Azəri
Friday 19th of July 2024
0
نفر 0

XƏLIFƏLƏRIN XÜMSÜ, PEYĞƏMBƏRIN TƏRƏKƏSINI VƏ FƏDƏKI ƏLƏ KEÇIRMƏLƏRI

XƏLIFƏLƏRIN XÜMSÜ, PEYĞƏMBƏRIN TƏRƏKƏSINI VƏ FƏDƏKI ƏLƏ KEÇIRMƏLƏRI

1-Əbu Bəkr və Ömərin dövründə

Əbu Yusifin «Xərac» kitabında, Nəsainin «Sünən» kita‌bın‌‌da, Əbu Übeydin «Əmval» kitabında, Beyhəqinin «Sünən» ki‌‌ta‌‌bında və Cəssasın «Təfsirul-Qur`an» kitabında Həsən ib‌ni Məhəmməd ibni Hənəfiyyədən rəvayət olunmuşdur ki, o, be‌‌lə demişdir: Camaat Peyğəmbərin vəfatından sonra o həz‌rətin səhmi ilə «zil-qurba» səhmi barəsində ixtilafa düçar ol‌du‌lar. Onlardan bir qrupu dedilər: «Peyğəmbərin payı ondan son‌rakı xəlifəyə məxsusdur.» Başqa bir qrup isə belə dedi‌lər: «Zil-qurba payı Peyğəmbərin qohum-əqrəbalarına məxsus‌dur.» Başqa bir qrup isə belə dedilər: «Zil-qurba payı Pey‌ğəm‌bərdən sonrakı xəlifənin qohum-əqrəbasına məxsusdur.» Nə‌ha‌yət belə qərara aldılar ki, bu iki səhmi silah və minik alın‌masına sərf etsinlər.

«Sünəni Nəsai» və Əbu Übeydin «Əmval» kitabında deyi‌lir: Bu iki səhm Əbu Bəkrin və Ömərin xilafəti dövründə daim silah və minik alınmasına sərf edilirdi.[1]

Ibni Abbasın rəvayətində isə deyilir: Allahın və Pey‌ğəmbərin səhmi bir səhm hesab olundu, «zil-qurba» payı silah və minik almağa sərf edildi, yetimlərin, miskinlərin və yol‌da qalanların payları isə onlardan başqasına verilmədi.»[2]

Başqa rəvayətdə deyilir: «Allah-taala Öz Peyğəmbərinin ca‌nı‌nı aldığı vaxt Əbu Bəkr Peyğəmbərin qohumlarının pa‌yı‌nı beytül-mala qaytardı və müharibə işlərinə sərf etdi.»[3]

Qütadə ona verilən «zil-qurba payı necə oldu?» - sualına ca‌vab olaraq deyir: Bu pay Peyğəmbərin ruzisinin yolu idi və və‌fat etdiyi zaman Əbu Bəkr və Ömər onu müharibə işlərinə məx‌sus etdilər.[4]

Bəlkə də Cübeyr ibni Müt`imin də məqsədi bu olmuşdur. O, belə deyir: Əbu Bəkr Peyğəmbərin öz qohum-əqrəbasına verdiyi şeyləri onlara vermirdi.[5]

Bu rəvayətlərdə qeyd olunanlar həmin məsələlərlə əlaqədar işin əvvəlinə, xüsusilə Əbu Bəkrin dövrünə aid idi. Belə ki, hakim siyasət bu sərmayənin mübariz qrupların məğlub edil‌‌məsi üçün göndərilən qoşuna, eləcə də zəkatı hakim qru‌pa verməkdən imtina edənlərlə, o cümlədən: Malik ibni Nü‌vey‌‌rənin[6] və Kində qəbilələrinin[7] məğlub edilməsinə xərc olu‌‌nurdu. Çünki onlar zəkatın necə verilməsində anla‌şıl‌maz‌‌lığa düçar olmuşdular və hakim hey`ət onları mürtəd ad‌lan‌‌dırdı! Amma bu qrupların məğlub edilməsindən sonra xi‌la‌‌fət aparatı bir ordu təşkil edərək ölkə sərhədlərini ge‌niş‌‌ləndirməyə başladı, fəthlər zamanı mal-dövlət və sərvət art‌dı, qənimətlərin xümsü müsəlmanların – Bəni Haşim və qey‌ri‌ləri arasında – bölüşdürüldü. Peyğəmbərin mirasının bir qismi Bəni Haşimə qaytarıldı ki, sədəqə ünvanı ilə onu pay‌la‌sınlar.

Cabir deyir: Xəlifə xümsü Allah yolunda aparılan müha‌ri‌‌bəyə və gözlənilməz hadisələrə sərf edirdi. Mal-dövlət ço‌xa‌‌lan zaman onu başqa yerlərdə istifadə etməyə başladılar.[8]

Çoxlu rəvayətlərin zahiri mə`nası budur ki, xümsün məs‌rəf edilməsinin dəyişdirilməsi Ömərin dövründə baş ver‌miş‌‌di... O, qərara almışdı ki, xümsün bir hissəsini Bəni Ha‌‌şi‌mə versin. Onlar da bu şərtlə qəbul etdilər ki, pay‌la‌rı‌nın hamısını alsınlar. Bu məsələ Ibni Abbasın Nəcdə Hə‌‌ru‌riyə verdiyi cavabda qeyd olunmuşdur. Nəcdə soruşmuşdu: «Zil-qurba payı kimə məxsusdur?» Ibni Abbas demişdi: «Biz deyir‌dik ki, «zil-qurba» və Peyğəmbərin yaxın adamları biz‌lə‌rik.»[9] Bizim qövmümüz onu qəbul etməyib dedilər ki, Qüreyş hamısı Peyğəmbərin «zil-qurba»sı və qohum-əqrəbasıdır.[10]

Başqa rəvayətdə deyilir ki, Ibni Abbas dedi: «Zil-qurba pa‌yı Peyğəmbəri Əkrəm ¡-in qohumları üçündür və o həz‌rət bu payı onların arasında bölüşdürdü, lakin Ömər on‌la‌rın bir qismini bizə verdi ki, biz də onu öz haqqımızdan az gördükdə ona qaytardıq və onu qəbul etməkdən imtina et‌dik.»[11]

Digər bir rəvayətdə deyilir: «O pay biz Əhli-beytindir; Ömər bizdən istədi ki, onunla dullarımızı ərə verək, ehti‌yac‌lılarımızı tə`min edək, borclularımızın borcunu verək ki, biz qəbul etmədik. Yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizim özümüzə versin, amma o, qəbul etmədi, biz də boşladıq.»[12]

Digər bir rəvayətdə Ibni Abbas belə deyir: «Ömər xümsdan bi‌zim haqqımız olduğunu güman etdiyi miqdarı bizə verdi. Biz də onu qəbul etməyərək dedik: Xümsün beşdə biri «zil-qur‌ba» haqqıdır. Ömər dedi: – Allah-taala xümsü adlarını çək‌diyi siniflər üçün qərar vermişdir. Onların içərisində buna ən layiqlisi onların sayı və ehtiyacı ən çox olan‌la‌rı‌dır. O deyir: Bə`ziləri onu bizdən aldılar, bə`ziləri də boş‌la‌dılar.»[13]

Həmçinin Əbdür-Rəhman ibni Əbi Yə`la deyir: Əlini Əh‌ca‌ruz-Zeyt adlı bir yerdə gördüm və ona dedim: «Atam-anam sənə fəda olsun! Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı olan xüms payı barəsində nə etdilər?» Həzrət buyurdu: «Ömər de‌di ki, sizin bir haqqınız vardır, lakin mən inanmıram ki, əgər artarsa, hamısı sizin malınız olsun; indi əgər istə‌sə‌niz, sizin haqqınız olduğunu bildiyim miqdarı sizə verərəm.» Biz qəbul etmədik, yalnız bu şərtlə (qəbul edərdik) ki, onun ha‌mı‌sını versin. Amma o, hamısını bizə verməkdən imtina etdi.»[14]

Bə`zi rəvayətlərdə qeyd olunan «xəlifə Ömər Peyğəmbərin mirasının bir qismini Mədinədə Peyğəmbərin əmisi Abbasa və imam Əliyə verdi ki, onun işlərini öhdələrinə alsınlar» - rəvayəti zahirən həmin dövrlərdə olmuşdur.[15]

2-Osmanın dövründə:

Ibni Əsir öz «Tarix» kitabında yazır: Osman Afrikanın fəth olunduğu dövrdəki ilk ilin xümsünü Əbdüllah ibni Əbi Sə‌‌rəhə bağışladı, ikinci fəthin xümsünü isə (bu, bütün Af‌ri‌‌kanın fəth olunması ilə nəticələndi) Mərvana hədiyyə etdi.[16]

Ibni Əbil Hədid yazır: «Osman Afrikanın fəthində qərb‌dəki Trablosdan Təmcəyə qədər Allahın Islama nəsib et‌diyi qənimətlərin hamısını Əbdüllah ibni Əbi Sərəhə ba‌ğış‌ladı, müsəlmanlardan bir kəsi belə, onda şərik etmədi!»[17]

Təbəri yazır: Osman Əbdüllah ibni Sə`d ibni Əbi Sərəhi Af‌rikaya göndərdiyi zaman onun Cər-cir adlı bir məntəqədə on‌larla razılaşma məbləği bir milyon beş yüz iyirmi min di‌nar qızıl pula çatırdı. O deyir: Əbdüllah ibni Sə`din müsa‌lihə etdiyi məbləğ üç yüz qintar qızıl idi ki, Osman onu Həkəm övladlarına, yaxud Mərvana bağışladı.»[18]

Ibni Əbdül-həkəm «Fütuhu Afrika» kitabında yazır: Mü‌a‌viyə ibni Xüveyc afrikalılarla üç dəfə müharibə etdi ki, bi‌rin‌ci müharibə 34-cü hicri ilində, Osmanın öldürül‌mə‌sin‌dən öncə baş vermişdi. Osman bu müharibənin xümsünü Mər‌va‌na bağışladı. Bu bir qəzvə idi ki, camaatın əksəriyyəti on‌d‌an xəbərsiz qalmışdılar.[19]

Bilazəri Osmanın sirəsində inkar olunan halları zikr edərkən, Süyuti də «Tarixi xüləfa» kitabında deyir: «O, Af‌ri‌ka qənimətlərinin xümsünü Mərvana bağışladı.»[20]

Əbdüllah ibni Zübeyrdən belə nəql olunmuşdur: «Osman 27-ci hicri ilində bizi Afrika müharibəsinə göndərdi və Əbdüllah ibni Əbi Sərəh çoxlu qənimət əldə etdi, Osman onun xümsünü Mərvana bağışladı.»[21]

Rəvayət olunmuşdur ki, Mərvan Mədinədə özünə bir ev tikdikdən sonra camaatı yeməyə çağırdı və onlara dedi: «Allaha and olsun ki, bu evin tikilişində müsəlmanların malından bir dirhəm, yaxud ondan artığını xərcləməmişəm.» Də`vət olunanlardan biri – Misvər dedi: «Əgər sən öz yemə‌yi‌ni yeyib sakit qalsaydın, sənin üçün daha yaxşı olardı. Çün‌ki sən həmin şəxssən ki, bizimlə Afrikada vuruşurdun, sə‌nin mal-dövlətin, qulamların və köməkçilərin bizdən az idi. Nə‌hayət Ibni Əffan (Osman) Afrikanın xümsünü sənə bağış‌la‌dı, sədəqələrin və maliyyatların işçisi oldun və müsəl‌man‌ların mal-dövlətini mənimsədin.»[22]

Əsləm ibni Ovs Saidi Osmanın Bəqidə dəfn olunmasına ma‌ne oldu. O, bu barədə belə deyir:

اُقْسِمُ بِاللّهِ رَبِّ الْعِبَا                        دِ مَا تَرَكَ اللّهُ خَلْقًا سدَى

دَعَوْتَ اللَّعِينَ فَاَدْنَيْتَهُ                        خِلاَفًا لِسُنَّةِ مَنْ قَدْ مَضَى

وَاَعْطَيْتَ مَرْوَانَ خُمُسَ الْعِبَادِ              ظُلْمًا لَهُمْ وَحَمِيتَ الْحمَى

"Bəndələrin Pərvərdigarı olan Allaha and içirəm:

Allah heç bir bəndəni boş buraxmamışdır.

Sən (Osman) o məl`unu (Həkəmi) çağırıb özünə yaxınlaşdırdın.

Və bu rehlət edən şəxsin (Peyğəmbərin) sünnəsinin əksinə idin.

Bəndələrin xümsünü Mərvana bağışladın.[23]

Onlara zülm etdin, Həmçinin, qorunan bir məntəqəni öz malın etdin."[24]

«Əğani» kitabında deyilir: Mərvan o xümsü beş yüz minə müa‌milə etdi və Osman həmin məbləği də ona bağışladı. Bu, hə‌min hallardandır ki, ona irad tuturdular. Əbdür-Rəhman ib‌ni Həmdan da onun barəsində belə şe`r qoşmuşdur...[25]

Bunlar üçüncü xəlifə Osmanın xüms barəsindəki şəxsi ic‌tihadları idi. Amma onun Peyğəmbərin mirası barəsindəki ic‌ti‌hadlarına gəldikdə isə, Əbül-fida və Ibni Əbdi Rəbbih be‌lə demişlər: «Osman Peyğəmbərin sədəqəsi olan və Fati‌mə‌nin Əbu Bəkrdən tələb etdiyi Fədəki Mərvanın ixtiyarına ver‌di».[26]

Ibni Əbil Hədid yazır: «Osman Fədəki Mərvanın ixtiya‌rı‌‌na verdi, halbuki, Fatimə Peyğəmbərin vəfatından son‌‌ra onu bir dəfə miras ünvanı ilə, bir dəfə də Peyğəm‌bə‌rin hədiyyəsi ünvanı ilə Əbu Bəkrdən tələb etmiş və onun istə‌‌yinə cavab verilməmişdi.»[27]

Əbu Davud və Beyhəqi öz «Sünən» kitablarında Ömər ibni Əb‌dül-Əzizdən rəvayət edirlər ki, o, Fədəkin barəsində belə demişdir: «Ömər hakimiyyətə çatan zaman onunla keçmiş‌də‌ki‌lər kimi rəftar etdi və vəfat edən zaman Osman onu Mər‌va‌nın ixtiyarına qoydu.»[28]

Beyhəqi bu rəvayətin hamısını qeyd etdikdən sonra deyir: Fədək Osman ibni Əffanın dövründə bəlkə də ona görə Mər‌va‌nın ixtiyarında olmuşdur ki, Osman Peyğəmbərə mənsub edi‌lən rəvayətdə tə`vil və ictihad etmişdi. O rəvayətdə belə deyi‌lir: «Hər vaxt Allah ruzidən hər hansı bir payı Peyğəm‌bərə nəsib etsə, o pay onun canişini üçün olacaqdır. Və o (Os‌man) öz sərvəti ilə ondan ehtiyacsız olduğu zaman onu öz qo‌hum-əqrəbasının ixtiyarına verdi və onunla sileyi-rəhim haq‌qını ödədi.»

Ibni Əbdü Rəbbih və Ibni Əbil Hədid yazırlar: Peyğəm‌bəri Əkrəm ¡ Mədinə bazarındakı «Məhruz» adlı yeri müsəlmanlara vəqf etdi. Osman isə onu Mərvanın qardaşı Haris ibni Həkəmin ixtiyarına verdi.[29]

Bunlar xəlifə Osmanın xüms və Peyğəmbərin mirası barə‌sindəki ictihadları idi ki, bizim əlimizə gəlib çatmışdır. Amma camaatın onunla düşmənçiliyinin səbəbinə gəldikdə isə, aşağıdakı iki mövzudan ibarətdir:

Birincisi budur ki, ondan əvvəlki iki xəlifə bu əmvalı ümumxalq istifadəsinə verirdilər. Osman isə onu öz qohum-əqrəbalarına məxsus etdi.

Ikincisi, onun qohum-əqrəbasının Islam və müsəlmanlar qarşısında tutduğu aşağıdakı mövqelərdir:

OSMANIN QOHUM-ƏQRƏBASINIn TUTDUĞU MÖVQE

1-Osmanın xala oğlusu və süd qardaşı Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh.

Hakim «Müstədrək» kitabında yazır: O, Peyğəmbərin katibi idi ki, yazıda xəyanəti aşkar olduqda Peyğəmbər onu bu iş‌dən götürdü. O, Islamdan çıxaraq məkkəlilərə qoşuldu və on‌lara dedi: «Mən Mühəmmədi istədiyim kimi istiqamət‌lən‌di‌rir‌‌dim, o, məni «əzizun həkimun» - deyə imla etdiyi zaman, mən deyirdim ki, ya «əlimun həkimun», o deyirdi: «Bəli, ha‌mı‌sı düzdür.» Nəhayət Allah-taala onun barəsində «Ən`am» surə‌sinin 93-cü ayəsini nazil etdi:

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ قَالَ أُوْحِيَ إِلَيَّ وَلَمْ يُوحَ إِلَيْهِ شَيْءٌ وَمَن قَالَ سَأُنزِلُ مِثْلَ مَا أَنَزلَ اللّهُ وَلَوْ تَرَى إِذِ الظَّالِمُونَ فِي غَمَرَاتِ الْمَوْتِ وَالْمَلآئِكَةُ بَاسِطُواْ أَيْدِيهِمْ أَخْرِجُواْ أَنفُسَكُمُ الْيَوْمَ تُجْزَوْنَ عَذَابَ الْهُونِ بِمَا كُنتُمْ تَقُولُونَ عَلَى اللّهِ غَيْرَ الْحَقِّ وَكُنتُمْ عَنْ آيَاتِهِ تَسْتَكْبِرُونَ

"Allahın adından yalan danışan, yaxud "heç bir şey vəhy olunmadığı hal‌da mənə vəhy olunur" - deyən, yaxud "mən də onun nazil etdiyi şeylər ki‌mi‌sini nazil etməyə qadirəm" - deyən şəxslərdən də zalım şəxs var‌mı?! Əgər görsəydin, zalımlar ölüm astanasında qərar tutduğu zaman mə‌ləklər əllərini açaraq onlara "Öz canlarınızı çıxardın, bu gün Al‌laha bağladığınız yalanlara, Onun ayələrinə nisbət verdiyiniz təkəb‌bür‌lüyə görə xaredici cəzaları görün!" - deyərlər."

Buna görə də Peyğəmbəri Əkrəm ¡ onun qanını hə‌dər saymışdır. Məkkəni fəth edərkən dörd kişi və iki qa‌dın‌dan başqa, bütün insanlara aman verdi. Buyurmuşdu ki, on‌lar hətta əgər Kə`bə pərdəsinin altında tapılsalar belə, öl‌dürülməlidirlər! Onlardan biri də həmin Əbdüllah idi ki, Os‌manın yanına getdi. Osman onu gizlətdi və Məkkə əhalisi aman tapdıqdan sonra onu Peyğəmbərin yanına gətirib onun üçün aman istədi. Peyğəmbər bir müddət sükut etdikdən sonra «yax‌şı» - deyə buyurdu. Osman çölə çıxdıqdan sonra Peyğəmbər ¡ öz ətrafındakılara buyurdu: «Mən yalnız buna görə sü‌kut etdim ki, biriniz ayağa qalxıb onun boynunu vursun.» Ən‌sardan bir nəfər dedi: «Ya Rəsuləllah! Nə üçün mənə işa‌rə etmədin?» Buyurdu: «Işarə etmək Peyğəmbərə yaraşan iş de‌yil.»[30]

Məhz bu Əbdüllah ibni Sə`d ibni Əbi Sərəh Osman xila‌fə‌tə çatan zaman Misrin hakimi Əmr ibni Ası xərac ida‌rə‌sin‌dən kənarlaşdırdı, onu camaat namazı qılmaq və ordu işin‌də saxladı. Əbdüllahı da Xərac işinə tə`yin etdi. On‌lar bir-birilə dalaşdığı zaman Əmr Ası namaz qılmaq işin‌dən götürdü və namazı da Əbdüllahın işlərinə artır‌dı. Əbdüllah Osmanın ölümündən sonra Müaviyəni bəyənmədi və ondan kənara çəkilərək dedi: «Mən Osmanın qətlə yeti‌ril‌məsini istəyən bir şəxslə bir yerə yığışmaram!» Bundan son‌ra imam Əli -ın xilafəti dövründə Rəmlədə vəfat etdi. Zəhə‌bi deyir: «O, bir hədis rəvayət etmişdir.»[31]



[1] «Xərac» kitabı, səh.24-25; «Sünəni Nəsai», 2-ci cild, səh.179; Əbu Übeydin «Əm‌val» kitabı, səh.332; «Təfsiri Təbəri», 10-cu cild, səh.6; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.62; «Sünəni Beyhəqi», 6-cı cild, səh.342-343.

[2] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[3] Yenə orada; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.60; «qismətul-xums» babında deyilir: Qutadə onun oxşarını Əkrəmədən rəvayət etmişdir.

[4] «Təfsiri Təbəri», 10-cu cild, səh.6.

[5] «Sünəni Əbi Davud», «məvaziul-xums» babı; «Sünəni Beyhəqi», 6-cı cild; «zil-qur‌‌ba payı» babı; «Müsnədi Əhməd», 4-cü cild, səh.83; «Məcməüz-zəvaid», 5-ci cild, səh.341.

[6] Onun başına gələn əhvalatlar əvvəlki səhifələrdə qeyd olundu.

[7] Yenə orada.

[8] «Xərac», Əbu Yusif, səh.23; «Əhkamul-Qur`an», Cəssas, 3-cü cild, səh.61.

[9] «Səhihi Müslüm», 4-cü cild, səh.198; «Müsnədi Əhməd», 1-ci cild, səh.248, 294, 304, 308; «Sünəni Darəmi», 2-ci cild, səh.225; «Muşkilul-asar», Təhavi, 2-ci cild, səh. 136 və 179; «Müsnədi Şafei», səh.183; «Hilyətul-övliya», Əbu Nəim, 3-cü cild, səh.205.

[10] Bu artıq hissə «Təfsiri Təbəri», 10-cu cild, səh.5; «Əl-əmval», Əbu Übeyd, səh.333-də qeyd olunmuşdur.

[11] «Müsnədi Əhməd», 1-ci cild, səh.224 və 320; «Sünəni Əbi Davud», 2-ci cild, səh.51; «Sünəni Nəsai», 2-ci cild, səh.177; «Sünəni Beyhəqi», 6-cı cild, səh.344 və 345.

[12] «Xərac», səh.23-24; «Məğaziyi Vaqidi», səh.697; «Əl-əmval», Əbu Übeyd, səh.333; «Sü‌nə‌ni Nəsai», 2-ci cild, səh.178; «Əhkamul-Qür`an», Cəssas, 3-cü cild, səh.63; «Lisanul-mizan», 6-cı cild, səh.148, Nəcdənin tərcümeyi-halı.

[13] «Əl-əmval», səh.235; «Kənzül-ümmal», 2-ci cild, səh.305.

[14] «Sünəni Beyhəqi», «zil-qurba payı» babı, 6-cı cild, səh.344; «Müsnədi Şafei», «qis‌mul-fey`» babı, səh.187.

[15] «Səhihi Buxari», «məğazi» kitabı, 2-ci cild, səh.125, 3-cü cild, səh.38; «Sünəni Əbi Davud», «xərac» kitabı, 3-cü cild, səh.47; «Müsnədi Əhməd», 1-ci cild, səh.6; «Tə‌bə‌qa‌ti ibni Sə`d», 8-ci cild, səh.28; «Müntəxəbi kKənzül-ümmal», 3-cü cild, səh.128.

[16] «Tarixi ibni Əsir», Avropa çapı, 3-cü cild, səh.71, Misrin 1-ci çapı, 3-cü cild, səh.35.

[17] «Nəhcül-bəlağənin şərhi», Ibni Əbil Hədid, 1-ci cild, səh.67.

[18] «Tarixi Təbəri», Avropa çapı, 1-ci cild, səh.2818; «Tarixi ibni Əsir», Misrin 1-ci çapı, 3-cü cild, səh.35.

[19] «Fütuhi Afrika», səh.58-60.

[20] «Ənsabul-əşraf», 5-ci cild, səh.25; «Tarixi xüləfa», səh.256.

[21] Yenə orada, 5-ci cild, səh.27.

[22] Yenə orada, 5-ci cild, səh.28.

[23] Şair burada xumsu «bəndələrin xumsu» adlandırır. Çünki Əbu Bəkrin və Ömə‌rin dövründə adət üzrə xumsu bəndələrin xumsu hesab edir və ona Allaha, Peyğəmbərə və Peyğəmbərin yaxın adamlarına vermirdilər.

[24] «Ənsabul-əşraf», 5-ci cild, səh.38.

[25] «Əğani», 6-cı cild, səh.57; «Tarixi Əbil-fida», 1-ci cild, səh.233; «Məarif», Ibni Qüteybə, səh.84; «Əqdül-fərid», 2-ci cild, səh.283.

[26] «Tarixu Əbil-fida», 11-ci cild, səh.232; «Əqdül-fərid», 4-cü cild, səh.273, bu ta‌rix‌‌‌çilər Əbu Bəkrin rəvayətinə istinad edərək Fədəki «Peyğəmbərin sədəqəsi» hesab et‌mişlər.

[27] «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67.

[28] «Sünəni Əbi Davud», 2-ci cild, səh.49-50. «Xərac» kitabından «Səfaya Rəsulil‌lah» bölməsindən; «Sünəni Beyhəqi», 6-cı cild, səh.310.

[29] «Əqdül-fərid», 4-cü cild, səh.283; «Nəhcül-bəlağənin şərhi», 1-ci cild, səh.67, orada «Bəhruz» ibarəti təhrif olunmuşdur. Eləcə də «Mühazirati Rağib», 2-ci cild, səh.211; «Məarif», Ibni Qüteybə, səh.84; Mavərdi və Əbu Yə`la da Peyğəmbərin hərəkətini bəyan edərkən yazırlar: Osmaq Məhruzu Mərvanın ixtiyarında qoydu.

[30] «Müstədrəki Hakim», 3-cü cild, səh.100; «Usdul-ğabə», 3-cü cild, səh.173; «Təfsiri Kəş‌şaf», 2-ci cild, səh.35; «Ənsabul-əşraf», 5-ci cild, səh.49; «Sünəni Əbi Davud», 4-cü cild, səh.128; eləcə də «Təfsiri Qurtubi», «Təfsiri Razi», «Təfsiri Beyzavi», «Təf‌si‌ri Xazin», «Təfsiri Nəsəfi», «Təfsiri Şovkani», həmin ayənin təfsirində.

[31] «Siyəru ə`lamin-nübəla», 3-cü cild, səh.23-24.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment