar müctehid hesab olun‌mur‌lar?! Ibni Həzm Əmmarın qatili Əbül Ğadiyənin ictihadı barə‌sində yuxarıda da qeyd olunduğu kimi, belə deyir: «Və bu (Əbül Ğadiyə) Osmanın qatilləri kimi deyildir. Çünki Os‌ma‌nın öldürülməsində ictihad üçün heç bir macal olma‌mışdı. Ona görə ki, o nə bir kəsi öldürmüş, nə bir kəslə müharibə apar‌mış, nə möhsinə zina etmiş, nə də mürtəd olmuşdur ki, onu öldürməkdə tə`vil və ictihada caiz olsun. Əksinə, onlar fa‌siq cəngavərlər idilər ki, qəsdən və heç bir tə`vil olma‌dan zülm və sitəmlə, haram olan bir qanı axıtdılar. Belə isə onlar fasiq və məl`unlardır!»[20]

Ibni Həcər Heysəmi yazır: «Alimlərdən çoxunun əqidəsi bu‌dur ki, Osmanın qatilləri qiyamçılar deyil, inadkar zalım‌lar idilər. Onların şübhələri heç bir yola yozulası deyildi və onlar şübhənin kəşf edilməsindən, haqqın aşkar olun‌ma‌sından sonra batil yola israr etdilər. Belə deyildir ki, hər kəs bir şübhəni görüb dərk etdisə, onun vasitəsilə müctehid ola;, çünki, şübhə o kəsə ariz olur ki, ictihad dərəcəsinə çatmaqdan bacarıqsızdır.»[21]

Mən bilmirəm: Əgər belədirsə, onda necə olur ki, Imam Əli -ın qatili müctehid mütəəvvil olur və o həzrəti Ku‌fə məscidinin mehrabında namaz halında şəhadətə çatdırır?!

k) Müctehid mütəəvvil – Imamın qatili Əbdür-Rəhman ibni Mülcəm

Ibni Həzm «Əl-mühəlla» kitabında, Ibni Türkmani «Əl-cöv‌hərün-nəqiyy» kitabında, yuxarıda da qeyd olunduğu kimi, be‌lə yazır: «Ümmət övladlarından heç kəsin şəkki yoxdur ki, Əb‌dür-Rəhman ibni Mülcəm Əli -ı öldürərkən mütəəvvil və müctehid olmuşdur. O belə təsəvvür edirdi ki, düz yola ge‌dir; buna görə də Imran ibni Həttan onun barəsində deyir:

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا[22]

Mən bilmirəm: Əbdür-Rəman ibni Mülcəm səhabə olma‌dığı halda necə müctehid oldu?!

Bunu da başa düşə bilmirəm ki, səhabələrdən sayılmayan Yəzid necə müctehid oldu?!

q) Yezid ibni Maviyə – xəlifə və imam!

Əbül Xeyr Şafei Yezidin barəsində yazır: «O, imam və müc‌tehid idi.» Ibni Kəsir Əbül Fərəc ibni Covzinin[23] Yezidi lə`‌nət‌ləməyin caiz olmasını nəql etdikdən sonra deyir: «Baş‌qa bir qrup da bu işi nəhy etmiş və onlar da bu barədə ki‌tab yazmışlar ki, Yezidi lə`nətləmək onun atasının və ya sə‌ha‌bə‌lərdən birinin lə`nətlənməsinə gətirib çıxarmasın. Onun yaramaz işlərinə və gördüyü cinayətlərə bəraət qazan‌dır‌maq barəsində belə demişlər: «O ictihad edərək səhvə yol ver‌mişdir.»

Demişlər: Bununla belə, o, fasiq bir imamdır. Imam fa‌siq olarsa, sadəcə onun fisqinə görə – alimlər arasında iki nə‌zə‌riyyədən daha düzgününə əsasən – o xilafətdən götü‌rül‌mür, hətta onun əleyhinə qiyam etmək də caiz deyildir. Çünki bu iş ümmətdə fitnə-fəsadın, hərc-mərçliyin yaranmasına və ha‌ram qan axıdılmasına səbəb olur.»

Amma camaatın bə`zilərinin dediyi «Yezid Mədinə əh‌li‌nin başına gələn əhvalatları, Müslüm ibni Əqəbənin vasi‌tə‌silə törədilən «hirrə» cinayətini eşitdikdə çox şiddətlə se‌vinc hissi keçirdi» - sözünə gəldikdə isə, bunun səbəbi o idi ki, o özünü imam hesab edirdi, onlar da Yezidin itaə‌tin‌dən çıxmışdılar və başqa birisini özlərinə əmir seçmiş‌di‌lər. Yezidin onlarla müharibə aparmağa və nəticədə öz ita‌ə‌tinə vadar edib camaatla bir səviyyədə saxlamağa haqqı var idi.»[24]

Ibni Həcər «Səvaiq» kitabında Ğəzzalidən və Mütə‌vəl‌li‌dən[25] nəql edərək demişdir: «Yezidi lə`nətləmək və onu kafir he‌sab etmək caiz deyildir, çünki o mö`minlərin cərgəsindədir və onun axır-aqibəti Allahın məşiyyət və iradəsinə bağlı‌dır: əgər istəsə, ona əzab verər, istəməsə, onu bağış‌layar.»[26]



[1] Yə`ni: "Ey Peyğəmbərin qadınları! Öz evlərinizdə qalın və əvvəlki cahiliyyət dövranında olduğu kimi, özünüzü göstərməyin.»

[2] Əllamə Hilli – Əbu Mənsur Cəmaluddin Həsən ibni Yusif Mütəhhəri Hilli. Onun kitablarından biri də «Minhacul-kəramət»dir ki, Ibni Teymiyyə ona rədd cavabı yazmış və onu «Minhacus-sünnə» adlandırmışdır. Biz bu bəhsdə onun 1322-ci il «Əmiriyyə» çapına müraciət etmişik

[3] «Minhacus-sünnə», Ibni Teymiyyə, 3-cü cild, səh.190

[4] «Təfsiri Qurtubi», 14-cü cild, səh.182, «Və la təbərrəcnə» ayəsinin təfsirində.

[5] Bu sifətləri Ibni Həcər Heysəmi «Təthirul-lisan» kitabında (səh.22) ona aid etmişdir.

[6] Yenə orada 4-cü cild, səh.89

[7] «Minhacus-sünnə», 3-cü cild, səh.261, 257-276, 284, 288-289.

[8] «Tarixi Ibni Kəsir», 7-ci cild, səh.279

[9] Yenə orada, 7-ci cild, səh.283

[10] Yə`ni: canın və qəlbin bizim ağamız Müaviyə ibni Əbu Süfyan barəsində eyb axtarmaqdan təmizlənməsi.

[11] «Təthirul-cinan», səh.15.

[12] «Əs-səvaiqül-muhriqə», səh.221.

[13] Şeyx Əbdül-Vəhhab Qahirədə şəriət institutunun müəllimi idi və onun yazdığı haşiyə Ibni Həcərin «Təthirul-lisan» kitabının 18-ci səhifəsində və Muin ibni Əminin yazdığı «Dirasatul-ləbib» kitabında qeyd olunmuşdur ki, yuxarıda bəyan etdiyimiz dirasatus-saniyə hissəsidir.

[14] «Əl-fəsl», 4-cü cild, səh.161.

[15] Əllamənin Kəlbi dedikdə məqsədi Hişam ibni Məhəmməd ibni Saib Kəlbidir. Zəhəbi «Əl-ibər» kitabının 1-ci cildinin 346-cı səhifəsində yazır: «O, yüz əllidən artıq kitab yazmışdır.» Əhməd Zəki «Əl-əsnam» kitabına yazdığı haşiyədə onların sayını 141 qeyd etmişdir. Əhməd Zəkinin qələmindən düşənlərin çoxunun adı «Ricalu Nəcaşi» kitabında Hişamın tərcümeyi-halında qeyd edilmişdir. Xüləfa məktəbinin alimlər Hişamı şiəlikdə həddi aşmağa və rafizliyə nisbət vermişlər. O 204, yaxud 206-cı hicri ilində vəfat etmişdir. Onun tərcümeyi-halı «Təbəqatül-hüffaz», «Ənsabu səm`ani» kitablarında qeyd olunmuşdur.

[16] «Minhacus-sünnə», 3-cü cild, səh.19-dan sonra.

[17] «Əl-isabə», 4-cü cild, səh.151

[18] «Səvaiq»in haşiyəsi, səh.209. Bu sözü «Əl-müxtəsər» kitabında tə`kid etmişdir, halbuki ibni Məs`udun bu fitnədən kənara çəkilən səhabələrini tanımırıq. Belə ki, Hüzeyfə də o zamanda Mədinədə deyil, Mədaində idi və orada vəfat etdi. Vəfatından qabaq vəsiyyət etmişdi ki, Imam Əliyə tabe olsunlar. Əbuzər də hakimlərin qoyduğu bid`ətlərlə aşkar mübarizə aparırdı, nəhayət şəhərdən-şəhərə sürgün olundu və Osmanın xilafətinin axırlarında, 32-ci hicri ilində sürgün olunduğu Rəbəzədə vəfat etdi. Sə`d ibni Vəqqas da Imam Əliyə kömək etmədiyi üçün peşmançılıq hissi keçirirdi. Imran ibni Həsin də bu hadisədən qabaq vəfat etmişdir.

[19] Ibni Xəldunun müqəddiməsi, darul-kitabil-Lobnan, 1956-cı il, səh.380. Əbdür-Rəman ibni Xəldun (732-808) Misri Sufiyə qəbiristanlığında dəfn olunmuşdur. «Yezidə qarşı müharibə aparmağı vacib bilən kəslər» dedikdə onun məqsədi Hirrə vaqiəsində Mədinə camaatı və Məkkə şəhərində olan Əbdülah ibni Zübeyr idilər.

[20] «Əl-fəsl», 4-cü cild, səh.161.

[21] «Əs-səvaiqil-muriqə», səh.215

[22] «Əl-mühəlla», 10-cu cild səh.484; «Əl-cövhərun-nəqiyy», «Sünəni Beyhəqi»nin haşi‌yə‌sində, 8-ci cild, səh.58-59. Onun müəllifi Əlauddin Əli ibni Osmandır ki, Ibni Türk‌mani Hənəfi adı ilə məşhurdur (750-ci ildə vəfat edib). O, kitabın müqəd‌di‌məs‌in‌də deyir: «Bunlar elə faydalı məsələlərdir ki, bu böyük «Sünən» kitabının haşiyəsində bə‌yan edirəm. Hacı Xəlifə «Kəşfuz-zunun» kitabının 2-ci cildinin 1007-ci səhi‌fə‌sin‌də «Sünəni Beyhəqi»nin barəsində yazır: «Onun misli-bərabəri islamda yazılmamışdır.»

[23] Əbül Fərəc ibni Covzi Əbdür-Rəhman ibni Əli ibni Məhəmməd Bikri Hənbəli, məş‌hur vaiz, mühəddis və müfəssirdir (597-ci ildə vəfat edib). Kitablarından «Ər-rəd‌du əla Əbdil-Muğis ibni Züheyr Hənbəli»dir ki, o da «Fəzailu Yezid» kitabını yazmış‌dır.

[24] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.223-224.

[25] Əbu Səid Əbdür-Rəman ibni Əbi Məhəmməd Mə`mun ibni Əli Mütəvəlli, Bağ‌da‌dın «Nizamiyyə» mədrəsəsinin müəllimi, Şafei fiqhinin fəqihi və üsulçusu olmuş‌dur (478-ci ildə vəfat edib). Onun tərcümeyi-halı «Əl-kuna vəl-əlqab», 3-cü cild, səh.119-da qeyd olunmuşdur.

[26] «Əs-səvaiqul-muhriqə», səh.221; həmçinin «Ehyau ülumid-din» Ğəzzali (505-ci ildə vəfat edib), 3-cü cild, səh.125.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏHLİ-BEYT (Ə) QURANDA
Xanım Zeynəbin (s) hərəminin şücaətli qoruyucularının cənazələri Məşhəd ...
™-IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMAS
Nigeriyada Ayətullah Zəkzakinin azadlığı üçün aksiyalar davam edir
İşğalçı erməni silahlıları atəşkəs rejimini 78 dəfə pozub
Nardaran işi": Vəkilləri girov saxlamısınız
Vilayəti-fəqihin zəruriliyi
İmam Həsən Əskəri əleyhissəlamın yeddicəhətli fəaliyyəti
Allah, axirət və hərəkət ME’yarı
DÖVLƏT MƏ’MURLARININ SEÇİMİNDƏ LƏYAQƏT ME’YARI

 
user comment