Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ƏBDÜLLAH IBNI ZÜBEYRIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

ƏBDÜLLAH IBNI ZÜBEYRIN DÖVRÜNDƏ TƏMƏTTÖ ÜMRƏSI

Əbdüllah ibni Zübeyr Qüreyşi Əsədi «Əbu Bəkr» və «Əbu Hə‌bib» künyəsi ilə tanınır. Onun anası Əsma Əbu Bəkrin qı‌zı, xalası da Ümmül-mö`minin Ayişə idi. O, hicrətdən son‌ra Mədinədə dünyaya gəlmiş və Cəməl müharibəsində xala‌sı Ayişə ilə birlikdə iştirak etmişdir. Imam Əli onun barəsində buyurmuşdur: "Zübeyr, oğlu Əbdüllah böyüyənə qədər biz Əhli-beytdən idi."

Əbdüllah ibni Zübeyr Müaviyənin ölümündən sonra Məkkəyə sı‌ğındı və Yezidə bey`ətdən imtina etdi. Imam Hüseyn -ın şəhadətindən sonra camaatı özünə doğru çağırdı. Amma Ye‌zi‌din ordusu Hirrə vaqiəsindən sonra ona doğru gəldilər, 64-cü hicri ilinin Məhərrəm ayının axırına dörd gün qal‌mış Məkkəyə daxil oldular və onu hərəmdə mühasirəyə al‌dı‌lar. Onunla müharibədə Kə`bəni, onun tavanından asılmış olan Ismail qurbanlığının iki buynuzu ilə birlikdə yandır‌dı‌lar. Yezidin ölümündən sonra Əbdüllah Hicazda, Yəməndə, Iraq‌da və Xorasanda hakimiyyətə gəldi. Əbdülməlik Mərvan xila‌fətə çatdığı zaman Həccac ibni Yusifi onunla müha‌ribə‌yə göndərdi, o da yetmiş üçüncü hicri ilinin Cəmadiul-axir ayı‌nın ortasında onu qətlə yetirdi.[1]

Ibni Zübeyr on ildən artıq Məkkədə hökmranlıq etdi və öz qardaşı ilə birlikdə müsəlmanların təməttö ümrəsini ye‌ri‌nə yetirməyin qarşısını almaq üçün var-qüvvəsi ilə ça‌lış‌dı və bu yolda onunla imam Əli -ın ardıcılları ara‌‌sında çoxlu mübahisələr baş verdi ki, aşağıda onu qeyd edi‌rik:

«Səhihi Müslüm» kitabında deyilir: «Ibni Abbas müt`əni yerinə yetirməyə əmr, Ibni Zübeyr isə onu qadağan edirdi.»[2]

Həmçinin «Səhihi Müslüm» və «Səhihi Buxari» kitab‌la‌rında Əbu Həmzə Zübəidən belə nəql olunur: Mən təməttö üm‌rəsini yerinə yetirdim və bir dəstə adam onun qarşısını al‌dılar. Mən Ibni Abbasın yanına gəldim və onun barəsində soruş‌dum. O, mənə bu işi yerinə yetirməyə əmr etdi. Sonra Beytüllahil-harama gedib yatdım. Bir nəfər yuxuma gəlib dedi: «Ümrən qəbul, həccin məbrurdur.» Sonra Ibni Abbasın yanına gəlib gördüyüm yuxunu dedim. O, belə dedi: «Allahu Əkbər, Əbul-Qasimin sünnəsi!»[3]

«Müsnədi Əhməd» və sair kitablarda Ibni Abbasın nökə‌ri Küreybdən belə nəql olunur: Ona dedim: «Ey Ibni Abbas! Bilirsənmi ki, nə demisən: Hər kəs qurbanlığı özü ilə gətirməsə, Beytüllahil-haramı təvaf etmiş olsa, həcc yerinə yetirməmişdir və ümrə niyyəti ilə ehramdan çıxmalıdır. Hər hacı Beytullahı təvaf etsə və qurbanlığı özü ilə gətirmiş olsa, ümrə və həcc onun üçün bir yerə yığışır. Halbuki, ca‌maat belə etmir?!»

Ibni Abbas dedi: Vay olsun sənə! Peyğəmbər ¡ öz səhabələri ilə birlikdə həcc niyyəti ilə hərəkət etdi və o həzrət buyurdu: «Hər kəs qurbanlığı özü ilə gətirməyibsə, Allah evini təvaf etsin və bir ümrə niyyəti ilə ehramdan çıxsın.» Onunla yoldaş olanlardan biri dedi: «Ya Rəsuləllah! Bu elə həcdirmi?» Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Bu həcc deyil, lakin bir ümrədir.»[4]

IBNI ABBASLA IBNI ZÜBEYR ARASINLA TƏMƏTTÖ ÜMRƏSI BARƏSINDƏ MÜBAHISƏ

«Səhihi Müslüm» kitabında Müslüm Qərridən belə nəql olunur: Ibni Abbasdan təməttö həcci barəsində soruşdum, o, caiz hesab etdi. Halbuki, Ibni Zübeyr onu qadağan edirdi! Ibni Abbas dedi: «Elə Ibni Zübeyrin anası onun caiz olma‌sını Peyğəmbəri Əkrəm ¡-dən rəvayət edir. Onun yanına gedib soruşun. Ravi deyir: Onun yanına getdik, yekə əndamlı və kor bir qadını gördük. O dedi: «Peyğəmbəri Əkrəm ¡ ona icazə vermişdir.»[5]

«Zadul-məad» kitabında deyilir: «Əbdüllah ibni Zübeyr belə demişdir: «Həcci təklikdə yerinə yetirin, – yə`ni həcc ilə ümrəni bir yerdə yerinə yetirməyin – və bu korun sözünü boş‌layın!» Əbdüllah ibni Abbas dedi: «Qəlbi kor olan sənsən! Sə‌nin anandan bu barədə soruşmazmısan?» Əbdüllah anasının yanı‌na getdi və o dedi: «Ibni Abbas düz demişdir. Peyğəm‌bərlə həccə getdik və onu ümrə qərar verdi.» Kamil şəkildə eh‌ram‌dan çıxdıq, nəhayət ətir qoxusu kişiləri və qadınları bürü‌dü.»[6]

ÜRVƏ IBNI ZÜBEYRlƏ IBNI ABBASIN ARASINDAKI MÜBAHISƏ

«Müsnədi Əhməd» kitabında deyilir: «Ürvə ibni Zübeyr Ib‌‌ni Abbasa dedi: «Ibni Abbas! Nə vaxta qədər camaatı yol‌dan azdıracaqsan?!» Ibni Abbas dedi: «Ey Ürəyyə (yə`ni ey bala‌ca Ürvə)! Nə olmuşdur?» Ürvə dedi: «Həcc aylarında bizi üm‌rə‌‌ni yerinə yetirməyə fərman verirsən, halbuki, Əbu Bəkr və Ömər onu qadağan etmişdir.» Ibni Abbas dedi: «Peyğəmbər onu yerinə yetirirdi.»[7]

Digər bir rəvayətdə isə Ibni Abbas belə dedi: «Onları be‌lə görürəm ki, tezliklə həlak olacaqlar. Mən deyirəm: «Pey‌ğəm‌‌bər buyurdu», o isə deyir ki, «Əbu Bəkr və Ömər bunu qada‌ğan etdi!»[8]

Digər bir rəvayətdə görə Ürvə belə dedi: «Allahdan qorx‌mur‌san ki, müt`əyə icazə verirsən? Ibni Abbas dedi: Ey lili‌put! Anandan soruş!» Ürvə dedi: «Axı Əbu Bəkrlə Ömər onu yerinə yetirmirdi!» Ibni Abbas dedi: «Mən sizin üçün Peyğəm‌bər‌dən hədis nəql edirəm, siz isə cavabında Əbu Bəkr və Ömər‌dən deyirsiniz!»[9]

«Zadul-məad» kitabındakı digər bir rəvayətdə belə deyilir: «Ürvə ibni Zübeyr Peyğəmbər səhabələrindən olan bir kişiyə dedi: «Camaatı bu on günlükdə ümrəni yerinə yetirməyə fərman ver‌mi‌sən, halbuki, onlarda ümrə yoxdur!» Və o dedi: «Bu barədə anan‌dan bir şey soruşmazmısan? Ürvə dedi: «Axı Əbu Bəkr və Ömər onu yerinə yetirmirdilər!» O kişi dedi: «Elə həmin səbəbə görə də həlak oldular. Allah-taala tezliklə sizi əzaba düçar edəcəkdir! Mən Peyğəmbərdən sizin üçün deyirəm, siz isə Əbu Bəkr və Ömərdən xəbər verirsiniz?!» Ürvə dedi: «Alla‌ha and olsun ki, o iki şəxs Peyğəmbərin sünnəsini səndən də yaxşı bilirdilər.» O kişi sükut etdi.[10]

Müəllif: Bizim zənnimizcə, o kişi Ibni Abbas olmuşdur.

«Məcməüz-zəvaid» kitabında deyilir: «Ürvə ibni Zübeyr Ibni Abbasın yanına gəlib dedi: «Ey Ibni Abbas! Çoxdandır ki, camaatı yoldan azdırırsan!» O dedi: «Ey liliput, nə ol‌muş‌dur?!» Ürvə dedi: «Bir şəxs həcc, yaxud ümrə niyyəti ilə hə‌rə‌kət edir, təvafı yerinə yetirdiyi zaman sənin gümanınla eh‌ram‌dan xaric olur, halbuki, Əbu Bəkr və Ömər onu qadağan et‌mişdilər!» Ibni Abbas dedi: «Vay olsun sənə! De görüm, o iki nəfər sənin yanında daha çox qəbul olunasıdır, yoxsa Al‌lahın Kitabında və Peyğəmbərin sünnəsində olan, o həz‌rə‌tin öz ümməti arasında sünnə olaraq qoyduqları?!» Ürvə de‌di: «O ikisi Allahın Kitabında, Peyğəmbər sünnəsində olanlara məndən və səndən də yaxşı agah idilər!»

Ravi deyir: Ürvə onunla düşmənçilik edirdi.[11]

ÜRVƏ TƏMƏTTÖ ÜMRƏSININ YERINƏ YETIRILMƏSINI QADAĞAN EDIR

«Səhihi Müslüm» kitabında Məhəmməd ibni Əbdür-Rəhma‌nın belə dediyi nəql olunur: Iraqlı bir kişi mənə dedi: Ürvə ibni Zübeyrdən soruş, gör həcc ehramı bağlayan və Bey‌tül‌lahil-həramın təvafını yerinə yetirən bir şəxs ehram‌dan çıxırmı? Əgər «ehramdan çıxmır» - deyə cavab verərsə, ona de: «Bir nəfər belə deyir.» O deyir: Ürvədən soruşduqda, o de‌di: «Hər kəs həcc ehramı bağlayıbsa, həcc əməllərini yerinə yetirməkdən başqa bir şeylə ehramdan çıxa bilməz.» Dedim: «Bir nəfər belə deyir.» O dedi: «Çox pis demişdir.» Sonra o iraqlı şəxs mənim yanıma gəldi və məsələni soruşduqda, mən hadisəni onun üçün bəyan etdim, o dedi: Ona de: Bir nəfər belə deyir ki, Peyğəmbər ¡ onu yerinə yetirmiş‌dir. Həmçinin, (Ürvənin atası və anası) Əsma və Zübeyr də onu yerinə yetirmişlər, nə olacaq?» O deyir: Ürvənin yanına gəldim və məsələni bəyan etdim. O dedi: «Bu şəxs kimdir?» Dedim: «Bilmirəm.» Dedi: «Ona nə olmuşdur ki, özü mənim yanıma gəlmir və məndən soruşmur? Güman edirəm ki, o iraqlıdır.» Dedim: «Bilmirəm.» O dedi: «O, şübhəsiz ki, yalan demişdir, çünki Ayişə mənə xəbər vermişdir ki, Pey‌ğəm‌bər ¡ həcci yerinə yetirdi və onun Mək‌kəyə daxil ol‌duğu zaman gördüyü ilk tədbir bu idi ki, bir dəstəmaz alıb Al‌lah evini təvaf etdi. Sonra Əbu Bəkr həc‌ci yerinə yetirdi və onun ilk tədbiri Allah evinin təvafı idi və bundan baş‌qa bir iş olmadı. Yə`ni ümrə və qeyri-ümrə olmamışdır. Ömər də eləcə. Sonra Osman da həccə gəldi və onu gördüm ki, onun ilk işi Beytullahil-həramı təvaf etməsi idi, bun‌dan başqa bir iş görmədi. Sonra mühacirləri və ənsarı gör‌düm ki, belə etdilər və ondan əlavə bir iş görmədilər. Onu yerinə yetirən axırıncı şəxs Ibni Ömər idi ki, onu ümrə ilə kəsmədi. Ibni Ömər də hal-hazırda onların arasındadır, nə üçün ondan soruşmur? Keçmişdəkilərdən heç biri Məkkəyə daxil olan zaman təvafdan öncə başqa bir iş görmür və ondan sonra da ehramdan çıxmırdılar. Mən özüm anamı və xa‌la‌mı gördüm ki, Məkkəyə daxil olan zaman təvafdan başqa bir iş görmədilər və ondan sonra ehramdan çıxmadılar. Həm‌çinin, anam mənə xəbər verdi ki, o, öz bacısı, Zübeyr və fi‌lan-filan şəxslərlə yalnız ümrə əməlini yerinə yetirdilər və Kə`bənin Rüknünü məsh edib ehramdan çıxdılar. Deməli, bu şəxs dediyi sözlərdə yalançıdır!»[12]

ÜRVƏNIN HƏDISININ IZAHI

Qeyd etdiyimiz kimi, Ürvə bu hədisdə Peyğəmbər ¡-in əməlindən söhbət etmir. Bəli, onun Əbu Bəkr, Ömər, Osman və Müaviyəyə nisbət verdiyi şeylər düzdür. Amma onun dediyi: «Keçmişdəkilərdən heç biri... ehramdan çıx‌mır‌dı‌lar, mən özüm anam və xalamı gördüm ki, Beytüllahil-həramı təvaf etdilər və ehramdan çıxmadılar... Deməli, «bu şəxsin dediyi sözlər yalandır» - sözünə gəldikdə isə, bu söz də keçən çoxlu rəvayətlərdə təkzib olunmuşdur və Müslümün onun anası (Əbu Bəkrin qızı) Əsmadan nəql etdiyi rəvayətlə müxalifdir. Əsma deyir: Ehram halında hərəkət etdik və Peyğəmbər ¡ buyur‌du: "Hər kəs qurbanlığı özü ilə gətiribsə, ehramda qalsın və hər kəs qurbanlıq gətirməyibsə, ehramdan çıxsın." Mən qurbanlığı özüm‌lə gətirmədiyimə görə ehramdan çıxdım, amma Zübeyr qur‌ban‌lığı özü ilə gətirdiyinə görə ehram halında qaldı.»

O deyir: Paltarlarımı geyib çölə çıxdım və Zübeyrin yanında oturdum. O dedi: «Mənim yanımdan qalx!» Mən dedim: «Qorxursan ki, məni səninlə asalar?!»

Digər bir rəvayətdə bundan sonra belə dediyi qeyd olunur: Zübeyr dedi: «Məndən kənara çəkil, məndən kənara çəkil!» Mən dedim: «Qorxursan ki, məni səninlə asalar?!»

Sonrakı hədisdə Əbu Bəkrin qızı Əsmanın nökəri, Əbdüllahdan rəvayət edir ki, o, Əsmanı xatırlayıb deyirdi: «Əsma hər vaxt Həcundan keçəndə deyərdi: «Allahın salam və salavatı Onun Rəsuluna olsun! Biz o həzrətlə burada düşdük, o zaman ki, həddindən artıq yüksüz və yoxsul idim. Mən, bacım Ayişə, Zübeyr və filankəslərlə ümrə ehramı bağladıq. Beytüllahı məsh etdiyimiz zaman ehramdan çıxdıq. Sonra günün axırında həcc ehramı bağladıq.»[13]

Amma Ürvənin öz sözündə Əbdüllah ibni Zübeyrə nisbət verə‌rək dediyi və «Ibni Ömər onların arasındadır, nə üçün on‌dan soruşmursunuz?» - sözünə gəldikdə isə, biz Ibni Ömə‌rin sonradan gələcək rəvayətdə tutduğu mövqeyinin tamamilə fərq‌li və müxtəlif olduğunu görürük:

ƏBDÜLLAH IBNI ÖMƏRIN TUTDUĞU MÖVQE

«Səhih Müslüm», «Sünəni Əbi Davud», «Sünəni Nəsai», «Sü‌nə‌ni Termizi», «Sünəni Beyhəqi» və digər kitablarda Ibni Ömər‌dən belə nəql olunur: «Peyğəmbəri Əkrəm ¡ «Həc‌cətül-vida»da təməttö ümrəsini yerinə yetirdi, camaatın bə`ziləri qurbanlığı özləri ilə gətirmiş, bə`ziləri də gətirməmişdilər. O həzrət Məkkəyə daxil olduqdan sonra camaata buyurdu: «Sizlərdən hər biriniz qurbanlığı özünüzlə gətirmişsə, heç bir vəchlə ehramdan çıxmasın, nəhayət həccini axıra çatdırsın. Hər kəs qurbanlığı özü ilə gətirməyibsə, Beyti təvaf etsin, Səfa və Mərvə arasında sə`y etsin, təqsir əməlini yerinə yetirsin və ehramdan çıxsın, sonra həcc niyyəti edərək qurbanlıq etsin.»[14]

Termizinin rəvayətində onun oğlu Salim belə deyir: «Eşit‌dim ki, Şam əhlindən bir nəfər Əbdüllah ibni Ömər‌dən həcdə təməttö ümrəsi barəsində soruşduqda, Əbdüllah dedi: «O halaldır.» Şamlı kişi dedi: «Axı atan onu qada‌ğan etmişdi!» Əbdüllah dedi: «Səncə, əgər atam onu çəkin‌dir‌sə, amma Peyğəmbər onu yerinə yetirsə, atamın fərmanına ita‌ət etməliyəm, yoxsa Peyğəmbərin?!» O kişi dedi: «Əlbəttə ki, Peyğəmbərin fərmanına!» Əbdüllah dedi: «Bəli, Peyğəmbər onu yeri‌nə yetirmişdir!»[15]

Bir rəvayətdə isə deyir: «Peyğəmbər həcci yetirməzdən qabaq ümrəni yerinə yetirmişdir.»[16]

Ibni Kəsir deyir: «Əbdüllah ibni Ömər (atasının sözü ilə) müxalifət edirdi. Ona deyildi ki, atan bunu qadağan et‌miş‌‌dir! Bu zaman dedi: «Qorxuram ki, asimandan başınıza daş yağsın! Həqiqətən, Peyğəmbər onu yerinə yetirirdi. Pey‌ğəm‌bə‌rin sünnəsinə tabe olaq, yoxsa Ömər ibni Xəttabın sün‌nəsi‌nə?!»[17]

Əlbəttə, bu mövqeyin ziddini də ondan rəvayət etmişlər.[18] Bəl‌kə də onun ümrə barəsindəki fətvasının fərqli olması fət‌va verdiyi zamanların və ondan nəql olunan rəvayətlərin fər‌‌qinə aid ola bilər. Belə ki, əgər atasının dövründə, yaxud Os‌manın dövründə ondan sual olunsaydı, layiqli şəkildə ca‌vab verəcəkdi ki, yüksək məqamlı xəlifələrin mövqeyinə uyğun olsun. Amma Ibni Zübeyrin əsrində Əməvi xəlifələri onunla çarpışan bir vaxtda müxalifət etmək çox asan idi. Həmin məsələ də təməttö ümrəsi ilə əlaqədar şiddətli ixtilafın büruz etməsinə zəmin yaradırdı. Belə ki, bir qrup – xilafət təş‌kilatının havadarları və baniləri onu qadağan edirdi. Di‌gər bir qrup isə onu yaxşı əməl hesab edir və Peyğəm‌bə‌rin bu barədəki fərmanını nəql edirdilər. Peyğəmbər səha‌bə‌lə‌rin‌dən sağ qalan Cabir ibni Əbdüllah Ənsari kimi şəxs‌lər Peyğəmbər sünnəsini bəyan edirdi. Belə ki, Əbu Nəz‌rə deyir: «Cabirin yanında idim, bir nəfər gəlib dedi: Ib‌ni Abbas və Ibni Zübeyr iki müt`ə (həcc və qadınlar müt`ə‌si) barəsində ixtilaf etmişlər. Cabir dedi: «Bu iki müt`əni Peyğəmbərlə birlikdə yerinə yetirirdik. Sonra Ömər bizi bu işdən çəkindirdi və biz onu təkrar etmədik.»[19]

Bu ixtilaf bir müddət hər iki məktəb ardıcılları arasında qaldı ki, onun təzahürləri Musa ibni Nafe Əsədinin rəvayətidir. O deyir: Təməttö ümrəsi niyyəti ilə Məkkəyə daxil oldum. Tərviyədən üç gün qabaq Məkkəyə çatdım, məkkəlilərdən bə`ziləri mənə dedilər: «Sənin həccin məkkəlilərin həcci olmalıdır.» Buna görə Əta ibni Əbi Rubahın yanına getdim ki, ondan fətva alım. O dedi: Cabir ibni Əbdüllah mənim üçün rəvayət etmişdir ki, Peyğəmbəri Əkrəmlə birlikdə o həzrətin özü ilə qurbanlıq apardığı bir vaxt həcc etdik. Onlar ifrad həcci niyyəti etmişdilər ki, Peyğəmbər ¡ onlara buyurdu: «Beytüllahın təvafından, Səfa və Mərvə arasında sə`y etdikdən və təqsir əməlini yerinə yetirdikdən sonra öz ehramınızdan çıxın və haramlar sizə halal olacaq. Tərviyə günü gəlib çatdıqda, həcc niyyəti edin, əvvəlcə yerinə yetirdiyinizi müt`ə qərar verin.» Dedilər: «Onu necə müt`ə qərar verə bilərik, halbuki, həcc adlandır‌mı‌şıq?!» Peyğəmbər buyurdu: «Sizə nə deyirəmsə, onu da yerinə yeti‌rin, əgər mən də qurbanlığı özümlə gətirməsəydim, sizə fər‌man verdiyim şeylərə özüm də əməl edərdim. Amma bu qu‌r‌banlığı öz yerinə çatdırana qədər heç bir haram mənə halal olmamışdır.» Onlar da bu işi yerinə yetirdilər.»[20]

Ibni Cübeyrin əsrində Peyğəmbər ¡ sünnəsini dir‌çəl‌dənlərin qələbəsi aşkar oldu və camaatın qəlbləri təmət‌tö ümrəsinə yönəldi. Belə ki, Müslüm öz «Səhih» kitabında rə‌‌vayət edərək deyir: Bəni Həcimdən olan bir kişi Ibni Ab‌ba‌sa dedi: «Bu nə fətvadır ki, camaata hökm etmisən və demi‌sən ki, hər kəs Beytin təvafını etsə, ehramdan xaric olacaq?!» Ibni Abbas dedi: «Bəli! Istəməsən də, sizin Peyğəmbərinizin sünnə‌sidir!»

Bir rəvayətdə isə ondan sonra belə dedi: Bu məsələ cama‌a‌tın arasında yayıldı və dedilər ki, hər kəs Beytin təvafını yerinə yetiribsə, ehramdan çıxacaq və ümrə təvafıdır.»[21]

Ibni Qəyyim, Ibni Abbasdan nəql olunan bu rəvayəti izah edə‌rək deyir: Ibni Abbas düz demişdir: Hər kəs Beytin təva‌fını yerinə yetirsə və qurbanlığı özü ilə gətirməsə – istər müf‌rid olsun, istər də qiran, istərsə də mütəmətte – eh‌ram‌dan xaric olur, ya vacibən, ya da hökmən. Bu, bir sün‌nə‌dir ki, onu rədd etmək qeyri-mümkündür. Bu, Peyğəmbər ¡-in bu‌yur‌duğu başqa sözləri kimidir: «Hər vaxt gün buradan getsə və gecə gəlib çatsa, oruc tutan şəxs iftar etsin.» Bu hədisdə «if‌tar edin» - cümləsinin mə`nası ya hökmdür (yə`ni iftar et‌sin) və yaxud da onun iftarının vaxtının çatdığını gös‌tə‌rir ki, bu vaxt onun haqqında iftar hökmündə olur. Eləcə də o kəsin halına bənzəyir ki, Beytin təvafını niyyət etsin ki, o da ya hökmdə ehramdan xaric olur, ya da ki, bu vaxt onun ba‌rə‌sində ehram vaxtı deyil, əksinə, ehramdan çıxmaq vax‌tıdır. Bu hökm qurbanlığı özü ilə gətirməyən şəxslər üçün qəti‌dir və bu da sünnənin aşkar buyurduğudur.»

Həmçinin Əbi Şə`sa, Ibni Abbasdan rəvayət edir ki, o belə deyib: Hər kəs həcc niyyəti ilə gəlibsə, istəsə də, istə‌mə‌sə də, Beytüllahı təvaf etmək onu ümrə edir. O deyir: Mən de‌dim: «Camaat onu sənin əleyhinə inkar edirlər!» Dedi: «Bu, si‌zin Peyğəmbərin sünnəsidir, hətta bəyənməsələr belə!»[22]

Bəli, Ibni Abbas, Ibni Zübeyrin əsrində daim çalışır və Əhli-beyt məktəbinin digər ardıcıllarından, o cümlədən Ca‌bir ibni Əbdüllah Ənsaridən kömək almaq, təməttö ümrə‌si‌nə e`tiqadı xüləfa məktəbi ardıcılları arasında da sirayət ver‌mişdir. Necə ki, Ibni Həzmin Mənsur ibni Mö`təmərdən rəvayət etdiyi aşağıdakı hadisəni göstərmək olar. O deyir:

Həsən Bəsri həccə getdi, mən də həmin ildə onunla həccə get‌mişdim. Məkkəyə çatdığımız zaman bir kişi Həsənin ya‌nı‌na gəlib dedi: «Ya Əba Səid! Mən Xorasandan gəlmiş bir ada‌mam; bu uzun yolu çox zəhmətlə və həcc niyyəti ilə gəl‌mi‌şəm.» Həsən ona dedi: «Onu ümrə qərar ver və ehramdan çıx.» Ca‌maat onu Həsənə qarşı inkar etdilər və onun nəzəri Mək‌kə‌də yayılmağa başladı. O şəxs Əta ibni Ribahın yanına gə‌lib Həsənin nəzərini onun üçün xatırlatdıqda, Əta dedi: «O Şeyx düz demişdir, lakin biz onu bəyan etməkdən qorxuruq!»[23]

Bu qorxu və vəhşət Bəni Abbasın dövründə aradan gedir və təməttö ümrəsinə e`tiqad o dövrdə yayılmağa başlayır. Bəlkə də bunun yayılmasının səbəbi onların cəddi Əbdüllah ibni Abbasın tutduğu mövqe ola bilərdi. Məhz həmin əsrdə Əh‌məd ibni Hənbəl təməttö ümrəsinə dair fətvanın əsasını qoy‌du və təbiidir ki, bu nəzəriyyə onun məktəbinin ardıcıl‌la‌rı arasında davam edəcəkdir.

Bunun şahidi Ibni Qəyyimin sözüdür. O demişdir: «Və bu‌nun – yə`ni təməttö həccinin adını qeyd etdiyimiz şəxslər və onlardan başqaları Peyğəmbərdən rəvayət etmişlər. Tabe‌i‌nin böyük şəxsiyyətlərindən olan bir qrup da onu rəvayət et‌miş‌lər. Belə ki, şəkk olunmayan və yəqin gətirən bir həddə qə‌dər rəvayət olunmuşdur. Heç kəs onu inkar edərək «belə bir şey baş verməmişdir» - deyə bilməz. Bu, Peyğəmbər Əhli-bey‌ti‌nin məzhəbi, ümmət alimlərinin yoludur və o bu elm dər‌ya‌sında Ibni Abbas, onun ardıcılları, Əbu Musa Əş`ərinin məzhəbi, sünnə əhlinin imamının məzhəbi, Əhməd ibni Hən‌bə‌lin özünün və ardıcılların hədisi və onunla yanaşı olan əhli-hədisin məzhəbidir.»[24]

Beləliklə, müsəlmanların qarşısında Peyğəmbər sünnəsinə ta‌be olmaqla əlaqədar yaradılan təzyiqlər bu günkü günə qədər ara‌dan getmişdir.



[1] «Usdul-ğabə», 3-cü cild, səh.161-163.

[2] «Səhihi Müslüm», səh.885, hədis:145.

[3] «Səhihi Müslüm», «cəvazul-ümrə fişşəhril-həcc» babaı, hədis:204, səh.911; «Sə‌hi‌hi Buxari», 1-ci cild, səh.190; «Müsnədi Əhməd», 1-ci cild, səh.241; «Sünəni Əbi Da‌vud», «mənasik» kitabı, 80-cı bab; «Sünəni Darəmi», 41-ci bab; «Sünəni Beyhəqi», 5-ci cild, səh.səh. 19. Əbu Həmzə Nəsr ibni Imran Zəbəi Bəsri Xorasanda məskunlaşmış və 128-ci ildə vəfat etmişdir. Onun hədisini bütün «Səhih» müəllifləri nəql etmiş‌lər. («Təqribut-təhzib», 2-ci cild, səh.300.)

[4] «Müsnədi Əhməd», 1-ci cild, səh.261; «Məcməüz-zəvaid», 3-cü cild, səh.233. Küreyb ibni Əbi Müslüm ravilərin üçüncü təbəqəsindəndir ki, onun hədisini «Sihah» müəl‌lif‌ləri rəvayət etmişlər. (Təqribut-təhzib», 2-ci cild, səh.134.)

[5] «Səhihi Müslüm», «fi müt`ətil-həcc» babı, hədis:194; «Sünəni Beyhəqi», 5-ci cild, səh.21-22. Müslüm ibni Mixraq Əbdi ravilərin dördüncü təbəqəsindəndir. («Təqribut-təhzib», 2-ci cild, səh.246.)

[6] «Zadul-məad», 1-ci cild, səh.248; «fəslun fi ehlali mən ləm yəkun saqəl-hədyə» «Zə‌v‌ai‌dul-məsanidis-səmaniyə», 1-ci cild, səh.33, hədis:1108; Ibni əbi Şeybənin «Müsən‌nəf» kitabı, 4-cü cild, səh.103.

[7] «Müsnədi Əhməd», 1-ci cild, səh.252, hədis:2277; «Zadul-məad», 1-ci cild, səh.251. Ürəyyə, Ürvənin kiçiltmə formasıdır. Ürvə ibni Zübeyr ravilərin ikinci təbəqə‌sin‌dən‌dir və 94-cü hicri ilində vəfat etmişdir. «Sihah» müəllifləri ondan rəvayət nəql etmişlər. («Təqribut-təhzib», 2-ci cild, səh.19.)

[8] «Müsnədi Əhməd», 1-ci cild, səh.337, hədis:3121; «Zadul-məad», 1-ci cild, səh.257.

[9] «Zadul-məad», 1-ci cild, səh.257; «Zəvaidul-məsanidis-səmaniyə», 1-ci cild, səh.360, hədis:1214, azacıq ixtilafla.

[10] «Zadul-məad», 1-ci cild, səh.257.

[11] «Məcməüz-zəvaid», 3-cü cild, səh.234. Aydındır ki, bu, hədis:Ibni Qəyyimin «Zadul-məad» kitabında qeyd etdiyi hədisdən başqadır. Oradakı ixtilaf Zil-həccənin ilk on günlüyündəki ümrə ilə əlaqədar idi. Buradakı ixtilaf isə təvaf və sə`y əməlindən sonra ehramdan çıxmaqla əlaqədardır.

[12] «Səhihi Müslüm», səh.906-907, hədis:191; «Şərhi Nüvəvi», 8-ci cild, səh.219-221.

[13] «Səhihi Müslüm», səh.907-908, hədis:191-193. Sonuncu hədis: «Səhihi Buxari» kita‌bın‌da, 1-ci cild, səh.214-də mövcuddur. Həcun Məkkənin yuxarısında olan bir dağın adı‌dır.

[14] «Səhihi Müslüm», «vücuhud-dəm ələl-mütəmətte» babı, səh.901, hədis:174; «Nüvə‌vinin şərhi», 8-ci cild, səh.208; «Sünəni Əbi Davud», 2-ci cild, səh.160, hədis:1805; «Sünəni Nəsai», 2-ci cild, səh.11; «Sünəni Termizi», 4-cü cild, səh.39-da deyilir: Bu, hədis:səhihdir; «Sünəni Beyhəqi», 5-ci cild, səh.17, 20, 23; «Zadul-məad», 1-ci cild, səh.216 və 236; «Əl-müntəqi», hədis:2387 və 2416.

[15] «Səhihi Termizi», 4-cü cild, səh.38; həcc kitabı, «ma caə fil-mütəməttii» babı.

[16] «Sünəni Beyhəqi», 4-cü cild, səh.354; «əl-ümrətü qəbləl-həcc» babı.

[17] «Tarixi ibni Kəsir», 5-ci cild, səh.141.

[18] «Sünəni Beyhəqi», 4-ü cild, səh.5.

[19] «Səhihi Müslüm», səh.914, hədis:1249

[20] «Sünəni Beyhəqi», 4-cü cild, səh.356; «Səhihi Müslüm», səh.84, hədis:143. «Sənin həc‌cin məkkəlilərin həcci kimi olacaqdır» cümləsinin mə`nası budur ki, ehramını Mək‌kədən başlayacaq və ehramın miqatdan olan fəzilətini əldən verəcəksən. Bu zaman sava‌bı azalacaqdır, çünki az zəhmətə düşmüş olursan.

[21] «Səhihi Müslüm», səh.912-913, hədis:206-207.

[22] «Zadul-məad», 1-ci cild, səh.249.

[23] «Əl-mühəlla», Ibni Həzm, 7-ci cild, səh.103; Mənsur ibni Mö`təmər Əbu Itaq Səl‌ma Kufi. Onun hədisini bütün «Sihah» müəllifləri rəvayət etmişlər. 132-ci hicri ilin‌də vəfat etmişdir. («Təqribut-təhzib», 2-ci cild, səh.277.) Həsən Bəsri çoxlu mür‌səl və sənədsiz hədislər rəvayət etmiş, rəvayətlərdə tədlisə yol vermişdir. O, üçüncü tə‌bə‌qədən olan ravilərin başındadır və 110-cu ilində təqribən 90 yaşında vəfat et‌miş‌dir. Onun hədisini «Sihah» müəllifləri rəvayət etmişlər. («Təqribut-təhzib», 1-ci cild, səh.165.) Əta ibni Əbi Ribah 114-cü ildə vəfat etmişdir ki, onun hədisini də bütün «Sihah» müəllifləri rəvayət etmişlər. («Təqribut-təhzib», 2-ci cild, səh.22.)

[24] «Zadul-məad», 1-ci cild, səh.249. Bəli, Əbu Musa Əş`ərinin məzhəbi təməttö üm‌rə‌‌sinin həcdə yerinə yetirilməsidir. Nəhayət xəlifənin bid`ətini eşitdi və ona dair fətva verdi, lakin ondan sonra onun nəzərinə tabe oldu.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Minlərlər bəhreynli Şeyx İsa Qasimin mühakimə olunmasına etiraz olaraq ...
İŞİD Əfqanıstanda xəstəxanaya hücum etdi: 80-dən çox ölü və yaralı
Kamal yolunda oLAN Yolçunun əxlaqı
Mübarək mövludlar gecəsi İmam Rzanın (ə) hərəmində böyük coşqu ilə ...
Benəlxalq Qurani Kərim Müsabiqəsinin açılış mərasimində iştirak edən İİR-n ...
QƏNIMƏT VƏ MəğNƏM
Nigerdə "Boko Haram" terror təşkilatının 109 silahlısı zərərsizləşdirilib.
Sepah 3 düşməni məhv etdi, 5-ni yaxaladı
Ərəbistan daxili təhlükəsizlikdən nigərandır, Səud rejiminin xüsusi ...
ABŞ işğalçı israil rejiminə 38 milyard dollarlıq hərbi yardım edir

 
user comment