Azəri
Thursday 18th of July 2024
0
نفر 0

De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin

151. De: «Gəlin Rəbbinizin sizə haram etdiyini oxuyum (və o budur ki): heç bir şeyi Ona şərik qoşmayın, valideynlərə yaxşılıq edin, övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizə və onlara ruzini Biz veririk. Və pis işlərə – istər aşkar olsun, ya gizlin (əməli və etiqadi günahlara, yaxud camaatın gördüyü və görmədiyi günahlara) – yaxınlaşmayın. Həmçinin Allahın möhtərəm saydığı və öldürülməsini haram buyurduğu canı – (qisas, şəriətin müəyyənləşdirdiyi cəza hədlərinin icrası və ya müdafiə məqsədli) haqq (öldürmələr) istisna olmaqla – öldürməyin. Bəlkə düşünəsiniz deyə Allahın sizə tapşırdıqları bunlardır».
152. «Və yetimin malına o, (cismani və ruhi baxımdan) həddi-büluğa çatana kimi, gözəl bir tərz istisna olunmaqla, yaxınlaşmayın. Ölçü və çəkini ədalətlə tam şəkildə verin. Biz heç bir kəsin üzərinə (əqidə və əməllərdə) öz imkanından artıq vəzifə qoymuruq. (Hakim və şahid kimi və ya fətva vermək məqsədilə) danışanda, hətta qohum(larınız barəsində) olsa belə, ədalətli olun. Və (şəriətin əsas və qollarını qəbul etməkdə) Allahın əhd-peymanına kamil surətdə vəfa edin. Bəlkə öyüd götürəsiniz deyə, Allahın sizə tapşırdıqları bunlardır».
153. «Və (tövsiyə etdi ki,) bu (əmrlər) Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır».
154. Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (Tövrat) verdik.
155. Bu, Bizim nazil etdiyimiz mübarək bir kitabdır. Buna görə də ona tabe olun və təqvalı olun, bəlkə rəhm olundunuz.
156. Məbada «(Səmavi) kitab bizdən qabaq yalnız iki tayfaya (yəhudilərə və xristianlara) nazil olmuşdur və həqiqətən, biz onları oxumaq və araşdırmaqdan xəbərsiz olmuşuq» deyəsiniz.
157. Yaxud «əgər bizə (səmavi) kitab nazil olsaydı, şübhəsiz, onlardan da artıq hidayət tapmış olardıq» deyəsiniz. Beləliklə, həqiqətən, sizin üçün Rəbbiniz tərəfindən dəlil-sübut və hidayət və rəhmət amili gəlmişdir. Buna görə də kim Allahın ayələrini təkzib edən, onlardan üz çevirən və başqalarını da ondan döndərəndən daha zalım ola bilər? Tezliklə Bizim ayələrimizdən üz döndərən və (həmçinin) başqalarına da mane olanları üz döndərmələrinin və (başqalarına) mane olmalarının cəzası olaraq ağır bir əzabla cəzalandıracağıq.
158. Yoxsa onlara (əzab) mələklərin(in) gəlməsini, ya Rəbbinin (Onun rübubiyyətinin bütün nişanələrinin – Qiyamətin) gəlməsini, ya Rəbbinin (ölümün əlamətlərindən ibarət) bəzi nişanələrinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi nişanələrinin gələcəyi gün, ondan əvvəl imanı olmayan və ya iman halında bir şey əldə etməmiş şəxsə iman gətirməsinin bir xeyri olmayacaqdır (o, birinci halda kafir, ikinci halda isə itaətsiz günahkar halda dünyadan köçəcəkdir). De: «(Əzabın gəlməsini) gözləyin ki, biz də gözləyirik».
159. Şübhəsiz, sənin dinlərini parçalayan (onun əsas və qollarının bəzilərini qəbul, bəzilərini isə rədd edən, yaxud dinlərində müxtəlif məzhəblər yaradan) və dəstə-dəstə olan kəslərlə heç bir əlaqən (onların işlərinə görə heç bir məsuliyyətin və onların cəzasında heç bir iştirakın) yoxdur. Onların işi yalnız Allaha qalmışdır. O, sonra (axirət günü) onları gördükləri işdən xəbərdar edəcəkdir.
160. Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur). Və kim pis bir iş görsə, yalnız onunla cəzalandırılacaqdır. Onlara zülm olunmayacaqdır (onların nə savabları azaldılacaq və nə də cəzaları artırılacaqdır).
161. De: «Şübhəsiz, Rəbbim məni doğru yola – sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib».
162. De: «Həqiqətən, mənim namazım, ibadət, Həcc və qurbanlığım, həyatım (bütün ömrüm) və ölümüm (ruhumun əbədi xüsusiyyətləri) aləmlərin Rəbbi olan Allaha məxsusdur (ibadətlərim Ona xatirdir və hər bir şey Onun həqiqi mülküdür)».
163. «Onun heç bir şəriki yoxdur. Mənə bu (etiraf və etiqad) əmr olunmuşdur və mən ilk müsəlmanam (insan və cinlərin içində ilk müsəlman şəxsəm)». 
164. De: «Allah hər bir şeyin Rəbbi olduğu halda, mən Ondan başqa Rəbb axtarım?! Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günah yükü çəkən başqasının günah yükünü götürmür. Sonra dönüşünüz Rəbbinizə tərəfdir. Beləliklə O, sizi barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir.
165. Sizi, sizə verdiyi şey barəsində imtahan etmək üçün yer üzündə Öz canişinləri yaxud keçənlərin canişinləri edən və sizin bəzinizi digər bəzilərindən (maddi və mənəvi baxımdan) dərəcələrlə üstün edən Odur. Doğrudan da, Rəbbin tez cəza verəndir və həqiqətən, elə O, çox bağışlayan və mehribandır.  

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

YAŞIL İNTİZAR
Allahı necə çağırmalı?
ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 
user comment