Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

PEYĞƏMBƏRI-ƏKRƏM ¡-DƏN SONRA XÜMS VƏ SƏDƏQƏNIN HÖKMÜ

PEYĞƏMBƏRI-ƏKRƏM ¡-DƏN SONRA XÜMS VƏ SƏDƏQƏNIN HÖKMÜ

Əhli-beyt imamları ¢ sədəqənin «zil-qurba»ya haram edil‌məsində Peyğəmbər ¡-in yolunu davam etdirmişlər. Imam Sadiq bir nəfərin «əgər xümsdan məhrum olu‌n‌mu‌su‌nuzsa, sədəqə sizə halal olurmu?» sualının cavabında buyur‌muş‌dur: "Xeyr, Allaha and olsun, bizə haram olunan şey zalımların tərəfindən haqqımızın qəsb olunması ilə bizə halal olmur. Allahın bizə halal etdiyi şeyə əl tapmaqdan məhrum olmağımız Allahın bizə haram etdiyi şeylərin halal olmasına səbəb olmaz."

Amma xəlifələr Peyğəmbəri Əkrəm ¡-in özündən son‌ra qoyduğu bütün mirası aşağıdakı şəkildə öz ixtiyar‌la‌rı‌na keçirtdilər:

1-Müxeyriqin vəsiyyətinə uyğun olaraq Peyğəmbərə verilən yeddi bağı.

2-O Həzrətin Bəni-nəzir əmvalından olan ərazilərini.

3, 4 və 5-Xeybərdəki üç qala.

6-«Vadil-qura» diyarının üçdə biri.

7-Məhruz (Mədinə bazarının yerləşdiyi yer).

8-Fədək.

Peyğəmbəri Əkrəm ¡ yeddi bağdan altısını vəqf et‌miş‌di ki, o həzrətin sədəqələri (vəqf etdiyi şeylər) hesab olu‌nurdu. Həmçinin, Bəni-nəzir ərazilərindən bir hissəsini Əbu Bəkrə, Əbdür-Rəhman ibni Ovfa və Əbu Dücanəyə bağış‌la‌mış, öz xanımlarını da Xeybər qalalarından bəhrələn‌dir‌mişdi. Fədəki Fatimeyi-Zəhra -a vermiş, Vadil-quranın bir ox atan miqdarında olan məsafəsini Həmzə ibni Nö`man Əzriyə bağışlamışdı.

Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman Əbu Bəkr və Ömər Əlinin yanına gələrək dedilər: Sənin Peyğəmbərin tərə‌kəsi (mirası) barəsindəki nəzərin nədir?!

Əli dedi: – Biz camaat arasında Rəsuli Əkrəmə ən la‌yiq (yaxın) olan adamlarıq.

Ömər dedi: – Xeybərdə olanlarla necə?!

Əli dedi: – Xeybərdə olanlarla belə.

Ömər dedi: – Fədəkdə olanlarla necə?!

Əli dedi: – Fədəkdə olanlarla belə.

Ömər dedi: – Agah ol! Allaha and olsun, bizim boynumuzu kəs‌məyincə, irəli gedəcəksən! Xeyr!

Əbu Bəkr Peyğəmbəri Əkrəm ¡-in silahını və mi‌niyini Əliyə verib dedi: – Bundan başqa Peyğəmbərin qoyub getdiyi şeylər sədəqədir.

Onlar Peyğəmbərin tərk etdiyi şeylərin hamısını, hətta Fə‌dəki belə müsadirə edərək Peyğəmbərin sair müsəlmanlara bağış‌ladığı şeylərə toxunmadılar.

Fatimə də üç şey barəsində onunla münaqişəyə başladı:

1-Fədək barəsində: Belə ki, Peyğəmbəri Əkrəm ¡ onu Fatiməyə bağışlamışdı. Əbu Bəkr ondan öz müddəasına dair dəlil gətirməsini istədi. O həzrət də bir qadın və bir kişini şahid gətirdikdə, Ömər şəhadətlərini rədd etdi. Çünki onlar iki kişi, yaxud bir kişi iki arvad deyildir.

2-Fatimeyi-Zəhra -ın Peyğəmbəri Əkrəm ¡-dən aparacağı irs barəsində: Belə ki, Peyğəmbərin vəfatından on gün sonra Əli və Abbas ilə birlikdə Əbu Bəkrin yanına gəlib dedi: – Mənim atam Rəsulullahdan olan mirasım (hanı)?!

Əbu Bəkr dedi: – Daşınan, ya daşınmayan?

Həzrət buyurdu: – Fədək, Xeybər və onun Mədinədəki sədə‌qə‌lərini irs aparıram. Necə ki, sənin qızın səndən irs apa‌rır.

Əbu Bəkr dedi: – Allaha and olsun, sənin atan məndən yax‌şı idi, sən də Allaha and olsun ki, mənim qızlarımdan yax‌şısan.

Digər bir rəvayətdə Fatimə ona dedi: – Əgər ölsən, kim səndən irs aparacaq?

Əbu Bəkr dedi: – Övladlarım və ailəm.

Fatimə dedi: – Bəs necə olur ki, sən bizim yerimizə Peyğəmbəri Əkrəm ¡-dən irs aparırsan?!

Əbu Bəkr dedi: – Ey Rəsulullahın qızı! Mən belə etmə‌mişəm. Mən atandan nə torpaq irs aparmışam, nə qızıl-gümüş, nə də qulam və övladlarını.

Fatimə dedi: – Belə isə, bizim Xeybər və Fədəkdəki xalisəmizdən olan payımız necə oldu?

Dedi: – Mən Peyğəmbərin belə dediyini eşitmişəm: «Biz pey‌ğəm‌bərlərdən irs aparılmır, hər nə qoyuruqsa, sədəqədir. Ali-Mühəmməd yalnız bu maldan – yə`ni Allah malından- ye‌yir‌lər, gündəlik yeməklərindən artıq payları yoxdur.» Pey‌ğəmbər hər kimin xərcliyini verirdisə, onun xərcliyi mənim öh‌dəmə‌dir.

Bu zaman Həzrət Əli bu ayəni tilavət etdi: "Və vərisə Suley‌ma‌nu Davudə." Yə`ni Süleyman Davuddan irs apardı. Sonra dedi: – "Yə‌ri‌‌suni və yərisu min Ali-Yə`qubə – Məndən və ali-Yə`qubdan irs aparsın.

Əbu Bəkr dedi: – Bəli, belədir. Allaha and olsun ki, sən də bilirsən, necə ki, mən bilirəm.

Əli dedi: – Bu danışan Allahın Kitabıdır!

Bundan sonra sükut edib qayıtdılar.

3-"Zil-qurba" payı barəsində: Belə ki, Əbu Bəkr Fatiməni və Bə‌ni Haşimi «zil-qurba» payından məhrum edib, onu silah və mi‌nik almağa xərclədiyi zaman Fatimə onun yanına gəlib dedi: – Sən biz Əhli-beyt barəsində etdiyin zülmdən agah‌san: Peyğəmbərin sədəqələrini və vəqflərini, Allahın Qur`‌anda bizə qaytardığı və «zil-qurba» payı qərar verdiyi qənimətin hamısını zalımcasına bizdən almısan. (Sonra «Ən‌fal» surəsinin 41-ci ayəsini tilavət etdi:)

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ

"Bilin ki, əldə etdiyiniz qənimətlərin beşdə biri Allaha, Peyğəm‌bə‌rə və "zil-qurba"ya məxsusdur."

Digər bir rəvayətdə belə dedi: – Sən «ma ənzələllah»ı mə‌nim‌səmək istəyirsən, Allah-taalanın bizim barəmizdə asi‌mandan nazil etdiyi şeyləri bizdən alırsan?!

Əbu Bəkr dedi: – Atam-anam sənə, sənin atana və övlad‌la‌rı‌na fəda olsun! Mən Allahın Kitabını, Allahın Rəsu‌lu‌nun haqqını və onun qızının haqqını eşidib onlara itaət edi‌rəm. Mən də sənin Allahın Kitabından oxuduğun şeyləri oxu‌yuram, lakin elmim buna çatmır ki, xümsdan olan bu pay tama‌milə sizə çatmış olsun!

Fatimə dedi: – Sənə və sənin qohum-əqrəbana çatır‌mı?

Dedi: – Xeyr! Onun qalanlarını müsəlmanların məslə‌həti‌nə xərcləyəcəyəm.

Dedi: – Bu, Allahın hökmü deyil!

Başqa bir rəvayətdə qeyd olunur ki, Əbu Bəkr dedi: – Pey‌ğəm‌bər mənə buyurmuşdur: Mütəal Allah Peyğəmbərini həyatda olduğu vaxta qədər onu xüsusi bir payla bəhrələndirirdi, onun canını aldığı vaxt onun payı kəsilir.

Digər bir rəvayətdə dedi: – Peyğəmbərin belə dediyini eşit‌mişəm: «Zil-qurba payı yalnız mənim həyatımda onlara ça‌tacaq, mənim ölümümdən sonra heç bir payları yoxdur.»

Bu zaman Fatimə qəzəblənib buyurdu: Sən Peyğəm‌bər‌dən eşitdiklərini daha yaxşı bilirsən?! Mən bu hadisədən son‌ra səndən heç bir şey istəməyəcəyəm! Allaha and olsun ki, sənin‌lə danışmayacağam!

Dünyadan gedən vaxta qədər o iki şəxslə danışmadı.

Bəli, Fatimə özünün bütün dəlillərini gətirdi, şa‌hid‌lərini tanıtdırdı. O, Əbu Bəkrin haqqı qəbul etmədiyini, heç bir şeyi geri qaytarmaq istəmədiyini gördükdə, qərara al‌dı ki, bu münaqişəni ümumxalq arasında və müsəlmanların hü‌zu‌runda irəli çəksin, atasının köməkçlərindən kömək istə‌sin və onları bu məs`uliyyətdə şərik etsin. Buna görə də öz qohumlarından bir qrup göndərərək Peyğəmbərin yerişi ilə atasının məscidinə getdi, mühacir və ənsarın içərisində olan Əbu Bəkrə xitab edərək buyurdu:

Ey camaat! Mən Fatiməyəm, atam Mühəmməddir! Keçmişdən de‌yirəm: "Ləqəd caəkum Rəsulun..." "Sizin özünüzdən olan bir Peyğəmbər si‌zə tərəf gəldi." Sonra buyurdu: Qəsdən Allahın Kitabını boş‌layaraq onu arxanıza atırsınızmı? Çünki Allah buyurur: "Və vərisə Suleymanu Davudə." Süleyman Davuddan irs apardı. Yəhya ib‌ni Zəkəriyyanın hadisəsində buyurur: "Pərvərdigara, mənə Öz tə‌rə‌findən bir vəli qərar ver ki, məndən və ali-Yə`qubdan irs aparsın." Son‌ra buyurmuşdur: "Qohumlar bir-birinə qarşı Allahın hökmündə (baş‌‌qalarından) daha artıq layiqdirlər)." Həmçinin, buyurmuşdur: "Al‌lah övladlarınızın barəsində sizə belə tövsiyə edir ki, oğlanın irs‌dən olan payı iki qız qədəri olsun." Həmçinin, buyurmuşdur: "Əgər bir xeyir (mal-dövlət) qoymuş olsa, ata-ana və qohum-əqrəbalar üçün layiqli şəkildə vəsiyyət etsin."

Siz güman edirsiniz ki, mən atamdan vərasət haqqına ma‌lik deyiləm və bizim aramızda qohumluq əlaqələri yoxdur?! Yox‌sa Allah sizi bir ayəyə məxsus etmiş və Peyğəmbəri o ayə‌nin dəlalətindən xaric etmişdir?! Yoxsa deyirsiniz ki, biz iki din ardıcılıyıq və bir-birimizdən irs aparmırıq?! Mən və atam vahid bir dindən deyilikmi?! Bəlkə siz Allahın Pey‌ğəm‌bərindən Qur`anın am (ümumi) və xüsuslarına daha artıq agah‌sınız?! Cahiliyyət hökmünü axtarırsınızmı?!

Sonra öz evinə qayıtdı və Əbu Bəkrlə bir daha danış‌ma‌dı. Bu da vəfat etdiyi vaxta qədər davam etdi. O həzrət ata‌sı‌nın vəfatından sonra altı ay həyatda qaldı və vəfat etdiyi za‌man əri onu gecə ikən dəfn etdi və Əbu Bəkri bu işdən xəbər‌dar etmədi.

Bəli, Əbu Bəkr ravisi yalnız özü olduğu bir şeydə icti‌had etdi və Peyğəmbərin qızını ata irsindən, Peyğəmbərin qo‌hum-əqrəbasını da xüms haqqından məhrum etdi. Bununla da öz işini sona çatdırdı!

ÖMƏRIN DÖVRÜNDƏ

Imam Əli «Atam-anam sənə fəda olsun, Əbu Bəkr və Ömər siz Əhli-beytin haqqı və xüms ilə nə etdilər?» - deyə sual edən bir şəxsin cavabında buyurdu: Ömər dedi: «Sizin bir haqqınız vardır və mən inanmıram ki, əgər artsa, onun hamısı sizə çata bilsin. Indi əgər istəyirsinizsə, mənim nəzərimə çatan miqdarı sizə verərəm.» Biz ondan qəbul etmədik, yalnız bu şərtlə qəbul edirdik ki, onun hamısını bizə versin. O, isə bundan imtina etdi.

Ömər qərara almışdı ki, Peyğəmbərin Mədinədə tərk et‌di‌yi şeylərin bir qismini Imama və onun əmisi Abbasa təh‌vil versin. Onun bu tədbiri o vaxt baş vermişdi ki, fəth olu‌nan ölkələrin mal-dövləti və sərvəti sel kimi onlara doğ‌ru artmağa başlamışdı.

Bəli, Ömər ictihad etdi və «zəvil-qurba»nı – Peyğəm‌bə‌rin yaxın adamlarını öz haqqı olan xümsdan məhrum etdi. O, yenə ictihad edərək Peyğəmbəri Əkrəm ¡-in mirasının mü‌sa‌dirə olumasını davam etdirdi. Nəhayət fəth olunmuş öl‌kə‌lərin sərvəti onlara gəlib çatan zaman ictihad etdi və istə‌di ki, onların paylarının bir qismini özlərinə təhvil ver‌sin, nəhayət onun da dövranı sona çatdı.

OSMANIN DÖVRÜNDƏ

Osman Afrikanın birinci qəzvəsinin xümsünü özünün xa‌la‌sı oğlu və süd qardaşı olan Əbdüllah ibni Əbi Sərəhə ba‌ğış‌ladı. Afrikanın ikinci qəzvəsinin xümsünü öz əmi oğlusu və kürəkəni Mərvan ibni Həkəmə hədiyyə etdi və Fə‌də‌ki onun mülkiyyətinə keçirtdi. Mədinə bazarının yer‌ləş‌diyi Məhzuru da əmi oğlusu və digər kürəkəni Harisə təhvil ver‌di, halbuki, Peyğəmbər həmin yeri müsəlmanlara vəqf etmişdi. Həmçinin, Qüzaə qəbiləsinin sədəqələrini öz əmisi Hə‌kə‌mə bağışladı, sədəqənin işçisi müsəlmanların baza‌rın‌dan qayıtdığı zaman onun yanına gəldikdə Osman dedi: «Onu Həkəmə təhvil ver!»

Beyhəqi Peyğəmbər ¡-in tərk etdiyi və Osmanın öz qohum-əqrəbasına hədiyyə etdiyi şeylərin bir qismi barəsində yazır: Osman Peyğəmbəri Əkrəm ¡-dən rəvayət olunan «hərgah Allah-taala bir peyğəmbərə bir pay verirsə, ondan sonra da onun canişini olan şəxsə məxsusdur» - hədisinə istinad edərək ictihad etdi. Özü malik olduğu sərvətlə ondan ehtiyacsız olduğu zaman onu qohum-əqrəbalarına verib sileyi-rəhim etdi. Osman Peyğəmbəri Əkrəm ¡-in tərəkəsi barəsində ictihad edib onu öz qohum-əqrəbalarına verməkdən əlavə, digər bir ictihadı da xüms barəsində edərək onları öz qohumlarına verdi. Sonrakı ictihadında isə sədəqələri onların ixtiyarına keçirtdi və ictihad edib, yenə də ictihad etdi! Bu ictihadın qapısı necə də genişdir?!!

IMAM ƏLI -IN DÖVRÜNDƏ

Imam Əli da öz hökumətində (mövcud siyasi fəzaya görə) Əbu Bəkr və Ömərin sünnəsindən, xüsusilə Əhli-beytə qay‌tarılan əmval barəsində heç bir şeyi dəyişdirə bilmədi.

MÜAVIYƏNIN DÖVRÜNDƏ

Müaviyənin Peyğəmbər ¡-in qohum-əqrəbasını xüms‌dən məhrum və o həzrətin mirasını müsadirə etməkdə tutduğu ictihadlar əvvəlki xəlifələrin ictihadına oxşayırdı. Onun əlavə etdiyi şey bu idi ki, öz valisinə belə yazmışdı: «Qənimət olan bütün qızılları, gümüşləri və nəfis şeyləri mənim üçün kənara qoy və onlardan heç bir şeyi müsəlmanların arasında bölüşdürmə.»

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZIN DÖVRÜNDƏ

Ömər ibni Əbdül-Əziz çalışırdı ki, şər`i nəslərə tabe olsun. Bu yolda Peyğəmbər nəvələrinin xüms səhmini Fədəklə birlikdə onlara qaytardı ki, bu da yalnız müəmmalı şəkildə vəfat etdiyi vaxta qədər davam etdi.

ÖMƏR IBNI ƏBDÜL-ƏZIZDƏN SONRA

Yezid ibni Əbdül-məlik ictihad edərək yenidən Fədəki Fa‌timə övladlarından aldı. Abbasi xəlifəsi Səffah ha‌ki‌miyyətə çatan zaman onu Fatimə övladlarına qaytar‌dı. Bundan sonra Mənsur Abbasinin ictihadı çatdı və o, Fə‌dəki Fatimə övladlarından aldı, Mehdi onu yenidən on‌lara qaytardı. Sonra Mehdinin oğlu Musa ictihad edərək onu Fatimə övladlarından aldı, Mə`mun yenidən onu ge‌ri‌yə qaytardı. Mütvəkkil hakimiyyətə çatana qədər onların ix‌ti‌yarında oldu və o, ictihad edərək yenidən onlardan aldı və Əb‌düllah Bazyarın ixtiyarına keçirtdi.[1] O da Peyğəmbəri Ək‌rəm ¡-in öz əli ilə Fədəkdə əkdiyi on bir xurma ağa‌cı‌nı kökündən çıxardıb atdı. Bu xəlifələrin xüms və Pey‌ğəm‌bərin mirası barəsində bizə gəlib çatan son mə`lu‌matlardır. Amma xüləfa məktəbinin alimlərinin nəzəri isə aşağıdakı kimidir.

Xüləfa məKtəbinin alimlərinin xümsün məsrəf olunma yerləri barəsindəKi nəzəri

Xüləfa məktəbi alimlərinin Peyğəmbər ¡-dən sonra xümsün sərf edilməsi yerlərindəki nəzərlərinə gəldikdə isə, onlar xəlifələrin bu barədə gördüyü tədbirlərə tabe olmuşlar və onların arasında heç bir fərq gözə dəymir. Onlardan bir qrupu deyir: «Peyğəmbərin payı ondan sonrakı imama, yə`ni xəlifəyə, «zil-qurba» payı da həmin xəlifənin qohum-əqrəbasına çatır.» Başqa bir qrup deyir: «Hər iki pay silah alınmasına və ordunun təchizatına xərclənməlidir.» Digər bir qrup isə deyir: «Xümsün məsrəf olunma yerinin tə`yin olunması xəlifənin ictihadına bağlıdır.»

Bə`ziləri Ömərin Əhli-beytin xümsdan məhrum edilməsi ilə əlaqədar gördüyü tədbirləri onun ictihad işi hesab edərək deyirlər: «Ömər öz hökmündə ictihad yolundan xaric olmadı, onun işinə irad tutan şəxs, yalnız səhabələrin tutduğu ictihad yolunda irad tutmuş olur.»

Öməri tənqid edərək «o, Peyğəmbərin xanımları üçün xüsusi bir maaş ayırıb, Fatimə və Əhli-beyti öz xümslərindən məhrum etdi... halbuki, bu üslubun Peyğəmbərin zamanında misli görünməmişdi» - deyə irad tutan şəxsin cavabında belə cavab verirlər: «Bu, bir müctehidin digər müctehid ilə ictihadi məsələlərdəki müxalifəti ilə eynidir. Yə`ni Ömərin Rəsuli Əkrəmlə müxalifəti bir müctehidin baş‌qa müctehidlə olan müxalifəti kimidir.»

Unutmaq olmaz ki, bütün bu sözlər fəth olunmuş qəni‌mət‌lə‌rin xümsü barəsindədir. Çünki bu sözlərə inananlar deyir‌lər: "Və`ləmu ənnəma ğənimtum" - ayəsi yalnız fəth olunmuş qəni‌mət‌lərin xümsüna nəzər yetirir. Buna əsasən, onlar deyirlər: «Mü‌təal Allah bu ayədə fəthlərin qənimətlərinin xümsünün məs‌rəf olma yerini təy`in etmiş, eyni zamanda xümsün harada məs‌rəf olunması xəlifələrin ictihadları ilə şərtlənir!!» Xəli‌fələr də xümsün məsrəf olunma yerlərini aşağıdakı şəkil‌də tə`yin etmişlər:

Əbu Bəkr və Ömər ictihad edərək Peyğəmbərin qızı Fati‌mə‌ni və sair Haşimi övladlarını, yaxınlarını və Əbdül-Müt‌təlibin nəvələrini xüms payından məhrum etdilər. Osman bu ictihada digər birini əlavə etdi və xüms ilə Peyğəmbərin mi‌ra‌sını sileyi-rəhim ünvanı ilə öz qohum-əqrəbalarına ver‌di. Bundan sonra Müaviyə başqa bir ictihad edərək fərman ver‌di ki, fəth olunmuş yerlərin qənimətlərindən əldə olu‌nan bütün qızıl, gümüş və nəfis əşyaları onun özü üçün ayı‌rıb kənara qoysunlar, sonra onların hamısını özünün xü‌susi xəzinəsinə qatdı. Bundan sonra başqa əməvi və abbasi xə‌li‌fələri də xümsü özlərinin xüsusi xəzinələrində yer‌ləş‌dir‌dilər və onu fasiq şairlərin, mütrib kənizlərin yo‌lun‌da xərclədilər!!

Xüləfa məktəbinin alimləri də ictihad edərək xəlifə‌lə‌rin əncam verdiyi hər bir işi islami əhkamlar qəbilindən say‌dılar və müsəlmanları ona tabe olmağa çağıraraq müxa‌lif‌lə‌ri «sünnə və camaatla müxalif» adlandırdılar! Deməli, «xə‌li‌fə bu məsələdə ictihad etmişdir» - sözünün mə`nası bu‌dur ki, xəlifənin nəzəri bu idi və onun ictihadi məsələ‌lə‌rin‌dəndir. Yə`ni bu məsələ barəsində xəlifənin nəzəri həmin is‌lami hökmdən ibarətdir. Deməli, onlar deyirlər: Allah bu‌yur‌muşdur, Peyğəmbəri Əkrəm ¡ buyurmuşdur, xəlifələr icti‌had etmişdir və xəlifələrin ictihadı Allahın Kitabı və Peyğəmbərin sünnəsi ilə eyni səviyyədə olmaqla, islami şəriət mənbələrindən biri hesab olunur!

"Inna lillahi və inna iləyhi raciun!!!"

Xüləfa məktəbinin xüms barəsindəki tədbirləri, rə`yləri və dəlilləri ilə əlaqədar azacıq izahat verdik və Əhli-beyt imam‌larının ¢ nəzərindən xüms barəsində olan nəzər‌lə‌ri‌ni də qeyd etdik. Belə ki, onların nəzərində xüms altı yerə bölü‌nür: Üç hissə Allah, Peyğəmbər və onun qohum-əqrəbaları üçün‌dür; və o həzrət bu payları öz həyatında da əxz edirdi. On‌dan sonra Əhli-beytdən olan imamların ixtiyarına veril‌məlidir. Yerdə qalan üç hissə isə Bəni Haşimdən olan fəqir‌lər, yetimlər və yolda qalan kasıblar üçündür.[2]

Həmçinin buyurmuşlar: «Xümsün bir müsəlmanın müharibə və başqa yollarla əldə etdiyi əmvalının hamısından ayrıl‌ma‌sı vacibdir.»[3] Bu iki məsələdə ümumi xüms ayəsinə və öz əl‌lərində mövcud olan Peyğəmbər sünnəsinə istinad edirlər. Bu məktəbin fəqihləri də bütün istidlallarda xüms ayəsinin ümumi mə`nasına əsas tutur və deyirlər: «Bu ayənin Bədr qəzvəsinin qənimətləri barəsində nazil olmasına baxmayaraq, bu hal təxsis tapa bilməz. Dəlilsiz olan təxsis də batildir.» Bu istidlala tutulan irad və onun cavabı belədir:

Irad: Bu ayə Bədr qəzvəsinin qənimətləri barəsində nazil ol‌‌muşdur və müharibə qənimətlərindən başqa bir şeyə şa‌mil olmur.

Cavab: Ayənin Bədr qəzvəsində nazil olması həmin ayədə gəl‌miş ümumi hökmünə – xümsün qənimətlərdən çıxa‌rıl‌ma‌sı‌nın vacibliyinə – təxsis vurmur və bu hökmü yalnız müha‌ri‌bə qənimətlərinə aid etmir. Bu haldan başqa onun nümunəsi o kəslərə şallaq vurmaq hökmü kimidir ki, bir kəsin zina et‌‌mə‌si barəsində şəhadət versin və şahidlərin sayı dörd nə‌fərə çatmasın. Elə bir hökm ki, «ifk» hadisəsində nazil ol‌muş və onun nazil olma yerinə, yə`ni «ifk» hadisəsi ayələrdə va‌rid olan bu ümumi hökmə – dörd nəfərdən az olan şahid‌lə‌rə şallaq vurulmasına – təxsis vurmur. Həmçinin, ci‌had hök‌‌münü qeyd etmək olar ki, «Mücadilə» surəsində nazil ol‌muş‌‌dur və həmin gündə bir-birilə mübahisə edən o qadın və ki‌şi‌yə məx‌sus‌laşdırılmamışdır. O iki nəfərin mübahisəsi ba‌rə‌sində nazil olmasına baxmayaraq, sair hallarda da eynilə belə‌dir.

Iradın cavabında demişlər: Ayənin müharibə qənimətləri ilə təxsis vurulması dəlil gətirilməsinə daha layiqdir.[4] Ayəni təxsis vuran şəxs dəlil gətirməlidir.[5]

Bu cavabları dəstəkləyən bir məsələni Qurtubi yuxarıdakı ayə‌nin təfsirində xüləfa məktəbinin alimlərindən qeyd edə‌rək demişdir: Alimlərin fikir birliyi bu əsasdadır ki, "ma ğənim‌tum min şəy`in" ayəsində məqsəd kafirlərin mal-dövlət‌lə‌ri‌dir ki, müsəlmanlar zor və qələbə ilə onlara nail olmuş‌lar. Amma bəyan etdiyimiz kimi, ərəb dili bu cür təxsisi tələb etmir.[6]

Deməli, qənimətlərin yalnız müharibə qənimətlərinə təx‌sis edilməsi dinşünasların nəzərində həmin kəlmənin ca‌maat arasında işləndiyi mə`nanın əksinədir və xüləfa məktəbinin alimlərinin nəzəri bu ayənin təxsis vurulması ilə əlaqədar ayənin itlaqından (qeydsiz-şərtsiz olmasından) ilk növbədə başa düşülən mə`nanın xilafınadır.

Həmçinin iradın cavabında demişlər: Bu ayənin xüsusi bir halda, yə`ni Bədr müharibəsi ilə əlaqədar nazil olmasına baxmayaraq, aydındır ki, həmin hal üçün ixtisas tapmır. Hət‌ta xüləfa məktəbindən mütləq şəkildə qənimətlərdə xümsün va‌cib olmadığına inanan şəxslər belə, ayəni həmin hala məxsus etməmiş, əksinə, ümumi və mütləq şəkildə müharibə qə‌ni‌mətlərindən əldə olunan şeylərə tə`mim vermişlər (dəla‌lə‌tinin əhatə dairəsini genişləndirmişlər). Əgər biz xümsü bu ayədən əxz etməklə əlaqədar olan nəzərimizi bir kənara qoy‌saq və heç bir vəchlə onun nazil olduğu haldan qırağa çıx‌masaq, onda gərək xüms Bədr müharibəsində iştirak edən və o qəzvənin qənimətlərini müşriklərdən əldə edənlərdən baş‌qa heç bir şəxsə vacib olmasın, halbuki, heç kəs bu nəzə‌rə inanmamışdır. Deməli, mütləq ayənin nazil olduğu haldan kənara çıxmalıyıq. Biz qənimət adlandırılan şeylərin nazil olduğu yerdən mütləqə doğru keçirik, istər müharibə yolu ilə olsun, istər ticarət, istərsə də sənətkarlıq və s.[7]

Əhli-beyt məktəbinin alimləri xüms ayəsinə istinad et‌mək‌dən əlavə, sair islami hökmlərdə olduğu kimi, Əhli-beyt imam‌larından əldə olunan rəvayətləri dəlil gətirirlər. Çün‌ki Peyğəmbəri Əkrəm ¡ «Səqəleyn» hədisində və başqa yer‌lərdə buyurmuşdur ki, müsəlmanlar gərək onlara sarıl‌sın‌lar. Indi istər öz hədislərini öz əziz ata-babalarından və on‌lar da Peyğəmbəri Əkrəm ¡-dən nəql etmiş olsunlar, is‌tərsə də onlara istinad verməsinlər, heç bir fərqi yoxdur. Pey‌ğəm‌bərə istinad verilən hədislərdən biri də Səduqun «Xi‌sal» kitabında Cə`fər ibni Mühəmməddən, o da atasından, o da babasından, o da Əli ibni Əbi Talib -dan, o da Peyğəm‌bərdən rəvayət etdiyi bir hədisdir. Peyğəmbər ¡ buyur‌muşdur:

في الخصال عن علي بن ابي طالب عن النبي (ص ) قال في وصيته له K يَا عَلِيُّ، اَلْجَاهِلِيَّةُ خَمْسُ سُنَنٍ اَجْرَاهَا اللّهُ لَهُ فِي الْاِسْلَامِ، حَرَّمَ نِسَاءَ الْاَبَاءِ عَلَى الْاَبْنَاءِ فَاَنْزَلَ اللّهُ عَزَّ وَجَلَّ وَلاَ تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النَّسَاءِ وَوَجَدَ كَنْزًا فَاَخْرَجَ مِنْهُ الْخُمُسَ وَتَصَدَّقَ بِهِ فَاَنْزَلَ اللّهُ عَزَّ وَجَلَّ وَاعْلَمُوا اَنَّ مَا غَنِمْتُمْ مِنْ شَيْ ٍء فَاِنَّ لِلّهِ خُمُسَهُ

Ya Əli! Əbdül-Müttəlib cahiliyyət dövründə beş sünnə qoy‌muş‌dur ki, Allah-taala onu Islamda da cari etmişdir: Ata‌la‌rın arvadlarını (ögey) oğullara haram etmişdir. Allah-taa‌la da «Nisa» surəsinin 22-ci ayəsini nazil edərək buyur‌muş‌dur: "Və la tunkihu ma nəkəhə abaukum minən-nisa." "Atalarınızın iz‌divac etdiyi qadınlarla evlənməyin." O, bir qədər xəzinə tapdı və onun xümsünü ayırıb, sədəqə verdi. Allah-taala da xüms ayə‌sini nazil etdi: «Və`ləmu...»[8]

Bu hədis göstərir ki, xüms ayəsi müharibə qənimətlə‌rin‌dən başqa şeylərə də şamildir. Bu barədə əvvəllər Peyğəm‌bə‌rin sünnəsini də qeyd etdik. Bu, Əhli-beyt məktəbinin bu mə‌qam‌dakı dəlillərinin xülasəsi idi.



[1] Bazyar fars dilində olan bir kəlmədir, mə`nası da Şahin quşudur. Zahirən o, Mütvəkkilin şikarçı şahinlərinin məs`uliyyətini daşıyırdı.

[2] Onun ətraflı izahı «Əhli-beyt məktəbi nəzərindən xumsun məsrəf olunma yerləri» babında keçmişdir.

[3] Bax: Əhli-beyt ¢ fəqihlərinin elmi risalələri və hədis məcmuələrinə müraciət edə bilərsiniz.

[4] «Məsalikul-əfham», 2-ci cild, səh.80.

[5] «Əl-xilaf», Şeyx Tusi, 2-ci cild, səh.110, 1-ci cild, səh.385, həmin məzmunun oxşarı: «Misbahul-fəqih», «xums» kitabı, səh.19.

[6] «Təfsiri Qurtubi», 8-ci cild, səh.1.

[7] Mərhum Ayətullah Bürucerdinin dərslərinin təqriratı, «Zubdətul-məqal», səh.5.

[8] «Xisal», Səduq; Əli Əkbər Qəffarinin təhqiqi, səh.312.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir
Yəhud kökənli Səudiyyə rejimi Əvamiyyə şəhərində yerləşən “Zəhra (ə)” ...

 
user comment