Azəri
Saturday 27th of April 2024
0
نفر 0

İBADƏTLƏRİMİZLƏ QÜRRƏLƏNMƏYƏK

 Qürur və təkəbbür ibadətin böyük bəlalarındandır.
Bu bəladan necə uzaqlaşmalı?
Aşağıdakı nöqtələrə diqqət yetirib namaz və sair ibadətləri puç edən bu bəlanın qarşısını almaq olar:
1. Həqiqətən ibadət etmişikmi?
Bə’zən insan boş-boş işləri qiymətli zənn edib Allaha ibadət etdiyini düşünür. Bə’zən nalayiq bir iş insanın gözündə yaxşı iş kimi cilvələnir. Bütün bunlar İblisin fəaliyyətidir. Qur’an bə’zi ayələrdə pis əməli bəzəmək məsələsinə işarə edir: “Pis əməli gözündə bəzənmiş insan onu yaxşı sayır.”[32] “O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki, onlar yaxşı işlər gördüklərini zənn edirlər.”[33] “Pis əməlləri onlara gözəl görünmüşdür.”[34]
2. İbadətlərimiz qəbul olurmu?
“İbadətin qəbul şərtləri və nişanələri” mövzusunda oxuyacaqsınız ki, ibadət və namazın ən mühüm dəyəri onların qəbul olmasıdır. Allah təqvalı və saleh bəndələrdən ibadətləri, infaq və sədəqələri qəbul edir.”[35]
İbadətin qəbuluna əmin olmayan insan ibadətlərlə qürrələnə bilərmi?!
3. İbadətlərimiz puç olmayıbmı?
Bə’zi günahlar bir ömür namaz və ibadətləri puça çıxarır. Bununla da insanlar əməl bazarından əliboş qayıdırlar. Günahla yanaşı olan namaz və ibadətlər puç olmayıbmı?! Biz bu ibadətlərlə razılaşa bilərikmi?![36]
4. Aqibətimiz gözəl olacaqmı?
Pis aqibətə düçar olanlar çoxdur. Gözəl aqibət ilahi övliyaların daim Allahdan istədikləri böyük ne’mətdir. Həzrət Yusif (ə) Allahdan istəyir ki, onu müsəlman öldürsün: “Mənim canımı müsəlman olaraq al.”[37]
Ağıl sahibləri Allahdan istəyirlər ki, onları yaxşılarla birlikdə öldürsün: “Canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al.”[38]
Bu yolda əbədi qalmaq üçün doğru yola hidayət istənilməlidir. Qur’an bir neçə yerdə bildirir ki, aqibət müttəqilərindir.[39]
Şeytan bir o qədər ibadətlə Allahın hüzurundan qovulmadımı?!
Bir ömür namaz və ibadətlərdən sonra azğın halda dünya-dan gedənlər olmadımı?! Demək, hazırkı vəziyyətimizlə qürrələnməməliyik!
5. İbadətlərlə ne’mətləri müqayisə etmək
Hər bir şeyimiz Allah tərəfindəndir. Sağlamlıq, imkanlar, ruzi və hər bir ne’mət Allahın lütflərindəndir. İbadət tövfi-qi də ilahi ne’mətdir. Allahın ne’mətlərinə qərq olmuşuq. O bizi səadətə çatdırmaq üçün də’vət edir, elçi göndərir, həvəsləndirir, vasitə verir, istənilən yaşda və istənilən şəraitdə qəbul edir. O, qaçanları da qəbul edir, təkrar dönüşlər və hacətlərdən yorulmur, layiq olmayan ibadətləri qəbul edir, ucuz əməlləri baha alır, eybləri örtür və başqa-başqa yüzlərlə ne’mətlər verir. İbadətlərimizi ilahi ne’mətlər qarşısında necə böyük sayaq?!
6. İbadətlərlə günahların müqayisəsi
İbadətlərimiz, yoxsa günahlarımız çoxdur? Qur’an dəfələrlə deyir: “Hara gedirsiniz?!”[40] Hansı namaz və ibadətimiz günahlarımızın, üsyanımızın, səhlənkarlıq və e’tinasızlığımızın qarşısını ala bilər?
İmam Səccad (ə) bir duada deyir: “Pərvərdigara! Mən bir bunca günahlardan, qəflətdən və həddi aşdıqdan sonra nafilələr və müstəhəbbatlarla Sənə necə yol tapım?”[41]
7. İbadətlərlə ehtiyacların müqayisəsi
İbadətlər axirət yolunun azuqəsidir. Qabaqda uzun və çətin yol durub. Görən bu ibadətlər uzun axirət yoluna kifayət edib, ehtiyaclarımızı ödəyəcəkmi? Həzrət Əli (ə) uzaq yol üçün az miqdar azuqəyə görə ah çəkmirdimi?!
Allaha və Onun ne’mətlərinə dünyadan çox qəbirdə, bərzəxdə, məhşər və axirətdə ehtiyaclı olacağıq. Görən ibadətlərimiz bu qədər ehtiyacları ödəyəcəkmi?
Əbu-Dərda deyir: Peyğəmbər məscidində Rizvan və Bədr əhlinin əməlləri barəsində söhbət gedirdi. Mən dedim: “Əlinin (ə) təqvası və ibadəti hamıdan çoxdur.” Bu söz on-lara xoş gəlmədi və mən şahid olduğum bir xatirəni nəql etdim:
Bir gecə həzrət Əlinin (ə) xurmalıqda gizləndiyini gördüm. Onu izlədim, lakin gözdən qaçırdım. Evə getdiyini fikirləşdim. Lakin ah-nalə səsi eşitdim. O deyirdi: “Ah, o günahlara görə ki, mən Səni unutdum, lakin Sən mənə tövbə yazdın... Ah, o yandırıcı oda görə və...” O qədər ağladı ki, huşunu itirdi. Dünyadan getdiyini fikirləşdim. Xəbər vermək üçün Zəhranın (s) evinə getdim. Buyurdu: “Əlinin (ə) bu halı Allah qorxusundandır.” Sonra su gətirdim və Əli (ə) huşa gəldi. Mən də ağladım. Özünə gələn kimi dedi: “Ey Əbu-Dərda! Qiyamətdə hesaba çağrılacağım və günahkarların ilahi əzaba yəqin edəcəkləri gün məni necə görürsən?”[42]
Bəli, böyük ehtiyaclar qarşısında layiqsiz ibadətlərlə qürrələnmək bir daha Allahın rəhməti müqabilində qəflətdir.
8. İlahi övliyaların ibadətləri ilə müqayisə
Bizim ibadətlərimiz Allahın övliyalarının ibadətləri ilə müqayisədə çox naqisdir. Onlar mə’sum olmalarına, ibadət və bəndəlikdə bütün dövrlərin qabaqcılları hesab olmalarına baxmayaraq daim Allahı düşünüb, Onun dərgahında ibadət edirdilər. Bizim kimi günahkar və ehtiyaclı insanlar daha çox ibadət etməlidir. İlahi övliyaların ibadətlərini araşdırıb, onlar haqqında düşünmək bizi namaz və dualarımızla qürrələnməkdən saxlayır. İndi isə bir neçə nümunəyə işarə edirik (mə’sumların namazları mövzusunda başqa nümunələrə də işarə olunub):
Allahın rəsulu (s) çox ibadət edib özünü əziyyətə saldığı üçün bu ayə nazil oldu: “Ta, ha! Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!”[43]
İmam Həsən Müctəba (ə) buyurur: “Dünyada həzrət Fatimədən (s) çox ibadət edən kəs yoxdur. O qədər ibadət edirdi ki, ayaqları şişirdi.”[44]
İmam Baqir (ə) buyurur: “İmam Zeynəl-abidin (ə) Əmirəl-mö’minin (ə) kimi gecə və gündüz min rəkət namaz qılırdı. Onun 500 cavan xurma ağacı vardı. Hər ağacın yanında iki rəkət namaz qılırdı.”[45]
İmam Baqir (ə) nəql edir: “Yanına daxil olduqda atamın rənginin dəyişdiyini, ayaqlarının şişdiyini, gözlərinin saraldığını və alnında səcdə izi qaldığını görüb ağladım. Məni görən kimi buyurdu: Filan yazını gətir! Yazıda həzrət Əlinin (ə) ibadətlərindən bir az oxuyub buyurdu: Əli (ə) kimi kim ibadət edə bilər?!”[46]
İmam Kazimin (ə) zindanda bə’zən bir səcdəsi sübhdən günortayadək çəkirdi. Həzrət (ə) bir parça tək yerə sərilirdi.[47] Əgər uca mə’sumlar daim ibadətlərinin naqis-liyini e’tiraf edirlərsə, bizim ibadət adlandırdığımız əməllərimizlə qürrələnməyimizin yeri yoxdur. Bizim ibadətlərimizlə ilahi övliyaların ibadətləri arasında yerlə göy arası fərq var. Beləsə, nə üçün qürrələnək?
BATİL İBADƏTLƏR
Dediyimiz kimi, bəndəlik, itaət və ibadət yalnız aləmlərin yaradanı qarşısında layiqli və rəvadır. Başqa istənilən bir varlığa pərəstiş batildir. Peyğəmbərlərin hidayətindən uzaqlıq və cahillik batil ibadətlərə səbəb olur.
Allah-təala Qur’anda batil ibadətlərin dəlilsiz, faydasız olduğunu bildirir və bu ibadətləri rədd edir:
Əgər kömək üçün Allahdan qeyrisinin sorağına gedirsinizsə, bilin ki, bütün qüvvət və qüdrət Allaha məxsusdur.[48]
Əgər izzət axtarırsınızsa, izzət Allahın əlindədir: “Bütün izzət Allaha məxsusdur.”[49]
Əgər ruzi axtarırsınızsa, bilin ki, batil mə’budlar ruzi verməyə qadir deyillər.[50]
Əgər başqa mə’budlar vasitəsi ilə xeyir qazanıb ziyandan uzaqlaşmaq istəyirsinizsə, bilin ki, onlar xeyir verib zərəri uzaqlaşdırmağa qadir deyillər: “De ki, Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsi-niz?!”[51]
Əgər tağutları özünüzdən üstün hesab edirsinizsə, bilin ki, onlar da sizin kimidir. “Sizin kimi bəndələrdir.”[52]
Əgər bütlərə pərəstişdə babalarınıza təqlid edirsinizsə, bilin ki, onlar azğınlardan olublar: “Siz də, atalarınız da açıq-aşkar azmısınız.”[53]
Əgər qiyamət günü fəryadınıza çatacaqlarını fikirləşirsinizsə, bilin ki, onlar ibadətlərinizə göz yumub sizinlə düşmən olacaqlar: “Xeyir, tanrıları tezliklə onların ibadətini danacaq və onlara düşmən olacaq.”[54]
Bu şəxslər heç bir səbəb və dəlil olmadan başqa mə’budların sorağına getmişlər. Etdikləri ibadət üçün heç bir dəlilləri yoxdur: “Allahı qoyub elə bir şeyə ibadət edərlər ki, Allah ona heç bir dəlil nazil etməmişdir.”[55] Al-lahdan savay heç kim və heç nə pərəstişə layiq deyil. Çünki bu batil mə’budlar ya xarici vücuda malik olmayan təxəyyüldür, ya xaraktersiz və acizdir, ya da fəal olmasına baxmayaraq, müvəqqəti, məhdud, minnətçi və alçaldıcıdır. İnsan heç bir mövcuda Allaha itaətsizlik bahasına pərəstiş etməməlidir. İmam Cavad (ə) buyurur: “Hər kim başqa bi-rinin sözünə qulaq assa ona pərəstiş etmişdir!”[56] Demək, haqq söz dedikdə haqqın bəndəsi, batil söz dedikdə batilin bəndəsi oluruq. İmam Sadiq (ə) bir hədisdə buyurur: “Hər kəs hansısa bir mövcuda itaət edib Allahın əmrindən çıxarsa, həmin mövcuda pərəstiş etmişdir.”[57]
Demək, batil ibadət yalnız daş, taxta, günəş və ulduzlara pərəstişlə məhdudlaşmır. Hər bir qeyri-ilahi hökumətə, qüdrətə, sözə və fikirə bağlanmaq batil ibadətdir. Hətta qeyri-ilahi ideologiyaların qəbulu da batil ibadətlərdən sayılır.
İBADƏT YOX, BƏNDƏLİK!
Qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə e’tina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.
İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.
Xalqın peyğəmbərlərin də’vətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qur’an buyurur: “Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!”[58] “Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə’yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar.”[59]
Demək, insanın razılığı, təslimçilik və bəndəliyindən qay-naqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəlikdir.
İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bə’ziləri deyirdilər: “Nə üçün bu göstəriş bir müddət tə’xirə salınmayıb, indi gəldi?” “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın...”[60] Qiblənin Beytül-müqəddəsdən Kə’bəyə doğru dəyişilməsi hadisəsində bə’ziləri dedilər: “Niyə? Qur’an belə cavab verir: “Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün.”[61]
Təslimçilik və bəndəliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük. Həm ata Allahın göstərişinə tam itaət edib, övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: “Ey ata, göstəriş veriləni yerinə yetir.”[62]
İbrahim (ə) müt’i və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda!
İBADƏTLƏRİN DAVAMLILIĞI
Yolçu o deyil ki, qaçıb yorula,
Haqq yolçu yol gedir asta, aramla.
İbadətlə yanaşı bütün işlərdə ardıcıllıq və davamiyyət bəyənilmişdir. İslamın nəzərincə, davamlı kiçik ibadətlər davamsız böyük əməllərdən dəyərlidir. Qur’an deyir: “Al-laha pərəstiş et, Ona ibadətdə səbirli ol!”[63]
Allahın rəsulu (s) buyurur: “İbadətin bəlası süstlük, bə’zən əməl edib, bə’zən tərk etməkdir.”[64]
Bir çox hədislərdə deyilir: “Allahın yanında ən gözəl iş az olmasına baxmayaraq, davamlı olan işdir!”[65]
Tövsiyə edilir ki, başlanan hər bir iş ən aşağısı bir il davam etdirilsin.
Demək, insanda ibadət və bəndəlik ruhiyyəsinin davamlı olması mühümdür. Bə’zən məscid, dua və ibadət halına düşüb, bir müddət sonra bu işlərə tamamilə biganə yanaşmaq səmərəsizdir.
İBADƏT FÜRSƏTİ
Ömür sərmayəsi və fürsətlər buludlar kimi həyat səmasından ötüb keçir. Ayıq-sayıq olmaq, ötüb keçən ömürdən faydalanıb Allaha bəndəlik etmək lazımdır. Gözəl bir hədisdə həzrət Əli (ə) buyurur: “Gecə və gündüz səninlə işləyir, sən də onlarla işlə. Onlar səndən alırlar, sən də onlardan al.”[66]
Gecə və gündüz xərclədiyimiz ömür sərmayəsindən nə əldə edirik? Allahın rəsulu (s) buyurur: “Dünya bir saat və bir andan çox deyil. Onu Allaha itaət yolunda sərf edin.”[67]
Əgər bə’zi şəraitlərdə ibadət imkanı azdırsa çalışmaq, im-kan tapmaq daha azad mühitə gedib Allaha pərəstiş etmək lazımdır. Çünki məkan və zaman darlığı Allaha pərəstişdən uzaqlaşmaq üçün bəhanə deyil: “Şübhəsiz ki, mənim yerim genişdir. Buna görə də mənə ibadət edin!”[68]
İBADƏT ÇƏTİNLİKLƏRİNƏ DÖZMƏK
Allahpərəstlik yolunda çətinliklər də mövcuddur. İstər xalqı Allah düşüncəsindən çəkindirən tağutlar, istər dindarları məsxərəyə qoyan dinsizlər, istər insanı ibadətdən çəkindirməyə çalışan nəfs və şeytan, istər maneçilik törədən hər bir amil tərəfindən çətinliklər yaranır.
Yoxsa, İslam Peyğəmbərini (s) namaz zamanı Kə’bədə incitmirdilər?!
Yoxsa, mübariz müsəlmanlar allahpərəstlik xatirinə tağut işgəncələri altında can verməyiblər?!
Yoxsa Bilal Həbəşilər kimilərə Allah yolunda şallaq vurulmadı?!
Allah adamları heç bir halda Allaha pərəstişdən və dinin icrasından əl çəkmədilər. Həzrət Zeynəb (ə) gördüyü bütün müsibət və şəhadətlərə baxmayaraq Kufə və Şama səfər zamanı gecə namazını tərk etmədi. Baxmayaraq ki, halsızlıqdan ayağa qalxa bilmirdi!
Ümmətin imamı (r) ömrünün axırıncı gecəsi ölüm yatağında ikən müstəhəb namazlardan əl çəkmədi.
Haqq yolun can bahasına keçilən çətinlikləri vardır. Bu yolda düşmənlərdən qorxmaq lazım deyil. Həzrət Əli (ə) buyurur: “Haqq yolunda yolçuların azğınlığına görə qorxmayın.”[69] Bə’zən nə isə almaq, yemək-imək və ya başqa bir məqsədlə israr edir, avtobusu saxlatdırırıq. Amma namazın vaxtı çatdıqda maşını saxlamaq üçün cəhd göstərmirik!

 

 [32]“Fatir” surəsi, ayə 8.
[33]“Kəhf” surəsi, ayə 104.
[34]“Tövbə” surəsi, ayə 37.
[35]“Maidə” surəsi, ayə 27; “Tövbə” surəsi, ayə 53.
[36]bax: “Hud” surəsi, ayə 16; “Furqan” surəsi, ayə 23.
[37]“Yusuf” surəsi, ayə 101.
[38]“Ali İmran” surəsi, ayə 193.
[39]bax: “Ə’raf” surəsi, ayə 128; “Hud” surəsi, ayə 49; “Qəsəs” surəsi, ayə 83.
[40]“Təkvir” surəsi, ayə 26.
[41]“Səhifeyi-Səccadiyyə”, gecə namazından sonranın duası.
[42]“Biharul-Ənvar”, 41-ci cild, səh.12.
[43]“Taha” surəsi, ayə 1 və 2; mənbə: “Bihar”, 16-cı cild, səh.202; “Təfsire-Nurus-səqələyn”, 3-cü cild, səh.366.
[44]“Biharul-ənvar”, 43-cü cild, səh.61.
[45]“Biharul-ənvar”, 4-cü cild, səh.64.
[46]“Biharul-ənvar”, 46-cı cild, səh.75.
[47]“Biharul-ənvar”, 48-ci cild, səh.107.
[48]“Bəqərə” surəsi, ayə 165.
[49]“Fatir” surəsi, ayə 10.
[50]bax: “Ənkəbut” surəsi, ayə 17.
[51]“Maidə” surəsi, ayə 76.
[52]“Ə’raf” surəsi, ayə 194.
[53]“Ənbiya” surəsi, ayə 54.
[54]“Məryəm” surəsi, ayə 82.
[55]“Həcc” surəsi, ayə 71.
[56]“Tuhəful-uqul”, səh.456.
[57]“Nurus-səqələyn”, 3-cü cild, səh.357.
[58]“Bəqərə” surəsi, ayə 87.
[59]“Nisa” surəsi, ayə 65.
[60]“Nisa” surəsi, ayə 77.
[61]bax: “Bəqərə” surəsi, ayə 143.
[62]bax: “Saffat” surəsi, ayə 102.
[63]“Məryəm” surəsi, ayə 65.
[64]“Bihar”, 77-ci cild, səh.68.
[65]“Nəhcül-fəsahə”.
[66]“Əl-Həyat”, 1-ci cild, səh.331.
[67]“Bihar”, 77-ci cild, səh.164.
[68]“Ənkəbut” surəsi, ayə 56.
[69]“Nəhcül-bəlağə”, Feyzul-İslam, 192-ci xütbə.


source : MÖHSÜN QƏRAƏTİ
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment