Azəri
Sunday 18th of August 2024
0
نفر 0

İslam rəhbərlərinin

 Beÿinci fçsil

qəbirlərinin təmiri və ya ucaldılması

İslam peyğəmbərinin (s) vəfalı dostları İslam cəmiyyətinin şöv‌kət və əzəmətinə görə bu ümmətin ürəkyandıran rəh‌bər‌lə‌rinə borcludurlar. Bu gün müsəlmanlar dinlərinin iftixarlı bay‌raqlarını bütün dünyada dalğalandırırlar. İslamı müdafiə səs‌ləri dünyanın hər yerindən eşidilməkdədir. Dünyanın şərq və qərbində bir milyarddan artıq müsəlman Allahın ye‌ga‌nəliyinə və İslam peyğəmbərinin (s) peyğəmbərliyinə şə‌ha‌dət verir. İslam ümməti hamılıqla Kəbəyə doğru namaz qılır. Bü‌tün bunlar ilk İslam rəhbərlərinin bənzərsiz fə‌da‌kar‌lıq‌la‌rı‌nın nəticəsidir. Onlar öz can və malları ilə bu əbədi dini mü‌da‌fiə etmiş, bir çoxu isə bu müqəddəs yolda şəhidlik şər‌bə‌ti‌ni içmişlər. Qurani-məcid bu fədakar insanların xatirəsini əbə‌‌diləşdirərək onların göstərdikləri sonsuz xidmətlərə işarə edir. Onlardan bəzilərini nəzərinizə çatdırırıq:

 “Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olan‌‌lar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz ara‌la‌rın‌da) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səc‌də‌yə qapanan, Allahdan riza və lütf diləyən gö‌rə‌r‌sən. On‌la‌rın əlaməti üzlərində olan səcdə izidir”.[1]

Başqa yerdə belə buyurur:

“(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac al‌tın‌da sənə beyət etdikləri zaman Allah möminlərdən razı ol‌du. (Allah) onların ürəklərində olanı (sənə sadiq qa‌la‌caq‌la‌rı‌nı, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) ar‌xa‌yınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və on‌ları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı”.[2]

Tövbə surəsində onları ilk rəhbərlər adlandıraraq, belə tə‌rif‌ləyir:

“(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli dü‌şən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə on‌ların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, on‌lar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qa‌la‌caq‌ları, (ağacları) altından çaylar axan cənnətlər ha‌zır‌la‌mış‌dır. Bu, böyük qurtuluşdur (uğurdur)!”[3]

Deyilənlərə əsaslanıb deyə bilərik ki, dünya müsəlmanları öz iftixarlı tarixi boyunca Allah rəsulunun (s) əziz kö‌mək‌çi‌lə‌ri‌nə ehtiram nəzərləri ilə baxmış və onların xatirəsini ya‌şat‌maq üçün var gücləri ilə çalışmışlar. Nəzərə alsaq ki, keçmiş rəh‌bərlərin xatirəsini yaşatmaq yollarından biri də onların qə‌birləri üstündə bina tikməkdir, buna əsasən Quranın ar‌dı‌cıl‌ları İslamın ilk çağlarından indiyə qədər onlar üçün türbə tik‌məklə, özlərinin o zəhmətlər müqabilində qədirbilən ol‌duq‌larını göstərmişlər. İslamın iftixar dolu tarixini araş‌dı‌ran‌dan sonra bu nəticəyə gəlmək olar ki, əcdadlarımız Allah rə‌su‌lu (s) və onun Şəhidlər sərvəri Həmzə kimi öz qanına qəl‌tan olan səhabələri üçün türbələr tikməklə, şəriət xidmət‌çi‌lə‌ri‌‌nə öz borclarını ödəmiş olublar.

Burada, sözügedən qiymətli əsərləri qorumaq yolunda üzə‌rimizdə olan böyük vəzifəni daha da aydınlaşdırmaq üçün bu işin zəruriliyini müsəlmanların daimi həyat tərzi ba‌xı‌mından dəlillərlə araşdırırıq.

Cəmiyyətdə yadigar tikililər

Günümüzdə qədirbilən dünya xalqları öz dahi şəx‌siy‌yət‌lə‌rinin və ictimai rəhbərlərinin xatirəsini əbədiləşdirmək məq‌‌sədilə simvolik xatirə abidələri, gözəl binalar tikirlər. Ək‌sər hal‌‌larda bu binalar onların qəbirləri kənarında tikilir. Bu iş müəy‌yən hədəflərlə həyata keçirilir:

1.         O şəxsiyyətə olan məhəbbətin təzahürü, onun elm dün‌‌yasına və ya öz cəmiyyətinə etdiyi xidmətlərə görə tə‌şək‌kür etmək;

2.         Zaman keçdikcə adı unudulmasın deyə onun xa‌ti‌rə‌si‌ni əbədiləşdirmək;

3.         Belə parlaq simaları olan xalqın dünyaya öz baş uca‌lı‌ğı‌nı və iftixarını göstərmək istəməsi;

4.         O şəxsin təsis etdiyi ictimai və ya elmi hərəkat prin‌si‌pi‌ni qorumaq.

Aydın məsələdir ki, belə bir insani əməllər xususi qrupa və ya zamana xas deyil, əksinə, əsrlər boyu bütün insanlar be‌‌lə bir iftixarlı yolda addımlamışlar.

Dünyanın hər yerində dahi alimlərin, ictimai, dini rəh‌bər‌lə‌rin və itkin düşən əsgərlərin xatirəsinə ucaldılan qiymətli, qə‌dim tikililər dediklərimizə ən yaxşı şahiddir.

Başqa bir tərəfdən bilirik ki, belə binaların və türbələrin ti‌kil‌məsi onların sahiblərinə pərəstiş, yaxud onları Allah bil‌mək deyil, bu iş yalnız onların fədakarlıqlarını əbə‌di‌ləş‌dir‌mək məqsədilə həyata keçirilir.

 


İslamın bu mövzudakı baxışı

Övliyaların tarixi yadigarlarını qorumaq onların xa‌tirə‌si‌nin yenilənməsinə səbəb olduğu üçün Qurani-məcid müxtəlif yer‌lərdə bu işi tərifləyərək onu ürəklərdəki təqvanın nəticəsi ki‌mi qiymətləndirir:

 “(Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əla‌mət‌‌lərindəndir”.[4]

Qurani-kərim təfsirçiləri (həcc mərasimində həyata ke‌çi‌ri‌lən) Səfa və Mərvə “səy”inin (Səfa və Mərvə dağları arasında get-gəl etməyin) tarixçəsini bəyan edərkən, onun iki pey‌ğəm‌bərin - İbrahim (ə) və İsmayılın (ə) sünnəsi olduğunu nəql edir‌‌lər. Hadisə o vaxt belə olub:

“Həzrət İbrahim (ə) həyat yoldaşı Hacər və kiçik yaşlı öv‌la‌dı İsmayıl (ə) ilə Məkkəyə tərəf yola düşür. Həzrət İbrahim (ə) Allahın əmri ilə onları Kəbə evinin ətrafında məs‌kun‌laş‌dı‌rır və bir müddətə onları tərk etməli olur. Kiçik yaşlı İsmayıl (ə) Hicazın qızmar günəşi altında susuzluğa dözə bilmir.

 Anası Hacər su axtarıb tapmaq üçün Kəbənin ya‌xın‌lı‌ğın‌da yerləşən Səfa dağının ətrafında su çeşməsinin olduğunu gü‌‌man edərək, oraya tələsir. Amma sudan heç bir əsər-əla‌mət görmür. Sonra suyun Mərvə dağının yanında olmasını dü‌şü‌nərək oraya gedir. Yenə su tapmır. Belə bir çətin halda uca Allahın köməyi ilə Kəbənin kənarında olan və “Zəm-zəm” adı ilə tanınan su çeşməsi axmağa başlayır. İsmayılın (ə) anası bu sudan öz övladına içirdir. Elə buna görə də o xa‌nım Səfa və Mərva arasında “səy” edən ilk şəxsdir”.[5]

“Allahın əlaməti” kimi qiymətləndirilən və adı çəkilən iki dağ arasında edilən “səy”in dəlillərindən biri də, o ilahi dər‌ga‌hın əzizləri olan saleh bəndələrin fədakarlıq xatirəsinin əbə‌‌diləşdirilməsidir.

Deyilənlərdən aşkar şəkildə məlum olur ki, övliyalara eh‌ti‌ram və onların fədakarlıqlarının xatirəsinin yaşadılmasına sə‌bəb olan yadigarların qorunub saxlanılması İslam ba‌xı‌mın‌dan bəyənilmiş bir əməl olmaqla yanaşı, ilahi bir vəzifə sa‌yıl‌ır.

Səmavi kitabımız Quran İslam peyğəmbərinin (s) mə‌qa‌mının əzizləndiyini Allaha aid edir və bunu Allah rəsulu (s) üçün böyük bir nemət kimi qiymətləndirir:

“Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?!”[6]

Bu ayədən aydın şəkildə başa düşülür ki, Allah İslam pey‌ğəm‌bərinin (s) şövkətinin, əzəmətinin bütün dünyada ya‌yıl‌ma‌sını və yaradılış dünyasının o böyük şəxsiyyətinin ad-sa‌nı‌nın hər yerdə ucalmasını istəyir.

Şübhəsiz, peyğəmbərlik dövrünün əsərlərini qorumaq Al‌lah rəsulunun (s) əbədi xatirəsini əzizləmək və o cənabın mə‌qa‌mını ucaltmaq, şöhrətini yaymaq yolunda atılan bir ad‌dım‌‌dır. Elə buna görə də bu iş, aləmlərin Rəbbinə tabe olmaq ki‌mi qiymətləndirilir (çünki bu işi ilk dəfə Allah-taala et‌miş‌dir. Yuxarıda qeyd edilən ayədə buna işarə edildi. — Red.).

Aqillərin əməli

Hər bir inkişaf etmiş ölkədə əcdadlardan qalmış ya‌di‌gar‌la‌rın qorunması ağıl sahiblərinin nəzərində o qədər əhə‌miy‌yət kəsb edir ki, bunun üçün xüsusi böyük mərkəzlər ya‌ra‌dı‌lır, vətənpərvər rəhbərlər öz qiymətli mədəniyyət qalıqlarını qo‌‌rumaq üçün tam cidiyyətlə çalışırlar. Hər il sözügedən əsər‌‌ləri yaşatmaq üçün böyük məbləğdə pullar xərclənir. Bax bu çalışmalar keçmiş abidələrin qorunmasının qiymətli bir iş ol‌duğunu bizə çatdırır.

 


Din rəhbərləri üçün türbə tikmək Quran baxımın‌dan

Quranın xüsusi olaraq bu mövzuya toxunmadığına bax‌ma‌yaraq, onun ümumi hökmlərində düşünməklə sözügedən əmə‌lin zəruri və layiqli bir iş olduğunu başa düşmək olar. Bu möv‌zuya daha da aydınlıq gətirmək üçün diqqətinizi bir ne‌çə Quran ayəsinə cəlb edirik:

1. Qurani-kərim “Allahın əlamətləri”nin ehtiramını sax‌la‌ma‌ğı tövsiyə edərək, belə buyurur:

 “Hər kəs Allahın əlamətlərinə hörmət etsə, bu (hörmət), şüb‌həsiz ki, qəlblərin təqvasındandır”.[7]

Burada bu sual meydana çıxır ki, “Allahın əlamətləri”nin əziz‌lənib ehtiramının saxlanılması dedikdə nə başa düşürük?

Cavabında deyirik: Ayədəki “şəair” kəlməsi “şəirə”nin cə‌mi olub, əlamət və nişan mənasını daşıyır. Deməliyik ki, bu ayə‌də “şəair”də məqsəd Allahın varlığının nişanələri deyil. Çün‌ki dünyadakı bütün varlıqlar Onun varlığının nişanəsidir və heç bir alim dünyada gözə dəyən bütün şeyləri əziz‌lə‌mə‌yin təqva əlaməti olduğunu deməyib. Buna əsasən, bu ayənin “şəair” kəlməsini işlətməkdə məqsədi, Allah dininin əlamət və nişanələridir. Bu üzdən böyük təfsirçilər ayəni şərh edər‌kən belə demişlər: “Şəairillah dinin əlamət və nişanələridir”.

Qurani-məcid Səfa və Mərva dağını, yaxud qurban kəs‌mək üçün Minaya aparılan dəvəni, İbrahim (ə) dininin ni‌şa‌nə‌ləri olduğu üçün “ilahi əlamətlər” adlandırır. Həcc əməl‌lə‌ri‌nin hər biri İslam və təkallahçılıq dininin əlamətləri olduğu üçün, bu əməllərin məcmusu “ilahi əlamətlər” adlandırılır.

Deyilənlər işığında məlum olur ki, dinin, Allahpərəstliyin nişanəsi olan hər bir şey “ilahi əlamətlər” hesab olunur və onları əzizləmək, qorumaq, onlara hörmətlə yanaşmaq Al‌la‌ha yaxınlaşmağa səbəb olur.

İslam peyğəmbərinin (s), ailəsinin və digər din rəh‌bər‌lə‌ri‌nin dinin ən aşkar nişanələri hesab olunduğunu hamımız çox gö‌zəl bilirik. Çünki onların misilsiz fədakarlıqları dolğun və də‌rin İslam maarifinin dünyada yayılmasına səbəb olub. On‌ların canüzücü zəhmətlərinin sayəsində İslamın şanlı bayrağı dün‌‌yanın qərb və şərqində dalğalandı. Buna görə də onların mə‌qamlarını uca tutmaq Qurani-məciddə bizə tapşırılan Al‌lah əlamətlərini əzizləməkdir.

Aydın məsələdir ki, onları uca tutmağın yollarından biri də onlara xatirə abidələri, türbələr tikmək və onların səfalı hə‌‌rəmlərini qorumaqdır. Çünki bu əməl tarix boyu Allah di‌ni‌nin qiymətli nişanələrinin xatirəsinin əbdiləşməsinə və Al‌lah əlamətlərini əzizləyənlərin pəhrizkar olmalarına səbəb ol‌muş‌dur.

2. Səmavi kitabımız Quran bütün müsəlmanları İslam pey‌ğəm‌bəri (s), onun ailəsi və Allah dərgahında əziz olanlarla dost olmağa dəvət edir. Bu barədə çoxlu ayələr olmasına bax‌ma‌yaraq, bəzi nümunələrini diqqətinizə çatdırırıq:

 “Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özü‌nə dost tutarsa, (Allah firqəsindədir). Şübhəsiz ki, qələbə ça‌lanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost se‌çən şəxslərdir)”.[8]

 “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risalətin-pey‌ğəm‌bərliyin təbliğ etməyimin) müqabilində qohumluq mə‌həb‌bətindən (Əhli-beytə sevgidən) başqa bir şey istəmirəm”.[9]

Yuxarıdakı ayələrə əsasən, Allah rəsulunun (s), onun pak ailə‌sinin və vəfalı səhabələrinin məhəbbətə layiq olduqları is‌bat olunur.

Əziz Peyğəmbərimiz (s) Əbuzərə buyurur:

“Ey Əbuzər! Sən sevdiyin şəxslə diriləcəksən”.

Əbuzər dedi: Mən Allahı və Onun Rəsulunu sevirəm.

Peyğəmbər (s) buyurdu: “Sən sevdiyin şəxslə birlikdəsən”.

Əbuzər yenə də dediyini təkrar etdi. Peyğəmbərimiz (s) də əv‌vəlki sözlərini bir daha təkrar etdi”.[10]

Tirmizi özünün “Sünən” kitabında belə nəql edir:

 Peyğəmbər (s) Həsən və Hüseynin əlindən tutaraq, belə bu‌‌yurdu: “Hər kəs məni, bu iki uşağı və bunların ata-anasını sev‌sə, Qiyamət günündə mənimlə bir dərəcədə olacaq”.[11]

Başqa bir tərəfdən, hər bir ağıllı insan bilir ki, Allah dər‌ga‌hın‌da əziz olan o şəxslərə məhəbbəti göstərməyin yol‌la‌rın‌dan biri də, onlarla bağlı olan abidələri, əsərləri və onların dəfn olunduqları yerləri qorumaqdır.

Məsumların türbəsini təmir etmək və

ya ucaltmaq müsəlmanların həyat tərzi baxımından

Müsəlmanların həyat tərzini İslamın ilkin çağlarından bu vax‌ta qədər olan bir müddətdə araşdırarkən bu nəticəyə ye‌tiş‌mək olur ki, onlar öz şərəfli tarixi boyunca öz rəhbərlərinin qə‌birləri üstündə türbələr, günbəzlər tikmiş, bununla da on‌la‌ra olan məhəbbətlərini aşkarlamışlar. Bu sözümüzə ən yax‌şı dəlil kimi Quran ardıcıllarının keçən əsrlər boyunca Allah rə‌sulu (s) üçün məqbərə və türbə ucaltmaq zəminində gör‌dük‌ləri işi göstərmək olar. Müsəlmanlar tərəfindən müxtəlif ti‌kililərin yenilənməsi və Allah rəsulunun (s), ailəsinin və dost‌larının türbələrinin təmir olunmasının tarixçəsini araş‌dır‌maqla, belə türbələrin abadlaşdırılmasının daim mü‌səl‌man‌ların diqqət mərkəzində olduğunu görürük. İslam pey‌ğəm‌bərinin (s) − bəşəriyyət dünyasının o böyük dühasının və‌fatından sonra onun ardıcılları və dostları o həzrəti həyat yol‌daşı Aişənin yaşadığı otaqda dəfn etdilər. O gündən bu vax‌ta qədər ora, o həzrətin türbəsi kimi çiçəklənib genişləndi. İndi də “Qübbətül-xəzra” adlı yaşıl rəngli o günbəz, qiymətli bir cəvahir kimi Hicazı nurlandırır, Mədinə səmasında ulduz ki‌mi parlayır və peyğəmbər eşqində sərgərdan olanları mən‌zil başına yönəldir.

Bəli, bizdən öncəki müsəlmanlar baxımından bu kimi işlər həm doğru, həm mühüm və həm də bəyənilmiş bir işdir. Yu‌xa‌rıda qeyd edilənlər buna ən aşkar və ən möhkəm bir sə‌nəd‌‌dir.

Bundan əlavə, tarix İslamın ilkin çağlarında keçmiş pey‌ğəm‌‌bərlərin və dinlərin rəhbərlərinin qəbirləri üzərində tür‌bə, yaxud xüsusi tikililər olmasını təsdiqləyir. Müqəddəs Fə‌ləs‌tin torpağında dəfn olunan tövhid qəhrəmanı həzrət İb‌ra‌him (ə), İshaq (ə), Yəqub (ə) və Yusif (ə), İraqda olan həzrət Sa‌leh (ə), Yunis (ə), Zulkifl (ə) və Hudun (ə), İranın Şuş şə‌hə‌rin‌də olan həzrət Danyalın (ə) türbəsini buna misal gətirmək olar. İslam qoşununun adıçəkilən torpaqlarda qələbələrindən son‌ra, İslamın ilkin çağlarında olan alim, sərkərdə və xəlifələr tə‌r‌əfindən bu müqəddəs tikililərin sökülməsi üçün heç bir təd‌bir görülməyib. Müsəlmanlar bütün əsrlərdə onları abad edə‌rək, bu qiymətli əsərləri daha da əzəmətləndirmişlər.

Müsəlmanların rəhbərlərin qəbirlərini ucaltmaq üçün ça‌lış‌maları elə nəzərə çarpacaq dərəcədə olmuşdur ki, “Tət‌hi‌rul-etiqad” kitabının müəllifi (övliyaların qəbri üs‌tün‌də türbə tikilməsi barəsində) müsəlmanların həyat tərzinə işa‌rə edə‌rək belə yazır:

“Bu mövzu bütün ölkələri, şərq və qərbi elə əhatə etmişdir ki, türbə olmayan müsəlman şəhəri tapmaq olmaz. Əksinə, mü‌səlman məscidlərinin çoxunda qəbir və türbələr vardır”.[12]

Elə buna görə də, öz rəhbərlərinin qəbri üstündə türbələr tik‌mək İslamın ilkin çağlarından bu vaxta qədər mü‌səl‌man‌la‌rın həyat tərzində öz əksini tapmışdır.

Nəticə

Xatırlanan bu dəlillərdən aydın olur ki, Qurana və mü‌səl‌man‌ların həyat tərzinə tabe olaraq Allah rəsulunun (s), ailə‌si‌nin və onun vəfalı dostlarının qəbirləri üstündə məqbərə və tür‌bələr tikmək, onların xatirəsini əbədiləşdirmək üçündür. On‌lara olan məhəbbəti aşkar etmək məqsədilə həyata ke‌çi‌ri‌lir. Buna görə də, adı çəkilən bu iş, Allah yanında bəyənilmiş bir iş olaraq, savab veriləcək əməllərdən sayılır.

Aydın məsələdir ki, nəzərdən keçirdiyimiz bu dəlillərin qar‌şısında hər hansı bir hədisdən zahirən başqa bir şey an‌la‌şıl‌sa, ya o hədisin sənədi zəifdir ya da vəhyə və mü‌səl‌man‌ların həyat tərzinə uyğun olaraq təfsir olunmalıdır. Nümunə ola‌raq, “qəbirlərin yerlə bir edilməsi” barədə həzrət Əliyə (ə) aid edilən və “Əbil-Həyyac hədisi” kimi tanınan bir hədisi araş‌dırırıq:

Hədisçilərin bəziləri İmam Əlinin (ə) belə söylədiyini nəql edir‌lər:

“Uca qəbri yerlə bir etməmiş tərk etmə!”

Bəziləri “qəbrin yerlə bir edilməsi”ni onun məhv edilməsi ki‌mi başa düşürlər. Halbuki, hədisdə işlənən “təsviyə” və “muş‌rif” kəlmələrini diqqətlə nəzərdən keçirsək, bu tə‌səv‌vürün əsassız olduğunu görərik. Bu məsələnin açıqlaması be‌lədir:

“Muşrif” kəlməsi ümumilikdə uca və hündür, xüsusilə də də‌vənin güvəni formasında olan hündürlük mənasını da‌şı‌yır. Bəzi lüğət kitablarında belə oxuyuruq: “Şərəf” hündürlük mə‌nasını daşıyır. Dəvənin barəsində isə onun güvəni mə‌na‌sı‌na gəlir”.[13]

Başqa bir yerdə belə yazılmışdır:

“Dəvənin “şərəf”i dedikdə, onun güvəni başa düşülür”.[14]

Amma bu hədisdə işlənən “təsviyə” (nizamlamaq) kəl‌mə‌si barəsində iki əsas ehtimal mövcuddur:

1. Hündür qəbirlərin “təsviyə”si dedikdə məqsəd, onu məhv edib, yerlə yeksan etməkdir.

2. “Təsviyə” dedikdə məqsəd, qəbirlərin üzərini ha‌mar‌la‌maq‌dır. Yəni dəvənin kürəyi və balığın beli kimi qabarıq şə‌ki‌lində olan qəbirləri hamarlayın. Bu isə onu yerlə yeksan et‌mək deyil.

Birinci ehtimal İslamın qəti dəlilləri, müsəlmanların əməli rəf‌tarları ilə uyğun deyil, hədis alimləri və belə hədisləri şərh edən tədqiqatçılar tərəfindən qəbul edilmir.

“Qəstəlani” qəbrin üstünün hamar olmasının zəruriliyinə və bunun sözügedən hədislə zidd olmadığına dəlil gətirərək be‌lə yazır:

“Çünki məqsəd, qəbirləri yerlə yeksan etmək deyil, on‌ların üzərini hamarlamaqdır”.[15]

Nəvəvi bu hədisin şərhində belə deyir:

“Sünnə budur ki, qəbir yerdən çox da hündür olmasın və də‌vənin belinə bənzəməsin. Qəbir yerdən bir qarış hündür ol‌maqla, üstü hamar olmalıdır”.[16]

“Qurtubi” hədisin şərhində belə deyir:

“Hədis, üstü balıq beli kimi qabarıq olan qəbirlər dü‌zəlt‌mək‌dən çəkindirir”.[17]

Buna əsasən, “Əbil-Həyyac hədisində “qəbirləri düz et‌mək” kəlməsində məqsəd, dəvənin beli şəklində ucalan qə‌bir‌ləri hamarlamaqdır. Elə isə bu hədis, Allah rəsulunun (s) və başqa övliyaların qəbirləri üstündə türbə tikilməsinin düz‌gün olduğunu bəyan edən möhkəm dəlillərlə tam uyğundur.

Deyilənlərdən belə məlum oldu ki, İslam rəhbərlərinin xa‌ti‌rəsini əbədiləşdirmək, onlara olan məhəbbətimizi aşkar et‌mək niyyətilə onların qəbirləri üzərində türbələr tikmək, ta‌rix boyu Quran və müsəlmanların həyat tərzi baxımından bə‌yə‌nilmiş bir iş olaraq, tövhid və təkallahçılıq prinsipi ilə tam uy‌ğundur. Bu səbəbdən, tarix boyu dünya müsəlmanları öz rəh‌bərləri üçün türbələr ucaldaraq, bu yolla Allahın razılığını əl‌də etmişlər.

Qrammatik təhlil

Burada “Əbil-Həyyac” hədisini təfsir etmək üçün qram‌ma‌tik qaydalardan istifadə edə bilərik. “Təsviyə” kəlməsi bə‌ra‌bərləşdirmək mənasını daşıyır. Əgər bu kəlməni iş‌lət‌mək‌də məqsəd iki şeyi bərabərləşdirmək mənası olsa, orada “bi” ( (بِhərfi ilə birgə işlənir. Misal üçün buyurur:

“Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tu‌tur‌duq”.[18]

Yenə də buyurur:

“Kaş yerlə yeksan olaydılar”.[19]

Amma məqsəd, əşyanın özünü əyrilikdən qoruyaraq, onun hissələrinə bərabərlik vermək olsa, “bi” hərfinə ehtiyac ol‌maz. Başqa sözlə desək, tamamlığa ehtiyacı olmayacaq. Misal üçün:

“And olsun nəfsə və onu yaradana (ona biçim verənə)”.[20]

Bu qaydaya diqqət yetirsək, hədisin düzgün mənasını əldə edə bilərik. Çünki bu hədisdə “səvvəytu” feli “bi” hərfi ol‌ma‌dan işlənmişdir və felin tamamlığı yoxdur. Bu o deməkdir ki, qəb‌rin özünün əyriliklərini düzəldərək, onu hamarlayın. Əgər məqsəd qəbrin yerlə yeksan olunması olsaydı, fel (“səvvəytu bil-ərz”) şəklində “bi” hərfi ilə işlənməli idi.

 

--------------------------------------------------------------------------------

[1] “əl-Fəth”, 29

[2] “əl-Fəth”, 18

[3] “ət-Təvbə”, 100

[4] “əl-Bəqərə”, 158

[5] “əd-Durul-mənsur”, Cəlaləddin Syuti, c. 1, ayənin təfsirində

[6] “əl-İnşirah”, 4

[7] “əl-Həcc”, 32

 

[8] “əl-Maidə”, 56

[9] “əş-Şura”, 23

 

[10] “Cameul-üsul”,  6/559, hədis 4789: hədis Əbu Davuddan nəql olunub

[11] “Cameul-üsul”, 157, hədis 6706

[12] “Təthirul-etiqad”, 17

 

[13] “Qamus”, “şərəf” kəlməsi

[14] “əl-Müncid”, “şərəf” kəlməsi

[15] “İrşadis-sari fi şərhi səhihil-Buxari”, 2/468

 

[16] “Şərhe səhih Müslim”, Nəvəvi, 7/41

[17] “Qurtubinin təfsiri”, “Kəhf” surəsinin təfsiri, 2/380

[18] “əş-Şüəra”, 98: “iz nusəvvikum bi rəbbil-aləmin”

[19] “ən-Nisa”, 42: “ləv tusəvva bihimul-ərz”

[20] “əş-Şəms”, 7: “və nəfsin və ma səvvaha”

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İRS QANUNLARI
EKSPERİMENTAL TƏCRÜBƏYƏ MATERİALİST BİR NƏZƏR
Zəkat nədir?
İKİNCİ XӘLİFӘ ÖMӘR İBNİ XӘTTAB
ӘMӘLIN CӘZASI
ƏDALƏT
İBADƏTİN QƏBUL ŞƏRTLƏRİ
Allahı necə vəsf edək?
HƏMZƏNİN İSLAMI QƏBUL ETMƏSİ
ƏVƏZ VERİLMƏSİ İLAHİ ƏDALƏTİN TƏLƏBİDİR

 
user comment