Azəri
Friday 19th of April 2024
0
نفر 0

Dörd istilahIn tə`rifi: Qur`an, Sünnə, Fiqh və iCtihad

1-Dörd istilahIn tə`rifi: Qur`an, Sünnə, Fiqh və iCtihad

1-Qur`an Allahın kəlamıdır ki, onu Peyğəmbəri Əkrəm ¡-ə aşkar ərəb dilində nazil etmişdir. Onun lüğətdəki qarşılığı isə şe`r və nəsrdən ibarətdir. Deməli, ərəb kəlamının məcmusu ya Qur`andır, ya şe`r, ya da nəsr.

«Qur`an» kəlməsi həm bütövlükdə Qur`anın hamısına, həm də bir surəsinə, hətta bir ayəsinə belə aid edilir. Bə`zən də bir ayənin bir hissəsinə deyilir. Necə ki, «şe`r» kəlməsinin bə`zən bir divanın hamısına, bə`zən bir qəsidəyə, bə`zən də bir beytə aid edilməsi düzgündür. Bu kəlmə (Qur`an) islami bir istilahdır, çünki Allahın kəlamında və Peyğəmbər ¡ hədislərində qeyd olunmuşdur. Alimlər Qur`an üçün digər adlar da qeyd etmişlər ki, bu adlar da əslində Qur`an üçün ad deyil, bir tə`rif və vəsfdən ibarətdir. Misal üçün, Kitab, Zikr və s.

Həmçinin, xəlifə Əbu Bəkr Qur`anı «Müshəf» adlandır‌mış‌‌dır. Bu kəlmənin Qur`anda və şərif Peyğəmbər hədislə‌rin‌də gəl‌mədiyinə görə, biz onu müsəlmanların istilahı ad‌lan‌‌dır‌‌mışıq.

Peyğəmbəri Əkrəm ¡-in üslubu belə idi ki, Qur`an‌dan ona nazil olan hər bir şeyi orada iştirak edən müsəlmanların hamısına tə`lim verirdi. Mədinəyə gələn zaman da buyur‌du ki, Qur`anı yazıb hifz etsinlər. Müsəlman‌lar onu yazıb hifz etmək üçün bir-birilə yarışır, əllərinə düşən dəri, taxta və sümüyün üstünə yazırdılar. Peyğəmbəri Əkrəm ¡ vəfat edən zaman Imam Əli onun məcmusunu vahid bir kitabda bir yerə topladı. Səhablərdən bə`zilərinin də – Ibni Məs`ud kimi – özünə məxsus bir nüsxəsi var idi. Əbu Bəkr də səhabələrdən bə`zilərinə əmr etdi, Qur`anı vahid bir nüsxədə bir yerə yığdılar, onu Ümmül-mö`minin Həfsənin yanına qoydu. Sonralar xəlifə Osman göstəriş verdi ki, həmin nüsxənin üzündən köçürüb hər bir islam ölkəsinə göndərsinlər. Müsəlmanlar onun üzündən minlərlə nüsxə köçürüb sonra yüz minlərə, milyonlara çatdırdılar. Indiki dövrə qədər hər növ dəyişiklikdən və təhrifdən amanda olmaqla o Qur`an müsəlmanların yanında qalır. Qur`anın vəziyyəti, misal üçün, Ibni Malikin yazdığı «Əlfiyyə» şe`ri kimidir ki, yazıldığı vaxtdan indiyə qədər onda dəyişiklik olmamışdır. Çünki elmiyyə hövzələri hər bir dövrdə onu tədris edirdilər. Həmçinin, indiyə qədər hər hansı bir dövrdə, bizim əlimizdə olan bu nüsxələrlə, hətta bir kəlmə qədər belə fərqə malik olan bir Qur`anın varlığı eşidilməyib.

Amma xüləfa məktəbinin bütün mənbələrində, yaxud Əhli-beyt məktəbinin bə`zi hədislərində qeyd olunan şeyləri (artı‌rıl‌ma-azaldılma ehtimalını) müsəlmanlar heç bir dövrdə qəbul etməmiş, əksinə həmin kitabların özündə qalmışdır.

Amma «Fatimə Müshəfi»nə gəldikdə isə, Əhli-beyt imam‌ları onun barəsində belə demişlər: "Onda qeyd olunanlar bu ümmətə hökmranlıq edəcək hakimlərin adlarıdır və onda Qur`andan heç bir şey yoxdur". Bu cür adqoyma Sibəveyhin kitabının «Əl-kitab» adlandırılması kimidir və məqsəd Qur`an deyildir.

2-«Sünnə» ərəb dilində «üslub», müsəlmanların ürfündə isə Peyğəmbəri Əkrəm ¡-in tutduğu yol, buyurduğu hədis və başqalarının əməlini təsdiqləməsi nəzərdə tutulur. Peyğəmbər ¡ hədisində o həzrətin sünnəsini əxz və itaət etməyə dair tə`kidli göstəriş verilmişdir. Buna əsasən, sünnə islami bir istilahdır, baxmayaraq ki, onun hədisə və Peyğəmbər ¡-in bir əməli təsdiqləməsinə dəlalət etməsi mütabiqi deyil, zimmidir.

Peyğəmbər ¡ sünnəsinin, yə`ni o həzrətin hədis, sirə və təsdiqinin əldə edilməsinin yolu Peyğəmbər ¡-dən nəql olunan hədislərdir.

3-«Fiqh» lüğətdə başa düşmək, Qur`an və hədisdə islam dininin elmi, müsəlman alimlərinin istilahında isə hökmlərə elm tapmaq mə`nasına məxsus olmuşdur. Qur`anda və hədisdə din elmləri mə`nasına işləndiyinə görə, hökmlərə dair elm xüsusunda işlənməsi onu islami istilah olmaqdan xaric etmir.

4-«Ictihad» xüləfa məktəbi alimlərinin nəzərində hökmlərin Allahın Kitabı, Peyğəmbərin sünnəsi və qiyas üzündən əldə edilməsidir.

Əhli-beyt məktəbinin ürfündə isə fiqh ilə eyni səviyyəli mə`nanı ifadə edir.

Hər iki məktəb Allahın Kitabı və Peyğəmbərin sabit sün‌nəsinə tabe olmaqda yekdil nəzərə malikdirlər. Amma Pey‌ğəm‌bər sünnəsini kimdən əxz etməyə gəldikdə isə, ixtilaf möv‌cud‌dur. Çünki xüləfa məktəbinin ardıcılları şər`i hökm‌ləri səhabə adlandırdıqları hər bir kəsdən əldə edə bilər‌lər. Lakin Əhli-beyt məktəbinin ardıcılları Peyğəmbər sünnə‌sini Imran ibni Həttan kimi Əli -ın düşmən‌lə‌rin‌dən əxz etmirlər. Imamın bu kimi düşmənləri hər kəs ol‌sa‌lar – is‌tər səhabə, istər tabein, istərsə də onlardan son‌ra gələnlər – bu hökm‌də eyni səviyyədədirlər. Çünki Pey‌ğəm‌bəri Əkrəm ¡ Imam Əliyə buyurmuşdur: "Ey Əli, səni yal‌nız mö`minlər se‌vər, yalnız münafiqlər düşmən tutar!" Allah-taa‌la da buyurur:

وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لاَ تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ

"Mədinə əhlindən bir qrupu nifaq əsasındadır. Sən onları tanı‌mırsan. Biz onları tanıyırıq!"1

Həmçinin, hər iki məktəb Peyğəmbərin vəfatından sonra o həzrətin hədisinin yazılıb yayılmasında ixtilafa düçar ol‌‌muş‌lar. Əvvəlki üç xəlifə Peyğəmbər hədisinin yayılması‌nın qarşısını ciddi şəkildə almış, onun yazılmasını qa‌da‌‌ğan etmiş və bu iş də Ömər ibni Əbdül-Əzizin haki‌miyyə‌ti‌‌nə qədər davam etmişdir. Əhli-beyt məktəbi isə nəsil‌bə‌nə‌sil Peyğəmbər ¡ hədisinin yazılıb yayılmasına tam cid‌‌diy‌yətlə sə`y göstərmişlər.

Bundan əlavə, bu iki məktəb islam hökmlərində şəxsi rə`y və nəzərə əməl edilməsi ilə əlaqədar ixtilafa malik‌dir‌lər: Əhli-beyt məktəbi islam hökmlərində şəxsi nəzər və rə`‌yi qadağan bildiyi halda, xüləfa məktəbi islam hökmlərində şəx‌si rə`yə əməl edirlər.




1 «Tövbə» surəsi, 101

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment