Azəri
Tuesday 16th of April 2024
0
نفر 0

HARAM AYLARIN HÖRMƏTİ

HARAM AYLARIN HÖRMƏTİ

Ərəblər arasında İbrahim dininin qaydaları, o cümlədən müqəddəs haram ayların hörmətini saxlamaq vardı. Həyatı müharibələrdə ötüşən ərəblər döyüşün qadağan olduğu haram aylara yaxşı münasibətdə idilər. Bu dörd ayda döyüşlər dayandığından onlar rahat nəfəs alırdılar. Qurani-kərimin bu ilahi sünnəti – qaydanı təsbit etdi: «Allah yanında ayların sayı Allah yeri və göyü yaradan gündən başlayaraq on ikidir. Bu həqiqət Allah kitabında qeyd edilmişdir. Onların dördü haram aylardır». (Bu aylarda hücum etməklə müharibə haramdır). «Səndən haram aylarda müharibə haqqında soruşsalar, onlara de ki, bu aylarda müharibə böyük bir günahdır». («Bəqərə» 217).

 Bu aylar ibarətdir: Zülqədə, Zül-hiccə, Məhərrəm və Rəcəb. Ərəblər bu ayları möhtərəm saysalar da dəfələrlə ehtiramı sındırmış, müxtəlif qəbilələr arasında döyüşlər olmuşdur. Bu döyüşlər haram ayların ehtiramını qırdığından günah və fəsad adlandırılmışdır. Belə döyüşləri dörd yerdə zikr etmişlər. Hətta dörd il çəkən bir döyüşdə Peyğəmbərin (s) iştirak etdiyini deyənlər var.

 Kəhanə qəbiləsindən Bərraz ibni Qeys Kənani Həvazin qəbiləsindən Urvə ibni Rəhhal ilə Neman ibni Munzirə yer icazəsi vermək üstündə dalaşmışdılar. Bərraz Urvəni qətlə yetirmişdi. Ölənin qohumları Kənanəyə qarşı birləşmişdilər. Kənanə Qüreyşə pənah gətirmişdi. Qüreyşdə onlara himayədarlıq etmiş və müharibə başlamışdı.

 Bəzilərinin yazdığına görə həzrət (s) on yeddi yaşında ikən bu döyüşə şahid olmuşdur. Bəziləri isə onun dili ilə nəql edir ki, «Mən əmilərimə atılan oxları dəf edirdim». Görən bu iki cümlədən belə bir nəticəyə gəlmək olar ki, Peyğəmbər (s) bu döyüşdə iştirak edib? Belə görünür ki, bu deyilişlərdən uyğun nəticəni əldə etmək olmaz. Hansı ki, bəziləri laqeyidlik göstərərək bu məsələn yan keçir və həzrətin (s) iştirakını təsdiqləyirlər. Amma əvvəlki cümlə həzrətin (s) yalnız şahid olduğunu qeyd edir. Əslində isə şahid olmaq hələ iştirak etmək deyil. İkinci cümlədə isə oxların dəf olunmasından danışılır. Heç bu da o demək deyil ki, Peyğəmbər (s) döyüşdə iştirak edib. Bir halda ki, haram aylara ehtiram qoyulması qəbul edilmiş bir qayda idi və bu hörməti sındırmaq günah hesab olunurdu, necə ola bilərdi ki, Peyğəmbər (s) belə aylarda mühribədə iştirak edəydi?! Həqiqətə yuğun gələn məlumat Yəqubinin əbu Talibin dilindən nəql etdiyidir: «O, nəinki müharibələrdə iştirak etmirdi, hətta Bəni-haşimə də müharibədə iştirakı qadağan edirdi. Hətta əbu Talibin mövqeyi başqalarını da bu işdən çəkindirmişdi. Bu döyüşdə Bəni-haşim iştirak etmədiyindən çoxları bu döyüşə qatılmırdı. «Əbu Talib Bəni-haşimi bu döyüşlərdən çəkindirdi və bildirdi ki, bu döyüş haram aylara hörmətsizlikdir». Əbdüllah ibni Üməyyə və Cədan və Hərb ibni Üməyyə də Bəni haşimə görə döyüşə getmədilər».

Əlbəttə, bunun unutmaq olmaz ki, müdafiə bütün hallarda, bütün zamanda və məkanlarda, hətta haram aylarda da, hətta Kəbədə də qanuni və vacibdir. Düşmənin hücumundan müdafiə hər bir dində hər bir kəsin haqqıdır. Quran da bu barədə buyurur: «Haram olan ay haram olan ay müqabilindədir. Hörmətlərdə də qisas var. Sizə qarşı təcavüz edənlərdən müdafiə olunun». («Bəqərə» 194). Təcavüzkara cavab verin. Əgər həzrət həmin döyüşdə iştirak etmişsə, müdafiə olunan tərəfdən olmuşdur. «Mən növcavan olanda əmimlər Füccar döyüşünə şahid idim», cümləsi Həzrətin (s) müdafiədə iştirak etdiyini bildirir. Əks təqdirdə deməliyik ki, həzrət (s) belə qalmaqallardan tamam uzaq olmuşdur. İbrahim (ə) dininə etiqad edən kəs heç zaman öz dininin sünnətini görməzliyə vurmaz.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
ZƏRDÜŞT DİNİNDƏKİ DƏYİŞİKLİKLƏR
CAYNİZM (1)
DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (2)
İFTİDA – QADININ BOŞANMA HAQQI

 
user comment