Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ÖMƏRIN DÖvRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

ÖMƏRIN DÖvRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Peyğəmbər ¡-dən sonra təkcə həcci yerinə yetirən ilk şəxs Qüreyş xəlifəsi Əbu Bəkr, Peyğəmbərdən sonra tə‌mət‌tö ümrəsini müsəlmanlara qadağan edən ilk şəxs isə Qü‌reyş xəlifəsi Ömər oldu ki, aşağıdakı rəvayətlər ona dəlil‌dir:

«Səhihi Müslüm», «Müsnədi Təyalisi» və «Sünəni Beyhəqi» kitablarında Cabirin belə dediyi nəql olunur: «Peyğəmbəri Əkrəmlə təməttö ümrəsini yerinə yetirdik. Ömər hakimiyyətə ça‌tan zaman dedi: «Allah hər nəyi və necə istəyirdisə, Öz Pey‌ğəm‌bərinə halal edirdi. Qur`an öz yerində və öz məqamında na‌zil olmuşdur. Belə isə, həcc və ümrəni Allah üçün və Al‌la‌hın fərman vediyi şəkildə yerinə yetirin və qadınlarla mü‌vəq‌qəti izdivacdan əl çəkin. Əgər müvəqqəti əqd bağlamış olan bir kişini mənim yanıma gətirsələr, hökmən onu daş-qa‌laq edəcəyəm!»

Bunun ardı «Səhihi Müslüm» kitabında belə nəql olunur: «Həclərinizi ümrələrinizdən ayırın, çünki bu iş sizin həc‌cinizi və ümrənizi daha kamil edər.»[1]

Bu rəvayət «Sünəni Beyhəqi» kitabında daha artıq təfsi‌lat‌la qeyd olunmuşdur. Orada Cabirdən belə nəql olunur: «Pey‌ğəmbər ¡ və Əbu Bəkrlə təməttö ümrəsini yeri‌nə ye‌tir‌dik. Amma Ömər hökumətə çatanda camaata xitab edərək de‌di: «Peyğəmbəri-Əkrəm həmin Allahın Rəsuludur, Qur`an hə‌min Qur`andır. Iki müt`ə Peyğəmbərin dövründə qanuni hal idi, mən onun hər ikisini qadağan edirəm. Kim onu yerinə ye‌tir‌sə, cəzalandıracağam: Onların biri «müt`ətun-nisa» (müvəq‌qə‌ti izdivac) idi ki, əgər bir qadını müvəqqəti izdivac əq‌di‌nə keçirən bir kişi tapsam, onu hökmən daş-qalaq edib bas‌dıracağam! Digəri isə həcc müt`əsidir. Həccinizi ümrədən ayı‌rın, çünki bu iş sizin həccinizi və ümrənizi daha kamil edər.»[2]

Birinci rəvayətdə xəlifə Ömər işarə edir ki, Allah-taala təməttö ümrəsini həcc ilə birlikdə, istədiyi kimi Öz Peyğəmbərinə halal etdi, əks halda tamam ümrə həcc ilə birlikdə bir yerə yığışmaz. Belə isə, həccinizi ümrədən ayırın, çünki bu iş həcc və ümrənizi daha kamil edər.

Ikinci rəvayətdə Əsvəd ibni Yezid bir hadisəni nəql edir ki, bu da Ömərin həcc və ümrəni bir yerdə yerinə yetirməyi qadağan etməsini bəyan edir. O deyir: «Ərəfə günü axşam çağı Ömərlə birlikdə Ərəfatda dayanmışdıq. Bir kişi bəzənmiş, saçları daranmış və ətirlənmiş halda bizim yanımıza gəldi. Ömər ona dedi: «Sən möhrimsənmi?» Dedi: «Bəli!» Ömər dedi: «Sənin zahirin ehramda olanlara oxşamır. Ehramda olan şəxsin tükləri qarışıq, toz-torpağa bulaşmış və pis iyli olur.» O dedi: «Mən təməttö ümrəsini yerinə yetirdim və həyat yoldaşımla birlikdəyəm. Bu gün ehram bağlamışıq.» Ömər dedi: «Bu günlərdə təməttö etməyin. Əgər mən onlara müt`ə icazəsi versəm, bu kolların arasında öz həyat yoldaşları ilə yaxınlıq edəcək, sonra onlarla birlikdə həcc yerinə yetirəcəklər.»[3]

Ibni Qəyyim bu rəvayəti nəql etdikdən sonra yazır: «Bu mə‌sə‌lə göstərir ki, bu söz Ömərin şəxsi rə`yi olmuşdur.» Ib‌ni Həzm deyir: «Bu belə olmuşdur. Necə də gözəldir! Aydındır ki, Peyğəmbər öz arvadlarının yanına getmiş və bun‌dan sonra ehram bağlamışdır. Ehramdan qabaq hətta bir an belə, qadınlarla yaxınlıq etməyin mübah olmasında heç bir ixtilaf yoxdur.»

Əbu Musa Əş`əri özünün həcc müt`əsi barəsində Ömərlə söh‌bətlərini bəyan edərək deyir: «Rəsuli Əkrəm məni Yəmənə gön‌dərmişdi. O, həcci yerinə yetirdi və mən o həzrətə qo‌şul‌‌dum. O mənə buyurdu: «Əbu Musa! Möhrim olduğun vaxt‌dan nə deyirsən?» Mən dedim: «Deyirəm ki, «ləbbeyk» və mənim niy‌yə‌tim eynilə Peyğəmbərin niyyəti olsun.» O həzrət mənə buyur‌du: «Özünlə qurbanlıq gətirmisən?» Dedim: «Xeyr!» Həzrət bu‌yur‌du: «Belədirsə, onda get və Beytüllahil-həramın təvafını ye‌ri‌nə yetir, Səfa və Mərvə arasında sə`y et və ehramdan çıx...»

Bu hədisin davamı ondan əvvəlki rəvayətdə belə qeyd olunur: «Mən Beytin təvafını yerinə yetirdim, Səfa və Mərvə arasında sə`y etdim, sonra qohumlarımdan bir qadının yanına gəldim. O mənim saçlarımı daradı və başımı yudu.»

Digər bir rəvayətdə isə deyir: «Sonra həcc niyyəti etdim.» «Müs‌nədi Əhməd» kitabında «tərviyə» gününü ona əlavə edərək de‌yir: Mən Əbu Bəkr və Ömərin dövründə o əsasda camaata fətva verirdim. Nəhayət həcc mövsümündə dayanmışdım, bir nə‌fər gəlib dedi: «Sən bilmirsən ki, əmirəl-mö`minin (Ömər) həcc əməlləri barəsində necə təzə hökm vermişdir?!»

Beyhəqinin ibarəsində deyilir: «Həcərül-əsvədin yaxın‌lı‌ğın‌da, Ibrahim məqamında idim və Peyğəmbərin mənə bu‌yur‌d‌uqlarını camaat üçün bəyan edirdim. Birdən bir nəfər gə‌lib yavaşca mənə dedi: «Fətva verməkdə tələsmə, çünki əmi‌rəl-mö`minin mənasik barəsndə yeni bir hökm çıxartmışdır.»[4] Mən dedim: «Ey camaat! Hər kəsə bir şey barəsində fətva ver‌mişəmsə bir az gözləsin, çünki əmirəl-mö`minin indi sizə tə‌rəf gələcək. Siz ona iqtida etməlisiniz.» O gəldikdə dedim: «Ya Əmirəl-mö`minin! Həcc barəsində çıxartdığınız yeni hökm nədir?»

Beyhəqinin ibarəsində isə deyilir: Mən dedim: «Həcc barə‌sin‌də yeni bir şey əmələ gəlib?» Ömər bu sözdən qəzəblənib de‌di: «Əgər Allahın Kitabına əməl ediriksə, onda Allahın Kita‌bı (həcci) tamamlamağa fərman verir.»[5]

Başqa bir rəvayətdə isə onun belə dediyi nəql olunur: «Al‌lah-taala buyurmuşdur: "Və ətimmul-həccə vəl-ümrətə lillah – Həcc və ümrəni Allah üçün sona çatdırın."[6] Əgər Peyğəm‌bərini‌zin sünnəsini tutsaq, onda (bil ki,) Peyğəmbər qurbanlıq etmə‌yincə ehramdan çıxmırdı.»[7]

Xəlifə Ömər başqa bir hədisdə həcc və ümrənin kamil olması ilə əlaqədar öz nəzərlərini bəyan etmişdir. Halbuki, o hədisi Malik «Müvəttə» kitabında, Beyhəqi «Sünən» kitabında Əbdüllah ibni Ömərdən rəvayət edərək demişlər: Ömər ibni Xəttab dedi: «Həcc və ümrənizi bir-birindən ayırın, çünki bu, sizin hər birinizin həccinin ən kamil olması, həcc aylarında yerinə yetirdiyiniz ümrənin isə daha da tamam olmasına səbəb olur.»[8]

KEÇƏN HƏDISLƏRIN XÜLASƏSI

Xəlifə Ömər inanırdı ki, həcc və ümrəni ayrı-ayrılıqda yerinə yetirmək onların kamal həddinə çatması üçün daha yaxşıdır və həcc, həcc aylarında, ümrə isə o aydan başqa ay‌larda yerinə yetirilməlidir. Öz nəzərini isbat etmək üçün "Və ətimmul-həccə vəl-ümrətə" – ayəsini, Peyğəmbər sünnəsindən də o həzrətin «Həccətül-vida»da qurbanlıq etməyincə ehramdan çıxmamağını əsas gətirirdi.

Halbuki həcc və ümrənin yuxarıdakı ayədə qeyd olunan «sona çatdırılmasından» məqsədin bu iki fərizənin özünün lazım olan bütün hüdudları və laziməsi ilə birlikdə, eləcə də vacib əməlləri və sünnələri yerinə yetirməyin vacib olmasıdır. Belə ki, yolları bağlanan və qorxan şəxslər onu yerinə yetirməkdə acizdirlər. Şərif ayə bu cümlədən sonra təməttö ümrəsinin şəriət qanunu halına salınmasını aşkar şəkildə bəyan edərək buyurur:

فَمَن تَمَتَّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ

"Hər kəs təməttö ümrəsi ilə həcci başlasa..." Peyğəmbəri Əkrəm ¡ qurbanlığı özü ilə gətirdiyinə görə ehramdan çıx‌ma‌mış və aşkar şəkildə buyurmuşdur: «Əgər yolun əvvə‌lin‌də ol‌saydım, qurbanlığı gətirməzdim və onu ümrə qərar verər‌dim.» Sonra buyurmuşdu: «Ümrə həmişəlik olaraq həccin içi‌nə daxil olur.» Haşa ki, Əbu Həfs Ömər bu mə`nanı başa düş‌məmiş ola! Xüsusilə bunu nəzərə alaq ki, Ibni Abbasın «eşit‌mişəm ki, Ömər deyir ki, Allaha and olsun, mən sizi bu müt`ədən çəkindirəcəyəm və (bilirəm ki,) o Allahın Kitabında vardır, mənim özüm də Peyğəmbərlə birlikdə onu yerinə yetirmişəm!» - sözündən sonra, yə`ni o, özü e`tiraf edir ki, ümrə həcc ilə yanaşıdır!»[9]

Deməli, xəlifənin Allahın Kitabına və sünnəyə istinad et‌mə‌sinə heç bir əsas yoxdur. Onu bu işə vadar edən şey özü‌nün digər bir hədisdə aşkar dediyidir. Ravi deyir: Ömər ibni Xət‌tab ümrənin həcc aylarında yerinə yetirilməsini qadağan edə‌rək dedi: «Mən özüm onu Peyğəmbərlə birlikdə yerinə yeti‌rir‌dim, indi onu qadağan edirəm. Çünki sizin bə`ziləriniz həcc aylarında yorğun və toz-torpaqlı halda ümrəyə gəlir‌si‌niz, onun toz-torpağı, yorğunluğu və «ləbbeyk» deməsi yalnız ümrədədir, sonra Beytüllahil-həramın təvafına varid olur və ehramdan çıxır, paltar geyir, ətirdən istifadə edir, öz əhli-əyalı ilə (birlikdədirsə, onunla) yaxınlıq edir, nəhayət «tərviyə» günü gəlib çatır və həcc niyyəti edərək Minaya gedib, həccin ləbbeykini deyir ki, onun nə toz-torpağı vardır, nə yorğunluğu. Bu yalnız bir gün olur! Halbuki, həcc ümrədən fəzi‌lətlidir; əgər onları özbaşına buraxsan, bu ərak kolla‌rı‌nın dibində öz həyat yoldaşları ilə yaxınlıq edərlər. Hal‌buki, Beytüllahil-həramın sakinlərinin nə süd verən döş‌ləri (dəvələri) vardır, nə məhsuldar əkin sahələri; onların baha‌rı yalnız oraya gələnlərin əli ilədir!»[10]

Başqa bir rəvayətə görə Ömər dedi: «Mən bilirəm ki, Pey‌ğəmbər və onun səhabələri bunu yerinə yetirirdilər, lakin is‌tə‌mirəm ki, onlar ərak kollarının dibində öz həyat yol‌daş‌ları ilə yaxınlıq etsinlər, sonra həccə getsinlər və qüsl‌lərinin damcıları başlarından yerə damsın!»[11]

Ömər bu iki rəvayətdə aşkar bəyan edir ki, onun bu işi yerinə yetirməkdə iki məqsədi varmış:

Birincisi: Həccə ehtiram qoymaqdır. O, bu barədə səha‌bə‌lərin gətirdiyi bir dəlili gətirir ki, «Həccətül-vida»da tə‌məttö ümrəsinin həcc ilə yerinə yetirilməsini qəbul et‌mirdilər. Buradan aydın olur ki, bu sözü deyənlər hər iki məqamda bir qismdən olub: Qüreyş mühacirlərindən ibarətdir ki, təməttö ümrəsinin, həcc və ümrə barəsində mövcud olan ca‌hi‌liyyət adət-ən`ənələri ilə müxalif olduğunu bilirdilər,!

Ikincisi: Bir səfərdə həcc və ümrənin bir yerdə yerinə ye‌ti‌ril‌məsinin qadağan olunması iki rəvayətdən birində ona aş‌‌kar işarə edilmişdir: «Məkkə sakinlərinin nə süd verən döş‌ləri var, nə də məhsuldar əkin sahələri, onların bahar‌ları yalnız oraya gələnlərin əli ilədir.»

Deməli, xəlifə fərman verir ki, həcc və ümrəni bir-bi‌rindən ayırsınlar, ümrə həcc aylarından başqa vaxtlarda yeri‌nə yetirilsin ki, müsəlmanlar Məkkəyə iki dəfə gəlsin‌lər: Bir dəfə həcc üçün, bir dəfə də ümrə üçün. Bu işlə Mək‌kə sakinlərinin və Qüreyş tayfasından olanların ticarət baza‌rı rövnəqlənsin. Bu mə`na ona Əli ibni Əbi Talib -a ver‌diyi cavabda da qeyd olunur. Beyhəqi rəvayət edərək deyir: Əli ibni Əbi Talib Ömərə dedi: «Sən müt`əni qadağan etmi‌sənmi?» Dedi: «Yox, lakin istəyirəm ki, Allahın evini çox ziyarət etsinlər.» Əli dedi: «Ifrad həccini və təməttö həccini yerinə yetirən şəxs, şübhəsiz Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əməl etmiş olur.»[12]

Yuxarıda qeyd olunanlar Ömərin təməttö ümrəsini qadağan etməsi ilə əlaqədar rəvayətlərdən ibarət idi. Biz bu rəvayət‌ləri, mənbələrin az olması ilə əldə etmişik. Bütün çatış‌maz‌lıqları ilə eyni zamanda, yenə də xəlifə Ömərin şəxsi ic‌ti‌had və rə`yini, bu hökmü çıxarmaqdakı məqsədini müəyyən qə‌dər bəyan edir. Biz belə bir nəticəyə çatırıq ki, Ömər həcc müt`əsini şiddətlə qadağan edir və camaatı onu yerinə ye‌tir‌diyinə görə cəzalandırırdı.[13] Ibni Kəsir yazır: «Səhabə (rəziyəllahu ənhum) çox hallarda ondan qorxur və onunla müxalifət etməyi cür`ət etmirdilər.»[14] Biz elə bir kəsi tapa bil‌mədik ki, onun hökuməti dövründə onunla münaqişə etsin, ya‌xud müxalifətə cür`ət etsin. Yalnız imam Əli ona cür`ət edərək deyirdi: «Hər kəs təməttö həccini yerinə yetirsə, şübhəsiz, Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əməl etmiş olur.»[15]

Məhz Ömərin qadağan etməsindən sonra təkcə həccin ye‌rinə yetirilməsi Ömər tərəfindən qoyulan bir bid`ət oldu və Qü‌reyş xəlifələri, o cümlədən Osman bu sünnəyə iqtida etdi.

OSMANIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Osman həcci ümrədən ayırmaqda Ömərin sünnəsinə və bid`ə‌tinə tabe oldu ki, burada da heç bir qəribəlik yoxdur. Çün‌ki onların hər ikisi Qüreyş mühacirlərindən idi və bu hökm qarşısında vahid nəzərə malik idilər. Yalnız imam Əli aşkar şəkildə onunla müxalifət etdi və öz yol‌daşlarına fərman verdi ki, onunla aşkar şəkildə müxalifətə qalxsınlar. Halbuki, xəlifə Ömərin dövründə və onun «Peyğəmbərin dövründə iki müt`ə cari idi, mən onları qadağan edirəm, hər kəs yerinə yetirsə, cəzalandıraram: Həcc müt`əsi və qadınların müt`əsi»[16] - dediyi zaman heç kəsin onunla aşkar müxalifət etməyə haqqı və cür`əti yox idi. Indi aşağıdakı rəvayətdə imam Əli -ın xəlifə Osmana e`tiraz etməsini o həzrətin öz dilindən nəql edirik:

«Müsnədi Əhməd» kitabında Əbdüllah ibni Zübeyrdən belə nəql olunur: «Allaha and olsun, Osman ibni Əffanla Cöh‌fə‌də idim. Şam camaatından bir qrupu, o cümlədən Həbib ibni Məs‌ləmət Fehri də onunla idi. Təməttö ümrəsindən söhbət açıl‌dıqda, o dedi: «Kamil həcc və ümrə odur ki, hər ikisi həcc aylarında yerinə yetirilməsin. Deməli, əgər bu evi iki də‌fə ziyarət etmək üçün ümrəni tə`xirə salsanız, bu daha fəzi‌lətli və daha üstündür. Allah da xeyir işlərə genişlik bağışlamışdır.» Bu zaman Əli ibni Əbi Talib dərədə idi və dəvəsinə ot verirdi. Osmanın sözlərindən agah olduqda, onun qarşısında dayanıb dedi: «Peyğəmbər sünnəsini yığış‌dır‌maq fikrindəsən?! Allah-taalanın Öz kitabında bən‌dələ‌ri‌nə verdiyi rüxsəti onlara daraldır və onu qadağan edirsən. Elə bir hökm ki, uzaqlarda yaşayan ehtiyaclılar üçündür?!» Son‌ra bir-birilə yanaşı olan həcc və ümrə nidası verdi ki, Os‌man camaata üz tutaraq dedi: «Məgər onu mən qadağan etmi‌şəm‌mi? Mən onu qadağan etməmişəm. Bu yalnız bir nəzər idi ki, ona işarə etdim, hər kəs istəyirsə, ona əməl etsin, hər kəs istəmirsə, boşlasın.»[17]

Malik «Müvəttə» kitabında Cə`fər ibni Məhəmməddən, o da atasından nəqlən deyir: «Miqdad ibni Əsvəd Səqyada Əli ib‌ni Əbi Talib -ın yanına gəldi. O, dəvəsini yemlədiyi hal‌da Miqdad dedi: «Osman ibni Əffan həcc ilə ümrəni bir yerdə yerinə yetirməyi qadağan edir!» Əli ibni Əbi Talibin əl‌‌ləri dirsəyə qədər buğda unundan hazırlanan yemə bat‌mış‌dı. Mən onu heç vaxt unutmaram; o, hərəkət edərək Osmanın yanına gəldi və dedi: «Sən həcc və ümrəni bir yerdə yerinə yetirməyi qadağan edirsən?!» Osman dedi: «Bu, mənim öz nəzə‌rimdir.» Əli qəzəbləndi, qəzəbli halda çıxıb dedi: "Ləbbeykəl‌lahu‌mmə ləbbeyk bi-hiccətin və ümrətin məən." Yə`ni "ləbbeyk, ey Pər‌vər‌digar! Göstərişini qəbul etdim və həcclə ümrəni birlikdə yerinə yetirməyi niyyət etdim."[18]

«Sünəni Nəsai», «Müstədrəki Səhiheyn» və «Müsnədi Əh‌məd» kitablarında Səid ibni Müseyyibin belə dediyi yazı‌lır: «Əli və Osman həcc üçün yola düşdülər. Yolun bir hissəsində Os‌man təməttö ümrəsini qadağan etdi. Əli isə dedi: O nə za‌man hərəkət etsə, siz də hərəkət edin.» Sonra Əli və onun sə‌ha‌bələri ümrə ləbbeykini dedilər. Osman onları çəkin‌dir‌dikdə, Əli dedi: «Sənin təməttönü nəhy etdiyin bu xəbər sə‌hih‌dirmi?» Osman dedi: «Bəli.» Əli dedi: «Bəs eşitməmisən ki, Peyğəmbəri Əkrəm ¡ təməttö ümrəsini yerinə yetir‌di?» Dedi: «Əlbəttə ki!»[19]

Imam Sindi bu hədisin haşiyəsində yazır: Əlinin dediyi «hər vaxt hərəkət etdiyini görsəniz, hərəkət edin» - sözündən məq‌sədi bu idi ki, onunla hərəkət edin və ümrə ləbbeyki de‌yin ki, sizin sünnəni onun (şəxsi) rə`yindən irəli keçir‌diyi‌ni‌zi və sünnə müqabilində ona itaət etməyin rəva olmadı‌ğı‌nı bilsin.»[20]

Bu hədis «Müsnədi Əhməd» kitabında digər bir ibarə ilə belə qeyd olunur: «Osman həcc əməllərini yerinə yetirmək üçün hərəkət etdi. Yolun əsnasında Əliyə xəbər verdilər ki, Osman öz səhabələrini təməttö ümrəsini yerinə yetirməkdən çə‌kindirir. Əli səhabələrinə dedi: «Hər vaxt hərəkət etsə, siz də hərəkət edin.» Sonra Əli və səhabələri ümrə ləbbeyki de‌dilər, Osman onlara bir söz demədi. Əli dedi: «Düzdürmü ki, sən təməttö ümrəsini qadağan etmisən? De görüm, Peyğəm‌bəri Əkrəm ¡ təməttönü yerinə yetirmədimi?» Ravi deyir: Osmanın nə cavab verdiyini bilmədim.[21]

Bəli, gördüyümüz kimi, xəlifə Osman bu hallarda təməttö ümrəsi barəsində müəyyən qədər yumşaqlıq göstərdi, amma başqa hallarda çox kobudluq, daşürəklilik edərdi.

 «Səhihi Müslüm», «Müsnədi Əhməd», «Sünəni Beyhəqi» və digər kitablarda Şö`bədən, o da Qütadədən, o da Əbdüllah ibni Şəqiqdən nəql edir ki, o belə demişdir: Osman müt`əni qadağan etdi, Əli ona fərman verdi. Osman Əliyə e`tiraz etdikdə, Əli dedi: «Sən yaxşı bilirsən ki, biz Peyğəmbəri Əkrəmlə birlikdə təməttö ümrəsini yerinə yetirirdik.» Osman dedi: «Bəli, amma biz qorxurduq, xaif idik.»

«Müsnədi Əhməd» kitabının digər bir rəvayətində deyilir: Osman Əliyə dedi: «Sən belə-belə işlər görmüsən!» Digər bir rəvayətdə isə deyir: «Osman Əliyə bir söz dedi.»

Bu rəvayətin axırında Şö`bə Qütadəyə deyir: «Onlar nədən qorxurdu?» Dedi: «Bilmirəm»![22]

Bu rəvayətdə Osmanın Əliyə dediyini gizlətmiş və onun yeri‌nə «sən belə-belə işlər gördün- cümləsini gətirmişlər. Baş‌qa bir yerdə isə «bir söz dedi» - cümləsi qeyd olunur. Am‌ma Osmanın dediyi «bəli, biz xaif idik!» - sözünə gəl‌dik‌də isə, bu xovfu nə Qütadə başa düşmüşdür, nə biz başa dü‌şü‌rük, nə də münəccimlər! Peyğəmbəri Əkrəm ¡ Həc‌cə‌tül-vidada onlara fərman vermişdi ki, təməttö ümrəsini yeri‌nə yetirsinlər, onlar da Peyğəmbəri Əkrəm ¡-in həya‌tının axırıncı ilində onu yerinə yetirdilər. Yə`ni Islamın genişlənib yayıldığı, şirkin Ərəbistan yarımadasından həmişəlik olaraq məhv edildiyi bir dövrdə! Ibni Kəsir deyir: «Mən bilmirəm bu xovf hansı yerə yozula bilər və görəsən hansı cəhətdən törənmişdir?!»

Ondan əvvəl isə belə deyir: «Allah-taala Islamı onun üçün təsbit və Bələdül-həramı fəth etdi. Keçən ildə geniş çöldə – Minada e`lan olundu ki, bu ildən sonra heç bir müşrik həcc əməlini yerinə yetirməməlidir, heç kəs çılpaq halda təvaf etməməlidir.»[23]

Yuxarıdakı hədisdə Osman öz fətvasının düzgünlüyünün dəlilini belə bəyan etmişdir: «Onlar buna görə xaif idilər ki, təməttö ümrəsi yerinə yetirirdilər.» Lakin gələcək rəva‌yət‌lərdə heç bir dəlilə istinad edilmir və daha artıq qaba‌lıq göstərilir:

«Səhihi Müslüm», «Səhihi Buxari», «Sünəni Nəsai», «Müs‌nədi Təyalisi», «Müsnədi Əhməd» və digər kitablarda Sə‌id ibni Müseyyibin belə dediyi nəql olunur: Əli və Osman Əsfan‌da bir yerdə idilər və Osman müt`əni, yaxud ümrəni qa‌da‌ğan etdiyi zaman Əli dedi: «Nəyə əsasən Peyğəmbər ¡-in yerinə yetirdiyi bir işi hədəf tutmusan və onu qadağan et‌misən?!» Osman dedi: «Bizdən əl çək!» Əli dedi: «Səndən əl çə‌kə bilmərəm!» Bundan sonra Əli vəziyyəti belə gördükdə hər iki‌sinin (həcc və ümrənin) ləbbeykini birlikdə deməyə başla‌dı.»[24]

Həmçinin «Səhihi Buxari», «Sünəni Nəsai», «Sünəni Da‌rə‌mi», «Sünəni Beyhəqi», «Müsnədi Əhməd», «Müsnədi Təya‌li‌si» və digər kitablarda Mərvan ibni Həkəmin belə dediyi qeyd olunur: «Mən Əli ilə Osmanı gördüm, Osman müt`əni, həcc və təməttö ümrəsini bir yerdə yerinə yetirməyi qadağan edir. Bunu belə görən Əli hər ikisinin ləbbeykini – ümrə ləb‌beykini və həcc ləbbeykini deməyə başladı: Sonra dedi: «Mən elə adam deyiləm ki, Peyğəmbərin sünnəsini bir kəsin sözü‌nə görə boşlayam!»

Nəsainin ibarələrində belə deyilir: «Osman müt`əni və həcc ilə ümrənin bir yerdə yerinə yetirilməsini qadağan etdi. Bu‌na görə də (Əliyə) dedi: «Mənim bu işləri qadağan etmə‌yim‌lə yanaşı, sən o ikisini yerinə yetirirsən?!» Əli dedi: «Mən elə bir kəs deyiləm ki, Peyğəmbərin sünnəsini camatdan hər hansı birinin sözünə görə boşlayam!»

Digər bir rəvayətdə «Sənin sözünə görə boşlayam.»[25] deyə qeyd edilir.

Ibni Qəyyim bu hədisləri qeyd etdikdən sonra deyir: bu söhbətlər onu göstərir ki, həcc və ümrənin hər ikisini birlikdə yerinə yetirən şəxs onların arasında mütəmətte sayılır. Bu da bir iş idi ki, Peyğəmbər ¡ onu yerinə yetirmiş, Osman da ona e`tiraf etmişdi. Çünki Əli ona «nə üçün Peyğəmbəri Əkrəm ¡-in yerinə yetirdiyi bir işi qadağan edirsən?» - deyə e`tiraz etdikdə, o heç də demədi ki, Peyğəmbər ¡ onu yerinə yetirmirdi.» Əgər bu barədə onun‌la müvafiq olmasaydı, iddiasını inkar edərdi. Əli də Peyğəm‌bərlə müvafiq olmaq, ona iqtida etmək, eləcə də o həzrə‌tin sünnəsinin nəsx olunub qüvvədən düşmədiyini bəyan etmək üçün həcc və ümrənin niyyətini birlikdə etdi və ikisi‌nin ləbbeykini birlikdə deməyə başladı ki, əməldə Peyğəm‌bərə, Qur`ana və sünnəyə iqtida etdiyini göstərək istəyirdi ki, Os‌man özünün tə`vili və şəxsi nəzəri ilə onu qadağan etmiş‌di![26]

Yuxarıda qeyd olunan rəvayətlərdən aydın olur ki, imam Əli təməttö həccinin niyyətini aşkar şəkildə e`lan etmək‌lə istəyirdi ki, xəlifə Osmanla qəsdən və aşkar şəkil‌də müxalifət etsin, xəlifə də bu məsələni bə`zən mülayim‌lik‌lə, bə`zən də kobudluqla araşdırırdı. Bizim zənnimizcə onun mü‌layimliyi hökumətinin əvvəllərində idi. Bunun ardınca gələn kobudluq xislətləri də onun davamında olmuşdur. Bu kobudluq elə bir həddə çatmışdı ki, onu yerinə yetirənlərə şallaq vurur, başını qırxdırırdı! Ibni Həzm rəvayət edərək deyir: «Osmana xəbər verdilər ki, bir nəfər ümrə ilə həcc niyyətini birlikdə etmişdir. O dedi: «Onu mənim yanı‌ma gətirin!» Gətirdikləri zaman ona şallaq vurdurdu və ba‌şı‌nı qırxdırdı.»[27] Onu şallaqladı ki, cəzası olsun; başını da qırxdırdı ki, başqaları üçün ibrət dərsi olsun! Amma bütün bu qədər tələbkarlıqla belə, müsəlmanların müqavimət və mübarizələri də həmin dövrdən başladı ki, imam Əli onunla müxalifətini aşkar edən ilk şəxs idi, öz ətra‌fın‌da olanları da bu işə fərman verirdi. Bu mübarizələr ondan sonra digər xəlifələrin dövründə daha da genişləndi.



[1] «Səhihi Müslüm», səh.885, hədis:124; «Müsnədi Təyalisi», səh.247, hədis:1729; «Sünəni Beyhəqi», 5-ci cild, səh.21.

[2] «Sünəni Beyhəqi», 7-ci cild, səh.206.

[3] «Zadul-məad», 1-ci cild, səh.258-259. Əsvəd ibni Yezid Nəxəi Əbu Ömər, yaxud Əb‌dür-Rəhman Məxzum, siqə (e`timadlı), çox, hədis deyən və fəqihdir. O, ikinci təbə‌qədən olan ravilərdən sayılır. Onun hədislərini bütün «Sihah» müəllifləri nəql etmişlər. 74, yaxud 75-ci illərdə vəfat etmişdir. («Təqribut-təhzib», 1-ci cild, səh.77.)

[4] «Sünəni Beyhəqi», 5-ci cild, səh.20.

[5] Yenə orada, 4-cü cild, səh.338, 5-ci cild, səh.20; «Münhətül-mə`bud», hədis:1502.

[6] «Bəqərə» surəsi, 196-cı ayə.

[7] «Səhihi Müslüm», səh.895-896, səh.155 və 156; «Səhihi Buxari», 1-ci cild, səh.188-189; «Sünəni Nəsai», 2-ci cild, səh.15 və 18; «Müsnədi Əhməd», 4-cü cild, səh.393, 395, 410; «Sünəni Beyhəqi», 4-cü cild, səh.88; «Kənzül-ümmal», 5-ci cild, səh.86; «Səhihi Buxari», 1-ci cild, səh.214-də xülasə şəkildə.

[8] «Təfsiri Süyuti», 1-ci cild, səh.218; «Hilyətül-övliya», 5-ci cild, səh.205; «Şərhi məanil-asar», səh.375.

[9] «Sünəni Nəsai», 2-ci cild, səh.16; «Beyrut» çapı, 5-ci cild, səh.135; «Tarixi ibni Kə‌sir», 5-ci cild, səh.122. Ibni Kəsir deyir: «Bu hədisin sənədləri çox yaxşıdır, la‌kin onu rəvayət etməmişlər.»

[10] Kənzül-ümmal», 5-ci cild, səh.86; «Hilyətül-övliya», 5-ci cild, səh.205.

[11] «Səhihi Müslüm», səh.896, hədis:157; «Müsnədi Təyalisi», 2-ci cild, 2-ci cild, səh.70, hədis:516; «Müsnədi Əhməd», 1-ci cild, səh.29 və 50; «Sünəni Nəsai», 1-ci cild, səh.16; «Sünəni Beyhəqi», 5-ci cild, səh.20; «Sünəni ibni Macə», səh.692, hədis:2979; «Kənzül-ümmal», 5-ci cild, səh.86.

[12] «Sünəni Beyhəqi», 5-ci cild, səh.21.

[13] «Səhihi Müslümün şərhi», 1-ci cild, səh.170, Qazi Əyazdan nəqlən.

[14] «Tarixi ibni Kəsir», 5-ci cild, səh.141.

[15] «Sünəni Beyhəqi», 5-ci cild, səh.21.

[16] Bu rəvayətin mənbələri bu bəhsin əvvəlində qeyd olundu.

[17] «Müsnədi Əhməd», 1-ci cild, səh.92, hədis:707; «Zəxariul-məvaris», səh.416.

[18] «Müvəttə Malik», səh.336, hədis:40; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.129.

[19] «Sünəni Nəsai», 2-ci cild, səh.15; «Müsnədi Əhməd», 1-ci cild, səh.57; hədis: 402; «Müstədrəki Səhiheyn», səh.472; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.126 vvə 129.

[20] Imam Sindi Əbul-Həsən Məhəmməd ibni Əbdül-Hadi Hənəfi Mədinədə yaşamış və 1138-ci ildə vəfat etmişdir.

[21] «Müsnədi Əhməd», 1-ci cild, səh.60, hədis:424.

[22] «Səhihi Müslüm», səh.896, hədis:158; «Müsnədi Əhməd», 1-ci cild, səh.97, hədis:756, 2-ci rəvayət: səh.60, hədis:431-432; «Sünəni Beyhəqi», 5-ci cild, səh.22; «Əl-müntəqi», hədis:2382; «Kənzül-ümmal», 3-cü cild, səh.33; «Şərhi məanil-əxbar», səh.380-381; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.127, qısa şəkildə. Ibni Kəsir 129-cu səhifədə də bu hədi‌si qeyd etdikdən sonra yazır: «Bu, Osmandan Əlinin rəvayət etdiyinə dair bir e`tiraf‌dır. Mə`lumdur ki, Əli «Həccətül-vida»da Peyğəmbər ¡-in ehram bağladığı hə‌min niyyətlə ehram bağlamışdır.»

[23] «Tarixi ibni Kəsir», 5-ci cild, səh.137; «Daru ehyait-turasil-ərəbi» çapı, səh.102-103.

[24] «Səhihi Müslüm», səh.897, hədis:157; «Səhihi Buxari», 1-ci cild, səh.190; «Müsnədi Tə‌ya‌lisi», 1-ci cild, səh.16; «Müsnədi Əhməd», 1-ci cild, səh.136; «Sünəni Beyhəqi», 5-ci cild, səh.22; «Münhətül-mə`bud», 1-ci cild, səh.210, hədis:1005; «Məanil-asarın şərhi», səh.371; «Zadul-məad», 1-ci cild, səh.218 və 220; «Tarixi ibni Kəsir», 1-ci cild, səh.129; «Daru ehya» çapı, səh.98. Əsfan Cöhfə ilə Məkkə arasında bir dayanacağın adıdır. («Mö`cəmül-büldan».)

[25] «Səhihi Buxari», 1-ci cild, səh.190; «Sünəni Nəsai», 2-ci cild, səh.15; «Sünəni Da‌rə‌mi», 2-ci cild, səh.69; «Sünəni Beyhəqi», 4-cü cild, səh.352, 5-ci cild, səh.22; «Müs‌nədi Təyalisi», 1-ci cild, səh.16, hədis:95; «Müsnədi Əhməd», 1-ci cild, səh.91, hədis:733 və səh.136, hədis:139; Zadul-məad», 1-ci cild, səh.217; «Məanil-asarın şərhi», səh.376; «Kənzül-ümmal», 3-cü cild, səh.31; «Mülhətül-mə`bud», hədis:1004; «Tarixi ibni Kəsir», 5-ci cild, səh.126-129; «Daru ehya» çapı, səh.96 və 98.

[26] «Zadul-məad», 1-ci cild, səh.218.

[27] «Əl-mühəlla», 7-ci cild, səh.107.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment