Azəri
Saturday 18th of May 2024
0
نفر 0

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

QUR᾽ANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRDƏN EDİLƏN SUİ-İSTİFADƏLƏR

Ötən fəsillərdə «təhrif nəzəriyyəsi»nin tərəfdarlarının Qur᾽anın təhrif olunmasına dair irəli sürdükləri nəzəriyyə və dəlillərə işarə edib, onlara ayrı-ayrılıqda qənaətbəxş cavablar verildi. Bu fəsildə də onların istinad etdikləri dördüncü dəlilə işarə edib onlara lazımi cavablar verəcəyik.

Qur᾽anın yığılması «təhrif nəzəriyyəsi» tərəfdarlarının daim diqqət mərkəzində olmuş və ondan sui-istifadə etmək istəmişlər.

İstinad etdikləri dəlillərin birində deyilir: Qur᾽anın yığılması adətən təhrifə yol verilməklə həyata keçmişdir. Bu səbəbdən də biz, Qur᾽anın təhrif olunduğunu tərəddüd etmədən qəbul etməliyik.

Cavab: Onlar belə güman edirlər ki, Qur᾽an Əbu Bəkrin fərmanı ilə yığılmışdır. Belə ki, «Bi᾽r Məunə» döyüşündə Qur᾽an hafizlərinin yetmiş, Yəmamə döyüşündə isə dörd yüz nəfərinin həlak olması Əbu Bəkri təşvişə salır. O qorxur ki, əgər baş verən hadisələr bu minvalla davam edərsə, hafizlər son nəfərə kimi həlak olacaq və nəticədə Qur᾽an aradan gedəcəkdir. Bu səbəbdən də Qur᾽anın vahid nüsxə halına salınması üçün Ömər və Zeyd ibni Sabitə pərakəndə olaraq yayılmış ayələri iki nəfərin şahidliyi ilə yığılmasını əmr edir. Demək nəticədə, ya Qur᾽an təhrif olunmuş və ya heç olmasa təhrif olunduğuna ehtimal vermək olar. Məsələn, bir və ya bir neçə şairin pərakəndə olaraq yayılmış şe᾽rlərini vahid şe᾽r toplusu halına salmaq istəyiriksə, unutqanlıq, çatışmazlıq və ya müxtəlif səbəblər üzündən heç olmasa onlardan bir neçəsini bu topluya daxil edə bilməyəcəyimizə ehtimal verməliyik.

Belə bir əsassız dəlilə istinad edərək, Qur᾽anın təhrif olunduğunu qəbul edirlər. Bu səbəbdən də cavab olaraq Qur᾽anın yığılmasına dair nəql olunmuş mö᾽təbər rəvayətlərə istinad edərək bu nəzəriyyənin əsassız olduğunu, Qur᾽an elmləri məcmuəsində yeni fəsil açmaqla isbat etmək istəyirik. İndi isə bu məzmunda nəql olunmuş rəvayətlərə diqqət yetirin.

1. Zeyd ibni Sabit nəql etdiyi rəvayətdə deyir: Yəmamə döyüşü zamanı Əbu Bəkr məni yanına çağırdı. Onun xeyməsinə girdikdə Ömər ibni Xəttabın da orada olduğunu gördüm. Məni görcək dedi: Zeyd! Ömər deyir ki, döyüş qanlı-qadalı keçdiyi üçün Qur᾽an hafizlərinin bir çoxu həlak olmuş və onların sayı nəzərə çarpacaq qədər azalmışdır. Qorxuram ki, ağır döyüşlər baş versin və Qur᾽an hafizlərinin bu döyüşlərdə bütünlüklə həlak olması, Qur᾽an ayələrinin bir çoxunun unudularaq aradan getməsinə gətirib çıxarsın. Bu səbəbdən də belə bir qərara gəlmişik ki, pərakəndə Qur᾽an ayələrini bir yerə yığıb vahid nüsxə halına salaq.

[Əbu Bəkr deyir:] Ömərə dedim: Peyğəmbərin (s) görmədiyi bir işi məndən tələb edirsən?!

Ömər dedi: And olsun Allaha! Görə biləcəyimiz ən xeyirli iş varsa, o da budur. O özü bunu dəfələrlə təklif etmişdir. Nəhayət, Allah qəlbimi öz nuru ilə işıqlandırdı və onun təklifini qəbul etdim.

Zeyd deyir: Sonra Əbu Bəkr mənə dedi: Sən cavanlığından öz ağıl və dərrakənlə hamıdan fərqlənir, sədaqətinlə hamının e᾽timadını qazana bilmisən. Hələ Peyğəmbərin (s) zamanında nazil olan vəhyləri kağız üzərinə köçürür və beləliklə Peyğəmbər və Qur᾽anla yaxın ünsiyyətdə ola bilirdin. Gəl bu ağır və eyni zamanda məs᾽uliyyətli işi öz üzərinə götür.

Zeyd sözlərinə əlavə edərək deyir: And olsun Allaha! Əgər Əbu Bəkr dağı qazıb başqa yerə daşınmasını əmr etsəydi, bu mənim üçün Qur᾽anı bir yerə yığmaqdan asan olardı. Bu səbəbdən də Əbu Bəkrin, Ömərə dediyini təkrar etdim. Peyğəmbərin (s) görmədiyi bir işi necə yerinə yetirə bilərsiniz? Əbu Bəkr dedi: And olsun Allaha! Müsəlmanlar yalnız buna ehtiyac duyurlar. Bu səbəbdən də Qur᾽anın yığılmasını tə᾽kidlə mənə əmr edir və mümkün qədər bu işə tez başlamağımı istəyirlər. Nəhayət özümün bu işə hazır olduğumu hiss etdim, pərakəndə olan ayələri kağız üzərindən və hafizlərin yaddaşlarından bir yerə yığıb vahid nüsxə halına saldım. Tapılması bir qədər çətin olan, Tövbə surəsinin son ayələri idi «[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki...» onu da Xüzeymə Ənsaridən əldə edə bildim.

Böyük zəhmətlə yığılan Qur᾽an nüsxəsini, Əbu Bəkr xəlifə olduğu müddət ərzində özündə saxlayırdı. Sonra onu Ömər və ondan sonra qızı Həfsə saxlayırdı. (Səhihi-Buxari, 6-cı cild, 98-ci səh).

2. İbni Şəhab, Ənəs ibni Malikdən nəql edərək deyir: Osman, Huzeyfə İraq və Şam camaatını Azərbaycan və Ermənistanın fəthinə hazır olmalarını əmr etdi. Huzeyfə səfər tədarükü görərkən onların qiraətində müşahidə etdiyi ixtilaflardan çox narahat olur. Bunun qarşısını almaq məqsədilə Osmana belə bir məktub yazır: Ya Əmirəl-mö᾽minin! Yəhudi və nəsranilər İslamı qəbul edib qiraətdə ixtilafa düçar olmazdan əvvəl, İslamı qəbul etmiş müsəlmanların dadına çat!

Osman, yığılmış Qur᾽an nüsxələrini üzündən köçürmək məqsədilə Həfsəyə məktub yazıb, ondan həmin Qur᾽anın göndərilməsini istəyir. Həfsə nüsxəni ona göndərir. Xəlifə Zeyd ibni Sabitə, Abdulla ibni Zubeyrə, Səid ibni Asa, Abdurrəhman ibni Hərs ibni Hişama bu nüsxənin üzünü köçürməyini əmr edir.

Sonra Osman onlardan üçünü yanına çağırıb deyir: Əgər sizinlə Zeyd ibni Sabit arasında Qur᾽anın yazılış və oxunuşunda ixtilaf meydana gəlsə, Qüreyşin ləhcə və istifadə etdiyi ifadələrə müraciət edin. Çünki Qur᾽an onların ləhcəsində və istifadə etdiyi ifadələrlə nazil olmuşdur.

Bu dörd nəfər şəxs xəlifənin əmrinə əsasən bir neçə nüsxə köçürüb ona təqdim edir. Xəlifə əsl nüsxəni Həfsəyə qaytarır və yazılmış nüsxələri ətraf məntəqələrə göndərir, sonra isə mövcud olan nüsxələrin yandırılıb məhv olunmasını əmr edir.

İbni Şəhab hədisi nəql etdikdən sonra deyir: Zeyd ibni Sabitin oğlu Xaricə nəql edir ki, atam deyərdi: Nüsxənin üzərindən köçürdüyümüz zaman, Peyğəmbərin (s) özündən eşitdiyim Əhzab surəsinin ayələrindən birini itirmişdik. Nəhayət onu Xüzeymə ibni Sabit Ənsaridən əldə edə bildik və onu nüsxələrə əlavə etdik. həmin ayə bundan ibarət idi:

مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ

«Mö᾽minlərin içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar.»

3. İbni Əbi Şeybə Əli (ə)-dan nəql edərək deyir: Əbu Bəkrin savabı hamıdan daha çoxdur. Çünki o, Qur᾽anı bir yerə yığan ilk şəxs olmuşdur.

4. İbni Şəhab, Salim ibni Abdulla və Xaricədən nəql edərək deyir: Əbu Bəkr kağız üzərinə yazılmış pərakəndə Qur᾽an ayələrini bir yerə yığıb, Zeyd ibni Sabitədən ona nəzər salmasını istədi. Lakin Zeyd bundan imtina etdi. Əbu Bəkr ilə Ömər bir daha yığılmış nüsxədə düzəliş aparmasını israr etdikdə Zeyd nəhayət öz razılığını bildirdi.

Bu nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərin və ondan sonra Peyğəmbərin (s) zövcəsi Həfsənin yanında saxlanılırdı. Osman öz adamlarını göndərib Həfsədən həmin nüsxələri təhvil verməsini istədi. Lakin Həfsə Qur᾽anı Osmana verməkdən imtina etdi. Osman bir daha öz adamlarını göndərib Qur᾽anın yenidən ona qaytarılacağına söz verir. Həfsə bu dəfə Qur᾽anı onlara verməyə razı olur. Osman onun üzərindən bir neçə nüsxə köçürüb, əsl nüsxəni yenidən Həfsəyə qaytarır.

5. Hişam ibni Urvə atasından nəql edərək deyir: Yəmamə döyüşündə iştirak edən Qur᾽an qariləri həlak olduqdan sonra, Əbu Bəkr, Ömər ibni Xəttaba və Zeyd ibni Sabitə məscidə gələn mö᾽təbər qarilərin qiraətlərini dinləmələrini və onların qiraətlərinin yalnız o zaman kağız üzərinə köçürmələrini əmr edir ki, iki nəfər mö᾽təbər şəxs qiraətlərin düzgünlüyünə şəhadət vermiş olsun. Peyğəmbərin (s) səhabələrindən və Qur᾽an hafizlərindən bir çoxunun bu döyüşdə həlak olması, belə bir zərurətə səbəb olmuşdu və xəlifə lazımınca bunu yerinə yetirdi.

6. Məhəmməd ibni Səyreyn nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab öldürüldüyü zaman hələ Qur᾽an bir yerə yığılmamışdı.

7. Həsən rəvayət edir ki, Ömər, Qur᾽an ayələrinin biri haqda sual verdi. Cavabında ona deyilir: Bu ayə Yəmamə döyüşündə həlak olmuş filan şəxsdə idi. Ömər, qarilər ölməklə Qur᾽anın zaman keçdikcə unudularaq aradan getməsindən qorxub, həyacanlanaraq «Hamımız Allah tərəfindən gəlmişik və Ona tərəf qayıdacağıq» ayəsini oxudu və sonra tez bir zamanda Qur᾽anın bir yerə yığılmasını əmr etdi. Beləliklə deyə bilərik ki, Ömər, Qur᾽anı vahid nüsxə halına salan ilk şəxs olmuşdur.

8. Yəhya ibni Əbdürrəhman ibni Xəttab nəql etdiyi rəvayətdə deyir: Ömər ibni Xəttab, Qur᾽anın bir yerə yığılması qərarına gəldikdə, minbərə qalxıb dedi: Peyğəmbərdən (s) kim nə öyrənibsə, yazılı şəkildə onları bizə təhvil versin. Kimdə nə vardısa gətirib onu xəlifəyə təhvil verdi. Lakin, Ömər o yazıları qəbul edirdi ki, iki nəfər mö᾽təbər şəxs onun Qur᾽an ayələri olduğuna şəhadət vermiş olsun. Xəlifə, Qur᾽anın yığıldığı ərəfədə qətlə yetirildi. Ondan sonra xilafətə Osman tə᾽yin olundu. O da Ömərin başladığı işi davam etdirdi və yalnız o səhifələri qəbul edirdi ki, iki nəfər mö᾽təbər, adil şəxs yazının həqiqətən Qur᾽an olduğuna şəhadət vermiş olsun.

Xüzeymə ibni Sabit xəlifənin yanına gəlib deyir: Ayələrdən ikisi Qur᾽ana daxil edilməmişdir. Ondan bu ayələrin hansılar olduğunu soruşduqda, Tövbə surəsinin son ayələrini oxudu:

لَقَدْ جَاءكُمْ رَسُولٌ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ

«[Ey ümmətim!] Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır...» Xüzeymə bu ayələri oxuduqdan sonra Osman dedi: Mən şəhadət verirəm ki, bu iki ayə həqiqətən Allah tərəfindən nazil olmuşdur. Siz nə məsləhət görürsünüz, bu ayələri Qur᾽anın hansı surəsinə əlavə edək? Xüzeymə dedi: Bu ayələri Peyğəmbərə (s) nazil olmuş son surələrə əlavə edin! Beləliklə bu iki ayə Tövbə surəsinə əlavə edildi və onun son iki ayəsi kimi qəbul olundu.

9. Ubeydə ibni Uməyr deyir: Ömər iki nəfərin şəhadəti olmadan heç bir yazını Qur᾽ana əlavə etmirdi. Ənsardan biri «sizə özünüzdən bir peyğəmbər gəldi...» ayəsini Ömərə təqdim etdi. Ömər dedi: Peyğəmbərin (s) əxlaqı həqiqətən bu ayələrdə bəyan olunduğu üçün, səndən şahid istəmirəm. (Bütün bu rəvayətlər Kənzul-ummalda nəql olunmuşdur, 2-ci cild, 361-ci səh).

10. Süleyman ibni Ərqəm Həsəndən, İbni Seyrəyndən və İbni Şəhab Zəhradan nəql edərək deyir: Yəmamə döyüşündə qarilərin böyük bir hissəsi həlak oldu. Daha dəqiq desək, onlardan dörd yüz nəfəri amansızcasına qətlə yetirildi. Zeyd ibni Sabit Ömərlə görüşdükdə ona deyir: Qanun olaraq Allah tərəfindən tə᾽yin olunmuş şər᾽i məsələlər bütünlüklə Qur᾽anda bəyan edilmişdir. Qur᾽an aradan getməklə bu hökmlər də unudulub zehnlərdən silinəcəkdir. Belə bir qərara gəlmişəm ki, ayələri bir yerə yığıb, Qur᾽anı kitab halına salım. Ömər dedi: Bir qədər səbir et! Bu barədə Əbu Bəkr ilə məşvərət etməliyəm!

Onlar Əbu Bəkrin yanına gedib bu barədə onunla ətraflı söhbət edirlər. Əbu Bəkr onları dinlədikdən sonra deyir: Bir qədər səbir edin, görək camaat bu barədə nə deyir. Məscidə gəlib hamının qarşısında xütbə oxudu və onları bu məsələdən agah etdi. Hamı bir nəfər kimi bu işi bəyənib öz razılıqlarını bildirdilər. Carçı, bütün yazılı nüsxələrin xilafətə təhvil verilməsini e᾽lan etdi və Qur᾽an bir yerə yığılaraq kitab halına salındı...

11. Xüzeymə ibni Sabit nəql etdiyi rəvayətdə deyir: «Sizə özünüzdən bir peyğəmbər gəldi...» ayəsini Ömər və Zeyd ibni Sabitə təhvil verdikdə, Zeyd dedi: Özündən başqa bunların həqiqətən Qur᾽an ayəsi olduğuna şəhadət verəcək bir kəs varmı? Dedim: And olsun Allaha ki, bilmirəm. Ömər dedi: Mən bunların Qur᾽an ayələri olduğuna şəhadət verirəm.

12. Əbu İshaq, səhabələrdən bə᾽zilərindən nəql edərək deyir: Ömər ibni Xəttab Qur᾽anı bir yerə yığmaq istəyirdi. Camaatı məscidə yığıb onlardan soruşdu: Ərəb dilinin yazı qanunlarının (kəlmələrin yazılış formasına) ən biliklisi kimdir? Dedilər: Səid ibni As. Sonra bir daha soruşdu: Ən gözəl xəttə malik olan kimdir? Dedilər: Zeyd ibni Sabit. Ömər deyir: Belə isə Səid imla etməli, Zeyd isə onu kağız üzərinə köçürməlidir. Beləliklə dörd nüsxə köçürülür. Ömər onlardan birini Kufəyə, birini Bəsrəyə, birini Hicaza, birini isə Şama göndərir.

13. Abdulla ibni Fəzalə nəql etdiyi rəvayətdə deyir: Ömər Qur᾽anın əsl nüsxədən köçürülməsi qərarına gəldikdə, öz səhabələrindən bir neçəsinə bu işə başlamalarını əmr etdi. Xəlifə tə᾽kidlə onlara deyərdi: Hər hansı bir ayənin yazılışında ixtilaf meydana gələrsə, Muzər qəbiləsinin tələffüzünə müraciət edin. Çünki Qur᾽an Muzər qəbiləsində olan bir şəxsə [Peyğəmbərə (s)] nazil olmuşdur.

14. Əbu Qulabə deyir: Ömər özünün xilafəti dövründə Qur᾽an qarilərindən bir neçəsinə yerli əhaliyə Qur᾽anı tə᾽lim etməyi əmr etdi. Onlar ətraf məntəqələrə gedib müəllimlik edir, Qur᾽anın qiraət üsullarını onlara tə᾽lim verirdilər. Cavan və yeniyetmələr arasında Qur᾽an oxuya bilənlərin sayı birə-on artsa da, onların qiraətində nəzərə çarpacaq qədər ixtilaflar müşahidə olunurdu. Müəllimlər şagirdlərinin qiraətlərində yaranmış ixtilafları eşitdikdə onlarla çox ağır rəftar edir, hətta onları kafir olmaqda ittiham edirdilər. Xəbər Osmana çatdıqda xütbələrinin birində deyir: Mərkəzi xilafətə yaxın olmaqla yanaşı, əgər sizin qiraətlərinizdə ixtilaf olarsa, sözsüz ətraf məntəqələrdə yaşayan və əsli ərəb olmayan müsəlmanların qiraətində ixtilaf daha çox olmalıdır. Belə isə Qur᾽anı bir yerə yazıb kitab halına salaq. Ona müraciət etməklə həm sizin, həm də başqalarının ixtilaflarına son qoya bilərik.

Əbu Qulabə, Malik ibni Ənəsdən nəql edərək deyir: Mən Qur᾽anı imla edənlərdən biri idim. Bə᾽zən ayələrin bə᾽zilərində ixtilaf meydana gəlirdi. Belə olduqda biz, bu ayələri Peyğəmbərin (s) özündən eşidən (və ya öyrənən) kəslərə müraciət edərdik. Bə᾽zən onların özlərini tapmaq çətin olurdu. Osman onların ardınca ya adam göndərir, ya da onlarla ünsiyyətdə olan şəxslərlə əlaqə saxlayırdı. Bu müddət ərzində həmin ayələrin yerlərini boş qoyur, ondan əvvəlki və sonrakı ayələri yazırdıq. Nəhayət nüsxələrin köçürülməsi başa çatdırıldı. Xəlifə ətraf məntəqələrə bu məzmunda bir neçə məktub yazdı: Yeni yazılmış nüsxəni özümdə saxlayıb, digər nüsxələri yandırdım. Siz də göndərdiyim nüsxədən başqa bütün nüsxələri yığıb yandırın.

15. Məs᾽əb ibni Sə᾽d nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Osman, xütbələrinin birində belə bir mətləbə toxundu: Peyğəmbərin (s) vəfatından cəmi on üç il keçib. Sizlər isə Qur᾽anın oxunuşunda bir-birinizlə mübahisə edir və deyirsiniz ki, Ubəyin qiraəti belə, Abdullanın qiraəti isə tam başqa bir tərzdədir. Biriniz digərinizi qiraətin oxunuşunda ittiham edir, lakin heç cür razılığa gələ bilmirsiniz. Sizi and verirəm Allaha! Bu ixtilafları kənara qoyub, evlərinizdə pərakəndə saxladığınız yazıları gətirin ki, onları bir yerə yığıb kitab halına salaq.

Bir neçə gündən sonra evlərdə saxlanılan dəri və kağız üzərinə yazılmış yüzlərlə Qur᾽an ayələri xəlifəyə təhvil verildi. Xəlifə onları bir-bir çağırıb gətirdiyi nüsxələri şəxsən Peyğəmbərin (s) özündən eşidib yazdıqlarına and içdirirdi. Onlar da bir nəfər kimi nüsxələrin həqiqətən Qur᾽an ayələri olduqlarına and içir və Osmanın verdiyi suallara «bəli» - deyərək cavab verirdilər.

Sorğu-sual başa çatdıqdan sonra, Osman onlardan soruşdu: Hansınız gözəl xəttə maliksiniz? Dedilər: Zeyd ibni Sabit. O, Peyğəmbərin (s) ən yaxın dostlarından biri və onun katibi olmuşdur. Sonra onlardan soruşdu: Ərəb dilinin yazılış qanunlarına necə, ən bilikli şəxs kimdir? Dedilər: Səid ibni As. Osman Səidə imla etməyi, Zeydə isə ondan eşitdiklərini kağız üzərinə köçürməyi əmr etdi. Zeyd bir neçə nüsxə köçürüb onu camaata payladı.

Məs᾽əb ibni Sə᾽d əlavə edərək deyir: Səhabələrdən bir çoxu xəlifənin həyata keçirdiyi bu işi bəyənib, ona öz razılıqlarını bildirdilər.

16. Əbdül Ə᾽la ibni Abdulla ibni Amir Qürəşi nəql etdiyi rəvayətdə deyir: Qur᾽anın yazılması başa çatdıqdan sonra, Osmana təhvil verildi. O, Qur᾽ana baxıb dedi: Olduqca xeyirli və lazımlı iş gördünüz. Lakin mən burada bir neçə kiçik səhvlər görürəm, zaman keçdikcə ərəb milləti qiraət etməklə özü onları düzəldəcək.

17. Əbu Məlih deyir: Osman ibni Əfvan Qur᾽anın yazılması qərarına gəldikdə dedi: Ayələri Huzəyl qəbiləsi imla etməli, Səqif qəbiləsi isə onu kağız üzərinə köçürməlidir.

18. Əkrəmə deyir: Qur᾽an yazıldıqdan sonra Osmana təqdim olundu. Xəlifə orada bir neçə səhv gördükdə deyir: Əgər Qur᾽anı Huzeyl qəbiləsi imla və Səqif qəbiləsi də kağız üzərinə köçürsəydi, bu səhvlərə yol verilməzdi.

19. Əta deyir: Osman Qur᾽anın pərakəndə ayələrini aradan aparmaq istədiyi zaman, Ubey ibni Kə᾽bi yanına çağırıb lazımı göstərişlər verdi. Ubey ayələri imla edir, Zeyd isə onları kağız üzərinə köçürürdü. Səid ibni As da yazdıqlarına nəzarət edir, buraxdıqları səhvləri düzəldirdi. Beləliklə yeni nüsxə Ubey və Zeydin vasitəsi ilə yazıldı.

20. Mucahid nəql edərək deyir: Osman Qur᾽anı bir yerə yığmaq istədiyi zaman, Ubeyə imla, Zeydə yazmağı, Səid ibni Asa isə buraxılan səhvləri düzəltməyi əmr etdi.

21. Zeyd ibni Sabit deyir: Yığılmış nüsxələri köçürdüyüm zaman, Peyğəmbərdən (s) eşitdiyim ayələrdən birini nüsxələrdən heç birində tapa bilmədim. Nəhayət mən onu Xüzeymə ibni Sabit adlı şəxsdən əldə edə bildim. həmin ayə bu idi: «Mö᾽minlərin içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar.» Peyğəmbər (s) ona «Zuşşəhadəteyn» [yə᾽ni, iki nəfərin verdiyi şəhadət] ləqəbini verdiyi üçün, onu öz şəhadətini qəbul edib gətirdiyi ayəni Qur᾽ana əlavə etdim.

22. İbni Əştə Leys ibni Səiddən nəql edərək deyir: Qur᾽anı ilk dəfə bir yerə yığan şəxs, Zeyd ibni Sabit olmuşdur. Camaat pərakəndə nüsxələri xəlifəyə təhvil verir və onlar kağız üzərinə köçürülürdü. Lakin Zeyd, nüsxələri yalnız iki nəfər mö᾽təbər şəxs şəhadət verdikdən sonra kağız üzərinə köçürürdü. Bəraət [Tövbə] surəsinin sonuncu ayələrindən başqa, bütün ayələr kağız üzərinə köçürüldü. Nəhayət bu ayələri Xüzeymə ibni Sabit, Zeydə təhvil verdi, amma onun özündən başqa onların həqiqətən Qur᾽an ayələri olduqlarına şəhadət verə biləcək ikinci bir şəxs yox idi. Bütün bunlara baxmayaraq, Xüzeyməin gətirdiyi ayələr Qur᾽ana əlavə olundu. Çünki Peyğəmbər (s) onun şəhadətini iki nəfərin şəhadət verməsi ilə bərabər tuturdu. Sonra Ömər, Rəcm ayəsini gətirdi. Lakin heç bir şahidi olmadığı üçün həmin ayə Qur᾽ana əlavə olunmadı. (İtqan, 1-ci cild, 101-ci səh).

Qur᾽anın yığılmasına dair nəql olunmuş rəvayətlər bunlardan ibarət idi. Bu rəvayətlər vahid xəbər formasında nəql olunmaqla yanaşı, bir neçə mənfi xüsusiyyətlərə də malikdir. Gələcək fəsillərdə bu xüsusiyyətləri təklikdə araşdıracaq və kitabı bu fəsillə başa vuracağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi
“Ümumdünya Əhli-Beyt cəmiyyətindən
GÜNАHIN TӘ`SİRLӘRİ
Məbəs bayramı

 
user comment