Azəri
Thursday 18th of July 2024
0
نفر 0

AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi

4-AdlarI qeyd olunanlarIn iCtihad etdiKləri halIn şərhi

a) Peyğəmbəri Əkrəm ¡

Xüləfa məktəbində müctehid adlandırılan ilk şəxs Peyğəmbəri Əkrəm ¡ olmuşdur. Bunun məsəli Üsamənin hadisəsində qeyd olundu. Onlar demişlər: «O həzrət ordunu öz şəxsi ictihadı və nəzərilə göndərmişdi». Amma Üsamənin göndərilməsi hadisəsi, birinci və ikinci xəlifənin bu hökmdən boyun qaçırması aşağıdakı tərtiblədir:

Ibni Sədin «Təbəqat» kitabında, «Ənsabül-əşraf» və «Üyu‌nul-əsər» kitablarında deyilir: «Birinci hicri ili, sə‌fər ayının axırına dörd gün qalmış tək günü Peyğəmbəri Ək‌rəm ¡ fərman verdi ki, camaat romalılarla müharibə apar‌maq üçün hazırlaşsınlar. Onun sabahı günü Üsamə ibni Zey‌di çağırdı və buyurdu: «Atanın şəhid olduğu yerə tərəf get və süvari halda onların üstünə hücum et. Mən səni bu or‌du‌nun sərkərdəsi tə`yin etdim.» Çərşənbə günü Peyğəmbəri Ək‌rəm ¡-in xəstəliyi şiddətləndi, qızdırması artdı, baş ağrısı başladı. Cümə axşamı günü öz əli ilə sər‌kər‌də‌lik bayrağını Üsaməyə verdi... Üsamə də həmin bayraqla Mədi‌nə‌dən kənara çıxdı və Cürf adlı bir yerdə[1] düşərgə saldı. Mü‌hacir və ənsar başçılarının hamısı, o cümlədən Əbu Bəkr, Ömər ibni Xəttab, Əbu Übeydə Cərrah, Səid ib‌ni Zeyd orduda iştirak edirdilər, bu halda onlardan bə`zi‌lə‌ri e`tiraza başlayıb dedilər: «Bu cavanı parlaq keçmişə ma‌lik olan mühacirlərə sərkərdə təyin edib!» Peyğəmbəri Əkrəm ¡ onların sözlərini eşitdikdə qəzəbləndi və minbərə çıxıb buyurdu: «Bu nə sözdür ki, sizin bə`zilərinizin dilindən Üsamənin sərkərdəliyi barəsində mənə gəlib çatır?! Ondan qabaq da atasının sərkərdəliyini tənqid etmişdiniz, halbuki, Allaha and olsun ki, o, sərkərdəliyə daha çox layiqli idi, ondan sonra da oğlu sərkərdəliyə layiqdir.»

Sonra minbərdən endi, Üsamənin yoldaşları Cürfə getmək üçün o həzrətlə vidalaşdılar. Peyğəmbər¡-in vəziyyəti ağır‌laşdı. Həmin halda daim buyururdu: «Üsamənin ordusunu yo‌la salın...» Bazar günü Peyğəmbərin ağrıları şiddətlənməyə baş‌ladı. Huşdan getdiyi halda Üsamə onun yanına gəldi, baş əy‌di və o həzrəti öpüb öz ordugahına qayıtdı. Bazar ertəsi gü‌nü Peyğəmbəri Əkrəm ¡ bir qədər yaxşılaşmış hal‌da buyurdu: «Allahın xeyir-bərəkəti ilə hərəkət et!» Üsamə onun‌la vidalaşdı və öz ordugahına qayıdıb hərəkət fərmanı ver‌di, ata minmək istədiyi halda birdən anası Ümmü Əymənin gön‌dərdiyi adam gəlib dedi: «Peyğəmbər ¡ can üstün‌də‌dir!» O, yenidən Mədinəyə qayıtdı, Ömər və Əbu Übeydə də onun‌la birlikdə gəlib Peyğəmbərin başının üstündə dayan‌dı‌lar. O həzrət rəbiül-əvvəlin 12-də, bazar ertəsi günü, günorta ça‌ğı vəfat etdi.»[2]

«Nəhcül-bəlağə»nin şərhində yazılır: Peyğəmbəri Əkrəm ¡ ayıldıqdan sonra Üsamənin hərəkətindən xəbər aldı, ona dedilər: «Hazırlaşırdılar.» O həzrət daim buyururdu: «Üsamənin ordusunu yola salın. Allah lə`nət etsin o kəsə ki, onunla getməkdən imtina edə!»

Üsamə yanındakı səhabələrlə birlikdə, başının üstündə yel‌ləndirdiyi bayraqla hərəkət edib Cürfə çatdılar, Əbu Bəkr, Ömər və mühacirlərdən bir çoxu, Üseyd ibni Hüzeyr, Bəşir ibni Sə`d və ənsar böyüklərindən bir çoxu onunla birlikdə hərəkət edib Cürfdə düşərgə saldılar. Gözlənilmədən Üsamə‌nin anası Ümmü Əymənin göndərdiyi adam gəlib dedi:...»[3]

Bu, Peyğəmbərin sağlığında Üsamənin ordusunun təchiz olun‌ması hadisəsi idi. Ürvədən rəvayət olunur ki, bu ordu‌nun Peyğəmbərin vəfatından sonrakı aqibəti barəsində belə de‌miş‌dir: «Əbu Bəkrlə bey`ət işini qurtardıqdan və camaat sa‌kit olduqdan sonra Əbu Bəkr Üsaməyə dedi: «Peyğəmbərin fər‌man verdiyi yerə yola düş!»[4] Üsamə öz ordusu ilə hərəkət et‌di, Əbu Bəkr və Ömər xilafət işlərini idarə etdiklərinə gö‌rə orada qaldılar. Xəlifə Ömər həmişə Üsaməyə deyərdi: «Pey‌ğəm‌bər vəfat edəndə sən mənim sərkərdəm idin!» O, hətta xi‌la‌fətə çatdığı zaman da belə, hər vaxt Üsaməni görürdüsə, be‌lə deyirdi: «Salam olsun sənə, ey Əmir!» Üsamə isə deyirdi: «Al‌lah səni bağışlasın, ya əmirəl-mö`minin! Bunu mənə deyir‌sənmi?!» Ömər deyirdi: «Nə qədər ki, sağam səni sərkərdə deyə çağıracağam. Çünki Peyğəmbər dünyadan gedən zaman sən mənim sərkərdəm idin.»[5]

Iki xəlifə – Əbu Bəkr və Ömər hər vaxt Üsamənin ordu‌su ilə getməkdən imtina etdiklərinə görə tənqid olun‌saydı‌lar, onun havadarları əvvəldə qeyd olunan bəhanəni gətirib de‌yir‌dilər: «Peyğəmbər ¡ Üsamənin ordusunu öz ictiha‌dı ilə göndərirdi,[6] buna görə də sair müctehid səhabələrin Pey‌ğəm‌bə‌rin bu kimi ictihadi fərmanları ilə müxalifət etmələri caizdir.»[7]

b) Əbu Bəkrin ictihadı

Əbu Bəkrin ictihadlarından biri Fəcaə Səlmini diri-di‌ri yandırması idi. Təbərinin, Ibni Əsirin və ibni Kəsi‌rin rəvayət etdiklərinə görə hadisə belə olmuşdur: «Bəni Sə‌lim qəbiləsindən Fəcaə Büheyr ibni Əyas ibni Xəfaf adlı bir kişi Əbu Bəkrin yanına gəlib dedi: «Mən müsəlmanam və mür‌təd olan kafirlərlə vuruşmaq istəyirəm, mənə döyüş sur‌satı ver!» Əbu Bəkr ona silah və at verdi. O, Nəcbət ibni Əbil Meysa ilə çölə çıxdı, mürtəd olan müsəlmanlara hücum edib onların mal-dövlətini qarət etdi və müqavimət göstərən hər kəsi qətlə yetirdi. Onun bu tədbirləri Əbu Bəkrə çatanda Tə‌ri‌fət ibni Hacizə belə yazdı:[8] «Bu Allah düşməni – Fə‌ca‌ə mənim yanıma gəldi və özünü belə göstərdi ki, sanki mü‌səl‌mandır; sonra məndən istədi ki, mürtədlərlə müharibə apar‌maq üçün ona silah verim. Mən də ona silah və at verdim, indi yəqin bir xəbərlə bilmişəm ki, bu Allah düşməni müsəlman və mürtədlərə hücum etmiş, onların mal-dövlətini ələ keçirmiş və müqavimət edən hər bir kəsi qətlə yetirmişdir! Öz ətrafında olan müsəlmanlarla ona tərəf get, ya onu öldür, ya da əsir tutub mənim yanıma gətir.» Tərifət ibni Haciz ona doğru getdi, qarşılaşdıqları zaman hər iki dəstə bir-birinə ox atmağa başladılar. Nəcbət ibni Əbil-Meysa öldürüldü. Öz işlərində ciddi olan müsəlmanları gördükdə Fəcaə Tərifətə dedi: «Allaha and olsun, sən məndən heç də üstün deyilsən! Sən də Əbu Bəkrin bir sərkərdəsisən, mən də.» Tərifət dedi: «Əgər düz deyirsənsə, gəl birlikdə Əbu Bəkrin yanına gedək.» Birlikdə Əbu Bəkrin yanına get‌di‌lər. Içəri daxil olan zaman Əbu Bəkr Tərifətə dedi: «Onu Bəqiyə apar və yandır!» Tərifət də onu müsəllaya tərəf apar‌dı, tonqal yandırıb onu odun içinə atdı!»

«Tarixi Təbəri»də bundan əvvəlki rəvayətdə deyilir: «Mə‌dinənin müsəllasında çoxlu odun toplayıb yandırdı və onu əli-qolu bağlı halda odun içinə atdı.»

Ibni Kəsirin rəvayətində deyilir: «Əllərini arxadan bağ‌la‌yıb oda atdı, o da tamamilə bağlı olan halda yanıb külə dön‌dü.»[9]

Əbu Bəkr sonralar bu işindən peşman oldu və ölümü ilə nəti‌cələnən xəstəliyində deyirdi: «Gördüyüm üç işdən peş‌ma‌nam, kaş onları görməyəydim: Kaş Fatimənin evinin hörmə‌ti‌ni gözləyəydim, onun qapısını açmayaydım, hətta müharibə üçün bağlasaydılar belə; Kaş Fəcaə Səlmini odda yandır‌ma‌yay‌dım və onu azad şəkildə, yaxud düşüncəli tərzdə öldü‌rəy‌dim! Kaş Bəni-Saidə səqifəsində bu işi öhdəmə almayaydım və onu iki nəfərdən birinin (Ömər, yaxud Əbu Übeydənin) öh‌də‌sinə qoyaydım!»[10]

Əbu Bəkrin bu tədbirinə tutulan iradlar budur ki, Fəcaə ki‌mi müfsidlərin, fitnə-fəsad törədənlərin hökmü Qur`anın «Mai‌də» surəsinin 33-cü ayəsində aşkar şəkildə qeyd olunur:

إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ

"Həqiqətən Allah və Onun Rəsulu ilə müharibə aparan, yer üzündə fə‌sad yaymağa çalışanların cəzası odur ki, öldürülsünlər, yaxud dara çə‌kil‌sinlər, yaxud əlləri və ayaqları bir-birinin əksinə olaraq kəsilsin, ya‌xud da sürgün edilsinlər. Bu, onların dünyadakı xarlığı və cəza‌ları‌dır, axirətdə isə onlar üçün böyük bir əzab olacaqdır."

Peyğəmbəri Əkrəm ¡ bir kəsi odda yandırmağı qadağan etmişdir. Belə ki, «Səhihi-Buxari» və «Müsnədi Əhməd»də Peyğəmbərin belə buyurduğu nəql olunur:

لَايُعَذِّبُ بِالنَّارِ اِلاَّ رَبُّ النَّار

"Odla yalnız odun Pərvərdigarı əzab verə bilər."

Həmçinin:

 اِنَّ النَّارَ لاَيُعَذِّبُ بِهَا اِلَّا اللّهُ

«Allahdan başqa heç bir kəs odla əzab verməz."

Yenə buyurur:

لاَيُعَذَّبُ بِالنَّارِ اِلاَّ رَبُّهَا

«Odun Pərvədigarından başqa bir şəxs onunla əzab etməz."[11]

Həmçinin belə buyurmuşdur:

مَنْ بَدَّلَ دِينَهُ فَاقْتُلُوهُ

"Dinin dəyişən hər kəsi qətlə yetirin."[12]

Başqa bir hədisdə buyurmuşdur:

لاَيَحِلُّ دَمُ امْرِئٍ مُسْلِمٍ يَشْهَدُ اَنْ لاَ اِلَهَ اِلَّا اللّهُ وَاَنَّ مُحَمَّدًا رَسُولُ اللّهِ اِلاَّ بِاِحْدَى ثَلاَثٍ : زِنا بَعْدَ اِحْصَانٍ فَاِنَّهُ يُرْجَمُ، وَرَجُلٌ يَخْرُجُ مُحَارِبًا لِلّهِ وَرَسُولِهِ فَاِنَّهُ يُقْتَلُ اَوْ يُصْلَبُ، اَوْ يُنْفَى مِنَ الْاَرْضِ، اَوْ يَقْتُلُ نَفْسًا فَيُقْتَلُ بِهَا

"La ilahə illəllah, Muhəmmədun Rəsulullah- deyən bir müsəlmanı öl‌dürmək caiz deyildir; yalnız üç işə görə öldürmək olar: 1-Möhsinə zi‌na etmiş olarsa; bu halda o, daş-qalaq olunmalıdır, 2-Allaha və Onun Peyğəmbərinə qarşı müharibə və qiyam etmiş olarsa; bu halda öldürülür, yaxud dara çəkilir, yaxud da sürgün edilir, 3-Başqasını (nahaq yerə) öldürən adamdan qisas alınaraq qətlə yetirilməlidir."[13]

Xüləfa məktəbinin alimləri Əbu Bəkrin bu aşkar Qur`an gös‌tərişləri ilə müxalifət etməsinə belə bəraət qazan‌dırır‌lar: «Fəcaə Səlminin yandırılması Əbu Bəkrin ictihadında yol verdiyi səhv idi və bu iş müctehidlər üçün çox baş ve‌rir.»[14]

Əbu Bəkrə tutulan digər bir irad onun kəlalə barə‌sin‌dəki verdiyi fətvadır.[15] Yə`ni bir nəfər öldükdə, onun övladı və atası-anası olmadıqda onun varislərinə kəlalə deyilir. «Ni‌sa» surəsinin 12-ci ayəsində buyurulur:

وَإِن كَانَ رَجُلٌ يُورَثُ كَلاَلَةً أَو امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ فَإِن كَانُوَاْ أَكْثَرَ مِن ذَلِكَ فَهُمْ شُرَكَاء فِي الثُّلُثِ

gər bir kişi və ya qadının kəlalə cəhətindən irsi aprılsa və onun bacısı və qardaşı olsa, onlardan hər biri (tərəkənin) altıda-bi‌ri (qədər irs aparır); əgər bundan artıq olsalar, hamısı üçdə birdə şərik‌dirlər."[16]

Nisa surəsinin 176-cı ayəsində buyurulur:

يَسْتَفْتُونَكَ قُلِ اللّهُ يُفْتِيكُمْ فِي الْكَلاَلَةِ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌ فَإِن كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ وَإِن كَانُواْ إِخْوَةً رِّجَالاً وَنِسَاء فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ يُبَيِّنُ اللّهُ لَكُمْ أَن تَضِلُّواْ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

"Səndən fətva istəyirlər, de: Allah sizə kəlalə barəsində fətvanı be‌lə verir: "Əgər bir kişi ölsə və onun övladı olmasa, amma bacısı ol‌sa, onun tərəkəsinin yarısı bacısına çatacaqdır. Əgər bacısının öv‌la‌dı olmasa, o meyyitin bütün mal-dövlətini irs aparır. Əgər iki nə‌fər (varis) olsalar, meyyitin tərəkəsinin üçdə ikisi onlara çatır. Əgər bacılar və qardaşlar olsa, hər bir kişiyə iki qadının payı qədər (irs) çatır. Allah (hökmləri) sizin üçün bəyan edir ki, yolunuzu azma‌yasınız. Allah hər bir şeyə agahdır."[17]

«Kəlalə» hökmünü Əbu Bəkrdən soruşduqda dedi: «Tezliklə bu barədə nəzərimi bəyan edəcəyəm. Əgər düzgün olsa, Allah tə‌rə‌findəndir; əgər xəta olsa, məndən və şeytandandır ki, Al‌lah və Rəsulu ondan bezardırlar: Mənim nəzərimə görə, bu, övlad‌dan və atadan başqasına şamildir.»

Ömər xilafətə çatan zaman dedi: «Mən Allahdan xəcalət çəkirəm ki, Əbu Bəkrin dediyi şeyi rədd edəm!»[18] Bir dəfə də belə demişdi: «Kəlalə o kəsdir ki, övladı olmasın.»[19]

Həmçinin onun nənənin varisi barəsində cavabı da (belə‌dir:) Malikin «Müvəttə», Darəminin «Sünən», Əbu Davudun «Sü‌nən» və Ibni Macənin «Sünən» kitablarında qeyd olun‌du‌ğu‌na əsasən, ravi belə deyir: «Bir nənə Əbu Bəkr Siddiqin ya‌nı‌na gəlib özünün mirası barəsində soruşdu, Əbu Bəkr ona de‌di: «Allahın Kitabında sənin üçün heç bir şey yoxdur, Pey‌ğəmbər sünnəsində də sənin üçün bir şey görmürəm. Indi qa‌yıt, camaatdan soruş.» Sonra o camaatdan soruşdu, Müğeyrə ib‌ni Şö`bə dedi: «Mən Peyğəmbərin yanında idim ki, nənənin pa‌yını altıda bir qərar verdi.» Əbu Bəkr dedi: «O vaxt sə‌nin‌lə yanaşı başqa bir adam da var idimi?» Məhəmməd ibni Məs‌ləmə Ənsari ayağa qalxıb Müğeyrənin sözünü təkrarladı. Əbu Bəkr onu həmin qadının barəsində təsdiq etdi.[20]

«Istiy`ab», «Üsdul-ğabə» və «Isabə» kitablarında Əbdür-Rəh‌man ibni Süheyl Ənsarinin tərcümeyi-halında, eləcə də Ma‌likin «Müvəttə» kitabında bir rəvayət vardır ki, onun xü‌la‌səsini qeyd edirik: Ölən şəxsin iki nənəsi – anasının ana‌sı və atasının anası – Əbu Bəkrin yanına gəldilər, o mi‌ra‌sı anasının anasına verdi, atasının anasına isə heç nə çat‌madı. Əbdür-Rəhman ibni Səhl dedi: «Ey Rəsulullahın xə‌li‌fəsi! Mirası o kəsə verdin ki, əgər ölsə, miras qoyan şəxs ondan irs aparmaz.» Əbu Bəkr onu, yə`ni altıda bir miqdarı – o iki qadının arasında bölüşdürdü.[21]

Bu ictihadlardan biri də Malik ibni Nüveyrənin qətlə ye‌ti‌rilməsi və Xalidin elə qətl gecəsində onun həyat yol‌daşı ilə zina etməsidir. Malik ibni Nüveyrə Təmimi Əba Hən‌zələ adı ilə məşhur idi. Cahiliyyət dövründə Bəni Yərbu qə‌bi‌ləsinin şücaətli pəhləvanı, şərafətli insanı və şairi sa‌yı‌lırdı. Islamı qəbul edən zaman Peyğəmbəri Əkrəm ¡ öz qövmü arasında sədəqələri cəm etmək işini ona hə‌valə etdi. O da Peyğəmbəri Əkrəm ¡-in vəfatından son‌ra sədəqələri yığıb saxladı və onu öz qövmünün arasında bölüş‌dürüb dedi:

فَقُلْتُ خُذُوا اَمْوَالَكُمْ غَيْرَ خَائِفٍ       وَلاَ نَاظِرٍ فِي مَا يَجِيءُ مِنَ الْغَدِ.   
فَاِنْ قَامَ بِالدِّينِ الْمَخُوفِ قَائِمٌ .          اَطَعْنَا وَقُلْنَا الدِّينُ دِينُ مُحَمَّدٍ

"Dedim: öz mal-dövlətinizi qorxu olmadan götürün,

"Sabah nə olacaq?" - deyə bir şeyi gözləməyin.

Əgər bu din üçün bir rəhbər ayağa qalxsa,

Itaət edib deyərik: Din Mühəmmədin dinidir."[22]

«Tarixi Təbər»də Əbdür-Rəman Ibni Əbu Bəkrin dilindən de‌yi‌lir: «Xalid Bəttahda[23] düşərgə saldı və Zirar ibni Əz‌və‌ri[24] Əbu Qütadənin də iştirak etdiyi bir qrupla Malikin qə‌bi‌‌lə‌sinə doğru göndərdi və gecə ikən onları mühasirəyə al‌dı‌lar.[25]

Əbu Qütadə deyir: Onlar gecə ikən həmin qövmü mühasirəyə alıb onları nəzarət altında saxladılar. Onlar silah götür‌dük‌də dedik: «Biz müsəlmanıq.» Onlar dedilər: «Biz də müsəl‌ma‌nıq!» Biz dedik: «Bəs nə üçün silah götürmüsünüz?!» Onlar de‌di‌lər: «Bəs siz niyə silah götürmüsünüz?!» Dedik: «Əgər düz deyir‌sinizsə, silahlarınızı yerə qoyun!»

O deyir: Onlar silahlarını yerə qoydular, biz namaz qıl‌dıq, onlar da namaz qıldılar.[26]

Ibni Əbil Hədidin şərhində Qütadədən nəqlən belə deyi‌lir: «Onlar silahlarını yerə qoyduqdan sonra onları əsir tu‌tub zəncirlədik və Xalidin yanına apardıq.»

«Əl-Isabə»də deyilir: Xalid Malikin gözəl arvadını gör‌dü. Bundan sonra Malik öz arvadına dedi: «Sən məni ölümə ver‌din!» (Yə`ni tezliklə sənin xatirinə öldürüləcəyəm.)[27]

«Tarixi Yə`qubi»də deyilir: «Xalid o qadını görən zaman hey‌rətləndi və dedi: «Allaha and olsun, qövmünün yanına qayıt‌mazdan əvvəl səni öldürəcəyəm!»[28]

«Kənzül-ümmal»da deyilir: «Xalid ibni Vəlid iddia edir‌di ki, Malik ibni Nüveyrə, dediyi və Xalidə çatdığı söz‌lər‌lə mürtəd olmuşdur, lakin Malik onu inkar edərək deyirdi: «Mən Islam dinindəyəm, dinimdə heç bir dəyişiklik etmə‌mi‌şəm.» Əbu Qütadə və Əbdüllah ibni Ömər onun xeyrinə şəha‌dət verdilər, lakin Xalid onu arxaya çəkdi və Zirar ibni Əz‌və‌rə göstəriş verdi ki, boynunu vursun. Bundan sonra onun yol‌daşı Ümmü Təmimi tutdu və onunla zina etdi.[29]

«Vəfayatül-Ə`yan», «Fəvatül-vəfəyat», «Tarixi Əbil Fida» və «Tarixi ibni Şöhnə» kitablarında deyilir: «Əbdüllah ib‌ni Ömər və Əbu Qütadə Ənsari orada idi və Xalid ilə Ma‌li‌kin barəsində danışırdılar. Xalid onların sözlərindən xoşlanmadı və Malik dedi: «Xalid! Bizi Əbu Bəkrin yanı‌na göndər, bizim barəmizdə mühakimə yürütsün. Sən bizdən baş‌qa, günahları bizdən artıq olanları onun yanına gön‌də‌rir‌din!» Xalid dedi: «Xeyr, Allah məni bağışlamasın, əgər sə‌ni öldürməsəm!» Sonra Zirar ibni Əzvərə göstəriş verdi ki, onun boynunu vursun. Malik öz həyat yoldaşına baxıb Xa‌li‌də dedi: «Məni ölümə verən budur!» (Çünki o qadın son də‌rə‌cə gözəl idi.) Xalid dedi: «Xeyr! Allah səni öldürdü, çünki Islam‌dan çıxmısan.»

Malik dedi: «Mən Islam dinindəyəm!»

Xalid dedi: «Zirar, onun boynunu vur!»

Zirar da onun boynunu vurdu, sonra onun başını (o çox tüklü idi) daş əvvəzi qazanın altına qoydular.[30]

Xalid həmin gecə Minhalın qızı və Malikin həyat yoldaşı olan Ümmü Təmimlə zina etdi. Əbu Züheyr Sə`di o hadisə barəsində belə bir şe`r qoşdu:

اَلاَ قُلْ لِحُيٍّ اُوطِئُوا بِالسَّنَابِكِ               تَطَاوَلَ هَذَا اللَّيْلُ مِنْ بَعْدِ مَالِكٍ

قَضَى خَالِدٌ بَغْيًا عَلَيْهِ لِعِرْسِهِ                وَكَانَ لَهُ فِيهَا هَوًى قَبْلَ ذَلِكَ         

فَاَمْضَى هَوَاهُ خَالِدٌ غَيْرَ عَاطِفٍ             عَنَانَ الْهَوَى عَنْهَا وَلاَ مُتَمَالِكٍ        

وَاَصْبَحَ ذَا اَهْلٍ وَاَصْبَحَ مَالْكٌ               اِلَى غَيْرِ اَهْلٍ هَالِكًا فِي الْهَوَالِكِ

"Agah olun! Atların nalları altında əzilib məhv olan kiçik qəbiləyə de:

Bu qara gecə Malikdən sonra çox uzun çəkdi!

Xalid zalımcasına onun gözəl arvadına görə onu məhv etdi,

Çünki bundan əvvəl də o qadının vüsalına çatmaq istəyirdi.

Xalid öz istəyini qorxusuz yerinə yetirdi,

Cilovu qırılmış nəfsinin havalarının əlində aciz qalıb.

Sonrakı gün o qadına sahib oldu və,

Malik həyat yoldaşı olmadan ölülərin arasında bir ölü oldu![31]

Bundan sonra Malikin qaynatası Minhal öz qövmündən olan bir kişi ilə onun cənazəsi üstünə gəldi. Minhal öz xur‌cunundan çıxartdığı parça ilə onu kəfənə büküb dəfn et‌di.[32]

«Tarixi Yə`qubi» kitabında yazılır: Əbu Qütadə özünü Əbu Bək‌rə çatdırıb onu hadisədən agah etdi və and içdi ki, mü‌səl‌man Maliki öldürən Xalidin bayrağı altında döyüşə heç vaxt getməyəcəkdir.

«Tarixi Təbəri»də Əbdür-Rəhman ibni Əbu Bəkrədən nəq‌lən belə deyilir: «Malikin Islam dinində olmasına şəhadət ve‌rən‌lərdən biri də Əbu Qütadə idi: o, Allahla əhd etdi ki, ar‌tıq heç vaxt Xalidlə birlikdə heç bir müharibəyə getmə‌yə‌cək.»

«Tarixi Yə`qubi»də deyilir: «Ömər ibni Xəttab Əbu Bəkrə dedi: «Ey Rəsulullahın xəlifəsi! Xalid müsəlman bir kişini öl‌dür‌müş və elə həmin gün onun həyat yoldaşı ilə zina etmiş‌dir!»

Əbu Bəkr Xalidi çağırıb hadisəni soruşduqda Xalid ona de‌di: «Ey Rəsulullahın xəlifəsi! Mən tə`vil və ictihad et‌dim, ictihadımda səhvə yol verdim.»[33]

«Vəfəyatül-ə`yan», «Tarixi Əbil Fida», «Kənzül-ümmal» və di‌gər kitablarda deyilir: Bu xəbər Əbu Bəkrlə Ömərə çat‌dıq‌da Ömər Əbu Bəkrə dedi: «Xalid zina etmişdir – onu daş-qa‌laq et!» Əbu Bəkr dedi: «Mən onu daş-qalaq etməyəcəyəm, çünki o, tə`vil və ictihad edib, səhvə yol vermişdir.» Ömər dedi: «Be‌lə isə, (heç olmazsa) işdən götür!» Əbu Bəkr dedi: «Mən Al‌la‌hın siyirdiyi qılıncı heç vaxt qınına qoymaram!»[34]

Təbərinin rəvayətində Əbdür-Rəhman ibni Əbu Bəkrə belə de‌yir: Onların qətlə yetirilmə xəbəri Ömər ibni Xəttaba çat‌dıqda, Xalidin barəsində Əbu Bəkrlə söhbətə başladı və cid‌diyyətlə dedi: «Bu Allah düşməni müsəlman bir kişiyə tə‌ca‌vüz edib, onu öldürmüş, sonra onun həyat yoldaşının üs‌tü‌nə tullanmışdır!» Xalid ibni Vəlid səfərdən qayıtdı, zi‌re‌hə oxşayan qəbası və üstündə oxlar sancılmış əmmaməsi ilə məscidə tərəf getdi. Içəri daxil olan zaman Ömər ona tə‌rəf yüyürdü, oxları əmaməsindən çıxarıb sındırdı və dedi: – «Ey riyakar! Müsəlman bir kişini öldürüb sonra onun arva‌dı‌nın üstünə cumursan! Allaha and olsun, öz daşlarımla səni rəcm (daş-qalaq) edəcəyəm!»

Xalid ona bir söz demədi və belə təsəvvür etdi ki, Əbu Bəkr də onun barəsində Ömər kimi fikirləşir. Nəhayət, Əbu Bəkrin yanına getdi, onu hadisədən agah etdi və öz üzrünü bəyan etdi. Əbu Bəkr onun üzrünü qəbul etdi və onun bu müharibədə gördüyü işlərdən güzəştə getdi.

O deyir: Xalid Əbu Bəkrin razılığını qazandıqdan sonra Ömər məsciddə olan bir halda çölə çıxıb ona dedi: «Ey Ümmü Şəmlənin oğlu! Mənim yanıma gəl!» Ömər başa düşdü ki, Əbu Bəkr ondan razı olmuşdur, buna görə də cavab verməyib öz evinə getdi.»

«Vəfəyatül-ə`yan» və «Tarixi Yə`qubi» kitablarında deyilir: Malikin qardaşı Mütəmmim ibni Nüveyrə şair idi. O, çoxlu mərsiyə oxumaqla qardaşını tə`riflədi, Mədinədə Əbu Bəkrin yanına gəldi və sübh namazını onun arxasında qıldı. Namazı qurtardıqdan sonra ayağa qalxıb onunla üzbəüz dayandı və öz kamanına söykənərək bu şe`ri oxudu:

نِعْمَ الْقَتِيلُ اِذَا الِّريَاحُ تَنَاوَحَتْ             خَلْفَ الْبُيُوتِ قُتِلْتَ يَا ابْنَ الْاَزْوَرِ.

اَدَعَوْتَهُ بِاللَّهِ ثُمَّ غَدَرْتَهُ                      لَوْ هُوَ دَعَاكَ بِذِمَّةٍ لَمْ يَغْدِرْ.

"Necə də yaxşı bir öldürülən idi!

O kəs ki, küləklər əsən zaman,

Evlərin arxasında onu öldürdün, ey Ovzərin oğlu!

Onu Allahın amanına də`vət etdin, sonra ona xəyanət etdin!

Halbuki, o, sənə verdiyi heç bir amanda xəyanət etməzdi."

Bu sözlərlə Əbu Bəkrə işarə edirdi, Əbu Bəkr cavabında dedi: «Allaha and olsun, mən nə onu də`vət etmişəm, nə də ona xəyanət etmişəm...»

Bu, Malikin qətli və Xalidin onu öldürdüyü gündə həyat yol‌daşı ilə zina etməsi hadisəsi idi. Bəli, Xalid namaz qı‌lan bir müsəlmanın barəsində tə`vil və ictihad etmiş, onu əsir tutub sonra öldürmüşdür, daha sonra yenidən tə`vil və ic‌tihad edərək həmin gecədə onun həyat yoldaşı ilə zina et‌miş‌dir, bundan sonra da Əbu Bəkrin tə`vil və ictihadına növ‌bə çatmışdır ki, ondan qisas hökmünü və şər`i həddi gö‌tür‌sün! Bəli, bu iki məşhur səhabə ictihad etdilər və səhvə yol verdilər, hər səhvləri üçün də bir mükafat alacaqlar. Di‌gər bir səhabə, yə`ni ictihad edərək Xalidin daş-qalaq olun‌ma‌sına göstəriş verən Ömər də iki mükafat alacaqdır! Amma Ma‌lik ibni Nüveyrə, Peyğəmbəri Əkrəm ¡-in işçisi və sə‌ha‌bəsi olduğu halda, bu əsirlikdə və qətlə yetirilmədə heç bir mükafat əldə etmir. Çünki o, böyük sərkərdə Xalid ibni Vəli‌din əmri əsasında qətlə yetirilmişdir!!!

v) Ömərin iCtihadlarI

Təbəri 23-cü ilin hadisələrini qeyd edərkən Ömərin sirə‌si, eləcə də maaşların verilməsi ilə əlaqədar dəftərlərin açıl‌ması barəsində belə yazır: «O ilk şəxs idi ki, camaat üçün divanxana və dəftər tərtibə saldı, camaatı qəbilələr əsa‌sında qeydə aldı, onlar üçün müəyyən olunmuş aylıq maaş tə`‌yin etdi.» O yazır: «Ömər ibni Xəttab bu dəftərlərin açıl‌ması barəsində müsəlmanlardan nəzər istədikdə Əli ibni Əbi Talib ona dedi: «Il boyunda əmvaldan hər nə qədər sənin ya‌nın‌da cəm olsa, onları bölüşdür və onlardan heç bir şeyi sax‌lama.» Osman dedi: «Çoxlu malı (beytul maldan) görürəm ki, bü‌tün camaata çatacaqdır və əgər bu camaat siyahıya alın‌maz‌sa, nəticədə maaş alanları maaş almayanlardan ayırd edə bil‌məzsənsə, qorxuram ki, iş pərakəndəliklə nəticələnsin.» Və‌lid ibni Hüşam ibni Müğeyrə dedi: «Ya əmirəl-mö`minin! Mən Şama getdikdə gördüm ki, oranın padşahları dəftər, di‌van‌xana, ordu və nizamlara malikdirlər. Belə isə, sən də di‌van‌xana və ordu tərtib elə.» Ömər onun nəzərini qəbul et‌di. Əqil ibni Əbi Talibi, Müxrəmət ibni Nofəli və Cübeyr ib‌ni Müt`imi (o, Qüreyşin nəsəbşünaslarından idi) çağırdı ona dedi: «Camaatı, məqam və mənzilətləri əsasında qeydə alın!»[35]

Ibni Covzi Ömərin xəbərləri və onun sirəsi, eləcə də onun camaata maaş tə`yin etməsi, bə`zilərini başqalarından üstün tutması ilə əlaqədar geniş bir bəyanda belə qeyd edir: «O, Abbas ibni Əbdül-Müttəlib üçün on iki min dirhəm tə`‌yin etmişdi. Peyğəmbərin zövcələrindən hər biri üçün on min dir‌həm ayırmışdı. Ayişəyə iki min dirhəm əlavə verməklə, onu Peyğəmbər ¡ başqa zövcələrindən üstün tutmuşdu. Bun‌dan sonra Bədr müharibəsində iştirak edən mühacirlərdən hər birinə beş min dirhəm, həmin müharibədə iştirak edən ən‌sar‌lar üçün dörd min dirhəm tə`yin etmişdi. Deyilmişdir: «Bədr müharibəsində iştirak edənlərin hər biri üçün – hər hansı bir qə‌bi‌lədən olsaydılar belə – beş min dirhəm tə`yin edirdi.» Bundan son‌ra Ühüd müharibəsindən Hüdeybiyyəyə qədər iştirak edən hər bir kəs üçün dörd min dirhəm, Hüdeybiyyədən sonrakı qə‌lə‌bələrdə iştirak edənlər üçün üç min dirhəm, Peyğəmbər ¡-in vəfatından sonra baş verən müharibə işti‌rak‌çı‌la‌rı‌na isə iki min, beş yüz, nəhayət iki yüz dirhəmə qədər ma‌aş ayırmışdı.»

O deyir: «Ömər bu hökmü qüvvəyə mindirdikdən sonra vəfat etdi.»

Həmçinin yazır: «Bədr döyüşündə iştirak edənlərin qa‌dın‌ları üçün 500 dirhəm, Bədrdən sonra Hüdeybiyyəyə qə‌dər olan müharibə iştirakçılarının qadınlarına 400 dir‌həm, bun‌dan sonrakı müharibələrdə iştirak edənlərin qadın‌ları‌na 300 dirhəm, Qadisiyyədə iştirak edənlərin arvadlarına 200 dir‌həm verdi, bundan sonra da yerdə qalan bütün qadınlara eyni səviyyədə maaş verirdi.»[36]

Yə`qubinin rəvayətində yuxarıda qeyd olunanlardan əlavə, be‌lə yazılır: «Ömər Məkkə böyükləri – Əbu Süfyan və Müa‌vi‌yə kimiləri – üçün beş min dirhəm pul tə`yin etmişdir.»[37]

Beləliklə, maaş almaqda da bə`zilərini başqalardan üstün tu‌turdu. Hətta iş o yerə çatmışdı ki, bə`zilərinin aylıq ma‌a‌‌şı başqalarından altmış dəfə artıq idi. Belə ki, Üm‌mül-mö`minin Ayişənin aldığı on iki min dirhəm pul, sair mü‌səl‌man qadınlarının aldığı iki yüz dirhəmlə müqayisədə bu miqdarda idi! Bu işlə də Peyğəmbər ¡ sünnəsinin əksi‌nə olaraq Islam cəmiyyətində sinfi ziddiyyətlərin və ayrı-seç‌kiliyin əsasını qoydu. Elə oldu ki, bir müddətdən sonra cə‌miyyətin bir təbəqəsində həddindən artıq mal-dövlət və sər‌vət toplanmağa başladı, digər təbəqəsində isə yoxsulluq və səfillik baş alıb getdi. Həmçinin, mütrif, işsiz və bö‌yük iddialı olan bir təbəqə yarandı. Hətta, xəlifə Ömər özü öz həyatının sonlarında bu faciənin nə qədər dərinliklərə iş‌lə‌diyini hiss etmişdi. Təbərinin nəql etdiyinə görə o, be‌lə deyirmiş: «Əgər keçmiş ömrümü yenidən əldə etsəm, var‌lı‌la‌rın mal-dövlətinin artığını alar və mühacir fəqir‌ləri‌nin arasında bölüşdürərdim.»[38]

Gördüyünüz kimi, özünün bu arzusunda da mühacir fəqir‌lə‌rini ənsar fəqirləri və sair müsəlman fəqirlərindən irəli keçir‌mişdir.»[39]

Beytül-malın ilk dəfə bu cür bölünməsinin öz ardınca gə‌tirdiyi ziyanlardan biri də bu idi ki, müsəlmanlar bundan son‌ra hakimlərin nüfuzları altında qərar tutdular, hər kəs on‌larla müxalifət etsəydi, onun maaşını kəsirdilər, hər kəs on‌larla yola gedirdisə, onların maaşları artırılırdı. Belə ki, Osmanın dövründə, eləcə də Ziyad və onun oğlu Übey‌dul‌la‌hın Kufədəki hökmranlıq dövründə bu işlər baş verirdi.[40]



[1] Mədinə-Şam yolu üzərində üç mil məsafədə yerləşən bir məntəqənin adıdır («Mö`cəmül-büldan»).

[2] «Təbəqati Ibni Sə`d», 2-ci cild, səh.190, 4-cü cild, səh.66; «Üyunul-əsər», 2-ci cild, səh.281. Əbu Bəkrlə Ömərin Üsamənin ordusunda olmasını aşkar şəkildə deyən‌lər: «Kənzül-Ümmal»ın müəllifi 5-ci cild, səh.312, onun müntəxəbatı «Müsnədi Əh‌məd»in haşiyəsində, 4-cü cild, səh.180. Ürvə, «Ənsabül-əşraf» kitablarında Üsamənin tərcümeyi-halı, 1-ci cild, səh.474; Ibni Abbasdan «Təhzibu tarixi Ibni Əsakir», «Tarixi Yə`qubi», səh.74 və «Tarixi Ibni Əsir»də, 2-ci cild, səh.123-də nəql olmuşdur

[3] «Nəhcül bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 2-ci cild, səh.21.

[4] «Tarixi ibni Əsakir», 1-ci cild, səh.433.

[5] «Sireyi Hələbiyyə», səh.237

[6] «Nəhcül bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 4-cü cild, səh.173-178

[7] Yenə orada, 1-ci cild, səh.53, «Şiqşiqiyyə» xütbəsinin şərhi.

[8] Onun tərcümeyi-halı «Əl-isabə», səh.215-də qeyd olunmuşdur.

[9] «Tarixi Təbəri» 1-ci çap, Misir, 3-cü cild, səh.234-235; «Tarixi Ibni Əsir», 2-ci cild, səh.146; «Tarixi ibni Kəsir», 9-cu cild, səh.319, 11-ci hicri ilinin hadisələri.

[10] Yenə orada, 4-cü cild, səh.52, 13-cü hicri ilinin hadisələri. Sair mənbələrin ünva‌nını «Əbdüllah ibni Səba» kitabının «Fatimeyi Zəhranın evinə yağışanlar» böl‌məsində axtara bilərsiniz.

[11] «Səhihi-Buxari», 2-ci cild, səh.115; «Müsnədi Əhməd», 2-ci cild, səh.207, 3-cü cild, səh.499; «Sünəni Əbu Davud», cihad kitabı, 3-cü cild, səh.55-56, hədis:2673, 2675, ədəb kitabı, 4-cü cild, səh.367 368, hədis:5268; «Sünəni Beyhəqi», 9-cu cild, səh.71-72.

[12] Yenə orada, istitabətül-mürtəddin kitabı; «Sünəni Əbu Davud», hüdud kitabı.

[13] «Sünəni Beyhəqi», 9-cu cild, səh.71

[14] Bu, yuxarıda qeyd olunan mənbələrdir.

[15] «Müfrədati Rağib», «kəlalə» kəlməsinin təfsiri.

[16] Təfsirlərdə qeyd olunduğu və bütün alimlərin fikir birliyində olduğu kimi, bu‌rada «kəlalə» dedikdə, meyyitin ana tərəfdən olan bacı və qardaşları nəzərdə tutu‌lur.

[17] Burada meyyitin bacı və qardaşları dedikdə, yalnız doğma bacı-qardaşlar, yaxud ata tərəfdən olan bacı-qardaşları nəzərdə tutulur.

[18] «Sünəni Darəmi», 2-ci cild, səh.365; «Ə`lamül-müəllifin», 1-ci cild, səh.28; «Sünəni Beyhəqi», 6-cı cild, səh.223.

[19] «Təfsiri Qurtubi», 5-ci cild, səh.77.

[20] «Müvəttəi Malik», 2-ci cild, səh.54; «Sünəni Darəmi», 2-ci cild, səh.359; «Sünəni Əbu Davud», 2-ci cild, səh.38; «Sünəni ibni Macə», səh.910; «Bidayətül-müctehid», 2-ci cild, səh.278.

[21] «Istiy`ab», «Isabə»nin haşiyəsində, 2-ci cild, səh.441; «Usdul-ğabə», 3-cü cild, səh.299; «Əl-isabə», 2-ci cild, səh.394; «Bidayətül-müctehid», 2-ci cild, səh.379; «Müvəttəi Malik», 2-ci cild, səh.54.

[22] «Mö`cəmüş-şüəra», Mərzbani, səh.260. Malikin tərcümeyi-halı «Əl-isabə», 3-cü cild, səh.336-da qeyd olunub.

[23] Bətha – Əsəd ibni Xüzeymənin diyarında bir su məntəqəsi idi («Mö`cəmül-büldan»).

[24] Zirar ibni Əzvər (Əsədi) şücaətli və dilavər bir şair idi. Onun tərcümeyi-ha‌lın‌da «Əl-isabə», 2-ci cild, səh.200-201-də deyilir: Xalid onu bir qrupla birlikdə Bə‌ni-Əsəd qövmündən olan bir şaxənin üstünə göndərdi. Onlar gözəl bir qadını əsir tu‌tub gətirdilər. Zirar onlardan istədi ki, qadını ona bağışlasınlar. Onlar da qa‌dı‌nı ona verdilər, onunla zina etdi, sonra peşman oldu və hadisəni Xalidə dedi. Xalid ona dedi: Sənə halal etdim! O isə dedi: «Xeyr, gərək Ömər üçün yazasan.» Ömər cava‌bın‌da belə yazdı: «Onu daş-qalaq edin!» Məktub gəlib çatanda artıq o ölmüş idi. Xa‌lid dedi: «Allah Zirarı xar etmədi.» Deyilmişdir ki, o Əbu Cəndəl ilə birlikdə şə‌rab içənlərdən biri idi.

[25] Əbu Qütadə Haris Ənsari Xəzrəci. Ühüddə və ondan sonrakı hadisələrdə işti‌rak etmişdir. Onu «Peyğəmbərin yeganə süvarisi» adlandırmışlar. Imam Əli ilə bir‌likdə də bütün müharibələrdə iştirak etmişdir. Onun hansı ildə vəfat etdiyi və ha‌ra‌da dəfn olunduğu barəsində ixtilaf vardır. Kufədə 38, yaxud 40-cı ildə və Mə‌dinədə 54-cü hicri ildə vəfat etdiyini yazmışlar. Onun türcümeyi-halı «Istiy`ab», 1-ci cild, səh.110-111, «Isabə»nin haşiyəsi 4-cü cild, səh.160-161, «Əl-isabə», 4-cü cild, səh.157-158-də qeyd olunmuşdur.

[26] «Tarixi Təbəri», Avropa çapı, 1-ci cild, səh.1927-1928

[27] «Əl-isabə», 3-cü cild, səh.337.

[28] «Tarixi Yə`qubi», 2-ci cild, səh.131.

[29] «Kənzül-ümmal», 1-ci çap, 3-cü cild, səh.132.

[30] «Vəfəyatül-ə`yan», 5-ci cild, səh.66; «Fəvatül-vəfəyat», 2-ci cild, səh.627. Hər iki kitabda bu hadisəni ibni Vəsimənin və Vaqidinin «rəddə» kitablarından nəql etmişlər; «Tarixi Əbil Fida», səh.158; «Tarixi Ibni Şöhnə», «Tarixi Kamil»in haşiyəsində, 11-ci cild, səh.114.

[31] «Vəfəyatul-ə`yan», 5-ci cild, səh.67; «Fəvatül-vəfayat», 2-ci cild, səh.626-627; «Tarixi Əbil Fida», səh.158; «Tarixi Ibni Şöhnə», «Tarixi Kamil»in haşiyəsində, 11-ci cild, səh.114.

[32] «Əl-isabə», 3-cü cild, səh.478, Minhalın tərcümeyi-halı.

[33] «Tarixi Yə`qubi», 1-ci cild, səh.132.

[34] «Kənzül-Ümmal», 1-ci çap, 3-cü cild, səh.132, hədis:228. Bundan əlavə mənbələr də əvvəlki səhifələrdə qeyd olundu.

[35] «Tarixi Təbəri», 2-ci cild, səh.22 23; «Fütuxul-büldan», səh.549. Biz böyük şəx‌siy‌yətlərin tərcümeyi-halından bəhs edən kitablarda Vəlid ibni Hişam ibni Müğeyrə ad‌lı bir şəxs görmədik. Bəlkə də o, Vəlid ibni Vəlid ibni Müğeyrə ola bilsin ki, onun tərcümeyi-halı da «Usdul-ğabə», 5-ci cild, səh.92, «Ənsabu Qüreyş», səh.322-də qeyd olun‌muşdur. Əqil ibni Əbi Talib də Müaviyənin xilafəti dövründə vəfat etmişdir. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.412-də qeyd olunmuşdur. Həmçinin Müx‌rəmət ibni Nofəl Qüreyşinin tərcümeyi-halı «Usdul-ğabə»nin 4-cü cildinin 337-ci səhifəsində, Cübeyr ibni Müt`im Qüreyşinin də tərcümeyi-halı həmin kitabın 1-ci cil‌dinin 271-ci səhifəsində qeyd olunmuşdur.

[36] «Nəhcül bəlağə»nin şərhi, Ibni Əbil Hədid, 3-cü cild, səh.154; «Fütuhül-büldan», səh.550-565.

[37] «Tarixi Yə`qubi», 1-ci cild, səh.153.

[38] «Tarixi Təbəri», 5-ci cild, səh.33, Ömərin sirəsi.

[39] Biz bilmirik ki, Allahın vacib etdiyi şeylər istisna olmaqla camaatın mal-dövlətini hansı əsasla almaq istəyirmiş?!

[40] Bax: «Ayişənin islam tarixindəki rolu», Osman və Müaviyyənin sirəsi bölmü. Zi‌ya‌dın anası Süməyyə, Hərəs ibni Kəldə Təbib Səqəfinin kənizi idi. O, Taifdə ev‌lə‌ri‌nə əlamət vuraraq zinaya yol verən qadınlardan biri idi və şəhərdən kənardakı zina‌kar arvadların məhəlləsində yaşayırdı. O, öz qazancının müəyyən bir hissəsini Hərəsə ve‌rir‌di. Hərəs də onu romalı qulam olan Übeydlə evləndirdi. Əbu Süfyan Taifə etdiyi sə‌fər‌lərinin birində şərab satan Əbu Məryəmdən zina etmək üçün bir qadın istə‌dik‌də, o, Süməyyəni gətirib göstərdi. Süməyyə ondan hamilə oldu və onu Übeydə nisbət ver‌di‌lər. O, həmişə Übeydə mənsub edilirdi, nəhayət Ziyad Bəsrədə Əbu Musa Əş`ərinin ka‌ti‌bi oldu və sonra Reyə hakim göndərildi. Bu dövrdə Müaviyə onu Əbu Süfyana mül‌həq etdi və ona Ziyad ibni Əbu Süfyan deyildi. Bu nisbəti Bəni-üməyyənin hakimiyyət döv‌ründə rəva görməyənlər onu Ziyad ibni Əbih (atasının oğlu) adlandırırdılar. Müa‌vi‌yə onu Bəsrə və Kufəy vali tə`yin etdi. O, Yezidə bey`ət etməkdən imtina etdiyi zaman göz‌lənilmədən 53-cü hicri ilində Kufədə dünyadan getdi. Ziyadın oğlu Übeydullahın ana‌sı da Mərcanə adlı bir kəniz idi və 28-ci hicri ilində Kufədə dünyaya gəl‌miş‌di. Müaviyə onu atasından sonra Xorasana vali göndərdi və sonra 55-ci hicri ilində Bəs‌rənin və Yezidin hakimiyyəti dövründə Kufənin valisi oldu. O, 61-ci hicri ilində Hü‌seyn ibni Əli -ı, onun Əhli-beytini və köməkçilərini şəhadətə çatdırdı. Bun‌dan sonra 76-cı hicri ilində Muxtarın ordusunun sərkərdəsi Ibrahim ibni Əştərin əli ilə qətlə yetirildi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment