Azəri
Friday 19th of April 2024
0
نفر 0

ON ÜÇÜNCÜ HEKAYƏT

ON ÜÇÜNCÜ HEKAYƏT

 

İKi fƏdaKar

Möminlər ağası Həzrət Əli (əleyhissalam)-ın qanlı ürəyindən qopan odlu sözlər dağlar qayaları belə lərzəyə gətirdi, amma orada olanların xəstə ürəkləri hətta az da olmuş olsa belə tərpənmədi, bir neçə nəfərdən başqa. Onlar Əli (əleyhissalam)-ın çağırı-şına müsbət cavab vermədilər. Həzrət xütbənin sonunda üç dəfə buyurdu:

O kəs ki, itaət olunmur, onun yi yoxdur.” Bu vaxt bir şəxs qardaşı ilə birlikdə ayağa qalxıb dedi: Ya Əmirəlmöminin, budur mən qardaşım sizin buyurduğunuzu qəbul edirik, necə ki, Allah Həzrət Musanın camaatına buyurmuşdu, o zaman Musa dedi:

Pərvərdigara, mənim ixtiyarım təkcə özümə qardaşıma aiddir.” Bizə fərman ver, and olsun Allaha, sənin əmrinlə cihad meydanına tərəf hərəkət edərik, hətta yolumuzda tikan oddan ən böyük maneələr belə olarsa, hamısını aradan apararıq. Düşməni məğlub etmək üçün işə başlayarıq. Həzrət Əli (əleyhissalam) onların hər ikisini dua etdi.

 

 ON DÖRDÜNCÜ HEKAYƏT

 

SƏfƏrbƏrliK

Həzrət Əli (əleyhissalam) Müaviyəənin ordusu Ənbar şəhərinə hücum etdiyi zaman İslam ordusunu səfərbər etmək fikirində idi. İşğalçıları qəsb etdikləri torpaqlardan qovmaqdan ötrü bütün imkanlarını işə saldı, lakin İraq camaatının vəfasızlığı Əli (əleyhissalam)-ın bu hədəfə çatmasının qarşısını aldı.

O, odlu xütbə inqilabi çıxışdan sonra (“Nəhcül-bəlağənin 27-ci xütbəsi) yaxın köməkçilərindən olan Harisi camaatı cihada dəvət etməyə göndərdi. Haris camaatın yanına gəlib belə fəryad etdi: “Canlarını Allaha satıb dünyanı axirətə dəyişənlər hardadır?

Hər kəs bu işdə razı olsa sabah Rəhbər məhəlləsində yığılsın.” Təyin olunmuş gün mömin pak qəlbli şəxslər həmin məhəllədə yığışmışdılar, lakin onların sayı 300 nəfərə çatsaydı onların barəsində hökmün yim olardı, ancaq indi bu barədə heç bir fərman verməyəcəyəm!

 

ON BEŞİNCİ HEKAYƏT

 

ƏmƏl adamI olun!

Zəhhak ibni Qeys Müaviyənin yaxın köməkçilərindən biri, eləcə qaniçən qarınqulu dərbar nökəri idi. Həkəmeyn macərasından Xəvaricin məhvindən sonra Müaviyə Həzrət Əli (əleyhissalam)-ın öz ordusunu onlunla müharibəyə hazırlamasından xəbər tutduqda vəhşətə düşdü. Dəməşq ətraf camaatı Əli (əleyhissalam)-ın ordusu ilə müharibə aparmaq üçün hərəkət etməyəə çağırdı. Müaviyə Zəhhak ibni Qeysi yüz dörd min nəfərlik ordusuna başçı təyin edib bütün ixtiyarları ona tapşıraraq hücum, qətl qarət əmri verdi. Zəhhak öz ordusu ilə Kufəyə sarı yollandı. Yol boyunca minlərlə qətl qarətə başladı. Sələbiyyə adlı məntəqəyə yetişkdikdə Məkkəyə tərəf həcc mərasimini yerinə yetirməyə gedən karvana həmlə edərək karvan camaatını talayıb azmış kimi aldı Abdullah ibni Məsudun qardaşı oğlu Peyğəmbərin səhabəsi Əmr ibni Üəysi bir dəstə öldürdü. Bu xəbər Əli (əleyhissalam)-a çatdıqda Həzrət İraq camaatının o qoşuna doğru gəlməsini təkid etdi. Həzrət Əli (əleyhissalam) camaatın süstlük etməsini gördükdə şəxsən özü Kufədən çıxıb Qərrəbəynə sarı yola düşdü. Hücr ibni Ədi özünün dilavər müxlis köməkçisini çağırıb dörd min nəfər döyüşçü ilə cəbhəyə yola saldı. Hücr ibni Ədi ordu ilə hərəkət edərək Tədəmmür torpağında Zəhhakın qoşunu ilə toqquşdu. Beləliklə müharibə başlandı. Bu döyüşdə Zəhhakın ordusundan 19 nəfər öldürüldü. Hücrin qoşunundan isə iki nəfər şəhadətə yetişdi, axşam düşdükdə Zəhhak kecənin qaranlığından istifadə edərək həmin məntəqədən qaçdı. Səhər açıldıqda Hücr ibni Ədi Zəhhakın qoşunundan bir nəfəri belə görmədi. Zəhhakın qoşununun qarət Beytüllahil-Hərəmə gedən ziyarətçilərə həmlə etmək xəbəri Əli (əleyhissalam)-a çatdıqda bir xütbə oxudu ki, həmin xütbəNəhcül-bəlağə (xütbə 29) gəlibdir. Bu xütbədə Həzrət ünsürcə süst olanları danlayıb dedi: Ey özləri bir-birinin yanında olub ürəkləri bir-birindən ayrı olanlar! Danışmaqda o qədər qaynarsınız, sanki daşları sındıracaqsınız, əmələ gəldikdə isə süstlük göstərirsiniz. Bilin ki, zəif gücsüz adamlar zülmün qarşısını heç vaxt ala bilməzlər. Əməl adamı olun söz yox! Sizlərin işi o yerə çatıbdır ki, qələbəsi nəticəsiz, oxları kamansız olanlara bənzəyirsiniz.

And olsun Allaha ki, sözlərinizi təsdiq etmirəm sizin qələbənizə heç bir ümidim yoxdur.” Axı dərdiniz vardır, dərmanınız nədir? Onlar da (düşmənləriniz) sizin kimi adamlardır, niyə onlar dəyanətli, sizlər isə zəif olmalısınız? Niyə gərək belə olsun?!

 

 

ON ALTINCI HEKAYƏT

 

HiCazIn tanIş İraqlI itKini

Doğrudan da dünya qədər aldadıcı hiyləgərdir. Təlhə Zübeyrin hər ikisi Həzrət Əli (əleyhissalam)-ı yaxşı tanıyırdılar. Onların hər ikisi Həzrət Əli (əleyhissalam) beyət edən ilk şəxslərdən idilər. Bundan əlavə Zübeyr Əli (əleyhissalam)-ın bibisi oğlu sayılırdı Zübeyrin anası Səfiyyə Əli (əleyhissalam)-ın bibisi idi. Elə buna görə Əli (əleyhissalam) Zübeyrin dayısı oğlu idi. Lakin Cəməl müharibəsində Təlhə Zübeyr Əlinin ordusuna qarşı çıxdılar. Buna görə Bəsrəyə gəlib buranı işğal etdilər.

Əli (əleyhissalam) bu müharibənin olduqca sülh yolu ilə qurtarmasına səy göstərirdi.

Həzrət, Təlhənin tərs, Zübeyrin isə yumşaq ürəkli adam olmasını bilirdi. Məhz elə buna görə Abdullah ibni Abbasa buyurdu: Mənim tərəfimdən get ancaq Təlhə ilə görüşmə, çünki, əgər onunla görüşmək istəsən Təlhəni buynuzları qulağının ətrafında burulmuş bir heyvan təki görəcəksən ki, həvəs atına minir deyir sakit atdır. Sən, çalış, Zübeyr-ürəyi yumşaq görüş ki, o mülayim adamdır. Onu görsən mənim sifarişimi ona yetir: “Dayın oğlu deyir: Sən məni Hicazda tanıyıb İraqda itirdin oldu ki, ilk tanışlığı unutdun?!” Əli (əleyhissalam)-ın hədəfi höccəti tamam edib müharibəyə başlamazdan qabaq Zübeyrə hidayət yolunu göstərib ona nicat vermək idi. Zübeyr isə bu vaxt qürur adlı bir dağın uçurumunda dayanmışdı. İbni Əbil Hədid yazır: İbni Abbas Əli (əleyhissalam)-ın sifarişini Zübeyrə çatdırdı, Zübeyrin cavabı isə iki başlı idi. Belə ki, onun söyləməsi aydın deyildi. Sonra yazır: Zübeyr oğlu Abdullahın təhriki ilə meydana atıldı, Əli (əleyhissalam) Zübeyrin yanına gəlib Peyğəmbər səlləllahu əleyhi alihi səlləmin buyurduqlarını Zübeyrə xatırladıb dedi: “Ey Zübeyr, sən zalımsan Əli (əleyhissalam)-ın müharibəsinə gedirsən.” Zübeyr peşman olub müharibədən əl çəkdi. Meydandan qayıtdıqda Aişə onu görüb dedi: “And olsun Allaha, mən hansı müharibədə olmuşamsa, yüz faiz agahlıq üzündən döyüşmüşəm, amma bu müharibədə şəkkdə qalmışam sərgərdanam.

Aişə dedi: Belə güman edirəm ki, Əbu Talib oğlunun qılıncından qorxdun ki, onun qılıncı daha iti kəsicidir, əgər ondan qorxmursansa bu heç təəccüblü deyildir. Çünki, səndən qabaq çoxları bu qılıncdan qorxub geri çəkilmişlər.

Zübeyr dedi: Heç fikirləşdiyin kimi deyil. Mənim geri çəkilməyimin səbəbi əvvəldə dediyimdir. (yəni Əlinin qoşununa qarşı vuruşmaqda şübhəm vardır ki, düzdür ya yox?). Sonra Zübeyr müharibədən əl çəkib Bəsrə cəbhəsindən uzaqlaşdı.

 

 ON YEDDİNCİ HEKAYƏT

 

YamaqlI ayaqqabI

Əli (əleyhissalam)-ın ordusu Kufədən çıxıb müharibə qızışdıranları məhv etmək üçün Bəsryə tərəf hərəkət edirdi. Ordular Ziyqar məhəlləsinə (Bəsrənin yaxınlığında) çatdıqda dinclərini almaq üçün orada dayandılar. Abdullah ibni Abbas deyir: Mən orduda idim Əli (əleyhissalam)-ın hüzuruna gəldikdə Həzrətin öz ayaqqabısını yamamaqla məşğul olduğunu gördüm. Həzrət mənə buyurdu: “Bu başmağın qiyməti qədər olar?” Dedim: “Qiyməti yoxdur.” (yəni qiymətsizdir!) Buyurdu: “And olsun Allaha, bu dəyərsiz başmaq mənim üçün hökumət rəyasətdən daha sevimlidir. Belə ki, eləyə bilim bu hökumətlə bir haqqı dirildərək batili məhv edəm.” Sonra qalxıb camaat üçün çıxış etdi. Bu çıxışda Həzrət belə buyurdu: “And olsun Allaha, mən Peyğəmbər səlləllahu əleyhi alihi səlləm zamanında İslam qoşununun başçısı idim onları irəliyə hərəkət etdirirdim. Beləliklə nahaq qoşunlar geri otuzduruldu. Nəhayət haqq aşkar oldu. Bu yolda heç bir zaman süstlük zəiflik göstərib qorxmadı. Elə indinin özündə bu hədəf uğrunda vuruşuram.”

 

ş ON SƏKKİZİNCİ HEKAYƏT

 

Din ya qeyrƏt?!

Naman ibni Bəşir düşmən havadarlarından biri idi. Bir gün o Müaviyədən Əli (əleyhissalam)-ın hökumət dairəsində olan vilayətlərini işğal etmək məqsədilə qoşun istədi. Müaviyə onu iki min nəfərə yaxın döyüşçü olan bir qoşuna başçı təyin etdi. Bu zaman Nalan ibni Bəşir iki min nəfərlik ordu ilə Eynut-təmr qəsəbəsinə hücum etməyi qərara aldı. Əli (əleyhissalam) tərəfindən Malik ibni b bu qəsəbəyə hakim təyin edilmişdi. Düşmən qəsəbəyə həmlə edən zaman Malik ibni bin min nəfərdən artıq köməkçisi yox idi. Bu zaman Əli (əleyhissalam)-a bir məktub yazdı.

Həmin məktubda vəziyyəti olduğu kimi Həzrətə məlumat verib ondan kömək istədi.

Hələ köməklər gəlib çatmamışdı ki, Naman Malikə həmlə etdi. Nəticədə Malik öz yoldaşları ilə birgə özünü müdafiəyə başladı, Malik köməkçiləri sanki sözü bir yerə qoyub qılınclarının qılafını sındırmışdılar ki, düşməni məğlub etməyincə bir öz şəmşirlərini qılafa qoymasınlar. Bu zaman Malik öz köməkçilərindən sayılan Abdullah Əzdi ni Eynut Təmrin yaxınlığında yaşayan İmamın yaxın silahdaşlarından kömək almağa göndərdi Əzdi ora gedib Muxnəf ibni Səlim dən 50 nəfər kömək aldı. Bunu gördükdə İslam döyüşçülərinin əhval-ruhiyyəsi bir azd da qüvvətləndi. Saylarının az olmalarına baxmayaraq qoşununu məğlubiyyətə uğratdılar.

Əli (əleyhissalam)-ın qoşununa kömək qüvvə gələcəyindən qorxan Naman gecə ikən Şama tərəf qaçdı. Nəticədə Eynut-təmr qəsəbəsi alnı-açıq Əli (əleyhissalam)-ın silahdaşlarının əlində qaldı. Bu zaman Malik Eynut-Təmrin başçısı Əli (əleyhissalam)-a bir məktub yazaraq İslam qoşununun vəziyyətini Həzrətə elan edib bildirdi: Malikin ilk naməsi Əli (əleyhissalam)-ın əlinə çatdıqda camaatı toplayıb onlar üçün xütbə oxudu onları Eynut- Təmr cəbhəsinə kömək etməyə çağırdı. Bu vaxt camaatdakı süstlüyü sezib onlara qarşı qəzəblənən Əli (əleyhissalam) ora toplaşanlara belə buyurdu:

Məgər dininiz yoxdur ki, sizləri öz ətrafına toplasın ya qeyrətsizsinizmi ki, düşmənin cəsarətinə baxıb susursunuz. Aranızda durub kömək üçün qədər fəryad etsəm belə məni dinləmirsiniz.?!!

Siz mənim göstərişlərimi yerinə yetirmirsiniz. Bu zaman Yalnız Ədi ibni Hatəm Əli (əleyhissalam)-a müsbət cavab verərək Təy qəbiləsindən min nəfərin bu döyüşdə hazır olduğunu bildirdi.

İmam onlara Nuxəylə ordusuna tərəf getmələrini tapşırdı. Hərəkət əmrinin verilməsini gözləyirdilər ki, bu zaman Malikin ikinci məktubu yetişdi Əli (əleyhissalam) bu qələbədən çox xoşhal oldu. Həzrət gəlmiş məktubu Kufə camaatı üçün oxuyub Allaha həmd-səna etdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment