Azəri
Saturday 20th of July 2024
0
نفر 0

IKi məKtəbin Peyğəmbər ¡ sünnəsi barəsindəKi nəzərləri

IKi məKtəbin Peyğəmbər ¡ sünnəsi barəsindəKi nəzərləri

1-Iki məktəbin Peyğəmbər ¡-dən hədis rəvayət edən şəxslər (ravilər) barəsindəki nəzəri;

2-Iki məktəbin Peyğəmbər ¡n hədisinin birinci hicri əsrində yayılması barəsindəki nəzəri;

3-Birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡ sünnəsinin yazılmasının qadağan olunması:

a-Əbu Bəkrin və Ömərin dövründə;

b) Osmanın dövründə;

v) Müaviyənin dövründə;

q) Israiliyyat qapısının açılması;

ğ) Ömər ibni Əbdül-Əzizin dövründə;

e) Bir-birinə zidd olan iki hədisin yaranma səbəbləri.


 

Müqəddimə

Hər iki məktəb Peyğəmbəri Əkrəm ¡-in sünnəsinin is‌lami şəriət mənbələrindən olmasına və ona əməl edil‌mə‌si‌nin vacibliyinə iman gətirmiş və bu barədə yekdil nəzərə ma‌lik‌dirlər. Lakin Peyğəmbəri Əkrəm ¡-in sünnəsi, yə`‌ni o həzrətin sirəsi, hədisi və başqalarının əməllərini təs‌diq etməsi (buna təqrir deyilir) ravilərin rəvayət etməsi va‌si‌təsilə əlimizə çatdığından, bu iki məktəb aşağıdakı iki məsələ barəsində ixtilafa düçar olmuşlar:

1-Peyğəmbər ¡-dən rəvayət nəql edənlərin bə`zi vasi‌tə‌ləri barəsində;

2-Birinci hicri əsrində Peyğəmbər hədisinin yazılma‌sının caiz olması barəsində.

Biz, Allahın köməyi ilə, gələcək bəhslərdə hər iki möv‌zu‌nu araşdıracağıq.

1-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi nəzəri

«Səhabə» və «imamət» bəhslərində qeyd olunduğu kimi, Əh‌li-beyt məktəbinin ardıcılları öz dini maarifini və nişa‌nə‌lə‌rini Əhli-beytdən olan on iki imamdan ¢ əxz edir‌lər, xüləfa məktəbinin ardıcılları isə öz dini maarif‌lə‌ri‌ni və nişanələrini Peyğəmbəri Əkrəm ¡-in səhabə‌lə‌rin‌dən olan hər bir şəxsdən – onların arasında heç bir fərq qoymadan – əldə edirlər. Çünki onların hamısını əda‌lət‌li bilirlər, halbuki, Əhli-beyt məktəbinin ardıcılları ki, Cə‌məl müharibəsində Əli -la müharibə aparan Təlhə[1] və Əb‌dül‌lah ibni Zübeyr[2] kimi səhabələrdən, Həmçinin, «Sif‌feyn» müharibəsində onunla müharibəyə gələn Müaviyə[3], Əmr ib‌ni As[4] və Nəhrəvanda onunla müharibə aparan Zul-Xu‌vəy‌si‌rə[5] və Əbdüllah ibni Vəhhab[6] kimi şəxslərin heç birinə mü‌ra‌ciət etmirlər.

Əhli-beyt ardıcıları yenə də öz maariflərini bu şəxs‌lə‌rin oxşarlarından əldə etmirlər – istər səhabə olsunlar, is‌tər tabein, istərsə də tabeinlərin ardıcılları, yaxud da sair ra‌vilər təbəqəsindən.[7]

Halbuki, misal üçün imamül-mühəddisin Buxari Əhli-beyt imam‌ların altıncısı olan Imam Cə`fər Sadiq -dan bir hə‌dis belə, öz «Səhih» kitabında rəvayət etməmişdir.[8] Hal‌bu‌ki, Əhli-beyt ¢ məktəbinin ardıcıllarından olan min‌lər‌lə mühəddis imam Sadiq -dan hədis rəvayət etmişdir. Bu‌xa‌ri, Əbu Davud və Nisai də öz «Səhih» kitablarında Imran ibni Həttan kimi xaricidən hədis rəvayət edirlər[9]. O həmin şəxsdir ki, Imam Əli -ın qatili olan Əbdür-Rəhman ibni Mülcəmi tə`rifləyərək deyir:

ياَ ضَرْبَةً مِنْ تَقِيٍّ مَا اَرَادَ بِهَا               اِلَّا لِيَبْلُغَ مِنْ ذِي الْعَرْشِ رِضْوَانًا

اِنِّي لَاَذْكُرُهُ يَوْمًا فَاَحْسبُهُ                   اَوْفَى الْبَرِيَّةِ عِنْدَ اللّهِ مِيزَانًا

"Necə yaxşı bir zərbə idi ki, onu vuran təqvalı bir şəx‌sin məqsədi,

Ərşin sahibinin rizvan və razılığını qazanmaqdan başqa bir şey deyildi.

Mən hər gün onu xatırlayır və belə təsəvvür edirəm ki,

Onun mükafatı Allah yanında bütün məxluqlardan artıq‌dır!"

Həmçinin, Nəsai «Səhih» kitabında Imam Hüseyn -ın qa‌tili olan Ömər ibni Səddən[10] də rəvayət nəql etmişdir. Xü‌lə‌fa məktəbinin rical alimləri onun barəsində demişlər: «Həd‌dindən artıq düz danışandır. Lakin camaat onu düşmən he‌sab edirlər. Çünki o, Hüseyn ibni Əlini qətlə yetirən bir or‌du‌nun sərkərdəliyini öhdəsinə almışdı.» Halbuki, Əhli-beyt məktəbinin ardıcılları həmişə onu lənətləyirlər.

Məhz buna görə də bu iki məktəb arasında Peyğəmbər ¡ hədisini kimdən əxz etməklə əlaqədar ixtilaf yaran‌mış‌dır.

2-IKi məKtəbin birinCi hiCri əsrində Peyğəmbər ¡ hədisinin yayIlmasI barəsindəKI nəzərləri

Yuxarıda qeyd olunanlara bunu da əlavə etməliyik ki, bu iki məktəbin böyük şəxsiyyətləri özlərinə məxsus olan çər‌çi‌və və məhdudiyyət daxilində hədisi yaymağa başlamışlar. Bir mək‌təbin xəlifələri Peyğəmbər ¡ hədisinin yazılıb-ya‌yıl‌masının qarşısını aldığı vaxt, digər məktəbin ardı‌cıl‌ları bütün var-qüvvələrini hədisin yayılmasına sərf et‌miş, xüləfa məktəbi də bunun qarşısını alaraq ciddi müba‌ri‌zəyə qalxmışdır. Bu hadisə Peyğəmbəri Əkrəm ¡-in hə‌ya‌tının son anlarından başlamışdı. O həzrət «Mənə ka‌ğız-qələm gətirin, sizin üçün bir şey yazım ki, məndən sonra heç vaxt azğınlığa düşməyəsiniz» – dedikdə, orada hazır olan‌lardan bə`ziləri demişlər: «Peyğəmbər sayaqlayır!»[11]

Buxari başqa bir hədisdə ibni Abbasın dilindən bu sö‌zün kim tərəfindən deyilməsini araşdırıb yazır: «Pey‌ğəm‌bər ehtizar halına düşdükdə otaqda olan kişilərə – on‌lar‌dan biri də Ömər idi – buyurdu:

ائْتُونِي بِكِتابٍ اَكْتُبْ لَكُمْ كِتَابًا لَنْ تَضِلُّوا بَعْدَهُ اَبَدًا

"Mənə bir vərəq gətirin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt azğın‌lığa düşməyəsiniz!"

Bu zaman Ömər dedi: «Peyğəmbərin ağrısı şiddət‌lən‌miş‌dir! Allahın Kitabı sizin yanınızdadır, Allahın Kitabı bi‌‌zə kifayətdir!» Bu söz evdə olanların arasında ixtilafa sə‌bəb oldu: Bə`ziləri Ömərin sözünü təkrarladılar. Ixtilaf şid‌‌dət‌lənən zaman Peyğəmbər ¡ buyurdu:

قُومُوا عَنِّي وَلا يَنْبَغِي عِنْدِي التَّنَازُعُ

"Mənim yanımdan qalxın! Mənim yanımda mübahisə etmək rəva deyil‌dir!"[12]

Digər bir rəvayətdə mübahisənin necə olması Ömərin di‌lin‌dən bəyan edilir. O deyir: «Peyğəmbərin yanında idik. Bi‌zi‌m‌lə qadınların arasından bir pərdə asılmışdı. Pey‌ğəmbər buyur‌du:

اغسلوني بسبع قرب، واتوني بصحيفة ودواة اكتب لكم كتابا لن تضلوا بعده

 "Məni yeddi məşk su ilə yuyarsınız: Mənə kağız və mürəkkəb gə‌ti‌rin, sizin üçün bir məktub yazım ki, ondan sonra heç vaxt yolunuzu az‌ma‌yasınız." Qadınlar dedilər:[13] «Peyğəmbərin istədiyi şeyi gə‌ti‌rin!» Ömər deyir: Mən dedim: «Sakit olun! Siz onun zövcə‌lə‌ri‌siniz! O qadınlarsınız ki, əgər xəstələnsə, göz yaşı axı‌darsınız, əgər sağalsa, yaxasından tutarsınız.» Peyğəmbər buyur‌du: «Onlar sizdən çox-çox yaxşıdır!»[14]

Digər bir rəvayətdə isə deyir: Peyğəmbərin zövcəsi Zeynəb de‌di: «Eşitmirsiniz ki, Peyğəmbər sizdən nə istəyir?» Onlar səs-küy saldıqları zaman Peyğəmbər ¡ «qalxın!» - deyə buyur‌du. Onlar qalxdıqdan (və getdikdən) sonra Peyğəmbər ¡ öz yerində vəfat etdi.»[15]

Bə`zi hədislərdən aydın olur ki, onlar bu hadisədən öncə, elə Peyğəmbərin sağlığında o həzrətin hədisini yazmağın qar‌şısını almaq üçün özlərini hazırlamışdılar. Belə ki, Əb‌dül‌lah ibni Əmr ibni As deyir: Mən Peyğəmbərdən eşit‌diyim hər bir şeyi yazırdım. Qureyş məni bu işdən çəkin‌di‌rə‌rək dedilər: «Sən Peyğəmbərdən eşitdiyin hər bir şeyi yazır‌san, halbuki, Peyğəmbər də bir bəşərdir: həm qəzəb‌lə‌nən‌də, həm razı olan halda danışır!» Mən hədis yazmağı sax‌ladım və onu Peyğəmbər ¡ üçün dedikdə o, ağzına işa‌rə etdi və buyurdu:

اُكْتُبْ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ مَا خَرَجَ مِنْهُ اَلَّا حّقٌّ

"Yaz: çünki canım əlində olan Allaha and olsun, bu ağızdan haqdan başqa heç nə çıxmaz!"[16]

Bəli! Onlar özlərinin Əbdüllah ibni Ömər ilə olan söz‌lə‌rində öz batini niyyətlərini aşkar edərək, hədisi yazmağa mane olmalarının səbəbini bəyan etmişdilər. Bu da Peyğəm‌bə‌ri Əkrəm ¡-in bir-birilə fərqli olan iki qrup ara‌sın‌da dediyi sözlərdən ibarət idi: Razı olduğu halda cama‌a‌tın bir qrupu haqqında danışdığı söz, qəzəb halında başqa bir qrup haqqında danışdığı söz. Biz elə burada onların Pey‌ğ‌əmbərin həyatının son anlarında vəsiyyətini yazmasına ma‌ne olmalarının səbəbini dərk edirik. Belə ki, o həzrətin və‌fat etdiyi vaxta qədər onun yanında səs-küy salınması əvvəl‌cədən tə`yin olunmuş bir hiylə və məkr idi. Belə ki, öz höku‌mətləri dövründə bu işi davam etdirdilər və Peyğəm‌bərin hədisinin yazılmasının qarşısını aldılar!

3-BirinCi hiCri əsrinin axIrlarIna qədər Peyğəmbər ¡nnəsinin yazIlmasInIn qarşIsInIn alInmasI

Əbu BəKrin dövründə

Zəhəbi rəvayət edir ki, Əbu Bəkr Peyğəmbərin vəfatından son‌ra camaatı çağıraraq dedi: «Siz özünüz Peyğəmbərdən müəyyən sözlər nəql edərək onun barəsində ixtilafa düçar olur‌sunuz. Sizdən sonra gələnlər daha artıq ixtilaf edə‌cək‌lər. Belə isə, Peyğəmbərdən heç bir şey nəql etməyin; əgər bir şəxs sizdən bir şey soruşsa, cavabında deyin: «Allahın Ki‌ta‌bı sizin aranızdadır, onun halalını halal, haramını ha‌ram bilin.»[17]

Ömərin dövründə

Ibni Sə`din «Təbəqat» kitabında deyilir: «Peyğəmbərin hə‌dis‌ləri Ömər ibni Xəttabın dövründə genişlənib sür`ətlə ya‌yıl‌mağa başladı. O, camaatdan istədi ki, üzərində hədis ya‌zıl‌‌dığı hər bir şeyi onun yanına gətirsinlər. Onlar gətir‌dikdə, hamısının yandırılmasına dair hökm verdi.»[18]

Xüləfa məktəbi birinci hicri əsrinin axırlarına qədər Peyğəmbər ¡-in hədisinin yazılmasının qarşısını al‌dı‌lar. Kaş bununla kifayətlənəydilər! Amma onlar Peyğəmbər ¡ hədisinin rəvayət edilməsinə də maneçilik törət‌di‌lər. Belə ki, Qərzət ibni Kə`b deyir: «Ömər bizi Iraqa gön‌dər‌‌diyi zaman Sirar məntəqəsinə qədər bizi müşayiət etdi və son‌ra dedi: – Sizi nə üçün müşayiət etdiyimi bilirsinizmi?

Dedik: – Bizim qəlbimizi ələ almaq və hörmət etmək istə‌yirdin.

Dedi: – Bundan əlavə, digər bir istəyim də vardır: Siz elə şəxslərin yanına gedirsiniz ki, onların Qur`an səsləri bal arısının səsi kimi ucalır. Siz Peyğəmbər ¡ hə‌di‌sini nəql etməklə onları bu işdən saxlamayın, bilin ki, mən sizə nəzarət edirəm.

Qərzət deyir: «Mən bundan sonra Peyğəmbərdən heç bir hə‌dis və söz rəvayət etmədim!»

Digər bir rəvayətdə isə deyilir: Qərzət ibni Kə`b daxil ol‌duqda camaat dedi: «Bizim üçün Peyğəmbərdən bir söz (hədis) danış.» O dedi: «Ömər bizi bu işdən çəkindirib!»[19]

Bəli, səhabələrin arasında Qərzət ibni Kə`b kimi şəxslər var idi ki, xüləfanın sünnəsinə tabe olur, amma Peyğəm‌bər¡-in sünnəsinin yayılıb bəyan olunmasından imtina edir‌di‌lər. Bunların müqabilində də birinci dəstədən Əbdül‌lah ibni Ömər, Sə`d ibni Əbi Vəqqas kimiləri də var idi. Belə ki, Darəmi özünün «Sünən» kitabında (1-ci cild, səh.84-85) «fətva verməkdən qorxan şəxslər» adlı babında Şə`bidən rə‌vayət edərək deyir: «Bir il Ibni Ömərlə oturub-durdum, am‌ma onun Peyğəmbərdən bir şey rəvayət etdiyini eşitmədim.»

Digər rəvayətdə deyir: «Iki il, yaxud il yarım Ibni Ömərlə oturub-durdum, lakin ondan Peyğəmbər ¡ hədisi barəsində bir şey eşitmədim. Yalnız bu hədisi!»

Saib ibni Yəziddən rəvayət edir ki, o belə deyirmiş: «Sə`d ib‌ni Əbi Vəqqasla birlikdə Məkkəyə getdik. Mədinəyə qayı‌dın‌ca Peyğəmbərdən bir hədis belə söylədi‌yi‌ni eşit‌mədim!»

Xüləfanın sünnəsi ilə müxalifət edərək Peyğəmbər ¡ sünnəsini rəvayət edən və bu yolda ağır əzab-əziy‌yət‌lə‌rə, işgəncələrə qatlaşan ikinci qrupdan Əbdüllah ibni Hü‌zey‌fə, Əbu Dərda, Əbuzər və Əqəbə ibni Amir kimilərin ad‌la‌rını qeyd etmək olar ki, «Kənzül-ümmal» kitabında Əb‌dür-Rəhman ibni Ovfun belə dediyi rəvayət olunur: «Ömər ibni Xəttab öz ölümündən qabaq Peyğəmbər ¡ səhabə‌lə‌rin‌dən Əbdüllah ibni Hüzeyfə, Əbu Dərda, Əbuzər, Əqəbə ibni Ami‌ri ətraf yerlərdən öz yanına çığırıb dedi: «Ətraf nahi‌yə‌lər‌də Peyğəmbərin tərəfindən yaydığınız bu hədislər nə‌dir?!» Onlar dedilər: «Bizi bu işdən çəkindirirsənmi?!» Ömər dedi: «Xeyr! Siz mənim yanımda qalın, Allaha and ol‌sun ki, sağ olduğum vaxta qədər məndən ayrılmayacaqsınız. Biz daha ağıllıyıq: sizdən alır və sizin əleyhinizə qaytarırıq!» On‌lar ömürlərinin axırına qədər Ömərin yanından başqa yerə getmədilər.»[20]

Zəhəbi rəvayət edərək deyir: Ömər, ibni Məs`udu, Əbu Dər‌da‌nı, Əbu Məs`ud Ənsarini həbs edib dedi: «Siz Peyğəmbərin sözlərini lazım olan həddən artıq rəvayət edirsiniz!»[21]

Ömər həmişə səhabələrə deyirdi: «Əməli hökmlərdə Pey‌ğəm‌bərin sözlərini rəvayət etməyi azaldın!»[22] Bu rəvayət hə‌dəf baxımından Əbdüllah ibni Əmr ibni Asın rəvayəti ilə eyni vəziyyətdədir: Qureyş onu Peyğəmbərin sözlərini yazmaqdan çə‌kin‌dirmişdi.

OsmanIn dövründə

Osman da keçmiş siyasətləri dəstəkləyib minbərdə de‌miş‌di: «Əbu Bəkrin və Ömərin zamanında eşidilməyən bir hə‌di‌si rəvayət etməyə heç kəsin haqqı yoxdur!»[23]

Darəminin və başqalarının rəvayətlərindən aydın olur ki, Əbuzər bir gün «Cəməreyi vüsta»nın yanında oturmuşdu. Ca‌ma‌at da onun ətrafını alaraq ondan fətva istəyirdilər. Bu za‌man ki, bir nəfər onun başı üzərində dayanıb dedi: «Mə‌gər sənin fətva verməyin qadağan olunmayıbdımı?!» Əbuzər ona baxıb dedi: «Sən mənə nəzarətçisənmi? (Sonra öz boynuna işa‌rə edərək dedi:) Əgər qılıncı bura qoysanız və ölməzdən qa‌baq Peyğəmbərdən eşitdiyim bir sözü deməyə qadir olduğumu bil‌səm, hökmən bu işi görərəm!»[24]

Bu dövrə hakim olan şəraiti Əhnəf ibni Qeys belə rə‌va‌yət edir: «Şama gedib cümə namazında iştirak edim. Gördüm ki, bir kişi hər qrupa tərəf gedirsə, onun ətrafından dağı‌lır! O namaz qılır, namazını uzatmırdı. Onun yanıda oturub de‌dim: «Ey Allahın bəndəsi! Sən kimsən?» O dedi: «Mən Əbu‌zərəm. Bəs sən kimsən?» Mən dedim: «Əhnəf ibni Qeysəm.» Dedi: «Mənim yanımdan qalx ki, səni öz şərinə giriftar et‌mə‌yim!» Dedim: «Məni öz şərimə necə giriftar edərsən?» De‌di: «Bu şəxsin – yə`ni Müaviyənin – çarcısı car çəkib de‌miş‌dir ki, heç kəs mənim yanımda oturmamalıdır!»[25]

Bəli, Əbuzər hakim dairənin fərmanları ilə müxalifət et‌‌di‌yinə görə bir şəhərdən digərinə sürgün olunurdu. O, hə‌ya‌‌tı‌nın sonunda qovulmuş və yalqız halda Rəbəzədə vəfat et‌di!

Bu üslub Osmanın xilafətinin birinci yarısına qədər da‌‌vam etdi. Onun xilafətinin ikinci yarısında isə qurduğu iş‌‌lər pərakəndəliyə düçar oldu, Ümmül-mö`minin Ayişə, Təl‌hə, Zübeyr, Əmr ibni As və başqa səhabə və tabeinlərlə əlbir olub onunla mübarizəyə qalxdılar. Bu dövrdə Peyğəmbər ¡ sünnəsini rəvayət etmək istəyən səhabələr üçün heç bir maneə qalmamışdı. Peyğəmbər ¡ sünnəsinin müəyyən bir qismi bu əsrdə yayılmağa başladı, lakin kitab halına salın‌‌madı.

Imam Əli -ın xilafəti dövründə də Peyğəmbəri Əkrəm ¡-in əvvəllər rəvayət olunması qadağan olunan sün‌nəsinin ümdə hissəsi səhabələrin vasitəsi ilə rəvayət olu‌nub yayıldı. Lakin yenə də toplanıb kitab halına sa‌lın‌madı.

Bunlar xəlifələrin dövründə Peyğəmbər səhabələri üçün hədis yayılması ilə əlaqədar qoyulan maneə və məhdudiyyətlər idi, məqsədləri də o həzrətin hədisinin qarşısını almaq idi. Onlar sadəcə olaraq öz sözlərini müəmmalı şəkildə deyirdilər və özlərinin nəzərdə tutduqları hədəf Mүafiyyә kimi, aşkar şəkildə demirdilər.

Müaviyənin dövründə

Əbdüllah ibni Amir Yəhsubi deyir: Dəməşqin minbərində olan bir halda Müaviyənin belə dediyini eşitdim: «Ey insan‌lar! Peyğəmbər hədislərini rəvayət etməkdən çəkinin! Yalnız o hə‌d‌is‌lərə icazə verilir ki, Ömərin xilafəti dövründə bəyan olun‌muşdur. Çünki Ömər camaatı Allah xatirinə qorxu‌dur‌du.»[26]

Rəca ibni Əbis Səlmə deyir: Mənə xəbər verdilər ki, Müa‌viyə belə deyirmiş: «Siz gərək hədis barəsində Ömərin dövründə olduğu kimi əməl edəsiniz. Çünki o, camaatı Peyğəmbər ¡ hədisini bəyan etməkdən qorxudurdu!» [27]

Təbəri belə rəvayət edir: Müaviyə 41-ci hicri ilində Mü‌ğey‌rə ibni Şö`bəni Kufəyə vali təyin edən zaman onu çağırıb de‌di: «Sənin üçün çoxlu tövsiyələrim vardır ki, onların ha‌mı‌sını sənin ayıqlığına e`timad etdiyimə görə tərk edirəm, lakin mənim bir tövsiyəmi unutma: Əlini söyüb ona nalayiq sözlər deməyi, Osmana tərəhhüm edib onun üçün istiğfar etməyi heç vaxt unutma! Əlinin köməkçilərində eyb axtar və onları özündən uzaqlat, Osmanın köməkçilərini tə`rifləyib onları özünə yaxınlaşdır!»

Müğeyrə dedi: «Mən təcrübə görmüş, sınaqdan çıxmış bir adamam, səndən qabaq başqaları üçün də işləmiş və heç vaxt danlaq görməmişəm. Tezliklə işimin tə`sirləri aşkar olar və sən də məni ya tə`rifləyər, ya da məzəmmət edərsən!»

Müaviyə dedi: «Inşallah ki, səni tə`rifləyərəm!»[28]

Mədainin «Əl-əhdas» kitabında yazır: Müaviyə amul-cə‌ma‌ət‌dən sonra (Müaviyənin tam hakimiyyətə gəldiyi ilə deyi‌lir) vahid bir e`landa öz işçilərinə yazdı: «Mən Əbu Turabın və onun Əhli-beytinin fəziləti barədə bir şey nəql edənlərdən ama‌nımı götürdüm!» Bu zaman camaat arasında ən çox bəla çə‌kən kufəlilər oldular.[29]

Məhz Hücr ibni Ədi[30] və onun köməkçiləri həmin yolda işgəncəyə mə`ruz qalaraq qətlə yetirildilər, Rəşid Həcəri[31] və Meysəm Təmmar[32] öldürüldü və dar ağacına asıldı! Xüləfa mək‌təbində bu minvalla tabeinlərin və səhabələrin səslərini çıxar‌tmağa qoymur, öz siyasətlərinin müxaliflərini aradan gö‌türür və bunun müqabilində başqalarının üzünə qapıları açıb onlara tam ixtiyar verirdilər ki, istədikləri kimi müsəlmanların müqabilində çıxış edib nağıl danışsınlar.



[1] Əbu Məhəmməd Təlhə ibni Əbdüllah Qureyşi. Peyğəmbər ¡ onunla Zübeyr ara‌sında qardaşlıq əqdi oxumuşdu. O, Osmanın əleyhinə qiyam edənlərin ən qabaq‌cıl‌la‌rından biri idi. Osman qətlə yetirildikdən sonra Əli -a bey`ət edən ilk adam idi. Sonra Osmanın intiqamını Imam Əli -dan almaq bəhanəsi ilə Bəsrəyə getdi. Onun havadarlarından olan Mərvan Cəməl müharibəsində onu oxla vurub öldürdü. «Si‌hah» müəllifləri ondan 38 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Ayişənin is‌lam tarixindəki rolu» və «Cəvamiüs-sirə» kitablarında – səh.281-də mövcudur.

[2] Əbu Həbib Əbdullah ibni Zübeyr Qürəyşi. Onun anası Əbu Bəkrin qızı Əsma idi, Ümmül-mö`minin Ayişə də onu çox istəyir və əzizləyirdi. O, Əhli-beytin düşməni idi və Imam Əli onun barəsində belə buyurmuşdu: "Zübeyr, oğlu Əbdüllah böyüyənə qədər həmişə biz Əhli-beyt ilə idi.» O, Cəməl müharibəsində Ayişəni Əli -ın əleyhinə təhrik edənlərdən biri idi. Imam Hüseyn -ın şəhadətindən sonra Məkkədə istiqlaliyyət şüarı verdi və 73-cü hicri ilində Həccac ibni Yusifin əli ilə öldürüldü. «Sihah» müəlifləri ondan 33 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», «Cəvamiüs-sirə» və «Ayişənin islam tarixindəki rolu» kitablarında, Cəməl müharibəsi bölməsində qeyd olunmuşdur.

[3] Əbu Əbdillah Müaviyə ibni Əbu Süfyan Qurəyşi Əməvi. Onun anası Hind Ütbənin qızıdır. Məkkənin fəthindən sonra islamı qəbul etmişdir. Onun qardaşı hicrətin 18-ci ilində Əmvasda zərbətləndikdən sonra onu öz yerinə tə`yin etdi. Ömər də onu təsdiqlədi. O, Osmanın qətlə yetirildiyi vaxta qədər Şamın valisi idi. Ondan sonra Imam Əli -ın əmr və fərmanından imtina və o həzrətin əleyhinə müharibədə ordunun yaraqlandırılmasına kömək etdi. 36-cı hicri ilində Siffeyn müharibəsində Imamla qarşılaşdı və Imamın ordusunun qələbəsini hiss etdiyi zaman Qur`anları nizə ucuna vurub qaldırmaqla onları həkəmiyyətə də`vət etdi və bununla da onları aldatdı. Həkəmiyyət hadisəsində də Əmr ibni As, Əbu Musa Əş`ərini aldatdı. 41-ci hicri ilində Imam Həsən onunla sülh etdi. Bundan sonra o, müsəlmanların xəlifəsi oldu və 60-cı hicri ilində dünyadan getdi. «Sihah» müəllifləri ondan 163 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Ayişənin islam tarixindəki rolu» və «Cəvamüs-sirə» kitabında, səh.277 mövcuddur.

[4] Əbu Əbdillah Əmr ibni As Qurəyşi Səhmi. Onun anası cahiliyyət dövrünün məşhur fahişələrindən idi. Xeybərin fəth olunduğu ildə Islamı qəbul etmiş, Ömərin xilafəti dövründə Misri fəth etmiş və oranın hakimi olmuşdu. Osman onu vəzifədən götürdükdən sonra camaatı onun əleyhinə təhrik edənlərdən biri və Osmanın qətlindən sonra Misrə hakim olmaq şərti ilə Müaviyənin köməkçisi oldu və Siffeyn müharibəsində iştirak etdi. Qur`anların nizəyə vurulması təklifini də o irəli sürmüşdü. Sonra həkəmiyyət hadisəsində Əbu Musa Əş`ərini aldatdı, daha sonra Misrə getdi, orada Məhəmməd ibni Əbu Bəkri qətlə yetirib oranın hakimi oldu və 40-cı hicri ilində dünyadan getdi. «Sihah» müəllifləri ondan 39 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Ayişənin islam tarixindəki rolu» və «Cəvamius-sirə»də, (səh.280) qeyd olunmuşdur.

[5] Zul-Xuvəysirə Təmimi. Onun adı Hərqus idi. Peyğəmbəri Əkrəm ¡ bir gün beytul-malı bölüşdürəndə, o demişdi: «Ey Allahın Rəsulu! Ədalətlə bölüşdür!» Peyğəmbər ¡ buyurmuşdu: «Vay olsun sənə! Əgər mən də ədalətə irayət etməsəm, onda kim ədalətli olar?!» Peyğəmbər onun islam dinindən çıxıb sonra qətlə yetiriləcəyindən xəbər vermişdi. O, Nəhrəvanda xəvaricin cərgəsində həlakətə çatdı və Əli , Peyğəmbər ¡-in xəbər verdiyi kimi, onun cənazəsini tapdı. Onun tərcümeyi-halı «Usdul-ğabə»də qeyd olunmuşdur.

[6] Əbdüllah ibni Vəhəb Rasibi Səbai. 37-ci ildə Xəvaric onunla bey`ət etdi ki, onların xəlifəsi olsun. O da Nəhrəvanda qətlə yetirildi. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kitabında qeyd olunmuşdur.

[7] Əlbəttə, bə`zən Imam Əli -ın fəzilət və üstünlüyünə dəlalət edən bu və başqa rəvayətləri onlardan nəql edirlər. Səbəbi də budur ki, əsl fəzilət odur ki, düşmən ona şəhadət versin.

[8] Şeyx Müfid «Irşad» kitabının 252-ci səhifəsində deyir: «Hədis müəllifləri Imam Sadiq -dan hədis nəql edən dörd mindən artıq nəfərin adını qeyd etmişlər.» O həzrət 148-ci ildə vəfat etmişdir.

[9] Imran ibni Həttan Bikri xəvaricin şairlərindən idi. Onun tərcümeyi-halı «Əğani», Sasi çapı, 16-cı cild, səh.147-148-də qeyd olunmuşdur.

[10] Əbu Cə`fər Ömər ibni Sə`d Qureyşi 65, yaxud 66, yaxud 76-cı hicri ilində Muxtarın əli ilə qətlə yetirildi. Onun tərcümeyi-halı «Təhzibüt-təhzib», 7-ci, səh.451-də qeyd olunmuşdur.

[11] «Səhihi-Buxari», cihad kitabı, 2-ci cild, səh.120, cizyə kitabı, 2-ci cild, səh. 126; «Səhihi Müslüm», tərkül-vəsiyyət babı, 5-ci cild, səh.75-də onu 70 sənədlə rəva‌yət et‌mi‌şlər; «Müsnədi-Əhməd», Əhməd Məhəmməd Şakirin təhqiqi, 1-ci cild, səh.222, hədis:935; «Təbəqati ibni Sə`d», Beyrut çapı, 2-ci cild, səh.244, «Tarixi Təbəri», 3-cü cild, səh.193. Bə`zi ibarələrdə belə qeyd olunur: «Ona nə olmuşdur?! Sayaqlayırmı?!» Di‌gər rəvayətlərdə isə belə qeyd olunur: «Peyğəmbər yalnız sayaqlayır!»

[12] «Səhihi-Buxari», elm kitabı, elm babı, 1-ci cild, səh.22

[13] «Əmtaul-Əsma» kitabının 546-cı səhifəsində qeyd olunur ki, bu sözü Zeynəb binti Cəhş və Peyğəmbərin zövcələri demişdir.

[14] «Təbəqati ibni Sə`d», Beyrut çapı, 2-ci cild, səh.243-244; «Nihayətül-irəb», 18-ci cild, səh.357; «Kənzül-ümmal», 1-ci çap, 3-cü cild, səh.138, 4-cü cild, səh.52.

[15] «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.241-242.2.44

[16] «Sünəni Darəmi», 1-ci cild, səh.125; «Sünəni Əbu Davud», 2-ci cild, səh.126; «Müs‌nədi-Əhməd», 2-ci cild, səh.162, 192, 207, 215; «Müsdədrəki Hakim», 1-ci cild, səh.105-106; «Camiu bəyanil-elm», Ibnu Əbdil-Birr, 2-ci çap, Qahirə, 1388-ci il, 1-ci cild, səh.85. Əbdüllah ibni Əmr ibni As Qürəyşi Səhmi 63, yaxud 65-ci ildə Məkkədə dün‌yadan getmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.23, «Siyəru ə`la‌mun-nübəla», 3-cü cild, səh.56, «Təhzibut-təhzib», 5-ci cild, səh.327-də gəlmişdir.

[17] «Təzkirətül-hüffaz», Əbu Bəkrin tərcümeyi-halı, 1-ci cild, səh.2-3.

[18] «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.140, Qasim ibni Məhəmməd ibni Əbu Bəkrin tərcümeyi-halı.

[19] «Camiu bəyanil-elm», ibni Əbdül-Birr, 2-ci cild, səh.147; «Şərəfu Əshabil hə‌dis», Xətib Bağdadi, səh.88; «Təzkirətül-Hüffaz», Zəhəbi 1-ci cild, səh.4-5; «Usdul-ğa‌bə»‌də (2-ci cild, səh.203) deyilir: Qərzət ibni Kə`b Ənsari, Ömərin Əmmar ilə bir‌lik‌də Kufəyə gördərdiyi on nəfərdən biri idi. Ühüd müharibəsində və ondan sonrakı mü‌ha‌ribələrdə iştirak etmiş, 23-cü hicri qəməri ilində Rey şəhərini fəth etmiş və Imam Əli Cəmələ gedən zaman onu Kufəyə vali tə`yin etmişdi. O həzrətin xila‌fəti dövründə həmin yerdə vəfat etmişdir.

[20] «Kənzül-ümmal», 1-ci çap, 5-ci cild, səh.239, hədis:4865, 2-ci çap, 10-cu cild, səh.80, hədis:1398 «Müntəxəbü Kənzül Ümmal», 4-cü cild, səh.62.

Əbdür-Rəhman ibni Ovf Qürəyşi Zəhri. Peyğəmbər ¡ onunla Osman arasında qardaşlıq siğəsi oxumuş, Ömər də altı nəfərlik şurada xəlifə tə`yin edilməsini onun öhdəsinə qoymuşdu. O isə Osmanla bey`ət etmişdir. 31, yaxud 32-ci hicri ilində Mədinədə dünyadan getmişdir. «Səhih» müəllif‌ləri ondan 65 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Cəvamiüs-sirə», səh.279 və «Əbdüllah ibni Səba», 1-ci cilddə qeyd olunmuşdur.

Əbdülah ibni Hüzeyfənin tərcümeyi-halını heç bir kitabda görmədik. Bəlkə də o, Əbdüllah ibni Hüzeyfə Qurəyşidir ki, mühacirlərdən öndə gedən‌lər idi və Osmanın xilafəti dövründə Misirdə vəfat etmişdir. («Təqribüt-Təhzib», 1-ci cild, səh.409)

Əbu Dərda, Üveym, yaxud Amir ibni Malik Ənsari. Islamı axır vaxt‌lar‌da qəbul etmiş və Xəndək müharibəsində və ondan sonrakı hadisələrdə iş‌ti‌rak etmişdir. Peyğəmbəri Əkrəm ¡ onunla Salman arasında qardaş‌lıq əqdi bağlamışdı. Osmanın dövründə Dəməşqin qazisi oldu və 32, yaxud 33-cü ildə vəfat etdi. «Sihah» müəllifləri ondan 79 hədis rəvayət etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.159 160, 187 və 188 «Cəvamiüs-sirə», səh.277-də qeyd olunmuşdur.

Üqbə ibni Amir adla iki nəfər vardır: biri Cühənidir ki, «Sihah» müəllifləri ondan 55 rəvayət nəql etmişlər. Digəri isə Ənsari Səlmidir. «Usdul-ğabə», 3-cü cild, səh.417; «Cəvamiüs-sirə», səh.179.

[21] «Təzkirətül-hüffaz», 1-ci cild, səh.7, Ömərin tərcümeyi-halı.

Əbdüllah ibni Məs`ud islamı qəbul edən ilk şəxslərdən idi və Məkkədə, kafirlərin arasında Qur`anı uca səslə oxumuşdu. Buna görə onu o qədər döymüşdülər ki, burnundan qan açılmışdı. Sonra Həbəşistana, daha sonra Mədinəyə hicrət etmiş, Bədr və ondan sonrakı hadisələrdə iştirak etmişdi. Osman onun beytul-maldan olan maaşını iki il müddətində kəsmişdi. Çünki o, Kufənin valisi Vəlidin törətdiyi yaramaz işlərə görə onunla çarpışmışdı. 32-ci hicri ilində vəfat edərkən vəsiyyət etmişdi ki, Osman ona namaz qılmasın. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.256-260; «Müstədrəki-Hakim», 3-cü cild, səh.315-320-də qeyd olunmuşdur.

Əbu Məs`ud Ənsari, Əqəbət ibni Əmr Bədrinin tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.296-da qeyd olunmuşdur.

[22] «Tarixi ibni Kəsir», 8-ci cild, səh.107.

[23] «Müntəxəbu Kənzül-Ümmal», («Müsnədi Əhməd»in haşiyəsində), 4-cü cild, səh.64.

[24] Bu hadisələr ona görə Osmanın dövründə baş verirdi ki, səhabələrdən heç biri Ömərin dövründə hökumət fərmanı ilə mübarizə etməyə cür`ət tapmamışdılar. Bu rəvayət «Sünəni Darəmi», 1-ci cild, səh.132; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.354-də Əbuzərin tərcümeyi-halında gəlmişdir. Buxari də onu öz «Səhih» kitabında xülasə şəkildə (1-ci cild, səh.161) «Əl-elmu qəbləl-qovl» babında qeyd etmişdir.

[25] «Təbəqati ibni Sə`d», 4-cü cild, səh.168 Əhməd ibni Qeys Təmimi Sə`di Peyğəm‌bə‌rin dövründə olmuş, lakin o həzrəti görməmişdi. Cəməl müharibəsində kənara çəkil‌miş, Siffeyn müharibəsində Imam Əli -ın tərəfində döyüşmüş və 67-ci hicri ilin‌də Kufədə vəfat etmişdir. «Sihah» müəlliflərinin hamısı ondan rəvayət nəql et‌miş‌lər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Təqribut-Təhzib» kitablarında qeyd olun‌muşdur.

[26] «Tarixi-Dəməşq», Məcməul-elmiyil-islamiyy, əlyazması, 9-cu cild, 2-ci hissə, səh.236-237, «Şərəfu Əshabil-hədis», səh.91.

[27] «Təzkirətül-Hüffaz», 1-ci cild, səh.7.

[28] «Tarixi Təbəri», 2-ci cild, səh.112-113; «Tarixi ibni Əsir», 3-cü cild, səh.102, 51-ci h.q ilinin hadisələri. Müğeyrə ibni Şö`bə Xəndək müharibəsi ilində Islamı qəbul etmişdi. Onun Islamı qəbul etməsinin səbəbi, Vaqidinin «Məğazi»də (2-ci cild, səh.595-598) bəyan etdiyinə əsasən, bu hadisə olmuşdu: O, 14 nəfərlə birlikdə Məquqisin sa‌rayına getmişdi, o da onları əzizləmişdi. Qayıdarkən Xeybərlə Mədinə arasında şə‌rab içməyə başladılar. Müğeyrə şərab içmədi və özünün məst olmuş yoldaş‌la‌rın‌dan 13 nəfərini qılıncdan keçirtdi, on dördüncüsü də qaçıb canını qurtardı. Müğey‌rə onların mal-dövlətlərini öz ixtiyarına keçirib Peyğəmbər ¡-in yanına gəldi və Islamı qəbul etdi. Lakin Peyğəmbər ¡ buyurdu: «Mən bu mal-dövlətin xüm‌sü‌nü götürmürəm; bu, məkr və hiylədir.» Ürvə ibni Məs`ud (Müğeyrənin əmisi) on üç nə‌fər öldürülənin diyəsini onun əvəzinə verdi. Həmçinin, Kufədə hakim olduğu zaman onun zina etməsinə şahidlik etdilər. Şahidlər Ömərin yanına getdikdə Ömər onlar‌dan birini öz tərəfinə çəkdi ki, onun verdiyi şəhadət qalan üç nəfərin şəhadəti ilə eyni olmasın və nəticədə onun barəsində zina həddi (cəza tədbiri) götürülsün. «Səhih» müəllifləri ondan 136 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə» və «Cəvamius-sirə», səh.288-də mövcuddur

[29] «Nəhcül-bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.15-16

[30] Hücr ibni Ədi Kindi öz qəbiləsinin nümayəndə hey`əti ilə Peyğəmbər ¡-in gö‌‌rü‌şünə getmişdi. Qadisiyyənin fəth olunmasında iştirak etmiş, Cəməl və Siffeyn mü‌‌ha‌ribələrində Imam Əli -ın tərəfində olmuş, Nəhrəvanda Kində qəbiləsinin sər‌kərdəliyini öhdəsinə almış və Imam Əli -ın ordusunun sağ çinahında yer‌ləş‌mişdi. Ziyad ibni Əbih ilə, Imam Əli -a lə`nət etmək üstündə savaşdı və bir dəfə də namazı tə`xirə saldığına görə də onu xırda daşla vurdu. Ziyad Müavi‌yə‌nin gös‌tərişi ilə onu və köməkçilərini Şama göndərdi. Müaviyə fərman verdi ki, on‌lar‌‌dan hər biri Əlidən bezarlıq etməsə, onu öldürsün. Hücr buna görə də 51-ci ildə Mə‌‌rəc-Əzrada şəhadətə çatdı. Onun tərcümeyi-halı «Əbdüllah ibni Səba» kita‌bının 2-ci cil‌dində verilmişdir.

[31] Rəşid Həcəri, Yəmənin Həcər qəbiləsinə mənsubdur. O, rəc`ətə iman gəti‌rənlər‌dən biri idi və Kufədə bu barədə söhbət edirdi ki, Ziyad onun dilini kəsib dar ağa‌cın‌dan asdı. Onun tərcümeyi-halı «Istiy`ab», «Usdul-ğabə» və «Ricali Kəşşi»də qeyd olun‌muşdur.

[32] Meysəm Təmmar Bəni Əsəd qəbiləsindən bir qadının qulu idi ki, Imam Əli onu alıb azad etmişdi. Ibni Ziyad onu tutub saxlayan zaman dedi: Mən öldürül‌mə‌‌mişdən qabaq məndən soruşun. Camaat ondan sual etdikləri vaxt cavablarını verdi. Ib‌‌ni Ziyad göstəriş verdi ki, onun başına cilov salsınlar. Islamda cilovlanan ilk şəxs o olmuşdur. Onun tərcümeyi-halı «Istiy`ab»; «Usdul-ğabə» və «Ricali Kəşşi»də möv‌cuddur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment