Azəri
Friday 19th of July 2024
0
نفر 0

ƏHLI-BEYT IMAMLARI ¢ ƏHKAMIN BƏYAN OLUNMASINDA ÖZ ŞƏXSI RƏ`Y VƏ NƏZƏRLƏRINƏ E`TIMAD ETMIRLƏR

DÖRDÜNCÜ FƏSIL

ƏHLI-BEYT ¢ MƏKTƏBININ ŞƏRIƏT MƏNBƏLƏRINDƏ QUR`AN VƏ SÜNNƏ

Əhli-beyt imamları əhkamın bəyan edilməsində özlərinin şəxsi nəzər və rə`ylərinə e`timad etmirdilər.

Əhli-beyt imamlarının hədisləri Allaha və Onun Peyğəmbərinə istinad verilir.

Peyğəmbəri Əkrəm ¡ Əli -a fərman verdi ki, öz şəriklərinə yazsın.

Əhli-beyt imamları öz ata-babalarından irs apardıqları elm kitablarını əldən-ələ gəzdirir, ehtiyac duyulduqda ona müraciət edirdilər.

ƏHLI-BEYT IMAMLARI ¢ ƏHKAMIN BƏYAN OLUNMASINDA ÖZ ŞƏXSI RƏ`Y VƏ NƏZƏRLƏRINƏ E`TIMAD ETMIRLƏR

Əhli-beyt məktəbində islami hökmlərin mənbələri ilə ta‌nış olmaq üçün Qur`ani Kərimdən əlavə, hökmən bu mək‌tə‌bin təhqiqat mənbələrinə də müraciət etmək lazımdır. Necə ki, xüləfa məktəbinin cəhətləri ilə tanış olmaq üçün belə et‌miş və yalnız onların təhqiqat mənbələrinə müraciət etmiş‌dik. Bu da təhqiqat işlərində elmi əmanətdarlığın tələ‌bidir.

Indi Əhli-beyt məktəbinin mənbələrinə müraciət etməklə aydın olur ki, Əhli-beyt imamları Islam hökmlərinin bəyan edilməsində özlərinin şəxsi rə`y və nəzərlərinə – bu, xülə‌fa məktəbində ictihad adlanırdı – e`timad etmir və yal‌nız Peyğəmbəri Əkrəmdən irs apardıqları şeylərə istinad edirdilər. (Yə`ni özlərinin xüsusi kitablarında mövcud olan hədislərə müraciət edirdilər.) Bu mə`na da gələn bəhslərdə aydın olacaqdır:

«Kafi» kitabında qeyd olunur ki, bir nəfər imam Sadiq -dan bir məsələ soruşdu. Imam cavabını verdi. O kişi dedi: «De görüm, filan-filan cür olsa, onda necə nəzər verəcəksiniz?» Imam buyurdu: Sakit! Sənin cavabında dediklərim Peyğəmbəri Əkrəmdəndir. Biz hökmlərin bəyan olunmasında özümüzdən heç bir nəzər vermirik!»[1]

Əllamə Məclisi bu hədisin şərhində deyir: Sual edən şəx‌sin məqsədi bu idi ki, məni öz zənn və ictihadınla seç‌di‌yin rə`y və nəzərindən də agah et. Imam onu bu yan‌lış təsəvvürdən çəkindirdi və aydınlaşdırdı ki, onlar yal‌nız Peyğəmbəri Əkrəm ¡-in buyurduğu mənbələrə ge‌dib çatdığına tam yəqin etdiyi şeylər barəsində nəzər ve‌rir‌‌lər.[2]

ƏHLI-BEYT IMAMLARININ ¢ HƏDISLƏRI ALLAHA VƏ ONUN PEYĞƏMBƏRINƏ ISTINAD VERILIR

«Bəsairud-dərəcat» kitabında deyilir: Imam sual edən şəxsə buyurdu: «Sənə verdiyim hər bir cavab Peyğəm‌bə‌rin cavabıdır və bizim özümüzdən heç bir rə`yimiz yoxdur.»[3]

Füzeyl ibni Yəsar imam Baqir -ın belə buyurduğunu nəql edir: «Əgər biz öz rə`y və nəzərimiz əsasında danış‌say‌dıq, yolumuzu azardıq. Necə ki, bizdən əvvəlkilər yollarını az‌mışdılar. Əksinə, biz Pərvərdigarımızın Öz Peyğəm‌bə‌rinə və Peyğəmbərin də bizim üçün bəyan etdiyi aşkar dəlil‌lər əsasında danışırıq.»[4]

Imam Sadiq buyurur: «Bizim sözümüz aşkar bir bəyandır ki, Pərvərdigarımız onu Öz Peyğəmbəri üçün bəyan etmiş, Peyğəmbər də bizə buyurmuşdur. Əgər belə olmasaydı, biz də eynilə bu camaat kimi olardıq.»[5]

Sümaə nəql edir ki, imam Əbul-Həsən -a dedim: «Dediyiniz hər bir şey Allahın Kitabında və Peyğəmbərin sünnəsindəndirmi, yoxsa öz şəxsi rə`y və nəzərinizi bəyan edirsiniz?» Həzrət buyurdu: «Hər nə deyirəmsə, Allahın Kitabı və Peyğəmbərin sünnəsindəndir.»[6]

ƏHLI-BEYT IMAMLARININ ¢ ELMI IRSIDIR

«Bəsairud-dərəcat» kitabında Davud ibni Əbi Yezid Əhvəldən belə nəql olunur: Imam Sadiq -ın belə buyurduğunu eşitdim: «Əgər biz öz rə`yimizə və həvayi-nəfsimizə əsasən camaata fətva versək, onda həlak olanlardan olarıq! Dediyimiz, Peyğəmbərdən yadigar qalmış əsərlərdir. Elə bir əsil və həqiqi elm ki, bir-birimizdən irs aparır, camaat özlərinin qızıl və gümüşlərini qoruyub-saxladığı kimi, onu qoruyub-saxlayırıq.»[7]

Cabir ibni Yezid Co`fi üç sənədlə deyir: Imam Baqir buyurdu: «Ey Cabir! Allaha and olsun, əgər biz camaatla öz şəxsi rə`y və nəzərimiz əsasında danışsaq, onda həlak olanlardan olarıq! Biz Peyğəmbəri Əkrəmdən yadigar qalmış əsər‌lər əsasında danışırıq. Elə bir əsərlər ki, hər biri‌miz digərimizdən irs aparır və onu, camaatın özlərinin qı‌zıl və gümüşlərini qoruyub-saxladığı kimi qoruyub-saxla‌yı‌rıq.»[8]

Məhəmməd ibni Şüreyh üç sənədlə deyir: Imam Sadiq buyurdu: «Əgər Allah-taala bizə itaət etməyi, vilayət haq‌qını sizə vacib və bizə məhəbbət bəsləməyi əmr etmə‌səy‌di, biz sizi öz qapımızda saxlamaz, öz evlərimizə daxil etməz‌dik. Allaha and olsun, biz öz şəxsi rə`y və həvayi-nəf‌si‌miz əsasında fətva vermir, Pərvərdigarımızın dediyindən baş‌qa bir şey demirik, bizim yanımızda elə qayda-qanunlar var‌dır ki, onu, başqaları özlərinin qızıl və gümüşlərini qoru‌yub-saxladığı kimi, qoruyub-saxlayırıq.»[9]

HƏDISLƏRIN PEYəĞəMBƏR ¡-Ə ISTINAD VERILMƏSI

Keçən hədislərdə aydın oldu ki, Əhli-beyt imamları aş‌kar şəkildə deyirmişlər ki, dedikləri onların öz şəxsi rə`y və nəzərləri deyildir, əksinə, onlar Peyğəmbərin sözlə‌ri‌ni bəyan edirlər. Indi onların öz sözlərini cədləri Pey‌ğəm‌bəri Əkrəmə istinad verdikləri hədislərdən bir neçə‌si‌ni qeyd edirik:

Sümaə ibni Mehran deyir: Imam Sadiq buyurdu: "Al‌lah-taala halal-haramı, təfsir və tə`vili öz Peyğəmbərinə öyrətdi, Peyğəm‌bər də öz elminin hamısını Əliyə tə`lim verdi."[10]

Bu hədisin oxşarını Həmran ibni Ə`yən dörd sənədlə və Əbül-Bəsir, Əbül-əzra, Həmmad ibni Osmandan rəvayət etmiş‌lər.[11]

Yə`qub ibni Şüeyb iki sənədlə nəql edərək deyir: Imam Sa‌diq buyurdu: "Müətal Allah Qur`anı və ondan əlavə digər elm‌ləri Öz Peyğəmbərinə öyrətdi, Peyğəmbər də Allahın ona öyrətdiyi şey‌lərin hamısını Əliyə öyrətdi."[12]

Məhəmməd Hələbi deyir: Imam Sadiq buyurdu: "Əli Pey‌ğəm‌bərin bildiyi hər bir şeyi bilirdi. Allah elə bir şeyi Peyğəm‌bə‌rinə öyrətməmişdi ki, Peyğəmbər də onu Əmirəl-mö`mininə öyrət‌məmiş olsun."[13]

Səlim ibni Qeys deyir: Əmirəl-mö`minin Əli buyur‌du: "Mən belə bir şəraitdə idim ki, hər vaxt Rəsuli Əkrəmdən bir şey soruşsaydım, cavabımı verərdi. Əgər bir şey soruşmasaydım, özü sözə başlayardı. Gecə-gündüz, asiman-yer, dünya-axirət, behişt-cəhən‌nəm, səhra-dağ, aydınlıq-qaranlıq və s. barəsində elə bir ayə nazil ol‌ma‌mışdır ki, onların hamısını mənə öyrətməsin və mənə imla demə‌sin. Mən də onu öz əlimlə yazdım, tə`vil və təfsir, möhkəm və mütə‌şabih, xass və amm, ayələrin harada və necə nazil olmasını – şə`ni-nüzulunu (Qiyamətə qədər) mənə öyrətdi və Allahdan istədi ki, mənə fəhm və dərk qüvvəsi əta etsin."[14]

Bu hədisi Ibni Sə`din «Təbəqat» kitabında (xüləfa mək‌tə‌binin kitablarındandır) mövcud olan aşağıdakı üç hədis də dəstəkləyir:

1-Məhəmməd ibni Əmr ibni Əli ibni Əbi Talib deyir ki, Əliyə dedilər: «Necə oldu ki, sən Peyğəmbər səha‌bə‌lə‌ri‌nin arasında hamısından çox hədis deyirsən?!» Dedi: «Mən elə bir şəraitdə idim ki, hər vaxt sual etsəydim, Peyğəmbər mə‌ni agah edərdi, əgər sükut etsəydim, özü danışmağa (və elm öyrətməyə) başlayardı.»

2-Süleyman Əhməsi öz atasından nəql edərək deyir ki, Əli dedi: «Allaha and olsun, elə bir ayə nazil olmadı ki, nə barəsində, harada və kim üçün nazil olduğunu bilməyim. Həqi‌qətən, mənim Pərvərdigarım mənə dərk edən bir qəlb və bəlağətli bir dil bağışlamışdır.»

3-Əbu Tüfeyl deyir ki, Əli dedi: «Məndən Allahın Kita‌bı barəsində soruşun; çünki elə bir ayə yoxdur ki, gecədə, yoxsa gündüzdə, çöldə, yaxud dağda nazil olmasını bilməyim.»[15]

«Bəsairud-dərəcat» kitabında Zeyd ibni Əlidən nəqlən belə deyilir: Əmiəl-mö`minin Əli buyurmuşdur: «Elə bir gündüzü gecəyə çatdırmadım və elə bir göstərişi Pey‌ğəm‌bəri Əkrəmdən öyrənmədim ki, o gündə halal-haram, əmr və nəhy barəsində nazil olan ayənin Cəbrailin vasitəsilə şə`‌ni-nüzulunu və nazil olduğu mövzunu Peyğəmbərdən öyrən‌məmiş olum.» Ravi deyir: Zeydin yanından çölə çıxdıqda mö`tə‌zilə qrupu ilə qarşılaşdıq və bu məsələni xatır‌lat‌dıq. Onlar dedilər: «Bu, çox əzəmətli və qəribə bir möv‌zu‌dur! Belə bir şey necə mümkün ola bilər, halbuki, bə`zən o iki‌sindən biri digərindən qaib olub. Bu halda o necə başa dü‌şürdü?» Deyir: Zeydin yanına qayıtdıq və onların sualını ver‌dikdə, o dedi: «Peyğəmbəri Əkrəm ¡ onun iştirak etmədiyi günlərin sayını yadında saxlamış və bir-bir‌lə‌rinə çatdıqları zaman buyurmuşdu: «Ya Əli! Filan gündə mə‌nə filan şeylər nazil oldu, filan gündə filan şeylər.» Bu günləri ardıcıl olaraq sayır, nəhayət görüşdükləri günə qə‌dər onların hamısını deyirdi.»

O deyir: «Biz mö`təzililəri bu izahdan agah etdik.»[16]

Zeydin bu rəvayətini «Sünəni Nəsai», «Sünəni ibni Ma‌cə», «Müsnədi Əhməd» kitablarından (hamısı xüləfa mək‌tə‌bi‌‌nin mənbələridir) nəql olunan aşağıdakı üç rəvayət də təs‌diq‌ləyir:

1-Əbdüllah ibni Nəciyy deyir: Əli dedi: «Mənim Peyğəm‌bəri Əkrəmin yanında böyük məqamım var idi ki, heç kəs ona ma‌lik deyildi: Hər səhər onun yanına gedir və deyirdim: «Sa‌lam olsun sənə ey Allahın Peyğəmbəri! Əgər tənəhnöh etsəy‌di, evimə qayıdar, əks halda onun yanına gedərdim.»[17]

Əli dedi: Peyğəmbəri Əkrəm mənim üçün xüsusi bir saat ayırmışdı ki, (hər vaxt) onun yanına gedir, çatdığım za‌man icazə istəyirdim. Əgər namaz halında olsaydı, tənəh‌nöh edərdi, mən də qayıdardım. Əgər bir işlə məşğul olma‌saydı, daxil olmağa icazə verərdi.»

3-Əli dedi: Mən hər gecə-gündüzdə iki dəfə Peyğəmbərin yanı‌na gedirdim; əgər gecə daxil olsaydım, mənim üçün tə‌nəh‌nöh edərdi.»[18]

Peyğəmbəri ƏK rəm ¡ fərman verdi Ki, Əli öz şəriKləri üÇün belə yazsIn:

Şeyx Tusinin «Əmali», «Bəsairud-dərəcat» və «Yənabiul-mə‌vəd‌dət» kitablarında Əhməd ibni Məhəmməd ibni Əli imam Baqir -dan, o da öz ata-babalarından nəql edir ki, Peyğəm‌bəri Əkrəm Əliyə buyurdu: «Sənə imla etdiyim şeyləri yaz.» Əli dedi: «Ya Nəbiyyəllah! Qorxursan ki, unudam?!» Bu‌yur‌du: «Sənin unutmağından qorxmuram, çünki Allahdan is‌‌tə‌mi‌şəm ki, səni qoruyub-saxlasın və səni unutmasın. La‌kin sənin şəriklərindən (onların əlinə çatmayacağından) qor‌xu‌ram.» Əli deyir: Mən dedim: «Ya Nəbiyyəllah! Mənim şərik‌lə‌rim kimlərdir?» Buyurdu: «Sənin sülbündən (nəs‌lin‌dən) əmə‌lə gələcək nəvələrimdir ki, mənim ümmətim onla‌rın va‌si‌təsilə Allahdan yağış diləyəcək, onların vasi‌təsi‌lə dua‌la‌rı müstəcab olacaq, məhz onların vasitəsilə Allah bə‌la‌la‌rı camaatdan uzaqlaşdıracaq və Öz rəhmətini asi‌man‌-  dan nazil edəcək.» Sonra Həsənə işarə edib buyurdu: «Bu, on‌la‌rın birincisidir.» Hüseynə işarə edərək buyurdu: «(Digər imamlar) onun nəslindən olacaqlar.»[19]

Bu da imam Əli -ın Məskin adlı bir yerdə işarə et‌‌diyi mövzudur ki, Əbu Ərakə onu rəvayət edərək deyir: «Biz imam Əli -la Məskində idik və öz aramızda söhbət edib deyirdik ki, «Əli Peyğəmbərin qılıncını irs apar‌mış‌‌dır.» Bə`ziləri deyirdi: «Onun qatırını irs apar‌mış‌dır.» Digər bir qrup isə deyirdi ki, «o, bir səhifəni irs apa‌r‌‌mışdır ki, qılıncın asıldığı yerdədir.» Bu söhbəti davam etdirdik, nəhayət Əli çölə çıxıb buyurdu: «Allaha and olsun, əgər icazəm olsaydı, bu ilin axırına qədər si‌zin‌‌lə danışar və heç bir kəlməni də təkrarlamazdım. Bəli, Al‌laha and olsun, mənim yanımda Peyğəmbərin özünə və onun Əh‌li-beytinə məxsus olan çoxlu səhifələr vardır. Onların ara‌‌sında Əbitə adlı bir səhifə vardır ki, ondan çətini ərəb‌‌lərə varid olmamışdır. Onda Allah dinindən heç bir pay‌‌ları və nəsibləri olmayan altmış qəbilənin adı var‌dır.»[20]

Bundan sonra Əhli-beyt imamları biri digərindən sonra bu səhifələri aşağıda qeyd olunacağı kimi irs aparmış‌dır:

«Bəsairud-dərəcat» kitabında Cabirdən nəql olunur ki, Imam Baqir buyurdu: "Mənim yanımda bir səhifə var‌dır ki, Peyğəmbəri Əkrəmin hədiyyə etdiyi on doqquz səhi‌fəni əhatə edir."[21]

Füzeyl ibni Yəsarın belə dediyi nəql olunur: Imam Baqir mənə buyurdu: "Ey Füzeyl! Bizim yanımızda Əlinin kitabı vardır ki, uzunluğu yetmiş ziradır. Yer üzərində ehtiyac duyulan hər bir şey onda qeyd olunmuşdur, hətta bu əsərin diyəsi belə! (Sonra baş barmağı ilə o əsəri öz əlində icad etdi.)[22]

Həmran ibni Ə`yən deyir: Imam Baqir böyük bir hüc‌rə‌yə işarə edərək buyurdu: "Ey Həmran! Bu hücrədə bir səhifə var‌dır ki, uzunluğu yetmiş ziradır. O, Əlinin əlyazması və Peyğəm‌bə‌rin imlası ilə yazılmışdır. Əgər biz bu insanlara vilayət tapa bil‌sək, yalnız Allahın nazil etdiyi əsasda hökm edəcək və o səhifədə qeyd olu‌nanlardan kənara çıxmayacağıq."[23]

Məhəmməd ibni Müslüm deyir ki, imam Baqir buyur‌du: "Bizim yanımızda Əli -ın əlyazması ilə və uzun‌luğu yetmiş zi‌ra olan bir səhifə vardır. Biz onun içində yazılanlara tabe olur və on‌dan kənara çıxmırıq." Mən bu elmin miqdarı və mirası barə‌sin‌‌də soruşaraq dedim: «Onların hamısı elm məcmuə‌sidir, yox‌‌sa camaatın söhbət etdikləri məsələlərin təfsiri – tə‌laq, fərizələr, onların hamısı burada qeyd olunmuşdurmu?!» Bu‌yur‌du: "Əli bütün elmləri – qəza, fəraiz və s. hamısını yazmış‌dır. Əgər bizim yolumuza itaət etsələr, elə bir söz yoxdur ki, orada olma‌sın və biz də onları icra edərik."[24]

Digər bir rəvayətdə isə belə buyurduğu nəql olunur: "Əgər bizim xəttimizə tabe olunsa, elə bir şey yoxdur ki, onun barə‌sində bir sünnə mövcud olmasın və biz də onları icra edərik."[25]

Məhəmməd ibni Müslüm imam Baqir, yaxud imam Sadiq £-ın belə buyurduğunu nəql edir: "Bizim yanımızda bir səhi‌fə vardır ki, Əlinin yazıları, yaxud Əlinin Müshəfidir. Onun uzun‌luğu yetmiş ziradır. Biz onun içində yazılanlara əməl edirik və ondan kənara çıxmırıq."[26]

Əbdüllah, imam Sadiq -dan, o da atasından belə nəql edir: "Əlinin kitabında ehtiyac duyulan hər bir şey vardır, hətta cı‌zıl‌manın və kobud xasiyyətin belə diyəsi onda qeyd olunmuşdur."[27]

Mərvan deyir: Imam Sadiq -ın belə buyurduğunu eşit‌‌dim: "Əlinin kitabı bizim yanımızdadır ki, onun uzunluğu yet‌miş ziraya çatır."[28]

Başqa bir rəvayətdə buyurdu: "Əli hər nə vardısa, hamısını yazır‌dı, hətta cızılmanın diyəsini belə."[29]

Başqa bir hədisdə buyurdu: "Allaha and olsun, bizim yanımız‌da, uzunluğu yetmiş zira olan bir səhifə vardır və camaatın ehtiyac duy‌duğu hər bir şey, hətta cızılmanın diyəsi belə, onda vardır. Bu səhi‌fəni Peyğəmbər imla etmiş, Əli isə onu öz əli ilə yazmışdı."[30]

Əbdüllah ibni Sənan imam Sadiq -ın belə buyur‌du‌ğu‌‌nu nəql edir: "Bizim yanımızda bir dəri vardır ki, onun uzunluğu yet‌‌‌miş ziraya çatır. Onda Peyğəmbəri Əkrəmin imlası və Əlinin əlyaz‌‌‌ması ilə bir yazı vardır, camaatın ehtiyac duyduğu hər bir şey, hət‌‌ta cızılmanın diyəsi belə, onda mövcuddur."[31]

Mənsur ibni Hazim deyir ki, Imam Sadiq buyurdu: "Bizim yanımızda bir səhifə vardır ki, ehtiyac duyulan hər bir şey onda vardır, hətta cızılmanın diyəsi belə onda qeyd olunmuşdur."[32]

Osman ibni Ziyad deyir: Imam Sadiq -ın yanına get‌dikdə, mənə buyurdu: «Otur.» Mən oturdum və o öz bar‌maq‌la‌rı ilə mənim əlimin üstünə vurdu və onun izi düşdükdə, bu‌yur‌‌du: "Bu iş və bundan azının belə hökmü bizim yanımızda möv‌cud‌dur."[33]

Mənsur ibni Hazim və Əbdüllah ibni Əbu Yə`fur deyir‌lər: Imam Sadiq buyurdu: "Bizim yanımızda bir səhifə var‌dır ki, onun uzunluğu yetmiş ziradır və ehtiyac olan hər bir şey, hət‌ta cızılmanın diyəsi belə onda mövcuddur."[34]

Əbdür-Rəhman ibni Əbi Əbdillah deyir: Imam Sadiq -ın belə buyurduğunu eşitdim: "Bu evdə bir səhifə vardır ki, uzunluğu yetmiş ziradır. Allah-taala elə bir halal və haramı yarat‌mamışdır ki, onda olmasın, hətta cızılmanın diyəsi belə."[35]

Məhəmməd ibni Əbdül-Məlik deyir: Təqribən 60 nəfərlə bir‌‌likdə imam Sadiq -ın yanında idik ki, onun belə bu‌yur‌duğunu eşitdik: "Allaha and olsun ki, bizim yanımızda uzun‌luğu yetmiş zira olan bir səhifə vardır. Allah-taala elə bir halal və haramı yaratmayıb ki, onda olmasın, hətta cızılmanın diyəsi belə on‌da mövcuddur."[36]

Süleyman ibni Xalid deyir: Imam Sadiq buyurdu: "Bi‌zim yanımızda bir səhifə vardır ki, uzunluğu yetmiş ziraya ça‌tır, o, Peyğəmbəri Əkrəmin imlası və Həzrət Əlinin əl xətti ilə ya‌zıl‌‌mışdır; elə bir halal və haram yoxdur ki, onda mövcud olmasın, hət‌‌ta cızılmanın diyəsi belə."[37]

Həmmad deyir ki, Imam Sadiq buyurdu: "Allah-taala elə bir halal və ya haramı yaratmamışdır ki, onun bir ev kimi həddi-hü‌‌du‌du olmasın. Aydındır ki, Mühəmmədin halalı Qiyamət gününə qədər ha‌‌lal, Mühəmmədin haramı Qiyamət gününə qədər haramdır. Bizim ya‌nı‌‌mızda bir səhifə vardır ki, uzunluğu yetmiş ziraya çatır. Allah-ta‌ala elə bir halal və haramı yaratmamışdır ki, orada gəlməsin, yol‌la‌‌rın hüdudları yollara, evlərin hüdudları evlərə məxsusdur, hətta cı‌‌zıl‌manın, bir şallağın, yarım şallağın diyəsi belə, orada möv‌cud‌dur."[38]

Əbdüllah ibni Əyyub öz atasından nəql edir ki, Imam Sa‌diq -ın belə buyurduğunu eşitdim: "Əli öz şiələrini boş‌lamamışdır ki, halal-haram məsələlərində bir kimsəyə ehtiyaclı olsun‌lar. Biz onun kitabında cızılmanın diyəsini belə görmüşük!" Son‌ra buyurdu: "Amma sən də əgər onun kitabını görsəydin, yəqin edərdin ki, o, əvvəlki ata-babaların kitablarındandır!"[39]

Məhəmməd ibni Həkim imam Kazim -ın belə buyur‌du‌ğunu nəql edir: «Bizdən əvvəlkilər yalnız qiyas vasitəsilə hə‌lak oldular. Mütəal Allah Öz Peyğəmbərini yalnız o za‌man qəbzi-ruh etdi ki, dinini halal və haram işlərlə əla‌qə‌dar kamilləşdirdi, o Həzrət sizin ehtiyaclı olduğunuz hər bir şeyi sizin üçün gətirdi ki, həyatda və ölümünüzdə onun Əhli-beytinə sığınasınız. O səhifə biz Əhli-beytin ya‌nın‌dadır ki, hətta cızılmanın diyəsi belə onda vardır.» Son‌ra buyurdu: «Əbu Hənifə o kəslərdəndir ki, «Əli də de‌di, mən də deyirəm» - deyir.»[40]

«Bəsairud-dərəcat» və «Kafi» kitablarında Bikr ibni Kərb Seyrəfinin belə dediyi nəql olunur: Imam Sadiq bu‌yu‌rurdu: «Onların sizinlə nə işi vardır?! Sizdən nə is‌tə‌‌yir və nə üçün sizi danlayıb məzəmmət edirlər?! Onlar (si‌zə) deyirlər: «Rafizə! (tərk edən)» Bəli, Allaha and olsun, siz yalanı tərk etmiş və haqqa tabe olmusunuz. Agah ol, Al‌la‌‌ha and olsun, bizim yanımızda elə bir şey vardır ki, (onun vasitəsilə) bir kəsə ehtiyaclı deyilik. Bu camaat (bi‌zim müxaliflərimiz) bizə ehtiyaclıdırlar! Bizim yanımızda bir kitab vardır: O, Peyğəmbəri Əkrəm ¡-in öz imlası və Əli -ın əlyazması ilə olan bir səhifədən ibarətdir ki, onun uzunluğu yetmiş ziraya çatır. Onda hər bir halal və haramın hökmü mövcuddur.»[41]



[1] «Üsuli-kafi», Məhəmməd ibni Yə`qub Kuleyni (328, yaxud 329-cu hicri ilində vəfat etmişdir). Tehran çapı, 1-ci cild, səh.58; «Vafi» Məhəmməd ibni Mürtəza (Əllamə Möhsin Feyz Kaşani adı ilə məşhurdur və 1091-ci hicri ilində vəfat edib), 1323-cü il, 1-ci cild, səh.59.

[2] «Mir`atul-üqul», 1-ci cild.

[3] «Bəsairud-dərəcat», səh.301.

[4] Yenə orada, səh.299.

[5] Yenə orada, səh.301.

[6] Yenə orada.

[7] Yenə orada, səh.299.

[8] Yenə orada, səh.299-300, hədis:4 və 6.

[9] Yenə orada, səh.301, hədis:5, 7 və 10.

[10] Yenə orada, səh.290; «Vəsailuş-şiə», 1323-cü ilin çapı, 3-cü cild, səh.391, hədis:19; «Müstədrəkül-vəsail», 1321-ci ilin çapı, 3-cü cild, səh.192, hədis:28; «Təfsiri Əyyaşidən» nəqlən.

[11] «Bəsairud-dərəcat», səh.290-292, hədis:6, 7, 8, 10-12.

[12] Yenə orada, səh.290-291, hədis:3 və 9.

[13] Yenə orada, səh.292, hədis:13.

[14] Yenə orada, səh.198, hədis:3.

[15] «Təbəqati ibni Sə`d», Əli -ın tərcümeyi-halı, 2-ci cild, 2-ci hissə, səh.101, Avropa çapı. Birinci hədisi Əhməd ibni Hənbəl də «Fəzailu Əli ibni Əbi Talib» kitabında qeyd etmişdir.

[16] «Bəsairud-dərəcat», səh.197, hədis:4.

[17] Tənəhnöh – bir şeyi başa salmaq üçün öskürəyə oxşar asta bir səsdir.

[18] «Sünəni Nəsai», 1-ci cild, səh.178; «ət-tənəhnöh fis-səlat» babı; «Sünəni ibni Macə», hədis:3708; «Müsnədi Əhməd», 1-ci cild, səh.80-85, 107, hədis:608, 647, 845.

[19] «Əmaliyi Şeyx Tusi», (460-cı ildə vəfat etmişdir), Nəcəf çapı, 1384, 2-ci cild, səh.56; «Bəsairud-dərəcat», səh.167; «Yənabiul-məvəddət», Şeyx Süleyman Hənəfi; «Daru xilafətil-Osmaniyyə» çapı, 1302-cü il, səh.20

[20] «Bəsairud-dərəcat», səh.149, bunun oxşarı, səh.159, hədis:15. Əbu Ərakə imam Əli -ın dövründən Ziyad ibni Əbihin dövrünə qədər Kufədə yaşamışdır. («Qamusur-ri‌‌cal», 10-cu cild, səh.7.

[21] Yenə orada, səh.144.

[22] Yenə orada, 147.

[23] Yenə orada, səh.143.

[24] Yenə orada.

[25] Yenə orada, səh.164.

[26] Yenə orada, səh.146.

[27] Yenə orada, səh.164, 148.

[28] Yenə orada, səh.147.

[29] Yenə orada, səh.148.

[30] Yenə orada, səh.145.

[31] Yenə orada, səh.147, onun xülasəsi, səh.143-də.

[32] Yenə orada, səh.154 və 146-da azacıq əlavə ilə qeyd olunmuşdur.

[33] Yenə orada, səh.159, azacıq fərqlə səh.148.

[34] Yenə orada, səh.144.

[35] Yenə orada, səh.145.

[36] Yenə orada, 144.

[37] Yenə orada.

[38] Yenə orada, səh.148; «Üsuli-kafi», 1-ci cild, səh.59; «Vafi», 1-ci cild, səh.61, kəl‌mə‌lərdə azacıq təfavütlə. Bu iki hədisdə «həlalu Mühəmməd» ifadəsi qeyd olunmayıb.

[39] Yenə orada, səh.166.

[40] Yenə orada, səh.150 və səh.146-da azacıq əlavə ilə.

[41] «Bəsairud-dərəcat», səh.149, hədis:14 və səh.154, hədis:7, səh.142, hədis:1, ibarətdə azacıq fərqlə; «Üsuli-kafi», 1-ci cild, səh.241, hədis:60; «Vafi», 1-ci cild, səh.135.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment