Azəri
Thursday 18th of April 2024
0
نفر 0

ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI

ƏHLI-BEYT IMAMLARININ ¢ ”OVL” BARƏSINDƏKI RƏVAYƏTLƏRI

1-Məhəmməd ibni Müslüm, Füzeyl ibni Yəsar, Büreyd Əcli və Zürarə ibni Ə`yən Imam Baqir -ın belə buyurduğunu nəql etmişlər: "Ovl irs payı olmaz; o, altı hissədən artıq olmaz."[1]

2-Əbu Məryəm Ənsari Imam Baqir -dan belə nəql edir: "Həqiqətən böyük qum təpələrinin sayını bilən Allah irs payı‌nın altı hissədən artıq olmadığını da bilir."[2]

3-Bükeyr Imam Sadiq -dan belə nəql edir: "Irs payının əsa‌sı altı hissədir, ondan nə artıq, nə də kəsir olmur. Bundan sonra yer‌d‌ə qalanlar Allahın Kitabında adları qeyd olunanlara məxsusdur."[3]

4-Ibni Əbi Ümeyr bir neçə nəfərdən Imam Sadiq -ın belə buyurduğunu nəql etmişdir: "Irsin payı altı hissədir, ondan artıq olmaz."[4]

5-Əli ibni Səid deyir: Zürarəyə dedim: Bükeyr ibni Ə`yən mənim üçün rəvayət edir ki, Imam Baqir belə buyur‌muş‌dur: "Irs payında ovl olmaz; irs altı paydan artıq olmur." Zürarə dedi: Bizim səhabələrimiz bunun Imam Baqir və Imam Sadiq £-dan nəql olunmasında ixtilaf etməmişlər.[5]

Bu iki Imam həmin rəvayətlərdə Allahın hökmünü Əli -ın kitabına işarə etmədən belə bəyan etmişlər. Lakin öz‌lə‌rinin digər sənədli rəvayətində onları belə qeyd etmiş‌lər:

6-Əbu Bəsir deyir: Imam Baqir -a dedim ki, bə`zən irs payları çatışmır. Nəhayət yüz pay, yaxud ondan artıq, ya‌xud ondan az olur. Imam buyurdu: "Irs payları altıdan yuxarı keç‌məz." (Sonra buyurdu:) Əli buyurmuşdur: "Həqiqətən qum təpə‌lərindəki qumların sayını bilən Allah irsin payının altıdan artıq olmadığını bilir. (Bəli) əgər onun bölüşdürülmə yolunu bilsələr, altı paydan artıq olmaz."[6]

7-Əbu Bəsir deyir: Imam Sadiq Imam Əli £-ın kita‌bın‌dan irs paylarını mənim üçün oxudu, onun paylarının ço‌xu beş qisim və dörd qisim idi. Əksəriyyəti isə altı qi‌sim idi.[7]

8-Məhəmməd ibni Müslüm deyir: Imam Baqir məni irs səhifələrini oxumağa vadar etdi. O səhifələr Peyğəm‌bər ¡-in imlası və Əli -ın əlyazması ilə idi. Orada belə qeyd olunmuşdu: "Irs paylarında ovla yer yoxdur."[8]

Hər iki Imam ikinci misalda (axırıncı səkkiz rəvayət‌də) xatırladırlar ki, irs payı ovla yetişməz və altı paydan ar‌tıq olmaz. Rəvayətlərin birində isə deyilir: "Həqiqətən böyük qum təpələrindəki qumların sayını bilən Allah irs payında ovlun olma‌dığını da bilir."

Həmçinin bu rəvayətlərdən bir çoxunda irsin hökmü heç bir sənəd qeyd olunmadan xatırlanmışdır. Altıncı rəvayət‌də onu Əmirəl-mö`minin Əli -a nisbət vermiş, yeddinci rə‌va‌yətdə Imam həzrət Əli -ın kitabını ravi üçün qi‌ra‌ət etmiş, səkkizinci rəvayətdə ravinin özü Peyğəmbər ¡-in imlası və Əli -ın əlyazması ilə olan irs kitabını qiraət etmiş, eyni halda irsin hökmləri onların hamısında eyni olmuşdur.

Bu bəyan Imam Riza -ın Mə`muna yazdığı məktubda da təkrar olunmuşdu. Imam o məktubda buyurur: "Irsin hökmü Al‌lah-taalanın Öz kitabında nazil etdiyi həmin əsasdadır və onda heç bir ovl yoxdur."[9] Bu misaldan qeyrilərində də Əhli-beyt imam‌‌ları şər`i hökmü bəyan edərkən onların hamısında öz əziz babaları Peyğəmbəri Əkrəm ¡-in buyruqlarına mü‌ra‌‌ciət etmişlər. Həmin şəxs ki:

وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى

"O heç vaxt həvayi-nəfs üzündən demir, onun dedikləri ona nazil olan vəhydən başqa bir şey deyildir."

Məhz buna görə də Əhli-beyt imamlarının hədisləri va‌hid bir sənədə malikdir. Onların sözləri vahid bir söz və nə‌zər‌ləri də vahid bir nəzərdir.

Elə buna görə də Ibni Sənanın rəvayət etdiyinə görə Imam Sadiq buyurmuşdur: "Sizin üçün günah yoxdur ki, mən‌dən eşitdiyinizi atamın dilindən rəvayət edəsiniz. Sizin üçün günah yox‌dur ki, atamdan eşitdiyinizi mənim dilimdən rəvayət edəsiniz və bu işdə sizə heç bir qorxu yoxdur."[10]

Əbu Bəsrin dediyi «sizdən bir hədis eşidib onu ata‌nı‌zın dilindən nəql edirəm, yaxud atanızdan eşidib, sizin di‌li‌nizdən nəql edirəm» sözünün cavabında Imam buyurdu: "Eyni‌dir. Bu fərqlə ki, əgər atamın dilindən nəql etsən, mənim üçün da‌ha sevimli olar."[11]

Imam Cəmilə buyurdu: "Məndən eşitdiyin hər bir şeyi atamın dilindən rəvayət et."[12]

Həfs ibni Buxtərinin dediyi «sizdən bir hədis eşidirəm və (sonradan) onu sizdən, yoxsa atanızdan eşitdiyimi bilmi‌rəm» sözünün cavabında buyurmuşdu: "Məndən eşitdiyin hər bir şeyi atamın dilindən rəvayət et və (üstəlik) məndən eşit‌diyin hər bir şeyi Peyğəmbər ¡-in dilindən rəva‌yət et."[13]

Hişam ibni Salim, Həmmad ibni Osman və başqalarına buyurmuşdu: "Mənim hədisim atamın hədisi, atamın hədisi babamın hədisidir, babamın hədisi Hüseynin hədisi, Hüseynin hədisi Həsənin hədisi, Həsənin hədisi Əmirəl-mö`minin Əli -ın hədisi, Əlinin hədisi Peyğəmbər ¡-in hədisidir, Peyğəmbərin hədisi də Allah-taa‌lanın sözüdür."[14]

Məhz buna görə Imam Baqir Cabirin dediyi «hər vaxt mənim üçün bir hədis rəvayət edirsənsə, sənədini bəyan et» sözünün cavabında buyurmuşdu: "Atam cəddim Rəsulullahdan, o da Cəbrayıldan, o da Allah-taaladan mənim üçün rəvayət etdi. Mən hər vaxt sənin üçün hədis deyirəmsə, bu sənədlədir."[15]

Elə buna görə də aşağıdakı söhbət Surət ibni Kuleyb və Zeyd ibni Əli ibni Hüseynin arasında baş verib: Surət de‌yir: Zeyd ibni Əli Mənə dedi: «Ey Surət! Necə bildin ki, si‌zin rəhbəriniz – yə`ni Imam Sadiq – sən dediyin ki‌mi‌dir?» Ona dedim: «Agah adamın yanına gəlmisən!» O dedi: «Elə isə, suallarıma cavab ver.» Dedim: «Biz Sənin qardaşın Məhəmməd ibni Əlinin yanına gedir, ondan suallar edirdik. O isə buyururdu: Peyğəmbəri Əkrəm ¡ buyurdu: «Allah-taa‌la Öz kitabında belə buyurdu...» Nəhayət qardaşın vəfat et‌di və siz Ali-Məhəmmədin, o cümlədən sənin yanına gəl‌dik. Siz bizim suallarımızdan bə`zilərinə cavab verir‌siniz, am‌ma suallarımızın hamısına cavab vermədiyiniz üçün qar‌da‌şın oğlu Cə`fərin yanına getdik. O atası dediyi kimi belə deyirdi: «Peyğəmbəri Əkrəm buyurdu, Allah-taala buyur‌du.» Zeyd təbəssüm edərək dedi: "Agah ol, Allaha and olsun! Indi ki, bunu dedin (bil ki,) Əlinin yazıları onun yanındadır."[16]

Buna görə də Ibni Şəbrəmə deyir: Imam Sadiq -dan bir hədis eşitdim ki, hər vaxt onu xatırlasaydı, az qalırdı ki, ürəyim düşsün. O buyurdu: «Atam mənə babam Peyğəmbər ¡-dən belə buyurdu.» Ibni Şəbrəmə deyir: Allaha and olsun ki, nə onun atası cəddinin adından yalan danışmış, nə də cəddi Peyğəmbər ¡-in adından. O deyir ki, Pey‌ğəm‌bəri Əkrəm ¡ belə buyurub: "Hər kəs qiyasla əməl et‌sə, bərk həlakətə düşmüş və həlak olmuşdur. Hər kəs bilmədiyi bir şey ba‌rəsində, nasix-mənsuxu, möhkəm və mütəşabihi tanımadan fətva versə, şiddətlə həlakətə düşmüş və həlak olmuşdur!"[17]

Əhli-beyt imamları hökmlərin bəyan edərkən Allahın və Pey‌ğəmbər ¡-in buyurduğuna istinad etdiklərindən, xü‌lə‌fa məktəbinin alimləri isə özlərinin şəxsi rə`yinə və qiya‌sa istinad etdiklərindən bu iki məktəbin arasında hökm‌lə‌rin bəyanı ilə əlaqədar ixtilafın varlığı labüd və qəti bir məsələdir.

Əzafir Seyrəfi deyir: Həkəm ibni Üteybə ilə birlikdə Imam Baqir -ın yanında idik. O, Imamdan çoxlu sual‌lar soruşur və o həzrət onu qəbul edir, nəhayət bir mə‌sə‌lə barəsində ixtilaf edirlər. Imam Baqir buyurdu: Oğlum! Qalx ayağa. (O qalxdı və) bükülmüş böyük bir kitabı gətirdi. Imam onu açaraq baxdı, sonra Həkəmə üz tutub buyurdu: «Ey Əba Məhəmməd! Sən, Səlmə və Əbul Miqdam hər tərəfə istə‌yir‌‌sinizsə – sağa, yaxud sola – gedin, Allaha and olsun, elmi bundan da mö`təbər bir yerdən tapa bilməzsiniz ki, Cə‌b‌ra‌yıl onlara nazil olmuşdur.»[18]

Əlbəttə, Əhli-beyt imamları ¢ xüləfa məktəbinin alim‌lərinin əksinə olaraq həmişə Islam hökmlərini aşkar – Peyğəmbərdən onlara çatdığı şəkildə bəyan etməyə imkan tap‌‌ma‌mışlar. Imam Sadiq bu‌yu‌rur: «Atam bə`zən bir fət‌va verir, bə`zən də qorxurdu. Biz də şa‌hinin şikarı ba‌rə‌sində qorxurduq. Amma indi qorxmuruq, on‌la‌rın vasitəsilə şikar olunmuş heyvanları (əgər can ver‌miş olsa) yalnız o zaman halal hesab edirik ki, şər`i cəhət‌dən zibh olunsun. Çünki Əli -ın kitabında qeyd olunur ki, mütəal Allah belə buyurmuşdur: "Və ma əlləmtum minəl-cə‌va‌rihi mukəlləbin, yə`ni: "Tə`lim verilmiş itlərin şikarı halaldır."[19]



[1] «Kafi», 7-ci cild, səh.80; «Vəsailuş-şiə», 17-ci cild, səh.421.

[2] «Kafi», 7-ci cild, səh.79; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[3] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[4] «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.89; «Vəsailuş-şiə», 17-ci cild, səh.424.

[5] «Kafi», 7-ci cild, səh.8; «Təhzib», 9-cu cild, səh.248; «Vəsailuş-şiə», 17-ci cild, səh.421.

[6] «Kafi», 7-ci cild, səh.97; «Mən la yəhzuruhul-fəqih», 4-cü cild, səh.187; «Təhzib», 9-cu cild, səh.447; «Vəsailuş-şiə», 17-ci cild, səh.423.

[7] «Kafi», 7-ci cild, səh.81; «Vəsailuş-şiə», 17-ci cild, səh.422.

[8] «Təhzib», 9-cu cild, səh.247; «Vəsailuş-şiə», 17-ci cild, səh.423.

[9] «Üyunu əxbarir-Riza », 2-ci cild, səh.25; «Töhəful-üqul», səh.314; «Vəsailuş-şiə», 17-ci cild, səh.424, hədis:32508.

[10] «Vəsailuş-şiə», qədim çap, 3-cü cild, səh.380, hədis:85.

[11] «Kafi», 1-ci cild, səh.51.

[12] Yenə orada. Imam Sadiq -ın səhabələri arasında Cəmil adlı bir neçə nəfər olmuşdur.

[13] «Vəsailuş-şiə», qədim çap, 3-cü cild, səh.380, hədis:86.

[14] «Kafi», 1-ci cild, səh.53; «Irşad», Mufid, səh.257.

[15] «Əmali», Şeyx Müfid, səh.26.

[16] «Ixtiyaru mə`rifətir-rical», Kəşşi, Surət ibni Kuleybin tərcümeyi-halı, səh.376.

[17] «Kafi», 1-ci cild, səh.43.

[18] «Ricali Nəcaşi», səh.279.

[19] «Kafi», 6-cı cild, səh.207; «Təhzib», 9-cu cild, səh.33; «Vəsailuş-şiə», 16-cı cild, səh.26.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi
Londonda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 12 nəfərə ...
İraq ordusu Dəclə çayının şərq ətrafında nəzarəti bərpa etdi
Nigeriyanın bir neçə şəhəri ayağa qalxdı, Şeyx Zəkzəkiyə Azadlıq!

 
user comment