Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

IMAM ƏLI ™-IN XÜMS VƏ PEYĞƏMBƏRIN MIRASI BARƏSINDƏ TUTDUĞU

IMAM ƏLI -IN XÜMS VƏ PEYĞƏMBƏRIN MIRASI BARƏSINDƏ TUTDUĞU YOL

Ibni Abbas belə nəql edir: Peyğəmbərin dövründə xüms beş yerə bölünürdü: Allaha və Peyğəmbərə bir pay, «zil-qurba»‌ya bir pay, yetimlərə bir pay, miskinlərə bir pay və «ibnus-sə‌bi‌‌lə» (yolda qalanlara) bir pay. Bundan sonra Əbu Bəkr, Ömər və Osman onu üç yerə böldülər: Peyğəmbərlə «zil-qurba»‌nın pa‌yı‌nı çıxartdılar və yerdə qalan üç qrupun arasında böl‌dülər.

Bundan sonra Əli ibni Əbi Talib (kərrəməllahu vəchəh) onu Əbu Bəkr, Ömər və Osmanın bölüşdürdüyü kimi bölüşdü‌rür‌dü.»[1]

Imam Baqir -dan soruşdular: «Əli (kərrəməllahu vəchəh)-in xüms barəsindəki nəzəri nə idi?» Buyurdu: «Onun xüms barəsindəki nəzəri öz Əhli-beytinin nəzəri idi. Lakin o, Əbu Bəkr və Ömərlə müxalifət etməyi xoşlamırdı!»[2]

Məhəmməd ibni Ishaq deyir ki, Əbu Cə`fər Mühəmməd ibni Əlidən soruşdum: «Əli ibni Əbi Talib bu ümmətin və‌liy‌yi-əmrliyini qəbul etdiyi zaman «zil-qurba» payı barəsində ne‌cə rəftar edirdi?» Həzrət buyurdu: «Əbu Bəkr və Ömərin üslubunu davam etdirirdi.» Soruşdum: «Necə? Halbuki, sizin nəzəriniz tamam başqadır?!» Buyurdu: «Onun Əhli-beti onun rə`yindən başqa heç nə deməmişlər.» Dedim: «Buna nə mane olmuşdur?» Buyurdu: «Allaha and olsun! Onu Əbu Bəkr və Ömərin müxalifi adlandırmalarını istəmirdi!»[3]

«Sünəni Beyhəqi» kitabında nəql ounan digər bir rəvayətə görə belə buyurdu: «Çünki Əbu Bəkr və Ömərlə müxalif qərar verilməsini istəmirdi.»[4]

Bu rəvayət göstərir ki, imam Əli ondan qabaq‌kı‌la‌rın xüms və Peyğəmbərin mirası barəsində yolunu dəyiş‌dir‌mə‌di. Çünki onu dəyişdirməyə qüdrəti yox idi!

«Sünəni Beyhəqi» kitabında imam Sadiq -dan, o da ata‌sından nəqlən belə buyurur: «Həsən, Hüseyn, Ibni Abbas və Əbdül‌lah ibni Cə`fər (rəziyəllahu ənhum) Əlidən istədilər ki, onların xümsdən olan payını versinlər. O buyurdu: «O si‌zin haqqınızdır, lakin indi mən Müaviyə ilə müharibə ha‌lın‌dayam. Əgər istəsəniz, ondan olan haqqınızdan keçər‌si‌niz.»[5]

Müəllif: Bu rəvayət göstərir ki, Imam xümsü Müavi‌yə‌‌nin əleyhinə ordunun yaraqlandırılmasında xərcləyərdi.

XÜMS və PEYĞƏMBƏR ¡-IN MIRASI BƏNI ÜMƏYYƏ XƏLIFƏLƏRINin DÖVRÜNDƏ

Rəvayətlərin zahiri göstərir ki, Müaviyə xümsü Bəni Ha‌şi‌mə verməməkdə və Peyğəmbər övladlarını onun irsindən məh‌rum etməkdə eynilə əvvəlki üç xəlifənin ictihadlarına ox‌şar nəzər vermişdir. Onların fərqi burasındadır ki, Müa‌viyə özünəməxsus ictihadının nəticəsini də ona əlavə et‌miş‌di. Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Ömər ibni Əb‌dül-Əziz fərman verdi ki, xümsün bir qismini Bəni Ha‌şimə qaytarsınlar. Onlardan bir qrupu toplaşıb məktub yaz‌dılar və nümayəndə hey`əti ilə onun yanına göndərdilər ki, onların barəsində etdiyi sileyi-rəhim xatirinə təşəkkür etmiş olsunlar. Çünki onlar Müaviyənin dövründən o günə qədər yoxsul və çox ağır vəziyyətdə dolanırdılar.»[6]

Həmçinin demişdir: Əli ibni Əbdüllah ibni Abbas və Əbu Cə`fər Mühəmməd ibni Əli demişlər: «Müaviyənin döv‌rün‌dən indiyə qədər bizim aramızda heç bir xüms bölüşdürül‌mə‌miş‌dir.»[7]

Amma Müaviyənin bu barədəki xüsusi ictihadlarının nə‌ti‌cəsinə gəldikdə isə, Hakim «Müstədrək» kitabında, Zəhəbi «Təl‌xis» kitabında, Ibni Sə`d «Təbəqat»da, Ibni Əbdül-Birr «Istiy`ab»da, Ibni Əsir «Usdul-ğabə»də, Həkəm ibni Əmrin tər‌cümeyi-halında, eləcə də Təbəri, Ibni Əsir, Zəhəbi və Ib‌ni Kəsir 50-ci hicri ilinin hadisələrində qeyd etmişlər. Ha‌kim yazır: «Ziyad, Həkəm ibni Əmr Qəffarini bir ordu ilə Xo‌ra‌sana göndərdi və onlar çoxlu qənimət əldə etdilər. Ziyad onlara yazdı: «Əmma bə`d. Əmirəl-mö`minin (Müaviyə) fərman ver‌mişdir ki, qızıl-gümüşləri onun üçün yığıb ayırsınlar, on‌lar‌dan heç bir şeyi müsəlmanlar arasında bölüşdürməsin‌lər!»

«Tarixi Təbəri» kitabında da belə qeyd olunur: «Əmirəl-mö`‌minin (!) fərman verdi ki, bütün qızılları və gümüşləri, nə‌fis əşyaları onun üçün ayırıb saxlasınlar, bunları ayır‌mayınca heç bir şeyi yerbəyer etməsinlər.»

 Həkəm ibni Əmr ona belə yazdı: Amma bə`d. Məktubun gə‌lib çatdı. Mö`minlərin əmiri göstəriş verir ki, bütün qı‌zıl‌ları, gümüşləri və nəfis əşyaları onun üçün ayırıb sax‌la‌yam və bunları ayırmamış heç nəyi bir-birinə qarışdır‌ma‌yam. Halbuki, Allahın fərmanı mö`minlərin əmirinin fərmanından yüksəkdir. Allaha and olsun, əgər göylərin və yerlərin yolları bir bəndənin üzünə bağlansa və o da Allah‌dan qorxub təqvalı olsa, şübhəsiz, mütəal Allah onun üçün nicat yolu qərar verəcəkdir!» Sonra öz ordusuna dedi: «Sübh çağı öz qənimətlərinizi əldə etmək üçün hazır olun.» On‌lar gəlib qənimətin xümsünü ayırdılar, yerdə qalanlar isə onların arasında bölüşdürüldü. O deyir: Ziyad ona belə yazdı: «Al‌laha and olsun! Əgər diri qalsam, oynaqlarını bir-birin‌dən ayırıb səni tikə-tikə edəcəyəm!»

Hakim yazır: Müaviyə Həkəmin qənimətləri necə bölmə‌sin‌dən agah olduqdan sonra ona tərəf bir mə`mur göndərdi ki, onu tutub həbs etsin. O, Həkəmi tutmaq istədiyi halda öldü və dəfn edildi. Ölməmişdən qabaq dedi: «Mən şikayət edə‌cə‌yəm!» «Təhzibut-təhzib» kitabında, onun tərcümeyi-halında be‌lə yazılır: Müaviyə başqa bir mə`mur göndərdi və o, Həkəmi tu‌tub həbs etdi və o, əl-qolu bağlı halda dünyadan getdi.[8]

Təbəri və başqaları yazırlar: Həkəm dedi: «Pərvərdigara! Əgər Sənin dərgahında bir xeyir əməlim varsa, məni öldür!» O, Xorasanın Mərv əyalətində dünyadan getdi.

Müəllif: Alimlərin bə`ziləri bu xəbəri xoşlamadıqları üçün onu natamam və təhrif olunmuş şəkildə qeyd etmişlər. O cümlədən, Zəhəbini qeyd etmək olar ki, onun tarixində belə ya‌zı‌lır: Sonra ona belə yazdı: Heç bir qızıl və gümüşü bö‌lüş‌dürmə.» O isə cavabında yazdı: «Allaha and olsun, əgər asi‌man‌lar bağlanarsa...»

Ibni Kəsir belə yazır: Ziyadın məktubu ona çatdı. Mək‌tubda Müaviyənin dilindən deyilmişdi ki, qənimət olaraq əl‌də olunan qızıl və gümüşləri Müaviyə üçün və onun beytül-malına qatılmaq üçün ayırıb bir kənara qoysun.

Ibni Həcər Həkəmin tərcümeyi-halında, habelə «Təhzib» və «Isabə» kitablarında yazır: Müaviyə onu Xorasana vali tə`yin etdi və sonra bir şey barəsində onu məzəmmət etdi, başqa bir mə`muru göndərdi. O, Həkəmi həbs edib əli-qolu bağlı halda zindana atdı və onun özü həmin yerdə öldü.

Bu, Həkəm ibni Əmrin hadisəsi idi. Bə`ziləri səhv olaraq de‌mişlər ki, bu hadisə Rəbi ibni Ziyad Harisi ilə əlaqə‌dar‌dır, halbuki, Rəbi, Hücr ibni Ədinin qətlə yetirilmə xəbə‌ri‌ni eşidən kimi dedi: «Pərvərdigara! Əgər Rəbi üçün Sənin ya‌nın‌da bir xeyir (əməl) varsa, onu öldür.» O, elə oturduğu hə‌min yığıncaqda vəfat etdi.[9]

Bu, Müaviyənin dövründə xümsün vəziyyəti idi. Amma Pey‌ğəm‌bəri Əkrəm ¡-in mirasının onun dövründə necə ol‌ma‌sına gəldikdə isə, Ibni Əbil Hədid «Nəhcül-bəlağə»nin şər‌hində belə rəvayət edir: Müaviyə Həsən ibni Əlinin vəfa‌tın‌dan sonra Fədəkin üçdə birini Mərvanın mülkiyyətinə ver‌di və digər üçdə birini Əmr ibni Osman ibni Əffana, qa‌lan üçdə birini isə Yezid ibni Müaviyəyə verdi. Onlar hə‌mi‌şə Fədəki əldən-ələ dolandırırdılar, nəhayət onların ha‌mısı Mərvana qismət oldu.[10]

Ibni Sə`d «Təbəqat» kitabında yazır: Müaviyə, Mərvanı Mədinə valiliyindən çıxardıb ona qəzəbləndiyi zaman Fədəki ondan aldı və uzun müddət onun Mədinədəki vəkilinin ixtiyarında idi. Nəhayət Vəlid ibni Ütbə ibni Əbi Süfyan onu istədi və Müaviyə qəbul etmədi. Bundan sonra Səid ibni As istədi və Müaviyə onun da istəyinə müsbət cavab vermədi. Digər dəfə olaraq Mərvanı Mədinəyə hakim tə`yin etdiyi zaman onu Mərvanın tərəfindən heç bir istək olmadan ona bağışladı və onun keçmiş məhsullarını da Mərvana verdi, axıra kimi də Mərvanın ixtiyarında qaldı.»[11]

Müəllif: Bə`ziləri səhv olaraq belə güman etmişlər ki, Mü‌a‌viyə Fədəki Mərvanın mülkiyyətinə verən ilk şəxs ol‌muş‌dur. Halbuki, Osman Müaviyədən öncə onun mülkiyyətinə ver‌mişdi. Bəlkə də səhvin mənşəyi bu ola bilər ki, Fədəki Mər‌vana qaytaran axırıncı şəxs Müaviyə olmuşdur!



[1] «Əl-xərac», səh.23.

[2] Yenə orada; «Əl-əmval», Əbu Übeyd, səh.332; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.63.

[3] Yenə orada.

[4] «Sünəni Beyhəqi», 6-cı cild, səh.343.

[5] Yenə orada. Sonra Şafei belə demişdir: Bu hədisi Əbdül-Əziz ibni Məhəmməd üçün bəyan etdim. O dedi: Ravi düz demişdir və Cə`fər (imam Sadiq ) onu bu cür bəyan etmişdir.

[6] «Təbəqati ibni Sə`d», Avropa çapı, 5-ci cild, səh.289.

[7] Yenə orada.

[8] «Müstədrəki Hakim» və onun xülasəsi haşiyədə, 3-cü cild, səh.442; «Təbəqati ib‌ni Sə`d», Avropa çapı, 7-ci cild, 1-ci hissə, səh.18; «Istiy`ab», 1-ci cild, səh.118; «Us‌dul-ğabə», 2-ci cild, səh.36; «Tarixi Təbəri», Avropa çapı, 2-ci cild, səh.111; «Tarixi ib‌ni Əsir», Avropa çapı, 3-cü cild, səh.391; «Tarixi Zəhəbi», 2-ci cild, səh.223; «Tari‌xi ibni Əsir», 8-ci cild, səh.47; «Təhzibut-təhzib», 5-ci cild, səh.288. Həmçinin «Həkə‌min tərcümeyi-halı», «Təqribut-təhzib», 1-ci cild, səh.192; «Cəvamius-sirə», səh.306-ya baxa bilərsiniz.

[9] «Usdul-ğabə», 2-ci cild, səh.164, Rəbinin tərcümeyi-halı.

[10] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.80.

[11] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.288.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tacikistan rejimi yas-toy mərasimlərinin qadağasının davamında saqqal saxlamağı ...
Terrorçular Türkiyədə 2017-nin süftəsin etdilər, İstanbulda yeni il gecəsi ...
Suriyalı qaçqınların Yunanıstana etdikləri xətərli səfərləri
Samirra əməliyyatında düşmən ilə üz-üzə döyüşən Şiə Ruhaniləri
Azərbaycan İslam Partiyasının Lideri M.Səmədov yenidən karsa salınıb
Bəhreyndə məhbuslar işgəncə olunur
Qəhrəman Yəmən Xalqı həzrət Peyğəmbərin Milad Bayramını möhtəşəm qeyd etdi
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-4
İran İslam Respublikasının məsul şəxsləri İmam Xamenei cənablarının ...
Ayətullah Şeyx İsa Qasimə hökm oxunmasina son 6 gün

 
user comment