Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Zamanın (əc) əxlaqi səciyyələri

   İmam Zamanın (əc) əxlaqi xüsusiyyətlərini iki şəkildə vəsf etmək olar:
   1. Peyğəmbəri (s) vəsf edən ayə və hədislər əsasında. Çünki, o həzrət (əc) insanlar içində Peyğəmbərə (s) ən çox oxşayan şəxsdir.
   2. O həzrətin (əc) şəxsən özünün əxlaqı haqqında gəlmiş hədislər əsasında.
Quran müxtəlif ayələrdə Peyğəmbəri (s) vəsf etmiş və o həzrəti (s) yüksək və özünəməxsus əxlaqi sifətlərinə görə tərifləmişdir. Biz bu ayələrdən bəzisinə işarə edirik:
   1. Allah-taala Peyğəmbərin (s) mülayim əxlaqını yad edir və buyurur; Əgər belə olmasaydın, camaat sənin ətrafından dağılardı:
(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. [1]
   2. Başqa bir ayədə isə, Allah-taala Peyğəmbərin (s) ümmətinə qarşı ürəyi yananlığına, məsuliyyət hissinə, sonsuz xeyirxahlığına, mehribanlığına və məhəbbətinə işarə etmiş və demişdir:
“(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, mö’minlərlə şəfqətli, mərhəmətlidir!” [2]
   3. Ayələrdən biri Peyğəmbərin aləmlərə rəhmət olmasına işarə edir və buyurur: “Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik”. [3]
   4. Allah Quranın başqa bir ayəsində İslam Peyğəmbərinin (s) əxlaq və ədəbini tərifləyərək buyurur: “Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” [4]
   Qeyd olunanlara əsasən deyə bilərik ki, vəsilərin sonuncusu peyğəmbərlərin sonuncusu kimi mülayim əxlaq, ürəyi yananlıq, xeyirxahlıq, mehribanlıq, məhəbbətli, ləyaqətli əxlaq və ədəbin təcəllası və bütün dünya əhalisinə rəhmətdir.
İmam Məhdinin (əc) əxlaqı barədə xüsusi olaraq şiə və əhli-sünnə mənbələrində müxtəlif hədislər nəql olunmuşdur ki, burada onların bəzilərinə işarə edirik:
   1. İbn Həmmad öz kitabında əhli-sünnə ravilərinin birindən İmam Məhdinin (əc) xüsusiyyətləri haqqında belə nəql edir:
Məhdinin (əc) xüsusiyyəti budur ki, (öz dövlətinin) işçilərilə ciddi, bağışlayan və imkansızlarla mehribandır. [5]
   2. İmam Baqir (ə) İmam Məhdinin (əc) xüsusiyyətlərini vəsf edərkən deyir:
Əziz və Uca Allah dünya sona çatmamış biz Əhli-beytdən (ə) bir nəfəri məmur edəcəkdir. O, Allahın kitabına əməl edəcək. Onunla müxalifət etməsəniz sizdə heç bir münkər (xoşagəlməz əməl) müşahidə etməyəcək. [6]
   3. İmam Məhdinin (əc) necə tanınacağı haqda suala İmam Sadiq (ə) belə cavab verir:
İmam (əc) sakinlik və vüqarla ... habelə halal və harama riayət etməklə, onun (əc) heç kəsə ehtiyacı olmadığı halda xalqın ona ehtiyacı ilə tanınacaq. [7]
   4. İmam Riza (ə) məsum imamın (ə) xüsusiyyətləri haqqında ümumi açıqlayarkən dəyərli sözlər demişdir ki, ona əsasən, İmam Məhdinin (əc) də xüsusiyyətlərini vəsf etmək olar. O Həzrət (ə) buyurur:
   -“O, xalqa özlərindən daha layiqdir. Onlara öz ata-analarından daha ürəyiyanandır. O, Allah qarşısında hamıdan təvazökar, əmr etdiyi şeylərdə hamıdan çox çalışan və nəhy etdiyi şeylərdə daha çox çəkinəndir”. [8]
   5. İmam Riza (ə) ardınca buyurur:
   -“O (əc) iki əlamətlə tanınacaq: Sonsuz elm və dualarının qəbul olunması ilə və hər şeydən öncədən xəbər verəcəkdir. Bütün bunlar onun (əc) Allah rəsulu (s) ilə bağladığı peyman vasitəsilə olacaqdır. O (əc) bunu ataları vasitəsilə o Həzrətdən (s) irs almışdır”. [9]
Göründüyü kimi İslamın vədə verilmişinin xüsusiyyətləri o qədər dəqiq və əyər-əskiksiz bəyan edilmişdir ki, bu vədə verilmişin nümunəsini fərqləndirmək üçün heç bir səhv və xəta yeri yoxdur və bununla yalançı iddia edənlərin yolu bağlanmışdır.
Ümidvarıq ki, Allah-taala insanlar içində Rəsulullaha (s) ən çox oxşayan və cənnət əhlinin tavusunu görməyi bizim hamımıza nəsib edər.İnşa Allah.
   Mənbələr:
   1. “Ali-İmran” surəsi (3), ayə 159.
   2. “Tövbə” surəsi (9), ayə 128.
   3. “Ənbiya” surəsi (21), ayə 107.
   4. “Qələm” surəsi (68), ayə 4.
   5. “Mucəm əhadis əl-imam əl-Məhdi (əc)”, “əl-Məarif əl-islamiyyə” müəssisəsi, c-1, s-242, hədis 152.
   6. “Əl-Kafi”, c-8, s-396, hədis 597.
   7. “Kitab əl-ğəybəh”, Məhəmməd ibn İbrahim Numani, bab 13, s-242, hədis 40.
   8. “İlzam ən-nasib fi isbat əl-huccət əl-ğaib”, s-24.
   9. Yenə orada.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment