Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu və ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.

155-ci xütbə

 

İmam Əli əleyhis-salamın Bəsrə əhlinə xitabən buyurduğu ağır hadisələrdən xəbər verdiyi kəlamlarındandır.

O fitnə pozğunluq dövründə kimin Allaha itaətə bəndəliyə gücü çatarsa, bunu etməlidir. Mənə itaət edib tabe olsanız, mən Allahın istəyi ilə sizləri çox ağır acı bir yol olsa da cənnət (əbədi ağalıq səadət) yoluna aparacağam.[1] O qadını (Aişənin mənə düşmən kəsilməsinin səbəbi budur ki,) qadınların düşüncəsinin süstlüyü yaxalamış, sinəsində kin düşmənçilik dəmirçinin qazanı qaynayan tək cuşa gəlmişdir.[2] Əgər onu mənə etdiklərini başqasına qarşı da görməyə vadar etsəydilər, bunu etməzdi.[3] Bundan (bütün bu çirkin əməllər, düşmən kəsilmək, fitnə törətmək, müsəlmanların qanını tökmək bu kimi işlərdən) sonra belə, əvvəlki (Allahın peyğəmbərinin vaxtındakı) hörməti böyüklüyü qalır, (peyğəmbərin zövcəsi möminlərin anası olduğuna görə əməllərinin cəzasını vermirik. Ancaq axirətdə) hesabı sorğu-sualı Allahladır.[4]

 

Bu sözlərin (iman barədə olan) bir hissəsidir

 

İman yolu (Allaha Peyğəmbərə meyl etmək) yolların ən işıqlısı (əbədi ağalıq səadətə çatmaq üçün) çıraqdan daha parlaqdır. (Yolçusu heç vaxt azmaz.) İman səbəbindən layiqli əməllərə yol açılır, layiqli əməllər imana yol göstərir.[5]

(Səmərəsi saleh əməllər olan) iman səbəbindən elm bilik abad olur.[6] Elm səbəbindən ölümdən qorxu xof yaranır.[7] Ölümün təsirindən dünya sona yetir. (Çünki məzar dünyanın son mənzili, axirət mənzilinin isə ilkidir.) Dünyanın vasitəsilə axirət ( əbədi səadət) əldə olunur.[8] Qiyamət səbəbindən cənnət pərhizkarlara yaxın, cəhənnəm isə azğınlara nəfspərəstlərə aşkar olar.[9] O meydanda son mənzilə doğru (əbədi cənnətdə səadətli xoşbəxt, cəhənnəm atəşində bədbəxt olmağa) tələssələr camaatın qiyamətdən qaçıb canlarını qurtarmağa yeri yoxdur (hamı ora daxil olmalıdır).

Bu sözlərin (qəbir əhlinin qiyamətdəki halı, camaatın yaxşı işləri görməyə pis işlərdən çəkinməyə, Qurani-Kərimə tabe olmağa həvəsləndirildiyi, fitnə-fəsadın baş verəcəyi haqda Həzrət Peyğəmbərin buyurduğunun bəyan edildiyi) bir hissəsidir:

(Qiyamətdə ölülər) qəbirlərdən çölə çıxar son mənzillərinə (cənnətə ya cəhənnəmə) gedərlər. Hər sarayın (cənnət ya cəhənnəmin) öz əhli var. (Oraya getməyə hazırdırlar. Xoşbəxtlər Allaha, Peyğəmbərə tabe olanlar cənnətə, bədbəxtlər günahkarlar cəhənnəmə.) Onu başqa saraya çevirməzlər. (Cənnət əhli cəhənnəmə getməz, cəhənnəmdəkilər isə cənnətə gedə bilməzlər.) O saraydan çölə çıxmazlar. (Cənnət əhlindən olmaq istəyirsinizsə, Allaha, Peyğəmbərə tabe olub camaatı yaxşı əmələ sözlərə yönəldin, nalayiq işlərdən çəkindirin. Çünki) yaxşı əməllərə dəvət pis işlərdən çəkindirmək Allahın bəyəndiyi, sevdiyi xasiyyətlərdən olan iki sifət əxlaqdır. (İlk baxışda heç bir ziyanı olmayacağı halda xeyir işlərə dəvət etmək pis işlərdən çəkindirməkdən qorxmaq doğru deyil. Öldürüləcəyini ruzisinin azalacağını ehtimal etmək yersizdir. Əksinə, bilmək lazımdır ki,) bu iki ölümü yaxınlaşdırmaz ruzini azaltmaz.[10] (Dinin hökmlərini öyrənmək üçün) Allahın Kitabı (Qurani-Kərimə müraciət) sizinlə olsun. Çünki Allahın Kitabı (bəndənin Allahla birləşməsi üçün) möhkəm (heç vaxt qırılmayacaq) bir kəndir, (haqq yolda hərəkət üçün) aşkar (qaranlığın yol tapmadığı) bir nur, (Allah peyğəmbərin elmində cahil nadan olmaq xəstəliyinə) şəfa bəxş edən dərman, (haqq elm maarifinə təşnə olanlar üçün) susuzluğu aradan götürən sirablıq, (ona) əl uzadana (xəta büdrəmələrdən) qoruyucu, ondan asılan (hökmlərinə tabe olan) üçün (ilahi əzabdan) nicatdır. Onda əyrilik yoxdur ki, düzəlsin. (Onda ixtilaf tapılmaz ki, düzəlişə ehtiyac olsun.)

Haqdan, həqiqətdən dönmür ki, ondan əl çəkilsin. (Dillərdə) çox təkrarlanmaqdan qulaqları döyməkdən köhnəlməz.[11] Onu dilinə gətirən doğru danışandır. (Çünki Qurani-Kərimdə həqiqətə zidd heç bəyan olunmamışdır.) Hər kim ona tabe olsa, (əbədi cənnətə) önə keçmişdir (xilas olmuşdur.). (Seyyid Rəzi buyurur:)

Bir kişi (İmam əleyhis-salam danışarkən) üzü Həzrətə dayanıb dedi: «Bizə fitnələrdən xəbər ver. Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi alih) onun necə olacağı barədə soruşmusanmıSonra İmam əleyhis-salam buyurdu: «Pak olan Allah (Ənkəbut surəsinin 1 2-ci ayələrində) الم أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ  «Əlif, lam, mim! Mənəm böyük Allah. İnsanlar yalnız (Allaha peyğəmbərə) «İman gətirdik!» -demələri ilə onlardan əl çəkiləcəyinimi sanırlar? Onlar (fitnə-fəsadla) imtahan olunmayacaqlarmıkəlamını buyurduqda bildim ki, Həzrət Peyğəmbər - səlləllahu əleyhi alih - bizim aramızda olduqca həmin fitnələr başımıza yağmayacaq. Sonra soruşdum: «Ya Peyğəmbər! Allahın sənə, haqqında xəbər verdiyi bu fitnələr nədirBuyurdu: «Ey Əli! Məndən az sonra ümmətim (səhv düşüncələrin təsirindən) fitnə pozğunluğa düşəcəkSonra dedim: Ya Peyğəmbər! Ühüd günündə[12] bir dəstə müsəlman şəhadət məqamına çatanda, mən Allah yolunda öldürülməkdən saxlandıqda, öldürülməməyim mənə ağır gələndə (buna görə qəmgin olanda) mənə «müjdələr olsun sənə ki, bundan sonra öldürüləcəksən» deyə buyurmadınmıSonra mənə buyurdu: «Dediklərin doğrudur. Şəhidliyi qəbul edərkən dözümün necə olacaqDedim ki, «ya Peyğəmbər! Bu səbrlik deyil, müjdə şükrdür. (Allah yolunda öldürülmək mənim üçün ən böyük nemət ilahi bəxşişdir.) Sonra buyurdu: «Ey Əli! Məndən sonra müsəlmanların var-dövlətləri ucbatından fitnə-fəsada düşəcəkləri gün yaxındadır. (Mal-dövlətin azlığı çoxluğu, halal ya haram yolla qazanılması, xeyir şər işlərə sərf edilməsi ilə sınağa çəkiləcəklər.) Dindarlıqlarına görə Allaha minnət qoyub, Onun rəhmət mehribanlığını Onun qəzəbindən amanda, asudə qalmağı arzulayarlar (halbuki dində qorxu, həmçinin Allaha Peyğəmbərə itaətsizliklə rəhmət arzusunda olmaq səhvdir). Onun qəzəbindən xatircəm olarlar (halbuki Onun qəzəbindən xatircəm olmaq rəhmətindən uzaqlaşmaq da rəhmətinə ümidsiz olmaq kimi böyük günahlardandır). Nadürüst şübhələrə (haqdan qiyamət gününün cəzasından) qəflətə salan istəklərə görə haramı halal edəcəklər. Sonra (buna görə ) şərabı üzüm xurma suyu(-na bənzətməklə), rüşvəti hədiyyə ərməğan, sələmi alver adı ilə halal sayacaqlarSonra dedim: «Ey Allahın Peyğəmbəri! Elə bir zəmanədə onları hansı təbəqənin insanları sayım? Onları mürtəd kafir, yoxsa fitnəyə uyanlar hesab edimBuyurdu ki, (dində) «fitnə sınaq» məqamında olanlardan.[13]

156- xütbə

 

İmam Əli  əleyhis-salamın (öyüd-nəsihət, günahlardan çəkinmək axirətə azuqə toplamaq barədə) olan xütbələrindəndir.

Şükrlər O Allaha məxsusdur ki, şükr etməyi Özünü xatırlamağın açarına, yaxşılıq bəxşişi artırma vasitəsinə, nemət böyüklüyünə aparan yola çevirmişdir.[14] Ey Allah bəndələri! Ruzigar indikilərdən əvvəlkilərdən ötən kimi ötəcəkdir. (Sizdən əvvəlkilər öldülər, siz diri qalmayacaqsınız.) Gedən (keçən ömür) geri dönməz, olan isə (yaxşı, yaxud pis) həmişə qalan deyil. Onun sonunun rəftarı ilkinki kimidir. (Keçmişdəkilər gələcəkdəkilərlə eyni cür rəftar olunacaq.) İşləri bir-birini ötər, nişanələr isə bir-birinin yanındadır. (Onun işləri tez məhv olar. Deməli, ağıllı insanlar ruzigarın gərdişindən ibrət alaraq ona ürək bağlamasınlar. Dünya yoxluğa yenilməyə elə sürətlə gedir ki,) sanki qiyamətdəsiniz. Sizləri sarvan doğuşlarından yeddi ay keçmiş südləri qurumuş dəvələrini qovan kimi qovur. (Hamiləliyinin son aylarında olduqlarına görə mehribanlıqla, yavaş-yavaş sürülən dəvələrdən fərqli olaraq bu dəvələri yüngül olduqlarından bərk, sürətlə qovurlar.) Başını başqa şeylərlə (nəfsi istəklər dünyanın bər-bəzəyi ilə) qatanlar bədbəxtliyin zülmətində sərgərdan qalar, (xilas ola bilməyəcəyi) pozğunluqlarla qarışar. (Azdıranların) şeytanları onu itaətsizliyə məcbur edər, pis əməlini gözündə bəzəyər. (Ey öz başını başqa şeylərlə qatan, bil ki, ibadət bəndəlikdə) öndə gedənlərin sonu cənnətdir, təqsirkarların (günahkarların) sonu isə atəşdir. (Əbədi cənnət yalnız günahlardan çəkinilməklə qazanıldığına görə buyurur:)

Ey Allah bəndələri! Bilin ki, təqva günahlardan çəkinmə möhtərəmliyin hasarlı sarayı, günahkarlıq isə öz sakinini (bəla çətinliklərdən) saxlamayan, ona pənah gətirəni qorumayan hasarlı zəlil saraydır. Agah olun, pərhizkarlıq günahların zəhərli dişindən uzaqlaşdırar, yəqinlik inamla (Allaha peyğəmbərə iman gətirməklə) yüksək məqamların sonu (əbədi cənnət) əldə olunar.

Ey Allah bəndələri, Allahdan qorxun! Sizlərə ən əziz olan insanlar onlardan sizin üçün ən sevimlisindən ötrü qorxun Allahdan (özünüzü fikirləşib öz hayınızda olun. Çünki təbii olaraq, heç kəsə özündən daha əzizi sevimlisi yoxdur). Çünki Allah sizin üçün haqq yolunu aşkar edib onun yollarını işıqlandırdı.[15] Deməli, (işinizi asan sanmayın ki, ölümdən sonra ya) bədbəxtlik zavallılıq yol yoldaşınız olacaq (Allahın Peyğəmbərin göstərişlərinə uyğun rəftar etməyənlər üçün), ya da əbədi səadət xoşbəxtlik (Allaha peyğəmbərə itaət edənlər üçün). Belə isə, məhv olan günlərdən (dünyadan) qalacaq günlər (axirət) üçün azuqə yığın ki, azuqə yığmaq yolunu sizin üçün qoyublar.[16] (Bu dünyadan) köçməyə məhkumsunuz sizin (bu dünyadan) getməyiniz üçün tələsirlər. Deməli, siz dayanmış (getməyə hazır olan ), getməyə vaxt hökm olunacağını bilməyən atlılar kimisiniz (bu dünyadan gedəcəksiniz).

Agah olun: axirət üçün yaradılmışın dünya ilə işi var? Tezliklə ondan alacaqları, günahının ziyanı sorğu-sualının qalacağı var-dövləti neyləyir?![17]

Ey Allahın bəndələri! Allahın vəd etdiyi xeyir mükafat (itaət bəndəlik) tərk olunası deyil. (Çünki Allahın fəziləti yaxşılığı ən böyük, ən yaxşı ehsandır.) Pislik cəzadan çəkindirdikləri (günah itaətsizlik) isə istəniləsi deyil. (Çünki Allahın cəzası ən ağır cəzadır.) Ey Allah bəndələri, əməllərə görə haqq-hesab olunacaq gündən çəkinin (hər kəsin əməl dəftərinə baxıb, onların ən xırda yaxşı pis əməllərini araşdıracaqlar). Həmin gündə saysız-hesabsız iztirab narahatlıq olar, uşaqlar qocalarlar.[18] Ey Allahın bəndələri, bilin ki, sizə özünüzdən olan gözətçilər əndamınızdan olan casuslar qoyulub.[19] (Mələklərdən) qoruyucular var ki, sizin əməllərinizi nəfəslərinizin sayını düzgünlüklə qeydə alırlar (yazırlar).[20] Gecənin qaranlığı sizin tükünüzü belə bu mələklərin gözündən yayındırmaz, möhkəm bağlanmış böyük qapı sizi onlardan gizlətməz. (Qısası, hər yerdə həmişə sizinlədirlər. Dünya keçici olduğuna görə) sabah (ölüm) bu günə yaxındır.

Bir gün onda olanlarla (yaxşı-pis, xeyir-ziyan) keçir, sabah da onun ardınca gəlir. (Sabahın yaxın olmağı ölümün çatması elədir ki,) sanki, sizlərdən hər biriniz torpaqdan olan tənha mənzilinə gorunun çuxuruna çatmışdır. Heyhat, tənha eviniz, qorxunc mənziliniz kimsəsiz məkanınızdan. Sanki (qiyamət gününün hamını dirildən uca səsi) fəryadlar qulağınıza çatmış, qiyamət sizi tapmış haqla batil arasında hökm vermək üçün üzə çıxmısınız (qəbirlərdən çıxmısınız). Bu vaxt sizdən (yersiz) bəhanələr nadürüstlüklər (əbəs sübutlar) uzaqlaşmış, aradan getmiş həqiqətlər sübut olmuşdur. Sizin hər yaxşı pis işiniz öz yerinə qayıdar.[21] Belə isə, (ölüm ondan sonrakı çətinliklərdəki) ibrətlərdən dərs alın, ruzigarın dəyişməsindən öyüd götürün (Allah Peyğəmbərin) qorxutmağından faydalanın. (Elə bir görün ki, özünüzü ilahi əzabdan qurtarasınız.)



[1] Çünki camaatın çoxu batili, pozğunluğu istəyəcəyindən Allaha, Peyğəmbərə tabe olmaq onlara çətin gələcək.

[2] Aişədə Həzrətə qarşı kin düşmənçilik yaradan səbəblərdən biri bu idi ki, Həzrət Peyğəmbərə məscidə açılan qapıları bağlamaq əmr olunduqda bütün qapıları, hətta Əbu Bəkrin qapısını bağlayıb Əmirəl-mömininin qapısını açıq saxlamışdır. Bundan başqa, Əbu Bəkri Tövbə surəsini oxumaq üçün Məkkəyə göndərmiş, sonra bu vəzifəni ondan alaraq Tövbə surəsini Əmirəl-mömininə vermiş onu göndərmişdir. Eyni zamanda, Fatimə əleyhas-salamın övladları olduğuna, Aişənin isə heç bir övladı olmadığına görə Həzrət Peyğəmbər Fatimənin övladlarını öz övladları bilirdi. Xülasə, bu qəbildən olan işlər Aişədə həsəd düşmənçilik yaratmışdı. Buna görə İmam əleyhis-salam (sözünü davam edərək bunları) buyurmuşdur.

[3] Çünki onun mənə düşmən kəsilməsi üçün bəhanə Osmanın öldürülməsi, döyüşməsi isə mənə bəslədiyi düşmənçilik kinə görə idi.

[4] Qiyamətdə Allah-təala onun üçün əzab müəyyən etmişdir. Bu barədə Qurani-Kərimin Əhzab surəsinin 30-cu ayəsində buyurulur: يَا نِسَاءَ النَّبِيِّ مَن يَأْتِ مِنكُنَّ بِفَاحِشَةٍ مُّبَيِّنَةٍ يُضَاعَفْ لَهَا الْعَذَابُ ضِعْفَيْنِ وَكَانَ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرًا «Siz, ey Peyğəmbərin zövcələri. Sizdən hansı biriniz açıq-aşkar bir nalayiq görsə, onun əzabı çox başqalarından ikiqat artıq olar. Bu, Allah üçün asandır

[5] Saleh əməllər imanın nəticə səmərəsidir. Bu əməllərin mömin bir bəndə tərəfindən icra edilməsi onun qəlbində imanın olmasına dəlalət edir.

[6] Onun sahibi xeyrə çatır. Çünki imansız əməlsiz elm insana Allahın rəhmətindən uzaqlaşmaqdan başqa bir şey vermir.

[7] Çünki başlanğıcı məadı bilmək ölümü xatırlamağı tələb edir. Ölümü xatırlamaq ondan qorxmağa, qorxu yaxşı əməl sözlərə, bu isə ölümün çətinliklərindən xəbərsiz cahildən fərqli olaraq əbədi səadətə çatmağa səbəb olur. Çünki cahilin bütün səyləri dünyaya sərf olunub əbədi xoşbəxtlikdən məhrum qalmışdır.

[8] Çünki dünya əməl meydanıdır onda axirət üçün azuqə toplamaq, Allahın Peyğəmbərin razılığını qazanmaq olar.

[9] Qurani-Kərimin Şuəra surəsinin 88-91-ci ayələrində buyurduğu kimi: يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ وَأُزْلِفَتِ الْجَنَّةُ لِلْمُتَّقِينَ وَبُرِّزَتِ الْجَحِيمُ لِلْغَاوِينَ «Qiyamət elə gündür ki, mal-dövlət, oğullar bir fayda verməz! (88) Ancaq sağlam, küfr günahdan təmiz bir qəlblə Allahın hüzuruna gələndən başqa! (89). Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılır (90). Cəhənnəm azğınlara göstərilir (91)».

[10] Çünki hər kəsin ölümü ruzisi müəyyən olunub, onda bir dəyişiklik olmaz.

[11] Hər sözü çox deyib eşitsələr, köhnələr. Yalnız bütün vaxtlarda təzə olan qiyməti artan Allahın kəlamından başqa.

[12] Ühüd Mədinə şəhərində Şam yolunun üstündə bir dağın adıdır. Orada hicrətin üçüncü ilinin şəvval ayının əvvəllərində Qüreyş qəbiləsinin kafirləri ilə müsəlmanlar arasında döyüş olmuşdur.

[13] Çünki onlar şərab, rüşvət sələmin halal olduğunu demirlər ki, dinin zəruri bildiklərini inkar edib kafir olsunlar. Əksinə, öz səhv yollarına görə şərabı üzüm suyu, rüşvəti hədiyyə, sələmi isə alverin xeyiri sanırlar. Üzüm suyu, hədiyyə alverin xeyri dində halal olduğundan onları da halal bilirlər.

[14] Çünki Ona şükr edib xatırlayan hər bir insan Onun daha çox yaxşılığını qazanır, saysız nemətlərini, böyüklüyünü başa düşür.

 

[15] Yaxşı pis yolu Qurani-Kərimdə bəyan edib, Peyğəmbər onun vəsilərinin sözlərini əliniz yetən yerdə qoydu.

[16] Böyük Allah Qurani-Kərimin Bəqərə surəsinin 197-ci ayəsində buyurur: وَتَزَوَّدُواْ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى وَاتَّقُونِ يَا أُوْلِي الأَلْبَابِ   Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır Ey ağıl sahibləri, Məndən qorxun! günahlardan çəkinin».

[17] Deməli, ağıl sahibləri dünyanı sevmək üçün bu qədər səy göstərməz, var-dövlət toplamağa çox çalışıb, öz əziz ömrünü hədərə sərf etməz.

[18] Qurani-Kərimin Muzzəmmil surəsinin 17-ci ayəsində buyurulur: فَكَيْفَ تَتَّقُونَ إِن كَفَرْتُمْ يَوْمًا يَجْعَلُ الْوِلْدَانَ شِيبًا «Küfr etmiş olsanız, uşaqları qocalara döndərəcək gündən özünüzü necə qoruyacaqsınız?!» Bu həmin günün çox ağır qorxulu olmasına işarədir.

[19] Qurani-Kərimin Nur surəsinin 24- ayəsində buyurulduğu kimi: يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُم بِمَا كَانُوا يَعْمَلُونَ  «Qiyamət günü dilləri, əlləri ayaqları etdikləri əməllər barəsində (onların əleyhinə) şəhadət verəcək».

[20] Qurani-Kərimin Qaf surəsinin 16-18-ci ayələrində buyurulur: وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيد إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ  مَا يَلْفِظُ مِن قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ «Biz insana şah damarından da yaxınıq! İki mələk onu əhatəyə almış həmişə biri sağında biri solundadır. Elə bir söz danışmaz ki, yanında bir hazır keşikçi olmamış olsun. Bu höccəti tamam etmək üçündür, yoxsa Allah hər şeydən, onun xırdalıqlarına qədər agahdır.

[21] Qısası, həmin gün haqq-həqiqət olan üzə çıxacaq, cəza mükafatdan çatası olanı çatacaqdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment