Azəri
Friday 26th of April 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.

173- xütbə

 

İmam Əli əleyhis-salamın (Təlhə ilə Zübeyrin Bəsrəyə tərəf hərəkət edərək onu müharibə ilə hədələmələri xəbəri çatanda) Təlhə ibn Ubeydullah barəsindəki kəlamlarındandır.

(İndiyə kimi) müharibə ilə hədələnməmişdim heç kəs məni qılınc zərbəsi ilə qorxutmamışdı. mən Rəbbimin verdiyi kömək ( düşmənə qalib gəlmək) vədəsinə arxayınam.[1] (Təlhənin Bəsrəyə tərəf getməsinin səbəbinə gəldikdə isə:) Allaha and olsun ki, o, özünü Osmanın intiqamını almağa hazırlamaq üçün tələsməyib. Bəlkə onun özündən intiqam alınmasından qorxur. Çünki onun Osmanın qatillərindən biri olması güman edilir. Osmanın qatilləri arasında (onu öldürməyə) ondan hərisi yox idi. Buna görə Osmanın intiqamını almaq adı altında qoşun toplamaqla məsələnin şübhəli qaranlıq qalması şəkk tərəddüd yaranması üçün xalqı yanıltmaq istəyir. Allaha and olsun ki, o, Osman barəsində (yerinə yetirməsi lazım olan haqq da onlardan biri olan) üç işdən heç birini yerinə yetirmədi. Əgər Əffanın oğlu onun güman etdiyi kimi zalım idisə, onda gərək onun qatillərinə yardım edəydi onun köməkçilərindən uzaqlaşaraq onlarla düşmənçilik edəydi.[2] Əgər (indi öz dilinə gətirdiyi xalqın arasında yaydığı kimi Osman) məzlum idisə ( onu öldürmək haram sayılırdısa), gərək onun qatillərinin qarşısını alaraq (Osmanın çirkin əməllərinə görə) üzr istəyənlərdən olaydı. Əgər bu iki işdə şəkk tərəddüddə idisə ( Osmanın zalım ya məzlum olmasını bilmirdisə), gərək ondan uzaqlaşaraq bir kənara çəkiləydi xalqı onunla öz ixtiyarına buraxaydı. Lakin o, bu üç işin heç birini etmədi (əksinə, fitnə alovunu alışdırdı xalqı onu öldürməyə həvəsləndirdi) (indi) yolu tanınmamış (beyətini pozmaq üçün gətirdiyi Osmanın intiqamını istəmək onun məzlum öldürülməsi kimi) bəhanələri səhv olan işə girişib.

 

174- xütbə

 

İmam Əli əleyhis-salamın (dinləyənlərə öyüd-nəsihət verdiyi öz fəzilətlərinə toxunduğu) xütbələrindəndir.

Ey (qiyamət, hesab sorğu-sualdan) qafil olan, amma (söz əməl dəftərində heç bir artırma azaltma olmadan qeyd olunmaqla) nəzərdən qaçırılmayanlar![3] Ey (dünyaya aldanmaq nəticəsində eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın əmr qadağalarını) kənara qoymuş (dünyanın mal, zinət bər-bəzəkləri, eləcə ürək bağladıqları şeylər tezliklə) geri alınacaq kəslər! olub ki, sizi Allahdan uzaqlaşmış Ondan başqasına üz tutaraq dostluq edən görürəm? Siz çobanın vəbalı otlaq dərd verən çeşməyə tərəf apardığı (hara aparıldıqlarını bilməyən) dördayaqlılar kimisiniz. O qoyun kimi ki, bıçaqlar (başını kəsmək) üçün hazırlamağa görə ona ot verilir o, bu yaxşılığın edilməsindən yetişdirilməsindən məqsədin olmasını bilmir, gününü həyatı işini yeyib doymaq güman edir.[4] And olsun Allaha ki, əgər sizlərdən hər birinizin haradan gəlib hara gedəcəyini, bütün hallarını bəyan etmək istəsəm, bacararam. Amma mənim barəmdə Allahın Peyğəmbərinə (səlləllahu əleyhi alih) kafir olmağınızdan (məni ondan üstün hesab etməyinizdən) qorxuram (halbuki mən keçmiş, gələcək indikilər barəsində xəbər verəcəyim hər bir şeyi ondan öyrənmişəm). Bilin ki, mən həmin xəbərləri öz səhabələrimin küfr mübaliğənin yol tapa bilmədiyi seçilmişlərinə çatdıracağam. And olsun Həzrət Peyğəmbəri haqq doğru olaraq göndərmiş onu yaranmışlardan üstün etmiş Allaha ki, (bu sözü) doğru deyirəm. O Həzrət bu xəbərlərin hamısını, həlak olacaq (əzaba düçar olacaq) şəxsin məhvini, nicat tapanın (yeri Cənnət olanın) qurtuluşunu xilafətin işinin sonunu mənə xəbər verib. Başıma gələcək (işlərin hamısını) heç bir şeyi saxlamadan istisnasız olaraq iki qulağıma deyərək mənə çatdırıb. (Xülasə, mənə keçmiş, gələcək indiki zamandan xəbər verib.)

Camaat! Vallah sizi bir itaətə həvəsləndirirəmsə, onda özüm sizdən qabağa keçirəm. Həmçinin sizi hər hansı bir günahdan çəkindirməmişdən qabaq özüm ondan çəkinirəm.[5]

 

175- ci xütbə

 

İmam Əli əleyhis-salamın (xalqa öyüd-nəsihət verdiyi Qurani-Kərimin fəzilətləri barəsindəki) xütbələrindəndir (ki, onu öz xilafətinin əvvəllərində buyurub).

Allahın (Qurani-Kərimdəki dünya axirət barəsindəki) söhbətindən faydalanın (ki, o, fayda mənfəətlərin ən yaxşısıdır). Allahın (Həzrət Peyğəmbərin dili ilə olan) öyüdlərindən bəhrələnin (ki, nicat tapasınız). Allahın nəsihətini qəbul edin (ki, əzabın çətinliklərindən qurtulasınız). Çünki Allah (hamıya) aşkar olan dəlillərlə sizə (günahkarlarınıza görə) əzab vermək üçün bəhanə yeri qoymayıb (onlar «biz bilmirdik, bizə üçün əzab verirsəndeyə bilməyəcəklər) (bütün) dəlilləri sizə çatdıraraq tamamlayıb.[6] Həmçinin əməllərdən hansını sevdiyini (yerinə yetirilməsini əmr etdiyini) pis hesab etdiyini (yerinə yetirilməsini qadağan etdiyini Qurani-Kərimdə Həzrət Peyğəmbərin sünnəsində) sizin üçün bəyan edib ki, Onun sevdiyinə tabe olub pis hesab etdiyindən uzaqlaşasınız. Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) buyurardı ki: «Cənnət çətinliklərə (narahatçılıq əziyyətlərə dözmək, itaətdə səbrli olmaq günahlardan çəkinməyə), od isə (nəfsi) istəklərə ( günah itaətsizliklərə) bürünübBilin ki, Allahın itaəti olan şeylərin hər birinin yerinə yetirilməsi (insana) ağır gəlir Allaha itaətsizlik olan hər bir şey meyl istəyə müvafiqdir. (Çünki nəfsin şəhvət qüvvəsinə tabe olması ağıl qüvvəsinə tabeçiliyindən çoxdur.) Buna görə Allah o şəxsi bağışlasın ki, şəhvəti özündən uzaqlaşdıraraq nəfsin istək arzularına tabe olmur. Çünki nəfs, (şəhvətpərəstliyinin) cilovlanması ən çətin şeydir o, həmişə istək arzuları nəticəsində itaətsizliyə meyllidir. Ey Allahın bəndələri, bilin ki, mömin öz nəfsinə qarşı bədbin olmayınca, ona həmişə nöqsan tutmayınca ondan yerinə yetirdiyindən (ibadət bəndəlikdən) daha artıq tələb etməyincə gecəni səhər etməz səhərini axşama çatdırmaz. (Odur ki, nəfs möminə hakim ola onu aldada bilmir.) Belə isə (Allahın rəhmətinə qovuşmaqda) sizdən qabağa düşmüş önünüzdən keçmiş o kəslər kimi olun ki, dünyadan çadırlarını köçən adamın öz çadırını sökməsi kimi sökdülər onu (onun yaşayış müddətini) mənzillərin qət edilməsi kimi sona çatdırdılar (dünyaya onun malına qətiyyən bağlılıqları olmadı). Bilin ki, bu Quran (düz yola istiqamətləndirməsində) xəyanət etməyən öyüdverən, azdırmayan bələdçi (söhbətində) yalan deməyən natiqdir. Bu Quranla oturan (onu oxuyaraq barəsində fikrə dalıb düşünən) elə bir kəs yoxdur ki, onun yanından duranda hidayət qurtuluşu artmamış ya korluq azğınlığı azalmamış olsun. Heç kəs Qurandan (onu öyrənəndən, mənalarında düşünəndən hökmlərinə əməl edəndən) sonra (öz dünya axirəti üçün bir şey öyrənməyə) möhtac olmaz. (həmçinin) heç kəs Qurandan (onunla tanış olandan) qabaq (öz xeyir ziyan yolunu müxtəlif elm kitablar vasitəsi ilə tapacağını güman edib ondan) ehtiyacsız olmaz. Buna görə (zahiri batini, ruhi cismani) xəstəlik dərdlərinizin sağalmasını ondan istəyin çətinliklərdə,bəlalara məruz qalanda ondan kömək diləyin. Çünki Quranda ən böyük xəstəlik olan küfr, nifaq (ikiüzlülük), həlakət azğınlıq üçün şəfa əlac mövcuddur. Odur ki, onun vasitəsi ilə (Qurana tabe olmaqla şəfanı) Allahdan istəyin onu sevməklə (Qurana əməl etməklə) Allaha üz tutun. Onu (Allahın) bəndələrindən bir şey istəmək vasitəsi etməyin. Çünki bəndələr Quran kimi heç bir şeylə Allaha üz tutmayıblar. (Allahdan bir şey istəmək Ona yaxınlaşmaq üçün Quranı ən yaxşı vasitə hesab ediblər.) Bilin ki, Quran (qiyamətdə) şəfaəti qəbul ediləcək şəfaətçi sözü təsdiq ediləcək doğruçudur. Quran qiyamət günü kimə şəfaət etsə (kimin söz əməlinin doğruluğuna şəhadət versə), onun həmin şəxs barəsindəki şəfaəti qəbul olunar. Həmçinin Quran qiyamət günü (eyb nöqsan sifətlərdən pak uzaq olan Allahın hüzurunda) kimi çirkin nalayiq bilsə (küfr, ikiüzlülük, pis davranış şəhvətpərəstliyi barəsində şəhadət versə), sözü həmin şəxsin ziyanına təsdiqlənər. Çünki qiyamət günü bir carçı belə fəryad qoparar ki: «Bilin! Quran əkinçilərindən başqa hər bir əkinçi öz əməlinin əkdiyi şeyin nəticəsinin əsiridir». Belə isə siz onun əkinçisi arxasınca gedənlərdən olaraq onu Rəbbinizə tərəf bələdçi edin, ondan öyüd-nəsihət götürün, ona zidd düşüncələrinizi ittiham edin (söz əməldə düşüncələrə etimad etməyin) nəfsi istəklərinizi onun qarşısında xəyanətkar bilin (onu nəfsi istəklər əsasında yozub təfsir etməyin ki, əzaba düçar olarsınız).

Yaxşı əməl, yaxşı əməl! (Allaha çox ibadət bəndəlik edin onun azı ilə kifayətlənməyin.) Sonra onu sona çatdırın, sona çatdırın! Möhkəm mətin olun, möhkəm mətin olun! (Din işində möhkəm mətanətli olun ayağınızı doğru yoldan kənara qoyub hara gəldi üz tutmayın. Günahlar qarşısında) səbrli olun, səbrli olun ( nəfsi istəklərə tabe olmaqdan çəkinin)! Çəkinin, çəkinin (Allahın çəkindirdiklərindən uzaq olun)! Sizin üçün son axır var, özünüzü ona (əbədi Cənnətə) çatdırın. Sizin üçün bayraq əlamət (Həzrət Peyğəmbər o Həzrətin haqq canişinləri) var. Buna görə (gözəl son nəticəyə çatmaq üçün) öz əlamətinizlə hidayət olunun nicat tapın. İslamın fayda mənfəəti (əbədi ağalıq xoşbəxtliyi) var, onu əldə edin. Allaha üz tutun sizə vacib etdiyi haqqını (Quran sünnədə) bəyan etdiyi hökmlərini yerinə yetirin. Mən qiyamət günü sizin üçün şahidlik edəcəyəm (əzabdan qurtularaq nicat tapmağınız üçün) sizin tərəfinizdən dəlil-sübut gətirəcəyəm.

Bilin! Bundan qabaq təqdir edilmiş şey (xəlifələrin xilafəti onun o Həzrətə keçməsi) baş verdi. Həmçinin barəsində Allahın hökm istəyi olan şey (fitnələr qan tökülməsi bundan sonra) bir-birinin ardınca qarşıya çıxacaqdır. Mən (sizinlə) Allahın vədi Onun dəlili (Qurani-Kərim) əsasında danışıram. Allah-təala (Fussilət surəsinin 30-cu ayəsində) buyurur:

«إِنَّ الَّذِينَ قَالُوا رَبُّنَا اللَّهُ ثُمَّ اسْتَقَامُوا تَتَنَزَّلُ عَلَيْهِمُ الْمَلَائِكَةُ أَنْ لاّ تَخَافُوا وَلَا تَحْزَنُوا وَأَبْشِرُوا بِالْجَنَّةِ الَّتِي كُنتُمْ تُوعَدُونَ» «Rəbbimiz Allahdır-deyən (Onun Rəbb olmaqda təkliyini iqrar edən), sonra (həmin sözün üstündə) duran (Allahın əmrlərini yerinə yetirərək qadağan etdiklərindən uzaq olan) kəslərə (ölüm zamanı) mələklər nazil olacaq ( deyəcəklər) ki, (çətinliklərdən) qorxmayın (əlinizdən çıxanlara) kədərlənməyin. (Dünyada) vəd olunduğunuz Cənnətlə gözünüz aydın olsun». Siz «Rəbbimiz Allahdır» demisiniz. Odur ki, (öz etirafınıza əsasən) Onun Kitabına, aydın yol olan hökm göstərişinə layiqli ibadət bəndəlik yoluna əməl etməkdə sabitqədəm olun. Ondan xaric olmayın, onda bidət qoymayın onunla müxalifət etməyin. Çünki ayaqlarını həmin yoldan kənara qoymuş kimsələr qiyamət günü Allahın rəhminə yol tapa bilməzlər. Buna görə xasiyyətlərin dəyişməsindən əvəz olunmasından çəkinin (doğruçuluq, yalançılıq, söz gəzdirmə islahatçılıqda ikiüzlülükdən uzaq olun). Dilinizi bir edin (bir cür söz danışın). Kişi gərək öz dilini qorusun (yersiz danışmasın). Çünki dil, sahibinə qarşı itaətsizdir. (Əgər cilovunu buraxsa, onu təhlükəli yerə ataraq məhv edər.) Allaha and olsun ki, pərhizkar bəndə dilini (yalan, töhmət, qeybət, söyüş, dedi-qodu bu kimi şeylərdən) saxlamayınca pərhizkarlığının ona bir xeyir verməsini görmürəm. (Pərhizkar əgər dilini saxlamasa, pərhizkarlığının heç bir xeyri olmaz. Çünki pərhizkar ancaq bütün günahlardan uzaq olub çəkinmək nəticəsində öz əməllərindən bəhrələnə bilər.) Doğrudan da möminin dili qəlbinin arxasındadır (sözü qəlbindən gəlir etiqadına əsaslanır), münafiqin qəlbi isə dilinin arxasındadır (dediyinə etiqadı yoxdur). Çünki mömin bir söz demək istəyəndə fikrə dalar düşünər. Əgər yaxşı məsləhət olsa, onu deyər, pis nalayiq olsa isə, gizlədər (onu deməkdən çəkinər). Münafiq isə dilinə gələni deyər hansı sözün ona xeyirli hansının ziyanlı olmasını bilməz. Həmçinin Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) buyurub: «Bəndənin qəlbi möhkəmlənməyincə imanı möhkəmlənməz. Onun qəlbi isə dili möhkəm olmayınca möhkəmlənməz». (Çünki dil qəlbin dilmancıdır onun möhkəmlik səbatı dildən asılıdır.) Buna görə sizlərdən əli müsəlmanların qan malından pak, dili isə onların abırlarını tökmək şərəflərinə hörmətsizlikdən uzaq halda, eyb nöqsan sifətlərdən pak uzaq olan Allahla görüşməyə (Onun rəhminə layiq olmağa) qadir olan kəs gərək elə etsin. (İslamın şərtləri imanın zərurətlərindən biri müsəlmanın digər bir müsəlmanın əlindən dilindən əmin-amanlıqda olmasıdır.)

Ey Allahın bəndələri! Bilin ki, mömin keçən il halal bildiyini bu il halal bilir keçən il haram hesab etdiyini bu il haram hesab edir.[7] İnsanların yaratdıqları (xəlifələrin əsasını qoyduqları) bidətlər (hökmlər) sizə haram olan şeyi halal etmir, bəlkə halal yalnız Allahın halal buyurduğu haram ancaq Allahın haram etdiyidir.[8] Təcrübə sınaq ilə işləri möhkəmləndirmisiniz (fikrinizi işə salmısınız nəticədə sizin üçün yaxşı pisdən haqq batildən ayrılıb). Özünüzdən qabaqkılarla öyüd-nəsihət verilmisiniz (eyb nöqsan sifətlərdən pak uzaq olan Allah Qurani-Kərimdə yaxşı əməl sahiblərinin xoşbəxt, pis əməl sahiblərinin isə əzaba düçar olacaqlarını buyurub). Sizə misallar çəkilib (Qurani-Kərimdə haqqın batildən seçilməsi üçün misallar çəkilib). (Düzlüyü hamıya bəlli olan) aydın işə (İslam dininə) tərəf dəvət olunmusunuz. Buna görə (qəlbinin qulağı) kar olandan başqa heç kəs ona (münasibətdə) kar qalmaz (qulaqlarını tutmaz) (qəlbinin gözü) kor olan kəsdən başqa heç kəs ona (münasibətdə) kor qalmaz (gözlərini yummaz). Allahın çətinliklərə düçar etmək işlərdə sınamaq ilə fayda çatdıra bilmədiyi kəs moizə öyüddən bəhrələnməz (çünki bəlanın hiss olunan işlərdə edilən sınağın təsiri öyüd-nəsihətin təsirindən daha çoxdur). Ona qarşısından (bir-birinin ardınca) nöqsan ziyan dəyər nəticədə (nadanlıq azğınlığının artması nəticəsində) nalayiq çirkini yaxşı, bəyənilən yaxşını isə çirkin bilər. İnsanlar iki dəstədirlər: (Birincisi) şəriətə tabe olan (söz əməli Quran sünnə əsasında olan) kəs (ikincisi) bidət yaradan ki, (pis işlərə əmr edən nəfsə şeytana tabe olar ) əlində Allahdan aşkar bir dəlil olar, sünnədən (Həzrət Peyğəmbərin sünnəsindən) Qurani-Kərimdən. Eyb nöqsan sifətlərdən pak uzaq olan Allah (keçmiş peyğəmbərlərin davamçılarından) heç kəsə bu Quran kimi (onda olan öyüdlər kimi) öyüd verməyib.[9] O, Allahın (heç vaxt qırılmayan) möhkəm ipidir ( hər kim ondan yapışsa, dünyanın bədbəxtliyindən axirət əzabından qurtular). O, Allahın (qədəm basana) xəyanət etməyən yoludur. Qəlbin baharı elm bilik çeşmələri ondadır. (Çünki ayələri oxumaq onların mənalarında fikirləşərək düşünmək müxtəlif elm mərifət çiçəklərini bitirir. Həmçinin onun ayələrinin hər biri elm hikmət mənbəyidir ki, ruhların həyatı onlara bağlıdır.) Qəlbin ondan başqa cilası yoxdur.[10] (Quranı) yada salanların ( ona əməl edənlərin) getmələrinə unutqanların ya özlərini unutqanlığa vuranların qalmalarına baxmayaraq, (öyüdün sizə heç bir təsiri olmasa da hər halda mən deyirəm): Xeyir yaxşılıq görəndə ona kömək edin (onu yerinə yetirin), şər pislik görəndə isə ondan keçin (uzaqlaşın. Yəni, İmam əleyhis-salamın əmr qadağalarına tabe olaraq onun müxaliflərindən beyətlərini pozanlardan üz döndərin). Çünki Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) buyurardı: «Ey Adəm övladı! Yaxşılıq et pisliyi burax (tərk et). Belə edəndən sonra sən xoşrəftarlı orta yol ilə gedənsən (haqq yolun ortasına qədəm qoymusan heç vaxt azmazsan).

Bilin ki, zülm üç qisimdir: Bağışlanmayan zülm, məsuliyyətə alınacaq zülm məsuliyyətə alınmadan bağışlanmış zülm. Bağışlanmayan zülmə gəldikdə, o, Allaha şərik qoşmaqdır. Eyb nöqsan sifətlərdən pak uzaq olan Allah (Nisa surəsinin 48-ci ayəsində) buyurur: «إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ » «Allah Ona şərik qoşanları bağışlamır». Bağışlanan zülmə gəldikdə, o, bəndənin bəzi kiçik günahlar etməklə özünə olan zülmüdür.[11] Məsuliyyətə alınan zülm isə bəndənin digər bəndəyə olan zülmüdür. Axirətdə olan qisas əvəzçıxma çətin ağırdır. Orada qisas bıçaq yarası qamçı vurmaqla deyil, yara qamçı onun yanında kiçik sayılan bir qisasdır.[12] Odur ki, Allahın dinində ikirəngli ikiüzlü olmaqdan çəkinin.[13] Çünki meyl rəğbətiniz olmayan haqq barəsində bir yerə toplaşmaq (əl-ələ verərək bir olmaq) sevdiyiniz batilə görə parçalanmaqdan daha yaxşıdır. Eyb nöqsan sifətlərdən pak uzaq olan Allah təfriqə parçalanmaya görə keçmişlərdən qalanlardan heç kəsə xeyir əta etməyib.

Camaat! Xoş o adamın halına ki, öz nöqsan eybləri onu xalqın nöqsanlarından saxlayır. Həmçinin xoş o adamın halına ki, evində oturar (fitnə-fəsad yaratmaz, əmr be ruf nəhy əz münkər etmək, eləcə pozğunluqların qarşısını almağa hazır olar), öz ruzisini yeyər (başqalarının malında gözü olmaz), Rəbbinə itaətlə məşğul olaraq öz günahına ağlayar (tövbə edərək qayıdar) nəticədə başı öz işlərinə qarışar xalq ondan (onun əlindən) rahat olar.

 

176- xütbə

 

İmam Əli əleyhis-salamın Əbu Musa Əşəri Əmr ibn As barəsində (Nəhrəvan Xəvarici ilə) olan kəlamlarındandır.

(Nəhrəvan Xəvarici İmam əleyhis-salama qarşı üsyankarlıq edib « üçün Allahın dini barəsində insanları hakim etdin indi ki sənin əleyhinə hökm çıxarıblar, onların hökmlərini qəbul etmirsəndeyib etiraz etdikdən sonra, o Həzrət onların cavabında buyurdu:) Sizin böyüklərinizin nəzəri iki kişini (Əbu Musa Əşəri Əmr ibn Ası) seçmək oldu (ki, onlar haqq ilə batil arasında hökm çıxarsınlar) biz onlardan Quran əsasında davranaraq ondan kənara çıxmamaları, dillərinin onunla olması qəlblərinin ona tabe olması əhdini aldıq. (Onlarla əhd bağladıq ki, zahirdə özlərini Qurana tabe kimi göstərərək batində öz fikirləri əsasında davranıb hökm çıxarmasınlar.) Amma onların hər ikisi yollarını azıb Qurandan əl çəkərək haqqı tərk etdilər, halbuki onu görürdülər (bilirdilər ki, xilafətə məndən başqa heç kəsin ləyaqəti yoxdur). Meyl istəkləri zülm zülmkarlıq, adət yolları əyrilik yanlışlıq (azğınlığa qədəm basmaq) idi ( buna görə haqqı bilə-bilə ona zidd hökm çıxardılar). Düzgün haqq hökm çıxarmaq Qurana əməl etmək barəsində bizim onlarla olan şərtimiz onların zülm haqsızlığa əsaslanan düşüncə hökmlərindən qabaqdır. Onlar haqq yoldan çıxıb şərtimizə zidd olaraq batil nahaqqın xeyrinə hökm çıxaran zamandan bizim əlimizdə dəlil var.[14]




[1] Buna görə müharibə ilə hədələmək qorxutmaq o şəxsə aiddir ki, ölüm öldürülməkdən qorxur dinə yəqinliyi yoxdur.

[2] Amma Təlhə bu işi görmədi. Çünki Osmanı zalım hesab etməsinə baxmayaraq, onu öldürdükdən sonra onun qatilləri ilə düşmənçilik etdi Osmanın yardımçılarına kömək edərək onun intiqamını almaq fikrinə düşdü.

[3] Qəflət yuxusundan oyanın öz ömrünüzü boş faydasız keçirməyin!

[4] İşin sonundan qafildir, olduğu gündən uzağı görmür yeməkdən başqa bir məqsədi yoxdur, halbuki sahibinin onu kökəltməkdən məqsədi başqadır. Pis işlərə əmr edən nəfs çobanı, sizi dərd-qəmlə dolu dünyanın otlaqlarına aparıb onun məhv olacaq zinət bər-bəzəyi ilə aldadıb. Siz işin sonundan xəbərsiz qalmısınız elə güman edirsiniz ki, həmişə burda qalacaqsınız.

[5] Çünki yaxşı bir işi yerinə yetirdikdən sonra başqalarını ona əmr etmək eləcə çirkin işdən başqalarını çəkindirəndən qabaq şəxsin özünün çəkinməsi qəlblərə sözü ilə əməli bir-birinə zidd olan şəxsin əmr be ruf nəhy əz münkər etməsindən daha çox təsir göstərir fayda verir. Bundan əlavə İmam əleyhis-salam yüz iyirmi doqquzuncu xütbədə belə şəxsə nət oxuyub.

[6] Qurani-Kərimi nazil edib, Həzrət Peyğəmbəri onun şərhçisi həm insanların, həm cinlərin bələdçisi edib, xeyir şəri hamıya göstərib ki, onların vəzifələrini tərk etmək üçün heç bir dəlil bəhanələri olmasın.

[7] Hər hansı bir şeyin halal ya haram olması Qurana sünnəyə əsaslanaraq iman sahibinə məlum bəlli olduqdan sonra o həmişə həmin əsasda hökm edər. Bunun əksinə olaraq mömin olmayan kəs isə əqidəsi xarab olduğu üçün öz səhv rəy ictihadı ilə halal haram olması Quran sünnədə sabit olan şeyi dəyişdirər.

[8] Xəlifələrin bidətlərinə misal olaraq Əbu Bəkrin Həzrət Fatimə əleyhas-salamdan Fədək barəsində dəlil şahid gətirməsini istəməsini -halbuki dəlili iddiaçı gətirməlidir, Ömərin Peyğəmbərin müəyyənləşdirdiyindən artıq vergi almasını, Osmanın Fitr Qurban bayramlarında xütbə oxunmasını namazdan qabağa salmasını - halbuki xütbə namazdan sonra oxunmalıdır, xülasə, bu qisim bidətləri göstərmək olar.

[9] Çünki öyüd-nəsihətlərdən məqsəd xalqı haqqa sövq etmək onları səadət xoşbəxtlik yoluna istiqamətləndirməkdir Quran bu hədəfə çatmaq istiqamətində hərtərəflidir. Bunun özü Allah-təalanın müsəlmanlara ən böyük lütflərindəndir.

[10] Onun barəsində düşünmək qəlbləri nadanlıq azğınlıqdan cilalayar. Quranda elm maarif çeşmələri olduğu üçün əgər digər elmlər qəlbi cilalayarsa, onun səbəbi həmin elmlərin mənbə mənşəyinin Quran olmasıdır. Deməli, Quran həqiqətən qəlbin cilavericisidir.

[11] O halda ki, o, həmin günahda israrlı olmasın. Çünki böyük günahlardan uzaq olmaq kiçik günahları örtərək nəzərə çarpdırmayan bağışlanma amilidir.

[12] Buradan məlum olur ki, Məhəmməd Əhli-beyti əleyhimus-salama zülm edənlər ağır məsuliyyətə alınacaq şiddətli əzaba düçar olacaqlar.

[13] Bu cümlə o Həzrətlə beyət etməkdə durub müşahidəçi mövqe tutanlar, eləcə beyətlərini pozanlara işarədir.

[14] Xülasə, onlarla Quran əsasında davranmalarını şərt kəsdiyimiz onlar öz nəfsi istəkləri üzündən hökm çıxardıqları üçün bizim onların çıxardıqları hökmü qəbul etməmək haqqımız var.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır
Üçüncü аmil әmr bе mә᾽ruf
İmam Xamenei cənablarının Həcc mərasimi münasibətilə İslam Dünyasına ...

 
user comment