Azəri
Tuesday 7th of May 2024
0
نفر 0

Hədis-3

Hədis 301: Həzrət Məhəmməd (s) buyurur: “Allahı daha yaxşı tanıyan Ondan daha çox qorxar.”

* * *

Hədis 302: Həzrət Məhəmməd (s) buyurur: “Ən yaxşı əməl Allaha görə dost və Allaha görə düşmən olmaqdır.”

* * *

Hədis 303: Həzrət Məhəmməd (s) buyurur: “Möminlər bağışlayan və mülayimdirlər.”

* * *

Hədis 304: Həzrət Həsən (ə) buyurur: “Bir-biri ilə məşvərət edən xalq kamala yetişər.”

* * *

Hədis 305: İmam Həsən (ə) buyurur: “Sənə o kəs yaxındır ki, dostluq yolu ilə yaxın olsun, qohum olmasa da belə.”

* * *

Hədis 306: Həzrət Məhəmməd (s) buyurur: “Gizli dua aşkar duadan yetmiş dəfə tə`sirlidir.”

* * *

Hədis 307: Həzrət Məhəmməd (s) buyurur: “Vacib namazı vaxtı keçdikdən sonra qılan şəxs qiyamət günü mənim şəfaətimə nail olmaz.”

* * *

Hədis 308: Həzrət Əli (ə) buyurur: “Diri şəxsin ölüyə qovuşmağı nə qədər də yaxındır.”

* * *

Hədis 309: Həzrət Əli (ə) buyurur: “Dünyada əldə etdiklərin üçün o qədər də sevinmə.”

* * *

Hədis 310: Həzrət Əli (ə) buyurur: “Dünyada əlindən çıxanlara görə o qədər də qəm yemə.”

* * *

Hədis 311: Həzrət Əli (ə) buyurur: “Yediklərin aradan gedər, yedirtdiklərin isə qalar.”

* * *

Hədis 312: Həzrət Əli (ə) buyurur: “Hər nəfəs ölümə doğru atılan bir addımdır.”

* * *

Hədis 313: Həzrət Əli (ə) buyurur: “Sənə ən yaxın olan düşmən öz nəfsindir.”

* * *

Hədis 314: Həzrət Əli (ə) buyurur: “Yəqin üzündən olan  yuxu şəkk ilə qılınan namazdan yaxşıdır.”

* * *

Hədis 315: Həzrət Əli (ə) buyurur: “Camaat içində birinə nəsihət vermək danlaqdır, nəsihət deyil.”

* * *

Hədis 316: Həzrət Əli (ə) buyurur: “Bəsirət kor olanda gözün görməyi faydasızdır.”

* * *

Hədis 317: Həzrət Əli (ə) buyurur: “Tam bilmədiyin şeyi danışma.”

* * *

Hədis 318: Həzrət Əli (ə) buyurur: “Sınaqdan çıxarmamış dosta e`timad etmə.”

* * *

Hədis 319: Həzrət Əli (ə) buyurur: “Bir şəxsdən bilmədiyi bir şey barəsində soruşulsa, “bilmirəm” deməyə əsla utanmamalıdır.”

* * *

Hədis 320: Həzrət Əli (ə) buyurur: “Əsla, Qur`andan başqa yerdə şəfa axtarmayasınız, çünki Qur`an bütün dərdlərin şəfasıdır.”

* * *

Hədis 321: Həzrət Əli (ə) buyurur: “Düşünmək kimi ibadət yoxdur.”

* * *

Hədis 322: Həzrət Məhəmməd (s) buyurur: “Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.”

* * *

Hədis 323: Həzrət Məhəmməd (s) buyurur: “Gizli sədəqə Pərvərdigarın qəzəbini söndürər.”

* * *

Hədis 324: Həzrət Məhəmməd (s) buyurur: “Dilini saxlayan kəsin eyblərini Allah örtər.”

* * *

Hədis 325: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın haqqını itirməyənlər Allaha ən çox şükür edənlərdir.”

* * *

Hədis 326: Həzrət Məhəmməd (s) buyurur: “Harada olursansa ol, Allahdan qorx.”

* * *

Hədis 327: Həzrət Məhəmməd (s) buyurur: “Mö`min az xərcli və qanedir.”

* * *

Hədis 328: Həzrət Məhəmməd (s) buyurur: “Mö`minin şərəfi gecə oyaq qalmaq, izzəti isə xalqdan ehtiyacsızlıqdır.”

* * *

Hədis 329: Həzrət Məhəmməd (s) buyurur: “Mö`min bir dəlikdən iki dəfə sancılmaz (səhvini təkrar etməz).”

* * *

Hədis 330: Həzrət Məhəmməd (s) buyurur: “Allah yanında ən yaxşı tövbə günahdan uzaqlaşmaq və peşmançılıqdır.”

* * *

Hədis 331: Həzrət Məhəmməd (s) buyurur: “Qəlbiniz yumşalanda duanı qənimət bilin, çünki qəlbin riqqətliliyi rəhmətdir.

* * *

Hədis 332: Həzrət Məhəmməd (s) buyurur: “Az ne`mətə şükür etməyən, çoxa da şükür etməz.”

* * *

Hədis 333: Həzrət Məhəmməd (s) buyurur: “Allah-təala duada israrlı olanı sevir.”

* * *

Hədis 334: Həzrət Məhəmməd (s) buyurur: “Gülən halda günah edən şəxs ağlayan halda cəhənnəm oduna daxil olar.”

* * *

Hədis 335: Həzrət Əli (ə) buyurur: “Nadanlıq kimi yoxsulluq yoxdur.”

* * *

Hədis 336: Həzrət Əli (ə) buyurur: “Elm kimi  şərəf yoxdur.”

* * *

Hədis 337: Həzrət Əli (ə) buyurur: “Çox mülayim olan kəs peşman olmaz.”

* * *

Hədis 338: Həzrət Əli (ə) buyurur: “Gözəl xasiyyət kimi yoldaş yoxdur.”

Hədis 339: Həzrət Əli (ə) buyurur: “Əmmarə (pisliyə çağıran) nəfs ilə cihad kimi cihad yoxdur.”

* * *

Hədis 340: Həzrət Əli (ə) buyurur: “Vacib göstərişləri yerinə yetirmək kimi ibadət yoxdur.”

* * *

Hədis 341: Həzrət Əli (ə) buyurur: “Çox yeməklə sağlamlıq bir araya sığmaz.”

* * *

Hədis 342: Həzrət Əli (ə) buyurur: “Söyüş söyən adam kimi həyasız yoxdur.”

* * *

Hədis 343: Həzrət Əli (ə) buyurur: “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur.”

* * *

Hədis 344: Həzrət Əli (ə) buyurur: “Din qardaşı ac olan halda mö`min tox olmaz.”

* * *

Hədis 345: Həzrət Əli (ə) buyurur: “Ağıllı insan məşvərət etməkdən boyun qaçırmaz.”

* * *

Hədis 346: Həzrət Əli (ə) buyurur: “Fəqirə mane olub, ona bir şey verməyən varlının günahı bütün günahlardan böyükdür.”

* * *

Hədis 347: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, yaxşı bir sifətə görə tə`rifləndikdə sevinir, halbuki, bu sifətə malik olmadığını bilir.”

* * *

Hədis 348: Həzrət Əli (ə) buyurur: “O şəxsə təəccüb edirəm ki, ona pis xasiyyəti haqqında deyiləndə qəzəblənir, halbuki, bu sifətə malik olduğunu bilir.”

* * *

Hədis 349: Həzrət Əli (ə) buyurur: “Qəlbin günah fikirdən uzaq qalmaq orucu, qarının aclıq orucundan üstündür.”

* * *

Hədis 350: Həzrət Əli (ə) buyurur: “Sağlamlıq pəhrizdəndir.”

* * *

Hədis 351: Həzrət Əli (ə) buyurur: “Bir işə başlamazdan öncə məsləhət et, addım atmazdan qabaq düşün.”

* * *

Hədis 352: Həzrət Əli (ə) buyurur: “Büdrəmə və peşmanlıqdan amanda qalmaq üçün ağıl sahibləri ilə məsləhətləş.”

* * *

Hədis 353: Həzrət Əli (ə) buyurur: “Xeyirxahların ən pisi etdiyi yaxşılığa görə minnət qoyan kəsdir.”

* * *

Hədis 354: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarında eyb axtarıb öz eybini görməyən kəsdir.”

Hədis 355: Həzrət Əli (ə) buyurur: “Xalqın ən pisi başqalarının səhvini bağışlamayan və eyblərini örtməyən kəsdir.”

* * *

Hədis 356: İmam Baqir (ə) buyurur: “Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”

* * *

Hədis 357: Həzrət Əli (ə) buyurur: “Allaha itaət haqqında düşünmək səni əmələ sövq edər.”

* * *

Hədis 358: Həzrət Əli (ə) buyurur: “Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.”

* * *

Hədis 359: Həzrət Əli (ə) buyurur: “Bir saatlıq zəlalət bir ömrün izzətindən ağırdır.”

* * *

Hədis 360: Həzrət Əli (ə) buyurur: “Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.”

* * *

Hədis 361: Həzrət Əli (ə) buyurur: “Dini olmayan zahidlər çoxdur.”

* * *

Hədis 362: Həzrət Əli (ə) buyurur: “Göz korluğu bəsirət korluğundan yaxşıdır.”

* * *

Hədis 363: Həzrət Əli (ə) buyurur: “İşin savabı ona çəkilən əziyyət qədərdir.”

* * *

Hədis 364: Həzrət Əli (ə) buyurur: “İşi sonraya saxlamaq tənbəllik əlamətidir.”

* * *

Hədis 365: Həzrət Əli (ə) buyurur: “Gəncliyindən qocalmamış, sağlamlığından da xəstələnməmiş istifadə et.”

* * *

Hədis 366: Həzrət Əli (ə) buyurur: “Allah qorxusundan ağlamaqla günahlar yuyular.”

* * *

Hədis 367: Həzrət Məhəmməd (s) buyurur: “İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.”

* * *

Hədis 368: Həzrət Əli (ə) buyurur: “Əfv etmək vasitəsilə rəhmət nazil olar.”

* * *

Hədis 369: Həzrət Əli (ə) buyurur: “Xoş xasiyyət ruzini artırır.”   

* * *

Hədis 370: Həzrət Əli (ə) buyurur: “Dua vasitəsi ilə bəla aradan qalxar.”

* * *

Hədis 371: Həzrət Əli (ə) buyurur: “İzzət istəyirsənsə, onu Allaha itaətdə axtar.”

* * *

Hədis 372: Həzrət Məhəmməd (s) buyurur: “Var-dövlətinə yox, ömrünə xəsis ol.”

* * *

Hədis 373: Həzrət Əli (ə) buyurur: “İşə başlamazdan qabaq məsləhət et.”

* * *

Hədis 374: Həzrət Əli (ə) buyurur: “Dalaşanda barışığa yer qoy.”

* * *

Hədis 375: Həzrət Əli (ə) buyurur: “Şərəf var-dövlət və əsil-nəsəbdə yox, ağıl və ədəbdədir.”

* * *

Hədis 376: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, insanların dünya və axirətdə ağaları səxavətli insanlardır.”

* * *

Hədis 377: Həzrət Əli (ə) buyurur: “Dünya elə bir tələdir ki, oraya onu tanımayanlar düşər.”

* * *

Hədis 378: Həzrət Əli (ə) buyurur: “Uzaqgörənlik odur ki, Allaha itaət, nəfsə qarşı isə itaətsizlik edilsin.”

* * *

Hədis 379: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sən axirət üçün yaradılmısan, onun üçün də çalış.”

* * *

Hədis 380: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyadan üz döndərsən, dünya sənə üz tutacaqdır.”

* * *

Hədis 381: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, dünyaya üz tutsan, o səndən üz döndərəcək.”

Hədis 382: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, sənin düşüncən bütün işləri əhatə etmək gücündə deyildir, belə isə, onu mühüm işlər üçün saxla.”

* * *

Hədis 383: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, bu gün hesab yox, əməl, sabah isə əməl yox, hesab günüdür.”

* * *

Hədis 384: Həzrət Əli (ə) buyurur: “Həqiqətən, ən fəzilətli cihad insanın öz nəfsi ilə olan cihadıdır.”

* * *

Hədis 385: Həzrət Əli (ə) buyurur: “Mö`min üçün ən qiymətli hədiyyə ölümdür.”

* * *

Hədis 386: Həzrət Əli (ə) buyurur: “Yaxşılıqların ən yaxşısı bizimlə (Əhli-beyt ilə) dostluq, günahların ən pisi isə bizimlə düşmənçilikdir.”

* * *

Hədis 387: Həzrət Əli (ə) buyurur: “Allahı ən yaxşı tanıyan kəs Ondan daha çox istəyəndir.”

* * *

Hədis 388: Həzrət Əli (ə) buyurur: “İnsanların ən ağıllısı öz eybini görüb, başqalarının eybinə kor olan kəsdir.”

* * *

Hədis 389: Həzrət Məhəmməd (s) buyurur: “Xoş o kəsin halına ki, müsəlmandır və dolanışığı ehtiyacı qədərdir.”

* * *

Hədis 390: Həzrət Məhəmməd (s) buyurur: “Bir-birinizlə rastlaşanda salam və əl verməklə görüşün. Bir-birinizdən bağışlanma istəyi ilə ayrılın.”     

* * *

Hədis 391: Həzrət Məhəmməd (s) buyurur: “Qohumların əlaqəni kəssə də, sən əlaqəni kəsmə.”

* * *

Hədis 392: Həzrət Məhəmməd (s) buyurur: “Qeybət insanın imanına cüzamın bədənə göstərdiyindən daha tez tə`sir göstərər.”

* * *

Hədis 393: Həzrət Əli (ə) buyurur: “Dua mö`minin qalxanıdır. Hansı qapını çox döyürsənsə, üzünə açılar.”          

* * *

Hədis 394: İmam Zeynəlabidin (ə) buyurur: “Bütün xeyirləri, xalqın əlində olana göz dikməməkdə gördüm.”

* * *

Hədis 395: İmam Baqir (ə) buyurur: “Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”

* * *

Hədis 396: İmam Baqir (ə) buyurur: “Mö`min mö`minin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”   

* * *

Hədis 397: Həzrət Əli (ə) buyurur: “Hər kəs nəfsində cürbəcür yeməklər sevgisi əksə, cürbəcür xəstəliklər meyvəsi dərəcəkdir.”

* * *

Hədis 398: İmam Baqir (ə) buyurur: “And olsun Allaha ki, O, Öz dərgahına israrla əl açanların istəyini verər.”

* * *

Hədis 399: İmam Sadiq (ə) buyurur: “Yanına gəlmiş mö`min qardaşını əziz tutub, hörmət edən kəs Allahı əziz tutmuşdur.”

* * *

Hədis 400: İmam Sadiq (ə) buyurur: “Mənim üçün iki nəfəri barışdırmaq iki qızıl sikkə sədəqə verməkdən daha üstündür.”

* * *

Hədis 401: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, xalqın ən çətin bəlalar görəni peyğəmbərlər, sonra onların ardınca gedənlər, sonra isə tərtiblə məqamına görə Allaha yaxın olanlardır.”

* * *

Hədis 402: Həzrət Məhəmməd (s) buyurur: “Ümmətim üçün iki şeydən daha çox qorxuram: nəfs istəyi və uzun-uzadı olan arzular.”

* * *

Hədis 403: İmam Sadiq (ə) buyurur: “Pis xasiyyətli adam özünə əzab verir.”

* * *

Hədis 404: İmam Sadiq (ə) buyurur: “Hətta ona qarşı zülmkar olan ata-anasına düşmən nəzərlə baxan kəsin namazını Allah qəbul etməz.”

* * *

Hədis 405: İmam Sadiq (ə) buyurur: “Mö`mini məzəmmət edən kəsi Allah dünya və axirətdə məzəmmət edəcəkdir.”

* * *

Hədis 406: İmam Sadiq (ə) buyurur: “Dua etməyi unutmayın, çünki dua hər dərdin dərmanıdır.”

* * *

Hədis 407: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, rahatlıq vaxtı edilən dua, bəla vaxtı olan ehtiyacları aradan aparar.”

* * *

Hədis 408: İmam Sadiq (ə) buyurur: “Allaha edilən hər bir dua, Məhəmməd və ali-Məhəmmədə salavat göndərmədikcə, səmaya qalxa bilmir.”   

* * *

Hədis 409: İmam Sadiq (ə) buyurur: “Rastlaşdığın hər bir adama salam vermək təvazökarlıqdandır.”

* * *

Hədis 410: İmam Riza (ə) buyurur: “Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!

* * *

Hədis 411: Həzrət Əli (ə) buyurur: “Allahın ona verdiyindən razı olan insan xalqın ən ehtiyacsızıdır.”

* * *

Hədis 412: Həzrət Əli (ə) buyurur: “Allahın yanında ən ağır günah odur ki, şəxs günahını yüngül saya.”

* * *

Hədis 413: Həzrət Əli (ə) buyurur: “Allah üçün ən pis (mənfur) şəxs qeybət edən adamdır.”

* * *

Hədis 414: Həzrət Əli (ə) buyurur: “İnsanların ən acizi dua etməkdə aciz olandır ( dua etməyənlərdir).”

* * *

Hədis 415: Həzrət Əli (ə) buyurur: “Xataların (səhvlərin) ən böyüyü dünya sevgisidir.”

* * *

Hədis 416: Həzrət Əli (ə) buyurur: “Xalqa daha çox xeyir verən kəs xalqın ən fəzilətlisidir.”

* * *

Hədis 417: Həzrət Əli (ə) buyurur: “İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir.”

* * *

Hədis 418: Həzrət Əli (ə) buyurur: “Başqalarına eyib bildiyini özünə də eyib bil.”

* * *

Hədis 419: Həzrət Məhəmməd (s) buyurur: “Allahın ən sevdiyi iş dili saxlamaqdır.”

* * *

Hədis 420: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir.”          

* * *

Hədis 421: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır.”

* * *

Hədis 422: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir.”

* * *

Hədis 423: Həzrət Məhəmməd (s) buyurur: “İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin.”

* * *

Hədis 424: Həzrət Məhəmməd (s) buyurur: “Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir.”

* * *

Hədis 425: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə.

* * *

Hədis 426: Həzrət Məhəmməd (s) buyurur: “Özün üçün istədiyini xalq üçün də istə ki, mö`min olasan.”

* * *

Hədis 427: Həzrət Məhəmməd (s) buyurur: “Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı müsəlmanı şad etməkdir.”

* * *

Hədis 428: Həzrət Əli (ə) buyurur: “İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil.”

* * *

Hədis 429: Həzrət Əli (ə) buyurur: “Heç bir əməl yalan kimi çirkin deyil.”         

* * *

Hədis 430: Həzrət Məhəmməd (s) buyurur: “İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir.”

* * *

Hədis 431: İmam Riza (ə) buyurur: “Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”

* * *

Hədis 432: İbn Abbas (r) nəql edir: “Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: “And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı.”

* * *

Hədis 433: İmam Təqi (ə) buyurur: “Mö`minin izzəti xalqa möhtac olmamasındadır.”

* * *

Hədis 434: İmam Sadiq (ə) buyurur: “İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və  su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər).”

* * *

Hədis 435: İmam Həsən (ə) buyurur: “Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın.”

* * *

Hədis 436: İmam Kazim (ə) buyurur: “Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”

* * *

Hədis 437: Həzrət Əli (ə) buyurur: “Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır.”

* * *

Hədis 438: Həzrət Əli (ə) buyurur: “Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir.”

* * *

Hədis 439: İmam Həsən (ə) buyurur: “Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən.”

* * *

Hədis 440: İmam Səccad (ə) buyurur: “Ən qiymətli adam dünyanın kimin əlində olmasına e`tina etməyəndir.”

* * *

Hədis 441: İmam Kazim (ə) buyurur: “Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”

* * *

Hədis 442: Həzrət Məhəmməd (s) buyurur: “Elmi öyrənib ona əməl etməyən adamı Allah qiyamət günü məhşərə kor gətirər.”

* * *

Hədis 443: Həzrət Məhəmməd (s) buyurur: “Elm və biliyi bağlayın. Soruşdular ki, necə bağlayaq? Buyurdu: Onu yazmaqla.”

* * *

Hədis 444: Həzrət Əli (ə) buyurur: “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin.”      

* * *

Hədis 445: Həzrət Əli (ə) buyurur: “Tövbə qapısı açıq ikən günahının bağışlanacağından ümidini üzmə.”

* * *

Hədis 446: Həzrət Əli (ə) buyurur: “Yalnız öz fikrinə istinad edən kəs büdrəyər.”

* * *

Hədis 447: İmam Baqir (ə) buyurur: “Elmi fayda verən alim yetmiş min abiddən üstündür.”

Hədis 448: İmam Baqir (ə) buyurur: “Dünyasını axirətinə, axirətini isə dünyasına görə tərk edən kəs bizdən deyildir.”

* * *

Hədis 449: “(Həzrət Peyğəmbərdən (s) soruşdular ki, ən pak qazanc nədir? Buyurdu:) İnsanın öz əli ilə qazandığı.”

* * *

Hədis 450: Həzrət Əli (ə) buyurur: “Ataların öz övladları üçün qoya biləcəyi ən böyük irs ədəb və düzgün tərbiyədir.”

* * *

Hədis 451: Həzrət Əli (ə) buyurur: “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir.”

* * *

Hədis 452: Həzrət Məhəmməd (s) buyurur: “Ehtiyacı olmadığı halda mö`min qardaşının görüşünə gedən şəxs Allahın görüşünə getmiş kimidir.”

* * *

Hədis 453: Həzrət Məhəmməd (s) buyurur: “Bir şəxsə var-dövlətinə görə ehtiram göstərən şəxsə Allah lə`nət etsin.”

* * *

Hədis 454: Həzrət Əli (ə) buyurur: “Həyat ölümə necə də yaxındır!

* * *

Hədis 455: Həzrət Əli (ə) buyurur: “Əta etdiyini çox da böyük hesab etmə, sən özün ondan da böyüksən.”

* * *

Hədis 456: Həzrət Əli (ə) buyurur: “Nə yaxşı olar ki, insan aza qane olsun, çox əta etsin.”     

* * *

Hədis 457: Həzrət Əli (ə) buyurur: “Yeməkdə orta həddi gözləyənin sağlamlığı və düşüncəsi təmiz olar.”

* * *

Hədis 458: Həzrət Məhəmməd (s) buyurur: “Batini zahirinə müxalif olan kəs münafiqdir.”

* * *

Hədis 459: “(Həzrət peyğəmbərdən (s) soruşdular ki, ən yaxşı əməl nədir? Buyurdu:) Əvvəl vaxtda qılınan namaz.”       

* * *

Hədis 460: Həzrət Məhəmməd (s) buyurur: “Çox danışmağı tərk et, istəyinə çatacağın qədər danışmağın kifayət edər.”

* * *

Hədis 461: İmam Sadiq (ə) buyurur: “Həqiqətən, insan günah edərkən ona sübhdən gecəyə qədər möhlət verilər. Əgər tövbə edərsə, bu günah ona yazılmaz.”

* * *

Hədis 462: Həzrət Əli (ə) buyurur: “Xalq ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”  

* * *

Hədis 463: Həzrət Əli (ə) buyurur: “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə  çoxlu ne`mət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”

* * *

Hədis 464: Həzrət Əli (ə) buyurur: “Zarafat və oyunbazlıqdan, artıq məzələnməkdən, gülüşdən və boş işlərdən çəkin.”

* * *

Hədis 465: İmam Sadiq (ə) buyurur: “Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin.”

* * *

Hədis 466: Həzrət Əli (ə) buyurur: “Allah lə`nət etsin o kəslərə ki, camaatı yaxşı işlərə də`vət edirlər, amma özləri bu işə əməl etmirlər, eləcə də başqalarını pis işdən çəkindirirlər, amma özləri çəkinmirlər.”

* * *

Hədis 467: İmam Sadiq (ə) buyurur: “Bizim şiəmiz o kəsdir ki, acından ölsə də belə, camaatdan bir şey diləməz.”

* * *

Hədis 468: “(Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurdu:) “Oğlum, heç kəsin qulu olma, Allah səni azad yaratmışdır.”

* * *

Hədis 469: Həzrət Əli (ə) buyurur: “Nəhy əz munkəri, yə`ni pis işdən çəkindirməyi qəlbi, dili və əli ilə tərk edən kəs dirilər arasında olan ölüdür.”

* * *

Hədis 470: İmam Riza (ə) buyurur: “Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Qur`an tə`lim etməkdir.”

* * *

Hədis 471: İmam Riza (ə) buyurur: “Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”          

* * *

Hədis 472: İmam Baqir (ə) buyurur: “Allah-təala qiyamət günü bəndələrinin sorğusunu onlara verdiyi ağıl qədər (dəqiq) aparar.”

* * *

Hədis 473: İmam Sadiq (ə) buyurur: “Zarafatlaşmaqdan çəkin, çünki o, kişinin abrını və heybətini aparar.”

* * *

Hədis 474: İmam Səccad (ə) buyurur: “İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”

* * *

Hədis 475: Həzrət Əli (ə) buyurur: “Məsləhət etməyən kəs peşman olar.”

Hədis 476: Həzrət Məhəmməd (s) buyurur: “İnsan üçün elə bir zaman gələr ki, dünyasını salamat gördüyü halda dinini itirməkdən qorxmaz.”

* * *

Hədis 477: Həzrət Məhəmməd (s) buyurur: “İki günü bərabər olan kəs zərərdədir.”     

* * *

Hədis 478: Həzrət Əli (ə) buyurur: “Tamah yolunu seçən kəs özünü kiçiltdi, çətinliyini bildirən kəs zillətə boyun əydi, dilini özünə hakim edən kəs özünü qiymətdən saldı.”

* * *

Hədis 479: İmam Baqir (ə) buyurur: “Süstlük və tənbəllik insanın dininə və dünyasına zərər vurar.”

* * *

Hədis 480: İmam Sadiq (ə) buyurur: “Dostlarımın (qardaşlarımın) ən yaxşısı eybimi mənə hədiyyə edən kəsdir.”

* * *

Hədis 481: İmam Riza (ə) buyurur: “Allahın az ruzisinə razı olan kəsin Allah da az əməlinə razı olar.”

* * *

Hədis 482: İmam Sadiq (ə) buyurur: “Bizim şiələrimiz onlardırlar ki, təklikdə Allahı çox zikr edərlər.”

* * *

Hədis 483: Həzrət Əli (ə) buyurur: “Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”        

* * *

Hədis 484: İmam Hüseyn (ə) buyurur: “Mö`minin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”

* * *

Hədis 485: Həzrət Məhəmməd (s) buyurur: “Ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir.”

* * *

Hədis 486: Həzrət Məhəmməd (s) buyurur: “Bir şeyi bilmədən danışan kəsə göyün və yerin mələkləri lə`nət oxuyar.”        

* * *

Hədis 487: İmam Səccad (ə) buyurur: “Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”

* * *

Hədis 488: Həzrət Əli (ə) buyurur: “Ən güclü günah şəhvətə tabeçilikdir. Ona itaət etməyin, yoxsa düşüncənizi Allahdan uzaqlaşdırar.”

* * *

Hədis 489: Həzrət Məhəmməd (s) buyurur: “Hər kəs qırx gün Allaha ixlasla (riyasız) ibadət etsə, Allah hikmət çeşməsini onun qəlbindən dilinə axıdar.”         

Hədis 490: Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”

* * *

Hədis 491: Həzrət Əli (ə) buyurur: “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər.”

* * *

Hədis 492: Həzrət Əli (ə) buyurur: “Başqalarından bildiyin pis əməllərə göz yummaq ən şərəfli əməllərdəndir.”

* * *

Hədis 493: Həzrət Məhəmməd (s) buyurur: “Günahın kiçikliyinə yox, kimə qarşı günah etdiyinə bax.”

* * *

Hədis 494: Həzrət Məhəmməd (s) buyurur: “Ölümü çox yada salın, çünki ölümü xatırlamaq günahları yuyur və insanı dünyaya qarşı e`tinasız edir.”

* * *

Hədis 495: Həzrət Məhəmməd (s) buyurur: “Allah insana onun xoş xasiyyətinə görə Allah yolunda cihad edənlərin mükafatını verər.”          

* * *

Hədis 496: Həzrət Məhəmməd (s) buyurur: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minən nicat tapar, ondan üz çevirənsə qərq (həlak) olar.”

Hədis 497: Həzrət Məhəmməd (s) buyurur: “Ya Əli, səni sevib, məhəbbətinə sadiq olan kəsin xoş halına və sənə düşmən olub, haqqında yalan danışan kəsin vay halına!

* * *

Hədis 498: Həzrət Məhəmməd (s) buyurur: “Başqa şeylər sizi özünə məşğul etməmiş, xeyir iş görməkdə qabağa düşün.”

* * *

Hədis 499: Həzrət Əli (ə) buyurur: “Ən böyük ehtiyacsızlıq qəlbdə arzulara yol verməməkdir.”

* * *

Hədis 500: İmam Sadiq (ə) buyurur: “Oruc tutarkən gözünüz və qulağınız da haramdan qorunmalı, bütün bədən üzvləriniz çirkin işlərdən uzaq olmalıdır.”

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei İİR ordusunun yüksək rütbəli komandirlərini qəbul edib
Qafqazda İŞİD-lə toqquşma: Əmirlər xain elan olundu
Ərəbistan Yəmən xalqına qarşı kasetli bombalardan istifadə edib
Məkkə və Mədinəyə hakim kəsilmiş vəhhabilər hindistanlı qadın xidmətçinin ...
İraqdan Suriyaya qaçmaq istəyən İŞİD-ə aid avtomobil karvanı "Həşd ...
Nimeyi-Şəban – Əhli-Beytin (ə) Qədr gecəsidir
Hicab məhbusu 10 ildən sonra ata oldu
Yer heç vaxt Allahın əmrini icra edən Höccətdən boş deyil.
Yanan binanın bir qrup sakini aksiya keçirdi
Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi

 
user comment