Azəri
Friday 19th of July 2024
0
نفر 0

ÖMƏRIN DÖVRÜNDƏ

ÖMƏRIN DÖVRÜNDƏ

Imam Əli «Atam-anam sənə fəda olsun, Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı və xüms ilə nə etdilər?» - deyə sual edən bir şəxsin cavabında buyurdu: Ömər dedi: «Sizin bir haqqınız vardır və mən inanmıram ki, əgər artsa, onun hamısı sizə çata bilsin. Indi əgər istəyirsinizsə, mənim nəzərimə çatan miqdarı sizə verərəm.» Biz ondan qəbul etmədik, yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizə versin. O, isə bundan imtina etdi.

Ömər qərara almışdı ki, Peyğəmbərin Mədinədə tərk et‌di‌yi şeylərin bir qismini Imama və onun əmisi Abbasa təh‌vil versin. Onun bu tədbiri o vaxt baş vermişdi ki, fəth olu‌nan ölkələrin mal-dövləti və sərvəti sel kimi onlara doğ‌ru artmağa başlamışdı.

Bəli, Ömər ictihad etdi və «zəvil-qurba»nı – Peyğəm‌bə‌rin yaxın adamlarını öz haqqı olan xümsdan məhrum etdi. O, yenə ictihad edərək Peyğəmbəri Əkrəm ¡-in mirasının mü‌sa‌dirə olumasını davam etdirdi. Nəhayət fəth olunmuş öl‌kə‌lərin sərvəti onlara gəlib çatan zaman ictihad etdi və istə‌di ki, onların paylarının bir qismini özlərinə təhvil ver‌sin, nəhayət onun da dövranı sona çatdı.

OSMANIN DÖVRÜNDƏ

Osman Afrikanın birinci qəzvəsinin xümsünü özünün xa‌la‌sı oğlu və süd qardaşı olan Əbdüllah ibni Əbi Sərəhə ba‌ğış‌ladı. Afrikanın ikinci qəzvəsinin xümsünü öz əmi oğlusu və kürəkəni Mərvan ibni Həkəmə hədiyyə etdi və Fə‌də‌ki onun mülkiyyətinə keçirtdi. Mədinə bazarının yer‌ləş‌diyi Məhzuru da əmi oğlusu və digər kürəkəni Harisə təhvil ver‌di, halbuki, Peyğəmbər həmin yeri müsəlmanlara vəqf etmişdi. Həmçinin, Qüzaə qəbiləsinin sədəqələrini öz əmisi Hə‌kə‌mə bağışladı, sədəqənin işçisi müsəlmanların baza‌rın‌dan qayıtdığı zaman onun yanına gəldikdə Osman dedi: «Onu Həkəmə təhvil ver!»

Beyhəqi Peyğəmbər ¡-in tərk etdiyi və Osmanın öz qohum-əqrəbasına hədiyyə etdiyi şeylərin bir qismi barəsində yazır: Osman Peyğəmbəri Əkrəm ¡-dən rəvayət olunan «hərgah Allah-taala bir peyğəmbərə bir pay verirsə, ondan sonra da onun canişini olan şəxsə məxsusdur» - hədisinə istinad edərək ictihad etdi. Özü malik olduğu sərvətlə ondan ehtiyacsız olduğu zaman onu qohum-əqrəbalarına verib sileyi-rəhim etdi. Osman Peyğəmbəri Əkrəm ¡-in tərəkəsi barəsində ictihad edib onu öz qohum-əqrəbalarına verməkdən əlavə, digər bir ictihadı da xüms barəsində edərək onları öz qohumlarına verdi. Sonrakı ictihadında isə sədəqələri onların ixtiyarına keçirtdi və ictihad edib, yenə də ictihad etdi! Bu ictihadın qapısı necə də genişdir?!!

IMAM ƏLI -IN DÖVRÜNDƏ

Imam Əli da öz hökumətində (mövcud siyasi fəzaya görə) Əbu Bəkr və Ömərin sünnəsindən, xüsusilə Əhli-beytə qay‌tarılan əmval barəsində heç bir şeyi dəyişdirə bilmədi.

MÜAVIYƏNIN DÖVRÜNDƏ

Müaviyənin Peyğəmbər ¡-in qohum-əqrəbasını xüms‌dən məhrum və o həzrətin mirasını müsadirə etməkdə tutduğu ictihadlar əvvəlki xəlifələrin ictihadına oxşayırdı. Onun əlavə etdiyi şey bu idi ki, öz valisinə belə yazmışdı: «Qənimət olan bütün qızılları, gümüşləri və nəfis şeyləri mənim üçün kənara qoy və onlardan heç bir şeyi müsəlmanların arasında bölüşdürmə.»

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZIN DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz çalışırdı ki, şər`i nəslərə tabe olsun. Bu yolda Peyğəmbər nəvələrinin xüms səhmini Fədəklə birlikdə onlara qaytardı ki, bu da yalnız müəmmalı şəkildə vəfat etdiyi vaxta qədər davam etdi.

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZDƏN SONRA

Yezid ibni Əbdül-məlik ictihad edərək yenidən Fədəki Fa‌timə övladlarından aldı. Abbasi xəlifəsi Səffah ha‌ki‌miyyətə çatan zaman onu Fatimə övladlarına qaytar‌dı. Bundan sonra Mənsur Abbasinin ictihadı çatdı və o, Fə‌dəki Fatimə övladlarından aldı, Mehdi onu yenidən on‌lara qaytardı. Sonra Mehdinin oğlu Musa ictihad edərək onu Fatimə övladlarından aldı, Mə`mun yenidən onu ge‌ri‌yə qaytardı. Mütvəkkil hakimiyyətə çatana qədər onların ix‌ti‌yarında oldu və o, ictihad edərək yenidən onlardan aldı və Əb‌düllah Bazyarın ixtiyarına keçirtdi.[1] O da Peyğəmbəri Ək‌rəm ¡-in öz əli ilə Fədəkdə əkdiyi on bir xurma ağa‌cı‌nı kökündən çıxardıb atdı. Bu xəlifələrin xüms və Pey‌ğəm‌bərin mirası barəsində bizə gəlib çatan son mə`lu‌matlardır. Amma xüləfa məktəbinin alimlərinin nəzəri isə aşağıdakı kimidir.

Xüləfa məKtəbinin alimlərinin xümsün məsrəf olunma yerləri barəsindəKi nəzəri

Xüləfa məktəbi alimlərinin Peyğəmbər ¡-dən sonra xümsün sərf edilməsi yerlərindəki nəzərlərinə gəldikdə isə, onlar xəlifələrin bu barədə gördüyü tədbirlərə tabe olmuşlar və onların arasında heç bir fərq gözə dəymir. Onlardan bir qrupu deyir: «Peyğəmbərin payı ondan sonrakı imama, yə`ni xəlifəyə, «zil-qurba» payı da həmin xəlifənin qohum-əqrəbasına çatır.» Başqa bir qrup deyir: «Hər iki pay silah alınmasına və ordunun təchizatına xərclənməlidir.» Digər bir qrup isə deyir: «Xümsün məsrəf olunma yerinin tə`yin olunması xəlifənin ictihadına bağlıdır.»

Bə`ziləri Ömərin Əhli-beytin xümsdan məhrum edilməsi ilə əlaqədar gördüyü tədbirləri onun ictihad işi hesab edərək deyirlər: «Ömər öz hökmündə ictihad yolundan xaric olmadı, onun işinə irad tutan şəxs, yalnız səhabələrin tutduğu ictihad yolunda irad tutmuş olur.»

Öməri tənqid edərək «o, Peyğəmbərin xanımları üçün xüsusi bir maaş ayırıb, Fatimə və Əhli-beyti öz xümslərindən məhrum etdi... halbuki, bu üslubun Peyğəmbərin zamanında misli görünməmişdi» - deyə irad tutan şəxsin cavabında belə cavab verirlər: «Bu, bir müctehidin digər müctehid ilə ictihadi məsələlərdəki müxalifəti ilə eynidir. Yə`ni Ömərin Rəsuli Əkrəmlə müxalifəti bir müctehidin baş‌qa müctehidlə olan müxalifəti kimidir.»

Unutmaq olmaz ki, bütün bu sözlər fəth olunmuş qəni‌mət‌lə‌rin xümsü barəsindədir. Çünki bu sözlərə inananlar deyir‌lər: "Və`ləmu ənnəma ğənimtum" - ayəsi yalnız fəth olunmuş qəni‌mət‌lərin xümsüna nəzər yetirir. Buna əsasən, onlar deyirlər: «Mü‌təal Allah bu ayədə fəthlərin qənimətlərinin xümsünün məs‌rəf olma yerini təy`in etmiş, eyni zamanda xümsün harada məs‌rəf olunması xəlifələrin ictihadları ilə şərtlənir!!» Xəli‌fələr də xümsün məsrəf olunma yerlərini aşağıdakı şəkil‌də tə`yin etmişlər:

Əbu Bəkr və Ömər ictihad edərək Peyğəmbərin qızı Fati‌mə‌ni və sair Haşimi övladlarını, yaxınlarını və Əbdül-Müt‌təlibin nəvələrini xüms payından məhrum etdilər. Osman bu ictihada digər birini əlavə etdi və xüms ilə Peyğəmbərin mi‌ra‌sını sileyi-rəhim ünvanı ilə öz qohum-əqrəbalarına ver‌di. Bundan sonra Müaviyə başqa bir ictihad edərək fərman ver‌di ki, fəth olunmuş yerlərin qənimətlərindən əldə olu‌nan bütün qızıl, gümüş və nəfis əşyaları onun özü üçün ayı‌rıb kənara qoysunlar, sonra onların hamısını özünün xü‌susi xəzinəsinə qatdı. Bundan sonra başqa əməvi və abbasi xə‌li‌fələri də xümsü özlərinin xüsusi xəzinələrində yer‌ləş‌dir‌dilər və onu fasiq şairlərin, mütrib kənizlərin yo‌lun‌da xərclədilər!!

Xüləfa məktəbinin alimləri də ictihad edərək xəlifə‌lə‌rin əncam verdiyi hər bir işi islami əhkamlar qəbilindən say‌dılar və müsəlmanları ona tabe olmağa çağıraraq müxa‌lif‌lə‌ri «sünnə və camaatla müxalif» adlandırdılar! Deməli, «xə‌li‌fə bu məsələdə ictihad etmişdir» - sözünün mə`nası bu‌dur ki, xəlifənin nəzəri bu idi və onun ictihadi məsələ‌lə‌rin‌dəndir. Yə`ni bu məsələ barəsində xəlifənin nəzəri həmin is‌lami hökmdən ibarətdir. Deməli, onlar deyirlər: Allah bu‌yur‌muşdur, Peyğəmbəri Əkrəm ¡ buyurmuşdur, xəlifələr icti‌had etmişdir və xəlifələrin ictihadı Allahın Kitabı və Peyğəmbərin sünnəsi ilə eyni səviyyədə olmaqla, islami şəriət mənbələrindən biri hesab olunur!

"Inna lillahi və inna iləyhi raciun!!!"

Xüləfa məktəbinin xüms barəsindəki tədbirləri, rə`yləri və dəlilləri ilə əlaqədar azacıq izahat verdik və Əhli-beyt imam‌larının ¢ nəzərindən xüms barəsində olan nəzər‌lə‌ri‌ni də qeyd etdik. Belə ki, onların nəzərində xüms altı yerə bölü‌nür: Üç hissə Allah, Peyğəmbər və onun qohum-əqrəbaları üçün‌dür; və o həzrət bu payları öz həyatında da əxz edirdi. On‌dan sonra Əhli-beytdən olan imamların ixtiyarına veril‌məlidir. Yerdə qalan üç hissə isə Bəni Haşimdən olan fəqir‌lər, yetimlər və yolda qalan kasıblar üçündür.[2]

Həmçinin buyurmuşlar: «Xümsün bir müsəlmanın müharibə və başqa yollarla əldə etdiyi əmvalının hamısından ayrıl‌ma‌sı vacibdir.»[3] Bu iki məsələdə ümumi xüms ayəsinə və öz əl‌lərində mövcud olan Peyğəmbər sünnəsinə istinad edirlər. Bu məktəbin fəqihləri də bütün istidlallarda xüms ayəsinin ümumi mə`nasına əsas tutur və deyirlər: «Bu ayənin Bədr qəzvəsinin qənimətləri barəsində nazil olmasına baxmayaraq, bu hal təxsis tapa bilməz. Dəlilsiz olan təxsis də batildir.» Bu istidlala tutulan irad və onun cavabı belədir:

Irad: Bu ayə Bədr qəzvəsinin qənimətləri barəsində nazil ol‌‌muşdur və müharibə qənimətlərindən başqa bir şeyə şa‌mil olmur.

Cavab: Ayənin Bədr qəzvəsində nazil olması həmin ayədə gəl‌miş ümumi hökmünə – xümsün qənimətlərdən çıxa‌rıl‌ma‌sı‌nın vacibliyinə – təxsis vurmur və bu hökmü yalnız müha‌ri‌bə qənimətlərinə aid etmir. Bu haldan başqa onun nümunəsi o kəslərə şallaq vurmaq hökmü kimidir ki, bir kəsin zina et‌‌mə‌si barəsində şəhadət versin və şahidlərin sayı dörd nə‌fərə çatmasın. Elə bir hökm ki, «ifk» hadisəsində nazil ol‌muş və onun nazil olma yerinə, yə`ni «ifk» hadisəsi ayələrdə va‌rid olan bu ümumi hökmə – dörd nəfərdən az olan şahid‌lə‌rə şallaq vurulmasına – təxsis vurmur. Həmçinin, ci‌had hök‌‌münü qeyd etmək olar ki, «Mücadilə» surəsində nazil ol‌muş‌‌dur və həmin gündə bir-birilə mübahisə edən o qadın və ki‌şi‌yə məx‌sus‌laşdırılmamışdır. O iki nəfərin mübahisəsi ba‌rə‌sində nazil olmasına baxmayaraq, sair hallarda da eynilə belə‌dir.

Iradın cavabında demişlər: Ayənin müharibə qənimətləri ilə təxsis vurulması dəlil gətirilməsinə daha layiqdir.[4] Ayəni təxsis vuran şəxs dəlil gətirməlidir.[5]

Bu cavabları dəstəkləyən bir məsələni Qurtubi yuxarıdakı ayə‌nin təfsirində xüləfa məktəbinin alimlərindən qeyd edə‌rək demişdir: Alimlərin fikir birliyi bu əsasdadır ki, "ma ğənim‌tum min şəy`in" ayəsində məqsəd kafirlərin mal-dövlət‌lə‌ri‌dir ki, müsəlmanlar zor və qələbə ilə onlara nail olmuş‌lar. Amma bəyan etdiyimiz kimi, ərəb dili bu cür təxsisi tələb etmir.[6]

Deməli, qənimətlərin yalnız müharibə qənimətlərinə təx‌sis edilməsi dinşünasların nəzərində həmin kəlmənin ca‌maat arasında işləndiyi mə`nanın əksinədir və xüləfa məktəbinin alimlərinin nəzəri bu ayənin təxsis vurulması ilə əlaqədar ayənin itlaqından (qeydsiz-şərtsiz olmasından) ilk növbədə başa düşülən mə`nanın xilafınadır.

Həmçinin iradın cavabında demişlər: Bu ayənin xüsusi bir halda, yə`ni Bədr müharibəsi ilə əlaqədar nazil olmasına baxmayaraq, aydındır ki, həmin hal üçün ixtisas tapmır. Hət‌ta xüləfa məktəbindən mütləq şəkildə qənimətlərdə xümsün va‌cib olmadığına inanan şəxslər belə, ayəni həmin hala məxsus etməmiş, əksinə, ümumi və mütləq şəkildə müharibə qə‌ni‌mətlərindən əldə olunan şeylərə tə`mim vermişlər (dəla‌lə‌tinin əhatə dairəsini genişləndirmişlər). Əgər biz xümsü bu ayədən əxz etməklə əlaqədar olan nəzərimizi bir kənara qoy‌saq və heç bir vəchlə onun nazil olduğu haldan qırağa çıx‌masaq, onda gərək xüms Bədr müharibəsində iştirak edən və o qəzvənin qənimətlərini müşriklərdən əldə edənlərdən baş‌qa heç bir şəxsə vacib olmasın, halbuki, heç kəs bu nəzə‌rə inanmamışdır. Deməli, mütləq ayənin nazil olduğu haldan kənara çıxmalıyıq. Biz qənimət adlandırılan şeylərin nazil olduğu yerdən mütləqə doğru keçirik, istər müharibə yolu ilə olsun, istər ticarət, istərsə də sənətkarlıq və s.[7]

Əhli-beyt məktəbinin alimləri xüms ayəsinə istinad et‌mək‌dən əlavə, sair islami hökmlərdə olduğu kimi, Əhli-beyt imam‌larından əldə olunan rəvayətləri dəlil gətirirlər. Çün‌ki Peyğəmbəri Əkrəm ¡ «Səqəleyn» hədisində və başqa yer‌lərdə buyurmuşdur ki, müsəlmanlar gərək onlara sarıl‌sın‌lar. Indi istər öz hədislərini öz əziz ata-babalarından və on‌lar da Peyğəmbəri Əkrəm ¡-dən nəql etmiş olsunlar, is‌tərsə də onlara istinad verməsinlər, heç bir fərqi yoxdur. Pey‌ğəm‌bərə istinad verilən hədislərdən biri də Səduqun «Xi‌sal» kitabında Cə`fər ibni Mühəmməddən, o da atasından, o da babasından, o da Əli ibni Əbi Talib -dan, o da Peyğəm‌bərdən rəvayət etdiyi bir hədisdir. Peyğəmbər ¡ buyur‌muşdur:

في الخصال عن علي بن ابي طالب عن النبي (ص ) قال في وصيته له K يَا عَلِيُّ، اَلْجَاهِلِيَّةُ خَمْسُ سُنَنٍ اَجْرَاهَا اللّهُ لَهُ فِي الْاِسْلَامِ، حَرَّمَ نِسَاءَ الْاَبَاءِ عَلَى الْاَبْنَاءِ فَاَنْزَلَ اللّهُ عَزَّ وَجَلَّ وَلاَ تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النَّسَاءِ وَوَجَدَ كَنْزًا فَاَخْرَجَ مِنْهُ الْخُمُسَ وَتَصَدَّقَ بِهِ فَاَنْزَلَ اللّهُ عَزَّ وَجَلَّ وَاعْلَمُوا اَنَّ مَا غَنِمْتُمْ مِنْ شَيْ ٍء فَاِنَّ لِلّهِ خُمُسَهُ

Ya Əli! Əbdül-Müttəlib cahiliyyət dövründə beş sünnə qoy‌muş‌dur ki, Allah-taala onu Islamda da cari etmişdir: Ata‌la‌rın arvadlarını (ögey) oğullara haram etmişdir. Allah-taa‌la da «Nisa» surəsinin 22-ci ayəsini nazil edərək buyur‌muş‌dur: "Və la tunkihu ma nəkəhə abaukum minən-nisa." "Atalarınızın iz‌divac etdiyi qadınlarla evlənməyin." O, bir qədər xəzinə tapdı və onun xümsünü ayırıb, sədəqə verdi. Allah-taala da xüms ayə‌sini nazil etdi: «Və`ləmu...»[8]

Bu hədis göstərir ki, xüms ayəsi müharibə qənimətlə‌rin‌dən başqa şeylərə də şamildir. Bu barədə əvvəllər Peyğəm‌bə‌rin sünnəsini də qeyd etdik. Bu, Əhli-beyt məktəbinin bu mə‌qam‌dakı dəlillərinin xülasəsi idi.



[1] Bazyar fars dilində olan bir kəlmədir, mə`nası da Şahin quşudur. Zahirən o, Mütvəkkilin şikarçı şahinlərinin məs`uliyyətini daşıyırdı.

[2] Onun ətraflı izahı «Əhli-beyt məktəbi nəzərindən xumsun məsrəf olunma yerləri» babında keçmişdir.

[3] Bax: Əhli-beyt ¢ fəqihlərinin elmi risalələri və hədis məcmuələrinə müraciət edə bilərsiniz.

[4] «Məsalikul-əfham», 2-ci cild, səh.80.

[5] «Əl-xilaf», Şeyx Tusi, 2-ci cild, səh.110, 1-ci cild, səh.385, həmin məzmunun oxşarı: «Misbahul-fəqih», «xums» kitabı, səh.19.

[6] «Təfsiri Qurtubi», 8-ci cild, səh.1.

[7] Mərhum Ayətullah Bürucerdinin dərslərinin təqriratı, «Zubdətul-məqal», səh.5.

[8] «Xisal», Səduq; Əli Əkbər Qəffarinin təhqiqi, səh.312.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment