Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha

161-ci xütbə

 

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır. Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm digərlərinə məlum olan ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu:

Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab nigarançılığa düçar olan bir nadansan) cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan.[1] Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) soruşmaq haqqına malik olduğun bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün Allahın Peyğəmbərinə (səlləllahu əleyhi alih) yaxınlıq ( məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi ( həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi.[2] (Bizimlə onlar arasında) hakim Allahdır Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şerini misal gətirir:) «وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ» «Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma».[3] gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki onunla müharibədəki) bu böyük ( təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran nəticədə ondan bir şey qalmayan) əyriliyi çoxaldan bu böyük təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə onun tərəfdarları) hiylə kələk ilə Allahın nurunu çırağından söndürmək Onun suyunun qaynaq mənbəyi yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə qan axıdılmasına səbəb oldular). Buna görə qəm kədərlərin çətinlikləri bizdən onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa[4] isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qurani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): « فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ» «Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak məhv etmə. Çünki Allah onların etdiklərini biləndir ( onları əməllərinin cəzasına çatdıracaqdır)».

 

162-ci xütbə

 

İmam Əli əleyhis-salamın (şəni uca olan Allahın bəzi sifətlərinin bəyanı barəsindəki) xütbələrindəndir.

Şükr bəndələri yaradan, yeri döşəyən, bol suyu alçaq yerlərdə axıdan bitkiləri yüksəkliklərdə bitirən Allaha layiqdir. Onun əvvəl olmasının başlanğıcı əbədiliyinin sonu yoxdur.[5] (Buna görə buyurur:) Həmişə olmuş əvvəl sonu olmayan əbədi Odur. (Əzəmət böyüklüyünə görə ibadətə layiq olduğu üçün) alınlar torpağa qoyularaq Ona səcdə edib qəlblər Onun tovhid təkliyi barəsində yekdildir. Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan bənzərlikdən üstün olsun. (Deməli, şeylərin məhdud olmaları Onun bənzərinin olmamasına bir dəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv alətlərlə (zahiri batini qüvvələrlə) fərz edə bilməz. (Çünki Onun mümkün varlığın tələblərindən olan hədd, hərəkət, üzv aləti yoxdur.) Onun barəsində « vaxt olubdeyilmir. Həmçinin vaxta kimi olacağı müəyyənləşdirilməz.[6] (Ağıl qarşısında elə) əyandır ki, «nədən zahir oldudemək olmaz. (Gözlərdən elə) məxfidir ki, «nədə gizlənibdeyilməz. (Çünki O, bütün səbəblərin səbəbidir yer məkanda olmaqdan uzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla uzaq olması ayrılıqla deyil.[7] Bəndələrindən (baş verən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə (ya) işıq saçan ayın kölgə saldığı (zülmətini yox etdiyi) arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan çıxan zamanda (ay batan kimi gün çıxanda günəş batan kimi ayın görünməsində) ruzigarın günlərinin gecənin gəlməsi gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil.[8] O, hər bir son müddətdən, həmçinin hər bir saydan sayılandan qabaq olub. (Çünki O, hər bir şeyin yaradanı olduğu üçün yaranmışlardan qabaq olmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf cəhətlərin sonunu, yerlərin hazırlanmasını məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca uzaqdır.[9] (Buna görə buyurur:) Hədd son Onun yaratdığı varlığa layiqdir Ondan başqasına (mümkün varlıqlara) nisbət verilir. Əşyaları əzəli əbədi əsas, mənşə nümunələr əsasında yaratmayıb (çünki Onun yaratmasının mənşəyi olmayıb), bəlkə yaratdığını həddini təyin etdiyini (nümunə mənşəyi olmadan, sırf istəməklə) yaradıb. Vücuda gətirdiyinə surət şəkil verdi onun surətini gözəl münasib etdi. Heç bir şey Onun (fərmanı) müqabilində itaətsizlik etməz (hər bir şey itaətkar tabedir). İtaət tabeçilikdən Ona bir xeyir mənfəət nəsib olmur.[10] Onun keçən ölülər barəsindəki elmi qalan dirilər barəsindəki elmi kimidir. Həmçinin Onun uca göylərdə olanlara elmi, alçaq yerlərdəkilərə elmi kimidir.[11]

 

Bu da həmin xütbənin (insanın yaradılışının heyranediciliyi yaradanın əzəmət böyüklüyü barəsindəki) bir hissəsidir

 

Ey bərabər yaradılışla (heç bir nöqsan çatışmazlığı olmadan) yaradılan insan! Ey qaranlıq uşaqlıqda çoxlu pərdələrdə (bətn, uşaqlıq ciftin, yəni, insanın dünyaya gələrkən ana bətnindən onunla birlikdə çıxdığı pərdənin qaranlığında) qorunmuş məxluq! Xalis gildən ( torpaq ünsürlərindən təşkil olunmuş insan bədənindən) başlanmısan məlum ölçüyə (en, uzun, naziklik qalınlıq aşkar olana) bölünmüş müddətə (yeddi ya doqquz ay, yaxud ondan az ya çox hamiləlik dövrünə) qədər möhkəm yerə (ananın uşaqlığına) qoyulmusan. Ananın qarnında döl olmağına baxmayaraq, tərpənirdin. Sözə cavab vermir, səsi eşitmirdin. Sonra öz yerindən (ananın uşaqlığından) görmədiyin xeyir yollarını bilmədiyin evə çıxarıldın. Sənə ananın döşlərindən süd əmmək yolunu kim göstərdi? Səni ehtiyacın olan zaman möhtac olduğun istədiyin şeylə kim tanış etdi? (Məgər bütün bunlar yaradanın varlığına mövcud olmasına bir dəlil deyil ki, sən Onun zatının həqiqət mahiyyətini araşdırıb dərk etmək istəyirsən? Onun zatının həqiqət mahiyyətini dərk etmək) necə uzaqdır! (Çünki) şəkil, surət əndam sahibinin sifətlərində (onları tanımaqda) aciz qalan kəs, onu yaradanın sifətlərində daha aciz Onu, yaratdıqlarının hədd sifətləri vasitəsi ilə dərk etməkdən daha uzaqdır.[12]

 

163- xütbə

 

İmam Əli əleyhis-salamın yanına toplaşaraq Osmanın nalayiq əməllərindən şikayət edilərkən buyurduğu kəlamlarındandır. (Osmanın özünün nümayəndələrinin fitnə-fəsad əyrilikləri Mədinə digər şəhərlərdə yayıldıqdan sonra Mədinənin Həzrət Peyğəmbərin səhabələrindən olmuş digər sakinlərinin bir dəstəsi, başqa şəhərlərin əhalisinə belə bir məktub yazdılar: Siz ki Allah yolunda cihad edərək din düşmənləri ilə vuruşmaq istəyirsiniz, tez bizim yanımıza gəlin. Sizin xəlifəniz dini məhv edib aradan aparıb. Beləliklə, xalqın qəlbi Osmandan sındı onu məqamından uzaqlaşdırmaq qərarına gəldilər. Misir, Bəsrə Kufə əhalisinin böyük bir dəstəsi Mədinəyə gəldi.) Onlar (Osmandan İmama gileylənərək) o Həzrətdən onların tərəfindən Osmanla söhbət etməsini onun onların razılığını təmin etməsini (pis davranmaqdan əl çəkərək dində yaratdığı bidətləri yox etməsini, Həzrət Peyğəmbərin səhabələrinə bu qədər zülm etməməsini şəhərlərin hakimi vəzifəsinə düz insanları göndərməsini) istəməsini xahiş etdilər. Buna görə İmam əleyhis-salam Osmanın yanına gedib belə buyurdu:

Xalq mənim arxamdadır məni səninlə özləri arasında elçi vasitə təyin edib. (Məndən onların sözlərini sənə çatdıraraq fəsadı aradan qaldırmağımı istəyiblər.) Allaha and olsun ki, sənə deyəcəyimi bilmirəm. ( dil ilə danışım ki, sənə təsir etsin? Sənin bidət çirkin əməllərindən) sənin özünün xəbərsiz olduğun bir şey bilmirəm. Sənə tanımadığın bilmədiyin bir (yerinə yetirdiklərinin haram olması) barəsində bələdçi deyiləm. (Bəlkə özün davranışının haram dinə zidd olmasını bilirsən.) Bizim bildiyimizi sən bilirsən. (Sənin gördüyün işlərin çirkinliyi bizə məlum aşkar olduğu kimi sənin özünə aşkar məlumdur.) Bir şeydə səndən qabağa düşməmiş, səni ötməmişik ki, səni ondan xəbərdar edək. Heç bir hökmdə xəlvətə çəkilməmişik ki, onu sənə çatdıraq.[13] Sən bizim gördüklərimizi görmüş eşitdiklərimizi eşitmisən. Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) ilə biz ünsiyyətdə olduğumuz kimi, sən ünsiyyətdə olmusan. Əbu Quhafənin Xəttabın oğulları düzlüyə səndən layiq deyildi.[14] Halbuki sən qohumluq baxımından Allahın Peyğəmbərinə (səlləllahu əleyhi alih) onlardan daha yaxınsan.[15] Həmçinin sən Peyğəmbərin kürəkəni olmaqla Əbu Bəkr Ömərin çatmadıqları bir məqama çatmısan.[16] Odur ki, öz barəndə Allahdan qorx, Allahdan qorx! Çünki Allaha and olsun ki, sən kor olub sonra görən nadan olub sonra öyrədilən olmayacaqsan.[17] Həqiqətən yollar (Allahın hökmləri) aşkar dinin nişanələri (Quran Əhli-Beyt) möhkəm bərqərardır. Odur ki, (əgər qəflətə düşmüsənsə) bil: Allah yanında bəndələrin ən üstünü (haqq yola) hidayət olunmuş (başqalarını) hidayət edən, məlum sünnə (qayda) yolu (Həzrət Peyğəmbərin sünnəsini) bərqərar edən (onun əsasında davranan) batil səhv bidəti öldürən (aradan qaldıraraq xalqı onun səhvliyindən xəbərdar edən) ədalətli düz başçıdır. Həqiqətən sünnələr aydın aşkardır onların öz nişanələri var. Həmçinin bidətlər aşkardırlar onların (da) öz nişanələri vardır. Allah yanında bəndələrin ən pisi isə özü azğın olan başqaları onun vasitəsi ilə azğınlığa düşən, (Allahın Peyğəmbərindən) götürülmüş sünnəni öldürən məhv olmuş bidəti dirildən (haqdan əl götürüb batili yaymaq istiqamətində çalışan) zalım başçıdır. Mən Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) belə buyurduğunu eşitmişəm ki: «Qiyamət günü zalım başçını gətirəcəklər onun kömək edəni olacaq (ki, onu cəhənnəm odundan xilas etsin), üzrxahı (ki, əzabı ondan dəf etsin). Beləliklə, o, cəhənnəm oduna atılacaq dəyirman fırlanan kimi onda fırlanacaq. Sonra cəhənnəmin quyusunda dibində həbs olunaraq saxlanılacaq». Səni Allaha and verirəm ki, bu ümmətin öldürülən başçısı olmayasan. Çünki bundan əvvəl deyilirdi (Həzrət Peyğəmbər buyurub) ki: Bu ümmətdə bir başçı qətlə yetiriləcək (onun öldürülməsi nəticəsində) qiyamətə kimi qan axıdılması döyüş (qapısı) açılacaq, işlər onlara şübhəli qaranlıq görünəcək, aralarında fitnə-fəsadı yayacaq onlar haqqı batildən seçə bilməyəcəklər. Həmin fitnə-fəsadlarda çoxlu çaxnaşma törədər, haqdan əl götürərlər. Həmçinin çox iztirablı nigaran olarlar. Buna görə (səksən ildən artıq olan), uzun illərdən ömürü başa vurduqdan sonra (katib məmurun) Mərvan (ibn Həkəm) üçün düşmənin qarət edərək sürətlə sürdüyü dəvə kimi olma ki, səni istədiyi yerə sürsün.

Osman o Həzrətə dedi: Xalqla danış mənə möhlət versinlər ki, onlara edilmiş zülmləri aradan qaldırım. İmam əleyhis-salam buyurdu:

Mədinədə olana möhlət lazım deyil. Onda olmayanın möhləti isə sənin əmrin ona çatana kimidir.[18]



[1] Lazımsız yerdə biz düşmənlə döyüşə məşğul olduğumuz çətin bir vaxtda elə bir mətləb soruşursan ki, ona cavab verməyə fürsət yoxdur.

[2] haqqı tələb etmək üçün yardımçısı olmadığına görə səbr yolunu seçdi. Üçüncü xütbədə bu nöqtəyə toxunulub.

[3] Bu şerin ikinci misrası belədir ki: « وَهاتِ حَدِيثاً ما حَدِيثُ الرَّواحِيلِ» «Minik dəvələrinin qarət edilməsindən ibarət o maraqlı əhvalatı gətir danış». Bu qəsidənin tarixçəsi belədir: Ərəblərin böyük şairlərindən olan İmrəul-Qeys, atası öldürüləndən sonra intiqam almaq ya düşmənlərin qorxusundan ərəb qəbilələri arasında gəzirmiş nəhayət, o, Bəni-Cədilə Təyy qəbiləsindən olan rif adlı bir kişinin evinə gedir. rif ona çox hörmət göstərir. İmrəul-Qeys onu tərifləyir bir müddət onun yanında qalır. Sonra fikirləşir ki, birdən rif ona kömək edə bilməz. Gizlincə Xalid ibn Sədusun yanına gedib onun evində qalır. Sonra Bəni-Cədilə qəbiləsinin övladları onun dəvələrini qarət edirlər. İmrəul-Qeys məsələdən xəbərdar olandan sonra Xalidə şikayət edib onu dəvələrinin qarət edilməsindən agah edir. Xalid deyir: Yanında olan minik dəvələrini mənə ver, onlara minib Cədilə övladlarının yanına gedim dəvələrini geri alım. İmrəul-Qeys onun təklifini qəbul edib qalan dəvələri ona verir. Xalid öz dostlarından bir neçə nəfərlə birlikdə həmin dəvələri minib Bəni-Cədilənin yanına gedir. Onlara çatanda deyir: İmrəul-Qeys mənim qonağımdır, onun dəvələrini geri qaytarın. Deyirlər: O sənin qonağın deyil sənə sığınmayıb. Xalid deyir: Allaha and olsun ki, o mənim qonağımdır indi mindiyimiz dəvələr onundur. Sonra Bəni-Cədilə onlara hücum edərək hamısını dəvələrdən düşürdüb həmin dəvələri qarət edir. deyirlər ki: Xalid Bəni-Cədilə ilə sözləşib hiylə-kələklə dəvələri onlara təhvil verib. İmrəul-Qeys ikinci qarətçilikdən xəbər tutandan sonra bu barədə bir qəsidə yazır ki, onun ilk beyti yuxarıda deyilən idi. Xülasə, İmam əleyhis-salamın bu şerdən misal kimi istifadə etməkdən məqsədi budur ki, üç xəlifənin Səqifə əhlinin barəsində hay-küy salıb o qədər söz-söhbət apardıqları əhvalatını burax.

[4]Haqq yola qədəm qoymasalar   ilahi başçı ilə döyüş müharibə vəziyyətində qalsalar

[5] Çünki başlanğıc son mümkün varlığa məxsusdur, yoxluğu qeyri-mümkün vücudu vacib olan varlığa yox. Çünki yoxluq keçmişinə malik olan şey «hadis», yəni, sonradan yaranmış, meydana çıxmış varlıqdır belə bir varlıq vücudu vacib olan varlıq ola bilməz.

[6] Çünki O, əzəlidir zamanın yaradanıdır. Buna görə zaman Onu əhatə etmir. Həmçinin sonu olmayan əbədidir. Əgər belə olmasaydı, hədd ilə məhdudlaşardı vacib varlıq olmazdı.

[7] Çünki yaxınlıq uzaqlıq mümkün varlığın xüsusiyyətlərindəndir. O isə mümkün varlıq deyil. Buna görə Onun yaxın olmasının mənası, hər bir şeyi əhatə etməsi hər şeyin Onunla var olmasıdır. Uzaq olmasının mənası isə Onun zatının həqiqətinin dərk edilməməsidir.

[8] Xülasə, gecə ilə gündüz, gizli ilə aşkar ruzigarın dəyişmə əvəz olunması Onun elmi müqabilində cüzi külli olmaq baxımından bərabərdir Ona heç gizli deyil.

[9] Çünki ölçü, sonu olmaq, məkan əldə etmək onda yerləşmək cismin mümkün varlığın xüsusiyyətlərindəndir.

[10] Çünki O, başqasına möhtac deyil. Ona görə ki, möhtac olmaq kamalın naqisliyinə səbəb olur bu, mümkün varlığın xüsusiyyətlərindəndir.

[11] Onun ölü diri, keçmiş gələcək, alçaq hündürə olan elmi birdir. Onun zatı zamanın zamana aid şeylərin hissələrinə nisbətdə yeksan olduğu üçün zatının eyni olan elmi həmin cürdür.

 

[12] Yaradılmışların heyranediciliklərini dərk etməyə bir yol tapa bilməyən kəs yaradana necə yol tapa bilər? Halbuki Onun bənzər oxşarı yoxdur ki, zat sifətlərinin həqiqəti tanınsın.

 

[13] Həm biz, həm sən Həzrət Peyğəmbərin hüzurunda olmuş, xalq ilə rəftarını görmüş hökmlərini eşitmişik. Buna görə o Həzrətin davranışını sənə təbliğ etmək lazım deyil.

[14] Həzrət Peyğəmbərin buyurduğunun ziddinə çıxıb bəhanə ilə xilafəti qəsb etmələrinə baxmayaraq, dində sənin kimi bidətlər yaratmadılar müsəlmanlara bu cür zülm sitəm etmədilər.

[15] Çünki Osman, Əffan ibn Əbil As ibn Üməyyə ibn Əbd Şəms ibn Əbd Mənafın oğludur Əbd Mənaf Həzrət Peyğəmbərin - Məhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Haşim ibn Əbd Mənaf ibn Qusəyy ibn Kəllab ibn Murrə ibn bin üçüncü babasıdır. Əbu Bəkr isə Abdullah ibn Əbu Quhafə Osman ibn Amir ibn Ömər ibn b ibn d ibn Təym ibn Murrə ibn bdir. Murrə Həzrət Peyğəmbərin altıncı babasıdır. Ömər isə Xəttab ibn Nufəyl ibn Əbduluzza ibn Riyah ibn Abdullah ibn Qurt ibn Zurrah ibn Ədiyy ibn bin oğludur. b Həzrət Peyğəmbərin yeddinci babasıdır. Deməli, Osmanın Həzrət Peyğəmbərlə qohumluğu Əbu Bəkr Ömərdən daha yaxınıdır.

[16] Osman məşhur nəzərə əsasən Peyğəmbərin qızları - Rüqəyyə Umm Gülsümü alıb. Əvvəlcə Ruqəyyəni alıb bir müddət sonra o məzlum xanım vəfat etdikdən sonra Umm Gülsümü bacısının yerinə ona veriblər. Buna görə Osmana sünnilər «iki nur sahibi» ləqəbini veriblər.

[17] Sən haqq yola nabələd deyilsən ki, sənə yol göstərim düz rəftardan xəbərsiz deyilsən ki, onu sənə öyrədim. Bəlkə bilə-bilə dinə zidd davranırsan.

[18] Mədinədə olan kimsələr barəsindəki nöqsan çatışmazlıqların aradan qaldırılmasına başla, buna möhlət lazım deyil. Burda olmayan barəsində isə, sənin əmrin çatana kimi heç bir üzr bəhanə yeri yoxdur. Deyirlər ki, Osman Mərvana aldanıb müsəlmanlara zülm etməkdə cürətlənərək Əmirəl-mömininin sözlərinə qulaq asmadı o yerə çatdı ki, Misir əhalisi başqaları onu evində mühasirəyə alaraq acınacaqlı şəkildə öldürdülər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment