Azəri
Friday 19th of July 2024
0
نفر 0

QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ

A) QARDAŞ ÖVLADLARININ BABA ILƏ BIRLIKDƏ MIRASININ HÖKMÜ

Məhəmməd ibni Müslüm əvvəlki rəvayətində demişdi: «Imam Sadiq irs hökmlərinin səhifəsini açdı, orada mə‌nim gördüyüm ilk şey meyyitin qardaşı oğlanları ilə ba‌ba‌sının irsi idi ki, meyyitin mirası onların arasında yarı‌bayarı bölünür. Mən dedim: «Sənə fəda olum, bizim mən‌təqənin qaziləri baba ilə yanaşı olan qardaş övladları üçün heç bir pay vermirlər.» Həzrət buyurdu: "Bu yazı Əli -ın əlyazması və Peyğəmbər ¡-in imlasıdır."

Həmin bölmədə, «Kafi» kitabında hə‌min mə`nada digər iki rəvayət də nəql olunmuşdur ki, orada Əli -ın yazı‌sı olm‌a‌sı qeyd olunmur.

1-Əban ibni Təğlib Imam Sadiq -dan rəvayət edərək de‌‌yir: Imamdan meyyitin qardaşı övladları ilə babasının irs payı barəsində soruşduqda buyurdu: "Onların mirası yarı‌ba‌ya‌rı bölünür."

2-Əbu Bəsirin rəvayətində deyilir: Imam Baqir (yaxud Imam Sadiq) -ın yanında idim. Bir nəfər meyyitin qar‌da‌‌şı oğlanları və babasının irs hökmləri barəsində soruş‌duq‌‌da, o həzrət buyurdu: "Onların mirası yarıbayarı bölün‌məlidir."

Üçüncü rəvayətdə Qasim ibni Süleyman Imam Sadiq -dan belə buyurduğunu nəql edir: "Əli meyyitin mirasını onun qarda‌şı oğlanları və babası arasında bərabər şəkildə bölürdü."[1]

B) IMAMLARIN “OVL”UN BATIL OLMASI BARƏSINDƏKI NƏZƏRI

«Ovl» fiqhi istilahda varislərin payının tə`yin olunmuş his‌‌sələrdən artıq gəlməsinə deyilir. Bu o vaxt olur ki, qa‌dın, yaxud ər varislərin biri olsun. Belə ki, bir nə‌fər ölsə, onun iki qızı, öz ata-anası və arvadı varis ol‌‌sa, bu halda ma‌lın üçdə ikisi (altıda dördü) iki qıza ve‌ri‌lir, onun al‌tı‌da ikisi ata-anaya çatır və səkkizdə biri qa‌dına verilir.[2] Be‌lə fərz olunduqda varislərin payı altı his‌səyə bölün‌düyün‌dən, tə`yin olunmuş hissənin səkkizdə biri bölgüdən xaric olur və onun sahibinə bir şey verilmir. Bu hal‌da ovla ina‌nan‌lar bu hissəni, xüləfa məktə‌bi‌nin fiqhində tə`yin olun‌du‌ğu kimi, bütün pay sahiblərindən bərabər şəkildə götürür‌lər. Amma Əhli-beyt məktəbində bu çatışmazlıq o paya varid olur ki, Allah-taala onları daha aşağı səviyyəli paya endir‌miş‌dir. Buna əsasən, bir mərtəbədə irsin yarısını aparan hə‌yat yoldaşı aşağı mərtəbəyə enəndə onun payı dörddə birə ça‌tır və onun dörddə bir payı digərlərinin payından azal‌ma‌sına səbəb olmur. Meyyitin arvadı dörddə bir qədər irs apar‌dığı halda, o mərtəbədən aşağı endikdə, onun payı sək‌kiz‌də birə çatır və bu səkkizdə bir kəsrə şamil olmur. Hər bi‌ri‌nin payı üçdə bir olan və aşağı mərtəbəyə endikdə al‌tı‌da birə çatan meyyitin atası və anası bu altıda biri baş‌qa‌la‌rının payının azalmasına səbəb olmur. Qeyd olunan ça‌tış‌mazlıq yalnız qızın və bacının pa‌yı‌na gəlir. Çünki on‌la‌rın hər biri mirasın yarısını, əgər sayları artıq olarsa, üç‌də ikisini irs apa‌rırlar. Indi əgər tə`yin olunmuş pay‌la‌rı bu mərtəbədən aşağı mərtəbəyə enər‌sə, yerdə qalanlar on‌la‌ra məxsus olur. Buna əsasən, qeyd olu‌nan misalda meyyitin ata-anasının payı altıda iki, ar‌va‌dının payı səkkizdə bir olur və yerdə qalanlar isə iki qıza verilir.[3]



[1] «Kafi», 7-ci cild, səh.112-113; «Təhzib», 9-cu cild, səh.309; «Vəsailuş-şiə», 17-ci cild, səh.485-486.

[2] «Nihayətun-lüğət», «ovl» maddəsi.

[3] «Şərhi lümə», 8-ci cild, səh.86-91.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment