Azəri
Thursday 18th of July 2024
0
نفر 0

KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI

KITAB VƏ SÜNNƏDƏ XÜMSÜN MƏQAMI

1-Qur`ani Kərimdə

Xüms ayəsi aşkar şəkildə göstərir ki, xüms Allahın, Pey‌ğəmbərin, zil-qurbanın, yetimlərin, miskinlərin və yolda qa‌lan‌ların haqqıdır. Indi belə bir sual yaranır: Bu ayədə Zil-qurba və zil-qurbadan sonra qeyd olunan şəxslər kim‌lərdir?

a) Zil-qurba

Ərəb kəlamında zil-qurba, qurba və ulul-qurba (qohum-əqrə‌ba) kəlmələrinin şə`ni zəmirin qayıtdığı yer və zahir isim ba‌xı‌‌mından «valideyn»in şə`ni kimidir. Yə`ni hər yerdə «vali‌deyn» kəlməsi gəldikdə, ondan əvvəl zəmirlə, yaxud müqəddər şəkil‌də təqdim olunan şəxslərin valideyni nəzərdə tutulur, ona görə də qurba, ulul-qurba, zəvil-qurba kəlmələri də eynilə belədir. Bunun aşkar nümunələri Qur`ani Kərimin «Tövbə» surəsinin 113-cü ayəsində belə buyurur:

مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُواْ أَن يَسْتَغْفِرُواْ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُواْ أُوْلِي قُرْبَى

"Peyğəmbər və mö`minlər müşriklər üçün heç vaxt istiğfar etməməlidirlər, hətta onların ən yaxnı adamlarından olsa belə."

Burada «uli qurba» (yaxınlar) dedikdə, məqsəd Peyğəmbərin və mö`minlərin yaxın adamlarıdır ki, ayənin əvvəlində aşkar şə‌kildə qeyd olunmuşdur.

Onun zəmir şəklində gətirilməsi isə «Ən`am» surəsinin 152-ci ayəsindədir:

وَإِذَا قُلْتُمْ فَاعْدِلُواْ وَلَوْ كَانَ ذَا قُرْبَى

"Bir söz deyəndə, ədalətli olun, hətta əgər öz yaxınlarınız barə‌sində olsa belə."

Burada «za-qurba» kəlməsindən məqsəd «qultum» kəlməsin‌də‌ki zəmirin qayıtdığı yerdir, yə`ni sizin yaxın qohum-əqrə‌ba‌nız.

Onun müqəddər forması isə «Nisa» surəsinin 8-ci ayəsi‌dir:

وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا

"Əgər meyyitin mirası (irsi) bölüşdürülən zaman qohumları da hazır olarsa..."

Burada «ulul-qurba»dan məqsəd o meyyitin qohum-əqrə‌ba‌larıdır ki, bu cümlədə müqəddər formada gəlmişdir və əv‌və‌lki ayədə aşkar qeyd edilmişdir. Qur`ani Kərimdə «zil-qur‌ba» və «ulul-qurba» ilə əlaqədar gələnlərin hamısı da eynilə belə‌dir.

Allah-taala iki yerdə də valideyni və «zil-qurba»nı bir-bi‌ri‌lə yanaşı qərar vermişdir. Belə ki, «Bəqərə» surəsinin 83-cü ayəsində buyurulur:

وَبِالْوَالِدَيْنِ إِحْسَاناً وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِين

"Ata-ananıza və qohum-əqrəbalarınıza ehsan edin."

«Nisa» surəsinin 36-cı ayəsində buyurulur:

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى ...

"...Valideynlərinizə və yaxın qohum-əqrəbalarınıza yaxşılıq edin."

Birinci ayədə Bəni-Israil qövmünün ata-anası və qohum-əqrə‌basından söhbət açılır ki, bundan əvvəl aşkar şəkildə qeyd olunmuşdur.

Ikinci ayədə isə ata-ana və qohum-əqrəbadan zəmir qayıt‌dı‌ğı mərcə "və`budullahə vəla tuşriku..." kəlmələridir ki, bu ümmə‌tin mö`minlərindən ibarətdir.

Indi bizim dediyimiz «Allah-taala xüms ayəsində "və`ləmu ənnə‌ma ğənimtum min şəy`in fə innə lillahi xumusəhu və lir-Rəsuli və li-zil-qurba" - deyə buyurduqda məqsədi hökmən «zil-qurba» de‌dik‌də, Peyğəmbəri Əkrəm ¡-in qohum-əqrəbaları nəzərdə tu‌tul‌malıdır ki, onun adı bundan öncə, heç bir fasilə olma‌dan zikr olunmuşdur. Əks halda, əgər belə olmazsa, belə sual yara‌nır ki, görəsən, Allah-taalanın bu ayədə zil-qurba dedik‌də məqsədi kimlərdir?

Həmçinin «Həşr» surəsinin 7-ci ayəsindəki «zil-qurba»‌nın vəziyyəti də eynilə belədir:

مَا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

"Allahın bu abadlıqların əhlindən Öz Rəsuluna qaytardığı şeylər Allaha, Peyğəmbərə və qohum-əqrəbasına məxsusdur."

Burada məqsəd Peyğəmbərin qohum-əqrəbalarıdır ki, onun adı bundan öncə aşkar şəkildə qeyd olunmuşdur.

Həmçinin «Şura» surəsinin 23-cü ayəsində

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

"Ey Peyğəmbər, de: Mən sizdən yalnız qohum-əqrəbama məhəbbətdən başqa heç bir muzd və zəhmət haqqı istəmirəm."

«Qurba» sözündən məqsəd «Əs`əlukum» kəlməsindəki fail zəmi‌rinin (əvəzliyinin) qohum-əqrəbasına işarədir.[1]

b) Yetim – atasını əldən verən və hələ həddi-büluğa çat‌ma‌yan səğir uşağa deyilir.

v) Miskin – o ehtiyaclıya deyilir ki, onun ehtiyacları onu biçarə etmişdir.

q) Ibni səbil – öz səfərində yolda qalan müsafirə deyilir.[2]

«Xüms» ayəsinin düzümü dəlalət edir ki, yetimlər, miskin‌lər və yolda qalanlardan məqsəd Peyğəmbərin qohum-əqrəba‌la‌rı‌dır. Bu ayədə həmin sözlərin şə`ni ilə əlaqədar demək la‌zım‌dır ki, onlar «zil-qurba»dan ibarətdir ki, onlardan qabaq qeyd olunur.

Xüsusilə bunu qeyd edək ki, Allah-taala Bəni Haşimdən qeyri-miskinlər və yolda qalanlar üçün «sədəqat»da xüsusi bir pay qərar vermişdir. Belə ki, «Tövbə» surəsinin 60-cı ayəsin‌də sədəqənin xərclənmə yerlərini bəyan edərək buyurur:

إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاكِينِ .... وَابْنِ السَّبِيلِ

"Onların sədəqələri fəqirlərə, miskinlərə... və yolda qalanlara məx‌susdur." Və bu sədəqə Bəni-Haşimdən olan fəqir və mis‌kin‌lə‌rə haramdır. Allah-taala onun əvəzi olaraq xümsü onlar üçün qərar vermişdir.

2-SÜNNƏDƏ VƏ MÜSƏLMANLARIN NƏZƏRINDƏ

Peyğəmbər ¡-in həyatı dövründə xüms altı yerə bölü‌nür‌dü: Iki pay Allaha və Onun Rəsuluna, bir pay Peyğəmbəri Əkrəm ¡-in qohumlarına və... Bu, Peyğəmbər ¡-in və‌fat etdiyi vaxta qədər bu minvalla davam etmişdir.[3]

Əbu Aliyə Riyahidən rəvayət olunur ki, belə demişdir: «Hər vaxt bir qəniməti Peyğəmbərin yanına gətirsəydilər, onu beş yerə bölür və beşdə dörd hissəsini mücahidlərə verirdi. Son‌ra onun xümsünü götürürdü, daha sonra ondan bir ovuc götü‌rüb Kə`bə üçün qərar verirdi və o da Allahın payı idi. Son‌ra yerdə qalanlarını beş yerə bölüşdürürdü: Bir pay Pey‌ğəm‌bəri Əkrəm ¡ üçün, bir pay «zil-qurba» üçün, bir pay ye‌tim‌lər üçün, bir pay miskinlər üçün, bir pay da yolda qalan‌lar üçün.» O belə deyir: «Kə`bə üçün qərar verdiyi şey elə Alla‌hın payı idi.»[4]

Bu iki rəvayətdə aşkar şəkildə qeyd olunur ki, xüms altı yerə bölünürdü və bu tamamilə düzgündür. Çünki «xüms» ayəsi‌nin aşkar buyruğu ilə tam uyğundur. Əbu Aliyənin rəvayə‌tin‌də də qeyd olunduğu kimi, Peyğəmbəri Əkrəm ¡ Al‌la‌hın səhmini Kə`bə üçün qərar verirdi. Bəlkə də bu iş bir də‌fə baş vermiş olsun. Bizim nəzərimizə görə bu barədə düz‌gün söz budur ki, Əta ibni Əbi Ribah onu nəql etmişdir. O deyir: «Allahın və Peyğəmbərin xümsü bir idi və Peyğəmbər onu istədiyi və bəyəndiyi kimi məsrəf edirdi.»[5]

Eynilə bunun oxşarı Ibni Cərihin rəvayətidir. O deyir: «...Onun beşdə dördü müharibədə iştirak edən mücahidlərə məx‌sus idi, yerdə qalan beşdə biri isə Allahın və Peyğəm‌bə‌rin payı idi ki, Peyğəmbər istədiyi kimi onu məsrəf edirdi. Həm‌çinin, «zilqurba»nın və... payı.»[6]

Əbu Aliyənin və Ibni Cərihin rəvayətlərində düzgün şey bu‌dur: «Allahın və Peyğəmbərin xümsdan olan payı Pey‌ğəm‌bə‌rin ixtiyarında idi və o həzrət istədiyi kimi məsrəf edir‌‌di.» Amma bu iki rəvayətdən belə aydın olur ki, «Allahın və Peyğəmbərin payı birdir.» Bu mə`na isə xüms ayəsinin zahiri ilə müxalifdir. Çünki Allah-taala xümsü bu ayədə altı yerə bölmüşdür. Yalnız bu halda düzgün ola bilər ki, o iki səhmin məsrəf olunma yerini bir hesab edək, nəinki hər iki səhm bir səhm olmuş olsun.

Həmçinin Qutadənin rəvayətini qeyd etmək olar ki, ayənin za‌hiri ilə uyğun gəlmir. Çünki o belə deyir: «Peyğəmbəri Ək‌rəm ¡ hər vaxt bir qənimət əldə etsəydi, onu beş yerə bö‌lüb onun xümsünü Allaha və Peyğəmbərə məxsus edər, qala‌nı‌nı isə müsəlmanların arasında bölüşdürərdi. Allahın və Pey‌ğəm‌bərin səhmi olan xümsü Peyğəmbərin özü, onun qohum‌ları, yetimlər, miskinlər və yolda qalanlar üçün qərar verər‌di. Və bu xüms beş hissəyə bölünürdü: Bir hissə Peyğəmbərə və...»[7]

Ibni Abbasın nəql etdiyi rəvayətdən aydın olur ki, o, iki səhmin bir səhmə çevrilməsi Peyğəmbərin vəfatından sonra baş vermişdir. O deyir: «Allahın və Peyğəmbərin səhmi birdir; «zil-qurba» da bir səhmə malik idi ki, bu iki səhm silah və minik üçün məxsus edilmişdi.»[8]

Təbəri Mücahiddən nəqlən belə deyir: «Sədəqə Ali-Peyğəmbərə halal olmadığına görə də xümsün beşdə biri onlara məxsus edilmişdi.»[9]

Başqa yerdə deyir: «Allah-taala bilirdi ki, Bəni Haşimdə də fəqirlər olacaqdır, buna görə də xümsü onlar üçün sədəqə əvəzi qərar vermişdir.»[10]

Yenə deyir: «Bunlar Allah Peyğəmbərinin qohumlarıdır; o kəslərdir ki, sədəqə onlara rəva deyildir.»[11]

Imam Əli ibni Hüseyn şamlı bir kişiyə belə buyurdu: «Məgər «Ənfal» surəsinin bu ayəsini oxumamısanmı?:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

O dedi: «Əlbəttə, oxumuşam, məgər siz onlardansınızmı?»

Imam buyurdu: «Bəli.»[12]

Bu, «xüms» ayəsində və başqa yerlərdə «zil-qurba» sözünün təf‌sirindən ibarət idi. Amma yetimlərə və miskinlərə gəl‌dik‌də isə, Nişapuri bu ayənin təfsirində deyir: Əli ibni Hüseyn‌dən rəvayət olunur ki, o həzrətə deyildi: Allah-taala bu‌yurmuşdur: «Vəl-yətama vəl-məsakin.» Həzrət buyurdu: "Yetim‌lər və miskinlər dedikdə, bizim (yə`ni Bəni-haşimin) yetimlərimiz və mis‌kinlərimiz nəzərdə tutulur."[13]

Təbəri Minhal ibni Ömərdən nəqlən belə yazır: «Əbdül‌lah ibni Məhəmməd ibni Əli və Əli ibni Hüseyndən xüms ba‌rə‌sində soruşdum. Dedilər: «Xüms bizə məxsusdur.» Mən Əli‌yə dedim: Allah-taala "vəl-yətama vəl-məsakinə vəbnissəbil" - deyə buyurur. Onlar dedilər: «Bizim (yə`ni Bəni-haşimin) miskinlər və bizim yetimlərimizdirlər.»[14]

Bura qədər xüləfa məktəbinin təfsir, hədis və sirə kitab‌la‌rında xüms bəhsini qeyd etdik. Sonrakı bəhsdə isə Əhli-beyt məktəbində xümsün məsrəf olunma yerlərini araş‌dıra‌ca‌ğıq.

Əhli-beyt imamlarından ¢ mütəvatir şəkildə nəql olu‌nan rəvayətlər göstərir ki, xüms altı yerə bölünür; Alla‌hın payı, Peyğəmbərin payı, «zil-qurba»nın payı. Peyğəmbərin həya‌tında və ondan sonra «zil-qurba» payı Əhli-beytə məxsus idi və ondan sonra sair Əhli-beyt imamlarına verilirdi. Al‌la‌hın və Peyğəmbərin, «zil-qurba»nın payından ibarət olan həmin pay bu ünvan altındadır və bu ünvana məxsusdur, yə`ni Alla‌hın payı Peyğəmbərin ixtiyarındadır ki, onu istədiyi yerdə məs‌rəf edə bilər. Peyğəmbərin vəfatından sonra da Peyğəm‌bə‌rin və Allahın payı onun canişini olan imamın ixtiya‌rın‌da olacaqdır. Deməli, xümsün yarısı bizim əsrimizdə tama‌mi‌lə Imam Əsr -a məxsusdur: iki pay Peyğəmbərin varisi ol‌maq cəhətindən, bir pay isə «zil-qurba» payından ibarət olan Ilahi bölgü yolu ilə. Bu üç pay imamət yolu ilə Imam Za‌man -a çatır. Digər üç pay isə Bəni Haşimdən Peyğəm‌bə‌rin qohumları olan yetimlər, miskinlər və yolda qalanlara məx‌sus‌dur. Həmin şəxslər ki, Allah-taala «Şüəra» ayəsinin 214-cü ayəsində onları xatırladaraq buyurmuşdur: "Və ənzir əşirətəkəl-əqrəbin" - "Öz yaxın qohum-əqrəbanı Ilahi əzabdan qorxut!" Belə ki, onlar Əbdül-Müttəlibin övladları – onların qa‌dın‌ları və kişiləridir və onlar da Əhli-beyt ¢-dan ta‌ma‌milə ayrıdırlar. Onların bu üç qrupda xümsa layiq görül‌mələri (müstəhəq olmaları) me`yarı iki şeydir:

a) Peyğəmbəri Əkrəm ¡-lə qohum olmaq.

b) Məişət xərclərini ödəmək üçün xüms almağa olan ehti‌yac.

Halbuki, əvvəldəki üç qrupun – pay sahiblərinin müstəhəq ol‌ma‌sı-yə`ni Allah, Peyğəmbər və «zil-qurba» - yalnız ehtiyaca görə deyil, ünvana görə olmuşdur.

Xümsün bu yarısı yalnız həyat və məişət xərclərinin tə`‌min olunacağı miqdarda Bəni Haşimdən olan bu üç qrup ara‌sın‌da bölüşdürülür. O miqdar verilir ki, onların bir illik eh‌ti‌yaclarını tə`min etsin. Əgər ondan bir şey artıq qalarsa, şəri‌ət hakiminin ixtiyarına verilməlidir. Əgər ehtiyac‌la‌rı‌nı tə`min edəcək miqdarda olmazsa və onları ehtiyacsız et‌məz‌sə, hakimə vacibdir ki, maldan onları ehtiyacsız edəcək miq‌darda mal onların ixtiyarlarına versin. Bu iş onların öh‌də‌sinədir, artıq olan miqdar da yenidən onun ixtiyarına ve‌ri‌lir.

Bu üç qrup ata tərəfdən Əbdül-Müttəlibə gedib çatmalı‌dır‌lar. Əgər yalnız ana tərəfdən ona mənsub edilərsə, onlara xüms‌dan bir şey verilməyəcək və sədəqə onlara halal ola‌caq‌dır. Çünki mütəal Allah «Əhzab» surəsinin 33-cü ayəsində buyu‌rur: «Ud`uhum li-abaihim» - «onları atalarının adları ilə çağırın.»

Imam Sadiq -ın belə buyurduğu nəql olunur: "Əbdül-Müt‌təlibin nəvələri də haşimilərlə xüms səhmində şərikdirlər."

Digər bir hədisdə isə belə buyurulur: "Əgər ədalət icra olun‌saydı, Haşimidən, yaxud Müttəlibidən heç bir şəxs sədəqəyə ehti‌yac‌lı olmazdı. Çünki Allah-taala Öz kitabında onlar üçün elə bir şey müqəd‌dər etmişdir ki, onunla əlləri açıq olsun."

Sonra buyurdu: "Insan yeməyə heç bir şey tapmadıqda, ölü (murdar olmuş) heyvan ona halal olur; sədəqə onlardan hər hansı bir şəxs üçün yalnız o vaxt rəva olur ki, bir şeyi olmasın və ölü heyvanı yeməyə icazə verildiyi şəxslərdən olsun."

Həmçinin, bu üç qrupdan hər hansı bir şəxsin xümsdan al‌dığı və malik olduğu şeylərin onun vəfatından sonra va‌ris‌lərinə nəql olunması da səhihdir. Eləcə də Peyğəmbər, ya‌xud imamdan fövtə gedən şeylər üç qrupun payından əldə olu‌nur və malik olur, o malda onun vəfatından sonra xüms ayə‌sinin yox, «irs» ayəsinin tələbinə əsasən onun varisinə ça‌tır.[15]

PEYĞƏMBƏR¡-iN ƏSRINDƏ XÜMSÜN MƏQAMINI BƏYAN EDƏN VAHID RƏVAYƏT

«Sünəni Əbu Davud», «Müsnədi Əhməd», «Təfsiri Təbəri», «Sünəni Nəsai» və «Səhihi Buxari» kitablarında Cübeyr ibni Müt`imdən belə nəql edilmişdir: «Peyğəmbər ¡ Xey‌bərin fəth olunması zamanı «zil-qurba» payını Bəni Haşim və Bəni Müttəlib üçün ayırdı, Bəni Nofəl və Bəni Əbdüş-şəmsi isə ondan məhrum etdi. Mən və Osman ibni Əffan Pey‌ğəmbərin yanına gedib dedik: «Ya Rəsuləllah! Biz sizinlə ya‌xın‌lıq cəhətindən Bəni Haşimin fəzilətini inkar et‌mirik, amma nə olmuşdur ki, Əbdül-Müttəlib övladlarını da bəhrələndirmisiniz və yalnız bizi və bizim qohum-əqrəbamızı məhrum etmisiniz?» Peyğəmbər buyurdu: «Mən və Bəni Əbdül-Müttəlib bir-birimizdən ayrılmırıq. (Nəsainin rəvayətində: Bəni Müttəlib məndən ayrılmır) nə cahiliyyət dövründə, nə də Islam dövründə. Biz və onlar bu yolla (bu zaman barmaq‌la‌rı‌nı bir-birinə keçirib göstərdi) bir-birimizlə qovuşmuşuq və birik..[16]

Əhməd ibni Hənbəlin özünün «Müsnəd» kitabında nəql et‌diyi başqa bir rəvayətdə deyilir ki, bu hadisə «Hüneyn» müha‌ri‌bə‌sində baş vermişdi.[17]

Əbu Davudun «Sünən»ində, Nəsainin «Sünən»ində və «Müs‌nə‌di Əhməd»də üçüncü bir rəvayət o qəzvəni tə`yin etmə‌miş‌dir.[18]

Osmanla Cübeyrin sualı və Peyğəmbəri Əkrəm ¡-in on‌lara cavabı buna görə olmuşdur ki, Əbdü Mənafın dörd oğul var idi:

1-Haşim, onun adı Əmr idi;

2-Müttəlib;

3-Əbdüş-Şəms;

4-Novfəl.[19]

Bu sülalədən Bəni Haşimlə Bəni Müttəlib Peyğəmbəri Ək‌rəm ¡-ə kömək etməkdə əlbir olmuşdular. Qüreyş də ha‌mı‌lıqla onlara qarşı müharibəyə başlamış, onlarla bütün əla‌qələrin kəsilməsinə dair əhdnamə yazmışdılar. Peyğəmbəri Ək‌rəm ¡ və onun köməkçiləri çarəsizlik üzündən «Əbu Ta‌lib» dərəsinə gedərək 3 il orada qalıb onlarla əla‌qələ‌ri‌ni kəsdilər. Əbdüş-şəms və Novfəlin övladları da onların ək‌si‌nə olaraq Qüreyşlə əlbir olmuşdular.

Ibni Əbil Hədid bu barədə belə yazır: «Bəni Novfəlin Islama meyl etməməsi və bu yolda tə`xirə yol vermələrinin səbəblərindən biri Əbdüş-şəms övladlarının tə`xirə yol vermələri idi. Onlardan heç bir şəxs belə, Peyğəmbərə kömək etməmiş, onun «Kərimə məşahidində» hazır olmamışdılar. Halbuki, Əbdül-Müttəlibin övladları Bəni Haşimi sevməklə yanaşı, Peyğəmbərin yolunun aydın olduğunu, müxaliflərin tədbirlərinin də kin-küdurət və həsəddən irəli gəldiyini bilir, amma bundan başqa heç bir şeyi islama meyl etmək qarşısında maneə hesab etmirdilər. Haris ibni Əbdül-Müttəlibin övladları – Übeydə, Tüfeyl və Hüseyn, Ibad ibni Müttəlibin övladı olan Müstəh ibni Əsasə ilə birlikdə Bədr müharibəsində iştirak etmişdilər. Əbu Talib Qüreyşin Peyğəmbər əleyhinə əlbir olduğu zaman Müt`əm ibni Ədi ibni Novfələ dedi:

جزى اللّه عنا عبد شمس ونوفل        اجزاء مسي ء عاجلا غير آجل

"Allah bizim əvəzimizə Əbdüş-şəms və Novfəl şaxəsinə cəza versin.

Elə bir cəza ki, pis adamlara verər, sür`ətli və möhlətsiz!"[20]

Cübeyr ibni Müt`im bu rəvayətdə xatırladır ki, Peyğəm‌bə‌ri Əkrəm ¡ «zil-qurba» payını Bəni Haşimlə Bəni Müt‌təlib arasında bölmüşdür. Bizim nəzərimizə görə, bu hə‌di‌sin ravisinin gördüyü şey bu idi ki, Peyğəmbəri Əkrəm ¡ xüms səhmlərindən onlara vermişdi və Bəni Üməyyə və Bəni Novfələ onlardan heç nə verməmişdi. Amma Peyğəm‌bə‌ri Əkrəm ¡-in onlara verdiyi payın (zil-qurba payı‌nın) ayırd edilməsinə gəldikdə isə, bunu ravi özündən qu‌raş‌dırmış və öz təsəvvürü əsasında demişdi. Amma bunu qeyd etməmişdi ki, Peyğəmbəri Əkrəm ¡ bunu buyurmuş ol‌sun. Buna görə də mümkündür ki, Peyğəmbər Allahın və özü‌nün səhminin bir qismini onlara bağışlamış olsun. Çünki qeyd olunduğu kimi, Peyğəmbərin onu məsləhət gördüyü hər bir şəkildə məsrəf etməyə haqqı var idi. Bəlkə də miskin səhmlərindən bə`zilərini onlara vermişdi, çünki sədəqə onların fəqirlərinə haram idi.

SƏDƏQəNIN PEYĞƏMBƏRƏ VƏ ONUN QOHUMLARINA HARAM EDILMƏSI

Bu barədə hədislər olduqca çoxdur. O cümlədən, «Səhihi Müs‌lüm» kitabında deyilir: «Hər vaxt Peyğəmbər üçün yemək gətir‌səydilər, onun vəziyyətindən soruşardı. Əgər «hədiyyədir» - deyilsəydi, onu qəbul edib yeyər, əgər «sədəqədir» – deyil‌səydi, onu yeməzdi.»[21]

Həmçinin «Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Əbi Davud» və «Sünəni Darəmi» kitablarında deyilir: Pey‌ğəm‌bəri Əkrəm ¡ yolda bir xurma dənəsini görüb buyur‌du: «Əgər sədəqə əmvalından olmasaydı, onu yeyərdim.»

Həsən ibni Əli bir dəfə sədəqə xurmalarından olan bir də‌nə xurmanı götürdü və onu ağzına qoyduqda, Peyğəmbər bu‌yur‌du: "Onu çıxart! Bilmirsənmi ki, biz sədəqə yemirik?!" Başqa bir rəva‌yətdə isə "sədəqə bizə halal deyildir" - deyə buyurmuşdu.[22]

Peyğəmbər ¡ Bəni Haşim qəbiləsindən olan‌ları sə‌də‌qə‌nin bir yerə toplanmasına mütəvəlli (cavabdeh, başçı, məs`u‌liyyətçi) etməyi və onları «amilinə əleyha» (sədəqəni yığanlar) səhmindən bəhrələnməkdən çəkindirmişdir. Belə ki, Müslüm, Əhməd, Əbu Davud, Nəsai, Termizi, Əbu Übeydə və başqaları da belə rəvayət edirlər:

Rəbiət ibni Haris ibni Əbdül-Müttəlib və Abbas ibni Əbdül-Müttəlib bir-birinə dedilər: «Allaha and olsun, yaxşı olar ki, bu iki cavanı-Əbdül-Müttəlib ibni Rəbiə və Fəzl ibni Abbası Peyğəmbərin yanına göndərək ki, ondan istə‌sin‌lər, bu iki şəxsi sədəqələrin toplanmasına mə`mur etsin, cama‌atın verdiyi şeyləri versinlər, onların bəhrələndikləri şey‌lərdən də bəhrələnsinlər.»

Ravi deyir: Həmin halda Əli ibni Əbi Talib gəlib çatdı və o iki nəfərin yanında dayandı, məsələni onun üçün bəyan et‌dik‌də, Əli ibni Əbi Talib buyurdu: «Belə bir iş görməyin, çün‌ki... Allaha and olsun ki, o, bu işi görməyəcək!» Rəbiə ona dedi: «Allaha and olsun, bu sözü paxıllıq üzündən deyir‌sən, halbuki, sən Peyğəmbərin kürəkəni olmaq məqamına çatmı‌san, biz isə sənə paxıllıq etmədik.»

Əli dedi: «Onda isə, onları göndərin.» Özü isə yat‌dı. Rəvayətdə qeyd olunur ki, Əli öz ridasını yerə salıb onun üstündə yatdı və dedi: «Mən rə`yi möhkəm olan Əbul-Həsə‌nəm. Allaha and olsun, sizin oğlanlarınız əli boş qayı‌dana qədər mən yerimdən qalxmayacağam.»

Əbdül-Müttəlib ibni Rəbiə dedi: – Peyğəmbəri Əkrəm ¡ zöhr namazını qılıb qurtaran zaman ondan qabaq otağa tərəf getdik və onun yanında oturduq. Nəhayət o gəldi və bizim yanaqlarımızdan öpüb buyurdu: «Çantanızda nə var‌dı‌sa, çıxarın.» Sonra daxil oldu, biz də daxil olduq. O gün Pey‌ğəm‌bər Zeynəb binti Cəhşin evində idi. Hər birimiz da‌nış‌mağı digərin öhdəsinə atdıq, axırda birimiz dedik: «Ya Rəsu‌ləllah! Sən camaatın ən yaxşısısan, sileyi-rəhim etmək‌də onların hamısından öndəsən. Bizim hər ikimiz izdivac həd‌dinə çatmışıq və gəlmişik ki, bizi bu sədəqələrdən bə`‌zi‌lərinin toplanmasına mə`mur edəsən, onu sair camaat kimi sə‌nin yanına yığıb gətirək və onlar kimi bu işdən (bağdan) bəh‌rələnək.» Peyğəmbər bir qədər sükut etdi. Biz qərara aldıq ki, yenidən onunla bu barədə danışaq. Bu zaman Zeynəb pərdə‌nin arxasından bizə işarə etdi ki, belə bir söz deməyin, son‌ra Peyğəmbər buyurdu: «Sədəqə Ali-Mühəmməd üçün layiq de‌yil‌dir, çünki o, camaatın çirkləridir. Mühəmiyyəni mənim yanı‌ma çağırın.»

O, Novfəl ibni Haris ibni Əbdül-Müttəliblə xüms işini öh‌dəsinə almışdı. O deyir: Bu iki nəfər gəldikdə Pey‌ğəm‌bər ¡ Mühəmiyyəyə buyurdu: «Öz qızını bu oğlanın (Fəzl ib‌ni Abbasa işarə edirdi) əqdinə keçir.» Novfəl ibni Ha‌ris ibni Əbdül-Müttəlibə isə belə buyurdu: «Qızını bu oğla‌na – Əbdül-Müttəlib ibni Rəbiəyə – ver.» Onu mənim əqdimə keçir‌di və Peyğəmbər ¡ Mühəmiyyəyə buyurdu: «Onların mehriyyəsini xümsdan filan qədər ver.»[23]

Beləliklə, Peyğəmbəri Əkrəm ¡ Bəni Haşimdən bir kə‌si sədəqənin toplanmasına mə`mur etməkdən çəkindi. Bura‌dan aydın olur ki, Peyğəmbəri Əkrəm ¡-in Əli -ı sə‌də‌qələri toplamaq üçün Yəmənə göndərməsini güman edənlər ya‌nıl‌mışlar. O sözün düzgünü Ibni Qəyyim Covziyyənin sözü‌dür. O, özünün «Zadul-məad» kitabında «Peyğəmbəri Əkrəm ¡-in əmrləri» fəslində deyir: «Və Əli ibni Əbi Tali‌bi xümsü toplamaq və qəzavət işlərini yerinə yetirmək üçün Yə‌mə‌nə göndərdi.»[24] Ondan öncəki fəsildə – «Həzrətin pad‌şah‌lara göndərdiyi səfirlər və məktublar» fəslində deyir: «Əbu Musa Əş`əri və Məaz ibni Cəbəli Təbukdan qayıtmazdan əvvəl Yəmənə göndərdi.» Deyilmişdir ki, əksinə, hicrətin 10-cu ilinin Rəbiul-əvvəl ayında göndərdi ki, onları Islam dininə də`vət etsinlər, oranın ümumxalq kütlələri könüllü şəkildə və heç bir çarpışma olmadan Islamı qəbul etdilər. Sonra Əli ibni Əbi Talibi oraya göndərdi və o, Məkkədə «Həccətül-vida»da onlara (Peyğəmbər və səhabələrə) qovuşdu.»[25]

Bəlkə də bə`zilərinin səhvinin səbəbi budur ki, Peyğəm‌bər‌dən sonra iki xəlifə xüms fərizəsini camaatın arasından yı‌ğış‌dırdılar. Bundan sonra artıq vacib sədəqəni müsəl‌man‌lar‌dan almaqdan başqa bir şey qalmamışdı və onlar da Pey‌ğəm‌bər dövrünü öz dövrləri kimi təsəvvür edərək güman edir‌di‌lər ki, Peyğəmbəri Əkrəm ¡ Əlini sədəqələri top‌la‌maq üçün Yəmənə göndərmişdi. Amma unutmuşdular ki, Pey‌ğəm‌bər ¡ hətta öz xidmətçisini belə sədəqə top‌l‌a‌ma tədbirlərində iştirak etməkdən çəkindirmişdi. In‌di öz əmi oğlusu və itrətinin atasını necə göndərə bilər‌di?!

Əbu Davud, Nəsai və Termizi öz «Sünən» kitablarında rə‌va‌yət etmişlər ki, Peyğəmbəri Əkrəm ¡ bir nəfəri sə‌də‌qə almaq üçün Bəni Məhrum qəbiləsinə göndərdi. Ter‌mizi deyir: Onun adı Ərqəm ibni Ərqəm idi və Əbu Ra‌feyə belə dedi: «Mənimlə birlikdə gəl, sənin də ondan bir pa‌yın olsun.» O dedi: «Xeyr! Əvvəlcə Peyğəmbərin yanına ge‌dib ondan soruşmalıyam.» Sonra Peyğəmbərin yanına gedib so‌ruş‌du və o həzrət buyurdu: «Bir qövmün xidmətçisi onların özün‌dəndir və sədəqə bizim üçün halal deyildir.»[26]

Bəli, Peyğəmbəri Əkrəm ¡ məhz buna görə Əbu Rafe‌ni sədəqə toplayanlarla birlikdə getməkdən saxladı ki, «ami‌li‌nə əleyha» payı ona çatmasın. Çünki o, həzrətin xidmətçisi idi. Əhli-beyt imamları ¢ da Peyğəmbər ¡-dən son‌ra belə edərək, onu almaqdan imtina etmiş və bütünlükdə Bə‌ni Haşimi onu almaqdan çəkindirmişlər.

«Dəaimul-Islam» kitabında deyilir: Imam Sadiq -a de‌di‌lər: «Indi ki, xümsdan məhrum olmusunuz, sədəqə sizə ha‌lal olurmu?» Həzrət buyurdu: "Xeyr! Allaha and olsun ki, Allah onu bizə haram etmişdir. Zalımların bizim haqqımızı qəsb etməsinə görə bizə halal olmaz. Allahın bizə halal etdiyi şeylərə nail ol‌maqdan onların bizi məhrum etmələri Allahın bizə haram etdiyi şeyin halal olma‌sına səbəb olmaz.[27]

Səduq özünün «Xisal» kitabında Imam Sadiq -ın öz atasından belə buyurduğunu rəvayət edir:

لاَتَحِلُّ الصَّدَقَةُ لِبَنِي هَاشِمٍ اِلاَّفِي وَجْهَيْنِKاِنْ كاَنُوا عِطَاشَى وَاَصَابُوا مَاءً شَرِبُوا،وَصَدَقَةُ بَعْضِهِمْ عَلَى بَعْضٍ

"Sədəqə Bəni Haşim üçün halal deyildir. Yalnız iki halda halaldır: Birincisi budur ki, susuz olsun və (sədəqə alaraq) suya çatıb onu içsinlər. Digəri də onların özlərindən olan bir şəxsin digərinə sədəqə verməsidir."[28]

Buradan aydın olur ki, Əhli-beyt imamlarının öz dövr‌lə‌ri‌nin hakimlərindən beytül-mal əmvalından qəbul etdikləri şey‌ləri bə`zilərinin təsəvvür etdiyi kimi vacib sədəqə ünva‌nı ilə deyil, özlərinin fey`, ənfal, zimmə əhlinin cizyəsi və fəth olunan qənimətlərin xümsündan olan hüquqlarının bir qis‌mi olması ünvanı ilə qəbul etmişlər.

Amma içməli axar sulara gəldikdə isə, onların əksə‌riy‌yə‌ti vəqf olunmuşdur ki, sahibləri onları ümum müsəl‌man‌la‌rın bəhrələnməsi üçün vəqf etmişlər, onların vəziyyəti mü‌səl‌manların yolları arasında böyük dayanacaqlar və onların məs‌cidləri kimidir ki, əgər «qürbətən iləllah» niyyəti ilə tikil‌miş olsa və həmin münasibətlə onlara sədəqə deyilsə də, onlar bizim bəhs etdiyimiz vacib sədəqə növündən deyildir ki, onlardan bəhrələnmək qeyri-fəqirlər üçün qadağan olsun; əksinə, onlar bütün müsəlmanların mənfəət aparması üçündür, fəqir-varlı, əmir-mə`mur, Haşimi və qeyri-Haşimi onlardan bəhrələnməkdə eyni səviyyədədirlər. Məhz buna görə də bizim bəhs etdiyimiz növdən xaricdir.

Bura qədər Islam mənbələrində xüms və onun səhmlərinin sahiblərinin (Peyğəmbər dövründə) qeyd olunduğu mənbələri bə‌yan etdik. Həmçinin, sədəqənin Bəni Haşimə, onların xid‌mət‌çilərinə və onlara bağlı olanlara haram olmasında; onla‌rın Peyğəmbər dövründə və ondan sonra sədəqənin qəbul etmə‌lə‌ri‌nin qadağan olunmasını və sair kimi məsələləri bəyan et‌dik. Amma xəlifələrin xüms fərizəsi barəsində, eləcə də on‌la‌rın bu barədə ictihadının necəliyi və Peyğəmbərin qı‌zı‌nın haqqında xüsusi bir şəkildə rəftar etmələrinə gəl‌dik‌də isə, bu işlərin dərk olunması üçün gərək əvvəlcə Pey‌ğəm‌bərin mirası və özündən sonra tərk etdiyi şeyləri, bundan son‌ra xəlifələr tərəfindən Fatimeyi-Zəhra -a varid edilən müsibətlər, o həzrətin şikayətləri və sair kimi məsə‌lələri araşdıraq:

PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN MIRASI VƏ TƏRK ETDIYI ŞEYLƏR

Qazi Mavərdi (450-ci ildə vəfat edib) və Qazi Əbu Yə`la (458-ci ildə vəfat edib) demişlər: «Peyğəmbəri Əkrəm ¡-in iki haqqı var idi: Birincisi xüms haqqı, yə`ni «fey`» və qənimətlərin beşdə biri, digəri isə Allahın «fey`»‌dən Peyğəmbərə qaytardığı və müsəlmanların heç bir müha‌ri‌bə olmadan fəth etdikləri şeylərin beşdə dördündən ibarət‌dir. (Nəhayət axırda deyirlər:) Amma Peyğəmbərin sədəqələrinə gəl‌dikdə isə o, səkkiz yerdə idi:

1-Peyğəmbəri Əkrəm ¡-in yəhudi Müxeyriqin vəsiyyəti əsa‌sında malik olduğu yeddi bağ.

2-Mədinədə Bəni-nəzir tayfasından o həzrətə çatan torpaq sahəsi.

3-4-5-Xeybərdəki üç qala.

6-Fədəkin yarısı.

7-Vadil-qura ölkəsinin üçdə biri.

8-Mədinənin «Məhruz» adlı bazar yeri.[29]

Qazi Əyaz (544-cü ildə vəfat edib) deyir: «Bu sədəqələr o Həz‌rətə üç yolla çatmışdı: Hibə və hədiyyə yolu ilə; misal üçün yəhudi Müxeyriq islamı qəbul edən zaman – Ühüddə və‌siy‌yət etmişdi. O, özünün Bəni-nəzir tayfasında olan yeddi ba‌ğı‌nı Peyğəmbər ¡-ə hədiyyə etmişdi. Ənsarın öz yer‌lərindən o həzrətə verdiyi hədiyyələr, su çıxmayan torpaq sahələri də o həzrətin mülkündə idi.

Ikincisi, o həzrətin Bəni-nəzir torpaqlarından, onların köç edib getdikləri zaman «fey`» haqqı idi ki, o həzrətin «xas‌sə»‌si və «xalisə»si adlandırılırdı. Çünki müsəlmanlar onu əldə etmək üçün heç bir döyüş aparmamışdılar. Amma Bə‌ni-nəzirin «mənqul» mal-dövlətinə gəldikdə isə, onlar öz mal‌larını bacardıqları qədər dəvələrə yükləyib apardılar. Yal‌nız silahlarını aparmadılar ki, bu da müqavilə əsasında idi və o həzrət yerdə qalan şeyləri müsəlmanların arasında bö‌lüş‌dürdü, onlardan qalan torpaq sahələri onun özünə məxsus ol‌du və onu müsəlmanların çətinliklərinin həll olunması məq‌sə‌dilə sərf etdi.

Həmçinin, «Fədək» torpaqlarının yarısı da ona hədiyyə olun‌muşdu. Belə ki, Xeybər qalası fəth olunduqdan sonra onun sahibləri ilə müsalihə etdi və bu da o həzrətin xali‌sə‌sin‌dən sayılırdı.

Eləcə də «Vadil-qura» ölkəsinin üçdə biri; belə ki, ora‌nı, onun yəhudi sahibləri ilə müsalihədə əldə etmişdi. Həm‌çinin, Xeybər qalalarından «vətih» və «səlalim» də müsa‌lihə yolu ilə o həzrətin ixtiyarına keçmişdi.

Üçüncüsü, o həzrətin Xeybər xümsündan, eləcə də qələbə gü‌n‌ündə nəsibi olduğu şeylərin xümsü; belə ki, onların hamı‌sı Peyğəmbəri Əkrəm ¡-in xüsusi mülkiyyətində idi və heç kəsin onda haqqı yox idi.[30]

Indi isə bu üç qazinin sözlərini şərh edirik:

a) Onların dediyi «Peyğəmbərin sədəqələri» sözünə gəldik‌də isə, bu, xüləfa məktəbinin alimləri-mühəddisləri, tarix‌çi‌ləri, fəqihləri və lüğətçiləri arasında məşhur olan bir is‌ti‌lahdır və bu, Peyğəmbərin qeyri-mənqul mirası üçün düzəl‌dilmişdir. Onların istinad etdikləri şey, yalnız Əbu Bək‌rin rəvayətidir ki, onun ravisi də yalnız onun özüdür. O de‌yir ki, Peyğəmbər buyurmuşdur: «Bizim qoyduğumuz hər bir şey sədəqədir.»

b) Peyğəmbəri Əkrəm ¡-in əmlakının şərhi və onun öz mülkiyyətinə necə keçirməsi də aşağıda qeyd olunacaqdır:

 PEYĞƏMBƏRI-ƏKRƏM ¡-IN TƏMƏLLÜKÜNÜN (bir şeyin onun mülKiyyətinə KeÇməsinin) MƏNŞƏYI VƏ ONUN BƏYANI

a) Müxeyriqin vəsiyyəti.

Müxeyriq Bəni Qəynuqa tayfasının varlı bir şəxs, yəhudi alim‌lərindən və Tövratın bilicilərindən idi.[31] O, Peyğəmbəri Ək‌rəm ¡-in Mədinəyə hicrət etdiyi və Qubada mənzil sal‌dığı zaman o həzrətin yanına gələrək islamı qəbul et‌miş‌di.[32]

Ühüd müharibəsində öz qövmünə xitab edərək dedi: – «Ey yə‌hu‌dilər! Allaha and olsun ki, siz yaxşı bilirsiniz ki, Mü‌həm‌məd peyğəmbərdir və ona kömək etmək sizə vacibdir.» On‌lar dedilər: «Bu gün şənbə günüdür.» O dedi: «Heç bir şənbə yox‌dur!» Sonra öz silahını götürdü və Peyğəmbərlə yanaşı döyü‌şə gedib şəhadətə çatdı. Peyğəmbəri Əkrəm ¡ bu‌yurdu: «Müxeyriq ən yaxşı yəhudidir.» Müxeyriq Ühüdə gedən za‌man demişdi: «Əgər öldürülsəm, mal-dövlətim Mühəmmədə məxsus olsun.»[33]

Müxeyriqin əmvalı yeddi bağdan ibarət idi: «Ə`raf», «Sa‌fiyə», «Dəlal», «Meysəb», «Bərqə», «Husna» və Ümmü Ibrahimin «məş‌rəbə»si idi ki, Peyğəmbərin Mariya adlı kənizi orada yaşa‌yırdı.[34]

Bu yeddi bağın ətraflı izahı «Vəfaul-vəfa» kitabının 944-988-ci səhifələrində, Mavərdinin «Əhkamul-sultaniyyə» kita‌bının 179-cu səhifəsində, Əbu Yə`lanın öz kitabının 183-cü səhifəsində və «Əl-iktifa» kitabının 2-ci cildinin 103-cü səhifəsində qeyd olunmuşdur.

Səmhudi Vaqididən nəql edir ki: «Peyğəmbər Ə`raf, Bərqə, Mey‌səb, Dəlal, Husna və Ümmü Ibrahimin məşrəbəsini 7-ci hic‌ri ilində vəqf etdi.»[35]

b) Ənsarın Peyğəmbəri Əkrəm ¡-ə hədiyyələri:

Ibni Abbasdan rəvayət olunur ki: «Peyğəmbəri Əkrəm ¡ Mədinəyə varid olduğu zaman Mədinədəki ənsarlılar su çıx‌mayan torpaq sahələrinin hamısını Peyğəmbərə bağışladılar ki, istədiyi kimi işlətsin.»[36]

v) Bəni-nəzirin torpaqları:

Yəhudi qövmü Mədinəyə daxil olan zaman Bəni-nəzir qəbi‌lə‌si Büthan, Bəni Qüreyzə və Məhzurda məskunlaşdılar. Bu iki vadi Mədinənin daşlı-qayalı məntəqəsinin aşağısında yer‌ləşirdi və oradan çox yaxşı sular axırdı.[37]

Allah-taala bu torpağı Peyğəmbəri Əkrəm ¡-ə qay‌tar‌dığı zaman Ömər dedi: – Əldə etdiyin şeyləri təxmis etmisənmi (xümsünü vermisənmi)? Peyğəmbər ¡ buyurdu:

لاَ اَجْعَلُ شَيْئًا جَعَلَهُ اللّهُ لِي دُونَ الْمُسْلِمِينَ بِقَوْلِهِ K مَا اَفَاءَ اللّهُ عَلَى رَسُولِهِ كَهَيْئَةِ مَا وَقَعَ فِيهِ السهمَان لِلْمُسْلِمِينَ

"Allah-taalanın "ma əfaəllah əla Rəsulihi" - ayəsinin vasitəsilə müsəlmanlardan ayrı olaraq mənə bağışladığı şeyi müsəlmanlara çatan iki səhmin müqabilində qərar verməyəcəyəm."[38]

Sirə alimlərinin[39], hədis alimlərinin[40] və müfəssirlərin[41] fi‌kir birliyi budur ki, Bəni-nəzir torpaqları Peyğəmbəri Ək‌rəm ¡-in xalisəsi və safiyəsindən ibarət idi.[42] Və o həz‌‌rət öz mülkünün maliki kimi onda istədiyi şəkildə təsər‌rüf edir, ailəsinə xərcləyir və istədiyi şeyi istədiyi şəxsə hə‌diyyə verirdi. Belə ki, onun bir hissəsini Əbu Bəkrin, Əb‌dür-Rəhman ibni Ovfun, Əbu Dücanənin və başqalarının ix‌ti‌yarına vermişdi. Bu da hicrətin 4-cü ilində baş ver‌miş‌di.[43]

d) Xeybər əraziləri: Xeybər Şam-Mədinə yolu üzərində yer‌lə‌şən kiçik bir şəhər idi və yeddi, yaxud səkkiz uca qaladan iba‌rət idi. Onların çoxlu əkin sahələri, xurmalıqları var idi. Yəhudi inadkarları o qalada yaşayır və ərəb qəbilələri ilə həmpeyman olmuşdular.[44]

Peyğəmbəri Əkrəm ¡ hicrətin 7-ci ilində Hüdey‌biy‌yə‌dən qayıtdıqdan sonra onlara tərəf getdi. Hüdeybiyyədə iş‌ti‌rak etməyənlərə Xeybərdə iştirak etmək icazəsi vermədi, yal‌nız Cabir ibni Əbdüllah ibni Həram Ənsariyə icazə verdi. Çünki onlar Hüdeybiyyədə iştirak etməkdən imtina etmiş və müsəlmanları iztiraba salmışdılar.[45]

Peyğəmbər ¡ yəhudiləri qalaların içərisində təqri‌bən bir ay mühasirədə saxladı. Onlar hər gün on min döyüşçü ilə qaladan çıxır və vuruşurdular. Lakin axırda onların bir qismi zorla, bir qismi isə müsalihə yolu ilə fəth edildi və Peyğəmbər ¡ güc işlədilməsi nəticəsində fəth olu‌nan şeylərin xümsünü verdi, yerdə qalan beşdə dörd hissəsini isə Xeybər və Hübeybiyyə döyüşlərində iştirak edən müsəl‌man‌la‌rın arasında bölüşdürdü. Öz ixtiyarında məharətli işçi‌lər və əkinçilər olmadığına görə oranı yəhudilərə həvalə etdi ki, orada əkin işlərini yerinə yetirib oranı idarə et‌sinlər və məhsulun yarısını Peyğəmbərə təhvil versinlər.[46]

Demişlər: «Peyğəmbəri Əkrəm ¡ Xeybəri otuz altı pa‌yı və bu paylardan hər birini də yüz yerə bölmüşdü. Peyğəm‌bəri Əkrəm ¡-ə on səkkiz səhm, müsəlmanlara da on sək‌kiz səhm. Peyğəmbəri Əkrəm ¡-in səhmi eynilə onlardan birinin səhmi qədər idi.»[47]

Həmçinin demişlər: «Müsəlmanların paylarını Hüdey‌biy‌yədə iştirak edənlərin, eləcə də Cə`fər ibni Əbi Taliblə bir‌likdə Həbəşistandan qayıdanların arasında böldü.»[48]

Həmçinin demişlər: Onun xüms payı «Kətibə» oldu, lakin Şəqq, Nətat, Səlalim və Vətih müsəlmanlara çatdı. Pey‌ğəm‌bər o hissəni yəhudilərə verdi ki, orada işləyib məhsulun yarı‌sını müsəlmanların arasında bölüşdürsün. Nəhayət, Ömər öz xilafəti zamanında torpaq sahələrinin özünü onların ara‌sında hər birinə düşən pay miqdarında böldü.»[49]

Ibni Hişamın «Sirə» kitabında və başqa kitablarda deyi‌lir: «Kətibə Allahın xümsü, Peyğəmbərin payı, eləcə də «zil-qurba» və miskinlərin payı idi, Peyğəmbərin qadın‌la‌rı‌nın bəhrəsi və Peyğəmbərlə Fədək əhli arasında sülhə vasi‌tə‌çi rolu oynayanlara məxsus idi.»[50]

«Fütuhul-büldan» kitabında deyilir: «Peyğəmbərin xanım‌la‌rı üçün də oradan bir pay qərar verilmişdi və onlara bu‌yur‌‌muşdu: «Sizlərdən hər biriniz istəsə, onun məhsulunu gö‌tür‌‌sün; hər kəs də istəsə torpaq sahəsini özü üçün və öz va‌ris‌ləri üçün götürə bilər.»[51]

Vaqidinin «Məğazi» kitabında Kətibə payları kifayət qədər müfəssəl şəkildə qeyd edilmişdir.[52]

«Vəfaul-vəfa» kitabında deyilir: Vətih və Səlalim əha‌li‌si torpaqlar barəsində müşriklərlə müsalihə etdilər. Bu iki‌si Peyğəmbəri Əkrəm ¡-in xassəsi və xalisəsi idi. Vətidlə Səlalimin yaxınlığında yerləşən Kətibə Allahın xümsü ünvanı adını aldı və hər üçü birləşdi. Bu məcmuəni Peyğəmbər özündən irs qoymuşdu, onun sədəqəsindən sayılırdı.[53]

Bu da onu tələb edirdi ki, Xeybərin bir qismi silah gü‌cü‌nə, bir qismi isə müsalihə yolu ilə fəth edilmiş olsun. Bu təhlilə əsasən, müxtəlif rəvayətlərin eyni mə`naya yozul‌ması mümkün olur.[54]

Qazi Mavərdi və Qazi Əbu Yə`la demişlər: «Peyğəmbərin bu səkkiz qaladan üçünü – Kətibə, Vətid və Səlalimi öz mülkiyyətinə keçirtdi, Kətibə qənimətlərin xüms ünvanı ilə, Vətih və Səlalimi isə «ma əfaəllah əleyhi» qəbilindən idi. Bu ikisini müsalihə yolu ilə fəth etmişdi. Bu üç qala «fey`» və xüms yolu ilə Peyğəmbərin xalisəsi oldu.»[55]

Müəllif: Onların sözünü qüvvətləndirən budur ki, Pey‌ğəm‌bəri Əkrəm ¡ Xeybərdə on səkkiz paya malik idi və Xeybərdə iştirak edən sair müsəlmanların payı da on sək‌kiz idi. Bundan belə çıxır ki, Xeybərin bir qismini «ma əta‌əl‌lah əla Rəsulih» qəbilindən olmalıdır ki, müharibə apa‌rılmadan fəth edilmişdir və onlar müharibə yolu ilə əldə edilən qənimətlərin xümsünün payı qəbilindən olanlara əlavə edilmiş və Peyğəmbərin səhmlərinin məcmusu müsəlmanların payının məcmusu ilə bərabər olmuşdur.

f) Yaqut Həməvi deyir: «Fədək Riyazda bir qəsəbənin adı‌dır ki, oradan Mədinəyə qədər iki günlük yol vardır. Həm‌çi‌nin deyilmişdir ki, üç günlük yoldur. Orada çoxlu çeşmələr və xurma bağları mövcuddur.»[56]

Peyğəmbəri Əkrəm ¡ Xeybərdə olanda, yaxud oradan qayıt‌maq ərəfəsində olan zaman bir neçə nəfəri Fədək əha‌li‌sinə doğru göndərdi və onları Islama də`vət etdi, lakin on‌lar qəbul etmədilər.[57]

Lakin Xeybəri fəth etdikdən sonra Allah-taala onların qəl‌binə qorxu və vəhşət hissi saldı. Onlar müəyyən şəxsləri Peyğəm‌bərin yanına göndərdilər və təklif etdilər ki, Fədə‌kin yarısına onunla razılaşsınlar, bu surətdə həmin tək‌li‌fi qəbul etdi.[58]

Əbu Übeyd yazır: Fədək əhalisi Peyğəmbərin yanına adam gön‌dər‌dilər və onlarla əhd-peyman bağlandı ki, onların can‌la‌rı amanda qalsın, əvəzində də onların ərazilərinin və xur‌ma bağlarının yarısı özlərinin olsun, digər yarısı isə Pey‌ğəmbərə verilsin.[59]

«Fütuhul-büldan» kitabında yazılır: Deməli, Fədəkin ya‌rı‌sı Peyğəmbərin xalisəsi idi. Çünki müsəlmanlar oranı fəth etmək üçün müharibə aparmamışdılar. Buna görə də Pey‌ğəm‌bər oradan əldə olunan gəlirin hamısını məsrəf edirdi.[60]

Həskaninin «Şəvahidut-tənzil» kitabında, Zəhəbinin «Mi‌za‌nul-e`tidal» kitabında, Heysəminin «Məcməüz-zəvaid» ki‌ta‌bında, Süyutinin «Durrul-mənsur» kitabında və «Kənzül-üm‌ma‌lın müntəxəbi» kitabında Əbu Səid Xidridən belə rəvayət olu‌nur: "Və ati zəl-qurba həqqih" (ey Peyğəmbər! Öz qohum-əqrəbanın payı‌nı əta et" - ayəsi nazil olan zaman Peyğəmbər ¡ Fatimeyi-Zəhranı çağıraraq Fədəki ona hədiyyə etdi.»[61]

Bu hədis «Rum» surəsinin "fə ati zəl-qurba həq‌qəh" ayəsinin təfsirində də Ibni Abbasdan nəql olun‌muş‌dur.[62]

x) Vadil-qura: Vadil-qura (yə`ni qəsəbələr vadisi) Mədinə ilə Şam arasında yerləşən bir vadinin adıdır ki, Təyma ilə Xeybər arasında yerləşir. Təyma Şamın ətrafında olan bir şəhərdir.[63] Ona görə «Vadil-qura» adlandırılmışdır ki, əvvəldən axırına qədər bir-birinə birləşik olan kəndlərdən və qəsəbələrdən ibarətdir. Hal-hazırda da orada çoxlu qəsəbələr vardır ki, Şam hacılarının yolu üzərində yerləşir. Həmin dövrdə orada yəhudilər yerləşirdi.[64]



[1] Mümkündür ki, gələcək alimlər «zil-qurba» və sair ilə əlaqədar apardığımız bəhsləri «gün kimi aydın olan şeylərin yenidən izah edilməsi» qəbilindən hesab etsinlər və desinlər ki, onun şərh olunmasına vaxt sərf etmək layiq deyildir. Əlbəttə, onlar bilmirlər ki, biz bu əsrin yeni rə`ylərini-islam istilahlarının əqaid və əhkamının başa düşülməsi ilə əlaqədar nələr çəkirik! Bu da bizi bu qədər ətraflı izahlar verməyə vadar edir.

[2] «Məcməül-bəyan» təfsirində «xums» ayəsinin təfsirinə; «Müfrədati Rağib» kitabında «sübül» maddəsinə baxa bilərsiniz.

[3] «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində, 10-cu cild, səh.40.

[4] Əbu Übeydin «Əl-əmval» kitabı, səh.325 və 14; «Təfsiri Təbəri», 10-cu cild, səh.40; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60, onun xülasəsi 61-ci səhifədə. Əbu Aliyə, Rəfi ibni Mehran 90-cı ildə, yaxud ondan sonra vəfat etmişdir. «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 1-ci cild, səh.252.

[5] Yenə orada, səh.14. Əta ibni Əbi Ribah 114-cü hicri qəməri ilində vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 2-ci cild, səh.22.

[6] «Təfsiri Təbəri», 10-cu cild, səh.5, iki sənədlə. Ibni Cərih Əbdül-məlik ibni Əbdül-Əziz Məkki də Bəni Üməyyənin həmpeymanı idi ki, 150-ci hicri ilində, yaxud ondan sonra vəfat etmişdir. «Sihah» müəllifləri onun hədisini rəvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 1-ci cild, səh.520.

[7] «Təfsiri Təbəri», 10-cu cild, səh.40.

[8] Yenə orada, 10-cu cild, səh.5.

[9] Yenə orada.

[10] Yenə orada.

[11] Yenə orada.

[12] Yenə orada.

[13] «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində; «Təfsiri Təbəri»nin özündə, 10-cu cild, səh.7.

Imam Əli ibni Hüseyn Zeynül-abidin 94-cü hicri ilində vəfat etmişdir. Onun hədisini «Sihah» müəllifləri də rəvvayət etmişlər. Bax: «Təhzibut-təhzib», 2-ci cild, səh.35.

[14] Minhal ibni Ömər Kufə məvalilərindən və beşinci təbəqədən olan ravi‌lər‌dən‌dir. «Sihah» müəllifləri Müslümdən başqa onun rəvayətlərini nəql etmişlər. Bax: «Təh‌zibut-təhzib», 2-ci cild, səh.278.

[15] Bu bəhsdə, hədis:məcmuələrinə müraciət etməkdən əlavə, Hacı Ağa Rza Həmə‌da‌ni‌nin «Misbahul-fəqih» kitabının «xums» bölməsinin 144-cü səhifəsinə də müraciət et‌dik və istinad olunan hədislərin mətnini xülasə şəkildə gətirdik.

[16] «Sünəni Əbi Davud», 2-ci cild, səh.50; «Təfsiri Təbəri», 10-cu cild, səh.50; «Müsnədi Əhməd», 4-cü cild, səh.81; «Səhihi Buxari», 3-cü cild, səh.36-də başqa ibarətlə; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Sünəni ibni Macə», səh.961; «Məğaziyi Vaqidi», səh.696; «Əl-əmval», Əbu Übeyd, səh.331.

[17] «Müsnədi Əhməd», 4-cü cild, səh.85.

[18] «Sünəni Əbi Davud», 3-cü cild, səh.51-52; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Müsnədi Əhməd», 4-cü cild, səh.83.

[19] «Cəmhərəyi ibni Həzm», səh.14.

[20] «Nəhcül-bəlağə»nin şərhi, 3-cü cild, səh.486. Biz onun xülasəsini qeyd etdik.

[21] «Səhihi Müslüm», 3-cü cild, səh.121; «Məcməüz-zəvaid», 3-cü cild, səh.90.

[22] «Səhihi Buxari», 1-ci cild, səh.181; «Səhihi Müslüm», 3-cü cild, səh.117; «Sünəni Əbi Davud», 1-ci cild, səh.212; «Sünəni Darəmi», 1-ci cild, səh.383 və 373; «Məcməüz-zəvaid», 3-cü cild, səh.89; «Dəaimul-islam», səh.246; «Bihalur-ənvar», 96-cı cild, səh.76; «Hörmətüz-zəkat əla Bəni Haşim» babı.

[23] «Səhihi Müslüm», «təhrimuz-zəkat əla Ain-Nəbi» babı, 3-cü cild, səh.118; «Müsnədi Əhməd», 4-cü cild, səh.166; «Sünəni Nəsai», 1-ci cild, səh.365; «Sünəni Əbi Davud», 2-ci cild, səh.52, hədis:2985; «Daru ehyais-sünnə» çapı, 3-cü cild, səh.147-148; «Əl-əmval», Əbu Übeyd, səh.329; «Məcməüz-zəvaid», 3-cü cild, səh.91; «Usdul-ğabə», Əbdül-Müttəlib ibni Rəbiə və Novfəl ibni Haris və Mühəmiyyənin tərcümeyi-halı; «Təfsiri Əyyaşi», 3-cü cild, səh.93; «Məğaziyi Vaqidi», səh.696.

[24] «Zadul-məad», 1-ci cild, səh.47, Misrin «Hələbi» çapı, səh.1290-cı il.

[25] Yenə orada, 1-ci cild, səh.46. Həmçinin bax: «Sünəni Əbi Davud», «əqziyə» kitabı, 3-cü cild, səh.127.

[26] «Sünəni Əbi Davud», «zəkat» kitabı, 1-ci cild, səh.212; «Sünəni Nəsai», 1-ci cild, səh.366; «Sünəni Termizi», 3-cü cild, səh.159; «Məcməüz-zəvaid», 3-cü cild, səh.90-91; «Kənzül-ümmal», 6-cı cild, səh.252, 256; «Əmaliyi Tusi», 2-ci cild, səh.17; «Biharul-ənvar», 96-cı cild, səh.57. Rəvayətlərin sözlərində azacıq ixtilaf vardır. «Sünəni Beyhəqi», 7-ci cild, səh.32.

[27] «Dəaimul-islam», səh.246; «Biharul-ənvar», 96-cı cild, səh.76.

[28] «Xisal», 1-ci cild, səh.32; «Biharul-ənvar», 96-cı cild, səh.76.

[29] «Əl-əhkamus-sultaniyyə», Mavərdi, səh.168-171; «Əl-əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.181-185.

[30] Nüvəvinin «Səhihi-Müslüm»ə yazdığı şərh, «cihad» kitabı; «hökmül-fey» bölümü, 12-ci cild, səh.82; Qazi Əyaz Əbül-fəzl ibni Musa ibni Əyaz Yəhsəbi Sibti məşhur məğribli alim, öz əsrinin mühəddislərinin imamı və məşhur kitabların sahibidir ki, onlardan biri də öz əlyazması olan Müslümün «Səhih» kitabına şərhdən ibarətdir. Bəlkə də Nüvəvinin burada qeyd etdikləri bu nüsxədə olsun. 544-cü hicri ilində Mərakeşdə vəfat etmişdir. Onun tərcümeyi-halı «Vəfəyatul-ə`yan» və «Əl-ə`lam» kitablarında qeyd olunmuşdur.

[31] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.502.

[32] «Əmtaul-əsma», səh.46.

[33] «Məğaziyi Vaqidi», səh.262-263; «Əmtaul-əsma», səh.146; «Isabə», 3-cü cild, səh.373.

[34] «Təbəqati ibni Sə`d», 1-ci cild, səh.501-503; «Mö`cəmuül-büldan», «məsib» maddəsi. Ma‌riyə Qibtiyyə bir kəniz idi ki, Iskəndəriyyənin padşahı Məquqəs onu Peyğəmbər üçün hədiyyə gördərmişdi. Peyğəmbər ¡ də onu həmin yeddi bağdan birində məs‌kun‌laşdırdı. O, hicrətin 8-ci ilinin «Zil-həccə» ayında Peyğəmbərdən Ibrahim adlı bir övlad dünyaya gətirdi ki, bir il, yaxud səkkiz aydan sonra vəfat etdi. Peyğəmbər onu Bəqidə torpağa tapşırdı. («Usdul-ğabə», 1-ci cild, səh.38.) Mariyə də 16-cı hicri ilin‌də vəfat etdi. («Usdul-ğabə», 5-ci cild, səh.543; «Vəfaul-vəfa», səh.1128 və 1190.

[35]«Vəfaul-vəfa», səh.988; «Biharul-ənvar», 8-ci cild, səh.108, imam Riza -dan nəq‌lən.

[36] «Əl-əmval», Əbu Übeyd, səh.288.

[37] «Mö`cəmül-büldan», «bütha» və «büveyrə» maddələri.

[38] Həmin kitab; «fey`» maddəsi.

[39] «Məğaziyi Vaqidi», səh.278, 363; «Əmtaul-əsma», Məqrizi səh.178-182.

[40] «Sünəni Əbi Davud», «xərac» kitabı, 3-cü cild, səh.48; «Sünəni Nəsai», 2-ci cild, səh.178; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.78.

[41] «Təfsiri Təbəri», 28-ci cild, səh.24-25; «Təfsiri Nişapuri», «Təfsiri Təbəri»nin haşiyəsində, 28-ci cild, səh.38; «Təfsiri Süyuti», 6-cı cild, səh.192, hamısı da «Həşr» surəsinin təfsirində.

[42] «Əhkamul-sultaniyyə», Mavərdi, səh.169; «Əbu Yə`la», səh.183. Bu hökmdən Yamin ibni Ümeyr və Əbu Səid ibni Vəhəbin əraziləri istisna olunur ki, bu iki şəxs fəthdən qabaq islamı qəbul etmişdilər və onların islamı qəbul etmələri mal-dövlətlərini qoruyub saxladı.

[43] «Fütuhul-büldan», Bilazəri, 1-ci cild, səh.18-22.

[44] «Əhkamus-sultaniyyə», Mavərdi, səh: 169; «Əbu Yə`la», səh.184; «Mö`cəmül-büldan», «Xeybər» maddəsi.

[45] «Məğaziyi Vaqidi», səh.634; «Təfsiri Süyuti», 2-ci cild, səh.192.

[46] «Məğaziyi Vaqidi», səh.637; «Vəfaul-vəfa», səh.1210; «Fütuhul-büldan», 1-ci cild, səh.26-31. Vaqidinin «Məğazi» kitabının 688-699-cu səhifələrində deyilir: Əbu Bəkr və‌fat edən zaman övlaldarı və varisləri onun Xeybərdən olan payını-yüz dəvə yükü miq‌da‌rında olan mal-dövləti Ömərin və Osmanın dövründə əxz edirdilər... Axırda deyir: Bu, Əbdül-məlikin dövrünə qədər və ondan sonraya qədər davam etdi, sonralar arası kəsildi.

[47] «Fütuhul-büldan», 1-ci cild, səh.29; «Əl-əmval», Əbu Übeyd, səh.56.

[48] Yenə orada, 1-ci cild, səh.28-32.

[49] Yenə orada, 1-ci cild, səh.28.

[50] «Sireyi Ibni Hişam», 2-ci cild, səh.404; «Əl-iktifa fi məğazi Rəsulillah vəs-sə‌‌la‌sətül-xüləfa», 2-ci cild, səh.268; «Məğaziyi Vaqidi», səh: 692-693; «Əmtaul-əsma», səh.329.

[51] «Fütuhul-büldan», 1-ci cild, səh.32.

[52] «Məğaziyi Vaqidi», səh.693; «Fütuhul-büldan», 1-ci cild, səh.27.

[53] Əvvəlcə qeyd etdiyimiz kimi, bu, xüləfa məktəbinin istilahıdır ki, Peyğəmbəri Əkrəm ¡-in daşına bilməyən bütün miraslarını Əbu Bəkrin rəvayətinə görə sədəqə adlandırmışlar.

[54] «Vəfaul-vəfa», səh.1210.

[55] «Əhkamus-sultaniyyə», Mavərdi, səh.171; «Əhkamus-sultaniyyə», Əbu Yə`la, səh.184-185; «Əl-əmval», Əbu Übeyd, səh.56.

[56] «Mö`cəmül-büldan», «Fədək» maddəsi.

[57] «Fütuhul-büldan», 1-ci cild, səh.31-32 və 34; «Əhkamus-sultaniyyə», Mavərdi, səh.170; «Əbu Yə`la», səh.185.

[58] «Ibni Hişamın sirəsi», 2-ci cild, səh.408; «Əl-iktifa», 2-ci cild, səh.259; «Məğaziyi Vaqidi», səh.706-707; «Əmtaul-əsma», səh.331; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.78.

[59] «Əl-əmval», səh.9.

[60] «Fütuhul-büldan», 1-ci cild, səh.41.

[61] «Şəvahidut-tənzil», 1-ci cild, səh.338-341, yeddi yolla; «Durrul-mənsur», 4-cü cild, səh.177; «Mizanul-e`tidal», 1-ci çap, 3-cü cild, səh.228; «Kənzül-ümmal», 1-ci çap, 2-ci cild, səh.158; «Məcməüz-zəvaid», 7-ci cild, səh.49; «Təfsiri Kəşşaf», 2-ci cild, səh.446; «Tarixi ibni Kəsir», 3-cü cild, səh.36.

[62] Yenə orada, 1-ci cild, səh.443.

[63] «Mö`cəmül-büldan», «Təyma» maddəsi.

[64] «Mö`cəmül-büldan», «qura» və «vadil-qura» maddələri.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar
Muhəmməd Mursinin müəllimi vəhhabi alimi Şiə oldu
Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı

 
user comment