Azəri
Friday 19th of July 2024
0
نفر 0

Mətləbin xülasəsi

Mətləbin xülasəsi

Islam şəriəti o şeylərdən ibarətdir ki, Allahın Kita‌bın‌‌da və Peyğəmbər ¡-in sünnəsində gəlmiş və bu iki‌sin‌‌dən əldə edilmiş olsun. Bid`ət dindən ayrı və xaric olan bir şəxsi rə`ydir ki, dinə daxil edilmiş olsun. O nə Alla‌hın Kitabında, nə də Peyğəmbərin sünnəsində gəlməmiş, bu iki‌‌sindən də əxz edilməmişdir.

Hətta onlara ictihad, yaxud «məsalehi mürsələ» adları qoy‌‌saq da, yaxud müasir dövrün istilahı ilə desək, zamanın eh‌ti‌‌yac‌larına mütənasib olan, «tə`sir qəbul edən Islam» adlan‌dır‌‌saq belə, hər nə olursa olsun, bu kimi işlərin hamısı Pey‌‌ğəmbər ¡-in hədislərində «bid`ət və bid`ətçi» adı ilə gələn hədislərin xarici nümunələridir.

4-Fiqh

Lüğət kitablarında qeyd olunanlara əsasən, fiqh kəlməsi «başa düşmək» deməkdir. Onun Allahın Kitabı və Peyğəm‌bə‌rin sünnəsində gələn mə`naları isə belədir:

Allah-taala «Tövbə» surəsinin 122-ci ayəsində buyurur:

﴿فَلَوْ لاَ نَفَرَ مِن كُلِّ فِرْقَةٍ مِّنْهُمْ طَآئِفَةٌ لِّيَتَفَقَّهُواْ فِي الدِّينِ وَ لِيُنذِرُواْ قَوْمَهُمْ إِذَا رَجَعُواْ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

"Nə üçün hər bir qrupdan bir tayfa köç edib getmir ki, dində fə‌qih və agah olsunlar və öz qövmlərinə doğru qayıtdıqları zaman onları (ilahi əzabdan) qorxutsunlar?! Bəlkə onlar (pis əməllərdən) çəkinələr."

Peyğəmbəri Əkrəm ¡ buyurmuşdur:

نَضَرَ اللّهُ عَبْدًا سَمِعَ مَقَالَتِي هذِهِ فَبَلَّغَهَا، فَرُبَّ حَامِلِ فِقْهٍ غَيْرُ فَقِيهٍ، وَرُبَّ حَامِلِ فِقْهٍ اِلَى مَنْ هُوَ اَفْقَهُ مِنْهُ.

"Allah-taala mənim bu sözlərimi eşidib təbliğ edənləri şad edib sevindirər: nə çox fiqh elmini daşıyanlar var ki, özləri fəqih deyildir; nə çox fiqhi daşıyanlar var ki, fiqhi özündən daha artıq agah olan şəxslərə çatdırırlar."[1]

Həmçinin belə buyurduğu rəvayət olunmuşdur:

فَقِيهٌ اَشَدُّ عَلَى الشَّيْطَانِ مِنْ اَلْفِ عَابِدٍ

"Bir fəqih Şeytan qarşısında min abidən daha güclüdür."[2]

Yenə buyurmuşdur:

مَنْ فَقَّهَ فِي دِينِ اللّهِ وَنَفَعَهُ مَا بَعَثَنِيَ اللّهُ بِهِ، فَعَلِمَ وَعَلَّمَ

"Hər kəs Allahın dinində fəqih olsa və mənim risalətim ona fayda versə, həm öyrənər, həm də başqalarına öyrədər."[3]

Başqa bir hədisdə:

خِيَارُكُمْ اَحَاسِنُكُمْ اَخْلاَقًا اِذَا فَقَّهُوا

"Sizin ən yaxşılarınız – əgər fəqih olsalar – ən yaxşı əxlaqa malik olanlarınızdır."[4]

خِيَارُهُمْ فِي الْجَاهِلِيَّةِ، خِيَارُهُمْ فِي الْاِسْلاَمِ اِذَا فَقَّهُوا

"Cahiliyyət dövründəki ən yaxşıları, islamda əgər fəqih olarsa ən yaxşılarından ibarətdir."[5]

خِصْلَتَانِ لاَ تَجْتَمِعَانِ فِي مُنَافِقٍ: حسن سمت وَلاَ فِقْهٌ فِي الدِّينِ

"Iki xislət vardır ki, münafiqdə bir yerə cəm olmaz: xoş sifətli olmaq və dində fəqih olmaq."[6]

مَنْ يُرِدِ اللّهُ بِهِ خَيْرًا يُفَقِّهْهُ فِي الدِّينِ

"Allah hər kəsə xeyir vermək istəsə, onu dində fəqih qərar verər."[7]

اِنَّ رِجَالاً يَاْتُونَكُمْ مِنْ اَقْطَارِ الْاَرَضِينَ يَتَفَقَّهُونَ فِي الدِّينِ فَاِذَا اَتَوْكُمْ فَاسْتَوْصُوا بِهِمْ خَيْرًا

"Fəqih olmaq üçün yerin ətraf nahiyələrindən sizə doğru bə`zi in‌sanlar gəlir. Hər vaxt gəlsələr, onları yaxşı şəkildə qarşılayın."[8]

Peyğəmbər ¡ Ibni Abbasın barəsində dua edərək dedi:

اَللّهُمَّ فَقِّهْهُ فِي الدِّينِ

"Pərvərdigara! Onu dində fəqih qərar ver!"[9]

Peyğəmbərdən əlavə, Əhli-beytin səhabələrinin sözlərində belə qeyd olunur:

a) Imam Əli buyurur:

اَلاَ اُخْبِرُكُمْ بِالْفَقِيهِ حَقَّ الْفَقِيهِ؟ قَالُوا بَلَى يَا اَمِيرَالْمُؤْمِنِينَ، قَالَK مَنْ لَمْ يُقْنِطِ النَّاسَ مِنْ رَحْمَةِ اللّهِ، وَلَمْ يُؤْمِنْهُمْ مِنْ عَذَابِ اللّهِ، وَلَمْ يُرَخِّصْ لَهُمْ فِي مَعَاصِي اللّهِ

"Həqiqi fəqih barəsində sizə mə`lumat verməyimi?!" Dedilər: "Əl‌bət‌‌tə ki, ya Əmirəl-mö`minin!" Buyurdu: "O kəsdir ki, camaatı Alla‌hın rəhmətindən mə`yus etməsin, onları Allahın əzabından arxayın et‌mə‌‌sin və Allah qarşısında günaha daxil olmaq icazəsini onlara ver‌mə‌sin!"[10]

b) Yəhya ibni Səid Ənsari deyir: «Bizim ölkənin fəqih‌lə‌rin‌dən elə birini görmədim ki, (müstəhəb) iki rəkətli namaz‌la‌rın sonunda salam verməmiş olsun...»[11]

v) Ömər deyirdi: «Rəyasətə çatmazdan qabaq fiqh öyrənin!»[12]

q) Başqa yerdə: «Hər kəsin qövmü onu fiqhə sahib olmaqla bir‌‌likdə rəhbərliyə keçsə, həmin şəxsin özünün və öz qöv‌mü‌nün həyatına (səadətinə) səbəb olar; və hər qövm bir kəsi fiq‌‌hə sahib olmadan rəhbərliyə keçsə, həm özünün, həm də on‌la‌‌rın həlakətinə səbəb olar.»[13]

Əbdür-Rəhmanın oğlu Ibni Abbası vəsf edərək deyir: "O, Al‌‌la‌‌hın Kitabının müfəssiri (təfsir edəni) və Allah di‌nin‌də fəqihdir."[14]

«Sünəni Darəmi» kitabının ixtilafül-füqəha babında de‌yi‌lir: Ömər ibni Əbdül-Əziz bütün əyalətlərə belə bir gös‌tə‌riş verirdi: «Hər bir qövm onların fəqihlərinin fikir bir‌li‌yin‌də olduğu şey əsasında hökm etsinlər.»[15]

Həmin kitabda belə deyilir: «Onlar hər vaxt işa namazın‌dan sonra otururdularsa, fiqh öyrənməyə başlayırdılar»;[16] «fiqh öyrənmək üçün gecəni oyaq qalmaq işkalsızdır»[17], «Onlar gecə‌‌ni oyaq qalıb fiqhi məsələləri araşdırırdılar.»[18]

«Səhihi Buxari»nin «əs-səməru fil-fiqh" babında Şə`bi‌nin dilindən belə deyilir: «Ədi ibni Hatəm Kufəyə gəldiyi za‌‌man Kufə fəqihlərindən bir qrupu ilə birlikdə onun yanı‌na getdik.»[19]

Imran Minqəri belə deyir: Bir gün Həsən Bəsri ilə söh‌bət edərkən ona belə dedim: «Ya Əba Səid! Fəqihlər belə de‌mir‌‌lər!» O dedi: «Vay olsun sənə! Sən indiyə kimi fəqih gör‌mü‌‌sənmi?! Fəqih o kəsdir ki, dünyada zahid olsun (dünyaya məf‌‌tun olmasın), axirətə müştaq (rəğbətli) olsun, dində bəsi‌rət‌li olsun, vaxtını daim Allaha ibadətlə keçirsin.»[20]

Bura qədər qeyd olunanlarda xüləfa məktəbinin hədis ki‌tab‌larında fiqh və fəqih barəsində olan rəvayətləri qeyd et‌dik. Indi isə Əhli-beyt ¢ məktəbinin hədis kitab‌ların‌da bu barədə olan rəvayətləri qeyd edirik:

a) Peyğəmbər ¡-in belə buyurduğu nəql olunur:

اَلْفُقَهَاءُ اُمَنَاءُ الرُّسُلِ مَا لَمْ يَدْخُلُوا فِي الدُّنْيَا

"Fəqihlər, dünyaya məftun olmayıncaya qədər peyğəmbərlərin əmanət‌dar‌‌larıdır."[21]

مَنْ حَفِظَ عَلَى اُمَّتِي اَرْبَعِينَ حَدِيثًا مِنْ اَمْرِ دِينِهمْ يَنْتَفِعُونَ بِهَا فِي اَمْرِ دِينِهِمْ، بَعَثَهُ اللّهُ يَوْمَ الْقِيَامَةِ فَقِيهًا عَالِمًا

"Hər kəs mənim ümmətimin ehtiyac duyduğu din işlərindən 40 hə‌dis əzbərləsə və ondan faydalansalar, Allah onu Qiyamətdə alim və fə‌qih kimi məhşur edər."[22]

b) Imam Əliyyibni Əbitalib belə buyurur:

مَنِ اتَّجَرَ بِغَيْرِ فِقْهٍ فَقَدِ ارْتَطَمَ فِي الرِّبَا

"Hər kəs fiqhi öyrənmədən alver və ticarət edərsə, şübhəsiz, ribaya (sələmə) qərq olar."[23]

وَرَبِيعًا لِقُلُوبِ الْفُقَهَاءِ

"Fəqihlərin qəlblərinin baharı..."[24]

وَتَفَقَّهْ فِي الدِّينِ

"Dində fəqih ol!"[25]

v) Imam Sadiq -ın belə buyurduğu nəql olunur:

لَيْتَ السِّيَاطَ عَلَى رُؤُوسِ اَصْحَابِي حَتَّى يَتَفَقَّهُوا فِي الْحَلاَلِ وَالْحَرَامِ

 "Kaş səhabələrimin başının üstündə halal-haram işlərində fə‌qih olmaları üçün şallaq olaydı!"[26]

لاَ يَكُونُ الرَّجُلُ مِنْكُمْ فَقِيهًا حَتَّى يَعْرِفَ مَعَارِيضَ كَلاَمِنَا

"Sizlərdən heç biri, bizim sözlərimizdəki kinayələri (bir söz deyib onun laziməsini nəzərdə tutmaq-müt) başa düşməyincə fəqih ola bil‌məz."[27]

Həmçinin buyurur:

مَنْ كَانَ مِنَ الْفُقَهَاءِ صَائِنًا لِنَفْسِهِ، حَافِظًا لِدِينِهِ، مُخَالِفًا عَلَى هَوَاُه، مُطِيعًا لِاَمْرِ مَوْلِاهُ، فَلِلْعَوَامِّ اَنْ يُقَلِّدُوهُ.

"Fəqihlərdən hər biri öz nəfsini (nəfsani istəklərini) saxlasa, öz di‌nini hifz etsə, nəfsinin istəkləri ilə müxalifət etsə və Mövla‌sı‌nın fərmanlarına müti olsa, avam camaat üçün ona təqlid və itaət et‌mək rəvadır."[28]

Bu, kitab və sünnədə fiqhfəqih kəlmələrinin mə`nası idi. Əhli-beyt ¢ məktəbi alimlərinin nəzərində bundan son‌‌ra fiqh kəlməsi xüsusi mə`na ifa etdi və o da «Fər`i hökm‌lərə, onun təfsili dəlilləri yolu ilə elm və agahlıq əl‌də etməkdən» ibarətdir.

Cəmalüddin Həsən ibni Zeynüddin (111-ci h.q ildə vəfat edib) özünün «Məalimüd-din» kitabında («Məalimül-üsul» adı ilə məşhurdur) yazır:

اَلْفِقْهُ فِي اللُّغَةِK اَلْفَهْمُ وَفِي الْاِصْطِلاَحِK هُوَ الْعِلْمُ بِالْاَحْكَامِ الشَّرْعِيَّةِ الْفَرْعِيَّةِ عَنْ اَدِلَّتِهَا الْتَّفْصِيلِيَّةِ

"Fiqh lüğətdə anlamaq, başa düşmək mə`nasınadır, isti‌lah‌da isə şəriətin fərhi hökmlərinə, onun təfsili dəlil‌ləri yolu ilə elm əldə etməkdən ibarətdir."[29]

Onun «istilah» dedikdə məqsədi Əhli-beyt ¢ məktəbi alimlərinin istilahıdır.

5-ICtihad

1-Lüğətdə iCtihad

Ibni Əsir deyir:

اَلْاِجْتِهَادُ بَذْلُ الْجَهْدِ فِي طَلَبِ الْاَمْرِ، وَهُوَ اِفْتِعَالٌ مِنَ الْجَهْدِ الطَّاقَةُ

"Ictihad – iftial vəznində olub bir şeyi əldə etmək üçün çalışmaq mə`nasına olan cəhd kökündən alınmışdır."[30]

Bu kəlmə Peyğəmbəri Əkrəm ¡-in və səhabələrinin döv‌‌ründə, birinci hicri əsrinin sonuna qədər həmin mə`nada iş‌‌lənmişdir. Belə ki, Peyğəmbəri Əkrəm ¡-in belə bu‌yur‌‌duğu nəql olunur:

اَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ فقمن اَنْ يُسْتَجَابَ لَكُمْ

"Amma səcdəyə gəldikdə isə, onun dualarında çalışın ki, sizin üçün müs‌təcab olması layiqdir."[31]

Yenə buyurur:

صَلُّوا عَلَيَّ وَاجْتَهِدُوا فِي الدُّعَاءِ

"Mənə salavat göndərin və dua etməkdə çalışın!"[32]

Yenə buyurur:

فَضْلُ الْعَالِمِ عَلَى الْمُجْتَهِدِ مِائَةُ دَرَجَةٍ

"Alimin müctehidə (ibadət yolunda çalışana) olan dərəcəsi 100 də‌rə‌cədir."[33]

Məhəmməd Qərzi deyir:

كَانَ فِي بَنِي اِسْرَائِيلَ رَجُلٌ فَقِيهٌ عَالِمٌ، عَابِدٌ مُجْتَهِدٌ

"Bəni Israil qövmü arasında fəqih, alim, müctehid (icti‌had‌lı), abid və çalışqan bir kişi var idi."[34]

Ayişənin belə dediyi nəql olunur:

وعن عائشة K كَانَ رَسُولُ اللّهِ يَجْتَهِدُ فِي الْعَشْرِ الْاَوَاخِرِ مَا لاَيِجْتَهِدُ فِي غَيْرِهِ اَيْ يَجْتَهِدُ فِي الْعِبَادَةِ

"Peyğəmbəri Əkrəm ayın üçüncü on günlüyündə elə çalı‌şır‌‌dı ki, ondan başqa vaxtlarda belə çalışmırdı.-Yə`ni Pey‌‌ğəmbər ¡ ibadətdə çalışırdı."[35]

Təlhə Peyğəmbəri Əkrəm ¡-lə müasir olan iki nəfə‌rin barəsində belə deyir:

وَفِي حَدِيثِ طَلْحَةَ عَنْ رَجُلَيْنِ عَلَى عَهْدِ رَسُولِ اللّهِK كَانَ اَحَدُهُمَا اَشَدَّ اجْتِهَادًا مِنَ الْاخَرِ...

"Onlardan biri digərindən daha artıq çalışırdı, o çalış‌qan şəxs şəhid oluncaya qədər çalışdı."[36]

Əbu Səidin belə dediyi nəql olunur:

كَانَ رَسُولُ اللّهِ (ص ) اِذَا حَلفَ وَاجْتَهَدَ فِي الْيَمِينِ قَالَ...

"Peyğəmbəri Əkrəm ¡ hər vaxt peyman bağlasaydı və peymanda çalışsaydı, buyurardı... "[37]

Bəni Müstələq qəzvəsində Əbdüllah ibni Übeyin barəsində belə qeyd olunur:

فَاجْتَهِدْ بِيَمِينِهِ مَا فَعَلَ

"O çalışır və and içirdi ki, heç bir iş görməmişdir."[38]

Ümmi Harisənin Peyğəmbər ¡-dən oğlu Harisənin ta‌‌leyi barəsində sual etməsi ilə əlaqədar qeyd olunur ki, o be‌lə demişdir:

اِنْ كَانَ فِي الْجَنَّةِ صَبَرْتُ، وَاِنْ كَانَ غَيْرَ ذَلِكَ اجْتَهَدْتُ عَلَيْهِ فِي الْبُكَاءِ

"Əgər behiştdə olsa, səbir edərəm; əgər başqa yerdə olsa, ona daha çox ağlamaqda çalışaram."[39]

Yuxarıda qeyd olunanlardan və saysız-hesabsız digər rəva‌yət‌‌lərdən aydın olur ki, birinci hicri əsrində ictihad kəl‌mə‌‌sindən insanların başa düşdüyü sadəcə olaraq sə`y etmək, ça‌‌lış‌maq və fəaliyyət göstərməkdən ibarət idi. Bu mə`na daha son‌‌ra Islam cəmiyyətlərində dəyişikliyə uğradı və müsəl‌man‌la‌‌rın istilahında şəriətin fər`i hökmlərini onun təfsili də‌‌lil‌lərindən əldə etmək və kəşf etmək mə`nasını özünə al‌dı.

2-MüsəlmanlarIn istilahInda iCtihad

Ğəzzali ictihad kəlməsinin tə`rifi barəsində deyir:

هُوَ عِبَارَةٌ عَنْ بَذْلِ الْمَجْهُودِ وَاسْتِفْرَاغُ الْوُسْعِ فِي فِعْلٍ مِنَ الْاَفْعَالِ وَلاَ يُسْتَعْمَلُ اِلاَّ فِي مَا فِيهِ كُلْفَةٌ وَجهْدٌ لكِنْ صَارَ اللَّفْظُ فِي عُرْفِ الْعُلَمَاءِ مَخْصُوصًا بِبَذْلِ الْمُجْتَهِدِ وُسْعَهُ فِي طَلَبِ الْعِلْمِ بِاَحْكَامِ الشَّرِيعَةِ

"Ictihad hər hansı bir iş barəsində çalışmaq və qüvvə sərf etməkdən ibarətdir və bu, üzücü və ağır işlərdən başqa yer‌lərdə işlənməz... Lakin bu kəlmə alimlərin istilahında şəriət hökmlərinə elm tapmaq yolunda çalışmaq və sə`y etmək mə`nasına məxsus edilmişdir."[40]

Dehləvi deyir:

حَقِيقَةُ الْاِجْتِهَادِ اِسْتِفْرَاغُ الْجهْدِ فِي اِدْرِاكِ الْاَحْكَامِ الشَّرْعِيَّةِ مِنْ اَدِلَّتِهَا التَّفْصِيلِيَّةِ الرَّاجِعَةِ كُلِّيَّاتِهَا اِلَى اَرْبَعَةِ اَقْسَامٍK اَلْكِتَابِ وِالسُّنَّةِ وَالْاِجْمَاعِ وَالْقِيَاسِ

"Ictihadın həqiqəti şər`i hökmlərin təfsili dəlil‌lər‌dən dərk olunmasında çalışmaq və qüvvə sərf etməkdən – yə`‌ni Allahın Kitabı, Peyğəmbərin sünnəsi, icma və qiyasdan iba‌rət‌dir."[41]

Məhəmməd Əmin də «Təysirüt-təhrir» kitabında əhkamın dəlillərini belə təqdim etmişdir[42].

Bu, xüləfa məktəbində ictihad kəlməsinin istilahi mə`‌na‌sı idi ki, 5-ci hicri əsrindən sonra Əhli-beyt ¢ mək‌tə‌bi alimlərinin yanında da geniş şəkildə yayılmağa baş‌la‌mış‌dır. Belə ki, Əllamə Hilli «Məbadil-üsul» kita‌bı‌nın 12-ci fəslində ictihad kəlməsinin tə`rifində deyir: "Ic‌tihad – zənni əşr`i məsələlərdə o qədər fikri qüvvə sərf etməkdən və çalışmaqdan ibarətdir ki, ondan artıq miq‌dar‌da müyəssər ol‌masın, onun Peyğəmbərə nisbət verilməsi də sə‌hih deyildir. Çün‌ki mütəal Allah «Nəcm» surəsinin 4-cü ayə‌sində buyurur: "O, həvayi nəfs üzündən danışmır." Ictihad da zənn və gümandan ar‌tıq bir fayda vermədiyindən və o həzrət də həmişə vəhyi əxz etməyə qadir olduğundan, hökmlərin ço‌xun‌da vəhyin gəli‌şini gözləyirdi. Əgər onun üçün ictihad et‌mək caiz olsaydı, ona doğru gedərdi. Əgər o həzrət üçün caiz olsaydı, Cəbrail üçün də caiz olardı. Belə olan təqdirdə də «həzrət Məhəm‌məd¡-in şəriəti Allah tərəfindəndir» - deyilməsinə əmin olmaq üçün bütün qapılar bağlanardı. Çünki ictihad bə`‌‌zən xata, bə`zən düzgün olur, o həzrətin buna təslim ol‌ma‌sı da caiz deyildir. Çünki onun sözlərinə olan e`timadı ara‌dan aparır.

Həmçinin bizim nəzərimizə görə Imamlardan heç biri üçün ictihad etmək caiz deyildir. Çünki onlar mə`sumdurlar, hökm‌‌‌ləri yalnız Peyğəmbər¡dən öyrənmişlər. La‌‌kin alim‌lər üçün caizdir ki, öz ictihadları ilə hökmləri Qur`‌‌an və sünnədə mövcud olan ümumi göstərişlərdən çıxar‌sın‌‌lar, bir-biri ilə ziddiyyətdə olan dəlillər arasından hər han‌‌sı bi‌rinə üstünlük verərək şəriət hökmünü əldə etsinlər. Am‌‌ma hökm‌lərin qiyas və istihsan əsasında əxz edilməsi caiz deyil‌‌dir.»[43]

Diqqət yetirilməlidir ki, Əhli-beyt ¢ məktəbinin alim‌ləri ictihad və müctehid kimi istilahlardan istifadə et‌mək‌lə yanaşı, fiqh və fəqih istilahlarını da boş‌la‌ma‌mış, əksinə, hər iki istilahı birlikdə işlətmişlər. Belə ki, «Məalim» kitabının müəllifi kitabının əvvəlində yazır: «Əl-fiqhu fil-lüğəti əl-fəhmu» – fiqh lüğətdə başa düşmək mə`nasındadır, istilahda isə fər`i şəriət hökmlərinə onun təfsili dəlilləri vasitəsi ilə elm tapmaqdan ibarətdir. O bundan sonra ictihadın tə`rifi üçün digər bir bölmə açaraq deyir: «Lüğətdə ictihad – cəhd etmək, müqavimət göstərmək mə`nasınadır... Amma istilahda fəqihin şər`i hökmə zənn tapmaq üçün çalışması və qüvvə sərf etməsinə deyilir.»[44]

Yuxarıda qeyd olunanlardan əlavə, bu iki məktəb şər`i hökmlərin dəlillərinin bə`zilərində də nəzər ixtilafına malikdirlər ki, tezliklə onları bəyan edəcəyik.

Yuxarıda qeyd olunan beş istilahı bəyan etdikdən sonra mütəal Allahın köməyi ilə hər iki məktəbin bu istilahlar barəsindəki nəzəriyyələrini araşdıracağıq.



[1] «Sünəni ibni Macə», müqəddimə, hədis:23, 231 və 236; «Sünəni Əbu Davud», hədis:3660; «Sünəni Termizi», 10-cu cild, səh.136 və 144; «Sünəni Darəmi», 1-ci cild, səh.74 76 «Müsnədi Əhməd», 3-cü cild, səh.225 4-cü cild, səh.80 və 82 5-ci cild, səh.173.

[2] «Sünəni Termizi», elm kitabı, 10-cu cild, səh.154.

[3] «Səhihi-Buxari», elm kitabı, 1-ci cild, səh.18 «Səhihi-Müslüm», fəzail kitabı, hədis:15; «Müsnədi Əhməd», 4-cü cild, səh.399.

[4] «Müsnədi-Əhməd», 2-ci cild, səh.467 469 481.

[5] «Səhihi-Buxari», 2-ci cild, səh.175 «Səhihi-Müslüm», Fəzail kitabı, hə‌dis:199 «Sünəni Darəmi», müqəddimə, səh.73 24-cü bab; «Müsnədi-Əhməd», 2-ci cild, səh.257 267 391, 431, 485, 498, 525, 539, 3-cü cild, səh.367, 383, 4-cü cild, səh.101.

[6] «Sünəni-Termizi», elm kitabı, 10-cu cild, səh.157.

[7] «Səhihi-Buxari», 1-ci cild, səh.16 4-cü cild, səh.175; «Sünəni Darəmi», 1-ci cild, səh.74; «Müsnədi-Əhməd», 1-ci cild, səh.306, 2-ci cild, səh.234, 4-cü cild, səh.91, 93, 95-99, 101.

[8] «Sünəni-Termizi», 10-cu cild, səh.119; «Sünəni ibni Macə», müqəddidmə, 22-ci bab.

[9] «Səhihi-Buxari», 1-ci cild, səh.28; «Müsnədi-Əhməd», 1-ci cild, səh.266, 314, 328, 335.

[10] «Sünəni-Darəmi», 1-ci cild, səh.9; «Üsuli-kafi», 1-ci cild, səh.36; «Tuhəfül-üqul», ma ruviyə ən Əmiril-mö`minin babı; «Məanil-əxbar», Səduq, səh.374; «Kənzül-Ümmal», elm kitabı, 10-cu cild, səh.103, hədis:278; «Hilyətül-övliya», 1-ci cild, səh.77; «Biharul-ənvar», 7-ci cild, səh.407.

[11] «Səhihi-Buxari», təhəccüd kitabı, 1-ci cild, səh.141.

[12] Yenə orada, elm kitabı, 1-ci cild, səh.16; «Sünəni Darəmi», 1-ci cild, səh.79.

[13] «Sünəni Darəmi», 1-ci cild, səh.79.

[14] «Müsnədi-Əhməd», 1-ci cild, səh.349.

[15] «Sünəni Darəmi», 1-ci cild, səh.149-150-151.

[16] «Sünəni Darəmi», 1-ci cild, səh.149 151.

[17] «Sünəni Darəmi», 1-ci cild, səh.149-151.

[18] Yenə orada.

[19] «Səhihi-Buxari», məvaqit kitabı, 1-ci cild, səh.79; «Sünəni ibni Macə», hədis:87.

[20] «Sünəni Darəmi», 1-ci cild, səh.89.

[21] «Biharul-ənvar», 2-ci cild, səh.110 və 156.

[22] Yenə orada.

[23] «Nəhcül bəlağə», hikmət 447.

[24] Yenə orada, xütbə 196.

[25] Yenə orada, 31-ci məktub, Imam Əli -ın Imam Həsən -a olan vəsiyyəti.

[26] «Məhasin», Bərqi, hədis:161; «Biharul-ənvar», 1-ci cild, səh.66.

[27] «Biharul-ənvar», 2-ci cild, səh.184.

[28] «Biharul-ənvar», 2-ci cild, səh.184.

[29] «Məalümid-din», Əbdül-Hüseyn Məhəmməd Əli Bəqqalın təshihi ilə, səh.66.

[30] «Nihayətül-lüğət», cə-hə-də maddəsi.

[31] «Səhihi-Müslüm», səlat kitabı, hədis:207; «Müsnədi-Əhməd», 1-ci cild, səh.219.

[32] «Sünəni Nəsai», 1-ci cild, səh.190; «Müsnədi-Əhməd», 1-ci cild, səh.199.

[33] «Sünəni Darəmi», müqəddimə, 1-ci cild, səh.100.

[34] «Əl-Müvəttə», Malik, cənaiz kitabı, hədis:43.

[35] «Səhihi-Müslüm», e`tikaf kitabı, hədis:8; «Sünəni Ibni Macə», hədis:1767.

[36] «Sünəni Ibni Macə», rö`ya kitabı, hədis:3925; «Müsnədi-Əhməd», 1-ci cild, səh.163, 2-ci cild, səh.323, 363, 6-cı cild, səh.82, 123, 256, 5-ci cild, səh.40.

[37] «Müsnədi-Əhməd», 3-cü cild, səh.33 və 48.

[38] «Səhihi-Buxari», 3-cü cild, səh.136 «Səhihi-Müslüm», münafiqin kitabı, hədis:1; «Müsnədi-Əhməd», 4-cü cild, səh.373.

[39] «Səhihi-Buxari», cihad kitabı, 2-ci cild, səh.92; «Müsnədi-Əhməd», 3-cü cild, səh.260 283.

[40] «Əl-müstəsfa fi üsulil-fiqh», Misir çapı, 1356-cı il, 3-cü cild, səh.101; Əbu Ha‌mid Məhəmməd Ğəzzalinin tərcümeyi-halı (h.q 505-ci ildə və‌fat edib) «Kəşfuz-zu‌nun», 2-ci cild, səh.1673-də qeyd olunmuşdur. Həmçinin Amə‌dinin «Əl-əhkam» kitabı, 4-cü cild, səh.141.

[41] «Dairətül-məarif», Fərid Məcdi, 3-cü cild, səh.236 Əhməd ibni Əbdür-Rəhim Deh‌ləvi Faruqi Hənəfinin «Əl-insafu fi bəyani səbəbil-ixtilaf» risa‌ləsindən nəq‌lən (1176, yaxud 1179-cu ildə vəfat edib). Onun tərcümeyi-halı Zərkəlinin «Əl-ə`lam» kita‌bının 1-ci cildinin 144-cü səhifəsində gəlmişdir.

[42] Bu kitabın əsli Ibni Həmmam Hənəfi adı ilə məşhur olan Əllamə Kəmalüdin Mə‌‌həm‌məd ibni Əbdül-Vahidin yazdığı «Ət-təhrirü fi üsulil-fiqh» kitabıdır (861-ci il‌‌də vəfat edib) ki, onun fəzilətli şagirdi Məhəmməd ibni Məhəmməd ibni Əmir Hə‌‌nə‌fi (879-cu ildə vəfat edib) onu şərh etmişdir. Mühəqqiq Məhəmməd Əmin (Buxara pad‌‌şahı Əmir adı ilə məşhurdur) Məkkədə yaşadığı halda şərh etmiş və onu «Təy‌si‌rüt-təhrir» adlandırmışdır. Biz onun Misir çapından (1351-ci ildəki çap) 1-ci cild, səh.171-dən nəql etdik. Onların tərcümeyi-halı «Kəşfuz-zunun», 1-ci cild, səh.358-də mövcuddur.

[43] «Məbadil-üsul ila elmul-üsul», səh.240-241.

[44] «Məalimüd-din».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment