Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın (eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.

171- ci xütbə

 

İmam Əli əleyhis-salamın (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın bəzi sifətləri barəsindəki) xütbələrindəndir.

Şükr olsun o Allaha ki, göylə yer Ondan başqa bir göy yeri gizlətmir.[1]

 

Bu da həmin xütbənin (o Həzrətin Ömərin özündən sonra yaradılması göstərişini verdiyi şuranın üzvlərindən biri ilə söhbəti barəsindəki) bir hissəsidir

 

Bir nəfər (d ibn Əbi Vəqqas) mənə dedi: Ey Əbu Talibin oğlu, sən xilafətə hərissən! Dedim: Allaha and olsun ki, siz daha həris (xəlifəlik ləyaqətindən ya Peyğəmbərdən) daha uzaqsınız. Mən isə (xilafətə) daha layiq (mənsub olma baxımından Allahın Peyğəmbərinə) daha yaxınam. Mən öz haqqımı tələb edirəm siz mənimlə onun arasında maneçilik yaradırsınız. vaxt onu almaq istəyirəmsə, üzümü döndərirsiniz (öz haqqıma çatmağa qoymursunuz). Beləliklə, orda olanların hüzurunda dəlil-sübutu onun qulağına çırpdıqdan (cavabını dəlil ilə verdikdən) sonra ayılaraq (qəflət yuxusundan) oyandı. Elə çaş-baş qaldı ki, mənə cavab verəcəyini bilmədi. (İmam əleyhis-salam sonra Allaha şikayət edərək belə deyir:)

Allahım! Qüreyş onlara kömək edənlərə qarşı Səndən kömək istəyirəm (ki, onlardan intiqam alasan). Çünki onlar mənim qohumluq əlaqələrimi kəsdilər (mənim Allahın Peyğəmbəri ilə olan qohumluğumu nəzərə almadılar), mənim məqam dərəcəmin böyüklüyünü kiçik saydılar (məni özləri ilə bir dərəcədə hesab etdilər) mənə məxsus xilafət məsələsində mənimlə düşmənçilik etmək üçün birləşdilər. Bundan sonra dedilər: Bil ki, sənin aldığın da haqdır, tərk etdiyin ! (İddia edirdilər ki, haqq onların əlindədir mənim onu almağımla tərk edərək haqqımdan vaz keçməyim birdir. Kaş ki, aldıqlarının mənim haqqım olmasını etiraf edəydilər. Onda onun müsibət çətinliyinə dözmək daha asan olardı.)

 

Bu da həmin xütbənin Cəməl yoldaşları (Təlhə, Zübeyr onların tərəfdarları) barəsindəki bir hissəsidir

 

(Təlhə ilə Zübeyr Əmirəl-möminin əleyhis-salamla beyətlərini pozub müxalifət etmək fikrinə düşdükdən sonra həcc bəhanəsi ilə Mədinədən Məkkəyə getdilər.) Sonra (Aişəni böyük bir qoşunla birgə Məkkədən götürərək) hərəkət etdilər Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) zövcəsini (Aişəni, satıcılar) kənizi alan zaman (ora-bura) çəkdikləri kimi çəkirdilər (bir şəhərdən digər şəhərə aparırdılar). Onunla birlikdə Bəsrəyə tərəf getdilər.[2] (Xülasə, Təlhə ilə Zübeyr) öz arvadlarını evlərində qoydular. Allahın Peyğəmbərinin (səlləllahu əleyhi alih) evdə qoyduğunu isə özlərinə başqalarına göstərdilər. Elə bir qoşunun içində ki, aralarındakıların hər biri mənə itaət etmək tabe olmağı öz öhdəsinə götürmüş məcburi deyil, könüllü şəkildə mənimlə beyət etmişdi.[3] Beləliklə, mənim Bəsrədəki məmur icraçımın (Osman ibn Hüneyfin), müsəlmanların beytülmallarının xəzinədarlarının həmin diyardan olan digərlərinin yanına getdilər. Bir dəstəni səbrlə öldürdülər (zindanda saxladılar ya o qədər döyüb incitdilər ki, nəhayət öldü). Bir dəstəni hiylə kələklə şəhid etdilər.[4] (Odur ki, İmam əleyhis-salam Cəməl yoldaşlarının zülm haqsızlıqlarına görə buyurmuşdur:) And olsun Allaha, əgər müsəlmanlardan (hətta) bir nəfəri ələ keçirib onu heç bir günahı olmadan, bilərəkdən öldürsəydilər, həmin qoşunun hamısını öldürmək mənə halal olardı. Çünki həmin qoşun orda olub nəhy əz münkər edərək pis görməkdən (günahsız müsəlmanı öldürməkdən) çəkindirməyib onun (yer üzündə fitnə-fəsad törətmək mənimlə müharibə etmək qəsdi ilə ki, bu həm Allah Peyğəmbərlə müharibə etmək kimidir) öldürülməsinin qarşısını dil, əl ilə almayıb. (Bir nəfər günahsız müsəlmanın öldürülməsi müqabilində həmin qoşunun hamısını öldürməyin halal olması məsələsini) burax! (Onların hamısını öldürmək həm bu cəhətdən halaldır ki,) onlar müsəlmanlardan qoşunların daxil olanının sayı qədər öldürüblər. (Buna görə həmin qoşunun hamısını öldürmək lazımdır.)

 

172- ci xütbə

 

İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin mədhi, İmamət vəzifələri, pərhizkarlığa təşviq dünyanın məzəmməti barəsindəki) xütbələrindəndir.

Həzrət Peyğəmbər Allahın vəhyinin əmanətçisi, peyğəmbərlərinin sonuncusu, rəhmətinin müjdəçisi əzabından qorxudandır.[5] Camaat! İnsanların xilafət məqamına ən layiqlisi, onların həmin işdə (dövlətçilik siyasəti, düşmənlə müharibə, döyüş tədbirləri rəiyyətin işlərinin nizama salınması baxımından) ən güclü bacarıqlısı Allahın əmrini ( hökmlərini) ən yaxşı bilənidir. Buna görə əgər hər hansı bir fitnəkar (bu barədə) fitnə törətməyə başlasa, (əvvəlcə) ondan haqqa qayıtması istənilir. Əgər o imtina edərək boyun qaçırsa, öldürülür.[6] (Müaviyə Şam əhlinə Əmirəl-möminin əleyhis-salamla müxalifətinin dəlilini belə açıqlayırdı ki: Mənim o Həzrətin xilafət məsələsində iştirakım olmayıb ona beyət etməmişəm. Təlhə ilə Zübeyr isə beyətlərini pozmağa belə bəhanə gətirirdilər ki: Beyət etməyimizdən peşman olaraq səhvimizi başa düşmüşük. İmam əleyhis-salam onların öz məntiqlərinə əsaslanaraq sözlərinin puç səhv olmasına toxunaraq buyurur:) Canıma and olsun ki, əgər İmamət camaatın hamısı toplaşmayınca gerçəkləşməsə, onda heç vaxt baş tutmaz. (Çünki imam təyin edilən zaman camaatın hamısının bir yerə toplaşması qeyri-mümkündür.) Lakin ondan başı çıxanlar (səhabələrin böyükləri xeyir-şər yollarına bələd olanlar, elə ki biri ilə beyət etdilər) İmam təyin edilən zaman orada olmayanlar barəsində hökm edərlər (onları görülmüş işi qəbul etməyə məcbur edərlər). Buna görə belə olan halda, orada iştirak edən qayıtmamalı (beyətini pozmamalı) qaib olan (başqasını) seçməməlidir.[7] Bilin ki, mən iki nəfərlə vuruşuram: Biri onun üçün olmayan şeyi iddia edir (Müaviyə kimi ki, ləyaqəti olmadan xilafət iddiasında idi) digəri, öhdəsinə götürdüyü şeydən üz döndərir (Təlhə ilə Zübeyr kimi ki, vəfa etmələri zəruri olan beyətlərini pozmuşdular).

Ey Allahın bəndələri! Sizə təqvalı olmağı Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva bəndələrin bir-birlərinə tövsiyə edərək tapşırdıqları ən yaxşı şeydir o, Allah yanında, aqibətlərin ən yaxşısıdır (işlərin ən yaxşısı dünyada təqva ilə sona çatanıdır). Həqiqətən sizinlə (zahirdə müsəlman olan) qiblə əhli arasında müharibə qapısı açılıb bu bayrağı (onlarla müharibəni onun şərtlərini, həqiqətlərdən) agah gözüaçıq, (çətinliklərdə) səbrli, haqq həqiqəti bilən şəxsdən (İmam əleyhis-salamdan) başqa heç kəs əlinə götürməz.[8] Odur ki, sizə əmr olunan şeyləri yerinə yetirin çəkindirildiyiniz şeylərə əməl etməyin. Araşdırma aparmayınca (bizim əmr etdiklərimizi çəkindirdiklərimizi başa düşüncəyə qədər) heç bir işdə (onu qəbul ya rədd etməkdə) tələsməyin. Çünki sizin (nadanlıq üzündən) inkar etdiklərinizi dəyişdirməyə bizim haqqımız var.[9]

Bilin ki, sizin arzulayaraq rəğbət bəslədiyiniz sizi bəzən qəzəbləndirən, bəzən şad edən bu dünya, sizin məskunlaşmaq qalmaq evinizdir, onun üçün yaradıldığınız yer dəvət olunduğunuz məkandır. Bilin ki, dünya sizin üçün qalacaq siz onda qalacaqsınız. Əgər sizi özü (öz zinət bər-bəzəyi) ilə aldadıbsa, öz pisliyindən (dərd, əziyyət çətinliklərindən) çəkindirib. Odur ki, çəkindirməsinə görə aldatmasını tərk edin qorxutmasına görə tamahlandırmasını özünüzdən uzaqlaşdırın (yalançı bər-bəzəyinə aldanmayın onun müxtəlif bəla çətinliklərini gözünüzdə canlandırın). Tərəfinə çağırıldığınız evə doğru (getmək üçün) bir-birinizi ötün (əbədi yer olan axirət rahatlığını əldə etmək üçün dünyada Allaha Peyğəmbərə tabe olun). Qəlblərinizi ondan (dünyanı sevməkdən) uzaqlaşdırın. Sizlərdən heç biriniz, dünyadan, ondan alınmış şeyə görə (əlindən çıxan hər şeyə görə baş-gözünə vurub ağlamaq səsini ucaldan) kəniz kimi nalə etməməlidir (əlindən çıxan heç bir şeyə görə qəm-qüssəyə batmamalıdır). Allahın itaətinə (itaətinin çətinliklərinə) səbr etmək Öz Kitabında (Qurani-Kərimdə) qorunmasını əmr etdiyi şeyi qorumaqla Onun nemətinin kamilləşdirilməsini istəyin. (Çünki itaətə səbr Quranın göstərişlərinə əməl etmək saysız nemətlər əldə edilməsinə səbəb olur.) Bilin ki, dinin əsas təməlini möhkəmləndirmiş olsanız, dünya malının məhv olması əldən çıxması sizə bir ziyan vurmayacaqdır. (Həmçinin bunu da) bilin ki, öz dininizi zay etdikdən sonra dünyadan qoruduqlarınız sizə bir xeyir verməyəcək. Allah bizim sizin qəlblərinizi haqq qurtuluşa doğru yönəltsin (həm) bizə (həm ) sizə (itaət, müsibət günahla qarşılaşanda) səbr əta etsin.

 




[1] Onun elmi hər şeyi əhatə edir Ona heç bir şey gizli deyil. Çünki əgər bundan başqa cür olsa, Onun elminin məhdud olması nəticəsini verər. Məhdudiyyət isə mümkün varlığın xüsusiyyətlərindəndir. İmam əleyhis-salamın «وَ لا أَرْضٌ أَرْضاً» «yer başqa bir yeri gizlətmir» buyuruğunun zahirindən belə məlum olur ki, yer göy kimi yeddidir. Qurani-Kərimin Talaq surəsinin 12-ci ayəsində buyurulur ki: «اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ » «Yeddi (qat) göyü bir o qədər yeri yaradan Allahdır». Bəzilərinin əqidəsinə görə yer birdir yeddi yerdən məqsəd yeddi iqlim yerin yeddi hissəsidir. Amma hər bir müsəlmana bu cür məsələlərdə Allah, Peyğəmbər o Həzrətin haqq canişinləri əleyhimus-salamın kəlamlarının zahirinə iman gətirərək düzlüyünü təsdiq etmək lazımdır. Çünki əgər öz naqis ağıllarımız ya müxtəlif nəzər sözlərlə bu cür məsələlərin həqiqətini dərk etmək istəsək, nəinki bir yerə çıxmaz bir xeyir əldə etmərik, bəlkə həm doxsanıncı xütbənin şərhində deyildiyi kimi çaş-baş avara-sərgərdan qalarıq.

 

[2] Məkkə ilə Bəsrə arasında yerləşən düşərgələrdən olan «Hauəb» suyuna çatanda oranın itləri hürə-hürə Aişənin kəcavəsinə tərəf cumdular. O, həmin suyun adını soruşdu. Dedilər ki, «Hauəb» suyudur. Dedi: Məni qaytarın. Çünki Allahın Peyğəmbərindən (səlləllahu əleyhi alih) eşitmişəm ki: «Zövcələrimdən biri mənim canişinim ilə müharibəyə gedən zaman «Hauəb»in itləri ona hürər. Çalış ki, o sən olmayasan». Təlhə ilə Zübeyr onu çaşdırdılar yetmiş nəfəri gətirib şahidlik etdirdilər ki, həmin suyun adı «Hauəb» suyu deyil. Bu, İslamda verilən ilk yalan nahaq şahidlik idi. «Məcməul-bəhrəyn» kitabının müəllifi onu Həzrət Sadiq əleyhis-salamdan nəql edib.

[3] Həzrət Peyğəmbərin hörmətini saxlamadılar Allah-təalanın göstərişinə zidd davrandılar. Çünki Qurani-Kərimin Əhzab surəsinin 33- ayəsində buyurulur ki: «وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى » «Ey Peyğəmbərin zövcələri! Evlərinizdə qərar tutun bundan əvvəlki cahiliyyət qadınları kimi öz bərbəzək zinətlərinizi yadlara göstərməyin».

[4] Təlhə, Zübeyr, Aişə onların tərəfdarları Bəsrəyə daxil olanda Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) səhabələrindən olmuş həmin vaxt Əmirəl-möminin əleyhis-salam tərəfindən həmin bölgənin vali hakimi olan Osman ibn Hüneyf o Həzrətin öz məktubunda yazdığı göstərişə əsasən onlarla vuruşdu sonda belə qərara gəlindi ki, İmam əleyhis-salam gələnə kimi onlar bir-birləri ilə mülayim davranaraq döyüşü kənara qoysunlar. Amma Cəməl əhli hiylə kələklə beytülmalın xəzinədarlarını tutdular Aişənin əmri ilə onların başlarını kəsdilər. Digər bir dəstəni öldürdülər. Osmanın da baş, saqqal, qaş kirpiklərinin tüklərini yonaraq şəhərdən çıxartdılar. O, yolda İmam əleyhis-salamla görüşə bildi. O Həzrət Osmanın halına ağladı dedi: Yanımızdan qoca getmişdin, cavan qayıtdın.

[5] O, eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hökmlərini tam düzlüklə azaldıb-çoxaltmadan xalqa çatdırdı. Ondan sonra bir peyğəmbər gəlməyəcək. O, yaxşı əməl sahiblərini əbədi Cənnət ilə müjdələyir, pis əməl sahiblərini isə əbədi əzab ilə qorxudurdu.

[6] Öldürülməlidir. Bu dəlilə əsasən deyirik: Xəlifələr həmin məqama layiq olmadan nahaq yerə yiyələniblər. Çünki dövlətçilik siyasəti rəiyyətin işlərinin idarəçiliyində güclü bacarıqlı, eləcə dinin bütün hökmlərini bilən şəxsdən başqasının həmin məqama sahib durmaq ləyaqəti yoxdur. Onların bu iki sifətə malik olduqlarını isə heç kəs demir.

[7] Müxaliflər ağlın, düzlüyü barəsində hökm verdiyi şeyə tabe olmur bundan əvvəlki xəlifələr barəsində həyata keçirilmiş gerçəkləşmiş şeyi qəbul etmirlər. Deməli, onların bu bəhanələrindən məqsədləri xilafəti haqsız şəkildə öz əllərinə keçirməkdir.

[8] Xülasə, bizim qiblə əhli olan üsyankarlarla sizin gözünüzdə böyük görünən müharibəmiz Allahın hökmlərindən nadan xəbərsiz olduğumuza görə deyil, bəlkə Onun göstərişləri əsasındadır.

[9] Ola bilər ki, siz bir şeyi inkar edəsiniz, amma xeyir onu qəbul etməkdə olsun həmçinin siz bir şeyi qəbul edəsiniz, amma xeyir onu rədd etməkdə olsun. Buna görə həqiqətlərdən xəbərdar olmadığınız üçün bütün işlərdə bizim sözlərimizi qəbul edin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment