Azəri
Friday 19th of July 2024
0
نفر 0

ş ON DOQQUZUNCU HEKAYƏT

ş ON DOQQUZUNCU HEKAYƏT

 

HƏKƏmeyn ƏhvalatI

Möminlər ağası Həzrət Əli (əleyhissalam)-ın xilafəti dövründə baş verən ən mühüm hadisələrdən biri Həkəmeyn əhvalatıdır ki, onu burada xülasə olmuş olsa qeyd etməyi lazım bildik. Həzrət Əli (əleyhissalam) 36 hicri ilinin Şəvval ayının 5 ki, bu da hökumətinin birinci ilinə təsadüf edir. Müaviyənin təcavüzkar ordusunun məğlubiyyətə uğratmaq üçün silahdaşları ilə birlikdə Siffeyn vilayətinə (İraqla Şam arasında) yola düşür. Bu müharibə 18 ay davam edir. Müharibənin sonunda artıq Əli (əleyhissalam) qələbəsi ehtimalı möhkəmlənmir. Müaviyə ordusunun isə məğlubiyyət nişanələri sezilirdi.

Bu həlledici böhranda məlun Əmr As tərəfindən (Müaviyənin xüsusi müşaviri) bir hiylə quruldu.

Belə ki, Müaviyə ordusunun Quranları nizə başına keçirmələri planlaşdırıldı, eləcə qoşununEy Əli (əleyhissalam)-ın ordusu gəlin hər iki tərəf arasında Quran hakim olsun. Quran hər hökm etsə onlu qəbul edək.

Müharibə qan axıdılmasının qarşısını alın.

Zahirdə xoş, batində isə aldadıcı sui-qəsddən savayı bir şey olmayan baş tumuş hiylə əsgərləri aldatdı. Daha Həzrətin müharibəni davam etdirmək barədə əmrlərinin dinləmədilər. Həzrət bunun Müaviyə ilə Əmr Asın aldadıcı hiylələri olmasını onlara başa saldısa da əsgərlərdən bir çoxu Əlinin (əleyhissalam) sözünə etina etmədi. Elə bunlar görə Əli (əleyhissalam)-ın ordusunda ziddiyyət əmələ gəldi.

Nəticədə Müaviyənin ordusu müqəddəs kitabın fərmanını məhv edib tapdadılar. Bu ziyan verici hiylə nəticəsində Əli (əleyhissalam)-ın ətrafındakıları aldatdılar. Həzrət Əli (əleyhissalam) onlara qədər nəsihət etdisə ona qulaq asan tapılmadı. Bu zaman İmam Allaha pənah aparıb belə buyurdu:

Allahım, sən bilirsən ki, onların hədəfi Quran deyildi.” Sözün qısası budur ki, Əli (əleyhissalam)-ın minlərlə yaxın köməkçlərindən, eləcə Əşəs ibni Qeys (münafiqlərin başçısı) din əqidə oğrularının zahirdəki aldadıcı oyunları ilə həmin əqidədən sui istifadə edərək hətta Müaviyə tərəfdarlarından daha alçaqcasına Əli (əleyhissalam)-ın ətrafını tutdular belə fəryad edib dedilər:

Allahın əmrindən başqa fərman yoxdur.” onlar Həzrət Əli (əleyhissalam)-a Müaviyə ilə müharibəni dayandırmağı qəbul etdirdilər ki, məktubundan sonra Həkəmiyyət mövzusunu irəli çəkdilər. Belə ki, həm İmam Əli (əleyhissalam), həm Müaviyə ordusu tərəfindən bir nəfər nümayəndə təyin olunsun.

Həzrət Əli (əleyhissalam) Həkəmiyyətə qol qoymağa məcbur edildikdən sonra Abdullah ibni Abbası öz nümayəndəsi kimi təklif etdi. Çünki, məhz Abdullah Əmr Asın aldadıcı hiyləsinin öhdəsindən yaxşılıqla gələ bilərdi.

Müaviyə Əmr Ası nümayəndə ünvanıyla təyin etmişdi. Əşəs ibni Qeys Müaviyənin gizli qasidi idi. O, ibni Abbasın bu həkəmiyyətdə olmasına qarşı çıxdıqda Həzrət Əli (əleyhissalam) Malik Əştərin nünayəndəliyini irəli sürdü. Bu seçki ilə müxalifət olunduqda vəhdəti qorumaqdan ötrü Əli (əleyhissalam) məcbur oldu ki, onların təklif etdiyi Əbu Musanın Həkəmiyyətini qəbul etsin. Qərardaddan sonra yenə bir qrupun bu qərardadı qəbul etmələri bildirildi.

Hökumət yalnız Allaha məxsusdur

Əmr As qırx nəfərlə Əbu Musa isə dörd yüz nəfərlə Dəvmətil cundəl (Həkəmiyyət məhəllində) hazır olduqda müzakirənin sonunda hiyləgər Əmr As tam xüsusi bir iclasda nadan Əbu Musadan son nəzərini soruşub dedi: Son nəzərin nədir?

Əbu Musa dedi: Mən hər ikisini (Əli Müaviyəni) xilafətdən götürür müsəlmanları isə xəlifə seçmək üçün şuraya dəvət edirəm. Əmr As öz hiyləsinin baş tutduğunu gördükdə yalandan and içdi ki, bu yaxşı fikirdir.

Ümumi iclas qurulduqda Əmr As Əbu Musaya dedi: Sən öz fikrini söylə Əbu Musa fikir söyləməkdə qabağa düşməsini israr etsə o qabağa düşüb dedi: “Mən Əli Müaviyəni xilafətdən kənarlaşdırıram. Özünüz yığışıb yeni bir xəlifə seçin.” Bu zaman Hiyləgər Əmr As cəldə yerindən durub: Əbu Musanın dediyini eşitdiniz. O öz rəisi Əli (əleyhissalam)-ı xilafətdən götürdü, yəni kənarlaşdırdı, elə mən onu kənar hesab edib yerində isə öz rəisim Müaviyəni təyin edirəm, deyib öz üzüyünü sağ əlinədn çıxardıb sol əlinə keçirdi Əli (əleyhissalam)-ı viladətdən bu cür çıxarıb Müaviyəni onun yerinə nəsb edirəm-dedi.

Yuxarıda qeyd olunan Əli (əleyhissalam)-ın xilafəti zamanı ən iyrənc siyasi hadisələrdən biri hesab olunur. Məhz Həkəmeyn əhvalatı da həmin Xəvaricləri əmələ gətirmişdilər. Baxmayaraq ki, Əli (əleyhissalam) Əgər Abdullah ibni Abbası bəyənmirsinizsə onda yerinə Malik Əştəri göndərin- deyə buyurmuşdu, ancaq Əşəs onun əshabı isə cavabında belə demişdilər.

Biz Əbu Musadan başqa bir kəsi təyin edə bilmərik. “Hər halda o şey ki, olacaqdı oldulakin çox təəccüblü idi ki, çirkin Həkəmeyn macərasının bais baniləri sonradan öz peşmanlıqlarını büruzə verərək tam həyasızlıqla bütün günahları Əli (əleyhissalam)-ın boynuna yıxıb dedilər:

Axı Əli niyə bu təhkimə razı oldu? Elə buna görə Əli kafirdir.” Bunlar dəfələrlə Əli (əleyhissalam)-ın hüzuruna gəlib fəryad edirdilər: “Hökumət Allaha məxsusdur!!!” İndi qayıdaq əsl mətləbə: Dastanın seçilmiş hissələrinin şərhində Xəvaricin (iman əqidə oğrularının) şüardarınınHökumət Allaha məxsusdur.” olmasını bu cazibəli şüarla camaatı aldatmasını başa düşdük. Məhz bunlar idi ki, camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldıraraq həyatda ən böyük zərbəni o Həzrətin ilahi hökumətinə varid etdilər. Möminlər ağası Həzrət Əli (əleyhissalam) buyurdu:

Bu haqqın öz sözü idi, lakin bu sözdən batil bir şəkildə istifadə edildi bəli hökumət hökm Allaha məxsusdur.”

Beləliklə, o, Xəvaricin nadürüst əqidə nifaq yaradan simalarını xalqa nümayiş etdirərək onlara xəbərdarlıq etdi ki, din maskası arxasında müharibəyə gələnlərə inanmayın.

 

 

 İYİRMİNCİ HEKAYƏT

 

SƏbr dÖzüm

İmam Əli (əleyhissalam) həmişə səy edirdi ki, bacardığı qədər düşmənlərlə ortaya çıxan problemləri səbr, həvəs dözümlə həll edib imkan dairəsində müharibəyə qol qoymasın, habelə müharibəni başlayan ilk şəxslərdən hesab olunmasın. Həzrətin müharibəsi bir növ müdafiə xarakteri daşıyırdı.

Əli (əleyhissalam)-ın ən qəddar düşməni) olan Müaviyəyə gəldikdə isə, Həzrət ilk növbədə ona müxtəlif məktublar, eləcə bir çox qasidlər göndərdi ki, xalqın müxtəlif problemləri Allahın əmrlərinə əməl etmək yolu ilə həll edilsin.

Məsələn: İmam Əli (əleyhissalam) Şam əhlindən olan Cərir ibni Abdullaha bir məktub verib onu Müaviyənin yanına göndərdi. Cərir Əli (əleyhissalam)-ın məktubunu Müaviyəyə çatdırıb onları Həzrətin doğru yolu ilə getməyə dəvət edərək Müaviyəyə dedi: “Sən müsəlmanların seçdikləri yolu seç! Daha demə ki, mən Şamda Osmanın valisiyəm.”

Müsəlmanların xəlifəsi Əli (əleyhissalam)-dır gərək ona tabe olasan. Müaviyə zahir cavabında belə dedi: Bu barədə fikirəşməyin, lakin Əli (əleyhissalam)-ın onu öz vəzifəsində saxlamağa qadir olmadığını duyduqda camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldırırdı.

Cərir Müaviyədən məyus olduqda Kufəyə qayıtdı çox təəssüflər olsun ki, Kufə camaatı da ona qarşı çıxaraq Cəriri Müaviyənin tərəfdarı adlandırdılar. Bu böhtandan narahat olan Cərir Kufədən Qırqısa adasına gələrək ömrünün sonuna qədər orada yaşadı. Əli (əleyhissalam)-ın əshabı Həzrətin Müaviyə ilə müharibəyə qalxmasını təkid edirdilər. (Əlbəttə bu hazırlıq müharibə elan etmək idi). Amma Əli (əleyhissalam)-ın metodu isə başqa idi. O özünün müharibəni başlayan ilk şəxs olmasını istəmirdi. Böyük inqilabi səbr dözümlə öz işlərini əncam verirdi. Həzrət sülh qapılarını bağlamaq istəmirdi. Cəririn Şamdan Kufəyə gəlməsini nəzərə almaqla Həzrət bu barədə əshaba belə buyurdu:

Mənim Şam camaatı ilə müharibəyə qarşı olan səfərbərliyim onlarla sülh bağlamaq deməkdir. Eləcə əgər yaxşı görmək istəsələr bu yaxşı işin yolunu onların üzünə bağlamaq mənasındadır.”

Beləliklə Əli (əleyhissalam) müharibəni ilk başlamaq təşəbbüsünü qəbul etmədi. Həmişə çalışırdı ki, adamları haqq yoluna hidayət etsin. Elə buna görə bu yolda çox səbrli dözümlü idi.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment