Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Səfiyy

4-Səfiyy

Cəm forması «səfayya» şəklində olan «səfiyy» cahiliyyət döv‌ründə qəbilə rəisinin döyüş və çarpışma yolu ilə əldə olu‌nan şeylərin bölgüdən qabaq öz ixtiyarına keçirdiyi hissə‌lə‌rə deyilirdi. Islam şəriətində səfiyy Peyğəmbəri Əkrəm ¡-ə məxsus olan xalisə mənqul (daşına bilən) və qeyri-mən‌qul (daşına bilməyən) maldan ibarətdir, müsəlmanların on‌da heç bir payı yoxdur; və bu da onun xümsdən olan payın‌dan tamamilə ayrıdır.[1]

Qeyd etdiklərimiz aşağıdakı rəvayətlərdən əldə olunur:

a) Əbu Davud öz «Sünən» kitabında xəlifə Ömərdən rəva‌yət edir ki, Peyğəmbəri Əkrəm ¡-in üç xalisəsi var idi: «Bəni-nəzir, Xeybər və Fədək.»[2]

Digər bir hədisdə isə deyir: «Allah Peyğəmbərə bir xali‌sə bağışladı ki, camaatdan heç birinə onu bağışlamamış və bu barədə belə buyurmuşdu: "(Allahın onlardan Öz Rəsuluna qaytar‌dı‌ğı şeylər bunlardan ibarətdir) ki, siz nə ona at sürmüsünüz, nə də də‌və. Lakin Allah Öz rəsullarını istədiyi hər kəsə müsəllət edər, Allah hər bir işə qadirdir."[3] Bəni-nəzirin mal-dövlətini Peyğəmbərə qaytaran da Allah olmuşdu.»

Digər bir hədisdə yuxarıdakı ayə zikir olunduqdan sonra deyi‌lir: «Bunlar – filan və filan yerin abadlıqları – Peyğəm‌bər ¡-in xalisəsi və ona məxsus olan şeylərdir.»

Əbu Davud Zühəridən nəqlən belə deyir: «Peyğəmbər ¡ Fədək əhlini və başqa abadlıqları mühasirə etdi, on‌lar sülh etmək istədikləri zaman "fəma ocəftum əleyhi min xəy‌lin və la rikab..." - yə`ni bunlar heç bir müharibə olmadan ələ gə‌tiril‌mişdir. Bu ayə barəsində demişdir ki, Bəni-nəzir tay‌fa‌sının mal-dövləti Peyğəmbəri Əkrəm ¡-in xalisəsi idi. Çünki onu silah və zor işlətməklə fəth etməmişdilər, əksi‌nə, sülh yolu ilə almışdır.»

Qeyd olunanlardan aydın olur ki, Ibni Əsir kimi təhlil‌çi‌lər də həqiqəti dərk edə bilməmişlər. «Nihayətül-lüğət» ki‌ta‌bında «sə-fa» maddəsi barəsində deyilir: «Səfiyy o şeydir ki, ordu başçısı qənimətləri bölüşdürməzdən qabaq özü üçün gö‌tü‌rür və ona görə də «səfiyyə» adlandırılır. Bunun cəm for‌ması «səfaya»dır. Ayişənin dediyi hədis də həmin qəbil‌dən‌dir: «Səfiyyə (rəziyəlahu ənha) səfiyydən idi» – yə`ni Hüyy ib‌ni Əxtəbin qızı Səfiyyə o kəslərdən idi ki, Peyğəmbər ¡ onu Xeybər qənimətlərindən özü üçün seçmişdi. Hə‌dis‌lərdə səfi və səfaya kəlmələri təkrar gözə dəyir. Əli -ın və Abbasın hədislərində qeyd olunur ki, o ikisi sə‌va‌fi – yə`ni Allahın Bəni-nəzir qəbiləsinin mal-dövlə‌tin‌dən Öz Peyğəmbərinə qaytardığı şeylər – barəsində bir-biri ilə mübahisə edən halda Ömərin yanına gəldilər...

«Səvafi» o mülklərə və ərazilərə deyilir ki, maliki olma‌sın, yə`ni sahibi köçüb getmiş olsun, yaxud ölsün və heç bir varisi olmasın. Onun tək forması «safiyə» şəklindədir. Zühə‌ri deyir: «Sultanın yalnız özü üçün ayırdığı torpaqlara da səvafi deyilir.»

Sonrakı lüğət alimləri, o cümlədən Ibni Mənzur da bu mə`‌na‌nı Əzhəridən və Ibni Əsirdən nəql etmişdir. Ibni Mən‌zur «Lisanül-ərəb» kitabında «səfa» maddəsi barəsində de‌yir: «Yekun nəzər budur ki, cəm forması «səfaya» olan «sə‌fiyy» kəlməsi o şeylərə aid edilir ki, rəis müharibədə da‌şı‌na bilməyən qənimətlərdən özü üçün götürmüş olsun. Cəm for‌ması «səvafi» olan «safiyə» də o şeylərə aid edilir ki, sul‌tan ərazilərdən və əkin sahələrindən özü üçün ayırmış ol‌sun.»

Mən bilmirəm: Bu söz necə düzgün ola bilər, halbuki, xəli‌fə Ömər Fədəki, Xeybəri və digər abadlıqları Peyğəm‌bəri Əkrəm ¡-in «səfaya»sı hesab etmişdir!

Əbu Davud (257-ci ildə vəfat edib)[4] öz «Sünən» kitabında «babu səfaya Rəsulillah» adlı bir bölmə təşkil etmiş və Ömərin və başqalarının hədisində Peyğəmbərin özünə məxsus olan abadlıqları təqdim etmişdir.

Bizim nəzərimizə görə, qeyd olunan təsnifat və təhlil 370-ci ildə, yə`ni Əbu Davuddan təqribən bir əsr sonra vəfat edən Əzhəriyə məxsusdur[5] ki, bəlkə də onu, öz dövründə geniş yayıl‌mış şeylərdən əxz etmiş və onun özündən olmamışdır. Xü‌su‌silə, bunu nəzərə alaq ki, o, uzun müddət Qəramitə qəbi‌lələri arasında yaşamış, onlarla ünsiyyətdə olmuş və onların ara sözlərindən çox istifadə etmişdir.

Bir sözlə, tək forması «səfi» olan «səfaya» kəlməsi hətta Əbu Davudun dövrünə qədər də Peyğəmbəri Əkrəm ¡-in yalnız özünə məxsus olan xalisəsi, xüsusi torpaqları və mal-dövlətinə aid edilmişdir.

z) Ənfal

«Ənfal» kəlməsi «nəfəl»in cəmidir. «Nəfəl» də lüğətdə əta etmək, bəxşiş etmək mə`nasınadır. Nəfl isə vacib əmələ ar‌tırılan miqdar mə`nasınadır ki, nafilə namazlırı da hə‌min qəbildəndir.[6]

Ənfal Islam şəriətində ilk dəfə olaraq «Ənfal» surə‌si‌nin 1-ci ayəsində qeyd olunmuşdur. Bu ayənin şə`ni-nüzulunda de‌yi‌lir ki, müsəlmanlar ilk dəfə olaraq 2-ci hicri ilində Peyğəmbər ¡-in şəxsən özünün rəhbərlik etdiyi bir or‌du‌da böyük Bədr qəzvəsinə getdilər. Müharibənin axırında bö‌yük bir qələbə ilə düşməni məğlub etdilər, müharibə qəni‌mət‌ləri barəsində ixtilaf yarandı. Peyğəmbərə müraciət etdi‌lər və bunun ardınca «Ənfal» surəsinin ilk ayələri nazil oldu:

﴿يَسْأَلُونَكَ عَنِ الأَنفَالِ قُلِ الأَنفَالُ لِلّهِ وَالرَّسُولِ فَاتَّقُواْ اللّهَ وَأَصْلِحُواْ ذَاتَ بِيْنِكُمْ وَأَطِيعُواْ اللّهَ وَرَسُولَهُ إِن كُنتُم مُّؤْمِنِينَ

"Səndən ənfal barəsində soruşurlar, de: Ənfal Allaha və Onun Rəsu‌luna məxsusdur. Belə isə, Allah qarşısında təqvalı olun, düş‌mən‌çi‌likləri sülhə, səfa-səmimiyyətə çevirin, Allaha və Onun Peyğəmbərinə ita‌ət edin – əgər imanınız varsa."

Ibni Hişamın «Sirə», «Tarixi Təbəri», «Sünəni Əbu Da‌vud» və başqa kitablarda mövcud olan bir rəvayətdə belə deyi‌lir: «Peyğəmbəri Əkrəm ¡ fərman verdi ki, ordu üzvlə‌rin‌dən hər birinin tapdığı şeyləri bir yerə toplasınlar. Ha‌mı‌sını bir yerə topladıqları zaman müsəlmanlar onun ba‌rə‌sində ixtilafa düşdülər. Həmin malı toplayanlar dedilər: «Bun‌lar bizə məxsusdur!» Düşmənlə mübarizə edənlər və on‌la‌rı tə`qib etməyə məşğul olanlar dedilər: «Allaha and ol‌sun, əgər biz olmasaydıq, siz bunları əldə edə bilməzdiniz! Biz düş‌mənin sizə tərəf gəlməsinin qarşısını aldıq, siz də bu iş‌ləri görə bildiniz.» Peyğəmbərin keşiyini çəkən və onu hi‌mayə edənlər də dedilər: «Allaha and olsun, bu mal-dövlətə sa‌hib olmaqda siz heç də bizdən layiqli (irəli) deyilsiniz. Biz də heç bir keşikçisi olmayan qənimətləri yığa bilərdik, la‌kin düşmənin Peyğəmbəri Əkrəm ¡-ə hücum edə‌cəyin‌dən qorxduq, özümüzü o həzrətə sipər qərar verdik. Belə isə, siz bu mal-dövlətə sahib çıxmağa bizdən artıq deyilsiniz!»

Həmçinin, Ibni Hişam Ibadət ibni Samitdən[7] rəvayət edir ki, o, «Ənfal» surəsi barəsində demişdir: «Bu surə bi‌zim Bədrdə olduğumuz zaman nazil olmuşdur. O zaman ki, onun «nəfli» barəsində ixtilaf və kobudluq etdik, Allah onu bi‌zim əlimizdən aldı və Peyğəmbərin ixtiyarına qoydu. O həz‌rət də onları müsəlmanların arasında bərabər şəkildə bölüş‌dürdü.»

Əbu Üseyd Saidi[8] belə deyir: «Bədr müharibəsində Aiz Məx‌zu‌minin qılıncını əlimə keçirtdim. Peyğəmbəri Əkrəm ¡ camaata fərman verib «əldə etdiyiniz hər bir nəfli qay‌ta‌rın!» - deyə buyurduğu zaman, gedib onu nəflin içinə at‌dım.»

Ibni Hişam yazır: «Ondan sonra Peyğəmbəri Əkrəm ¡ öz ordusu və müşrik əsirlərlə birlikdə Mədinəyə gəl‌di. Səfra təngəsindən keçən zaman qumluq bir yerdə dü‌şər‌gə saldı, Allahın müşriklərdən müsəlmanlara qaytardığı nəfli onların arasında bərabər şəkildə böldü.»[9]

Qeyd olunanlardan aydın olur ki, mütəal Allah bə`zən «ən‌fal» kəlməsini bu şərif ayədə özünün lüğətdəki «əta etmək» və «bağışlamaq» kimi mə`nasını iradə etmişdir. Yə`ni sizin düş‌mənin mal-dövlətindən əldə etdiyiniz şeylər cahiliyyət döv‌ründə qəbul edilən qarətçilik qəbilindən deyildir ki, onu öz mülkiyyətinizə keçirmiş olasınız; əksinə, bu, Allah tərə‌fin‌dən olan bir əta və bəxşişdir. Onun əsası və əsli Al‌la‌ha və Onun Rəsuluna məxsus olduğundan, siz də onu Alla‌hın Peyğəmbərinə qaytarmalısınız ki, hər hansı şəkildə məs‌ləhət görürsə, onu məsləhət etsin.

Buradan da Əhli-beyt imamlarının ¢ hədislərində iş‌lənən «ənfal» kəlməsinin münasibəti aydın olur: «Ənfal bü‌tün o şeylərə şamildir ki, müharibə məntəqəsində müha‌ri‌bə aparılmadan əldə olunsun. Həmçinin, sahibləri müharibə ol‌ma‌dan köç edib gedən bütün ölkələr, diyarlar, eləcə də pad‌şah‌ların mülkiyyətində olan və qəsbi olmayan hər bir şey, elə‌cə də meşələr, çöllər, məvat torpaqlar və onun kimiləri.»[10] Bü‌tün bunların hamısı Allahın əta və bəxşişi, Öz Peyğəm‌bə‌rinə etdiyi hədiyyədir. Ondan sonra isə Əhli-beyt imam‌la‌rına ¢ məxsusdur. «Ənfal» özünün son mə`nasında Əhli-beyt məktəbinin islami ürfündə qeyd olunan şeylər üçün bir ad hesab olunur.



[1] «Nihayətül-lüğət», Ibni Əsir

[2] «Sünəni Əbu Davud», xərac kitabı, 3-cü cild, səh.141; «Əl-əmval», Əbu Übeyd, səh.9.

[3] «Həşr» surəsi, ayə:6.

[4] Əbu Davud Süleyman ibni Əş`əs Sistani, «Sünnən» kitabının müəllifidir. O deyir: Peyğəmbərdən əli min hədis yazdım və sonra «Sünən» kitabının hədislərini onların arasından seçdim, 4800 hədisi ona daxil etdim. Onların arasında səhih olan, səhihə oxşayan və səhihə yaxın olan hədisləri də qeyd etdim.» O, Bəsrədə yaşamış və elə orada da vəfat etmişdir.

[5] Məhəmməd ibni Əhməd ibni Əzhəri Hərəva Şafei lüğət alimidir. Uzun müddət Qə‌r‌amitə qəbilələri arasında yaşamış, çölləri gəzmiş və onların el arasında işlə‌di‌lən sözlərindən çoxlarını əxz etmişdir. Onun kitablarından biri «Ət-təhzib»dir. Bəl‌kə də onun «səvafi»nin tə`rifində qeyd etdikləri Qəramitə tayfasının müharibə, ta‌rac və qarətçiliklə əlaqədar ara sözlərindən əldə edilmiş olsun. Buna əsasən, onun ver‌diyi belə tə`rif şər`i istilah deyildir ki, şərif hədislər onun əsasında təfsir edilə bilsin.

[6] Lüğət kitabları, xüsusilə «Lisanül-ərəb» kitabı, nə-fə-lə maddəsi.

[7] Ibadət ibni Samit Əbu Vəlid Ənsari Xəzrəci. Birinci və ikinci Əqəbələrdə, eləcə də Peyğəmbər ¡-in bütün qəzvələrində iştirak etmişdi. O, Ənsarın nəqib‌lə‌rindən və Peyğəmbərin sağlığında Qur`an hafizlərindən biri idi. 34, yaxud 45-ci hicri ilində Rəmlədə, yaxud Beytül-Müqəddəsdə vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.107-də qeyd olunub.

[8] Əbu Üseyd Malik ibni Rəbiə Ənsari Xəzrəci Bədrdə və ondan sonrakı döyüşlərdə iş‌tirak etmişdir. Onun vəfat tarixi ilə əlaqədar ixtilaf gözə dəyir: 60, yaxud 65-ci hicri ili deyilmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 4-cü cild, səh.297-də vardır. Aiz ibni Əbdüllah ibni Məxzumun övladları Qüreyşdən bir şaxə idi ki, onların Müs`əb Zübeyrinin «Nəsəbu Qüreyş» kitabında, səh.299-da gəlmişdir.

[9] «Sireyi Ibni Hişam», 2-ci cild, səh.283-286. Başqa bir çapda: 2-ci cild, səh.296, həmin ayənin «Təfsiri Təbəri»də təfsiri.

[10] «Biharul-ənvar», «xums» kitabı, 96-cı cild, səh.204-214.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment