Azəri
Thursday 18th of July 2024
0
نفر 0

VADIL-QURA VƏ ONUN FƏTH OLUNMASI

VADIL-QURA VƏ ONUN FƏTH OLUNMASI

Peyğəmbəri Əkrəm ¡ hicrətin 7-ci ili «Cəmadiyus-sani» ayında Xeybərdən qayıdandan sonra Vadil-quraya getdi və oranın əhalisini islama də`vət etdi. Onlar islamı qəbul etməyərək Peyğəmbərlə müharibəyə başladılar. Həzrət onlara qılınc gücünə qələbə çaldı və Allah-taala onların var-dövlətini Peyğəmbərə qənimət verdi. Müsəlmanlar çoxlu mal-dövlət əldə etdilər və Peyğəmbəri Əkrəm ¡ onun xümsünü götürdü, əraziləri və xurma bağlarını Xeybər əhalisi ilə etdiyi müsalihə əsasında yəhudilərə həvalə etdi ki, onun xümsü o həzrətin özünə məxsus olsun. Bir ox atanı da Həmzə ibni Nö`man Əzriyə bağışladı.[1]

c) Məhruz: Mavərdi və Əbu Yə`la demişlər: «Səkkizinci sədəqə Mədinənin Məhruz adlı bazarının yeridir. Həmin yer ki, Mərvan Osmandan iddia etdi və camaatı onun əleyhinə qiyama sövq etdi.»[2]

Müəllif: Məhruz, Aliyədə yerləşən bir məntəqə idi ki, Bəni Qüreyzə orada yaşayırdılar. Bəlkə də Mədinənin geniş‌lən‌dirilməsindən sonra bazara çevrilmişdi.

Qeyd etdiklərimizdən əlavə, Peyğəmbəri Əkrəm ¡-in ana‌sı Amənənin evini, eləcə də özünün Məkkədəki doğum yeri‌ni, öz zövcəsi Xədicənin Səfa və Mərvada, eləcə də «Ət‌tar‌lar» bazarının arxasında olan evini irs aparmışdı. Belə ki, Peyğəmbər Mədinəyə hicrət etdikdən sonra Əqil ibni Əbi Tal‌ib onu satdı və Peyğəmbəri Əkrəm ¡ Həccətül-vida‌da Məkkəyə gəldiyi zaman ona dedi: «Evlərinizdən hansında qalacaqsınız?» Həzrət buyurdu: «Əqil bizim üçün bir şey saxlayı‌bmı?!»[3]

Amma Peyğəmbəri Əkrəm ¡-in şəxsi vəsaitlərinə gəl‌dikdə isə, Hüşam Kəlbi, Əvanət ibni Həkəmdən rəvayət edir ki, Əbu Bəkr Peyğəmbəri Əkrəm ¡-in sila‌hını, miniyini Əli -a verib dedi: «Bun‌lardan başqa yerdə qalanlarının hamısı sədəqədir.»[4]

XƏLIFƏLƏRIN PEYĞƏMBƏR ¡-IN MIRASINI ƏLƏ KEÇIRMƏSI VƏ FATIMEYI-ZƏHRA -IN HEKAYƏTI

Səhabə xəlifələr – Əbu Bəkr və Ömər Peyğəmbəri Əkrəm ¡-in mirasını, əmlakını və torpaqlarını bir dəfəyə öz ixtiyarlarına keçirtdilər. Lakin Peyğəmbəri Əkrəm ¡-in başqalarına bağışladığı şeyləri qəbul edib ona toxunmadılar. Yalnız Peyğəmbər ¡-in öz həyatında Fa‌ti‌məyə bağışladığı Fədək istisna olundu ki, onu müsadirə et‌di‌lər. Bu zaman Fatimeyi-Zəhra ilə onların ara‌sında mü‌na‌qişə başlandı. O, atasının irsini onlar‌dan tələb etdi.

a) Ömərin rəvayəti:

Ömər deyir: Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman mən və Əbu Bəkr Əlinin yanına gedib dedik: – Sənin Pey‌ğəm‌bərin tərəkəsi barəsindəki nəzərin nədir?

O dedi: – Biz Peyğəmbəri Əkrəm ¡-ə camaat arasın‌da ən yaxınlarıq.

Dedim: Xeybərdə olanlarlamı?

Dedi: – Xeybərdə olanlarla birlikdə.

Dedim: Fədəkdə olanlarlamı?

Dedi: – Fədəkdə olanlarla birlikdə.

Dedim: – Agah ol, Allaha and olsun! (O qədər iddialar edər‌sən ki,) bizim boyunlarımızı mişarla kəsəsən. Xeyr, belə deyil‌dir![5]

b) Ayişənin rəvayəti:

«Səhihi Buxari», «Səhihi Müslüm», «Müsnədi Əhməd», «Sünə‌ni Əbi Davud», «Sünəni Nəsai» və Ibni Sə`din «Təbə‌qat» kitablarında Ümmül-mö`minin Ayişənin belə dediyi nəql olu‌nur: Fatimə Əbu Bəkrin yanına bir adam göndərərək özü‌nün Peyğəmbərdən çatan mirasını tələb etdi. Həmin miras ki, "ma əfaəllah əla Rəsulihi" - Allah-taalanın Öz Peyğəmbərinə qay‌tardığı şeyləri, yə`ni Peyğəmbərin Mədinədəki[6] əmlakı və Fədə‌ki, Həmçinin, Xeybərin xümsündan qalan şeyləri[7] tələb et‌diyi zaman Əbu Bəkr ona dedi: – Peyğəmbər buyurmuşdur: «Biz‌dən heç nə irs aparılmaz, bizdən qalan hər bir şey sədə‌qə‌dir.» Və ali-Mühəmməd Allahın bu malından yalnız yedik‌lə‌ri miqdarda pay apararlar və bundan artıq haqları yoxdur. Al‌la‌ha and olsun, mən Peyğəmbərin sədəqələrindən heç bir şe‌yi dəyişdirməyəcəyəm! Necə idisə, elə də olacaq, Peyğəmbər ne‌cə əməl edirdisə, mən də o cür əməl edəcəyəm.[8]

Əbu Bəkr bu rəvayətdə Peyğəmbəri Əkrəm ¡-in tərə‌kə‌sini «sədəqə» adlandırır. O, elə bir rəvayətə istinad edir ki, onun ravisi yalnız özüdür. O deyir ki, Peyğəmbəri Əkrəm ¡ belə buyurmuşdur: «Məndən sonra qalan hər bir şey sədəqədir.» O dövrdən indiyə qədər Peyğəmbəri Əkrəm ¡-in tərəkəsi «sədəqə» adlandırılmışdır.

Amma onun dediyi: «Mən Peyğəmbərin əməl etdiyi kimi əməl edəcəyəm» - sözünə gəldikdə isə, onun bu əməllə məq‌sə‌di‌nin nə olduğunu Ümmül-mö`mininin hədisində tapmaq olar. Onun əvvəli, əvəlki hədisinin əvvəli kimidir və onun ar‌dın‌ca deyilir: «...Peyğəmbərin qızı Fatimə qəzəbləndi və Əbu Bəkr‌dən üz döndərdi. O, vəfat edincəyə qədər Əbu Bəkrlə ba‌rış‌madı. Peyğəmbərdən sonra yalnız altı ay yaşadı.»

Və deyir: «...Fatimə Peyğəmbərin tərəkəsindən öz irs pa‌yı‌nı-Xeybər, Fədək və Mədinədə onun sədəqəsini Əbu Bəkr‌dən tələb edirdi.»[9]

Əbu Bəkr onu inkar edərək deyirdi: «Mən Peyğəmbərin əməl etdiyi şeyi heç vaxt tərk etmərəm və onun əsasında əməl edəcəyəm; mən qorxuram ki, əgər onun tutduğu işdən bir şeyi dəyişərəmsə, yolumu azam.»

Və deyir: Amma Ömər onun (Peyğəmbərin) Mədinədəki sədəqəsini Əli ilə Abbasa qaytardı, lakin Xeybəri və Fədəki öz ixtiyarında saxlayaraq dedi: «Bu ikisi Peyğəmbərin sədəqəsidir. Onun əldən getdiyi hüquqlarına, mal-dövlətinin müsadirəsinə və ona baş verən müsibətlərə görə. Onların ixtiyarı hakimin əlindədir.» Sonra deyir: «...Bu ikisi indiyə qədər də həmin əsasdadır.»[10]

Xəlifə Ömər Ayişənin ikinci hədisində aşkar şəkildə deyir ki: «Peyğəmbərin torpaq əraziləri onun əldən getdiyi hüquqlarına və ona baş verən müsibətlərə görədir. Onların ixtiyarı ondan sonrakı hakimin öhdəsinədir.» Buna əsasən, o (Peyğəmbər) özünün əldən getdiyi hüquqlarına və baş verən müsibətlərə görə ondan xərcləyib götürürdü! Bu da birinci xəlifənin Ayişənin nəql etdiyi birinci hədisdəki eynilə bu sözdür: «Mən Peyğəmbərin əməl etdiyi əsasda əməl edirəm.» Yə`ni mən əldən gedən hüquqlara və baş verən müsibətlərə görə ondan götürüb xərcləyirəm!

Bu məsələ Ayişənin üçüncü hədisində – «Səhihi Buxari» və «Səhihi Müslüm» kitablarında da qeyd olunmuşdur: «Pey‌ğəm‌bərin qızı Fatimə Əbu Bəkrin yanına bir adam göndərib ata‌‌sının mirasını – Allah-taalanın Mədinədə ona bağış‌la‌dığı şeyləri Fədəklə birlikdə və Xeybər xümsünün qa‌lıq‌larını ondan tələb etdi. Əbu Bəkr dedi: «Peyğəmbər belə bu‌yur‌muşdur: «Bizdən bir şey irs aparılmaz, bizim qoyduğumuz şey‌lərin hamısı sədəqədir. Ali-Mühəmməd bu mal-dövlətdən yal‌nız ruzi yeyirlər.» «Mən Peyğəmbərin sədəqələrindən heç bir şeyi o həzrətin zamanında olduğu halda dəyişdirmərəm. Onun‌la Peyğəmbərin əməl etdiyi əsasda rəftar edəcəyəm». Bun‌dan sonra onlardan heç nəyi Fatiməyə vermədi və Fatimə Əbu Bəkrə qəzəbləndi, ondan üz döndərdi və vəfat etdiyi vax‌ta qədər onunla danışmadı. O, Peyğəmbərin vəfatından sonra al‌tı ay yaşadı və vəfat edən zaman əri onu gecə ikən dəfn et‌di və bunu Əbu Bəkrə xəbər vermədi. Özü təklikdə ona na‌maz qıldı. Əli Fatimənin sağlığında camaat tərəfindən rəğ‌bət‌lə qarşılanırdı. O vəfat edəndən sonra Əli camaatla gö‌rüş‌məyi xoşlamadı, Əbu Bəkrlə bey`ət edib razılaşma məqa‌mı‌na gəldi, halbuki, həmin aylar ərzində bey`ət etməmişdi.»[11]

Ayişə özünün «yuxarı səviyyəli» olan hədi‌sində Fatimənin Əbu Bəkrlə münaqişəsində yalnız Peyğəm‌bə‌rin mirasının ona verilməməsi ilə əlaqədar olan bəhsləri qeyd etmişdir, halbuki, Fatimənin onlarla münaqişəsi üç məsə‌lə əsasında idi:

1-Peyğəmbərin ona bağışladığı hədiyyələri tələb etmək;

2-Peyğəmbərin mirası barəsində onlarla münaqişə;

3-«Zil-qurba» payı barəsində onlarla mübahisə.

1-PEYĞƏMBƏR ¡-IN BAĞIŞLADIĞI HƏDIYYƏLƏRI TƏLƏB ETMƏK

«Fütuhul-büldan» kitabında yazılır: Fatimə (rəziyəllahu ənha) Əbu Bəkrə dedi: – Fədəki mənə qaytar; çünki Peyğəmbər onu mənə bağışlamışdır.

Əbu Bəkr ondan dəlil-sübut istədikdə Ümmü Əymənlə Pey‌ğəm‌bərin xidmətçisi Ribahı şahid gətirdi və onlar bu məsə‌lə‌yə şəhadət verdikdə, Əbu Bəkr dedi: Bu məsələ bir kişinin və iki qadının şəhadəti olmadan sübuta yetməz.»

Digər bir rəvayətdə isə deyilir: Əli ibni Əbi Talib onun xeyrinə olaraq şəhadət verdikdə, Əbu Bəkr ondan digər bir şahid istədi, bu zaman Ümmü Əymən ona şəhadət verdi.»[12]

Aydındır ki, bu münaqişə Əbu Bəkrin Fədəkə hakim kə‌sil‌məsindən və Fədəkdən başqa Peyğəmbərin digər torpaq sa‌hə‌lərini zəbt etdikdən sonra olmuşdur. Əbu Bəkr Fatiməni Fə‌dək barəsində gətirdiyi şahidləri qəbul etmədikdə Fatimə Peyğəmbərin mirası barəsində ikinci bir iddianı qal‌dır‌mışdı və bu, aşağıda qeyd olunan şərhlə baş ver‌miş‌dir:

2-FATIMEYI-ZƏHRA -IN ƏBU BƏKR VƏ ÖMƏRLƏ PEYĞƏMbəR ¡-IN MIRASI BARƏSINDƏKI MÜNAQIŞƏSI

a) Əbu Tüfeylin rəvayəti:

«Müsnədi Əhməd», «Sünəni Əbi Davud», Zəhəbinin «Ta‌ri‌xul-islam», Ibni Kəsirin «Tarix» və «Nəhcül-bəlağənin əşr‌hi»ndə Əbu Tüfeyldən[13] rəvayət edilir ki, o, belə demişdir: Pey‌ğəm‌bəri Əkrəm ¡ vəfat etdikdən sonra Fatimə Əbu Bəkrə dedi: – Peyğəmbərin varisi sənsən, yoxsa onun ailə‌si?

Əbu Bəkr dedi: – Xeyr, onun ailəsi!

Fatimə dedi: – Bəs onda Peyğəmbərin payı necə oldu?[14]

Əbu Bəkr dedi: – Mən Peyğəmbərin belə buyurduğunu eşit‌dim: «Allah-taala hər vaxt bir peyğəmbərə mal-dövlət bağış‌la‌yıb sonra onu öldürmüşsə, həmin mal-dövləti onun canişi‌ni‌nin ixtiyarında qoymuşdur.» Mən də belə məsləhət gördüm ki, onu müsəlmanların beytül-malına qaytarım.

Fatimə dedi: – Deməli, sən Peyğəmbəri Əkrəm ¡-dən eşitdiyinə daha yaxşı alimsən!

«Nəhcül-bəlağənin şərhi»ndə bu cümlədən sonra belə qeyd olu‌nur: «Belə isə bundan sonra heç vaxt səndən heç bir şey istə‌məyəcəyəm.»[15]

b) ƏBU HÜREYRƏNIN RƏVAYƏTI

«Sünəni Termizi» kitabında Əbu Hüreyrədən belə nəql olunur: Fatimə Əbu Bəkrlə Ömərin yanına gəldi, Peyğəmbərin mirasını tələb etdikdə, onlar dedilər: – Biz Peyğəmbərin belə buyurduğunu eşitmişik: «Bizdən heç bir şey irs aparılmaz.»

Fatimə dedi: – Allaha and olsun, bundan sonra siz iki nəfərlə heç vaxt danışmayacağam!

Həmin halda da dünyadan getdi və o iki şəxslə danış‌ma‌dı.[16]

Həmçinin «Müsnədi Əhməd», «Sünəni Termizi», «Təbəqati ib‌ni Sə`d», «Tarixi ibni Kəsir» kitablarında Əbu Hüreyrənin be‌lə dediyi nəql olunur: Fatimə Əbu Bəkrə dedi: – Əgər sən ölsən, səndən kimlər irs aparacaq?

Əbu Bəkr dedi: – Övladlarım və ailəm.

Fatimə dedi: – Bəs bizə nə olmuşdur ki, Peyğəm‌bər‌dən irs aparmırıq?

Əbu Bəkr dedi: – Peyğəmbərdən eşitdim ki, belə buyu‌rur‌du: «Peyğəmbərdən irs aparılmaz.» Lakin mən Peyğəmbərin öz hi‌ma‌yəsinə götürdüyü şəxsləri himayə edirəm, xərcinin Pey‌ğəm‌bər tərəfindən verildiyi şəxslərin də xərcini verirəm.[17]

v) ÖMƏRIN RƏVAYƏTI

Ibni Sə`din «Təbəqat» kitabında nəql olunur ki, Ömər de‌di: Peyğəmbəri Əkrəm vəfat etdiyi həmin gündə Əbu Bəkrlə bey`ət olundu və onun sabahı Fatimə Əli ilə birlikdə Əbu Bəkrin yanına gəlib dedilər: – Mənim Peyğəmbərin mirasından olan payımı özümə qaytar!

Əbu Bəkr dedi: – Ev avadanlıqlarındanmı, yoxsa vilayətlərin mal-dövlətindən?

Fatimə dedi: – Fədək, Xeybər və onun Mədinədə olan sədəqələri onun irsidir. Necə ki, əgər sən də ölsən, qızın səndən irs aparacaqdır.

Əbu Bəkr dedi: – Allaha and olsun, sənin atan məndən yax‌şı idi! Allaha and olsun, sən də mənim qızımdan yaxşı‌san, lakin Peyğəmbər belə buyurmuşdur: «Bizdən irs apa‌rıl‌mır, bizdən sonra qalan hər bir şey sədəqədir.» Yə`ni Peyğəm‌bər‌dən qalan bu mal-dövlət sədəqədir.[18]

Müəllif: Bizim nəzərimizcə, Ömərin Fatimənin Əbu Bək‌rin yanına gəlməsi üçün xatırlatdığı vaxt Səqifə hadisə‌lə‌ri ilə düz gəlmir. Onun düzgünü isə Ibni Əbil Hədidin dediyi bu sözdür: «Fədək hadisəsi və Fatimənin Əbu Bəkrin yanına gəlməsi Peyğəmbərin vəfatından on gün sonra olmuşdur.»[19]

Bir sözlə, Əbu Bəkr Fatiməni ata irsindən məhrum etdi və belə rəvayət etdi ki, guya Peyğəmbər buyurmuşdur: «Bizdən irs aparılmır, bizdən qalan hər bir şey sədəqədir.» Belə ki, Ümmül-mö`minin Ayişə bunu aşkar şəkildə belə deyir: Peyğəmbərin mirası barəsində ixtilaf etdilər və heç kəs ona agah olmadı. Əbu Bəkr dedi: – Mən Peyğəmbərdən eşitdim ki, belə deyirdi: «Biz peyğəmbərlərdən irs aparılmır, hər nə qoymuşuqsa, sədəqədir.»[20]

Ibni Əbil Hədid yazır: «Məşhur nəzəriyyə budur ki, irsin inkar olunması hədisini Əbu Bəkrdən başqa heç kəs rəvayət etməmişdir.»[21]

Həmçinin o deyir: Rəvayətlərin çoxunda qeyd olunur ki, bu xəbəri yalnız Əbu Bəkr rəvayət etmişdir. Mühəddislərin də əksəriyyəti bu məsələni xatırlatmışlar. Hətta «Üsuli-fiqh» elmində olan fəqihlər də «vahid səhabənin rəvayətinə istinad etmək» bəhsində bu barədə yekdil nəzərə malikdirlər. Bizim şeyximiz Əbu Əli deyir: «Rəvayət də şəhadət kimi iki nəfərdən olmazsa, qəbul edilmir.» Lakin mütəkəllimlər və fəqihlərin hamısı onunla müxalifətə başlamış və belə dəlil gətirmişlər ki, səhabələr «nəhnu məaşirəl-ənbiya la nuvərrəsu» - hədisini Əbu Bəkrdən təklikdə qəbul etmişlər.[22]

Süyuti Əbu Bəkrin rəvayətlərini sayarkən deyir: Iyirmi doqquzuncu hədis: «La nuvərrəsu, ma tərəkna sədəqətun» hədisidir.»[23]

Müəllif: Bütün bunlarla belə, onlar başqa bir hədis də düzəltmiş və Əbu Bəkrdən başqasına mənsub etmişlər ki, o da onu Peyğəmbəri Əkrəm ¡-dən rəvayət edir.[24]

3-FATIMƏ -IN ONLARLA “ZIL-QURBA” PAYI BARƏSINDƏKI MÜNAQIŞƏSI

Əbu Bəkr quraşdırdığı hədis əsasında Fatimeyi-Zəhranı ata irsindən məhrum etdiyi zaman o həzrət özü «zil-qurba» payını aşağıdakı əsasda tələb etməyə başladı:

1-Ənəs ibni Malik deyir: Fatimə Əbu Bəkrin yanına gəlib dedi: – Sən özün biz Əhli-beytə sədəqə barəsində rəva gördüyün zülmə daha yaxşı agahsan.[25] Indi Allah-taalanın Qur`ani Kərimdə bizə bağışladığı və onu «zil-qurba» payı adlandırdığı qənimətləri bizə qaytar! (Sonra «Ənfal» surəsinin 41-ci ayəsini tilavət etdi:)

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى

"Bilin ki, hər şeyi qənimət olaraq əldə etsəniz, onun xümsü Allaha, Peyğəmbərə və zil-qurbaya məxsusdur."

Əbu Bəkr dedi: – Atam-anam sənə və sənin atana fəda ol‌sun! Mən Allahın Kitabının fərmanına itaət edirəm! Pey‌ğəm‌bərin və onun qohum-əqrəbasının haqqı barəsindəki əmri‌nə təsliməm! Mən də sənin Allahın kitabından oxuduğun şey‌ləri oxuyuram. Lakin bu mə`nanı – xümsün bir payının qismə‌tini sizin üçün pay olmasını dərk edə bilmirəm!

Fatimə dedi: – Yoxsa o, sənin qohum-əqrəbanın payı‌dır?!

Əbu Bəkr dedi: – Xeyr, mən onun bir hissəsini sizə xərc‌lə‌yib, qalanını isə müsəlmanların işlərinə sərf edəcəyəm.

Fatimə dedi: – Bu, Allahın hökmü deyildir!

2-Ürvə deyir: Fatimə Fədək və «zil-qurba» payını al‌maq üçün Əbu Bəkrin yanına getdi və o, qəbul etməyib onu bey‌tül-malın bir hissəsi qərar verdi.

3-Həsən ibni Məhəmməd ibni Əli ibni Əbi Talib deyir: Əbu Bəkr Fatimə -ı və Bəni Haşimi «zil-qurba» payın‌dan məhrum etdi və onu «fi səbilillah» ünvanı ilə silah və mi‌nik alınmasına ayırdı.[26]

«Kənzül-ümmal» kitabında Ümmü Hanidən nəqlən deyilir: Fa‌ti‌mə Əbu Bəkrin yanına gələrək «zil-qurba» payını tə‌ləb etdikdə, Əbu Bəkr dedi: – Peyğəmbərin belə buyurduğunu eşit‌dim: «Zil-qurba payı yalnız mənim sağ olduğum vaxt on‌lara çatır və mənim vəfatımdan sonra onların heç bir bəhrə‌si yoxdur.»[27]

Başqa bir rəvayətdə isə Ümmü Hanidən nəqlən deyilir: Pey‌ğəmbərin qızı Fatimə Əbu Bəkrin yanına gəlib dedi: – Əgər sən ölsən, kim səndən irs aparacaq?

Əbu Bəkr dedi: – Övladlarım və ailəm.

Fatimə dedi: – Onda necə olur ki, sən bizim yerimizə Peyğəmbəri Əkrəm ¡-dən irs aparırsan?

Əbu Bəkr dedi: – Ey Rəsulullahın qızı! Mən sənin atandan heç bir qızıl və gümüş irs aparmamışam.

Fatimə dedi: – Bizim Xeybərdən olan payımızı və bizim xalisəmiz olan Fədəki!

Ibni Sə`din «Təbəqat» kitabında qeyd olunur ki, Əbu Bəkr dedi: – Mən sənin atandan heç bir torpaq sahəsini, qızıl-gümüşü, qulamı və mal-dövləti irs aparmamışam!

Fatimə dedi: – Bəs onda Allah-taalanın bizim üçün qərar verdiyi paya və sənin əlində olan bizim xalisəmizə nə deyirsən?!

Əbu Bəkr dedi: – Ey Peyğəmbərin qızı! Mən Peyğəmbərdən eşitdim ki, belə buyururdu: «Bunu Allah mənim öz məişətim üçün qərar vermişdir, öldüyüm zaman müsəlmanların haqqına keçir.»[28]

Ibni Əbil Hədidin «Nəhcül-bəlağə»yə şərhində və Zəhəbinin «Tarixul-islam» kitablarında da belə qeyd olunur: Əbu Bəkr dedi: – Ey Peyğəmbərin qızı! Mən heç bir şey etməmişəm!

Fatimə dedi: – Əlbəttə ki, etmisən! Sən Fədəki ələ keçirmək istəmisən və onu Peyğəmbərin xalisəsi olduğu bir halda bizdən almısan! Bundan sonra «ma ənzələllah»ı bizdən almaq istəmisən və Allah-taalanın asimandan nazil etdiyi şeyi bizim əlimizdən çıxarmısan!

Əbu Bəkr dedi: – Ey Peyğəmbərin qızı! Mən belə bir iş görməmişəm! Peyğəmbər mənə buyurmuşdur ki, mütəal Allah Peyğəmbəri hali-həyatda olduğu vaxta qədər mal-dövlətdən faydalandırır, onu Öz yanına apardığı zaman bu hökm aradan qalxır.

Fatimə dedi: – Sən Peyğəmbərdən də çox bilirsən?! Mən bu məsələdən sonra səninlə heç vaxt danışmayacağam!

Bundan sonra ondan üz çevirdi.

Fatimeyi-Zəhra -ın «səhmullah» dedikdə məqsədi Allah-taalanın onlar üçün xümsdan qərar verdiyi pay, «ma ənzələllah» dedikdə isə «zil-qurba» payı, eləcə də irsin hökmüdür ki, Qur`ani Kərimdə qeyd olunmuşdur və bütün müsəlmanlara – həm Peyğəmbəri Əkrəm ¡-ə və həm də başqalarına şamil olurdu.

Bə`zi rəvayətlərdə qeyd olunur ki, Abbas da Peyğəmbərin ir‌si‌nin tələb olunmasında Fatimə ilə yanaşı idi. Ib‌ni Sə`din «Təbəqat» və Müttəqi Hindinin «Kənzül-ümmal» ki‌tab‌larında deyilir: Fatimə öz mirasını tələb etmək üçün Əbu Bəkrin yanına gəldi. Abbas ibni Əbdül-Müttəlib də ora gəldi və öz mirasını tələb etdi, Əli də onunla yana‌şı oldu. Əbu Bəkr dedi: – Peyğəmbər buyurmuşdur: «Bizdən irs aparılmır, bizim qoyduğumuz şeylər sədəqədir.» Hər kəsə Pey‌ğəmbər sərpərəstlik edirdisə, onun himayəsi mənim öhdə‌mədir.

Əli bu ayəni tilavət etdi: "Və vərisə Suleymanu Davudə." (Süley‌man Davuddan irs apardı.) "Yərisuni və yərisu min ali-Yə`qubə." (Məndən və ali-Yə`qubdan irs aparsın.)

Əbu Bəkr dedi: – Bəli, belədir və sən, Allaha and olsun ki, bilirsən. Necə ki, mən bilirəm.

Əli dedi: – «Bu, Allahın Kitabıdır ki, danışır!» Son‌ra sükut edib qayıtdılar.[29]

Müəllif: Bizim fikrimizcə, bu rəvayətin raviləri səh‌‌və yol verərək belə təsəvvür etmişdilər ki, Abbas Əli ilə bir‌likdə irsi geri almaq üçün gəlmişdi. Xeyr! O ikisi Fati‌mə‌yə kömək etmək üçün gəlmişdilər. Əlbəttə, mümkündür ki, Ab‌bas xümsdan olan öz payını tələb etmiş olsun ki, bu məsə‌lə də ravi üçün anlaşılmaz qalmış və xatırlatmışdır ki, o, özünün mirasını tələb etmək üçün gəlmişdi.

Fatimə Əbu Bəkrin onun gətirdiyi dəlilləri və şa‌hid‌ləri qəbul etmədiyini, Peyğəmbərin mirasından o həzrətə bağış‌lanan hədiyyələrdən heç bir şeyi vermək istəmədiyini gördükdə, qərara aldı ki, bu münaqişəni müsəlmanların içərisində irəli çəksin və atasının əshablarından aşağıda qeyd olunacağı kimi, kömək istəsin.

Əbu Bəkr Covhəri «Səqifə» adlı kitabında Ibni Əbil Hə‌‌di‌din nəql etdiyinə əsasən, eləcə də Əhməd ibni Tahir Bağ‌‌dadinin «Bəlağatun-nisa» kitabından nəqlən belə yazır: Fa‌timə Əbu Bəkrin onu Fədəkdən məhrum etməsini başa düş‌düyü zaman məqnəə geydi, başına çadra örtdü və öz qöv‌mü‌nün yaxın adamlarının xanımlarının mühasirəsində Əbu Bək‌rə tərəf getdi. Sanki Peyğəmbəri Əkrəm ¡ addım‌la‌yır‌dı! Əbu Bəkr, mühacir, ənsar və başqalarının toplandığı bir yerdə Həzrət Fatimə onunla özü arasında bir pərdə as‌dı, elə nalə etdi ki, orada iştirak edənlərin hamısı şi‌vən qopartdı və məclis tamamilə dəyi‌şil‌di. Sonra azacıq sakit oldu, daha sonra öz sözünü Al‌laha həmd-səna etməklə, Pey‌ğəmbərə salavat göndərməklə be‌lə başladı: «Mən Fati‌mə‌yəm, Mühəmmədin qızı! Sözümü keç‌mişdən başlayıram.

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِالْمُؤْمِنِينَ رَؤُوفٌ رَّحِيمٌ

"Həqiqətən, sizin özünüzdən olan bir Peyğəmbər sizə doğru gəldi ki, si‌‌zin başınıza gələn əzab-əziyyətlər onun üçün çox çətindir, sizin hi‌da‌‌yət olunmağınız üçün israr edir, mö`minlərə qarşı rəuf və meh‌riban‌dır."[30]

Indi əgər onun nəsəbini axtarsanız, bilərsiniz ki, o, mə‌nim atamdır, sizin yox! Və sizin kişilərinizin deyil, mənim əmi oğlumun (siğə) qardaşıdır!... Siz indi belə təsəvvür edir‌‌siniz ki, bizim heç bir irsimiz yoxdur:

أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ

"Yoxsa cahiliyyət hökmünü istəyirsiniz?! Yəqin əhli olan bir qövm üçün Allahdan da yaxşı hökm edən bir şəxs varmı?!"[31]

Ey Əba Qühafənin oğlu! Sən öz atandan irs aparırsan, amma mən öz atamdan irs aparmayım?! "Ləqəd ci`tə şey`ən fəriyya" - həqiqətən çox qəribə və yeni bir söz danışmısan!"[32] Belə isə, onu özün üçün Qiyamətə göndər ki, məhşərdə onunla görüşəsən, Al‌lah necə də yaxşı hakimdir! Mühəmməd necə də yaxşı rəf‌tar edəndir! Qiyamət necə də yaxşı və`dəgah yeridir ki, ba‌til əhli orada ziyana uğrayarlar. (Sonra atasının qəbrinə üz tutaraq dedi:) Ata can! Səndən sonra gör necə hadisələr baş ver‌di, necə çətinliklər yarandı!...»[33]

Ravi deyir: Camaat o günə qədər özlərini belə ağlar halda gör‌‌mə‌mişdilər. Sonra xitab edərək dedi: – Ey seçilmiş qrup‌‌lar! Ey dinin biləkləri! Ey Islamın mühafizləri! Bu ne‌cə süstlükdür ki, mənə kömək etməkdə özünüzdən göstə‌rir‌si‌niz?! Mənə kömək etməkdən boyun qaçırır, mənim haqqıma göz yu‌mur və kömək istəyimə müsbət cavab vermirsiniz?! Məgər Pey‌ğəmbəri Əkrəm ¡ "Insanı qorumaq onun övladlarını qoru‌maq‌dır" - deyə buyurmayıbmı? Nə tez dəyişildiniz və necə sür`‌ət‌lə başqa hala düşdünüz? Bəli, öz canıma and olsun ki, onun ölümü o qədər böyük bir hadisə idi ki, onun süstlüyü ge‌niş, icad etdiyi yarıq dərindir, ona məlhəm qoyan yoxdur! Ye‌ri qaranlıqlaşdırmış, dağları təvazökar etmiş, arzuları şid‌dətləndirmişdir! Hərimlər (sərhədlər) zay olmuş, hör‌mət‌lər pozulmuş, toxunulmazlıqlar aradan getmişdir. Bu bir bə‌la‌dır ki, Allahın Kitabı onun ölümündən və vəfatından qa‌baq sizi ondan mə`lumatlandırmış və buyurmuşdur:

وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ

"Mühəmməd fəqət bir rəsul idi ki, ondan qabaq da çoxlu rəsullar gə‌‌lib getmişdir. Əgər ölsə, yaxud öldürülsə, siz öz keçmişinizəmi qayı‌‌dacaq‌sınız? Hər kəs öz keçmişinə qayıtsa, Allaha heç bir ziyan çat‌dır‌mayacaqdır. Allah tezliklə şükür edənlərə mükafat verəcəkdir."[34]

Ey yuxulular, özünüzə gəlin! Atamın mirasını sizin göz‌lə‌ri‌‌niz önündə elə bir halda qəsb etdilər ki, bizim fəryadımız si‌zə çatdı, bizim sözümüz, səslərimiz sizi bürüdü. Sizin ki, qüd‌‌rətiniz, adamlarınız, eviniz və səngəriniz vardır! Siz Al‌‌lahın seçdiyi bəndələr və seçilmişlərin ən yaxşısısınız ki, (müşrik) ərəblərlə mübarizə etdiniz, işləri sahmana sal‌dı‌‌nız, qaranlıq zülmətləri aradan qaldırdınız ki, (nəticədə) Is‌‌‌la‌mın dəyirmanı sizin mehvərinizdə hərəkətə başladı. Onun südü coşub qaynamağa başladı, müharibə şö`lələri sön‌dü, şirkin fəvvarələri aramlaşdı, fitnənin nidası söndü və bu dinin nizamı və quruluşu möhkəmləndi. Məgər bu qədər irə‌‌‌liləyişdən sonra indi geriyə qayıdırsınız?! Bu qədər şid‌‌‌dətli irəliləyişlə geriyə dönürsünüzmü və bu qədər şüca‌ətdən sonra qorxuya düçar olursunuzmu?! O da elə qövmdən ki, öz peymanlarını pozdular və sizin dininizə eyb tutdular?!

فَقَاتِلُواْ أَئِمَّةَ الْكُفْرِ إِنَّهُمْ لاَ أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ

"Belə isə, küfr başçıları ilə müharibə edin, çünki onlar üçün heç bir əhd-peyman yoxdur, bəlkə qayıdalar."[35]

Agah olun! Elə görürəm ki, tənbəlləşmiş və rifahda ya‌şa‌‌‌maq istəyirsiniz; əldə etdiyiniz şeyləri və öyrən‌dik‌ləri‌ni‌zi inkar etmiş, nuşi-can etdiyinizi qusmusunuz.

إِن تَكْفُرُواْ أَنتُمْ وَمَن فِي الأَرْضِ جَمِيعًا فَإِنَّ اللّهَ لَغَنِيٌّ حَمِيدٌ

"Əgər siz və yer üzündə olan hər bir şəxs hamılıqla kafir olsa, (bi‌lin ki,) Allah ehtiyacsız və tə`rifə layiqdir."[36]

Agah olun! Mən bu dediklərimi sizi əhatə edən xarlıq, süstlük və yəqinin zəifliyinə olan mə`rifətim əsasında demişəm. Belə isə, onu daim özünüzdə saxlayın və arxaya dönün, özünüzə baxın, onun arını və rüsvayçılığını canını‌nız‌la alın və onun dağını öz şüarınız qərar verin.»

نَارُ اللَّهِ الْمُوقَدَةُ الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ

"Allahın qəlblərə baş vuran şö`lələndirilmiş oduna".[37] Qoşulun ki, et‌di‌yiniz işlər Allahın hüzurundadır!

وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ

"Zalimlər tezliklə hara qayıtdıqlarını bilərlər."[38]

Ravi deyir: Fatimə bu sözlərlə Əbu Bəkrə xitab et‌diyi zaman Əbu Bəkr də Allaha həmd-səna etdi və Peyğəmbərə sa‌‌l‌avat göndərdikdən sonra dedi: – Ey qadınların ən yax‌şı‌sı, ey ən yaxşı ataların qızı! Allaha and olsun, mən Rəsu‌li Ək‌‌rəmin nəzərindən təcavüz edib çıxmamışam, onun fər‌ma‌nından başqa bir şeyə əməl etməmişəm. Bir qövmün yol gös‌tə‌rə‌ni heç vaxt öz əhlinə yalan deməz! Sən öz sözlərini çox bə‌lağətlə və eyni zamanda kobudcasına bəyan etdin və biz‌dən ay‌rıldın. Allah bizi də, səni də bağışlasın. Amma bə`d. Mən Peyğəmbərin silahını və miniyini Əliyə qaytarmışam. Am‌ma bundan başqalarına gəldikdə isə, mən Peyğəmbərdən eşit‌mişdim ki, belə deyirdi: «Biz peyğəmbərlər qru‌pu qızıl-gü‌müş, yer, əkin sahəsi, evi irs qoymuruq, lakin iman, hikmət, elm və sünnəni irs qoyuruq.» Mən onun mənə verdiyi fər‌man‌la‌ra əməl etdim, onun xeyrini istədim, mənim tov‌fiq‌lərim Al‌lah tərəfindəndir, Ona təvəkkül edirəm və Ona tərəf dönə‌cəyəm.

«Bəlağatun-nisa» kitabındakı rəvayətdə deyilir: Fatimə bundan sonra dedi: – Ey camaat, mən Fatiməyəm, atam da Mü‌‌həm‌məddir! Mən sözlərimi keçmişdən başlayıram: "Ləqəd caə‌‌kum rəsulun min ənfusikum..." Sonra buyurdu: Yoxsa Allahın Ki‌ta‌‌bını qəsdən boşlayıb, onu arxanıza atmısınız?! Məgər Al‌lah-taala "Və vərisə Suleymanu Davudə" - "Süleyman Davuddan irs apar‌dı" - deyə buyurmadımı?! Yəhya ibni Zəkəriyyanın əhvala‌tın‌da belə buyurmayıbmı:

هَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا يَرِثُنِي وَ يَرِثُ مِنْ آلِ يَعْقُوبَ

"Pərvərdigara! Mənə Öz tərəfindən bir canişin əta et ki, mənim və ali-Yə`qubun varisi olsun."[39]

Və başqa bir ayədə buyurur:

وَأُوْلُواْ الأَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ

"Qohumlar bir-birinə Allahın hökmündə daha layiqdirlər."[40]

Başqa bir ayədə buyurur:

يُوصِيكُمُ اللّهُ فِي أَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ

"Allah övladlarınız barəsində sizi tövsiyə edir ki, (bir) oğlanın irs payı iki qızın irs payı qədər olsun."[41]

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِن تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالأقْرَبِينَ بِالْمَعْرُوفِ حَقًّا عَلَى الْمُتَّقِينَ

"Əgər özündən bir mal qoyub getsə, öz ata-ana və yaxın adamları üçün yaxşı şəkildə vəsiyyət etsin. Bu, pərhizkarların öhdəsində olan bir haqdır."[42]

Indi siz belə güman etmisiniz ki, mənim atamdan va‌ris‌lik haqqım yoxdur, bizim aramızda heç bir bağlılıq yoxdur! Yox‌‌sa Allah-taala sizi bir ayəyə məxsus etmiş və Pey‌ğəm‌bərini həmin ayəyə şamil olmaqda xaric etmişdir?! Yoxsa de‌yir‌‌siniz ki, biz iki din ardıcılıyıq və bir-birimizdən irs apar‌mırıq? Mən və atam vahid bir dinə tabe deyilikmi?! "Əfə hukməl-cahiliyyəti yəbğun – Cahiliyyət dövrünün hökmünü axta‌rır‌sınız?"[43]

Ibni Əbil Hədid yazır: Fədək məsələsində Fatimeyi-Zəh‌ranın Əbu Bəkrin yanına getməsi Peyğəmbərin vəfatından on gün sonra baş vermişdi. Səhih budur ki, o yığıncaqdan və Fatimeyi-Zəhranın Əbu Bəkrin yanından qayıtmasından sonra bu miras barəsində heç kəs bir söz danışmamışdır.[44]

Bir sözlə, bu bölmədə mövcud olan rəvayətlər buna dəlalət edir ki, Fatimeyi-Zəhranın onlarla apardığı münaqişə aşa‌ğı‌dakı üç məsələ barəsində olmuşdur:

1-PEYĞƏMBƏR ¡-IN ONA HƏDIYYƏ ETDIYI ŞEYLƏR BARƏSINDƏ

Peyğəmbəri Əkrəm ¡ "Və ati zəl-qurba həqqəh" - "Öz qo‌hum-əqrəbanın haqqını ver!"[45]-ayəsi nazil olduqdan sonra Fədəki Fa‌‌ti‌məyə bağışladı. Vəfat etdiyi bir zaman xilafətə hakim olan hey`ət Fədəki və Peyğəmbərdən qalan başqa şeyləri müsa‌di‌‌rə etdi. Fatimeyi-Zəhra da onlarla münaqişəyə başladı və özünün bu əmlakdan istifadə etməsinin səhihliyinə bir ki‌şi və bir qadını «Peyğəmbər onu öz həyatında ona bağış‌la‌mış‌dır» - deyə şahid gətirdi. Amma onlar bu şəhadəti qə‌bul et‌mə‌dilər və belə bəhanə gətirdilər ki, şahidlər la‌zım olan həd‌‌də deyildirlər. Fədəkin Fatimə -ın tə‌sər‌rüf və isti‌fa‌‌dəsində olması dəlillərindən biri də Imam Əli -ın Bəs‌rənin hakimi Osman ibni Hüneyfə yazdığı mək‌tubdur.[46]

بَلَى كَانَتْ فيِ اَيْدِينَا فَدَكٌ مِنْ كُلِّ مَا اَظَلَّتْهُ السَّمَاءُ، فَشَحَّتْ عَلَيْهَا نُفُوسُ قَوْمٍ، وَسَخَتْ عَنْهَا نُفُوسُ قَوْمٍ آخَرِينَ، وَنِعْمَ الْحَكَمُ اللّهُ

"Bəli, asimanın kölgə saldığı hər bir şey içərisində yalnız Fədək bi‌‌zim əlimizdə idi ki, bir qrup ona paxıllıq etdilər, başqa bir qrup da (Əhli-beyt) onu səxavətcəsinə boşladılar. Allah necə də yaxşı ha‌kim‌‌dir!"

2-PEYĞƏMBƏR ¡-IN MIRASI BARƏSINDƏ

Peyğəmbər ¡-in tərəkəsinə daxil olan torpaq sahə‌ləri:

1-Müxeyriqin o həzrətə bağışladığı və hədiyyə etdiyi yed‌di bağ.

2-Mədinə ənsarının Peyğəmbərə bağışladığı örüşlər və əkin sahələri.

3-Bəni-nəzir xurmalıqları və əkin sahələri.

4-Hicazın təravətli və yaşıl məntəqəsində olan Xeybər əra‌z‌ilərinin məcmu halında olan otuz altı payından olan on səkkiz pay.

5-«Vadil-qura» xurma bağları və əkin sahələri.

Peyğəmbər ¡-in vəfatından sonra xəlifə Əbu Bəkr ra‌vi‌si yalnız özü olan bir hədisə istinad etməklə on‌ların ha‌mı‌sını öz ixtiyarına keçirərək dedi: «Peyğəmbər buyur‌muş‌dur ki, bizdən irs aparılmır, bizdən qalan hər bir şey sədə‌qə‌dir. Və guya Peyğəmbər buyurmuşdur ki, Allah-taala hər vaxt bir Peyğəmbərə bir şey əta etsə, onu canişinin öhdə‌si‌nə qoyar.»

Imam Əli və Fatimeyi-Zəhra £-ın Qur`anın aşkar şə‌kil‌də buyurduğu ayələri dəlil gətirdilər, eləcə də əv‌vəl‌ki peyğəmbərlərdən irs aparılmasına və irs qanunlarının ümu‌mi olmasına istinad etdilər. Fatimeyi-Zəhranın ənsardan və onların seçilmişlərindən kömək istəməsi heç bir fayda ver‌mədi və iş o yerə çatdı ki, o həzrət Əbu Bəkr və Ömərə qəzəb‌ləndi. Vəfat etdiyi zamana qədər də onlarla danışmadı və onlardan narazı qaldı.

3-“ZIL-QURBA” PAYI BARƏSINDƏ

Fatimeyi-Zəhra «zil-qurba» payını Əbu Bəkrdən tələb edə‌rək dedi: «Sən yaxşı bilirsən ki, bizə zülm etmisən... Son‌ra «və`ləmu ənnəma ğənimtum»[47] - ayəsini ona tilavət etdi. Lakin Əbu Bəkr onu qəbul etməyərək «zil-qurba» payını silah və mi‌nik alınmasına xərclədi ki, zəkat verməyənlərlə aparılan mü‌ha‌ribədə onlardan istifadə etsin. Fatmeyi-Zəhra ona dedi: "Elə bir şeyi ələ keçirmək istəyirsən ki, Allah onu asi‌mandan nazil et‌mişdir və onu bizdən əsirgəmisən!"



[1] «Fütuhul-buldan», 1-ci cild, səh.39-40; «Məğaziyi Vaqidi», səh.710-711; «Əmtaul-əsma», səh.332. Həmzə ibni Nö`man Əzri Hicaz əhalisi arasında Bəni Əzrə sədəqələrini Peyğəmbərə gətirən ilk şəxs idi. («Usdul-ğabə», 2-ci cild, səh.57.)

[2] «Əhkamus-sultaniyyə», səh.170-171; «Əbu Yə`la», səh.185-186.

[3] Yenə orada.

[4] Yenə orda.

[5] «Məcməüz-zəvaid», 9-cu cild, səh.39, Təbəraninin «Ovsət» kitabından nəqlən.

[6] «Peyğəmbərin Mədinədəki sədəqələri»- dedikdə, Müxeyriqinin Peyğəmbərə bağışladığı yeddi bağ nəzərdə tutulur.

[7] «Xeybərin xumsunun qalanları» dedikdə məqsəd budur ki, Peyğəmbəri Əkrəm ¡ Xeybərdən olan xums payının bir hissəsini bə`zi səhabələrə bağışladığına görə Fatimeyi-Zəhra yerdə qalanını tələb edirdi.

[8] «Səhihi Buxari», «mənaqib» kitabı, 3-cü cild, səh.200; «Sünəni Əbi Davud», «xərac» kitabı, 2-ci cild, səh.49; «Sünəni Nəsai», 2-ci cild, səh.179; «qismül-fey» babı; «Müsnədi Əhməd», 1-ci cild, səh.6 və 9; «Təbəqat», Ibni Sə`d, 2-ci cild, səh.315, 8-ci cild, səh.28; «Müntəxəbi Kənzül-ümmal», 3-cü cild, səh.128.

[9] «Səhihi Buxari», «xums» kitabı, 2-ci cild, səh.124; «Səhihi Müslüm», «cihad» kitabı, hədis:54; «Tarixul-islam», Zəhəbi, 1-ci cild, səh.346; «Tarixi ibni Kəsir», 7-ci cild, səh.285; «Sünəni Beyhəqi», 6-cı cild, səh.300; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Təbəqati ibni Sə`d», 8-ci cild, səh.18.

[10] Həmin mənbələr.

[11] «Səhihi Müslüm», «cihad» kitabı, səh.1380, hədis:52; «Səhihi Buxari», «Xeybər qəzvəsi» babı, 3-cü cild, səh.38; «Muşkilul-əsər», 1-ci cild, səh.47.

[12] «Fütuhul-büldan», 1-ci cild, səh.34-35; Ümmü Əymən Bərəkətul-Həbəşiyyə-Peyğəmbər ¡-in kənizi və onun dayəsi idi ki, Peyğəmbər onu azad etmişdi. Islamı çox qədimdən qəbul etmişdi, Həbəşistana və Mədinəyə hicrət edənlərdən biri idi. Əvvəlcə Übeyd Həbəşi ilə, sonra da Zeyd ibni Harisə ilə evlənmişdi. Peyğəmbərdən beş-altı ay sonra vəfat etmişdi. Onun tərcümeyi-halı «Usdul-ğabə», 5-ci cild, səh.567; «Cəvamius-sirə», səh.289; «Təqribut-təhzib», 2-ci cild, səh.619-da qeyd olunmuşdur. Ribahın tərcümeyi-halı da «Usdul-ğabə», 2-ci cild, səh.160; «Cəvamius-sirə», səh.27; «Əl-isabə», 1-ci cild, səh.490-da qeyd edilmişdir.

[13] Əbu Tüfeyl Amir ibni Vasilə Kənani kiçik yaşlı səhabələrdən sayılırdı. Ühüd müharibəsi baş verən ildə dünyaya gəlmiş və Əli -ın köməkçilərindən və onu sevənlərdən olmuş və bütün müharibədə onunla birlikdə iştirak etmişdi. E`ti‌mad‌‌lı və əmanətdar bir şəxs idi. 100, yaxud 116-cı ildə vəfat etmişdir. O, Peyğəm‌bə‌ri görənlər arasında axırıncı şəxs olaraq dünyadan getmişdi. «Sihah» müəllifləri on‌d‌an 9 rəvayət nəql etmişlər. Onun tərcümeyi-halı «Usdul-ğabə», 3-cü cild, səh.96; «Cə‌vamius-sirə», səh.386; «Təqribut-təhzib», 1-ci cild, səh.389-da qeyd olunmuşdur.

[14] Bu münaqişə ola bilsin ki, Peyğəmbərin Vadil-qura və Xeybər xumsundan olan payı ilə əlaqədar baş vermişdir.

[15] «Müsnədi Əhməd», 1-ci cild, səh.4; «Sünəni Əbi Davud», 3-cü cild, səh.50; «Ta‌ri‌xi ibni Kəsir», 5-ci cild, səh.289; «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81 və onun ar‌d‌ı 87-ci səhifədə Əbu Bəkr Cövhəridən nəqlən; «Tarixi islam», Zəhəbi, 1-ci cild, səh.346.

[16] «Sünəni Termizi», «əbvabus-siyər, 7-ci cild, səh.111.

[17] «Müsnədi Əhməd», 1-ci cild, səh.10, hədis:60; «Sünəni Termizi», 7-ci cild, səh.109; «Təbəqati ibni Sə`d», 5-ci cild, səh.372; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.289.

[18] «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.316.

[19] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.97

[20] «Kənzül-ümmal», 14-cü cild, səh.130.

[21] «Nəhcül-bəlağənin şərhi», 2-ci cild, səh.82.

[22] Yenə orada, 4-cü cild, səh.85

[23] «Tarixul-xüləfa», Süyuti, səh.89.

[24] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.85.

[25] Bəlkə də burada «sədəqə» dedikdə bə`zi rəvayətlərdə qeyd olunan yeddi bağın bir hissəsidir ki, Peyğəmbəri Əkrəm ¡ onlardan sədəqə verirdi.

[26] Hər üç rəvayət «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.81-də mövcuddur. Birin‌ci rəvayət Zəhəbinin «Tarixi islam» kitabı, 1-ci cild, səh.374-də də qeyd olunmuşdur.

[27] «Kənzül-ümmal», «xilafət» kitabı, 5-ci cild, səh.367. Ümmü Hani Əbu Talibin qı‌zı‌dır və Məkkənin fəthi zamanı Islamı qəbul etmiş, Müaviyənin xilafəti döv‌ründə dünyadan getmişdir. «Sihah» müəllifləri ondan qırx altı hədis rəvayət et‌miş‌lər. Onun tərcümeyi-halı «Usdul-ğabə», «Cəvamius-sirə», «Təqribut-təhzib» kitab‌larında qeyd olunmuşdur.

[28] «Fütuhul-büldan», 1-ci cild, səh.35-36; «Təbəqati ibni Sə`d», 2-ci cild, səh.314-315; «Nəhcül-bəlağənin şərhi», səh.81, onun ardı, səh.87; «Tarixul-islam» Zəhəbi, 1-ci cild, səh.364; «Kənzül-ümmal» «xilafət» kitabı, 5-ci cild, səh.365.

[29] «Təbəqat», 2-ci cild, səh.315; «Kənzül-ümmal», 5-ci cild, səh.365.

[30] «Tövbə» surəsi, 128-ci ayə.

[31] «Maidə» surəsi, 50-ci ayə.

[32] «Məryəm» surəsi, 27-ci ayə.

[33] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.78-79 və 93; «Bəlağatun-nisa», səh.12-15.

[34] «Ali-Imran» surəsi, 144-cü ayə.

[35] «Tövbə» surəsi, 12-ci ayə.

[36] «Ibrahim» surəsi, 8-ci ayə.

[37] «Hüməzə» surəsi, 6-7-ci ayələr.

[38] «Şüəra» surəsi, 227-ci ayə.

[39] «Ali-Imran» surəsi, 38-ci ayə; «Məryəm» surəsi, 6-cı ayə.

[40] «Ənfal» surəsi, 74-cü ayə.

[41] «Nisa» surəsi, 11-ci ayə.

[42] «Bəqərə» surəsi, 180-cı ayə.

[43] «Bəlağatun-nisa», səh.16-17.

[44] «Nəhcül-bəlağənin şərhi», 4-cü cild, səh.97.

[45] «Isra» surəsi, 26-cı ayə.

[46] Osman ibni Hüneyf Əli -ın tərəfindən Bəsrədə vali idi ki, Təlhə və Zü‌beyr Cəməl müharibəsini tərtibə salmaq üçün oraya daxil olan zaman onu şəhərdən qov‌du‌lar və o, Müaviyənin xilafət dövründə Kufədə vəfat etdi.

[47] «Ənfal» surəsi, 41-ci ayə. Tərcüməsi: "Bilin ki, hər bir qəniməti əldə etsəniz, onun xumsu (beşdə biri) Allaha, Peyğəmbərə, onun yaxın qohum-əqrəbalarına, yetimlərinə və miskinlərinə və yolda qalanlarına məxsusdur.»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment