Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Bu ayə Ibni Abbasın (təfsir) «Müshəfində» "Fəməs‌təm‌tə`‌‌tum bihi minhunnə ila əcəlin musəmma" şək‌lində qeyd olun‌muş‌dur. Übeyy ibni Kə`b, Səid ibni Cübeyr və Sədi də onu belə qiraət və təfsir etmişlər.

ALLAHIN KITABINDA MÜVƏQQƏTI IZDIVAC

Allah-taala buyurur:

فَمَا اسْتَمْتَعْتُم بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُم بِهِ مِن بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللّهَ كَانَ عَلِيمًا حَكِيمًا

"Ləzzət aldığınız qadınların vacib mehriyyəsini verin. Əgər mü‌əy‌yən olunmuş mehriyyədən sonra bir şey barəsində razılığa gəlsəniz, si‌zin üçün heç bir qorxusu yoxdur. Çünki Allah əlim (elmli) və həkim‌dir."[1]

Bu ayə Ibni Abbasın (təfsir) «Müshəfində» "Fəməs‌təm‌tə`‌‌tum bihi minhunnə ila əcəlin musəmma" şək‌lində qeyd olun‌muş‌dur. Übeyy ibni Kə`b, Səid ibni Cübeyr və Sədi də onu belə qiraət və təfsir etmişlər. Qütadə və Mücahiddən də belə rəvayət olunmuşdur.

MÜVƏQQƏTI EVLƏNMƏ SÜNNƏDƏ

Ibni Məs`ud deyir: Peyğəmbəri Əkrəm ¡ icazə verdi ki, qadınları, paltar verməklə və müəyyən olunmuş müddətdə əq‌dimizə keçirək. Sonra bu ayəni tilavət etdi:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ

"Ey mö`minlər! Allahın sizə halal etdiyi pak-pakizə şeyləri haram etməyin və Allahın tə`yin etdiyi hədlərdən keçməyin."[2]

Cabir və Səlmət ibni Əkvə` deyirlər: Peyğəmbərin car‌çı‌sı bizə tərəf gəlib dedi: «Peyğəmbər sizə icazə verir ki, müvəq‌qəti izdivacla evlənəsiniz.»

Səbri Cəhmi də deyir: Peyğəmbər bizə icazə verdi ki, müvəq‌qəti olaraq evlənək. Mən başqa bir kişi ilə Bəni Amir‌dən olan bir qadının yanına gedib özümüzü ona təqdim etdik. O dedi: «Mehriyyə olaraq nə verirsiniz?» Mən dedim: «Öz ridamı...» O dedi: «Sənin ridan və özün mənə bəssən.»

Bundan sonra üç gün o qadının yanında qaldım, nəhayət Pey‌ğəmbər ¡ buyurdu: «Hər kəsin öhdəsində müt`ə olun‌muş bu qadınların haqqından bir şey varsa, onu bağış‌la‌sın və (o) azad olsun.»

Əbu Səid Xidri deyir: «Biz Peyğəmbərin dövründə paltar verə‌rək müvəqqəti izdivac edirdik.»

Əbu Bəkrin qızı Əsma deyir: «Peyğəmbərin dövründə onu yeri‌nə yetirirdik.»

Cabir deyir: «O günlər Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə bir qədər xurma və un verməklə müvəqqəti olaraq evlənirdik. Nəhayət Ömərin xilafətinin axırları gəlib çatdıqda, Əmr ibni Həris bir qadınla izdivac etdi və o qadın hamilə olduqda, Ömər bu işdən çəkindirdi.»

Başqa rəvayətdə deyilir: Əmr ibni Həris Bəni Amirdən olan bakirə bir qızla müvəqqəti evləndi. O, hamilə olduqda, Ömər dedi: «Kişilərdən bə`zilərinə nə olmuşdur ki, müt`ə edir və adil şahid tutmurlar? Hər kəs müt`ə etsə və şahid tut‌masa, ona şər`i hədd vuraram!» Camaat bunu ondan qəbul etdi‌lər.

Başqa bir rəvayətdə deyilir: Rəbiə ibni Üməyyə ibni Xə‌ləf iki qadının şahidliyi ilə qeyri-ərəb bir qadını müvəq‌qəti əqdinə keçirtdi və o qadın hamilə olduqda, Ömər min‌bərə çıxıb dedi: «Əgər bundan əvvəl e`lan etmiş olsay‌dım, sizi daş-qalaq edərdim!»

Bir rəvayətdə isə belə dedi: Səlmət ibni Üməyyə-Həkim ibni Üməyyənin azad etdiyi kənizlə müt`ə etdi və o, uşaq dün‌ya‌ya gətirdikdən sonra onu inkar etdi. Bu zaman Ömər müt`‌əni qadağan edərək dedi: «Əgər bir kişini mənim yanıma gətirsələr və müt`ə etmiş olsa, özü də möhsin (arvadı olan) olsa, onu daş-qalaq edəcəyəm. Əgər möhsin olmazsa, şallaq vura‌cağam!»

Məhz Ömərin qadağan etməsindən sonra müvəqqəti izdivac Islam aləmində haram edildi və xəlifə Ömər onun qadağan olunmasına israr etməyə başladı.

Imran ibni Sö`də rəvayət edərək deyir: Xəlifə Ömərə dedilər: «Sənə bir nəsihətimiz var.» Ömər dedi: «Əhsən bu nəsihət edənlərə! Deyin gəlsin!»

Mən dedim ki, sənin ümmətin sənə eyb tutub deyirlər ki, ümrəni həcc aylarında haram etdin, halbuki, Peyğəmbəri Əkrəm və Əbu Bəkr belə etməmişdilər və o, halal idi.

Ömər dedi: «Əgər onu həcc aylarında yerinə yetirsələr, onun kifayət (müczi) olduğunu bilərlər və Məkkə onların varlığından boş qalar. Belə isə, yaxşı bir iş görmüşəm.

Dedim: «Sonra deyirlər ki, qadınlarla müvəqqəti izdi‌va‌cı haram etmisən, halbuki, bu Allah tərəfindən verilən bir icazə idi və biz də bir qədər şeylə müt`ə edir, üç gündən son‌ra onlardan ayrılırdıq.»

Ömər dedi: «Peyğəmbər onu zərurət və çıxılmaz halda ha‌lal etmişdi. Ondan sonra camaat vüs`ətə və firavanlığa çıx‌dılar. Indi hər kəs istəyirsə, bir qədər şeylə daimi izdi‌vac etsin və üç gündən sonra təlaq versin.»

Müəllif: Görəsən ümrənin həcc aylarında yerinə yetiril‌mə‌si nəticəsində ilin başqa vaxtlarında Məkkənin ümrə‌çi‌lərin vücudundan boş qalması bəhanəsi ilə Allahın halal etdiyi bu işi haram etmək caizdirmi?

Müvəqqəti evlənmədə də görəsən səfərə çıxmaq Peyğəm‌bə‌rin əsrinə məxsus idimi ki, səfərdə o həzrətin izni ilə müt`ə etsinlər? Indi aylarla, illərlə səfərdə olan müsa‌fir‌lər nə etməlidir? Həmçinin, öz vətənində daimi olaraq evlənə bilməyən şəxs öz cinsi qərizəsini inkar etməli‌dir‌mi? Ya cəmiyyətin gizli yerlərində xəyanətə düçar olmalı, ya‌xud da cəmiyyət-müasir cəmiyyətlərdə yayıldığı kimi-aşkar zina‌nı rəsmi olaraq qəbul etməlidir?

Amma xəlifənin dediyi: «Bir qədər şeylə izdivac edin, üç gündən sonra təlaqla ayrılın» - sözünə gəldikdə isə, əgər bu izdivac üç gün tərəflərin arasındakı əvvəlki razı‌lıq və niyyətlə baş verərsə, bu eynilə müvəqqəti izdivacdır. Əgər ər öz batinində üç gündən sonra ayrılacağını niyyət et‌miş olarsa, bu, öz arvadına qarşı xəyanət və məkrdir və Is‌lam onu heç vaxt təsdiq etməmişdir. Ömərin müt`ə barə‌sin‌dəki bu və başqa sözləri, eləcə də səhabələrin Peyğəm‌bər‌dən nəql etdikləri kimi Peyğəmbərin, Əbu Bəkrin və Ömə‌rin dövründə müt`ə etdiklərinə dair nəql etdikləri rəva‌yətin hamısı isbat edir ki, Peyğəmbəri Əkrəmdən müt`ə‌nin haram olması barəsində nəql olunan rəvayətlərin hamı‌sı Ömərin əsrindən sonra quraşdırılan saxta rəvayətlərdir. Əgər belə olmasaydı, onun özü də həmin məsələyə istinad edər və səhabələr Ömərin xilafətinin axır dövrlərində onun qadağan edilməsini deməzdilər. Həmçinin, Əli və Ibni Ab‌bas deyirdilər: «Əgər Ömərin qadağası olmasaydı, bədbəxt adam‌lardan başqa heç kəs zina etməzdi.»

Belə ki, Peyğəmbərdən sonra Əli, Ibni Abbas, Ibni Məs`‌ud, Əsma, Əbu Səid Xidri, Cabir, Səlmət və Mə`bəd (Üməy‌yənin iki oğlanları), Müaviyə ibni Əbi Süfyan, Imran ibni Həsin kimi şəxslər onun halal olması fikrində qal‌mış‌dılar.

Tabeinlərdən də Tavus, Ətta, Səid ibni Cübeyr, Məkkənin sair fəqihləri və Yəmən əhli hamılıqla onu halal sayır‌dılar.

Amma Ömər tərəfindən müt`ənin haram edilməsinə tabe olan şəxslərin bə`ziləri Peyğəmbərə nisbət verilən saxta hə‌dis‌lərə e`timad etmiş, bə`ziləri də demişlər ki, xəlifə bu barədə ictihad etmişdir. Xəlifənin ictihadını özlə‌rinə bir din olaraq qəbul etmişlər.

Yuxarıda bə`zi nümunələri qeyd etdik ki, xəlifələr Is‌lam hökmlərini öz şəxsi nəzərləri ilə qarışdırmış, son‌ra‌‌lar ardıcılları da onları «ictihad» adlandırmışlar. In‌‌di əgər bir kəs onların sirə və fiqhini araşdırsa, bu üs‌lu‌‌bun onların məktəbinin Əhli-beyt məktəbindən ayrıl‌ma‌sın‌da bir əsas və me`yar olduğunu görər. Çünki Əhli-beyt imam‌ları aşağıda qeyd olunacağı kimi, bu barədə onlarla müxa‌lifət edirdilər.

PEYĞƏMBƏR ¡-Ə MƏNSUB EDILƏN SAXTA RƏVAYƏTLƏRDƏ ZIDDIYYƏTIN SƏBƏBLƏRI

Sonda deyirik: Yuxarıda qeyd olunduğu kimi, biz təməttö ümrəsi ilə əlaqədar Peyğəmbəri Əkrəm ¡-ə mənsub edilən rəvayətlərdə bir növ ziddiyyət gördük. Çünki onların bə`zilərində qeyd olunur ki, Peyğəmbəri Əkrəm təkcə həcci yerinə yetirdi və ümrə ilə həcci bir-birinin yanında yerinə yetirməyi qadağan etdi. Başqa rəvayətlərdə də qeyd olunurdu ki, o həzrət «Həccətül-vida»da təməttö ümrəsinə dair fərman verdi və o mərasimdə iştirak edənlərin hamısı bunu yerinə yetirdilər. Indi belə sual yaranır ki, görəsən, Peyğəmbər hədislərində belə ziddiyyətlər necə yaranmışdır?

Cavabı budur ki, Peyğəmbəri Əkrəmdən nəql olunan və o həzrətin təkcə həcci yerinə yetirib təməttö ümrəsini qadağan etməsi ilə əlaqədar bu hədislər yalnız hakim xəlifələrin nəzərlərinə bəraət qazandırmaq üçün düzəldilmişdir. Elə bir nəzər ki, həcc ilə ümrənin ayrılığına dair fərman ve‌rir və təməttö ümrəsinin yerinə yetirilməsini qadağan edir.

Indi bizə vacibdir ki, hər vaxt bir-biri ilə ziddiyyətli olan iki hədisi gördükdə, hakimlərin rə`yi ilə müvafiq olan‌la‌rını boşlayaq.

7-IKINCI ƏSRDƏN SONRA ICTIHAD VƏ SƏHABƏLƏRIN ƏMƏLINDƏN ƏHKAMIN ÇIXARILMASI

ICTIHADIN HƏQIQƏTI, KEÇDIYI YOLLAR VƏ ONA ƏMƏL ETMƏYIN DÜZGÜNlüyünün DƏLILLƏRI

Ictihadın həqiqəti əvvəldə qeyd etdiyimiz kimi, şəxsi rə`yə əməl etməkdir. Onun mənşəyi də səhabələrin və xəlifələrin öz şəxsi rə`ylərinə əməl etməsi olmuşdur ki, ardıcılları da aşağıdakı şərhlə onlara tabe olmuşlar:

Dəvalibi deyir: «Səhabələr bə`zən elə hadisələrlə qarşılaşırdılar ki, Allahın Kitabında və Peyğəmbər sünnəsində ona dair bir dəlil tapa bilmirdilər. Belə olan halda ictihada pənah aparır və onu rə`y adlandırırdılar. Necə ki, Əbu Bəkr yerinə yetirirdi... Sonra Ömər...»

O, sonra Ömərin Şüreyh və Əbu Musa üçün yazdığı mək‌tub‌lara istinad edərək yazır: «Səhabələr öz ictihadlarında müəy‌yən olunmuş qanunlara, yaxud tanınmış me`yarlara arxa‌lan‌mırdılar. Onların yeganə arxalanacaqları şey təşri` üzün‌dən dərk etdikləri şey idi.»

Sonra yazır: «Və bu mə`rifət onlardan (səhabələrdən) son‌ra gələnlər üçün elə də sadəlikdə hazır olmamışdı. Buna gö‌rə də bu ictihad onlardan sonra müctehidin həyat mühi‌tin‌də çoxlu tə`sirlərə və dəyişikliklərə mə`ruz qaldı. Müc‌te‌hidlər nüzul əsrindən nə qədər aralanırdısa, əhkamların maddəsi barəsində elmi çəkişmələr və mübahisələr də bir o qədər şiddətlənirdi. Bu çətinlik ictihad kişilərini vadar et‌mişdi ki, öz ictihadları üçün xüsusi qayda-qanunlar dü‌zəlt‌sinlər və onu «üsuli fiqh» elmi adlandırsınlar. Ic‌ti‌had bu mərhələdə müəyyən qanunların düzəldilməsi ilə əv‌vəl‌ki mərhələdə olan ictihaddan ayrıldı, seçildi və onun qayda-qanunları tə`yin edildi. Halbuki, ondan əvvəl yalnız sağlam zövq əsasında şəriət sirlərindən hökmü əldə etmək me`yar sayılırdı.»[3]

Qur`anda qəbul edilmiş hökmlərin mənbələri barəsində deyir: Qur`anda qəbul edilmiş hökm və hüquqların ilk mən‌bə‌si onun ayələridir.

Ikinci mənbə sünnədir. Çünki Allah-taala buyurur:

مَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ

"Peyğəmbər sizin üçün hər nəyi gətirsə, onu əxz edin."

Üçüncüsü budur ki, Qur`an sünnədə qəbul edilmiş icma və ictihad kimi hüquq və hökmlərin mənbəyini mö`təbər bi‌lir.[4]

Beləliklə, şəriət qanunçuluğu üçün dörd mənbə, yaxud dörd prinsip qərar vermişdir:

1-Kitab;

2-Sünnə;

3-Icma;

4-Ictihad.

O deyir: Qeyd etdiklərimizdən aydın olur ki, dördüncü prinsip həm ictihad, həm rə`y, həm də əql adlandırılır.[5]

Burada qeyd olunan miqdarla kifayətlənirik ki, xüləfa məktəbinin ictihada əməl etməyin səhihliyinə dair gətirdikləri dəlillərin düzgün olub-olmamasını araşdıraq.

XÜLƏFA MƏKTƏBININ ICTIHADA ƏMƏL ETMƏK BARƏSINDƏKI ƏN MÜHÜM DƏLILLƏRI

a) MəazIn hədisi

«Sünəni Darəmi» və başqa kitablarda deyilir: Peyğəmbər ¡ Məazı Yəmənə göndərdiyi zaman ona buyurdu: «Necə qə‌za‌vət edəcəksən?» O dedi: «Allahın Kitabı əsasında qəza‌vət edəcəyəm.» Peyğəmbər ¡ buyurdu: «Əgər Allahın Ki‌ta‌bında cavabı olmazsa?!» Dedi: «Rəsulullahın sünnəsinə əməl edəcəyəm. Peyğəmbər buyurdu: Əgər sünnədə də olmazsa?» O dedi: «Ictihad edəcəyəm (çalışacağam), öz rə`yimi axtara‌ca‌ğam, bu barədə heç nəyi əsirgəməyəcəyəm və səhlən‌karlıq da etməyəcəyəm.» Məaz deyir: Peyğəmbər əlini sinəmə vurdu və buyurdu: «Allaha həmd olsun ki, Rəsulullahın rəsuluna (göndərdiyinə) tofiq vermişdir.»[6]

b) Əmr ibni AsIn hədisi

«Səhihi Buxari», «Səhihi Müslüm», «Müsnədi Əhməd» və başqa kitablarda deyilir: Peyğəmbər buyurdu: «Hərgah hakim hökm etsə və (öz hökmündə ictihad etsə, yə`ni çalışsa) haqqa çatsa, iki mükafat alacaq; əgər hökm edib ictihadı başa vursa və səhvə yol versə, bir mükafat alacaqdır.[7]»

v) Ömərin Əbu Musa Əş`əriyə məKtubu

Bu məktubda belə qeyd olunur: «Dərrakəni qəlbindən ke‌çən‌lər və Allahın Kitabında, Peyğəmbər sünnəsində olmayan şey‌lər barəsində tətbiq et, sonra o işləri və hadisələri bir-birilə müqayisə et (qiyas et).»[8]

Bunlar onların öz ictihadlarının düzgünlüyünü isbat etmək‌dəki ən mühüm dəlilləri idi və bundan başqalarını da, sənədlərinin zəif olduğuna və məqsədə dəlalət etmədi‌yi‌nə görə qeyd etmirik. Amma (a) və (b) bəndində olan hədis‌lə‌rə və Ömərin məktubuna gəldikdə isə, Ibni Həzm Məazın hədisini araşdıraraq onda münaqişə edir və deyir: «Məazın hədisinə gəldikdə isə, onu dəlil kimi gətirmək rəva deyildir. Çünki e`tibarsızdır və yalnız Haris ibni Əmrin vasitəsilə rəvayət olunmuşdur ki, o da məchuldur, heç kəs onu tanımır.» Buxari «Tarixi Ovsət» kitabında yazır: «Ha‌ris yalnız bu hədislə tanınır ki, o da səhih deyildir.» Bu‌nu da əlavə edək ki, Haris onu heç biri tanınmadığı halda, Həms əhlindən olan kişilərin dilindən nəql etmişdir! Bun‌dan əlavə o, səhabələrin dövründə heç vaxt tanınmamış və heç kəs onu tabeinlərin cərgəsində qeyd etməmişdir. Hət‌ta Əbu Ovn da onu tanınmaz kəslərin cərgəsində qeyd et‌miş‌dir, yalnız rə`y səhabələri onu Şö`bənin yanında tap‌dıq‌ları zaman onu hər kürsüyə mindirib dünyanın hər yerin‌də yaymağa başladılar. Halbuki, o, batil və əsassız bir hə‌dis‌dir.»[9]

O deyir: Bu rəvayətin saxta və batil olmasının dəlili bu‌dur ki, Peyğəmbəri Əkrəmin bu cümləni deməsi qeyri-müm‌kün‌dür: «Əgər Allahın Kitabında və Peyğəmbərin sünnə‌sin‌də tapmasan...» Çünki onun özü Allah-taalanın buyurduğu bu sözü eşitmişdi: "Ittəbiu ma unzilə iləykum min Rəbbikum – Pər‌vər‌digarınız tərəfindən sizə nazil olanlara tabe olun!"[10]

Və onun buyurduğu: "Əl-yovm əkməltu ləkum dinəkum – bu gün si‌zin dininizi sizin üçün kamil etdim"[11], eləcə də "və mən yətəəddə hüdu‌dəllah fəqəd zələmə nəfsəh – hər kəs Allahın qanunlarından təcavüz edib çıxarsa, şübhəsiz, özünə zülm etmişdir"[12] və bundan başqa çoxlu buyruqlarından əlavə, o Həzrətin özü dində şəxsi rə`yə əməl etməyi qadağan etmişdir.

Əgər onun düzgünlüyünü fərz etsək belə, onun «Ictihad edəcəyəm və öz rə`yimi axtaracağam» - sözünün mə`nası budur ki, «mən çalışacaq və öz bacarığımdan istifadə edəcəyəm ki, haqqı Qur`anda və sünnədə tapam; bu barədə daim axta‌rış‌da olacağam.»

Həmçinin, əgər hədis düzgün olsa, iki haldan xaricdə deyil‌dir: Ya yalnız Məazın özünə məxsusdur və başqalarını va‌dar edir ki, Məazın rə`yindən başqa heç bir şəxsin rə`‌yinə tabe olmasınlar – halbuki, ona inananlar belə de‌mir‌lər – ya da ki, həm Məaz, həm də başqaları üçün de‌miş‌dir ki, əgər belə olarsa, hər kəs ictihad edərək öz rə`yini seçərsə, ona əmr olunan şeylərə əməl etmiş olur. Bu halda hamılıqla haqq yolda eyni səviyyədə olar və heç kəs düz yola başqasından yaxın olmaz. Buna əsasən, haqq təzadlarda və ziddiyyətlərdə qərar tapar ki, bu da onların nəzərinin əksinə olub, ağılasığan şeylərlə müxalifdir, üstəlik qeyri-mümkün bir işdir. Belə bir halda heç kəs öz nəzəri üçün dəlil gətirə bilməz. Çünki onun müxalifi də ictihad edərək öz rə`yini əsas tutacaqdır. Istinad edilən hədisdə «rə`yə ictihad»dan artıq bir şey gəlməmişdir. Onlar üçün də hədisdə gəlməyən şeyləri ona əlavə etmək rəva deyildir. Həmçinin, heç kəs başqasından daha layiq olmaz. Qeyri-mümkün işlərdən biri də bu cahillərin Məazın hədisində təsəvvür etmələri idi. Belə ki, hədisin düz‌gün‌lüyünü qəbul etdiyimiz təqdirdə, həzrət Peyğəmbərin Məaza öz rə`yi ilə halal və haram düzəltməsinə, öz rə`yi ilə vacib fərizələri düzəltməsinə, yaxud qüvvədən salmasına icazə verməsi qeyri-mümkün olan bir işdir. Bu da müsəlmanların təsəvvürünə belə sığmayan bir şeydir və Islam şəriətində yuxarıda qeyd olunanlardan artıq bir şey yoxdur.»[13]

Ibni Həzm, Əmr ibni Asın hədisi barəsində deyir: «Amma Əmr ibni Asın hədisinə gəldikdə isə, bu onların öz əleyhlərinə tamam olan ən böyük dəlil və sübutdur. Çünki orada deyilir ki, müctehid olan hakim (qazi) həm xətaya düşə, həm də gerçəkliyə nail ola bilər. Əgər belədirsə, dində xəta hökm vermək haramdır və mütəal Allah da heç vaxt xəta işi təsdiqləməyi halal etməmişdir. Deməli, onların bu hədisə istinad etmələri batildir.»[14]

Ömərin məktubuna gəldikdə isə, iki sənəddən əlavə deyilir: «O, səhih deyildir, çünki birincinin sənədində Əbdül‌məlik ibni Vəlid ibni Mə`dan Kufi adlı bir adam vardır ki, (rical alimlərinin nəzərində) yekdil nəzərlə mət‌rukul-hədis və saqitdir, onun atası da namə`lumdur. Amma ikinci sənəddə isə Kərci və Süfyan kimi vasitələr məchuldur. Bu sənəd də qət olunmuşdur. Deməli, ona istinad etmək tamamilə batildir.»[15]

ONLARIN ICTIHAD BARƏSINDƏKI NƏZƏRIYYƏLƏRINƏ TUTDUĞUMUZ IRADLAR

a) Ictihadın mə`na və məfhumu;

b) Üç dəlilin məfhumları.

Amma ictihadın məfhumuna gəldikdə isə, əvvəllər qeyd etdik ki, ictihadın məfhumu birinci hicri əsrində həmin lüğətdəki mə`nasını ifadə edirdi. Yə`ni: «Hər hansı bir işə qüvvə sərf etmək.» Məazdan və Əmr ibni Asdan nəql olunan iki hədis də əgər düzgün sənədə malik olmuş olarsa, onlarda ictihad və müctehid kəlmələri onun lüğətdəki mə`nasında istifadə olunmuşdur. Bundan əlavə, bu iki hədis mövzu e`tibarı ilə bizim münaqişəmizdən xaricdədir. Çünki onların istifadə etdiyi yer qəzavət və mühakimədir. Bizim münaqişə etdiyimiz yer isə müctehidlər tərəfindən şəriət hökmlərinin verilməsinin caiz olmasıdır.

Həmçinin Ömərə mənsub edilən məktub və onların isti‌nad etdikləri digər rəvayətlər də bu qəbildəndir. Sənəd‌ləri‌nin zəif olmasından əlavə (belə ki, onların saxta ol‌ma‌sına tam əminlik hasil olur), onların hamısının mövzu‌su qanunçuluq və şəriətlə deyil, əksinə, qəzavət və mühakimə işləri ilə əlaqədardır!

Qəzavət barəsində də qeyd olunan hədislər ehtiyac duyulan məsələlərdə qazilərin vasitəsilə şəriət hökmünün çıxarıl‌ma‌sının caizliyinə əsla dəlalət etmir. Misal üçün, Məazın hə‌di‌sinin öz müddəalarına dəlalət edilməsini təsəvvür et‌dik‌ləri halda, çox səhvə yol vermişlər. Çünki hədisin məqsədi budur ki, kitab və sünnədə qeyd olunan Islam hökm‌lə‌ri iki növdür: Onların bə`ziləri – onlardan birində, ya‌xud hər ikisində gələnlər – cüz`i qəziyyələrə aşkar dəlalət edir, bə`ziləri isə külli və ümumi qanunlar şəklində bəyan olunmuşdur. Qazi və hakimə vacibdir ki, ehtiyac duyduğu məsələlərə uyğun olaraq külli hökmləri və qanunları əldə etmək üçün bacardığı qədər çalışsın. Bu da ictihadın lüğətdəki mə`nasıdır. Yə`ni «istənilən hökmü əldə etmək üçün qüvvə sərf etmək.»

Əlbəttə, xüləfa məktəbinin alimlərinin bu hədisə necə is‌tinad etmələri göstərir ki, – nəuzu billah! – «Peyğəmbər tə‌rə‌findən çatdırılmış Islam şəriəti bə`zi yönlərdə nöq‌san‌‌lıdır və hakimlər, qazilər və müftilər onun varlığı ilə belə, öz rə`yləri əsasında Islamda möhməl qoyulan, yə`ni bə‌‌yan edilməyən yeni hökmlərin verilməsinə ehtiyac duyurlar. Bu‌‌nun əlavə izahı ilahi qaydaların səhabənin əməllərindən çı‌‌xa‌rılması keyfiyyətinin bəyan olunmasından sonra qeyd olu‌na‌caqdır.

SƏHABƏlərIN ƏMƏLLƏRINDƏN islami QAYDA VƏ QANUNLARIN ÇIXARILMASI (ixtisar edilməsi)

Dəvalibi ictihadın tə`rifində deyir: «Ictihad – (alim‌lə‌rin) fikir birliyində olmadığı bir rə`ydir. Əgər fikir bir‌liyində olarsa, ona icma deyilir. Buna görə ictihad, ic‌ma‌dan sonrakı mərhələdə qərar tutur.»[16]

Həmçinin deyir: «Ictihad üç qisimdir:

1-Kitab və sünnənin aşkar buyurduqlarının təfsir və bəyan edilməsi.

2-Kitab və sünnədə gələnlərin oxşarlarını müqayisə yolu ilə əldə etmək.

3-Hər hansı bir xüsusi göstərişə arxalanmayan yalnız şə‌riətin ruhuna əsaslanan rə`y. Bu ruh onun bütün göstəriş‌lə‌rində yayılmışdır: «Islam şəriətinin məqsədi yalnız məs‌ləhət olduğuna görə, hər yerdə bu məsləhət tapılsa, orada Alla‌hın şəriətidir.» Müsəlmanlar hər hansı bir şeyi yaxşı hesab etsələr, o da Allahın nəzərində yaxşıdır.»[17]

Başqa yerdə deyir: «Bəlkə də ictihadi məsələlərin ən ba‌riz nümunələrindən biri, Peyğəmbərin vəfatından sonra sə‌ha‌bə əsrində vücuda gələn ən aşkar hadisə – Iraq, Şam və Mi‌sir torpaqlarının bölüşdürülməsidir ki, ora güc işlə‌dil‌məklə fəth olunmuşdu. Qur`an ayələrində aşkar şəkildə qeyd olunur ki, qənimətin xümsü beytül-mala qaytarılmalı və aşa‌ğıdakı ayədə qeyd olunan sahələrdə məsrəf olunmalıdır:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ

"Bilin ki, hər qəniməti əldə etsəniz, onun beşdə biri Allaha, Peyğəmbərə və onun qohum-əqrəbasına məxsusdur."[18]

Yerdə qalan dörd pay ayənin məfhumu və Peyğəmbərin əmə‌li‌nə əsasən qəniməti əldə edənlərin arasında bölüşdürülür. Çün‌ki o həzrət Xeybərin qənimətləri cəngavərlərin arasın‌da bölüşdürmüşdü.

Məhz Qur`ana və sünnəyə əməl sayəsində qənimət əldə edən‌lər Ömər ibni Xəttabın yanına gəlir və ondan istəyir‌di‌lər ki, qənimətlərin xümsünü Allah və ayədə qeyd olunan‌lar üçün ayırıb yerdə qalanlarını onların arasında bölüş‌dür‌sün. Ömər o zaman demişdi: «Bəs bura gələn müsəlmanlar nə etsinlər?! Halbuki, bu yerləri, onda olan imkanlarla bir‌lik‌də bölünmüş, öz atalarından irs aparılmış və öz ixti‌yar‌larına keçirilmiş görəcəklər?! Bu rə`y düzgün deyldir!»

Əbdür-Rəhman ibni Ovf ona dedi: «Bəs onda düzgün nəzər hansıdır? Bu yerləri və onların imkanlarını Allah onlara qaytarmamışdır!»

Ömər dedi: «Düzü budur ki, belə deyəsən; lakin mən onu qəbul etmirəm!»

Ömərə e`tiraz edib dedilər: Allahın qılınclarımızın vasi‌təsilə bizə qaytardığı şeyləri (müharibədə), burada ha‌zır olmayan bir qövm üçün saxlayırsan?!»

Ömər yalnız bunu deyirdi: «Bu, mənim nəzərimdir.»

Axırda hamılıqla dedilər: «(Düzgün) rə`y sənin rə`yin‌dir.»[19]

Ibni Həzm yazır: «Rə`y o şeydir ki, (insanın) nəfsi heç bir dəlil-sübut olmadan onun düzgün olduğunu təsəvvür edir.»

Həmçinin deyir: «Qiyas – barəsində heç bir nəss olmayan şeyə hökm etməkdir, barəsində hökm gələn bir şeylə oxşar ol‌du‌ğuna görə müqayisə etmə nəticəsində əldə olunur.»[20]

Dəvalibi istihsan barəsində yazır: «Istihsan odur ki, hər hansı bir məsələdə bir hökm əxz olunsun ki, qiyasda tanınmış olan hökmlə müxalifdir, ya istihsanın dəlilində səbəbə üstünlük verildiyinə görə, yaxud məsləhətin tələb etdiyi zərurətə görə və yaxud da hər hansı bir çətinliyi dəf etdiyinə görə.»[21]

Hənəfilərdən nəql olunur ki, istihsan barəsində belə de‌miş‌lər: «Istihsan – nəzərdə tutulan məsələdə oxşar‌larının hökmündən başqa bir hökmə keçməkdir, səbəbi də bu kimi başqa hökmə keçməni tələb edən güclü cəhətlərdir.»

Malikilərin belə dedikləri nəql olunur: «Istihsan odur ki, müctehid və fəqih cüz`iyyatla əlaqədar bəhslərdə qiyasın zə‌ru‌ri halda nəticələndiyi şey ilə tətbiq etməkdə iltizam‌lı olmasın.»[22]

Istislahın tə`rifində deyir: «Istislah öz həqiqətində məsləhət əsasında olan rə`yə hökm etməkdən bir növdür.»[23]

Üçlük təşkil edən bu üç prinsipin fərqində deyirlər: Qi‌yas və istihsan həmişə digər məsələlərlə yanaşı olmağı tə‌ləb edir. Çünki qiyas tələb edir ki, qiyasi məsələlər ona mül‌həq olsun və bu da onlardakı hökmün səbəblərinin eyni ol‌ma‌sına görədir. Istihsan tələb edir ki, istihsan ilə ona ox‌şar olan digər məsələlərin hökmündən başqa hökmə keçir‌sin, bə`zi hallarda ittihadın olmadığına görə – belə ki, bə`‌zi ittihad təzahürlərindən daha güclüdür – öz hökmündən baş‌qa cür olsun.

Amma istislah məsələlərinə gəldikdə isə, qiyas və istih‌san‌da qeyd olunduğu kimi, digər məsələlərlə yanaşı olmağa eh‌tiyac duyulmur, əksinə, istislah məsələlərində hökmün veril‌məsi üçün yalnız və yalnız məsləhətə istinad edilir.»[24]

«Nəslər və zamanın dəyişilməsi ilə Islam şəriətində hökmlərin dəyişilməsi» babında belə deyir: «Amma nəssi şə‌riət sahibi tərəfindən qüvvədən düşməyən hökmün dəyiş‌di‌rilməsinə gəldikdə isə, bu hökmün dəyişdirilməsini qazi‌lər və müctehid müftilər zamanlarda məsləhətlərin dəyiş‌mə‌sinə görə caiz bilirlər. Bu da Islamın başqa şəriətlərə olan üstünlüyü və hamı üçün aşkar bir ibrət dərsidir ki, Is‌lamın insan əqlinə ictihadda və hökmlərdə mülayimliyinə nə qədər azadlıq və bu məsləhətləri möhkəmləndirməyə dəyər ver‌‌diyini bilsinlər. Beləliklə də, buna əməl etmək Islam şə‌ri‌ətində müqəddər olunmuş gözəl bir qaydanın baş‌lanğıcı olmuşdur. Çünki aşkar şəkildə e`lan edib deyirlər ki, biz zamanın dəyişməsi ilə hökmlərin dəyişməsini inkar et‌mi‌rik.»[25]

Bu barədə Ibni Qəyyimin «Ə`lamul-muqiin» kitabındakı sözü‌nü dəlil gətirib deyirlər: «Bu, doğrudan da faydası böyük olan bir fəsildir!»[26]

Ibni Qəyyim bu bölmədə bir neçə misal gətirmişdir. O, 7-ci misalda deyir: Peyğəmbərlə Əbu Bəkrin dövründə və Ömə‌rin xilafətinin əvvəllərində təlaq belə idi ki, əgər tə‌laq verən şəxs üç təlaqı dalbadal (fasiləsiz) əda etsəydi, bir təlaq hesab olunardı və bu səhih rəvayətlərdə sübuta yet‌mişdir.»

O, sonra zikr olunmuş səhih hədisləri, o cümlədən Rə‌ka‌nət ibni Əbdi Yezidin rəvayətini gətirmişdir ki, öz ar‌va‌dına bir məclisdə üç təlaq vermiş, sonra öz işindən peş‌man olmuş, Peyğəmbər ¡ ondan soruşmuşdu: «Necə tə‌laq verdin?» Demişdi: «Ona üç təlaq verdim.» Həzrət buyur‌du: «Bir yığıncaqdamı?!» Demişdi: «Bəli!» Peyğəmbər ¡ buyurmuşdu: «Bu, yalnız bir təlaq sayılır. Əgər is‌tə‌sən, ona rücu edə bilərsən.» O da arvadına rücu etmişdi.

O deyir: «Məqsəd budur ki, belə bir hökm Ömər ibni Xəttaba gizli deyildi və o bilirdi ki, bu, sünnədir və Allah tərəfindən bəndələrə təlaqın birini digərindən sonra qərar verməsi ilə əlaqədar genişlikdir. Həmçinin, deyilmişdir ki, bu növbə ilə olmalıdır. Onun vahid bir cümlədə və tamam şəkildə yerinə yetirilməsi mükəlləf üçün qeyri-mümkündür. Eləcə, lian da belədir. Belə ki, mükəlləf «Allahı dörd dəfə şahid tuturam ki, düz deyirəm» - desə, onun bu cümləsi bir cümlə hesab olunur (dörd dəfə yox!). Əgər qəsamədə and içərək, «Əlli dəfə Allaha and olsun ki, bu, onun qatilidir» desə onun bu cümləsi yalnız bir and hesab olunacaqdır (əlli dəfə yox)...»

Beləliklə, çoxlu misallar gətirir və sonra deyir: «Bu, Allahın Kitabı, bu da Peyğəmbərin sünnəsi; bu, ərəb lüğəti, bu da camaat arasında mövcud olan danışıq tərzi; bu, Alla‌hın Rəsulunun xəlifəsi, bu da onunla müasir olan səhabə‌lər‌dir ki, Ömərin hökumətinin əvvəlindən üç il keçənə qə‌dər hamısı bu məzhəb əsasında olmuşdur... Aydındır ki, onla‌rın sayı mindən artıq idi.

Məqsəd budur ki, bu nəzər elə bir sözdür ki, Allahın Ki‌tabı, Peyğəmbərin sünnəsi, qiyas, icma qədimdən ona dəla‌lət edir və ondan sonra da onu batil edib qüvvədən salacaq bir icma gəlməmişdir. Lakin mö`minlərin əmiri Ömərin rə`yi belə olmuşdur ki, onun zamanında «bir məclisdə (yı‌ğın‌caqda) üç dəfə təlaq vermə» hökmü məsləhətə uyğun idi.»[27]

Dəvalibi, icmanın tə`rifini verərkən onu iki cür bəyan et‌mişdir: 1-Bütünlüklə ümmətin deyil, yalnız ümmət alim‌lə‌ri‌nin bəhs olunan mövzu barəsində yekdil fikrə gəlməsi; 2-Bü‌tün məkanlarda və şəhərlərdə baş verən hadisə deyil, sözü ge‌dən hadisənin baş verdiyi məkanlardan bir məkanda olan, ya‌xud onda ariz olan hadisə; misal üçün Mədineyi-münəvvərə..

O deyir: «Səhabələr dünyadan getdikdən sonra alimlər on‌la‌rın yerinə keçdilər və bu vaxt həmin qrup icmanı da şə‌ri‌ət prinsiplərindən biri kimi qəbul etdilər. Fərqi bu idi ki, bunlar öz qarşılarında heç bir aşkar məhdudiyyət gör‌mə‌dilər.»[28]

Bura qədər qeyd olunanların hamısı şəxsi rə`yə əməl et‌mək‌dən başqa bir şey deyildir, istər özlərinin tə`vil və ya ic‌tihad adlandırdıqları qəzavət məsələlərində, istərsə də baş‌‌qa ad qoyduqları hallar, hamılıqla şəxsi rə`yə əməl et‌mək sayılır.

Qiyasın həqiqətinə gəldikdə isə, o, bundan ibarətdir ki, müc‌tehid hər hansı bir məsələdə, başqa bir məsələdə də gə‌lən bir hökmü versin. Bunu da iddia edib desin ki, bu iki məsələnin arasında oxşarlıq vardır.

Istihsan isə oxşar hökmün həmin məslədə tərk olun‌ma‌sından ibarətdir. Çünki müctehid məsləhəti onun əksinə hökm verməkdə görür!

Istislah müəmmalı qəziyyədə əməl etməkdən ibarətdir ki, müctehid müqayisə etmədən məsləhəti nəzərə alır.

Icma bütün alimlərin, yaxud bir məntəqə alimlərinin hər hansı bir hökm barəsindəki nəzər birliyidir! Beləliklə, xüləfa məktəbindəki ictihad qanunlarının hamısı şəxsi rə`y və nəzərlə sona çatır. Bundan əlavə, onlar öz rə`ylərini şəriətdə aşkar şəkildə qeyd olunanlardan – nəsdən qabağa keçirirlər. Gördüyünüz kimi, Ömər hərbi qüvvə sərf etməklə fəth olunan ərazilərdə bu işi görmüş və onun dördə biri‌ni Qur`an və Peyğəmbər sünnəsinin aşkar buyurduğunun əksi‌nə olaraq cəngavərlərin arasında bölüşdürməmişdi. Həm‌çi‌nin, bir məclisdə dalbadal olan üç (ardıcıl) təlaqın caiz olmasına dair fətva verdi ki, bu da Allahın Kitabı və Peyğəmbər sünnəsinin əksinədir! Sonra da bu işlə – Al‌la‌hın Kitabı və Peyğəmbərin sünnəsinin əksinə olaraq şəxsi rə`yə əməl etməklə öyündülər! Məhz buna görə də müctehidlər arasında rə`y məktəbinin imamı bə`zən aşkar şəkildə deyir ki, «mənim rə`yim Peyğəmbərin hədislərindən irəlidir! Onun rə`yi əməl etməyə Peyğəmbərin sünnəsindən və sözündən daha artıq layiqlidir!» Aşağıdakı misallara diqqət yetirin:

HƏNƏFILƏRIN IMAMI VƏ RƏ`YƏ ƏMƏL ETMƏK

Xətib Bağdadi «Tarixi Bağdad» kitabında Yusif ibni Əsbatdan nəql edir ki, Əbu Hənifə belə deyirdi: «Əgər Peyğəmbər məni görsəydi, mən də onu görsəydim, şübhəsiz, o, mənim rə`ylərimdən çoxundan istifadə edərdi. Məgər din yaxşı rə`ydən başqa bir şeydirmi?!»[29]

Əli ibni Asimin belə dediyi nəql olunur: Əbu Hənifə üçün Peyğəmbər hədisi dedim, o dedi: «Ona əməl etmirəm!» Mən dedim: «Axı Peyğəmbərdəndir?!» Dedi: «Mən ona əməl etmi‌rəm!»

Ishaq Fəzari deyir ki, Əbu Hənifənin yanına gedib mü‌ha‌ribə məsələləri barəsində ondan soruşurdum. Bir məsə‌lə‌ni soruşduqda, cavab verdi, mən isə dedim: «Bu barədə Pey‌ğəm‌bərdən filan-filan rəvayətlər nəql olunub?!» O dedi: «Bi‌zi bu rəvayətlərdən asudə qoy!»[30]

O deyir: «Əbu Hənifə hər vaxt Peyğəmbər hədisi ilə qar‌şı‌‌laşsaydı, onunla müxalifət edir və ondan başqasını seçir‌di!»

Yenə deyir: «Əbu Hənifə üçün Seyfin rədd olunmasına dair bir hədis gətirdim. O dedi: «Xurafat hədisidir.»

Həmmad ibni Sülmə deyir: «Əbu Hənifə hədislərə öz şəxsi rə`yi ilə nəzər salır və öz rə`yi ilə onları bir tərəfə tullayırdı. Yaxud hədislərə və sünnəyə baxır və onları öz rə`yi ilə rədd edirdi.»[31]

Vəki deyir: «Əbu Hənifənin iki yüz hədislə müxalifət etdiyini gördüm.»[32]

Saleh Fərra, Yusif ibni Əsbatın belə dediyini nəql edir: Əbu Hənifə Peyğəmbərin dörd yüz hədisini, yaxud ondan ar‌tığını rədd edirdi. Ona dedim: «Ey Əba Məhəmməd! On‌la‌rın məfhumundan agahsanmı?» Dedi: «Bəli»! Dedim: «Bir az mə‌nim üçün de.» O dedi: Peyğəmbər «At üçün iki paydır, ca‌ma‌at üçün bir pay» – deyə buyurmuşdur. Əbu Hənifə dedi: «Mən heyvanın payını mö`minin payından artıq qərar vermi‌rəm.»

Həmçinin Peyğəmbəri Əkrəm ¡ və onun sahəbələri qurbanlığa əlamət vururdular. Əbu Hənifə isə deyirdi: «Nişan vurmaq müslə etməkdir!»

Peyğəmbər buyurmuşdur: «Satıcı və alıcı bir-birindən ayrılmamış müamiləni pozma haqqına malikdirlər.» Əbu Hənifə deyirdi: «Əgər müamilə baş veribsə, onun qüvvədən salınmasına heç bir ehtiyac yoxdur.»[33]

Peyğəmbəri Əkrəm ¡ hər vaxt səfərə getsəydi, arvadları arasında püşk atırdı, onun səhabələri də püşk atırdılar. Əbu Hənifə deyir: «Püşk atmaq qumardır!»[34]

Həmmadın belə dediyi nəql olunur: Məscidul-həramda Əbu Hənifənin yanında oturmuşdum, bir nəfər onun yanına gə‌‌lib dedi: «Ey Əba Hənifə! Möhrim bir şəxs nə`leynini tap‌‌madıqda, o, ayaqqabı geyə bilərmi?» Əbu Hənifə dedi: «Gə‌rək bir qurbanlıq kəssin!» O deyir: Mən dedim ki, sübha‌nəl‌lah! Əyyub bizim üçün rəvayət edib ki, Peyğəmbər möhrim ba‌rə‌sində buyurmuşdur: «Əgər nə`leynini tapmasa, ayaqqabı gey‌sin və ayağının üstündəki çıxıntılara qədər açıq qoy‌sun».[35]

Bişr ibni Müfəzzəl nəql edir ki, Əbu Hənifəyə dedim: Nafe, ibni Ömərdən nəql edərək deyir ki, Peyğəmbər belə buyurmuşdur: «Satıcı və alıcı bir-birindən ayrılmamış müamiləni poza bilərlər.» O dedi: «Bu, bir rəcəzdir!» Sonra dedim: «Qütadə Ənəsdən rəvayət edir ki, bir nəfər yəhudi, bir qız uşağının başını iki daşın arasında əzmiş və Peyğəmbər də onun başını iki daşın arasında əzmişdir. Əbu Hənifə dedi: «Bu sarsaqlıqdır!»[36]

Əbdüs-Səməd atasından nəqlən belə deyir: Əbu Hənifənin yanında deyildi ki, Peyğəmbər belə buyurmuşdur: «Əftərəl-hacimu vəl-məhcum.» «Yə`ni həcamət edən və həcamət olunan öz oruclarını açmışlar.» Əbu Hənifə dedi: «Bu səc`dir (qafiyə, şe`r düzəltməkdir).»[37]

Əbdül-Varis deyir: Mən Məkkədə olanda Əbu Hənifə də orada idi. Onun yanına getdim, ətrafında bir neçə nəfər var idi. Bir nəfər məsələ soruşdu, o da cavabını verdi. O kişi dedi: «Ömər ibni Xəttabın rəvayəti ilə nə edək?» Dedi: «O, bir şeytanın sözüdür!» Dedim: «Sübhanəllah!» Bir nəfər mənə dedi ki, «Ondan təəccüb edirsənmi? Bu kişidən qa‌baq başqa birisi gəlib məsələ soruşdu, o da cavabını ver‌di. O kişi dedi: «Peyğəmbərdən nəql olunan bir rəvayətdə de‌yilir ki, həcamət edən və həcamət olunan orucunu aç‌mış‌dır! Bu rəvayətlə nə edirsən?» Əbu Hənifə dedi: «Bu səc`‌dir!» Mən öz-özümə dedim: «Bu məclisə heç vaxt qayıt‌maya‌cağam.»[38]

Yəhya ibni Adəm deyir: Əbu Hənifənin yanında Peyğəmbər hə‌disindən söz düşdükdə, dedi: «Dəstəmaz imanın yarısıdır» – hədisi barəsində dedi: «Onda gərək iki dəfə dəstəmaz alam ki, imanım kamil olsun!» Yəhya deyir: Burada iman de‌dik‌‌də məqsəd namazdır. Çünki Allah-taala buyurmuşdur: "Və ma kanə liyuziə imanəkum – Allah heç vaxt sizin namazınızı zay et‌məz."[39]

Peyğəmbər buyurmuşdur: "La səlatə illa bi-təhurin- Namaz dəs‌təmaz olmadan namaz sayılmır." Deməli, «dəstəmaz imanın ya‌rı‌sıdır» - dedikdə məqsəd budur ki, namazın yarısıdır. Çün‌ki namaz dəstəmazsız namaz sayılmır.

Süfyan ibni Üyeynə deyir: Allah qarşısında Əbu Həni‌fə‌dən də həyasız adam görməmişəm. O, Peyğəmbər hədis‌lə‌rinə misallar vurur və onları rədd edirdi. Eşit‌miş‌di ki, mən "əlbəyyiani bil-xiyar ma ləm yəftəriqa" - (satı‌cı və alıcı bir-birindən ayrılmamış müamiləni poza bilərlər) hədisini rəvayət edi‌rəm. Buna görə də daim deyirdi: «De görüm, əgər bir gə‌mi‌də olsalar necə?! De görüm, əgər bir zindanda olsalar ne‌cə?! De görüm, bir səfərdə olsalar, bir-birindən necə ayrı‌lar‌lar?!»[40]

Müəllif: Biz rə`y imamı və məşhur müctehid olan Əbu Hənifədən nəql etdiklərimiz və burada xatırla‌dıq‌la‌rı‌mı‌zı araş‌dırarkən əvvəlcə xüləfa məktəbinin mö`təbər hə‌dis ki‌tab‌larına müraciət edib, o hədisləri dəyərləndirdik və gör‌dük ki, bu hədislər onlarda mövcuddur və Peyğəm‌bər‌dən rə‌va‌yət olunmuşdur. Sonra Əbu Hənifənin fətvalarına bax‌dıqda, gördük ki, o bu hədislərin tam əksinə olaraq fətva ver‌miş‌dir. Aşağıdakı misallara diqqət yetirin:

1-«Səhihi Müslüm», «Səhihi Buxari», «Sünəni Əbu Da‌vud», «Sünəni Termizi», «Müvəttəi Malik» və «Müsnədi Əh‌məd» kitablarında deyilir: Peyğəmbəri Əkrəm at üçün iki pay, onun sahibi üçün bir pay qərar verirdi.[41] Əbu Hənifənin bu hökm ilə müxalifəti Ibni Rüşdün «Bidayətul-müctehid» kita‌bında (2-ci cild. səh. 411) qeyd olunmuşdur.

2-«Səhihi Müslüm», «Səhihi Buxari», «Sünəni ibni Ma‌cə», «Sünəni Darəmi», «Sünəni Termizi», «Müsnədi Əh‌məd» kitablarında deyilir: «Peyğəmbəri Əkrəm qurbanlıq dəvə‌sinin küvəninin sağ tərəfinə əlamət vururdu.»[42]

«Mühəlla» kitabında Əbu Hənifənin belə dediyi nəql olu‌‌nur: «Qurbanlığa nişan vurmağı bəyənmirəm. Çünki bu, bir növ müslə etməkdir (heyvanın burun-qulağını və s. kəs‌mək‌‌dir).»

Ibni Həzm deyir: Bu aləm müsibətlərindən olan böyük bir müsibətdir ki, müslə Peyğəmbərin gördüyü bir iş olsun! Vay olsun o əqlə ki, Peyğəmbərin hökmünə eyb tutmuş ola.[43]

3-«Əl-bəyyiani bil-xiyari ma ləm yəftəriqa» hədisi.[44]

«Bidayətul-müctehid» kitabında deyilir: Şafei və Əbu Hə‌‌nifə demişdir: Fəsx-müamiləni pozmaq-müddəti üç gün‌dür.[45]

Ibni Həzm «Əl-mühəlla» kitabında Peyğəmbərdən bu hökm ilə əlaqədar rəvayətləri nəql edərək deyir: Bu hökmlə də yal‌nız Əbu Hənifə, Malik və bu ikisinin ardıcılları müxa‌li‌fət edərək demişlər: «Bey və müamilə bir kəlamla qəti olur, hətta əgər bədənlə bir-birindən ayrılmamış olsalar və heç biri başqasını ixtiyar sahibi etməmiş olsa belə.» Be‌ləliklə Peyğəmbərin danılmaz sünnəsi ilə müxalifət etmiş‌lər.[46]

4-Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Darəmi», «Sü‌nəni ibni Macə» və digər kitablarda belə qeyd olunur: «Eh‌‌ram bağlayan şəxs əgər öz nə`leynini tapa bilməsə, ayaq‌q‌a‌bı geyməlidir. Ibni Həzm bu hökmün təfsilatını və Əbu Həni‌fənin onunla müxalifət etməsini «Mühəlla» kitabında qeyd etmişdir.»[47]

«Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Əbi Davud», «Sünəni ibni Macə» və başqa kitablarda deyilir: Peyğəmbəri Ək‌rəm bir qızın başını iki daşın arasında əzən yəhu‌di‌nin başını iki daşın arasında əzdi.[48] «Bidayətul-mücte‌hid» kitabında deyilir: «Əbu Hənifə və onun səhabələri qisas barəsində deyirlər: «Qatil, bir şəxsi necə öldürsə də belə, yalnız qılınc vasitəsilə öldürülər.»[49]

6-«Səhihi Buxari», «Sünəni Əbi Davud», «Sünəni Termizi» və «Sünəni Darəmi» kitablarında deyilir: «Həcamət edən və hə‌ca‌mət olunan şəxs iftar etmişdir (oruclarını açmış‌dır).»[50] «Bidayətul-müctehid» kitabında deyilir: Əbu Hənifə və onun ardıcılları demişlər: «Bu iş (Ramazan ayında) nə mək‌ruhdur, nə də orucu batil edir.»[51]

7-«Sünəni Termizi», «Sünəni Nəsai», «Sünəni ibni Ma‌cə», «Sünəni Darəmi» və digər kitablarda deyilir: «Əl-vüzuu nisful-iman.» (Dəstəmaz imanın yarısıdır.)[52]

8-«Səhihi Buxari», «Səhihi Müslüm», «Sünəni Əbi Da‌vud», «Sünəni Darəmi» və sair kitablarda belə deyilir: «Pey‌ğəmbər hər vaxt səfərə getmək istəsəydi, arvadlarının ara‌sında püşk atırdı; hər kəsin adına çıxsaydı, onu özü ilə aparardı.»[53]

Bəli, yuxarıda qeyd olunan səhih hədislər, eləcə də yüzlərlə digər hədis Peyğəmbərdən rəvayət olunmuş və xülə‌fa məktəbinin ardıcıllarının ən mühüm hədis kitab‌la‌rın‌da qələmə alınmışdır. Imam Əbu Hənifə və başqa müc‌tehid‌lər öz rə`ylərinə əsasən bu hədislərlə müxalifət et‌miş‌lər. Halbuki, bu hədislərin sayı «Tarixi Bağdad» kitabında qeyd olunduğu kimi iki yüzdən, yaxud dörd yüzdən artıqdır. Hər kəs «Xilaf» adlı kitablara – Ibni Həzmin «Mühəlla» kitabı kimi – müraciət etsə, onların Peyğəmbər hədisləri ilə aşkar şəkildə müxalifət etdiyinə əmin olar.

Qeyd olunanlardan daha pisi budur ki, onlar «üsuli fiqh»də özləri tərəfindən qiyas, istihsan, məsalihi-mürsələ və s. kimi qanunlar yaratmaqla kitab və sünnədə özlərindən yeni qanun çıxartmaq üçün yol açmış, Islam hökmlərini əldə etmək üçün Allahın Kitabı və Peyğəmbər sünnəsi mövcud ola-ola bə`zən bu qaydalara müraciət etmiş, bə`zən də Allahın Kitabı və sünnəyə müraciət etmiş, bə`zi hallarda isə özlərinin düzəltdiyi qaydalara əsasən (onların nümunələri keçdi) onları Allahın Kitabı və Peyğəmbərin sünnəsindən irəli keçirmişlər!

Beləliklə, xüləfa məktəbində Peyğəmbərdən sonra Islam hökmləri dərin dəyişikliklərə mə`ruz qaldı və onların hamısı da Islam şəriətinə mənsub edildi. Buna görə də bə`zi müsəlmanlardan əlavə[54] Islam düşmənləri elə təsəvvür et‌di‌lər ki, Islam, Peyğəmbər ¡-in dövründə naqis ol‌muş və ondan sonra da dəyişikliklərə uğrayaraq kamal həd‌dinə çatmışdır! Belə ki, yəhudi şərqşünası olan Qold Zi‌hər özünün «Islam şəriətində və əqidəsində dəyişik‌lik‌lər» adlı kitabını bu mövzuya həsr etmişdir! Şəxsi rə`yə istinad edilməsinin davamı elə həddə çatdı ki, xüləfa məktəbi müctehidlərindən bə`ziləri «şər`i hiylələr adı ilə» müəyyən şər`i qanunlar düzəltdilər ki, onların oxşarı yer üzündəki heç bir qanunda mövcud olmamışdır və insan xəca‌lətdən tər axıdır.[55]

Bundan da rüsvayçısı budur ki, bu müctehidin tə`rifində çox‌lu hədislər düzəldərək Peyğəmbəri Əkrəmə nisbət ver‌miş‌lər! Bunu Xətib Bağdadinin Əbu Hüreyrədən, onun da gu‌ya Peyğəmbərdən nəql etdiyi bu hədisdə görmək olar: «Mənim ümmətimdə bir kişi gələcəkdir ki, onun adı Nö`man, kün‌yəsi Əbu Hənifədir. O, mənim ümmətimin çırağıdır! O, mə‌nim ümmətimin çırağıdır! O, mənim ümmətimin çıra‌ğı‌dır!»[56]

Indi mən bilmirəm: Misir padşahları və qulamları şaxə‌lərindən olan Məlik Zahir 665-ci hicri ilində bu ictihadların qarşısını alaraq qadağan etdikdə mən onun Islama xidmətmi, yoxsa xəyanət etdiyini bilmirəm![57]

Bu ictihada, yə`ni xüləfa məktəbində hakim hey`ətinin şəx‌si rə`yinə əməl etməsi xüləfayi-raşidinin dövründə açıl‌dı. Belə ki, onun bağlanması da həmin məktəbin hakim hey`‌ətinin əli ilə oldu və hazırkı dövrdə də bu vəziyyətdə qal‌maqdadır!

Bəli, xüləfa məktəbinin ictihad işindəki vəziyyəti belədir. Amma Əhli-beyt məktəbinin ardıcılları ictihad və adqoymaqda öz imamlarına tabe oldular və bu elmi «fiqh», onun mütəxəssislərini isə «fəqih» adlandırdılar.

Kəşşi özünün «Mə`rifətur-rical» kitabında Əbu Cə`fər (Imam Baqir) və Əbu Əbdillah (Imam Sadiq) £-ın ardı‌cıl‌ları olan fəqihləri təqdim edərkən deyir: Imamiyyə alim‌ləri Əbu Cə`fər və Əbu Əbdillah £-ın səhabə‌lə‌ri‌nin ilk qrupları olan bu şəxslərin təsdiq edilməsində yek‌dil nəzərə malikdirlər və onların fəqih olmasını qəbul edə‌rək belə demişlər: Onların ən bilikli fəqihi altı nə‌fər‌dir: Zürarə, Mə`ruf ibni Xərboz, Bərid Əcli, Əbu Bəsir Əsə‌di, Füzeyl ibni Yəsar və Məhəmməd ibni Müslüm Taifi. Həm‌çinin, demişlər: Bu altı nəfərin içində ən dərin bilik‌li fəqih Zürarə olmuşdur.[58]

Imam Sadiq -ın ardıcılı olan fəqihləri təqdim edər‌kən deyir: Bizim alimlərimiz bu qrupun səhih rəva‌yət‌lə‌rini təshih etmək (səhih saymaq) barəsində yekdil fikrə malik‌dirlər: onların sözlərini təsdiq və onların fəqih ol‌ma‌sı‌nı qəbul edirlər. Bunlar da əvvəlki altı nəfərdən əla‌və, digər altı nəfər olmuşlar: Cəmil ibni Dərrac, Əb‌dül‌lah ibni Muskan, Əbdüllah ibni Bükeyr, Həmmad ibni Isa, Həmmad ibni Osman və Əban ibni Osman. O deyir: «Əbu Is‌haq Fəqih, yə`ni Sə`ləbət ibni Məymun onların arasında Cə‌mil ibni Dərracı ən yaxşı fəqih kimi hesab edir və bun‌lar imam Sadiq -ın səhabələri arasında cavan şəxs‌lər olmuşdular.»

Imam Kazim və imam Riza £-ın səhabələrini təqdim edərkən deyir: «Bizim alimlər bu qrupun səhih rəvayətlərini təshih etməkdə və onları təsdiqləməkdə yekdil nəzərə malikdirlər və onların fəqih və alim olmalarını qəbul etmişlər. Onlar digər altı nəfərdir...»[59]

Mərhum Şeyx Səduq (381-ci ildə vəfat edib) hədislərə istinad edərək Əhli-beyt məktəbinin fiqhi məcmuəsini bir yerə yığmış və onu «Mən la yəhzuruhul-fəqih»[60] adlandır‌mış‌dır. Onun şagirdi Şeyx Müfid də (4130-cü ildə vəfat edib) «Üsuli-fiqh» elmini yazmışdır. Hamının nəzərində məş‌hur bir məsələ idi ki, Əhli-beyt məktəbinin fəqihləri fiq‌hi ictihad hesab etmirlər, belə ki, Şeyx Tusi özünün «Məb‌sut» kitabının əvvəlində yazır: «Amma bə`d! Mən həmi‌şə özümlə müasir olan müxaliflərdən eşidirəm ki,... belə deyir‌lər: «...Qiyası və ictihadı inkar edənlərin çoxlu məsə‌lələrə yolu yoxdur...»

Ictihad və müctehid istilahı Əhli-beyt məktəbinin üsu‌li-fiqh kitablarında sonrakı dövrlərdə yayılmış, şeyx‌lə‌rin öz şagirdlərinə hədis rəvayət etməklə əlaqədar ver‌diyi ica‌zələrə də sirayət etmişdir! Çünki bu icazələr işin əvvə‌lində ona görə verilirdi ki, şagirdlər mə`sumların ¢ hədisini rəvayət etməyə icazəli olsunlar. Sonra bu də‌yi‌şildi və şagirdlərin öz ustadlarının yanında qiraət et‌diyi, yaxud eşidildiyi hədis kitabının rəvayətləri üçün də oldu. Daha sonra onun əhatə dairəsi genişləndi və şa‌gir‌din öz ustadı yanında oxuduğu hədis və qeyri-hədis kitab‌larının hamısını əhatə etdi, bu minvalla mə`zunlara əta olunan elmi şəhadətnamələrə çevrildi.[61]

8-ci hicri ilinə çatdığı zaman bu icazələrin bə`zi‌lə‌rin‌də görürük ki, alimləri müctehid adlandırırlar. Belə ki, əllamə Hillinin oğlu öz atası tərəfindən müctehid ad‌lan‌dırılmışdır ki, Şeyx Möhsün ibni Məzahir (741-ci il‌də vəfat edib) onun icazəsində yazmışdır: «Atam Şeyxül-is‌lam, müctehidlərin imamı.»[62]

Şeyx Əli Niylinin Ibni Fəhdə (791-ci ildə vəfat edib) ver‌diyi icazədə (o, Əllamə Hillinin oğludur) belə vəsf et‌miş‌dir: «Bizim şeyximiz və mövlamız əllamə, imam və mücte‌hidlərin xatəmi.»[63]

Ondan sonrakı yüzilliklərdə bu icazələrin bə`ziləri aşkar şəkildə mə`zunların ictihad dərəcəsinə çatmasına şahidlik edirdi. Belə ki, Əllamə Məclisi öz kitablarında rəvayət icazəsini öz nəvəsi Xatun-Abadinin (1085-ci ildə vəfat edib) ictihad mərhələsinə çatması ilə əlaqədar ver‌miş‌dir.[64]

Son dövrlərdə Əhli-beyt məktəbinin fəqihləri bə`zən öz şagirdləri üçün ictihad mərtəbəsinə çatmaqla əlaqədar xüsusi şəhadətnamələr verirdilər.

Bəli, ictihad və müctehid istilahları Əhli-beyt məktə‌binin ardıcıllarının ürfünə (istilahına) çevrildi. Bu isti‌lah həqiqətdə ismin müştərək mə`nasından başqa bir şey deyildir və onun mövcud olması ilə belə, bu müştə‌rək‌lik Əhli-beyt məktəbi ardıcılı olan bə`zi əxbarilərin adın‌da da yanlış təsəvvürə səbəb oldu, onları müəyyən nə‌zər‌lər irəli sürməyə vadar etdi ki, onların burada bəyan edil‌‌məsinə macal yoxdur. Halbuki, əgər bu iki məktəbin is‌mi müştərək olsa da, möhtəva və məzmunda bir-birindən ay‌rı‌lırlar. Çünki Əhli-beyt məktəbinin fəqihləri xüləfa mək‌‌təbinin ardıcıllarının icad etdiyi və bu məktəbin müc‌tehidlərinin rə`yinin həmin əsasda möhkəmləndiyi prin‌sip‌lərdən heç birinə e`timad etmir və hökmlərin əldə olun‌masında yalnız Allahın Kitabı və Peyğəmbərin sünnəsinə arxa‌lanırlar ki, bunun əlavə izahı aşağıda qeyd oluna‌caqdır.



[1] «Nisa» surəsi, 24-cü ayə.

[2] «Maidə» surəsi, 87-ci ayə.

[3] «Əl-mədxəlu ila elmi üsulil-fiqh», «Darul-elm Beyrut» çapı, 1385-ci hicri (1965-ci miladi) ili, səh.14-17, biz onun xülasəsini qeyd etdik. Bu kitab Məhəmməd Də‌va‌libi tərəfindən yazılmışdır. O hüquq universitetində «üsuli fiqh və romani» qa‌nu‌nunda müəllim idi və Paris universitetinin doktorluq elmi dərəcəsini almışdı. Ru‌mı‌niya hüququnda və Islam elmlərində (Hələbin şəriət univeristetində) ali şəha‌dətnaməyə malik idi.

[4] Yenə orada, səh.30.

[5]Yenə orada səh.53.

[6] «Sünəni Darəmi», 1-ci cild, səh.60; «Müsnədi Əhməd», 5-ci cild, səh.230 və 276.

[7] «Səhihi Buxari», 4-cü cild, səh.178; «Səhihi Müslüm», səh.1242, hədis:15; «Səhihi ibni Macə», «əhkam» kitabı, hədis:2314; «Müsnədi Əhməd», 2-ci cild, səh.187, 4-cü cild, səh.195, 204, 205.

[8] «Əl-əhkam», Ibni Həzm, Qahirə çapı, 5-ci cild, səh.1003; «Ə`lamul-muqiin», 1-ci cild, səh.84-85.

[9] Yenə orada, 5-ci cild, səh.773-775.

[10] «Ə`raf» surəsi, 3-cü ayə.

[11] «Maidə» surəsi, 3-cü ayə.

[12] «Təlaq» surəsi, 1-ci ayə.

[13] «Əl-əhkam», 5-ci cild, səh.775.

[14] Yenə orada, səh.771.

[15] Yenə orada, səh.1003, həmçinin «Ə`lamul-muqiin», 1-ci cild, səh.85-86.

[16] «Əl-mədxəl», səh.55.

[17] Yenə orada.

[18] «Ənfal», surəsi, 41-ci ayə.

[19] «Əl-mədxəl», «ənvaul-ictihad» babı, səh.91-95.

[20] «Əl-əhkam», 1-ci cild, səh.40-41.

[21] «Əl-mədxəl», səh.293.

[22] Yenə orda, səh.296.

[23] Yenə orada, səh.301.

[24] Yenə orada, səh.304-305.

[25] Yenə orada, səh.317.

[26] Yenə orada, səh.319.

[27] «Ə`lamul-muqiin», Ibni Qəyyim Covziyyə; «hökmü cəm`it-tələqatis-səlasə bi ləfzin vahid», fəsli, 3-cü cild, səh.30-36.

[28] «Əl-mədxəl», səh.334.

[29] «Tarixi Bağdad», Əbu Hənifənin tərcümeyi-halı, 13-cü cild, səh.387 və 390; «Kitabul-məcruhin», Ibni Həbban Səbti (354-cü ildə vəfat edib), 3-cü cild, səh.65.

[30] «Tarixi Bağdad», 13-cü cild, səh.387, biz o rəvayətlərdən birini buraxdıq. Çünki Əbu Hənifə o yerdə söyüşə mə`ruz qalmışdır.

[31] Yenə orada, 13-cü cild, 390-391; «Məcruhin» kitabı, 3-cü cild, səh.70. «Xurafat hədisidir» cümləsi bu kitabda qeyd olunmuşdur.

[32] Yenə orada.

[33] «Məcruhin», 3-cü cild, səh.70.

[34] «Tarixi Bağdad», 13-cü cild, səh.390.

[35] Yenə orada, səh.392; «Məcruhin» kitabı, 3-cü cild, səh.67.

[36] Yenə orada, səh.388; «Məcruhin», 3-cü cild, səh.70.

[37] «Tarixi Bağdad», 13-cü cild, səh.388.

[38] Yenə orada.

[39] «Bəqərə» surəsi, 143-cü ayə.

[40] «Tarixi Bağdad», 13-cü cild, səh.388-389.

[41] «Səhihi Buxari», «cihad» kitabı, 2-ci cild, səh.99; «Məğazi» kitabı, 3-cü cild, səh.63; «Səhihi Müslüm», «cihad» kitabı; «keyfiyyətu qismətil-qənimət» babı, hədis:57; «Sünəni Əbi Davud», «cihad» kitabı, səh.143 və 147; «Sünəni Termizi», «seyr» kitabı, 6-cı və 8-ci bab; «Müvəttəi Malik», «cihad» kitabı, səh.21; «Müsnədi Əhməd», 2-ci cild, səh.2, 64, 80, 4-cü cild, səh.138.

[42] «Səhihi Buxari», «həcc» kitabı, 51-ci bab; «Səhihi Müslüm», «həcc» kitabı, hədis:205; «Sünəni Termizi», «həcc» kitabı, səh.64; «Sünəni ibni Macə», «mənasik» ki‌tabı; «iş`arul-bədən» babı, səh.96; «Sünəni Darəmi», 68-ci bab; «Müsnədi Əhməd», 1-ci cild, səh.216, 254, 280, 334, 339, 247, 372.

[43] «Əl-mühəlla», Ibni Həzm, 7-ci cild, səh.111.

[44] «Səhihi Buxari», «büyu» kitabı, bab: 19, 22, 42-44, 46-47; «Səhihi Müslüm», «büyu» ki‌tabı, hədis:43, 46, 47; «Sünəni Əbi Davud», bab: 51; «Sünəni Termizi», bab: 36; «Sünəni Nə‌sai», bab: 4, 7, 9; «Sünəni Darəmi», bab: 15; «Müvətti Malik», bab: 79; «Sünəni ibni Macə», «ticarət» kitabı, bab: 17; «Müsnədi Əhməd», 1-ci cild, səh.4, 9, 52, 54, 73, 135, 311, 3-cü cild, səh.403, 425, 434, 5-ci cild, səh.12, 17, 21, 23.

[45] «Bidayətul-müctehid», «bey`ul-xiyar» babı, 2-ci cild, səh.226.

[46] «Əl-mühəlla», 8-ci cild, səh.351-352, məsələ: 1417.

[47] Yenə orada, 7-ci cild, səh.81.

[48] «Səhihi Buxari», «xüsumat», yaxud «vəsaya və diyat» kitabı, 4-cü cild, səh.12; «Sə‌hihi Müslüm», «qəsamət» kitabı, səh.17; «Sünəni Əbi Davud», «diyat» kitabı, səh.1; «Sü‌nə‌ni ibni Macə», səh.24; «Sünəni Darəmi», 4-cü bab; «Müsnədi Əhməd», 3-cü cild, səh.193, 262, 269.

[49] «Bidayətul-müctehid», 2-ci cild, səh.437. Qeyd olunan hədislərin təfsilatı «Mü‌həl‌la» kitabında, 10-cu cild, səh.360-dan sonra gəlmişdir.

[50] «Səhihi Buxari», «sovm» kitabı, bab: 32; «Sünəni Əbi Davud», bab: 28; «Sünəni Ter‌mizi», bab: 59; «Sünəni Darəmi», bab: 26; «Sünəni ibni Macə», bab: 18; «Müsnədi Əh‌məd», 3-cü cild, səh.364, 3-cü cild, səh.465, 474, 480, 4-cü cild, səh.123-125, 5-ci cild, səh.210, 276, 277, 280, 282, 283, 6-cı cild, səh.12, 157, 258.

[51] «Bidayətul-müctehid», 1-ci cild, səh.350; «Əl-mühəlla», 6-cı cild, səh.204-205, məsələ: 753.

[52] «Sünəni Termizi», «dua» kitabı, bab; 85; «Sünəni Nəsai», «zəkat» kitabı, bab: 1; «Sünə‌ni ibni Macə», «təharət» babı, 5; «Sünəni Darəmi», «dəstəmaz» babı: 2; «Müsnədi Əh‌məd», 5-ci cild, səh.365.

[53] «Səhihi Buxari», «cihad» kitabı, 46-cı bab; «hibə» kitabı, bab:15; «şəhadət» kitabı, bab:15 və 30; «Əl-məğazi», səh.34; 34-cü surənin təfsiri, bab:6; «Səhihi Müslüm», «tövbə» kitabı, hədis:56; «Sünəni Əbi Davud», «nikah» kitabı, fil-qismi beynən-nisa», «Sünəni Darəmi», «nikah» kitabı, bab:36; «Müsnədi Əhməd», 6-cı cild, səh.117, 195, 157, 269. Bu hədisi Ümmül-mö`minin Ayişə rəvayət etmişdir. Biz onları araşdıraraq elə bir hal tapa bilmədik ki, Peyğəmbəri Əkrəm qadınlarını həcc və ümrə istisna olmaqla, səfərə aparmış olsun.

[54] Davələbinin «Əl-ədxəlu ila üsulil-fiqh» kitabına müraciət edə bilərsiniz.

[55] Bax: «Əl-mühəlla», Ibni Həzm, 11-ci cild, səh.251, 257, məsələ: 2213; «Əl-müstə`cirətu liz-zina» (zina üçün icarəyə verilmiş qadın!)

[56] «Tarixi Bağdad», 13-cü cild, səh.335.

[57] «Xütəti Məqrizi», 4-cü cild, səh.161.

[58] «Mə`rifətur-rical», Kəşşi, səh.238, nömrə: 431.

[59] Yenə orada, səh.375, nömrə: 705.

[60] Yə`ni əli fəqihə çatmayan şəxsin fihqi.

[61] Onun əlavə izahı «Əhli-beyt məktəbində şeyxlərin sənəd silsiləsinin Əhli-beyt imamlarına çatması» başlığında (kitabın sonrakı fəslində) bəyan olunacaqdır.

[62] «Biharul-ənvar», 107-ci cild, səh.215-216.

[63] «Yenə orada, səh.223-225.

[64] Yenə orada, 105-ci cild, səh.29.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment