Azəri
Friday 19th of July 2024
0
نفر 0

IMAMƏT MIRASININ QORUNDUĞU IKI ŞEY

IMAMƏT MIRASININ QORUNDUĞU IKI ŞEY

«Kafi» və «Bəsairud-dərəcat» kitablarında Hüseyn ibni Əbil-Əla deyir: Imam Sadiq -ın belə buyurduğunu eşit‌dim: «Mənim yanımda «Cəfr»i-əbyəz vardır!» Mən soruşdum: «O nədir?» Buyurdu: «Davudun Zəburu, Musanın Tovratı, Isa‌nın Incili, Ibrahimin səhifələri, halal və haram, «Müs‌həfi-Fatimə» – ki, onda Qur`andan heç bir şey yoxdur – və camaatın ehtiyac duyduğu şeylərin hamısı ondadır. Hal‌buki, biz heç bir şəxsə ehtiyaclı deyilik. Hətta bir şal‌lağın, yaxud yarım şallağın, yaxud dörddə bir şallağın, həm‌çinin, cızılmanın diyəsi də onda vardır! Mənim yanım‌da «Cəfri-əhmər» vardır.» Mən dedim: «Cəfri-əhmər» nədir?! Buyur‌du: «Silah...»[1]

O həzrətin buyurduğu «camaatı bizə ehtiyaclı edən şey‌lər ondadır» - sözünə gəldikdə isə, Imamın məqsədi budur ki, «Cəfr»də imam Əlinin kitabı vardır və imam Əlinin ki‌‌ta‌bında camaatın ehtiyac duyuduğu şeylər gəlmişdir.» Əbu Həm‌‌zə deyir: Imam Sadiq belə buyurdu: «Müshəfi-Fati‌mə Allahın Kitabından heç bir şeyi əhatə etmir və o, yal‌nız atasının vəfatından sonra ona ilqa olunan məsə‌lələr‌dən ibarətdir.»[2]

Digər bir rəvayətə görə belə buyurmuşdur: «Mənim ya‌nım‌da Müshəfi-Fatimə vardır və Qur`andan onda heç bir şey yoxdur.»[3]

Imam müxtəlif hədislərdə dəfələrlə və təkrar tə`kid‌lərlə «Müshəfi-Fatimədə Qur`andan heç bir şey yoxdur» - deyə buyururdu ki, «Müshəf» kəlməsi camaatı səhvə salmasın. Belə ki, bizim əsrimizdə bə`zi adamlar bu kimi səhvə düçar olmuş və Fatimə Müshəfinin, nəuzu billah, digər bir Qur`an olduğunu təsəvvür etmişlər!

Əhli-beyt ¢ məktəbinin elmi mənbəyi ilə əlaqədar qeyd etdiklərimiz bu mə`naya deyildir ki, imamların elmləri yalnız bunlarla xülasələnir! Əksinə, «isbatuş-şey`i la yənfa ğeyrəhu» (bir şeyin varlığının isbat olunması ondan başqa‌sı‌nın inkar olunması demək deyildir) qaydasına görə, Əhli-beyt imamlarının ¢ elmləri bunlardan qat-qat artıqdır. Be‌lə ki, imam Kazim -ın belə buyurduğu nəql olunur: «Bi‌zim elmimizin genişliyi üç əsasdadır; Keçmiş, gələcək və hadis. Keçmişə gəldikdə isə, o, bizim üçün təfsir və bə‌yan olunmuşdur. Gələcək məsələlər də bizim üçün qeydə alın‌mışdır. Amma hadis isə qəlblərə ilham olunur, qulaq‌lara zümzümə edilir. Bu, elmlərimizin ən fəzilətlisidir və bizim Peyğəmbərimizdən sonra heç bir peyğəmbər gəlməyəcək‌dir.»[4]

BU HƏDISIN ŞƏRHI

Mərhum Əllamə Məclisi «Mir`atul-üqul» kitabında deyir: Imamın buyurduğu «məbləğu elmina» (bizim elmimizin genişliyi) dedikdə məqsəd onun kamal həddi, yaxud kamal həddinə çatdırmaqdır. Mazi (keçmişdəkilər) sözündən məqsəd keçmişlə əlaqədar olan hökmlərdir. Ğabir dedikdə məqsədi isə gələcəyə aid olan elmlərdir. Imamın buyurduğu «amma keçmiş bizim üçün təfsir və bəyan olunmuşdur» - sözündən məqsədi budur ki, Peyğəmbər ¡ onu bizim üçün təfsir və bəyan etmişdir. Həzrətin buyurduğu «amma gələcəyə gəl‌dik‌də isə, bizim üçün yazılır və qeydə alınır» - cüm‌ləsin‌də məqsədi budur ki, «Camiə», Müshəfi-Fatimə və başqa ki‌tab‌larda yazılmışdır. Eləcə də o həzrətin buyurduğu «amma ha‌dis isə qəlblərə ilham olunur və qulaqlara zümzümə edi‌lir» - sözündən məqsəd labüd olaraq baş verəcək işlər, ya‌xud rəbbani maarif və elmlər, yaxud olanların mücməl şə‌kil‌də olan təfsilatı və izahıdır ki, Allah tərəfindən olan ilham, yaxud mələyin onlarla danışması nəticəsində ha‌sil olur ki, bu da onların elmlərinin ən yaxşısıdır. Çün‌ki yalnız onların özünə məxsusdur və bəşərin vasitəçi olma‌dığı bir halda hasil olur... Bu söz nübüvvət iddiası tə‌səv‌vürünü yaratdığına görə o həzrət dərhal bu xəyalı inkar edə‌rək buyurdu: «Bizim Peyğəmbərimizdən sonra heç bir pey‌ğəm‌bər gəlməyəcəkdir!» Bu, ona görə deyilirdi ki, Peyğəmbər hökmün çatdırıldığı zaman mələyi görür, sözlərini eşidir, lakin mühəddəs yalnız mələyin sözlərini eşidir.

«Kafi» kitabında imam Baqir buyurur: "Həqiqətən, Mühəmməd ¡-in vəsiləri mühəddəslərdir."

Imam Kazim buyurur: "Imam – alimlər, sadiqlər, başa düşənlər və mühəddəslərdir."

Məhəmməd ibni Müslüm deyir: Imam Sadiq -ın ya‌nın‌da mühəddəsdən söhbət açıldıqda, Həzrət buyurdu: «Mü‌həd‌dəs səsi eşidir, amma səsin sahibini görmür.» Mən de‌dim: «Sənə fəda olum! Necə bilir ki, o söz mələyin sözü‌dür?» Həzrət buyurdu: «Ona aramlıq və vüqar ilham olunur ki, nəticədə mələk sözü olduğunu başa düşür.»[5]

Müəllif: xüləfa məktəbinin hədis kitablarında elə hə‌dis‌‌ləri tapmaq olar ki, bu sifətlərin oxşarını bə`zi xəli‌fə‌‌lər üçün isbat etməyə çalışırlar. Ümmül-mö`minin Ayi‌şə‌‌nin xəlifə Ömər barəsindəki rəvayətini qeyd etmək olar. O, Peyğəmbərin guya belə dediyini nəql edir: «Sizdən əvvəlki üm‌‌mət‌‌lərdə mühəddəslər olmuşdur ki, əgər mənim ümmətimdə də onlardan bir kəs olsa, o, hökmən Ömər ibni Xəttab olar!»[6]

Əbu Hüreyrə də onun oxşarını xəlifə Ömər barəsində rə‌vayət etmişdir. Hər yerdə belə rəvayətlər gəlmişsə, bir kə‌sin onların bir kitabı Peyğəmbərdən irs aparması barə‌sin‌də söhbət açılmamışdır. Belə ki, Əhli-beyt imam‌ları‌nın barəsində aşkar və təfsilatı ilə bunlar deyilmişdir.

IMAMLAR ¢ BU KITABI BIR-BIRINƏ VERIRMIŞLƏR

a) Əli, Həsən, Hüseyn, Səccad və Baqir ¢.

«Bəsairud-dərəcat» kitabında Müəlla ibni Xüneysdən belə nəql olunur: Imam Sadiq buyurdu: «Bu kitablar Əli‌nin yanında idi. O, Iraqa gedən zaman onu Ümmü Sələ‌mənin yanında əmanət qoydu. Həzrət vəfat edən zaman onu imam Həsənə verdi. Imam Həsəndən sonra imam Hüseynin yanında, ondan sonra da Əli ibni Hüseynin, ondan sonra atamın – imam Baqirin yanında idi.»[7]

Həmçinin ikisi Ümmü Sələmədən nəql olunmaqla üç rəva‌yətdə deyilir: «Peyğəmbəri Əkrəm bir kitabı mənim yanım‌da əmanət qoydu və mən onu Peyğəmbərdən sonra imam Əli‌yə təhvil verdim.» Elə həmin mə`na üçüncü rəvayətdə Ibni Abbasdan nəql olunmuşdur.[8]

«Kafi» kitabında Səlim ibni Qeysdən belə nəql olunur: Imam Əmirəl-mö`minin Əli öz oğlu Həsənə vəsiyyət etdiyi zaman orada idim. O həzrət imam Hüseyn, Məhəmməd və onun bütün övladlarını, Əhli-beytini və şiənin böyük şəxsiyyətlərini öz vəsiyyətinə şahid tutdu. Sonra o kitabı və silahı imam Həsənə həvalə edərək buyurdu: «Oğlum! Peyğəmbər ¡ fərman vermişdir ki, səni özümə vəsi qə‌rar verim, kitabı və silahını sənə tapşırım, necə ki, onun özü mənə vəsiyyət etmiş, kitabını və silahını mənə tap‌şırmışdı. Həmçinin, mənə fərman vermişdi ki, sənə fərman verim ki, ölüm zamanı onu qardaşın Hüseynə tapşırasan.» Sonra Hüseynə üz tutub dedi: «Peyğəmbəri Əkrəm ¡ sənə də fərman vermişdir ki, onu bu oğluna tapşırasan.» Sonra Əli ibni Hüseynin əlindən tutub ona buyurdu: «Peyğəmbər ¡ sənə fərman vermişdir ki, onu oğlun Məhəmməd ibni Əliyə tapşırasan və Peyğəmbər ¡-in salamını və mənim salamımı ona çatdırasan.»[9]

Müəllif: Imamın bu mərhələdə öz oğlu Həsənə tapşır‌dı‌‌‌ğı yalnız ilk kitab idi və o da Mədinədə Ümmü Sələ‌mə‌nin yanında əmanət qoyulan kitablardan başqa idi. Onu imam Həsənin Mədinəyə qayıtmasından onra ona təhvil ver‌di.

b) Imam Səccad

«Qeybəti Şeyx Tusi», «Mənaqibi Ibni Şəhraşub» və «Bi‌harul-ənvar» kitablarında Füzeyldən belə nəql olunur: Imam Baqir mənə buyurdu: «Hüseyn Iraqa yola dü‌şən zaman o vəsiyyəti və kitabı Peyğəmbərin zövcəsi Ümmü Sə‌lə‌məyə tapşırdı və ona buyurdu: "Hər vaxt övladlarımın ən bö‌yüyü sənin yanına gəlsə, sənə (əmanət) tapşırdığımı ona verərsən." Hüseyn şəhadətə çatan zaman Əli ibni Hüseyn Ümmü Sələmə‌nin yanına gəldi və o, Hüseynin ona tapşırdığı şeylərin hamı‌sını imam Səccada verdi.»[10]

«Kafi», «E`lamul-vəra», «Mənaqib» və «Biharul-ənvar» ki‌tab‌larında Əbu Bəkr Həzrəmidən belə nəql olunur: Imam Sa‌diq buyurdu: «Hüseyn Iraqa yola düşən zaman ki‌‌tab‌‌ları və o vəsiyyəti Ümmü Sələmənin yanında əmanət qoy‌‌du. O da Əli ibni Hüseyn Mədinəyə gələn zaman onları təh‌‌vil verdi.[11] Bu, Imamın Kərbəlada yazıb onu sair imamət mi‌‌ras‌‌ları ilə birlikdə qızı Fatiməyə tapşırdığı və son‌ra‌‌dan Əli ibni Hüseynə (o zaman xəstə idi və sağ qalacağına gü‌‌man edilmirdi) təhvil verdiyi vəsiyyətdən tamam başqa‌dır.»[12]

v) Imam Baqir :

«Kafi», «E`lamul-vəra», «Bəsairud-dərəcat» və «Biharul-ənvar» kitablarında Isa ibni Əbdüllahdan, o da atasından, o da babasından nəql edib deyir: Əli ibni Hüseyn vəfat edən zaman öz ətrafına yığışan övladlarına nəzər saldı və bundan sonra oğlu Mühəmməd ibni Əliyə üz tutdu və buyurdu: «Mühəmməd! Bu sandığı öz evinə apar.» Sonra buyurdu: «Agah olun ki, onda dinar və dirhəm yoxdur, əksinə, elmlə dolu‌dur.»[13]

«Bəsairud-dərəcat» və «Biharul-ənvar» kitablarında Isa ib‌ni Əbdüllah ibni Ömər imam Sadiq -ın belə buyur‌du‌ğunu nəql edir: Əli ibni Hüseyn vəfatından qabaq bir zən‌bi‌li, yaxud sandığı çıxarıb buyurdu: «Ey Mühəmməd! Bu san‌dı‌ğı apar.» Ravi deyir: O sandıq dörd nəfərin vasitəsilə da‌‌şı‌nırdı. Imam Səccad dünyadan gedən zaman imam Ba‌qir -ın qardaşları onun yanına gəlib dedilər: «Bizim bu sandıqdan olan payımızı ver.» O həzrət buyurdu: «Allaha and olsun, sizin üçün oradan heç bir pay yoxdur, əgər payı‌nız olsaydı, onu mənə verməzdi.» O sandıq Pey‌ğəmbər ¡-in silahı və onun kitablarının yeri idi.[14]

q) Imam Sadiq :

«Bəsairud-dərəcat» kitabında Zürarə imam Sadiq -dan belə nəql edir: «Imam Baqir dünyadan getməmiş kitabları mənə çatdırdı.»[15]

Həmçinin Əbu Bəsir deyir ki, «Imam Sadiq -ın belə buyurduğunu eşitdim: «Imam Baqir dünyadan getməmiş Fatimə Müshəfini ondan aldım.»[16]

Ənbəsə Abid belə deyir: Imam Sadiq -ın əmi oğlusu Hü‌‌seynin yanında idim ki, Məhəmməd ibni Imran gəldi və on‌‌dan bir yazı, yaxud torpaq sahəsinin sənədi barəsində so‌ru‌ş‌‌duqda dedi: «Bir az gözlə, onu Əbu Əbdillahdan alım.» Ra‌‌vi deyir: Ona dedim: Nə üçün Əbu Əbdillahın yanındadır. O dedi: «Bu yazı Həsən -ın yanında idi. Ondan sonra Hü‌‌‌‌seynə, daha sonra Əli ibni Hüseynə və ondan sonra Əbu Cə`‌‌‌‌fə‌rə, ondan sonra da Cə`fərə keçdi. Biz onun üzərindən ya‌zı‌‌‌‌rıq.»[17]

«Kafi» və «Bəsairud-dərəcat» kitablarında Həmranın be‌lə dediyi nəql olunur ki, imam Baqir -dan soruşdum: «Ca‌‌ma‌‌atın dediyinə görə Ümmü Sələməyə təhvil verilən mö‌hür‌‌lənmiş səhifə məsələsi nədir?» Həzrət buyurdu: «Pey‌ğəm‌bə‌‌ri Əkrəm ¡ vəfat edən zaman Əli o həzrətin el‌mi‌‌ni, silahını və ona məxsus olan digər şeyləri irs apar‌‌dı. Sonra o, Həsənə, sonra da Hüseynə irs çatdı. O da tə‌‌ləf olma qorxusundan onları Ümmü Sələmənin yanında əma‌nət qoydu və sonra da Əli ibni Hüseynə təhvil verildi.» Ra‌vi deyir: Mən soruşdum: «Sonra sizin atanıza çatdı və son‌ra da siz irs aparırsınız, indi sizin yanınızdadırmı?!» Həz‌rət buyurdu: «Bəli!»[18]

Imran ibni Əban deyir: Imam Sadiq -dan soruşdum: «Camaatın dediyi və Ümmü Sələməyə təhvil verilən möhürlənmiş səhifə məsələsi nədir? Həzrət buyurdu: «Peyğəmbər ¡ vəfat edən zaman Əli onun elmini, sila‌hını və o həzrətə məxsus olan şeyləri irs apardı. Ondan sonra Həsənə, sonra Hüseynə çatdı.» Mən dedim: «Ondan sonra Əli ibni Hüseynə, ondan sonra övladlarına, daha sonra sizə çatdı?» Həzrət «bəli!» - deyə buyurdu.

ğ) Imam Musa ibni Cə`fər :

«Qeybəti Nö`mani» və «Biharul-ənvar» kitablarında Həm‌mad Sani`dən nəql olunur ki, Müfəzzəl ibni Ömərin imam Sa‌diq -dan soruşduğu suallara qulaq asırdım ki, Əbul-Hə‌sən Musa – imam Kazim içəri daxil oldu və imam Sa‌diq Müfəzzələ buyurdu: «Əlinin kitabına malik olan şəx‌si görməklə sevinməzsənmi?!» Müfəzzəl deydi: «Ondan da yax‌şı bir şey varmı?!» Imam, Kazimə işarə edərək buyurdu: «O budur, Əlinin kitabı ondadır.»[19]

e) Imam Əli ibni Musər-Riza :

Əli ibni Yəqtin deyir: Imam Kazim oğlu Əliyə işa‌rə edərək mənə buyurdu: «Ey Əli! Bu mənim övladlarım ara‌sında ən yaxşı fəqihdir, buna görə də öz kitablarımı ona bağışlamışam.»

Digər bir rəvayətdə deyir: O həzrətdən eşitdim ki, belə buyururdu: «Oğlum Əli mənim övladlarımın seyyidi və ağasıdır. Buna görə də kitablarımı ona bağışladım.»[20]

«Kafi», «Irşad» (Şeyx Müfid), «Qeybət» (Şeyx Tusi) və «Vafi» kitablarında Nəim Qabusidən belə nəql olunur: Imam Kazim buyurdu: «Oğlum Əli övladlarımın ən alicənabı, ən yaxşısı və ən sevimlisidir. O, mənimlə «Cəfr»ə baxır; o «Cəfr» ki, Peyğəmbər və Peyğəmbərin vəsi‌sindən başqa heç kəs ona baxmamışdır.»[21]

«Ricali Kəşşi» və «Biharul-ənvar» kitablarında Nəsr ibni Qabus belə deyir: «Imam Kazim -ın evində idim ki, imam Rizanı gördüm: o, «Cəfr»ə baxırdı. Imam buyurdu: «Bu, oğlum Əlidir, onun baxdığı şey də «Cəfr»dir.»[22]

Əhli-beyt imamları ¢ beləliklə nəsilbənəsil bu kitabları irs aparır, onlara müraciət edir, elmlərini və hökmlərini sonra qeyd olunduğu kimi ondan əldə edirdilər.



[1] «Üsuli-kafi», 1-ci cild, səh.240, hədis:3; «Bəsairud-dərəcat», səh.150-151; «Irşadi Şeyx Müfid», səh.257, azacıq fərqlə.

[2] «Bəsairud-dərəcat», səh.159.

[3] Yenə orada, səh.154.

[4] «Üsuli-kafi», 1-ci cild, səh.264; «cihadu ülumil-əimmə» babı; «Mir`atul-üqul», 3-cü cild, səh.136.

[5] Hər üç hədis «Üsuli-kafi», 1-ci cild, səh.270-271; «innəl-əimmətə muhəddəsun» babında gəlmişdir.

[6] «Səhihi Müslüm», «fəzailus-səhabə» babı, hədis:2; «Müsnədi Əhməd», 6-cı cild, səh.55.

[7] «Bəsairud-dərəcat», səh.162.

[8] Yenə orada, səh.163, hədis:4, səh.166, hədis:16, hədis:168, hədis:23.

[9] «Üsuli-kafi», 1-ci cild; «Vafi», 2-ci cild, səh.79.

[10] «Qeybəti Şeyx Tusi», Təbriz çapı, 1323; «Mənaqibi ibni Şəhraşub», 4-cü cild, səh.172; «Biharul-ənvar», 46-cı cild, səh.səh. 18.

[11] «Üsuli-kafi», 1-ci cild, səh.304; «E`lamul-vəra», səh.152.

[12] «Üsuli-kafi», 1-ci cild, səh.300; «E`lamul-vəra», səh.152; «Biharul-ənvar», 46-cı cild, səh.18; «Bəsairud-dərəcat», səh.148, 149, 163, 164, 168.

[13] «Üsuli-kafi», 1-ci cild, səh.305; «E`lamul-vəra», səh.260; «Bəsairud-dərəcat», səh.44; «Biharul-ənvar», 46-cı cild, səh.229; «Vafi», 2-ci cild, səh.83.

[14] «Üsuli-kafi», 1-ci cild, səh.305; «Vafi», 2-ci cild, səh.82; «Bəsairüd-dərəcat», səh.165; «E`lamul-vəra», səh.260; «Biharul-ənvar», 46-cı cild, səh.229.

[15] «Bəsairud-dərəcat», səh.158, 180, 181, 186.

[16] Yenə orada, səh.158.

[17] Yenə orada, səh.165-166.

[18] «Üsuli-kafi», «höccət» kitabı; «Vafi», 2-ci cild, səh.133; «Bəsairud-dərəcat», səh.177, 186 və 188.

[19] «Qeyəti Nö`mani», səh.177; «Biharul-ənvar», 48-ci cild, səh.22, hədis:34.

[20] Əli ibni Yəqtinin rəvayəti üç sənədlə «Bəsairud-dərəcat» kitabında səh.164, hə‌dis:7-9-da; «Irşadi Şeyx Müfid», səh.85; «Vafi», 2-ci cild, səh.86-da qeyd olun‌muş‌dur.

[21] «Üsuli-kafi», 1-ci cild, səh.311-312, hədis:2; «Irşad», Şeyx Müfid, səh.285-286; «Qeybəti Şeyx Tusi», səh.28; «Vafi», 2-ci cild, səh.83.

[22] «Ricali Kəşşi», səh.382; «Biharul-ənvar», 49-cu cild, səh.27, hədis:46.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment