Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Naşirin müqəddiməsi

Bəşəriyyətin ən ali məqsədi Allah-taalaya yaxın məqama çat‌maqdır. Məbudla münacat ləzzətinin dadılması, insanın öz Rəbbinin pıçıltısını dinləməsi bu yaxınlaşmanın təsirlərin‌dəndir. Bu mərhələ insan kamilliyinin son mərtəbəsidir. İnsan yalnız özünü tərbiyələndirmək, nəfslə cihad aparmaq, məbud yolunda addım atıb onun razılığını qazanmaqla bu mərtəbəyə çata bilər. Əlbəttə ki, insan hər şeyi Allahın diqqət və lütfü sa‌yə‌sində əldə edir.

Həzrət Haqqa tabeçilik yolunda, məbuda vurğunluqda pey‌ğəmbərlər (ə) bütün bəndələrdən öndə gəlir. Onlar özlə‌rin‌dən və Allahdan başqa, hər şeydən qırılıb məbuda bağla‌nan‌lardır. Məbudun hüzur rayihəsi (qoxusu) onları sərxoş et‌mişdir. Onlar özlərindən ixtiyarsız məşuqun cilvələrinin tama‌şasına dayanmışlar. Həmin ilahi peyğəmbərlərdən biri də ülul-əzm, uca mərtəbəli peyğəmbər həzrət Musadır (ə). O öz ibrətamiz həyatını cihad, Firon və Allah düşmənləri ilə mü‌ba‌rizə, tövhidə dəvət, haqq hakimiyyət və ilahi qanunların ger‌çəkləşməsi yolunda sərf etdi. Həzrət Musa (ə) bu yolda o qə‌dər irəli gedə bildi ki, Allah onu xəlvətgahına çəkdi və ona xita‌bən söhbətə başladı.

Qüdsi hədislər də məhz belə məqamların məhsuludur. Onlardan bir nümunəsinin şərhi qarşınızdadır.

Ümid edirik ki, bu əsər Allah-taalanın razılığına, həzrət Mehdinin (ə. f.) diqqətinə səbəb olacaq və dəyərli oxucular tə‌rə‌findən qəbul ediləcək.

 

Araşdırma müəssisəsinin müqəddiməsi

Həqiqət varlıq və bəşəriyyətin ən əsil, ən əbədi və ən gözəl sirr və ehtiyaclarındandır. Həqiqət yolunda çox möminlər və sadiq alimlər candan keçdi. Həqiqət yolunda cahillər və ba‌til‌pə‌rəstlər hansı hiylələrə əl atıb qurğular qurmadılar?! Həqiqətin zülmə məruz qalması nə qədər acıdırsa, haqla batil ara‌sında mübarizədə haqqın daimi qələbəsi bir o qədər şirindir. Batil puç olası, məhv olasıdır. Həqiqətin bu sayaq yük‌səlişi onun xarakterik səciyyəsi olmaqla yanaşı, hə‌qi‌qət‌pərəstlərin səmimi və ardıcıl təlaşlarının nəticəsidir. Onlar elm və əməl səhnəsində qol çırmamış, dünya bağlarını qırmışlar. Şübhəsiz ki, həqiqətin yüksəlişində dinlərin, ilahi peyğəm‌bər‌lə‌rin, xüsusilə İslam peyğəmbəri (s) və onun həqiqi canişin‌lə‌ri‌nin rolu daha böyükdür. Məşhur Əhli-beyt (ə) alimləri öz misilsiz, təhlükəli missiyalarını ağıl və dini mənbələrdən bəh‌rələnməklə, Quran maarifi dəryasına dalmaq, baş vurmaqla za‌lımların hücumları qarşısında fədakarlıqla dayanmaqda gör‌müşlər. Onlar bu yolda canlarını fəda etmişlər. Hazırkı mənəviyyat böhranı əsrində həqiqət və bəşəriyyətin düş‌mən‌ləri hər vasitə ilə dünyaya hakim olmağa çalışırlar. Onlar bu məqsədlə istehsalı gücləndirir, informasiya şəbəkəsini geniş‌lən‌dirir, müxtəlif sahələrdə texnoloji nailiyyətlərdən fayda‌la‌nır‌lar. Bu meydanda həqiqətpərəstlərin, dini və dünyəvi elmlərlə məşğul olanların, xüsusilə din alimlərinin məsuliyyəti ol‌duq‌ca böyük və ağırdır.

Əhli-beyt (ə) alimlərinin məktəbində fəlsəfə, kəlam, təfsir, hədis, fiqh, üsul kimi sahələrdə araşdırma aparanların çox ay‌dın proqramları var. Bu proqramlar sayəsində dinlə bağlı bü‌tün qaranlıq nöqtələr işıqlanır. Tədqiqatçılarımızın təbiət elm‌lə‌ri, təcrübə sahəsi və istehsalda ciddi fəaliyyətləri var. On‌la‌rın atdıqları addımlar ümidvericidir. Onlar hər an öz layiq olduqları məqama yaxınlaşmaqdadırlar. Dünyanın elm mey‌da‌nında şiələrin öz yerini tutacaqları gün yaxındadır. Amma ictimai elmlər sahəsində fəaliyyətlər qənaətbəxş deyil. Bir çox hal‌larda özgələrin əsərlərinin tərcümələri ilə, həmin əsər‌lər‌dən iqtibaslarla kifayətlənirlər. İslam mənbələrindən qay‌‌naq‌la‌nan yaradıcılıq əsərləri ilə az rastlaşırıq. Bu isti‌qa‌mətdə lazımi səviyyəyə yüksəlmək üçün qarşıda uzun yol var. Bəli, dini bilgilərin təfsir və izahatı, İslam maarifinin proq‌ram‌laş‌dırılması, ictimai elmlər istiqamətində səylərin artırılması elmi müəssisələrin və dini hövzələrin ən mühüm vəzi‌fə‌lə‌rindəndir.

İmam Xomeyni adına elmi-tədqiqat müəssisəsi İslam inqi‌la‌bının böyük rəhbərinin dəstək və himayələri sayəsində təsis olunduğu gündən Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin baxış‌larına uyğun olaraq ciddi fəaliyyətdədir. Müəssisə elmi araş‌dırmalar aparır, cəmiyyətin ideoloji-dini ehtiyaclarını ödəmək istiqamətində proqram həyata keçirir. Araşdırma müəssisəsi eyni məqsədlə, həm də tədqiqatçıların əsərlərini çap edir. Həmd olsun Allaha, bu vaxtadək İslam cəmiyyətinə çox‌lu sayda əsərlər təqdim olunmuşdur.

Qarşınızdakı kitab cənab Ayətullah Məhəmmədtəqi Misbah Yəzdinin hicri-qəməri 1426-cı ildə (indi 1431-ci ildir-red.) müqəddəs Qum şəhərində... çıxışlarının bir hissəsidir. Kitab dəyərli tədqiqatçı cənab Kərim Sübhani tərəfindən tərtib olun‌muş‌dur. Bəzi qüdsi hədislər və Allah-taalanın həzrət Musaya (ə) nəsihətləri kitabın əsas mövzusunu təşkil edir. Araşdırma mərkəzi müəllif və tədqiqatçıya bərəkətli ömür, ilahi tövfiq arzulayır.


source : Ayətullah Misbah Yəzdi
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI

 
user comment