Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ƏBDÜL MÜTƏLLİB

ƏBDÜL MÜTƏLLİB

Əbdül Mütəllibin müvəhhid olması haqqında çoxlu şahidlər vardır. Bu şahidlər onun istənilən şirkdən pak olduğunu təsdiqləyir. Onun haqqında daha çox danışılması onun şirkə düşmədə daha çox töhmətləndirilməsi ilə əlaqədardır. Əli (ə) buyurur: «Atam və babam Əbdül Mütəllib, Haşim, Əbdül Mənaf heç vaxt bütə sitayiş etməmişlər. Onlar üzü Kəbəyə namaz qılmış, İbrahim dinində olmuşlar». («Bihar» 15-ci cild). Əbdül Mütəllib ərəbin müvəhhidlərindən sayılır. Bu, İbrahim öz övladları haqqında dualarının qəbul olmasıdır.

Peyğəmbər (s) əliyə (ə) buyurur ki, Əbdül Mütəllib «əzlamla» (cahiliyyət dövrünün qumarı) mal bölmür, bütlərə ibadət etmir, bütlərin adına kəsilmiş heyvanların ətindən yemirdi və o, İbrahim dinində idi. («Bihar» 15-ci cild).

Əbdül Mütəllibin axirət inacı barədə deyilir ki, o dedi: «Bu dünyadan sonra yaxşıların mükafatlanıb, pislərin cəzalanacağı bir dünya var».

İmam Rzadan (ə) nəql olunub ki, Əbdül Mütəllib Kəbə qapısının halğasından yapışıb, Allahdan dilədi ki, ona on oğul əta etsin.

Bu barədə belə nəql olunub ki, o, Allah evinin pərdəsini tutub, Allahı hərəm, rükn, məqama and verdi – bu andlar İbrahim dininə aiddir.

ƏBDÜL MÜTƏLLİB MÜVƏHHİDLİYİN MÜDAFİƏSİNDƏ

əbrəhə fil süvari qoşunuyla Kəbəni dağıtmağa üçün Məkkəyə gələndə Əbdül Mütəllib Qüreyş qəbiləsinin başçısı və həcc işlərinə məsul idi. Küfr qoşunu müqavimət göstərən kişiləri öldürməklə, qadın və uşaqları əsir götürməklə hədələyirdi. Bu hədələrdən qorxan əhali Məkkəni boşaldıb, ətraf dağlara çəkildilər. Əbdül Mütəllib bir yandan Kəbənin boşaldığını, digər tərəfdən düşmən qoşununun qüvvəsini görüb, hamı kimi özü barədə düşünmək əvəzinə Kəbədə qalıb, öz ətrafındakıları əbrəhə ilə qarşılaşmağa dəvət etdi. Ona Məkkəni tərk etmək təklif olanda dedi: «Mən Allah evini buraxıb, başqa bir yerə sığınmaqdan xəcalət çəkirəm» («Tarixe Yəqubi» 1-ci cild). «Mən and olsun Allaha ki, ilahi hərəmdən çıxmayacağam». Bu mövqe onun etiqadını, şücaətinin böyüklüyünü göstərir. Həmin həssas anlarda Allah yolunun bu mücahidi Kəbə pərdələrindən yapışıb dua edir: «Ey tənhaların dostu, Səninlə olana heç bir qorxu yoxdur» Əbdül Mütəllib bu sözləri deyərkən öz yaxınları ilə tənha qalmışdı. («Bihar» 15-ci cild). Əbdül Mütəllibin «Allahla olan kəs üçün heç bir qorxu yoxdur» sözləri onun övliyalığın, yalnız Allaha arxalandığını göstərir. Necə ki, Quran buyurur: «Bilin ki, Allah dostları üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə bilməzlər» («Yunus» 62). Çünki onlar bütün fəzilətlərin mənşəsi olan Allaha bağlıdırlar. «Səni tapan nə itirib!» (İmam Hüseynin ərəfə duası). Bu cümlənin ardınca əlavə edir ki, «ev sahibinin evin müdafiəsində üstünlüyü vardır».

Bu o demək deyildir ki, Allah evinin müdafiəsində bizim məsuliyyətimiz yoxdur və bu məsuliyyət ev sahibinə aiddir. Bu söz Bəni-israilindir ki, Musaya deyərdilər: «Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq» («Maidə» 24). Əslində isə belədir ki, biz var gücümüzlə tövhid mərkəzi, iman simvolu olan Kəbəni müdafiə edəcəyik. Əlbəttə, ev sahibinin yardımı dada çatar. Bu cümlə ilə döyüş meydanında ev sahibindən yardım istəyir. Əbdül Mütəllibin əbrəhə ilə görüşdə dediyi «mən dəvə sahibiyəm, bu evin də sahibi var və onu müdafiə edəcək» sözləri də eyni məqsəd daşıyır. Bu sözlər o mənada deyil ki, mənim üçün Kəbənin fərqi yoxdur. Əgər bu tövhid müdafiəçisi laqeyid olsaydı, nə üçün hərəmdə qalıb, Allahdan yardım istəməliydi?! Bu söz döyüş və müdafiə meydanında həmin yardım istəyidir. Bəzi təqlid qələmləri fəallıq göstərib, dediklərinə iftixar edir, öz yazılarını qüsurlu halda nəş etdiriblər ki, Əbdül Mütəllib Kəbəyə laqeyid olub! Hətta bu qəziyyələri yanlış təhlil etməklə Əbdül Mütəllib kimi simaları ləkələyirlər. Guya, əbrəhə Əbdül Mütəllibi qınayır da ki, mən sizin din mərkəzinizi viran qoymağa gəlmişəm, siz isə bir neçə dəvənin hayındasıznız! Bəli, əvvəldə qeyd etdiyimiz kimi, təqlid qələmi də təhrif qələmi kimi təhlükəlidir. Belə nurani şəxsiyyətlərə çirkab yaxılır. Məhz belə məqamda təhqiq qələminin rolu aydın olur. Bu qələm düzgün təhlil aparmaqla həqiqətləri üzə çıxarır.

 əbrəhə qarşısında Əbdül Mütəllibin sözləri və duaları onun mövqeyinin aşkar göstərir. O, əbrəhənin böyük qoşunu qarşısından qaçmır, öz az səhabələri ilə möhkəm dayanır. «Neçə dəfə olub ki, az bir dəstə Allahın yardımı ilə çox bir dəstəyə qalib gəlib» («Bəqərə» 249). Hansı ki, əbrəhənin qoşunu Kəbəyə çatmamış Mina dağının arxasında Muhəssir vadisində qeybi və teyr əbabil qüvvələri ilə qarşılaşıb, biabırçılıqla məğlub oldu. Amma əbrəhə fürsət tapıb Kəbəyə hücum etsəydi də, Əbdül Mütəllib və ətrafındakılar canla-başla din və Kəbəni müdafiə edəcəkdilər. Qələm nə qədər qərəzli və ya nadan olmalıdır ki, belə bir mücahid şəxsi müşrik və ya laqeyd göstərisin! Tarix həqiqət və yalandan yoğrulmuş bir məcnundur. Hər yazılana etimad etmək olmaz. Yazılmışların bir çoxu etibarsız olduğundan təhqiqatlar aparılmalıdır ki, həqiqət üzə çıxsın.

Həzrət Peyğəmbərin (s) əcdadının müvəhhidlik etiqadı o qədər məlum bir şey idi ki, şairlər bu münasibətlə şerlər yazardılar. Nümunə üçün əbüs-səlt ibni əbi Rəbi Səqəfinin qəsidəsindən bir beyt misal çəkmək olar.

 Qiyamət günündə dinlər içindən

Bir İbrahim dini keçər seçimdən.

Məlum olur ki, İslamdan öncə Qüreyşin rəsmi dini İbrahim dini olmuş və yalnız bu din Allah tərəfindən məqbəl sayılmışdır.

Bu mövzuda şahid gətirilən son nöqtə həzrət Peyğəmbərdən (s) Əbdül Mütəllibi peyğəmbərlər cərgəsində göstərir: «Sübhan Allah cəddim Əbdül Mütəllibi peyğəmbərlərlə (və (ərəbi) ) məhşur edər». Bütün bunlar bir sübutdur ki, Peyğəmbərin (s) ata-babaları, eləcə də onların etiqadca müvəhhid, əxlaqca səxaətli, qonaqpərvər, haqq müdafiəçisi olmuşlar. Onlar nəsilbənəsil Qüreyşin ictimai şənini öhdəyə almışlar. Heç bir şirk, dində laqeydliyi onlara aid etmək rəva deyil. Əlbəttə, sübutlar bir bununla sona yetmir. Bütün bunları araşdırmaq vaxt və hövsələ tələb edir. Ümid edirik ki, qeyd edilən sübutlar uyğun şübhələri aradan qaldırmaq üçün kifayətdir və həzrətin (s) pak və təqvalı babalarını ayrı-ayrılıqda araşdırmağa ehtiyac yoxdur. Bu hissənin sonunda Peyğəmbərin (s) peyğəmbərlikdən əvvəl İbrahim dinində olmasının zikrindən sonra onun ata-anasının həyatına nəzər salacağıq.

 

BİRİNCİ MƏSUM HƏZRƏT MUHƏMMƏD (s)

PEYĞƏMBƏRİN (s) ŞƏXSİYYƏTİ

Adı: Muhəmməd.

Ləqəbı: Əmin.

Kunyəsi: Əbül-Qasim.

Atasının adi: Abdullah.

Anasının adi: Aminə.

Doğulduğu yer: Məkkə.

Doğulduğu tarix: Fil hadisəsindən iki ay sonra (570-ci) miladi il).

Vəfat tarixi: Hicrətin on birinci ili.

Vəfat yeri: Mədinə.

Məzarı: Mədinə.

QUREYŞ QƏBİLƏSİ

Qureyş qabiləsi Hicazda olan ərəb qabilələri arasında an hörmətli qəbilərdən biri sayılırdı. Həzrət Peyğəmbərin (s) dördüncü babası Qüsəy ibn Kilab Allah evinin (Kəbənin) xidmətçisi və nəzarətçisi idi. Qureyş müxtəlif tayfalardan ibarət idi ki, həmn tayfaların da ən hörmətlisi bəni Haşim idi. Haşim ağılı. Şöhrətli və Məkkə əhalisi arasında böyük nüfuz sahibi olan bir şəxsiyyət kimi tanınmışdı. O, xalqın bütün məsələlərinə böyük həvəslə maraq göstərirdi, hətta Məkkə əhalisinin güzəranını təmin etmək məqsadilə yay və qış səfərlərini də təşkil etmişdi. Göstərdiyi böyük və əvəzsiz xidmətlərinə görə əhali ona Seyyid- yəni ağa, başçı ləqəbini vermişdilər. Elə buna görədir ki, onun və Peyğəmbərin (s) nəslindən olanlar da Seyyid adlanır. Həşimdən sonra oğlu Müttəlib, daha sonra isə nəvəsi Əbdülmüttəlib xalq arasında olduqca böyük hörmətə malik idi. O zaman Əbrəhənin Məkəyə basqın edərək ağır məğlubiyyətə uğraması Əbdülmüttəlibin xalq içərisində olan etibarını daha da artırmışdı. Abdullah isə Əbdülmüttəlibin ən çox sevdiyi oğlu idi. Abdullah iyirmi dörd yaşında ikən Aminə adlı pak və nəcabətli bir qiz ilə evləndi və bu mübarək evliliyin nəticəsində Fil hadisəsindən iki ay sonra Muhəmməd adlı nurlu bir oğlan uşagı dünyaya gəldi. Abdullah hələ oğlu dünyaya gəlməmişdən əvvəl vəfat etmiş və Rəbimizin rəhmətinə qovuşmuşdu. Az müddət sonra anasını da əldən verən sevimli Peyğəmbərimizin tərbiyəsi ilə məşğul olmağı babası Əbdülmüttəlib öz öhdəsinə götürdü. Həzrət Peyğəmbər (s) Allahın himayəsi sayəsində çox qısa bir müddətdə camaatın sevdiyi, hörmət bəslədiyi bir cavana çevrildi. Belə ki,bütün Məkkə əhalisi ona təkcə hörmət və məhəbbət bəsləmir, mal-dövlətlərini də onun yanında əmanət qoyurdular. Sonralar o Həzrətə bu üstün əxlaqi səviyyəsinə görə qureyşin əmini (yeni Qureyşin ən etibarlı şəxsi) ləqəbini vermişdilər. O Həzrət məzlum və kasıbların tərəfini saxlayaraq, onları qoruyur,onlarla birlikdə oturub-durur, yemək yeyir, dərdlərinə qulaq asır və onların çıxış yolunu axtarıb tapırdı. Daha sonra həzrət Muhəmməd (s) əmisi Əbu Talibin istəyilə Xədicənin karvanına qoşuldu. Düzlüyü və etibarlığına görə karvanın başçısı seçilən Muhəmmədə onun camaatın içindəki hörmətinə heyran qalan Xədicə ona evlənmək təklifi irəli sürdü. Həzrət Peyğəmbər (s) bu evliliyi münasib hesab etdiyindən Xədicə ilə evlənməyi qəbul etdi. Bu mübarək izdivacın meyvəsi bütün məsum imamların anası olan Həzrət Fatimədir (s.ə).

RAHİB BEHEYRANIN HADİSƏSİ

Bir müddət Həzrət Muhamməd (s) öz əmisnin yaninda yaşadı və hələ həddi-buluğa yetişməmiş yaşında bir dəfə əmisi onu götürüb ticarət üçün Şama getdi. Böyük bir dəstə ağır karvanla çoxlu mal götürüb yola düşdülər. Suriya torpağında Bəsri şəhərinə yetişərək bir məbədin yanında xeymə quraraq dayandılar. Beheyra adlı rahib məbəddən çıxaraq karvanı qonaq olmağa dəvət etdi, hamı bu dəvəti qəbul edib getdilər. Əbu Talib də Həzrəti Muhəmmədi (s) şeylərin yanında qoyub dəstəyə qoşularaq qonaqlığa getdi.

Beheyrə soruşdu:

-Hamımız gəlmisiniz?

Əbu Talib dedi:

-Hamıdan kiçik olan bir cavandan başqa hamı gəlib.

Beheyra dedi ki, ou da gətirsinlər.

Əbu Talib zeytun ağacının altında gözləyən Muhəmmədi (s) səslədi, o da rahibin yanına gəldi. Beheyra o Həzrətə (s) dərin baxışla nəzər salaraq dedi:

-Yanıma gəl sənə sözüm var.

Sonra onu yanına gətirdi, Əbu Talib də onların yanına getdi.

Beheyra ona dedi:

-Səndən bir şey soruşum, səni and verirəm Lat və Üzzaya ki, cavab verəsən.

(Lat və Üzza Məkkədə camaatın pərəstiş etdiyi iki böyük bütün adıdr).

O həzrət (s) buyurdu:

-Mənim nəzərimdə bu iki büt ən qəzəb düçar olmuş əşyadır.

Beheyra dedi:

-Səni and verirəm bir Allaha ki, düz danış.

O Həzrət (s) buyurdu:

-Mən həmişə düz danışıram və heç vaxt yala danışmamışam. Sən öz sualını soruş.

Beheyra dedi:

-Nəyi daha çox sevirsən?

Buyurdu:

-Təkliyi.

Beheyra süyledi:

-Nəyə çox tamaşa etməyi xoşlayırsan?

Buyurdu:

-Göylərə və ulduzlara.

Beheyra dedi:

Ne fikirləşirsən?

Buyurdu:

-O Həzrət (s) süküt etdi, lakin Beheyra diqqətlə onun alnına baxırdı.

O dedi:

-Ne vaxt və nə fikirlə yatırsan?

Buyurdu:

-Gözlərimi göylərə dikərək ulduzlara baxıram, onları öz ətəyimdə, özümü isə onlardan yuharıda görürəm.

Beheyra dedi:

-Yuxuda ne görürsən?

Buyurdu:

-Bəli, yuxuda nə görürəmsə, ayılanda da onu görürəm.

Beheyra soruşdu:

-Məsələn, nə yuxu görürsən?

O Həzrət (s) tərpənmədən dedi:

-Gəl bax.

Beheyra yerindən qalxaraq onun yanına gəldi, paltarını çiynindən yuxarı qaldırdı, kürəyində qara bir xal göründü. Rahib ona baxaraq dodaqaltı söylədi:

-Özüdür ki, var.

Əbu Talib soruşdu:

-Nədir? Nə danışırsan?

Beheyra dedi:

-Bizim kitablarda bəhs edilən nişanədir.

Əbu Talib soruşdu:

-Hansı nişanə?

Beheyra söylədi:

-Bu cavan sənin kimindir?

Əbu Talib o Həzrəti (s) öz övladları kimi sevdiyindən  dedi:

-Mənim övladımdır.

Beheyra dedi:

-Yox, bu cavanın atası gərək ölmüş olsun.

Əbu Talib təəccübləndi:

-Sən haradan bilirsən? Bəli, bu cavan qardaşım oğludur.

Beheyra Əbu Taliba dedi:

-Qulaq as, bu cavanın gələcəyi heyrətamiz və çox parlaqdır. Mən gördüyümü başqaları da görsələr və onu tanısalar, öldürərlər. Onu düşmənlərdən qoruyub saxla!

Əbu Talib soruşdu:

-De görüm, o kimdir?

Beheyra söylədi:

-Onun gözlərində böyük bir peyğəmbərin gözlərinin əlamətləri və kürəyində isə onun açıq-aydın nişanəsi vardır.

 NƏSTURİ RAHİBİNİN QİSSƏSİ

      Bir neçə ildən sonra yenə o Həzrət (s)  Xədicənin ticarət işləri ilə əlaqədar Şam tərəfə getmişdi. Xədicə öz qulamı Meysərəni də onunla göndərmiş, ona Muhammədə (s) tam itaət etməyi tapşırmışdı. Bu səfərdə Suriya torpağina yetişəndə Bəsri şəhərində birrahib qalırdı.

Rahib Meysərəni tanıyırdı və ondan soruşdu:

-Ağaç dibində dincələn kimdir?

Meysərə dedi:

-Qureyşdən bir nəfərdir.

Rahib söylədi:

-Gözlərində qırmızılıq nişanəsi varmı?

Meysərə dedi:

-Bəli, onun gözlari həmişə bu halda olur.

Rahib söylədi:

-O özüdür, Allahın sonuncu peyğəmbəridir. Kaş onun dəvət etdiyi günü görəydim.

TAİF

Peyğəmbərliyin on üçünçü ilində o Həzrət (s) və Bəni-Haşim Şüəb vadisindən çıxdı. Həmin il Peyğəmbəri-əkrəm (s) Məkkənin 100 kilometrliyində olan Taif şəhərinə səfərə çıxaraq buranın camaatını  islama dəvət etdi. Lakin şəhərin cahilləri hər tərəfdən töküşülüb söyüş söyərək onu daşa basdılar. O Həzrət (s) şəhərdən çıxdı. Peğəmbəri-əkrəm (s) Taifdən Məkkəyə qayıtdı və bir müddət burada qaldı, lakin onun həyatı əmin-amanlıqdan uzaq idi. O, camaat arasında görünmürdü. Məkkənin böyükləri şəraitin öz  istək və mənafelərinə uyğun olduğunu görüb şəhərin məşvərət məclisi sayılan Darül-nədvədə o Həzrətin (s) işinə birdəfəlik son qoymaq məsələsini irəli sürdülər və bu barədə qərar çıxardılar. Məclisin qərarına əsasən ərəb qəbilələrinin hər birindən bir nəfər nümayəndə seçilməli və sonra həmin nümayəndələr bir yerə toplaşaraq birlikdə o Həzrətin (s) evinə tökülüşərək onu qətlə yetirmli idilər. Bütün qəbilələrdən olan nümayəndələrin bu təqbirdə iştirakı onunla bağlı idi ki, Bəni-Haşim-yəni Peyğəmbərlərin (s) qəbiləsi onlara qarşı müqavimət göstərə bilməsin. Üstəlik Bəni-Haşimdən bir nəfərin bu təqbirdə olması bu qəbilənin dilini gödək edirdi. Düşmənlər bu çirkin tədbiri gərçəkləşdirmək üçün qəti addım atdılar və müxtəlif qəbilələrdən toplanan 40 nəfərə yaxın dəstə o Həzrəti (s) öldürmək məqsədilə gecə ikən onun evini mühasirəyə aldırar. Onlar səhərə yaxın evə tökülüb öz qərarlarını icra etmək istədilər. Lakin Allahın-təala Peyğəmbəri-əkrəmə (s) vəhu göndərdi və bu tədbir barədə onu xəbərlər etdi. Bu vəhyə uyğun Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə etdi. Peyğəmbəri_əkram (s) məsələni Həzrəti-Əlliyə (ə) bildirdi və ona öz yatağında yatmağı əmr etdi. O, vəsiyyətini edib gecə ikən evdən çıxdı. Peyğəmbərimiz (s) yolda Əbu Bəkri də özü ilə götürüb Mədinəyə yollandı. Mədinənin bir sıra böyük adamları bundan qabaq Peyğəmbərimiz (s) görüşmüş və ona iman gətirmişdilər. Hətta onunla peyman bağlamışdılar ki, əgər o Həzrət (s) Mədinəyə gəlsə onun tərəfinə keçib müdafiə etsinlər, irsini və canını qorusunlar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment