Azəri
Monday 14th of October 2024
0
نفر 0

Təvəssül və şəfaətin inkarı tarixi

Təvəssül və şəfaətin inkarı tarixi

Sünnə əhlinin hicri-qəməri tarixinin 7-ci əsrində yaşamış Hənbəli alimlərindən olan İbn Teymiyyə təvəssül şəfaət barəsində belə deyir:

“Allahı nəzərdə tutmadan - hətta peyğəmbər olmuş olsa belə - ölüdən kömək istəmək, ya ölmüş şəxsdən Allahdan bizim hacətimizi yerinə yetirməsini istəmək, ya Allahdan: Ey Allahım, hansısa bir şəxsin məqamına xatir bizim hacətimizi yerinə yetir... bu kimi sözlər demək qadağan olub məsləhət görülmür. Bunların hamısı sonda ibadətdə şirklə nəticələnir”.[1]

Vahabilərin təfəkkür özülçüsünün İbn Teymiyyə olduğunu gördüyümüz kimi Məhəmməd ibn Əbdül Vəhhab xüsusilə təvəssül şəfaətin inkarı əqidəsini daha şiddətli təəssübkeşliklə müzakirə edir. Fürsət güdən[2] istemarçı qüvvələr vahabilərin digər məzhəblərlə təzadlı təfəkkür tarixindən bəhrələnmək üçün həmişə çalışıb çalışmaqdadırlar. Belə isə, vahabi etiqadının azyaşlı tarixinin özü vahabiçilik cərəyanının məzhəb olmamasına aşkar dəlil olduğuna görə bu firqəni İslami firqələrdən saymaq düzgün deyildir. Çünki elə ilk günlərdən müsəlman milləti, xüsusilə sünnə əhli İbn Teymiyyə onun davamçılarının təfəkkürünü dinin xilafına bidət olduğunu söyləmişdilər.

İbn Teymiyyənin fikirləri və sünnə əhlinin etirazı

Təqiyyuddin Əbul Abbas Əhməd ibn Teymiyyə hicri-qəməri tarixinin 661-ci ilində Türkiyənin kürdlər yaşayan zonası Urfa şəhərində anadan olmuşdur. Tatarların İslam dövlətlərinə həmləsi zamanı, o, ailəsi ilə Dəməşqə gedir orada Hənbəli mədrəsəsinə daxil olub Quran əzbərləməyə başlayır. Bu dövrdə o, İbn Hənbəlin “Müsnəd” Təbərinin “Əlmocəm” kitablarını oxuyaraq digər elmləri öyrənməklə məşğul olur. Deyirlər gözəl hafizə fövqəladə istedad sahibi imiş.[3]

Həddən artıq bacarıq zövqü onu təhsil illərində bir çox fikri problemlərlə qarşılaşdırır. Ustadlarının nəzər- cavabları ilə qane olmayan İbn Teymiyyə yavaş-yavaş zamanın alim fəqihlərinin etirazına səbəb olaraq həbsə alınıb sürgün düşməsi ilə nəticələnir.

İbn Teymiyyə tövbə etdikdən sonra dövrün hakimi olan Əl-Sultan Nasir hicri-qəməri tarixinin 709-cu ilində onu yenidən Dəməşqə göndərir. O isə alimlər fəqihlər ilə sülh yolu ilə davranır.[4] Hicri-qəməri tarixinin 720-ci ilində yenə fəqihlərlə “talaq” məsələsi barəsində nəzəriyyəsinə görə zindana düşərək 721-ci ildə Sultanın məktubu əsasında azad olunur.

Azadlığa çıxandan sonra isə bu dəfə verdiyi fitvalara görə ölkəsinin şiə sünnü alimləri ilə ixtilafa düçar olaraq zamanın hökumətinin fərmanı ilə Dəməşq qülləsində zündana düşür.

Bu dəfə hökümət onun fitva verməsini qadağan edərək Şafei hakiminin fitvası əsasında onun bütün şagirdlərini, o cümlədən İbn Qəyyim Covzini, həbsə alırlar. Yeri gəlmişkən demək lazımdır ki, camaat ondan çox narahat olduqları üçün hətta onu öldürmək qərarına da gəlmişdilər.

Alimlərin İbn Teymiyyə ilə müxalifətçiliyi

İbn Teymiyyə peyğəmbərlər salehlərin qəbrini ziyarət məqsədilə səfərlərə çıxmağın düzgün olmadığını demişdir. Belə səfərləri günah hesab edir, bu səfərdə namazların tam surətdə (kamil) qılınmasına hökm verdiyinə görə Şafei alimləri onunla müxalifətə qalxmışdılar.

Ibn Teymiyyə öz əqidəsinin sübutlu olduğunu göstərmək üçün belə bir dəlil gətirirdi: Peyğəmbər səhabələr kiminsə qəbri üstə gedib təvəssül etməmiş, onlara tabe olanların da bu işi görməmiş, heç bir müsəlman da bu işin müstəhəb olduğunu deməmişdir. Beləliklə bu işi görən hər kəs müsəlmanların ümumi təfəkkürünə qarşı çıxmış olur. İbn Teymiyyə bu fitvanı verdikdən sonra Peyğəmbərdən nəql olunan aşağıdakı hədislərin saxta olduğunu deyir:

"مَنْ حَجَّ وَ لَمْ يَزُرْنِى فَقَدْ جَفَانِى"

“Həccə gəlib məni ziyarət etməyən şəxs doğrudan da mənə cəfa etmişdir”.

"لا تشَدُّ الرِّحَالُ الا إلَى ثَلاثَة مَسَاجِدَ: اَلْمَسْجِدُ الْحَرَامِ وَ مَسْجِدِى هَذَا وَالمَسْجِدُ الْأقْصَى"

Üç məkandan başqa heç yerə ziyarət üçün səfər etməyin: Məscidul-Həram, mənim məscidim Məscidul-Əqsa”.

Belə nəzəriyyələr sünnü alimlərinin müxalifçilik hisslərini oyatığından məlum olur ki, o zamana qədər bu barədə heç bir ixtilaf yox imiş. Bu münaqişənin yaranmasına səbəb olan ilk şəxs İbn Teymiyyə olmuş, öz etiqadını təsdiqləmək üçün isə kitablarını zindanda yazmışdır.

Dəməşq qülləsi zindanında həbsdə keçirdiyi iki il bir neçə aydan sonra hicri-qəməri tarixinin 728-ci ilində vəfat edir Babus-Səğir qəbristanlığında qardaşının qəbri yanında basdırılır. Şeyx Abbas Qumi “Əl-Konyə vəl əlqab” adlı kitabında onun İordaniyada basdırıldığını deyir. Sonralar İbn Teymiyyə Təqiyuddin Əhməd bin Əbdül Həlim Əl-Hərrani Dəməşqi adı ilə məşhurlaşmışdır.

Bu günkü zamanda onun qəbirindən əsər-əlamət qalmamış, yazdığı kitablar haqqında isə - “Bətələl islahud dini” kitabında olan məlumata əsasən - 17 kitabdan ibarətdir.

Şəfaət mövzusunda söhbətlərimiz İbn Teymiyyənin “Bətələl islahud dini” kitabından götürülmüşdür bu mövzuda Məhəmməd bin Əbdül Vəhhabın “Ət-Tovhid” adlı kitabına yazılmış şərh olan “Fəthul Məcid” kitabında da məlumatlar vardır. Son zamanlarda yazılmış “Ət-Tovhid bil luğətil farsiyyə” ünvanlı kitabda bu məsələlərə şiə əqidəsi müqabilində azca nizam ehmallıqla yanaşılmışdır. Kitabın ilk səhifələrində haqqında danışdığımız bu kitab hicri-şəmsi tarixinin 1374-cü ilində Cəddə hava limanında şiələr[5] arasında pulsuz paylanmışdır. Lakin o, şəfaət barəsində deyir: Şəfaət yalnız Allaha məxsusdur Haqq həzrətlərinin Lütf Kərəmi sayəsində bu xüsusiyyət bəzi bəndələrinə verilmişdir”. Bu kitab İbn Teymiyyənin bəzi fikirlərini nəql etmişdir ki, onun sözlərinin sonunda bu cümləni demişdir:

"لا تَكُونُ الا لأَهْلِ التَّوْحِيد وَ الإخْلاص"

“Şəfaət xalis müvəhhid insanlara şamil olacaqdır şəfaət Allahın izni ilə bu şəxslərə veriləcəkdir”.

Müəllif bu kitabda sözünə belə davam edərək yazır: “Şiə nöqteyi-nəzərincə ixlas tovhidin ən gözəl nümunələri peyğəmbərlər, övliyalar Məsum İmamlardırlar (ə) ki, yuxarıda nəql olunduğuna əsasən, Qiyamət günü şəfaət verməkdə üstün, məziyyətli hüquqa malik olmaları gərəkdir”.




[1] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyənin “Bətələl islahud-diniy”, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 136 və 139.

[2] Bulanlıq sudan balıq tutanlar (kitabda bu atalar sözü istifadə olunmuşdur).

[3] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyə “Bətələl islahud-diniy”, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 16.

[4] Mahmud Mehdi Əl-İstanbuli, İbn Teymiyyə Bətələl islahud-diniy, Əl-Məktəbul İslami nəşriyyatı, Beyrut, səh. 30.

[5] Şiə dedikdə məqsəd İranlı şiələr nəzərdə tutulmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)
DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ÖLÜM ANLAYIŞI
İMAMƏT
Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

 
user comment